Лейла Алиева

Коснись руки моей

Коснись руки моей, я невзначай прошу!
Там дождь! Под ним безропотно танцую!
Молчит мой Ангел, разумом грешу!
Лишиться ведь Эдема не рискую!

Глаза открыла музыка с небес!
А знаешь, мне не в радость просыпаться!
Глаза закрой, там мир! Там мир чудес!
Не мне тебя учить страх не бояться!

Пусть вижу все! Все, что прошла душа!
И вижу больше, чем глазами, вижу!
Проходит время плавно, не спеша!
Убить смогу, но не возненавижу!

Здесь музыка и танцы, зов крови!
Сказали, кровь с любовью не рифмуют!
Но разве в жилах кровь есть без любви?
Где тот мудрец, что правила диктует?

Послушай, нет, не завтра, не вчера!
Судьба сведет нас, как никто не знает!
Пусть песня твоих мыслей до утра
Меня, как-плед от ветра, укрывает!

Автор: Лейла Алиева

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Наргиз Курбанова

НЕМОЙ ВЗГЛЯД

Когда порой иду я мимо,
Я чувствую украдкий взгляд,
Я знаю, ты мне смотришь в спину,
Но я не оглянусь назад.
Ну почему всё так случилось!?
Зачем расстались мы с тобой,
За что судьба нас разлучила,
Оставив мне лишь взгляд немой.
Теперь печальными глазами,
Я на тебя тайком гляжу,
И взгляд мой заслонён слезами,
Смотрю, смотрю…,.- и ухожу…
Мои мечты, воспоминанья,
Все мои мысли,-о тебе,
Подсказывает мне сознанье,
Что ты придёшь ещё ко мне…
Тоскуя под ночным покровом,
Мечтаю только о тебе,
Всего одно лишь твоё слово,
И я сама примчусь к тебе.
Я прилечу к тебе на крыльях,
Которые подаришь ты,
Мои желанья станут былью,
В явь превратятся все мечты.
Но…, ты лишь смотришь…, и молчишь,
Бросая только взгляд немой,
Я знаю,- ты заговоришь,
И, вот тогда,-
ТЫ БУДЕШЬ МОЙ!


А́ВТОР:Наргиз Курбанова


См: Наргиз Нарочка Курбанова

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ƏDALƏT NİCAT

AD GÜNÜNÜZ MÜBARƏK !!!

Bu gün ( 2 Noyabr 1966 ) tanınmış şair ‎Ədalət Nicatın doğum günüdür. Ad günü münasibəti ilə şairi təbrik edir və yaradıcılığından bir-neçə nümunə təqdim edirik:

DAĞLAR

Yurdsuz ömrümdən elə tez
Gəlib keçir il, ay dağlar.
Dərdim sığışmaz köksünə
Dərd əhliyəm bil ,ay dağlar.

Çıxarılıb yuvasından,
Tüstü çıxmır sobasından,
Nə zamandı obasından
Uzaq düşüb el ,ay dağlar.

Ya haqq ver,yadaki qına,
Boş vədlərdən duydum cana,
Qılınc ömrüm qaçır qana,
Görüşümə gəl,ay dağlar.

Bilmirəm bu nə dözümdü,
Mamırlayan daş üzümdü,
Qoşa bulud nəm gözümdü,
Əl at yaşın sil,ay dağlar.

Ədaləti qürbət yorub,
Eləyə bılmırəm qürub,
Həsrət ılə gendən durub
Eyləyirəm əl,ay dağlar.

AY İŞIĞI

Gecə zülmətdə yayılan,
Evimin üstündə aylan,
Pəncərəmdən gecə boylan
Mənimlə qal, ay işığı.

Məndən Allaha yaxınsan,
Sirli sevdalı yuxumsan,
Gecələr varım yoxumsan,
Gəl yuxum ol, ay işığı.

Buluddan qurtarsa yaxan,
Yuxudaykən bütün cahan,
Sökülməyə tələsir dan,
Getmə bir yol, ay işığı.

Yəqin anlar məni millət,
Yetər çəkdiyim bu zillət,
İçimdən yox olsun zülmət,
Qəlbimə dol, ay işığı.

YURDUM

Səcdənə də gələnmədim,
Canım yurdum,gözüm yurdum.
Yaşda daha o yaş deyil,
Azalıbdı dözüm yurdum.

Göz yaşım baxmır sözümə,
Dərin arx açıb üzümə,
Oğul deməyə özümə
Daha gəlmir üzüm yurdum.

Dünyanın nahaqq qatında
Şeytanlar çapır atında,
Qəribsəyib kül altında
Çoxdan sönüb közüm yurdum.

Atəş sönməz gur yağışla,
Eşq göyərməz bir baxışla,
Nə olar məni bağışla,
Gələnməsəm özüm yurdum.

Ədalət varmı yadında?
İllərdi yanır odunda,
Kaş bir durna qanadında
Çata sənə sözüm yurdum.

ÜŞÜYÜR

Yurddan ayrılanda tox saxladığım,
Üzdə şux görünən dözüm üşüyür.
Misra-misra,bənd-bənd yola düzülən,
Hər sözə kövrələn sözüm üşüyür.

Xəyalım dolanır yalı,yamacı,
Əsirlikdə qalıb yurdumun tacı,
Qürursuz yaşamaq acıdan-acı,
Şuşasız taqətim,dizim üşüyür.

Zəngilan bir həsrət ruhumu yoran,
Laçınsız ömrümə tez gəldi boran,
Kəlbəcər gedəndən kədərli duran,
Murova dikilən gözüm üşüyür.

Hər papaq qoyanlar guya ki ərdi?
Anlayan varmı ki,nə dərdi-sərdi,
İçimdə yandıqca Zəngəzur dərdi,
Qarabağda sönən közüm üşüyür.

Torpağa məhəbbət mübarək hisdi,
Burada vətəndi,demirəm pisdi,
Sumqayıt mənimçün olsada isti,
Qubadlıda qalan izim üşüyür.

Şeirlərin müəllifi: Ədalət Nicat

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru