YAŞAR BÜNYAD

AD GÜNÜNÜZ MÜBARƏK!!!

Bu gün (10 noyabr 1956) çox dəyərli dostumuz, gözəl insan, tanınmış yazar Yaşar Bünyadın doğum günüdür. Ad gününüz mübarək, Yaşar müəllim!!! Uca yaradandan sizə uzun ömür, can sağlığı və bütün işlərinizdə uğurlar arzu edirik. Uğurlarınız bol olsun!!!

QISA ARAYIŞ:

Yaşar Bünyad (Əhmədov Yaşar Bünyad oğlu) Şamaxı rayonunun Əngəxaran kəndində anadan olub. S.M.Qənizadə adına 5 saylı orta məktəbi bitirəndən sonra, təhsilini Azərbaycan Kənd Təsərrüfatı institutunda davam etdirib. 1997-ci ildən 2015-ci ilə qədər Rusiyanın Saratov vilayətində yaşayıb.

“Qoşalülə” hekayəsi “Ədəbi Azadlıq 2014” müsabiqəsində, “General” hekayəsi isə manera.az ədəbiyyat və mədəniyyət portalının 2014-cü ildə keçirtdiyi “Ən yaxşı hekayə” müsabiqəsində mükafata layiq görülüb.

2018 ci ildə “Hələ ki təyyarələr uçur” hekayəsi Xalq yazıçısı Mir Cəlal Paşayev adına Beynəlxalq hekayə müsabiqəsinin qalibi seçilib.

2019 -cu ildə Azərbaycan Yazıçılar Birliyinin aparıcı mətbu orqanı olan “Ədəbiyyat qəzeti”nin təsis etdiyi Əli bəy Hüseynzadə adına mükafatının laureatı olub.

Hekayələri müxtəlif illərdə “Azərbaycan” , “Xəzan”, “Yazı”, Gürcüstan YB Azərbaycan şöbəinin “Körük” ədəbi-bədii jurnalında, AYB nin həftəlik “Ədəbiyyat qəzetində”, “Literaturnıy Azerbaydjan” jurnalında çap olunub.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

One thought on “YAŞAR BÜNYAD”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir