Eldar İsmayıl BÖYÜKTÜRK

GÖYDƏ UÇAN QUŞ AĞLADI

Yön çevirdim qarlı dağa
Zirvə dedim, qaş ağladı.
Payız boylandı ömrümə,
Yaz kövrəldi, qış ağladı.

Qüsur görmədim ölçümdə,
Kənara düşdüm seçimdə.
Buxarlandı qəm içimdə,
Gözlərimdə yaş ağladı.

Ürəyimdən od payladım,
Dərdi çəkib halayladım.
Durnaları harayladım,
Göydə uçan quş ağladı.

Solmaqdadı ömrün zəri,
Eldar dolanma sərsəri.
Başımıza gələnləri
Daşa dedim, daş ağladı.

Müəllif: Eldar İsmayıl BÖYÜKTÜRK 

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

One thought on “Eldar İsmayıl BÖYÜKTÜRK”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir