AYGÜN SADİQ

AD GÜNÜNÜZ MÜBARƏK !!!

Bu gün ( 19 Oktyabr 1986 ) tanınmış yazar, sevimli müəllim Aygün Sadiqin doğum günüdür. Ad gününüz mübarək, Aygün xanım!!! Sizə uzun ömür, can sağlığı bütün işlərinizdə müvəffəqiyyətlər arzu edirik!!!

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“ÇƏRPƏLƏNG UÇURAN” KİTABI

“GƏL KİTABIMIZI DƏYİŞƏK”


Salam, dostlar və əziz ziyarətçilər… Bu əlimdə gördüyünüz kitab Xalid Hüseynin “ÇƏRPƏLƏNG UÇURAN” romanıdır kitabxanamda özünəməxsus yeri olmasına baxmayaraq məhz onunla “GƏL KİTABIMIZI DƏYİŞƏK” kampaniyasına start verirəm. Kim istəsə öz kitabxanasından istənilən kitabla dəyişə bilərəm. İstəyən bir çayımı içib qonaq olar, istəməyən də Metro İnşaatçıların yanında “AĞ ÇİÇƏYİM” restoranının qarşısında sadəcə kitabları dəyişə bilərik. Beləliklə ilboyu fasiləsiz olaraq davam edəcək Zaur Ustacın kitabxanasından “GƏL KİTABIMIZI DƏYİŞƏK”  #gəlkitabımızıdəyişək  #gəldəyişəkoxuyaq kampaniyasına başladıq. Xeyirli-uğurlu olsun…a

Mənbə: ZAUR USTAC

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

LEYLA ƏLİYEVA

“Sanki bir alovsan”

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Sanki bir alovsan” adlı şeirlər toplusu Ankarada nəşr olunub. “Kaspi” təhsil şirkətinin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru, yazıçı-publisist Sona Vəliyevanın rəhbərliyi ilə “Azərbaycan ədəbiyyatını tanıdaq!” devizi altında həyata keçirilən layihə çərçivəsində nəşrə hazırlanan kitab Avrasiya Yazıçılar Birliyi tərəfindən çap edilib.

AZƏRTAC xəbər verir ki, “Sanki bir alovsan” şeirlər toplusu Türkiyənin nüfuzlu “BENGÜ” yayınları brendi ilə oxuculara təqdim olunan “Azərbaycan ədəbiyyatı”nın seçilən nəşrləri sırasına daxildir. Avrasiya Yazıçılar Birliyinin sədri Yaqub Öməroğlunun rəhbərliyi ilə işıq üzü görən bu nəşrlər türk dünyasının görkəmli yazıçı və şairlərinin əsərlərini təqdim edir.

Qeyd edək ki, indiyədək Leyla Əliyevanın “Dünya yuxutək əriyir…” şeirlər kitabı Bakıda Azərbaycan dilində, Tehranda farsca, Daşkənddə özbəkcə, Londonda ingiliscə, “Ulduzlar göylərdə düzülsəydi sırayla” kitabı Moskvada rusca, Minskdə Belarus dilində nəşr olunub və geniş oxucu kütləsinin sevgisini qazanıb. Bundan başqa, şairənin “Mənə güc ver, Allahım”, “Elegiya”, “Tək deyilsən”, “Sevgi və nifrət”, “Kor olmuşam”, “Şeirim”, “İnsanlar”, “Getmə”, “Bakı” və digər şeirləri təkcə yuxarıda adları çəkilən kitablarda yox, həm də müxtəlif ölkələrdə zaman-zaman dərc olunan ədəbiyyat jurnalları və qəzetlərində poeziyasevərlərə təqdim edilib.

Ankarada nəşr olunan “Sanki bir alovsan” nəşrinin redaktoru AZƏRTAC-ın Türkiyə bürosunun rəhbəri, siyasi elmlər üzrə fəlsəfə doktoru Sabir Şahtaxtıdır. Şeirlər tanınmış tərcüməçi, yazıçı Mətin Yıldırım tərəfindən Anadolu türkcəsinə uyğunlaşdırılıb.

“Sanki bir alovsan” şeirlər toplusunun ön sözündə oxuyuruq: “Leyla xanım həm rəsm, həm də şeir yaradıcılığında təbiət hadisələri ilə bağlı həssas hisslər nümayiş etdirir, özünün həyata real baxışlarıyla zəngin təxəyyülü arasında həzin bir harmoniya yarada bilir. Şairənin seçdiyi həssas mövzular və nümayiş etdirdiyi bədii təxəyyül oxucunu hədsiz duyğulandırır”.

“Türk poeziyasında yeni bir ruh” sərlövhəli ön sözdə Leyla xanımın poeziya yaradıcılığı ilə dünya şöhrətli nasirlərin bədii əsərlərində rast gəlinən maraqlı ifadə oxşarlıqları müqayisəli şəkildə diqqətə çatdırılır. Məsələn, “Zaman” adlı şeirində şairə zamanın sürətli axarı barədə düşüncələrini cilalanmış ifadələrlə, incə çalarlarla təsvir edə bilib. Əfqan əsilli ABŞ yazıçısı Xalid Hüseyn məşhur “Çərpələng uçuran” əsərində zamanın sürətli axarından gileylənərək yazır: “Kaş ki, zamanı durdura bilərdim”. Leyla Əliyeva isə zamanın çay kimi dayanmadan axmasından, həyatın sürətlə dəyişməsindən narahatlığını belə ifadə edir:Zaman, ayaq saxla, dayan bir anlıq,Dayan, gözlə məni, sözümü dinlə.Hara tələsirsən? Gizlətmə danış,Bölərəm sirrimi mən də səninlə.

Ürək, zaman, sevgi, gözəllik və digər mövzularda yazdığı şeirlər müəllifi poeziya səltənətinin axarına qoşaraq sonsuzluğa doğru aparır. Leyla xanım öz düşüncə və duyğularını oxucuya çox səmimi və poetik bir dildə çatdırır. Misralardakı səmimiyyət sanki sapa düzülərək bir-birinə yol açır, özündən sonrakı ifadənin yoluna işıq tutur, nur ələyir. “Bakı” şeirində olduğu kimi:Qərib ölkələrdə xatırlayarkən,Olur ki, tökürəm göz yaşı səssiz.Səni dərk etmədən, heyran qalıram…Əgər dərk etsəm mən, dözmərəm sənsiz.

Ümumiyyətlə, Leyla xanımın toxunduğu bütün mövzular oxucunu duyğulandırır. O, poetik ustalıqla dünyaya boylanaraq, bütün qitələri, meşələri, dağları, çayları dolaşaraq istədiyini axtarır, hiss və duyğularını məharətlə ifadə edərək oxucularla səmimi ünsiyyət yaradır. İdeallıq, təmizlik, paklıq axtarışı Leyla xanımın poeziya yolunda işıqlı bir xətdir və onun bütün yaradıcılığında aydın görünür. 

“Sanki bir alovsan” Leyla Əliyevanın indiyədək ən çox şeirinin toplandığı kitabdır. Heç şübhəsiz ki, şairənin türk ictimaiyyətinə ilk dəfə təqdim olunan şeirlər toplusu qardaş ölkədə həm poeziyasevərlərin, həm də bəstəkar və qiraətçilərin diqqətini cəlb edəcək.

İLKİN MƏNBƏ: (Bakı, 15 oktyabr) AZƏRTAC

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

SÜRƏYYA ŞƏMS

kövrək gəncliyim

Mən səni gəzirəm kövrək gəncliyim,
Gòzləri yol cəkən xatirələrdə.
Bəyaz saclarımın kölgəsi dūşub,
Astaca kòvrəlir xatirələrdə.

Mən səni gəzirəm şıltaq gəncliyim,
Qəlbimi bùrūyùr sevgi qoxusu.
Şirin caģlarımın addım səsindən,
Qacır uzaqlara həsrət qoxusu.

Mən səni gəzirəm kòvrək gəncliyim,
Şirin duyģu kimi,gòzəl sòz kimi.
Gəl bəyaz sacımda ūşùyən òmrū,
Isit ocaqdakı yanar kòz kimi.

Müəllif: SÜRƏYYA ŞƏMS

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Məzahir İsgəndər – Bağışlama…

Məzahir İsgəndəR YARADICILIĞI

Mən olmağa tələsmə sən!..
————————–
Bu yazını əl siləmməz
**********************
Biləməzsən məni,ey kəs,
Mən olmayan,məni bilməz!
Mən olmayan məntək nə qəm,
Nə də ki nəşəni bilməz!

Həmi dənəm,həmi zəmi,
Səpən,biçən,döyən həmi,
Görən sanar dəli məni,
Deyər,bir də bu düzəlməz!

Mənəm,mənə olan qənim,
Mənəm,mənə həm həmdəmim,
Mən həm qəbrim,həm kəfənim,
Mən,məndən də can diləmməz!

Həmi qönçə,həmi güləm,
Gül üstündə həm bülbüləm,
Odam,közəm,həmi küləm,
Üstümə bir su çiləmməz!

Bayatı mən,ağı mənəm,
Şeir-sənət bağı mənəm,
Həm göz,gilə,yağı mənəm,
Biri gülər,biri gülməz…

Mən həm mənli,həm mənsizəm,
Həm güvənli,güvənsizəm,
Düzənliyəm,düzənsizəm,
Kimsə məntək silkələnməz!

Mən həm naşı,həmi mahir,
Həmi gizli,həmi zahir,
Yazı budu,ay,Məzahir,
Bu yazını əl siləmməz!

<<<MƏZAHİR İSGƏNDƏR YARADICILIĞI>>>

Əllərini aralama əlimdən
*************************
(V-yə)
——–
Əllərini aralama əlimdən,
Yaman gövrəlmişəm,yaman dolmuşam.
Biləmmirəm,hayanadı güzarım,
Özüm öz yolumda duman olmuşam.

Yaman gövrəlmişəm,yaman dolmuşam,
İndicə hönkürüb,ağlayacağam.
Axıb,gözyaşımla dolub çaylara,
Sel olub,köpürüb,çağlayacağam!

İndicə köpürüb,ağlayacağam,
Tapmayacaq içim,çölüm təsəlli.
Görüb də başımı dizə qısılı,
Oxşayacaq dərd-qəm məni beş əlli.

Tapmayacaq içim,çölüm təsəlli,
Könlümə bir qərib nəğmə düşəcək.
Oxuya-oxuya yanıb dilim də,
Tüstülənib,kabab kimi bişəcək.

Könlümə bir qərib nəğmə düşəcək,
Kim dinlər,olacaq bənövşə,Allah!
Dənizlər çəkilib,dağlar uçulub,
Yoxuşlar dönəcək yenişə,Allah!

Oxuya-oxuya yanıb dilim də,
Yerlər də,göylər də dəm olacaqdır.
Nə qədər qərib var bu yer üzündə,
Yığılıb,başıma cəm olacaqdır…

Biləmmirəm,hayanadı güzarım,
Özüm öz yolumda duman olmuşam.
Əllərini aralama əlimdən,
Yaman gövrəlmişəm,yaman dolmuşam!..
17.10.2019

<<<MƏZAHİR İSGƏNDƏR YARADICILIĞI>>>

B A Ğ I Ş L A M A
*****************
(V-yə)
——-
Məni bağışlama gözyaşlarıma,
İnanma nə də ki sözümə,gülüm!
Qoy hələ,yalvarıb-yaxarım da min,
Qoy hələ,min dəfə yanıb-tökülüm.

Qoy hələ,yalvarıb-yaxarım da min,
Qoy hələ,od-alovuma bürünüm.
Üst-üstə qalanan günahlarımla
Dizin-dizin sənə doğru sürünüm.

Qoy hələ,od-alovuma bürünüm,
Qoy hələ,tutmasın dilim də bir söz.
Qoy hələ,dolanıb-gəzim didərgin,
Bir əldə buz tutub,bir əlimdə köz.

Qoy hələ,dolanıb-gəzim didərgin,
Görməsin yolları bircə gözüm də.
Tanımasın məni yollar,cığırlar,
Tanımasın məni,mənim özüm də.

Görməsin yolları bircə gözüm də,
Nə tutmasın hələ,əlim-ayağım.
Nə dindirsin,nə əl versin,olmasın
Yerlər,göylər,Bir Tanrım da dayağım.

Gözlərim önündə sənin surətin
Gəzib də dolanım xayal atında.
Tapılmasın günahında mənə tay,
Yerin də,göyün də yeddi qatında…

Məni bağışlama gözyaşlarıma,
Mən özüm-özümə bir yağı oldum.
İndi mənə baxıb,içdən qəşş edən
Şeytanın əl-qolu,ayağı oldum!
17.10.2019

Müəllif: MƏZAHİR İSGƏNDƏR

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MÜBARİZ HÜSEYN

MÜbariz HÜseyN (BORÇALI)NIN SÖZ DÜNYASI

SEVİNCİ PAKLIQ VERƏR

Təəssüf içində hər çəkilən ah,
Bil ki, qəlb yanğısın aparan deyil.
Əməlindən eşqə kök atsa günah,
Tufan da sovurub qoparan deyil.

Səmti düyün salan yarımçıq gedər,
Sevgidə min yol var, tək birini seç.
Tələsik olmağın yıxıb incidər,
Əqlinə güvənən aldanarmı, heç?

Göz yumub səhv ilə atılan qədəm,
Bir ömrü əbədi eyləyər əlil.
Sonunda can üzən olaraq, hər dəm,
Fikri çaş – baş salıb axtarma dəlil.

Pak sevgi gülüşü üzə gələrsə,
Xəyalı göylərdən endirə bilər.
Sevincin saf su tək qəlbə çilərsə,
Ürək yanğısını söndürə bilər.

<<<MÜBARİZ HÜSEYN (BORÇALI)NIN SÖZ DÜNYASI>>>

GƏLMƏDİ
Vüsal üçün, insan ömür – gün üzüb
Qazandığı, yada salıb gəlmədi.
İntizarın əzabına hey dözüb?
Gözlədiyi, yolda qalıb gəlmədi.

Saxlamayıb taqət, gəzmək üçün də,
Bi – rəvan eyləyib tale köçündə,
Gizlənərək xatiratlar içində
Güc – qüvvəni, gənclik alıb, gəlmədi.

Göz açaraq, fidan arzu bitdisə,
Bəxt gülünə, canı fəda etdisə,
Ömrü payız mövsümünə yetdisə
Açdırdığı, erkən solub, gəlmədi.

Ənam verdi, yaşadığı illəri,
Güvənərək, qədəm basdı irəli.
Gedər oldu uzanıqlı, əlləri
Qocalıq da, yoldaş olub gəlmədi.

Can tapşırıb, insan xəyal olarsa,
Təsəllidir, özgə yada salarsa.
Yardımına istədiyi nə varsa
Olmaz oldu. Gözlər doldu, gəlmədi.

<<<MÜBARİZ HÜSEYN (BORÇALI)NİN SÖZ DÜNYASI>>>

DEYİR

Bu uğusuz görüşə,
Ümidlərim: “Döz” – deyir.
Dilin nə deyir, desin,
Həqiqəti göz deyir.

Dön, qəsd etmə, bu cana.
Səbrim yetişir sona.
Ayrılıq yolçusuna
Rüzgar: – Tənha gəz” – deyir.

Nöqsan gəzib gövhərdə,
Hamı gülür bu dərdə.
Bilən, bilməyənlər də
Hərə bir cür söz deyir.

İntizarı oyadıb,
Arzusuna kim çatıb.
Könül bəxtə üz tutub:
“Qəmi qəlbdən, üz” – deyir.

İncələn qəlbin simi,
Göynər əl vuran kimi.
Gülüm, sadiq sevgimi,
Cığır olmuş iz, deyir.

<<<MÜBARİZ HÜSEYN (BORÇALI)NİN SÖZ DÜNYASI>>>

NƏ VAR Kİ

Poza bilsən gələn qəza qədəri,
Sevinc dolu yaşamağa nə var ki,
Başqasının kədərinə göz yumub
Öz yükünü daşımağa nə var ki,

Gözdən salsa rüzgar əgər birini!
Taleyinə düşər qəmin dərini.
Qövr eyləyən yarasının yerini,
Xəncər alıb qaşımağa nə var ki,

Əyri qoysan, daş da durmaz hörgüdə,
İnsan gərək pis adətin tərgidə.
Kişi odur, aldığın xoşbəxt edə,
Yerli – yersiz boşamağa nə var ki,

El gülməzmi, mərd olan kəs əyilsə?
Dərd azalar, dərd çəkənin tez bilsə!
Ömür boyu şimşək çaxıb, çən gəlsə,
Arxa duran, qoşa dağa nə var ki,…

Müəll: MÜBARİZ HÜSEYN (BORÇALI)

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MUSA ƏLƏKBƏRLİ

dördlüklər

(…könül pıçıltıları…)

O qədər ki inamlıyam sabaha,
Doğulmağa gümanım var bir daha.
Sidq-ürəklə yalvarıram Allaha,
Dərgahına sağlam gedim, saf gedim.

***

Çökdü iliyimə ögeylik, yadlıq,
Rəhm elə, birtəhər sovuşdur məni.
Varmı bu dünyada mütləq azadlıq?
Varsa, sən tez ona qovuşdur məni!

***

Ürəyində ağrı, qəlbində sancı,
Necə baş qoyursan balınca, şair?!
Səni kəsəcəkdir haqqın qılıncı,
Sözlərin dönməsə qılınca, şair!

***

Bilsəm də beşgünlük qonağam, allah,
Yordu, tamam yordu bu gəl-get məni.
Özüm öz içimdə dustağam, allah,
Gəl bu əsirlikdən azad et məni!

***

İllərdir ki, məni boğur dərd, ələm,
Qəfil gələn şad xəbərə məətələm.
Qələm nədir? – hamıda var bu qələm
Qəlb ola ki, qəlbəyatan söz gələ!

***

Göy yer üçün maraqlıdır,
Göyün yerdən xəbəri yox.
Ömür sirli-soraqlıdır
Əsil sirdən xəbəri yox

***

Bu günə, bu aya sığmamışam heç,
Gözümü yolundan yığmamışam heç.
Tanrım, cızığımdan çıxmamışam heç
Elə sən qoyduğun həmən yerdəyəm.

Müəllif: MUSA ƏLƏKBƏRLİ

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru