Sadıq Qarayev- Aktual məsələ

Mədəniyyətin xatirəsinə qoyulmuş yaşıl abidələr

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Xanım Əliyevanın təşəbbüsü ilə dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə  bir gündə 650 min ağac əkiləcək. Bunun Respublikamızın, eləcə də dünya ekalogiyasına faydası, insan sağlamlığına töhfəsi haqqında.

Azərbaycan xalqı dünya elminin, mədəniyyətinin yeni təkamül müstəvilərinə keçməsində mühümm rol oynayan bir çox dahi şəxsiyyətlər yetirmişdir. Bunlardan biri də 1369-cu ildə Şamaxı şəhərində anadan olmuş, klassik Şərq və qədim yunan fəlsəfəsini, ədəbiyyatını dərindən mənimsəmiş, dinlərin tarixini, tibbastronomiya və astrologiyariyaziyyat və məntiq elmlərini mükəmməl öyrənmiş böyük mütəfəkkir, alim və şair İmadəddin Nəsimidir (tam adı: Seyid Əli ibn Seyid Məhəmməd).

İmadəddin Nəsimi bir çox dilləri dərindən öyrənmiş, Azərbaycanfars və ərəb dillərində dünya ədəbiyyatının inciləri sırasına daxil olan ölməz poeyiziya nümunələri yaratmışdır.  Onun azərbaycanca yazdığı şeirlər həm məna baxımından, bədii təsvir vasitələrinə, dilin zənginliyinə görə seçilməklə yanaşı, həm də xalq nitqinə yaxınlığı, atalar sözləri, zərb-məsəllər, hikmətli sözlərin çoxluq təşkil etməsi ilə Azərbaycan poeziyasında yeni inkişaf istiqamətləri müəyyənləşdirmişdir.

Nəsimin dünyagörüşünün təmərgüzləşməsində ustadı hesab etdiyi, dövrünün mütəfəkkir alimlərindən olan hürufi Fəzlullah Nəiminin, eləcə də İbn Sina, Xaqani, Nizami, Fələki, Mənsur Həllac,  Şeyx Mahmud Şəbüstərinin əsərlərinin böyük rolu olmuşdur.

Nəsimi mövcudluğa, təbiətdə və cəmiyyətdə gedən proseslərin mahiyyətinə, ALLAHIN dərk edilməsinə dövrünün məşhur Sufi, Hurufi fəlsəfi baxışları, Panteist ideyaları vasitəsilə baxmaqla yanaşı, əldə etdikləri biliklər əsasında özünəməxsus mütərəqqi fikirlər irəli sürmüşdür ki, bunların da əsasında elmi yükün çoxluq təşkil etməsi, yenilkçilik onu sələfləridən fərqləndirmişdir. Beləliklə, özünəməxsus ideyaların, yeni düşüncə sisteminin əsrarəngiz poetik mümunələrdə verilməsi, həmçinin öz əqidəsi uğrunda qeyri-adi sədaqət və cəsurluq göstərməsi onu tezliklə Şərqdə, sonralar isə dünyada məşhur etmişdir. Nəsimi yaradıcılığı istər poeziya gözəlliyi, isərsə də misralardakı həqiqət yüklü çox qatlı məna baxımından Dünya ədəbiyyatı və fikir tarixində təkrarolunmaz, unikal və əbədi yer qazanmışdır.

Nəsimi Azərbaycan xalqının qürur duyacaq, bədii və fikir səviyyəsini, milli-mənəvi zənginliyini  dünyada nümayiş etdirəcək böyük mütəffəkir şairlərimizdəndir. Bütün bunları nəzərə alan Azərbaycan Respublikasının Prezidenti İlaham Əliyev 15 noyabr 2018-ci ildə növbəti ildə Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin (1369 – 1417) 650 illik yubileyinin qeyd edilməsi haqqında müvafiq sərəncam imzalamışdır. Bu sərancam Azəbaycanın dahi şəxsiyyətlərinə, milli-mənəvi dəyərlərinə, ədəbiyyatına, fəlsəfə və fikir tarixinə böyük diqqətin və dövlət qayğısının bariz nümunəsidir.

Prezident İlaham Əliyev cənabları tərəfindən imzalanmış  sərancamdan sonra, AMEA-nın müvafiq qurumları, Mədəniyyət Nazirliyi, Yazıçılar Birliyi, bir sıra qeyri hökümət təşkilatları Nəsmi irsinin daha dərindən araşdırılması, yeniyetmə və gənclər arasında, eləcə də dünyada təbliğ olunması istqamətində müxtəlif yönlü işlər görmüşdür. Məsələn, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Azərbaycan Respublikasında Nəsimin əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. 3 iyun 2019-cu ildə İmadəddin Nəsiminin 650 illiyi ilə əlaqədar Beynəlxalq Astronomiya İttifaqı Mars və Yupiter planetlərinin arasında yerləşən 1995 UN2 asteroidinə Nəsiminin adını vermişdir.

Nəsminin 650 illik yubleyinin qeyd edilməsi Heydər Əliyev Fondunun 2019-cu ildə həyata keçirdiyi fəaliyyət proqramları içərsində prioritet istiqamətlərdən olmuşdur. Fondun Prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Xanım Əliyeva dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə  bir gündə 650 min ağac əkilməsi təşəbbüsü irəli sürmşdür. Bu təşəbbüs biz biloqlar tərəfindən çox yüksək qiymətləndirlmişdir. Həm də bizi sevindirmişdir.

Dünya praktikasında yubleylər qeyd edilərkən müxtəlif metodlardan, aksiyalrdan istifadə edilir. Məslən yubliyarın şərəfinə poçt marakaları, pul əskinazları, sikkələri, müxtəlif qiymətli əşyalar və s. buraxılır, abidləri qoyulur və s. Ağac əkmək isə çox nadir hallarda rast gəlinir. Bir gündə yüz minlərlə ağacın əkilməsi təşəbbüsü isə bəlkə də ilk ideyadır. Və fikirimizcə nəticəsi ən faydalı olandır.  Məsələ burasındadır ki, hər hansı cansız xatirə atributu insanlara ağaclar qədər real və uzun müddətli fayda gətirə bilməz. Hörmətli Mehriban xanımın məlum təşəbbüsünün fəlsəfi mahiyyətində dünya mədəni irsinin zənginləşməsində rol oynamış   dahi bir İnsanın xatirəsinin bəşəriyyətin sağalam gələcəyi üçün zəruri olan yaşıl abidələrlə əbədiləşdirilməsidir. Qısa desək, bu ideyanının gerçəkləşməsi  “mədəniyyətin xatirəsinə qoyulmuş yaşıl abidələr” olacaqdır. Elə buradaca qeyd etmək istərdim ki, bu cür təşəbbüslərin bir ənənə halını almasını, gələckdə də davam etməsini arzu edərdik.

Indi isə bir gündə 650 min ağac əkilməsinin elmi baxımdan faydalı tərəfləri haqqında fikirimizi bildirmək istəyirəm. İnanıram ki, bu izahlar Hörmətli Mehriban Xanımın təşəbbüsünün biz bioloqlar tərəfindən niyə sevinclə qarşılandığını və   yüksək qiymətləndirildiyini aydınlaşdırcaq.

Müasir dövrümüzdə dünyada sürətli demoqrafik, sosial-iqdisadi inkişafın və elmi-texniki tərəqqinin insan fəaliyyətinin müxtəlif sahələrinə tətbiqinin nəticəsində antropogen amillərin təbiətə mənfi təsirləri daha da artmışdır.  Nəticədə təbiət çirklənmiş, eroziya və səhralaşma prosesləri sürətlənmiş, ekosistemlərin bioloji qida zəncirlərində pozulmalar, biosenozlarda xaotiklik  və deqradasiyaya meyillər yaranmışdır. Periodik olaraq baş verən təbii iqlim dəyişmələri  antropogen amillərlin yaratdığı mənfi təsirlərlə  üst-üstə düşərək münbit əkin sahələrinin azalmasına səbəb olmuş, ekosferdə  tarazılığın pozulmasıprosesini sürətləndirmiş,   biolji müxtəlifliyin təhlükə altına düşməsi vəayrı-ayrı növlərin sıradan çıxması ehtimalının çoxalması ilə nəticələnən qlobal ekoloji problemləri gücləndirmişdir. Məsələn, YUNESKO-nun qiymətləndirməsinə görə son dövrlər yararlı əkin sahələrinin hər il 6 mln. Hektarı səhralaşma nəticəsində yararsız hala düşür. Respublikamızda ekoloji gərgin  rayonlardan hesab edilən Böyük Qafqazın Cənub yamaclarında meşələrin yuxarı sərhəddi 200-500 m aşağı enmiş, antropogen amillərin təsirindən torpaq erroziyası sürətlənmişdir. Ekoloji vəziyyətin gərginləşməsinin qarşısını almaq, tarazlığı qoruyub saxlamaq və təbii bioresuslardan səmərəli  istifadə etməyin optimal yollarını tapmaq bu gün və gələcək üçün bəşəriyyətin ən aktual problemlərindən birinə çevrilmişdir.    

Ekosferdə yaranan qlobal ekoloji problemlərin qarşısını almaq, daha da dərinləşməsinə imkan yaratmamaq üçün görüləcək mühüm tədbirlərdən biri də  təbiətdə biomüxtəlifliyin qorunması, mövcud mədəni yaşıllıqların  saxlanılması, artırılması və növ tərkibinin zənginləşdirilməsidir.

Təbii flora ilə yanaşı, mədəni yaşıllıqların da bioekolj problemlərin qarşısının alınmasında, ekolji tarazlığın qorunub saxlanılmasında böyük rolu vardır. Yaşıllıqlar ətarfı gözələşdirməklə yanaşı, çox insan yaşayan və nəqliyyatın intensiv hərəkət edtiyi iri şəhərlərdə səs-küyün azalmasına müsbət təsir edir. Yaşıllıqlar havanı zəhərli qazlardan, toz, his kimi mexaniki qarışıqlardan təmizləyir. Toz və his bitkilərin yarpaqları üzərinə çökür, yağmurlar zamanı yuyulub torpağa tökülürlər. Ağac və kollardan ibarət olan yolkənarı yaşıllıqalr yolun torpaqla örtülməsinin qarşısını alır, küləklərin hərəkət sürətini azaldır və sıx yerləşdikdə sakitlik yaradırlar.

Müasirləşən və sürətlə hərtərəfli inkşaf edən Respublikamızda ekoloji problemlərin qarşısını alınması, sənayenin müxtəlif sahələrinin bioresuslara olan təlabatınıın ödənilməsi, təbii sərvətlərin gələcək nəsillərə qorunub saxlanılması  bitki ehtiyatlarının öyrənilməsini,  biomüxtəlifliyinin qorunmasını,  yaşıllıqların artırılması və yeni növlərlə zənginləşdirilməsini zəruri edir.

Azərbaycan Respublikası 2000-ci ildə “Bioloji Müxtəliflik haqqında Beynəlxalq Konvensiya”ya qoşulmuşdur. Bioloji müxtəlifliyin qorunmasını, nadir və nəsli kəsilməkdə olan növlərin bərpası və mühaifizəsini öhdəliyinə götürmüşdür. Ümummili lider Heydər Əliyev 2001-ci il 21 dekabr tarixində 848 №-li Sərancamla Flora və faunanın genetik ehtiyatlarının qorunması, yox olmaq təhlükəsinin aradan qaldırılması məqsədilə Genetik Ehtiyatlar üzrə Dövlət Komissiyası. 24 mart 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti İham Əliyev “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Milli Strategiya və Fəaliyyət Planı” haqqında 1368 №-li sərancam vermişdir.

Bütün bunları nəzərə aldıqda, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə  bir gündə 650 min ağac əkililməsi təşəbbüsünun əsasə Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən siyasətin tərkib elmentlərindən olan biomüxtəliflyin qorunması, yaşıllıqların artırılması istiqamətində atılmış ciddi adım hesab etmək olar. eyni zamanda, Azərbycanın qoşulduğu beynəlxalq konvensiyalara sadiqliyini nümunəsi demək olar. Çünki, əkiləcək 650 min ağac ümumilikdə regionun ekolji mühitinə müsbət təsir edəcək. Yəni, coğrafi ərazilər insanlar tərəfindən müxtəlif adlarla adlandırılıb, bitkilər üçün ölkələrin fərqi yoxdur. Ona görə də dünyanın hər hansı yerinə baş vermiş ekolji fəlakət və ya bu istiqamətdə müsbət işlər qlobal mahiyyət daşıyır.

Azərbaycan Respublikası ərazisində meşələr sahəcə az olsa da (10%) növ tərkibinə görə zəngindir. Respublika ərazisində yabanı halda 435 növ ağac və kol bitir. Bunların da 328 növü kol (75 %), 107 növü (25%) ağacdır. Bu da Azərbaycan respublikası florasının 11 %-ni təşkil edir. Ağac və kollar 48 fəsilədə və 135 cinsdə birləşir .  Ağac və kol növlərini qorumaq, artırmaq təkcə dövlətin deyil, hər bir vətəndaşın borcudur.

Sonda koolektivimiz adından dahi şair Nəsminin 650 illik yubleyi şərəfinə 650 min ağac əkilməsi təşəbbüsü ilə mədəniyyətimizi yaşıl abidələrlə əbədiləşdirmək kimi xeyirxah, real faydaları olacaq, ekolji tarazlığın qorunmasında rol oynaycaq ideya ilə çıxış etdiyinə görə Mehriban xanıma təşəkkür edirik. Və aksiyda uzun ömürlü, relikt, endem, nadir və nəsli kəsilməkdə olan ağac və kol növlərindən istifadə olunmağının daha məqsədəuyğun olduğunu, bu bitkilərin seçilməsində, əkilməsində hər cür dəstək göstərməyə hazır olduğumuz bildiririk.

Qarayev Sadıq  Qurban oğlu                                                                                                            

AMEA  Mərkəzi  Nəbatat  Bağının aparıcı      elmi işçisi, b.ü.f.d, dosent.,   AYB, Rusiya Yazıçılar İttifaqı və Türkiyə İLESAM-ın üzvü, Prezidet təqaüdçüsü, Qızıl Kəlmə mükaftaçısı.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir