MAYIL DOSTU – AY VƏTƏN

VƏTƏN, AY VƏTƏN

Başın daşdan daşa o qədər dəyib,
Zalımlar, haqsızlar qəddini əyib,
Haqqını çox zaman özgələr yeyib,
Damını daşlayıb hər yoldan ötən,
Başın nələr çəkib, yazıq, ay Vətən

Daşın ağır olub, düşüb başlara,
Çox qucaq açmısan qəlbi daşlara,
Hərdən haq vermisən başı boşlara.
Dağıdıb, sökübdü səni hər yetən,
Başın nələr çəkib, yazıq, ay Vətən.

Qəlbin tikə – tikə, sinən də dağlı,
Şərəfin ləkəli, qaralı – ağlı,
Elliklə olmadıq, biz Qarabağlı.
Yurda dönük çıxdıq, itirdik nədən,
Başın nələr çəkib, yazıq, ay Vətən.

Durub gözləyirik, bilmirəm kimi,
Guya gələsidir haqqın hakimi,
Özüməm dərdimin yalnız həkimi,
Dərmanım, əlacım özümdə zatən,
Başın nələr çəkir, yazıq, ay Vətən.

Siz ey mənsəb, yağlı tikə güdənlər,
Milləti düşmənə, dosta bölənlər,
Yağını yox, bir-birini didənlər,
Qarabağ başımız – başsız nə bədən?
Başın nələr çəkir, yazıq, ay Vətən!

Müəllif: MAYIL DOSTU

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir