Əbülfət Heydər – Ağbaba

“AĞBABAM”

(…düşmən süngüsünə keçən Vətənim Ağbaba və Ağbabalıların şərəfinə ithaf edirəm…)

Xalqımın incilər xəzinəsində,
Babam Nizaminin zər xəmsəsində,
Elin nəğməsində, cəngi səsində,
Nəsimimin qəzəlidi Ağbabam,
Oğuz yurdu, Türk elidi Ağbabam.
—————–
Alp Arslanın qibləgahı, ocağı,
Səlcuq tüklərinin nurlu çırağı,
Əsrlərdən gəlir səsi, sorağı
Gözəllərin gözəlidi Ağbabam,
Oğuz yurdu, Türk elidi Ağbabam.
—————–
Dədəm Qorqud orda qopuz çalıbdı,
Xan Öğuzum xəyallara dalıbdı,
Bayandur xan orda məskən salıbdı,
Xətayimin bülbülüdü Ağbabam,
Oğuz yurdu, Türk elidi Ağbabam.
——————
Aninin fəthində mən orda varam,
Çıldır döyüşündə sızlayır yaram.
Qardaş süngüsündə mən ahu-zaram,
Sinəm üstü qəm selidi Ağbabam,
Oğuz yurdu, Türk elidi Ağbabam.
——————-
Fələk məni beş əsirdi sınayır,
Köhnə yaram Çaldıranda qanıyır,
Vallah, billah şeytan bizi tanıyır,
Şair balan qəm əhlidi Ağbabam,
Oğuz yurdu, Türk elidi Ağbabam.
——————–
Göyçə dedim, dil ağzımda alışdı,
Təbriz dedim, kədər qəmə qarışdı.
Qarabağsız bağrım yandı, alışdı,
Dərdim yaman gülməlidi Ağbabam,
Oğuz yurdu, Türk elidi Ağbabam.
——————–
Boz Qaladan duman dağa qalxırmı..?
Ulu dağlar Arpa gölə baxırmı..?
Arpa çayım qəmli-qəmli axırmı..?
Əbülfət sənsiz dəlidi Ağbabam,
Oğuz yurdu, Türk elidi Ağbabam.
01.11.2019

Ağbabanın tarixi haqqında qeyd:

1.İyirmi illik Bizans hakimiyyətindən sonra Səlcuqlu Türk xaqanı Alparslan 1064-çü ildə Ani şəhrini fəth edərək Bizansları oradan qovmuşdur. Həmin il Kars və ətraf bölgələr (ağbaba bölgəsi) Anadolu Türkləri tərəfində fəth edildi.
2.1394,1400 və 1403-çü illərdə Temur xan Karsdan keçdi. Səfəfilər Ağqoyunlu imperatorluğunu yıxıb Kars və ətraf bölgələrə sahib çıxdılar.1394-1534-cü illərdə bölgə və ətraf mahallar (Ağbaba) Səvəfilər hakimiyyəri altında oldu.
1534-cü ildə Osmanlı xanı Sultan Səlim xan Çaldıran səfərindən sonra Karsa gəldi .Kars və ətraf bölgələr Osmanlı imperatorluğunun tabeliyinə keçdi..Bundan sonra Osmanlı dövləti ilə Səfəvi dövləti arasında Kars bölgəsində strateji döyüşlər başlandı.
3.Qardaş qırğını. Səfəvi-Osmanlı müharibəsinin (1578-1590) gedişində, 1578-ci il 9 avqustda Osmanlı dövləti ilə Səfəvi dövləti arasında Çıldır gölü ətrafında Osmanlıların qələbəsi ilə nəticələnən döyüş baş verdi.Bu döyüşdə hər iki tərəfdən 20000 min adam öldürüldü
4.Qars müqaviləsi. Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası ilə Türkiyə arasında 13 oktyabr 1921-ci ildə bağlanmış sülh müqaviləsinə əsasən Ağbaba mahalın böyü bir ərazisi Ermənistan SSR-nin tərkibinə qatıldı
5.1988-ci il erməni daşnaqları tərəfindən Ağbaba mahılından Azərbayçanlıların deportasiyasının son nöqtəsi qoyuldu. Azərbaycanlılar 1988-ci ildən etibarən ermənistandan tam şəkildə qovuldu.

Müəllif:Əbülfət HEYDƏR

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir