ZAUR İLHAMOĞLU

AZƏRBAYCAN BAYRAĞI

Qan qoxulu o illərin hər dəhşətli anıyla,
Neçə-neçə məzlumların sipər olan canıyla,
Saya gəlməz şəhidlərin töküldüyü qanıyla,
Qazandığım hürriyətim – Azərbaycan bayrağı!
Mübarizəm, şücaətim – Azərbaycan bayrağı!

Gəzib dolan bu dünyanı bayraq macərasında
Varmı belə gözəl bayraq bayraqlar arasında?
Millətimin bir millət tək millətlər sırasında
Varlığıma zəmanətim – Azərbaycan bayrağı!
Mən olmağım, şəxsiyyətim – Azərbaycan bayrağı!

Səma rəngim – Türk olmağım, Türklüyümdən var nişan,
Qırmızı rəng – mən azadam, qul olmaram heç zaman.
Yaşıl rəngim – dinim İslam, Allahım – tək Yaradan.
Hər rəngim bir əlamətim – Azərbaycan bayrağı!
Adım-sanım, şan-şöhrətim – Azərbaycan bayrağı!

Sənə olan bu sevgimin ölçüsü yox bəşərdə,
Səndən ötrü düşsəm, xoşdur min bəlaya, min dərdə.
Təki dalğalansın mənim bayrağım zirvələrdə,
Sarsılmayan məhəbbətim – Azərbaycan bayrağı!
Öz eşqimə sədaqətim – Azərbaycan bayrağı!

Mən bu yurdun övladıyam, bircə arzum var mənim:
Şəhid olum bayraq üstə, bayraq olsun kəfənim!
Nə qədər ki, bayrağım var, var olacaq Vətənim.
Dağ vüqarım, şax qamətim – Azərbaycan bayrağı!
Qürur yerim, fəxarətim – Azərbaycan bayrağı!

Müəllif: Zaur Ilhamoglu

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Dərviş Xan

AD GÜNÜZ MÜBARƏK !!!

Bu gün (13 noyabr 1962) dəyərli dostumuz, çox hörmətli şair Dərviş Xanın doğum günüdür. Bu gün münasibəti ilə şairi təbrik edir, uzun ömür, can sağlığı və yeni-yeni yaradıcılıq uğurları arzu edirik. Uğurlarınızbol olsun,  Dərviş Xan !!!

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru