İLQAR TÜRKOĞLU

TÜRKÜN QİBLƏSİ
Qiblə gəzib, ay namazı sorulan,
Babəkindi qollarından vurulan,
Şərəfini qanla yuyub,durulan,
Azad etsən Laçın, Şuşandı qiblən!

Biri yol göstərir irana sarı,
Birisi sür,deyir virana sarı.
Yetər ey türk,özün yaranı sarı,
Özcə əlin,özcə başındı qiblən!

Düşməyir dilindən, ərəb deyirsən,
Dağılmış qəbrinə Hələb deyirsən,
Günahında batır”ya rəbb”deyirsən,
Körpə qızların göz yaşında,qiblən.

Qılıncından keçirdi bir gecədə,
Yorulmadın yad qibləyə səcədə,
Yüzillərdi yatdın”min bir gecə”də,
Nağılında bitib, çaşandı qiblən.

Ümmətində şəcərəsiz soydular,
Məzhəbilə türkü üzə qoydular.
Nəsimimi diri-diri soydular,
Tarixlərə şahid yaşındı qiblən!

Bu cəhalət ağlına yatdın,yetər,
Molla-ərəb nağlına yatdın,yetər.
Tikdiyi astarı üzündən betər,
Huri,qılman yenə peşində,qiblən.

Türk qadını hələ at üstündəydi,
Fərhad Şirin üçün Bisütundəydi.
İbn(ə)ləri gəlib qəddini əydi.
Yad malıydı altı yaşında qiblən!

Bütləşibdi çoxdan ocağın,pirin,
Oyan bir az, qoy açılsın gözlərin.
Dözə-dözə hələ çoxmu səbirin?
Nağılı-nağıla qoşandı qiblən.

Başlamışdı dərdin farsdan öncəyə,
İtkin çoxdu hələ, rusdan öncəyə,
Gedib çıxdın, yenə Qarsdan öncəyə,
Xilaskarın, həmən Paşandı, qiblən!

Öz gəmimdən pay istəyib yetirən,
Yağmalandıq özümüzü itirən,
Qanlarıyla milyon lalə bitirən,
Torpağında neçə daşındı qiblən!

Şanlı keçmişinlə, özünlə öyün,
Qoy çalınsın”Cəngi”üstə toy-düyün.
Bayrağını hər gün öpüb qoyduğun,
Gözlərinin üstə qaşındı qiblən.

Müəllif: İLQAR TÜRKOĞLU

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir