Kamal Camalov

“PEDAQOJİ FİKİR TA­RİXİN­DƏN” ADLI ƏSƏR ƏXLAQIN

SAF­LAŞ­DI­RIL­MA­SINA XIDMƏT EDƏN ƏSƏRDİR

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş oxunması zəruri olan kitabların əhəmiyyəti çox böyükdür. Bu kitablar yeniyetmə və gənclərin şüurlu həyat yaşamasına, peşə istiqamətini düzgün istiqamətləndirməsinə kömək edir. İnsana öz ləyaqətini düzgün qiymətləndirməsinə, onun özünü, kimliyini dərk etməsinə, həyatın mənasının nədən ibarət olduğunu aşılanmasına kömək edən kitabladan biri də yaxın aylarda nəşr olunmuş “Pedaqoji fikir tarixindən” (Naxçıvan: “Əcəmi” nəşriyyatı, 2019, 288 səh.) adlı kitabdır.

Kitabda dünya xalqlarının çox əsrlik tarixi boyunca gənc nəslin tərbiyəsi ilə bağlı zəngin pedaqoji fikirlər top­lan­mış­­dır. Bu mənəvi, əxlaqi-pedaqoji sərvətləri öyrənmək, onları pedaqoji təfəkkür süz­gə­cin­­­dən ke­çi­­rib müasir gəncliyin tərbiyəsində istifadə etmək və məktəb təcrübəsinə gə­tir­mək pedaqoji fi­kir tarixində ciddi problemlərdən biri olmuşdur. Çünki yeni pedaqoji fikir keç­­mişin mü­tə­rəqqi irsi ilə orijinal fikirlərin sintezindən yarana bilər. Elə buna görə də, tə­lim və tər­bi­yə­nin yeni konsepsiyasını, inkişaf tendensiyasını müəyyənləşdirməyə ça­lı­şan pe­daqoji fi­kir tarixçiləri (K.D.Uşinski, A.O.Çernyayevski, V.A.Suxomlinski, M.Qor­ki, M.A.Şah­taxt­lı, M.T.Sidqi, E.Sultanov, C.Məmmədquluzadə, M.S.Ordubadi, N.Nə­ri­ma­­nov, H.Cavid və b.) pedaqoji irsdəki qabaqcıl ideya, fikir və təcrübələri ailəyə, mək­tə­bə, ic­­timaiyyətə gə­tir­mə­yi qarşılarına məqsəd qoymuşlar.

Maarif­çi­­li­­yin formalaşma və in­ki­şafında özünə­məx­­sus xid­mətləri olmuş bu kimi gör­­­­kəmli söz sahibləri təh­­­­silin prinsipləri, tərbi­yə üsulları­, əx­laq, vətənpərvərlik, mə­nə­viy­­­­yat, bədii zövq və s. ki­mi zə­­­ru­ri məsələlərdən bəhs et­miş­lər. Onların qar­şı­sına qoy­du­ğu əsas məq­­səd xalqı maarifləndir­mək və “bə­­si­rət sahibi etmək” ideyası olmuşdur. Sal­na­mə sa­hi­b­lə­­rinin yaradıcılıqları bir daha onu təsdiqləyir ki, onlar ötüb ke­çənlərə de­­­­yil, dü­nən­­dən bu gü­­­­nə ba­xmış, sanki dünəni bugünləşdirmiş, dü­­­nənə bu günün ça­lar­­la­rı­­nı əlavə edib sabaha apa­raraq əbədiləşdirirlər.

“Ürəyimi uşaqlara verirəm” deyən Suxomlinski uşaqları xalqın ümidi, canı, ürəyi ad­­­­­lan­dırır və on­­ların oxu­ma­­­sı­nı, ədə­­bə, pak əxlaqa sahib olmalarını zəruri sayırdı. Bu ki­mi qey­­­də qal­­mağın ən ba­­laca məq­sədini isə vali­deyn­lə­rin özlərinin elmli, təhsilli ol­ma­sın­da gö­­­rürdü. Görkəmli pedaqoq va­li­deyn­lərdən uşaqlarda elmə maraq oyatmağı tələb edir və de­yir­di ki, ən yaxşı ailə odur ki, öv­ladını məktəbə verib, oxutdurur. Yox əgər bu­na la­qeyd ya­na­­­şır, övla­dı­nın oxu­ma­sı­na ma­raq göstərmir, inanın ki, o valideyn qəbir evin­­­də də ra­­hat yata bil­mə­yə­cək­dir. Valideynin öz övladlarının tərbiyəsi üçün böyük mə­su­liyyət hiss etməsi uşaq­­­­la­rın ailədə düzgün tərbiyə almaları üçün əsas şərtdir. Suxom­­lins­ki yazırdı ki “Uşaq öz-öz­­lü­yün­də sevinc mənbəyi ola bilməz: ata və ananı yeni əsasda tək­­rar edən in­­­­­san­da ata və ana üçün sevinc mənbəyi hər şeydən əvvəl onların ona [uşa­ğa – K.C.] nə ve­­­­rə bil­dik­lə­ri­dir”. Bu mənada tərbiyə üçün məsu­liyyət hiss edən valideyn­lər öz öv­­lad­­­­la­rın­da nə kimi keyfiyyətlər tərbiyə etmək lazım ol­du­ğu­­­­nu aydın surətdə dərk edib, bu key­­­fiy­yət­­lə­rin ardıcıl tərbiyəsinə çalış­ma­lıdırlar – deyir. Çünki bu mə­suliyyət his­si onları uşaq­­larının tə­lim və tər­biyəsini nəzarətsiz bu­rax­mağa qoy­­­­­mur, tər­biyə işində tə­sadüf et­­­­dikləri çə­tin­lik­ləri ara­­dan qaldırmaq üçün yaxşı uşaq­­­­­lar tərbiyə et­miş başqa ailə­lə­­rin təc­rübəsini öy­rən­mə­yə, öz hərə­­kətlərini diq­qət­­­lə nəzərdən ke­çir­mə­yə məc­bur edir. Tər­­biyə işi üçün məsu­liy­yət hiss et­məmək çox müxtəlif şəkillərdə ifadə olu­­nur. Bə­zi va­li­deyn­lər öz öv­lad­­­la­rın­dan nə kimi adam yetişdirmək məsələsinə ta­mam la­­qeyd ya­na­şaraq, on­ların tər­bi­­yə­si ilə məş­ğul ol­maq üçün özlərinə heç bir zəh­mət ver­mir­­­­lər. Bi­zim üçün hər bir uşa­ğın ta­le­yi əziz­dir, onun taleyinə biganə qal­maq, öz va­li­­­deyn­lik və­­zifəsinə mə­su­­liy­­yət­siz ya­­­­­naşmaq hal­la­rı cə­miyyət tə­rə­findən kəs­­kin tən­­qid olu­nur. Hə­lə bu da azdır, uşa­­ğın düz­gün in­ki­şa­fı ke­­şi­yin­­də duran qa­nunlar va­li­­deyn­ləri öz öv­­­lad­­la­rı­nın tər­bi­yə­si üçün mə­su­liyyət daşıma­ğa məc­bur edir. Əgər bir çox vali­de­yn­­lər öz ömür-gün­lə­­­ri­ni qəf­lət­­də ke­çir­dik­lə­rini gec də ol­sa anla­yıb­­lar­sa, ar­­­tıq bu gün öv­lad­­la­­rın­dan yax­­­­şı adam ye­tir­mək üçün belə vali­deyn­­lər öz­lə­ri­nə qar­şı çox tə­ləb­kar olur­lar. Şəx­­­si nü­­mu­­nənin tərbiyədə həl­ledici rol oy­na­­dığı mə­lum həqiqətdir Suxomlinki qeyd edir ki, “vəzifəmiz gənc­­ləri ilk gündən elə tər­bi­yə etməkdir ki, onlar bir-birinə sevinc bəxş etməyi ba­car­­­­­­­sınlar, onlar unut­ma­sın­­lar ki, insanın doğulması ilə gələcək doğulur. Məhəbbət, ni­­­gah doğum insan fəaliyyətinin ən zərif, ən incə, ən müqəddəs sahəsidir. Qolları ara­­­­­­sında körpəsinə süd verən, beşik ba­şında dayanan ana öz postunda növbə çəkən əs­­kər­dir. O, gələcəyi yaradır və onu qo­ruyur. Ana dövlətin xidmətçisidir”.

“Ana” adlı romanı ilə özünə ölməzlik qazandıran Maksim Qorki də va­li­deyn-övlad tərbiyəsinə pedaqoji görüşlərində çox bö­yük əhə­miy­­yət ve­r­miş­dir. Qeyd edir ki, yaşadığımız dövrdə övladlarının sağlam ruh­da tər­­­­bi­yə­si qey­­dinə qal­­mayan mə­su­liy­yətsiz valideynlər, yaramaz hərəkətləri ilə uşaq­­­­­larına mən­fi nü­mu­nə gös­­tərən ca­hil ata və analar da yox deyildir. Bildiyimiz ki­mi, uşaq­­­­ların da psi­xo­lo­ji xü­­su­siy­yət­­ləri elə­dir ki, on­lar nü­mu­­nə­­ləri nəsihətlər­dən daha tez və asan qə­bul edirlər. Çün­ki can­lı nü­mu­nə sözlə ifa­­­­­də edi­lən uzun-uzadı nəsi­hət­­­­­lərdən daha konk­ret və daha tə­sir­lidir. Bütün bun­la­­rı hər bir va­li­deyn rüt­bə­sin­dən asılı olmayaraq nə­zərə almalı və öz hə­­rəkət­lə­rini daim nəzarət al­­tında sax­­­­­la­ma­­­lıdır. Biz övladlarımızı yalnız sevməklə, əziz­lə­mək­lə kifayətlənə bilmərik. Mak­sim Qorki gözəl qeyd edir ki, “övladı sevmək asandır, toyuq da öz balasını sevir. La­kin övladı tərbiyə etməyi bacarmaq insandan istedad və zəngin həyat biliyi tələb edən böyük dövlət əhəmiyyəti olan bir işdir”. Burada nə sevərkən, nə də tələbkarlıq gös­tə­rərkən ifrata varmaq olmaz. Valideyn çalışmalıdır ki, onun övladı heç kəsə xeyir ver­mə­yən şumlanmamış xam torpaq olmasın.

“Pe­daqoji fikir tarixindən” adlı əsərə bir daha nəzər salan zaman görürük ki, Mə­həm­məd Tağı Sidqi də fikirlərində – hər bir valideyn öz uşağının tərbiyəsi ilə məşğul ol­ma­ğa bütün məsuliyyəti ilə borcludur qənaətinə gəlmişdir. Qeyd edir ki, “Övlada əv­və­lin­ci tə­lim və tər­biyə verən anadır. Anaların rəftarı və kir­da­rı, hal, hə­rəkəti ba­la­la­rın qəl­bi­nin aynasına əks salır. Elm­­­li və mə­rifətli analar süd verən vaxtdan başlayıb, öv­­­­la­dı­nın tə­lim və tərbiyəsinə məşğul olurlar”. Beləliklə, hər bir ata-ana va­­lideynlik borcunu ödə­məli, uşağını cəmiyyətin yararlı üzvü kimi tərbiyə etməli, aqibəti ilə ma­raq­lan­­malıdır. Əx­laqi cə­hət­dən möhkəm olan namuslu vətəndaşlar tərbiyə etmək üçün ma­arifçi pedaqoq yu­xarıda qeyd etdiyimiz kimi, anaların özlərinin qüsursuz ol­ma­la­rını, on­la­rın müəy­yən qə­dər pedaqoji biliklərə yiyələnmə­lə­rini zəruri he­sab edirdi. Gör­kəm­li pe­da­qoq Məhəm­məd Tağı Sidqi istəyirdi ki, valideyn qarşısında du­ran bu kimi çə­tin, eyni za­man­da şərəfli və mə­su­liy­yət­li vəzifələr müm­kün qədər inandırma, şəxsi nü­mu­nə əsasında hə­­yata ke­çi­rilsin. Yenə də bütün bu qeyd olunan keyfiyyətlərin isə ancaq və ancaq elm yo­lu ilə, təhsil yolu ilə əldə edilə biləcəyi görüşünə gəlmişdir.

Məhəmməd Tağı Sidqini özünə mənəvi ata sayan Cəlil Məmmədquluzadə də Sid­qi­nin səsinə səs verərək qeyd edir ki, ailə tərbiyəsinin yax­­­­­­şı­laş­ma­sı üçün Azərbaycan qa­dın­­la­rı­nın savadlanması, elm, təhsil al­ma­­­ları zə­ru­­ri­dir. Böyük demokrat yazır ki, bi­zim gə­­ləcək in­kişafımız, uşaqların yaxşı tər­­bi­­yə olun­­­ma­­­sın­dan çox asılıdır. “Hər bir millət üçün nicat yo­lu tapmaq balaca uşaq­­­la­rı mək­­­tə­bə gön­də­rib tərbiyə vermək ilə əmələ gə­lir. Əgər be­lə olmasa, heç bir şey fay­­­­­da ba­ğış­­­­lamaz”.

Görkəmli müəllim-pedaqoq Hüseyn Cavid də “Həsbi-hal” adlı əsərində ailə tər­bi­yə­si­nə olduqca böyük əhəmiyyət verərək, uşağın tərbiyəsində ilk növbədə ata və anaların bö­yük rol oynadığını göstərir. O, yazır ki, uşaq dünyaya gəldiyi gündən mək­­­təb yaşına qə­­­­­­­dər ata-anasının yanında ev tər­bi­yə­si, ailə tərbiyəsi alır. Onun fikrinə əsasən ailə tərbi­yə­­­­­­­­sin­­də ata və anaların ən ümdə vəzifələri uşaqlarının sağ­­lam böyüməsinə şərait ya­rat­ma­sı­­dır. Bir çox uşaq­lar ana­dan xəstə doğulur və xəstə bir vücud ilə “tərki-həyat” olurlar. H.Ca­vid bu xəstəliyin səbəbini ata və ana­­­dan başqa heç kəsdə aramır. Çünki bir çox xəs­tə­­­­lik­­­lər irsi olaraq yayılır. Uşaqlarda bu xəstəliklərə, fə­la­­­kətlərə yol açan isə ilk növbədə ana­­­­lardır. Çünki uşaq, ana “rəhminə” düşdüyü zamandan başlayaraq doq­­­quz ay ananın qa­­­nı ilə, sonra südü ilə qidalanaraq xəs­­­təliklərə düçar olurlar. Cavid qeyd edir ki, “biçarə mə­­­sum” bö­yü­dük­­cə vücudundakı təhlükəli xəstəliklər də onunla bərabər böyüməyə baş­la­­­­yır. Bir çox uşaq­­lar da olur ki, ata-anasından qorunmayaraq yeyəcəyi, içə­cə­­yi, geyəcəyi üzün­­­dən xəs­tə­lə­­­nir, tənəffüs etdiyi ha­va, hərəkətsizlik və s. valideynin qayğısızlığı uc­ba­tın­­­­dan səhhətinə mən­fi təsir göstərmiş olur.

H.Cavid qeyd edir ki, hər şeydən əvvəl uşaqların düz­gün qidalanmasına diqqət ye­tir­mək lazımdır. Çox ye­­­mək sağlamlığa ziyan verdiyi kimi, az yemək də fay­­­­­­dalı deyildir. O, va­lideynlərə öz uşaqlarına qarşı son dərəcə diqqətli olmağı, uşağı nəzarətsiz bura­x­ma­ma­­­ğı, ədəb­sizlik etməyə qoymamağı, ərköyünlüyə öy­rət­­­məməyi tövsiyə edirdi. Bu və­zi­fə­lə­rin həllində gör­kəm­­­li pedaqoq H.Cavidin irsiyyət amillərinin rolunu gör­­­məsi və düzgün el­mi nəticələrə əsaslanması təq­di­rə­­­layiqdir.

H.Cavid valideynlərin öz körpələrini “məvhumi” qüv­­­vələrlə hədələməsini, qorxu için­­­də yaşatmasını pis­­­­ləyirdi. Belə ki, uşaq iki-üç yaşında qaranlıq gu­şə­yə gedəndə va­li­deyn­­ləri tərəfindən cinlər, divlər, ifri­tə­­lər vasitəsi ilə qorxudulur, təhdid edilir. Biçarə, za­val­­­­­lı körpənin isə bütün mənəviyyatı alt-üst olur. Otuz ya­­şına gələndə belə uşaqlıqda ke­çir­­­diyi o qorxunc köl­gə­­ləri bir “türlü başından çıxara bilmir”. H.Cavid ailə­lər­­də tər­bi­yə­nin bu cür qurulmasına qəzəblənərək ki­na­­yə ilə belə qeyd edir: “…Ev tərbiyəsinin do­ğur­­­du­­ğu ən gö­­zəl tərbiyə, ən xoş əxlaq, yalançılıq, kin­darlıq, bəd­nəfslik, arsızlıq, ita­ət­sizlik, qor­qaq­lıq kibi bir ta­qım rəzil, murdar əxlaqsızlıqlardan ibarətdir”.

Şair-pedaqoq hər bir hərəkətin tərbiyə ilə bağlı ol­du­­ğunu qeyd edir. Onun fikrincə hə­­­lə kiçik yaşla­rın­dan uşağa verilən düzgün tərbiyə uşağın gələcək inki­şa­­fının əsasını təş­kil edir. Ailə tərbiyəsindəki başqa qü­­surlardan birini qeyd edərək yazırdı: “Bir ana oğ­lu­na “Yav­rum! Quzum! Get qardaşını çağır da gəlsin, ye­­məyini yesin” deyəcəyi yerdə, “Part­­damış! Gəbər­miş! Get o qan qusmuş cönənbəri çağır da gəlsin, zəh­ri­marını zoq­qum­­­lasın” – diyor”.

 Hüseyn Cavidin haqlı fikrincə ata və anaların gözəl, mə­­nəvi sifətlərə malik olması uşaq­­la­rın düzgün tər­biyə­­sinə təsir edir. Övladlarının tərbiyəsi ilə məşğul ol­ma­­yan va­li­deyn­lər isə sabahkı gün öz “cigərguşələ­ri­nin zillət, fəlakət odunda yanıb-qovrulduqlarını” ağ­­­­la­ya-ağ­laya seyr edəcəklərini şair qeyd edərək yazır: “Bu gün azacıq təbiətə qarşı du­rub öv­la­dı­nı tərbi­yə­dən məhrum buraqanlar, yarınki gün cigərguşələrinin zil­lət, fəlakət odun­­da ya­nıb-qovrulduqlarını ağlaya-ağ­­laya seyr edəcəklər. Cocuqlar məsumdurlar, onün­­­­­­çin et­dik­ləri işlərin heç birindən məsul deyil­dirlər, onların hal və hərəkətlərindən mə­sul olacaq yal­­nız ata-analarıdır. Qızını, oğlunu tərbiyə etməkdə mü­sa­mə­­hə [səh­lən­kar­lıq – K.C.] gös­tə­rən valideyn qa­nun və əx­­laq nəzərində şiddətlə məsul tutulmalıdır. Çün­ki cə­­miy­yəti-bə­şə­riyyə için müzürr [ziyanlı, zərər­li – K.C.] bir adam hazırlamış olurlar. Xe­yir­siz, xain, ədəb­­siz öv­lad yetişdirib onları tərbiyə və islaha çalış­ma­yan ata-analar, şüb­hə­siz ki, gə­lə­cək­də namuslu, vic­danlı, hey­siyyətli insanlara müsəllət olmaq üçün bir sürü əx­­­laq­­sız, bir yı­ğın sərsəri yetişdirmiş olurlar. Böy­lə qeyd­­siz, tərbiyəsiz ata-ananın nə də­rə­cə məsul ola­­ca­ğı, nə müdhiş cinayət işləyəcəyi hər kəscə məlum, aydın bir həqiqətdir”.

Yekun olaraq qeyd edək ki, pedaqoji fikir nümayəndələri (K.D.Uşinski, A.O.Çern­ya­­yevski, V.A.Suxomlinski, M.Qor­ki, M.A.Şahtaxtlı, M.T.Sidqi, E.Sultanov, N.Nə­ri­ma­­nov, C.Məm­məd­­quluzadə, M.S.Ordubadi, H.Cavid və b.) ailədə yeni, sağlam, gö­zü­açıq, mə­­­­də­­ni in­­san­­lar yetişdirmək işinə mane olan ən­gəl­­ləri qələmlərinin gücü ilə təsvir etmiş, bu əngəl­ləri tö­­rə­dən sə­bəbləri açıb demiş və eləcə də onların aradan qaldırılmasının tətbiqi yollarını gös­tər­­miş­lər. Pedaqoji fikir nümayəndələri tərbiyə işinə bö­yük xalq və vətən işi ki­mi bax­mış­lar. Çün­­­ki hər işin başlanğıcı tərbiyədən ası­lı­dır. Xal­­qın ən bö­yük ümi­­di olan gənc nəsli tər­­bi­yə etməkdir. Vətənin gələcəyi, onun in­ki­şafı, dövlət, ədə­biy­­yat və elm xadim­lə­ri­nin bö­­yük ideyaları gənc nəslin tərbiyə­sin­­dən ası­­lı­dır. Bu gerçək hə­­qiqəti müdafiə və bə­yan edən söz xiridarları ailə-övlad tər­biyəsi, yetişən nəslin təhsili, təlimi, onların əx­la­qı­nın saf­­­­laş­dı­rıl­ma­sı, mənəvi key­fiy­yətlərinin yetkinləşdi­ril­mə­si, halal əməyə alış­dı­rıl­ma­sı, qey­­­­rət­li-namuslu vətəndaş­lar kimi yetişdi­ril­­məsi ilə bağ­lı yazıları ilə Azərbaycan mək­təb və pedaqoji fikir tarixinin zənginləşdirilməsi sahəsində bir daha misilsiz xidmətlər gös­­­tər­miş­­­lər.

KAMAL CAMALOV

 Pedaqogika üzrə fəlsəfə doktoru, dosent

Azərbaycan Respublikasının Əməkdar müəllimi

Azərbaycan Yazıçılar Birliyinin üzvü

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

II Əhməd bəy Ağaoğlu

Əhməd bəy Ağaoğlunun nəticəsi Əhməd bəylə eksklüziv müsahibə:

Oktyabrın 2-də M. Maqomayev adına Dövlət Filarmoniyasında Azərbaycanın görkəmli mütəfəkkiri, ictimai və dövlət xadimi Əhməd bəy Ağaoğlunun anadan olmasının 150-ci ildönümü münasibətilə yubiley mərasimi keçirilib. Tədbirdə Əhməd bəy Ağaoğlunun Türkiyədə yaşayan nəticəsi də iştirak edib. Şahanə Rəhimli II Əhməd bəy Ağaoğlu ilə söhbətləşib:

– Bundan əvvəl Azərbaycana gəlmişdinizmi, yoxsa ilk səfərinizdir?

– Bu, mənim Bakıya ikinci gəlişimdir. Təxminən 8 ay əvvəl Azərbaycana turistik gəzintiyə gəlmişdim. O zaman demək olar ki, çox adamın səfərimdən xəbəri yox idi. Məqsədim şəhəri rahat gəzmək idi. Buna görə də gələcəyimi heç kimə bildirməmişdim. Ancaq görünür ki, bundan sonra tez- tez gələcəyəm. Bakıda muzeyin yaradılması ilə bağlı layihə var. Əhməd bəy Ağaoğlunun, ailəmizin ən böyük arxivi məndədir. Bu səbəbdən artıq Bakı ilə əlaqələrim güclənir.

– Sizin nə işlə məşğul olduğunuzu bilmək istərdik…

– 10 il əvvələ qədər fotoqraf kimi çalışırdım. Reklam agentliyində işləyirdim. İndi isə Adanada fermerliklə məşğulam.

– Ağaoğlu nəslini sizdən sonra kim davam etdirəcək?

– Mənim iki oğlum var, amma hələ nəvələrim yoxdur. Onlar da Azərbaycanla yenidən qurulmuş əlaqələri möhkəmləndirməyə çalışacaqlar. Arxivlərlə məşğul olacaqlar. Çünki bir zamanlar bu əlaqələr itmişdi.

– Vaxtilə Türkiyədə yaşamış digər azərbaycanlı ziyalı mühacirlərin varisləri ilə əlaqəniz varmı?

– Xeyir, əlaqələrimiz yoxdur.

– Bakı ilə bağlı təəssüratlarınızı bilmək istərdik. Şəhərimizi bəyəndinizmi?

– Şəhər çox gözəldir. Mən bura ilk dəfə turist kimi “Formula -1” yarışlarını izləməyə gəlmişdim. Bakını çox bəyəndim.

– Amma siz fotoqrafsınız, baxışınız fərqli olmalıdır. Məsələn, şəhərimizin hansı hissələrini çəkib xatirə saxlamaq istərdiniz?

– Mən 30 il qida sektoru üzrə fotoqraf işləmişəm. Buna görə sualınıza cavab verməkdə çətinlik çəkirəm. Yəqin ki, mənim baxışım turist baxışı olar. Həm də qeyd edim ki, mən əvəllər işimdən əlavə foto çəkməyi sevmirdim. Çünki foto çəkəndə bir şeyləri artıq görmürsən. Fikrini cəmləyib xoşladığın görüntünü ekranlaşdırırsan.

– Ulu babanız Əhməd bəy haqqında nələri bilirsiniz? Onunla bağlı hansı xatirələri eşitmisiniz?

– Təəssüf ki, mən adını daşıdığım ulu babamı görə bilməmişəm. Onun haqqında ailəmizdə çox söhbətlər olub. Əhməd bəylə bağlı çox danışmaq olar. Buna zaman yetməz. Bu gün də qürur duyuram ki, onun 150 illik yubileyində Ağaoğlu ailəsini Bakıda təmsil edirəm. Heyif ki, ulu babamı şəxsən tanıya bilməmişəm. Təsəllim bu olacaq ki, Bakıda onun muzeyini yaradacağıq. Əlimdəki arxivi onun vətəninə bağışlayacağam.

Qeyd edək ki, Əhməd bəy Səməd Ağaoğlunun nəvəsi, Tektaş Ağaoğlunun oğludur.

Söhbətləşdi: Şahanə Rəhimli
İlkin mənbə: Azvision.az

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MEYXOŞ ABDULLAH


ZƏHƏRLİ EŞQ…


(hekayə)
(Cənablar, bir az gülümsəyin…)

– Əzizim, sənə deməmişəmmi gecə vaxtı mənə zəng vurma? Bilirsən ki, gecələr evdə oluram. Evdəkiləri….
Telefondakı qadın onun sözünü ağzında qoydu:
– Neynim bəs? Ürəyim səni istəyir, dözə bilmirəm. Dil-dilə gələndə deyirsən ki, səni hamıdan çox istəyirəm, nə bilim ölürəm sənin dərdindən, dəli-divanəyəm. İndi də deyirsən ki, evdəyəm, ailəmin yanındayam. Mənə nə var e, ailənin yanındasan. Əslinə qalsa, səni o gözəlçənə, elə o, gizgəbaş arvadına qısqanıram da.
Kişi udquna-udquna:
– Əzizim, canım-gözüm, axı, bir az bundan qabaq danışmışıq, bir az səbrin olsun da. Bütün günü yanındayam, heç olmasa qoy, gecələr evimdə rahat olum.
Qadın:
– Məgər, özümdən aslıdır?! Darıxıram da. Bəs, sən darıxmırsan? Düzünü de, əzizim, bəlkə sən darıxmırsan? De də, ürəyim, bəlkə sən məni heç düşünmürsən, sevmirsən? Ölüm sənin üçün, de də, nolar…
– Dəlisən e, niyə darıxmıram, ay qız, canım çıxır səndən ötrü.
– Onda bəs, niyə görə zəng vurmursan? Yarım saatdır gözləyirəm, niyə, niyə mənə zəng vurmursan? Niyə mənim telefonum açmırsan? Yəqin arvadınla qucaqlaşıb yatmısınız, hə? Düzünü de, yatmışdınız?!
– Nə yatmaq, canım. Saat neçədi ki?! Bu vaxt yatmaq olar? Sənə dedim axı evdəyəm, zəng vura bilmirəm. Qoy, bu zəhrimara qalmış səhər açılsın, nə qədər istəyirsən danışarıq da. Evdə mümkün deyil, başa düşürsən? Nə qədər yalan danışmaq olar. Gah, deyirəm zəng vuran iş yoldaşımdır, gah deyirəm qırılmış qohumlarımdandır, gah da deyirəm ki, səhv düşüblər. İnan, daha elə yalan qalmayıb ki, uydurmayım.
Telefondakı səs yumuşaldı:
– Daha niyə hirslənirsən? Birdəki, yalan niyə danışırsan e, de ki, zəng vuran aşkımdır, canımdır, ürəyimdir. De də, kişi deyilsən, nədən qorxursan? Nə vaxta qədər cik-cik oynayacağıq. Mən ərimə demişəm, demişəm ki, bir də mənə böhtan desən, səni atıb gedəcəm. Sən də de də, niyə çəkinirsən, nədən qorxursan?
– Dəli olmusan, adam da belə söz deyər? Dəlinin biri dəli.
– Düz deyirsən, mən dəliyəm, özü də sənin dəlin. Bax, sənə deyirəm, məni dəlilikdən ayıltma, ayıltdın, səni atacağam.
Kişi əsnəyərək:
– Aazz, sən mənim canım, daha bəsdir, soyuq kəsdi məni. Alt paltarda, girib oturmuşam burda.
– Hardasan?
-Ayaqyolunda…
– Harada?!
– Aazz, dedim ki, tualetdə. Bayaqdan girib oturmuşam burada. Evdəkilər səsimi eşitməsinlər deyə, suyu da açıq qoymuşam. Bilirsən nə qədər su pulu yazıb, bu kasıb vaxtımda.
– Caan. Ürəyim qurban olsun, sənin o soyuqdan dönan canına. Axı, yanımda olsanydın bu çat-çat olmuş dodaqlarımla, içimi yandıran bu od nəfəsimlə səni necədə isidərdim. Vallah, qəlbinə dəyməsin, sən lap axmaqın birisisən. Nə görmüsən e, o qıçı-qıçına dolaşan ələngə arvadında. Nə vidi var, nə də füqurası, saçları oxlu kirpinin tikanlarına oxşayır. Kirpibaş arvadı var kişinin, deyə qadın qəh-qəhə çəkib güldü..
-Səfehləmə, sənə neçə dəfə demişəm ki, onun barəsində belə danışma. O mənim uşaqlarımın anasııdır, bizim kimi avaragör deyil.
– Pahh… Yaxşı-yaxşı, kefinə dəyməsin, bir də demərəm. Amma bir gözmuncuğundan-zaddan al as onun yaxasından ki, o qıyıq, əyri burnuna göz dəyməsin, – deyə qadın yenə də uğunub getdi.
– Yenə başladın? – deyə kişi acıqlandı.
– Qurtardım, əzizim, qurtardım. Sən mənim canım, de görüm, doğurdan, tualetdəsən?

Gözlə, yenə də telefonunu salmayasan unutazın içinə, – deyə qadın bərkdən güldü.
– Sən zarafat et, – deyə kişi əsəbləşən kimi oldu. Üç ədəd telefon salmışam e, unitazın içinə.
– Ha…ha… Qadın bərkdən güldü. Demək, o gün səninlə danışanda birdən səsin kəsildi, mən də öz-özümə çığırıb-bağırıram ki, sən niyə mənə cavab vermirsən. Sən demə, telefonun kanalizasiyaya düşübmüş. Ha…ha..ha… – Caaan. Qurban olaram e sənə. Allah məni öldürsün, gör sənin başına nə oyunlar açıram. Neynək, bu dəfə görüşəndə əvəzini çıxaram, yeyərəm səni çiy-çiy… Başa düşdüm, sənə qurban, daha bundan sonra gecələr sənə zəng vurmayacağam.
– Aaaz, ürəyim qurban, zəng vur e, amma bu vaxtlar zəng vurma.
Qadın nazlandı:
– Onda, ismarıc yaz, heç olmasa, darıxmayım.
– Oldu, sənə qurban, yazaram, gecən xeyirə qalsın.
– Gözləyəcəyəm ha… yazmasan, bax, yenə zəng vuracam.
– Hə, hə… oldu, yazaram. Öpürəm səni, ağıllım, istirahət elə mən də çıxım buradan, uşaqlar dağıtdılar evi.
– Yaz ha, gözləyəcəyəm, pişiyim.
– Yazaram…
– Onda bir dəfə öpürəm səni, de..- deyə qadın nazlandı.
– Hə, öpdüm…
– Bir dəfə də de… – deyə, qadın əl çəkmədi.
– Hə, öpürəm, öpürəm, öpürəmmmm… – deyə kişi hirsləndi.
Telefon susdu.
– Vay, sənin zatuva lənət, qız olanda, bəsdir də ürəyim sıxıldı ki, burada – deyə Zeyqəm dodağının altında mızıldana-mızıldana ayaqyolundan çıxdı.
Ayaqyolunun qapısı az qaldı ki, Zeyqəmin arvadınn burnunu əzsin.
Arvadı soruşdu:
– A kişi, de görüm nə məsələdi?
– Nə olub ki?
– Səndən soruşuram, nə məsələdi işdən gələndən sonra dördüncü dəfədir ki, ayaqyoluna girib, qaxılıb qalmısan orada? Nə olub sənə?
– Soyuqlamışam.
– Ürəyindən?!- deyə, arvadı gülümsədi.
– Hə… Yox, az… gicsən, nədi, adam ürəyindən də soyuqlayar? Qarnımdan, qarnım ağrıyır.
– Qarnın ağrımır e, Zeyqəm, denən qarnımın qurdu var.
– Qurd nədir az, mən boyda adamda qurd olar, başın xarab olub, nədi?
– Olar, olar, niyə olmaz, özü də boyüyündən, iki ayaqlı, miniyubkalı, dodağı qırmızı qurdlar var ha, ondan. Oturub içində arada göz-qaş edib, dingildədir səni. Ona görə ayaqyolundan çıxmırsan, ay bədbəxt.
Zeyqəm tumanını batırmış uşaq kimi boynunun kökünə kimi qızardı. Handan-hana özünə gəlib:
– Səmayə, atamın göruna and olsun…
Arvadı onun sözünü ağzındaca qoydu:
– Ə, yekə kişisən, bir ləçərdən sarı o boyda kişinin göruna and içmə, zəhməti gözündən gələr sənin. Hamısından xəbərim var, elə bilirsən heç nə bilmirəm. İki-üç aydır sən özündə deyilsən, ay bədbəxt. Gecəni səhərə qədər o böyürü-bu böyürün üstə çevrilməkdən qotur itə dönmüsən. “Aşkım”, “mələyim”, “ürəyim qurban” sözlərini gecələr yuxuda sən deyirsən, ya mən? Vaxt vardı səhərlər üz-gözünü zorla yuduzdurardım sənə. Indi saat altıda durub soyuq duş qəbul edirsən, idmanla məşğul olursan. Üzünü hər gün qaşımaqdan, padoşa döndərmisən. Həftədə iki dəfə alt tuman-göynəyini dəyişirsən. Görünüb gecə yatanda diş fırçalayarlar, sən isə işə gedəndə dişini şotkalayırsan. Vaxt vardı evə bir şüşə ətir aldıra bilmirdim sənə, deyirdin ətirin iyinə allergiyam var. İndi səhərlər işə gedəndə bir şüşə ətir boşaldırsan üstünə. Nədi, qurddamısan, çürümüsən?! Zeyqəm, adamın vicdanı olar, kişi xeylağısan, neynək, deyək ki, sən yolunu azmısan, buna görə allah gec-tez cəzanı verəcəkdir. Amma, bu qələti bacarmırsan eləmə də. Bunu mən niyə bilməliyəm? Pişik pişikliyi ilə öz zir-zibilinin üstünü elə ört-basdır edir ki, onu heç kəs görmür. Sənin pişik qədər də, fərasətin yoxdur. Iki-üç aydır sizin miyoltunuz aləmi başına götürübdü. Dişi pişik kimi, o oradan miyoldayır, sən də buradan. Gah, tualetə girirsən, gah hamama, gah da paltar şkafına başını soxub miyoldayırsan. Məni saymırsan, ər-arvadlığımıza hörmət qoymursan cəhənnəmə qoy, barı, balalarına yazığın gəlsin. O gün görürürəm yeddi yaşlı Murad, o balaca uşaq mətbəxdə qaşığı qoyub qulağına “aşkım”, “aşkım” – deyə-deyə o başa gedir, bubaşa gedir. Deyirəm, Murad, bala, ana qurban, nə edirsən, kiminlə danışırsan? Deyir, ana, atam dünən gecə balkonda telefonla danışanda kiməsə “aşkım, aşkım” deyirdi.
– Zeyqəm, biz sevgili olmuşuq, bilirsən? Yoxsa, bunu da danacaqsan? Hətta, mənim valideynlərim niyə görəsə məni sənə verməkdən boyun qaçırırdılar. Bunu da bilirsən. Amma bunlra baxmayaraq mən səni özümə həyat yoldaşı seçdim. Seçdim ona görə ki, səni sevirdim, səndən xoşum gəlirdi. Sən də mənim dərdimdən dəli-divanə idin, kaş olmayaydın, kaş, o günə qara daş düşəydi. Bəs, indi nə oldu? Məndə nə gördün, kimdən pisəm, haramda xora-yara var? Mən sənə nur topu kimi üç bala böyüdürəm, üstəlik ev işləri, dükan-bazar. Özüvə bir stəkan çay süzməyi də bacarmırsan, hələ üst-başını demirəm. Tüpürərəm sənə, bu ev-eşiyə balalarımı da götürüb gedərəm bu evdən. Amma bunu etmirəm, ona görə ki, bayaq sənə dedim valideynlərim razı deyildilər. Bu halımda onlar məni qəbul etməzlər, qalaram küçələrdə. Bilirsən də küçədə qalmaq nə deməkdir? Küçədə qalmaq, küçə qadını olmaq deməkdir, hər gecə bir kişinin qoynunda yatmaq deməkdir…
– Bəsdir! – deyə bayaqdan, qulaqlarını sallayaraq arvadına qulaq asan Zeyqəm bağırdı.
– Bəsdiri mənə demə, özünə de, ayıbdır. Eşitmişəm, o gözəlçənin də əri var. Bəs, onun əri nə deyir bu işlərə? Demir ki, ay arvad bu gecə vaxtı hara, kimə zəng vurursan? Neyləsin, o yazıq? Yalansa, yazıq ilan vursun onun ərini, yəqin o qədər ətiacı, deyingəndir ki, arvadı da canının dərdindən onun başına elə torba tikib ki, hayana fırlanırsa çıxara bilmir.
O gün qonşu arvad deyir ki, ərimin telefonuna “Azərsel”dən mesaj gəlib. Kişi hamamda olduğu üçün telefondakı mesajı oxuyub görürəm ki, yazılıb: – “Ürəyim qurban, gəlmirsən, darıxıram, axı?”
Qonşu deyir ki, götürüb mesaj gələn nömrəyə zəng vururam ki, görüm bu nədi belə, bu necə idarədi ki, vətəndaşlarla belə şirin danışırlar.
Zəng gedən kimi telefonun o biri başından: – Ay caaan, ölərəm səninçün! – deyən bir qadın səsi gəldi.
Qonşu deyir ki, cin vurdu başıma dişimin dibindən nə çıxdı dedim o arvada. Sonra da ərim hamamdan çıxan kimi götürüb telefonu çırpdım təpəsinə. Köpəyoğlu, – dedim, dolamısan məni, götürüb ləçərinin adını telefonuna “Azərsel” yazırsan?
– Sən nə yazmısan onun adını, “Baksel”, “Azərsel”, yoxsa “Nar”. Bəsdir, Zeyqəm, qurtar bu oyunu. Neçə müddətdir ki, mən bunu bilirdim, amma səbr edib gözləyirdim, gözləyirdim ki, özün bu yoldan çəkinəsən. Yadında saxla, istər qadın olsun, istərsə də kişi, onun “yan getdiyini” ailəsi hamıdan qabaq bilir. Dözəni dözür, dözməyəni də, allah bilir özü nə edir. Gəl, bu isti yuvamızı dağıtmayaq. Bu yuva dağılsa biz heç, balalarımızın taleyi necə olacaq, düşünürsənmi? Onların nə günahı var? Mən səni bu əməlinə görə nə vaxtsa bağışlaya da bilərəm. Düşünərəm ki, heç belə bir iş olmayıb, keçərəm günahından, unudaram hər şeyi. Amma bir şərtlə, elə bu dəqiqə götür telefonunu mənim yanımda o gözəlçənə zəng et, de ki, bu gündən hər şeyə son qoyuldu. – Götür, Zeyqəm, götür zəng et…
– Axı… bilirsən nə var?
– Heç axısı, maxısı yoxdur… heç nə bilmirəm, heç nə də məni maraqlandırmır. Götür, götür zəng vur, sözümü ona çatdır.
– Sabah deyərəm… mütləq deyərəm. Söz verirəm ki, sabah hər şeyə son qoyacam.
– Yox, Zeyqəm, bu gün, elə bu dəqiqə deməlisən.
Zeyqəm telefonu götürüb barmaqlarını rəqəmlərin üzərində gəzdirdi. Sonra arvadının üzünə baxıb yavaşca:
– Nə deyim?
– Denən ki, həyat yoldaşım səninlə danışmaq istəyir.
– Necə yəni həyat yoldaşım səninlə danışmaq istəyir? Nə deyəcəksən ona, nə barədə danışacaqsan Xalxın arvadıyla? – deyə Zeyqəm kəkələdi.
– Xalqın arvadıyla? Xalq nədir, ə? Bu “obutavoy arvaddır”.
– Gicdəmə, az. Dedim ki, yəni camaatın arvadıyla sənin nə işin var? – deyə Zeyqəm, çaşbaş qaldığından bilmirdi ki, nə danışsın.
– Hə, indi düzəltdin, camaatın arvadıyla. Düz deyirsən, belələrinə “camaatın arvadı” deyirlər.
– Mən də ona deyəcəyəm ki, bu “xalqın”, bu “camaatın”, bivec, axmaq kişisiylə az eşqbazlıq elə. Bu yaxşı kişi, yaxşı ər olsaydı, “xalq”, “camaaat” bunun təpəsinə dəysin, heç olmasa öz evinin, öz ailəsinin kişisi olardı. Day, gedib, sümsük itlər kimi orda-burda sümsünməzdi. – Hə, bir də ona deyəcəm ki, bu kişidən indiyə kimi mən bal tutmuşam, sən də gəl doşab tut. Onunla nə zəhərli eşqimiz barədə danışacağam. Deyəcəyəm ki, bu eşq mənim iyirmi beş illik həyatımı zəhərləyibdir. Hər gün bu zəhərdən dadıram, amma ölmürəm. Ölmürəm ona görə ki, balalarım var, onları sənin kimi bivec atanın ümidinə qoyub gedə bilmərəm.

– Bilirsən nə var, hiss edirəm ki, sən düzələn adama oxşamırsan. Niyə səninlə ömrümü çürütməliyəm e. Həmişə fikirləşmişəm ki, bir gün balalarımı götürüb bu evdən gedəcəyəm. Niyə mən getməliyəm? Niyə balalarım, özüm küçədə qalmalıyıq? Ən yaxşısı sən dur, cəhənnəm ol, bu evdən. Yığışdır zir-zibillərini tərk et bu evi. Biz sənə lazım olmadığımız kimi, sən də heç bizə lazım deyilsən. Get, hara istəyirsən, kiminlə istəyirsən yaşa. Mən səninlə xoşbəxt olmadım, get kimi istəyirsənsə, bundan sonra xoşbəxt et.
Səmayə paltar dolabının üstündəki iri çamadanı götürüb hirslə çarpayının üstə atdı və ərinin paltarlarını bir-bir çamadanın içinə yığmağa başladı…

Müəllif: MEYXOŞ ABDULLAH

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

TURAL TURAN

AD GÜNÜNÜZ MÜBARƏK!!!

Bu gün ( 28 Oktyabr 1989 ) gənc yazar Tural Turanın doğum günüdür. Ad gününüz mübarək, Tural müəllim. Uca Yaradandan Sizə can sağlığı, uzun ömür və bütün işlərinizdə müvəffəqiyyətlər arzu edirik… Uğurlarınız bol olsun!!!

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Sevda İbrahimlinin ilk kitabı

Ötən günlərdə (26.10.2019) ədəbi mühitdə artıq kifayət qədər tanınmış şairə Sevda İbrahimlinin “Orda Mən Varam” adlı ilk kitabının təqdimatı Azərbaycan Nəşiriyyatında Böyük Akt Zalında keçirilib. Bu münasibətlə Sevda xanımı təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirik. Uğurlarınız bol olsun, Sevda xanım!

TƏDBİRDƏN FOTOLAR:

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru