Zaur Ustac – Gərək şeiri

GƏRƏK
Gədadan bəy olmaz, geysə zərxara,
Nəcabət adamın kökündə gərək.
Soysuzda ar olmaz, qanmazda həya,
Əzəmət insanın görkündə gərək.
* * *
Arif olan ağzı yelə dolanmaz,
Çeşmə suyu ha lillənə bulanmaz,
“Suzuz quyu su tökməklə sulanmaz”,
Kəramət quyunun təkində gərək.
* * *
Ustac önəm verər söhbətdə süsə,
Düşməsin bir kimsə qəflətdə sisə,
Heç zaman söyməyin əbcəddə nəsə,
Məharət hesabın təkində gərək…

Müəllif: Zaur Ustac – زائـــور اوستاج
© Zaur USTAC,2019. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir