Qələndər Xaçınçaylı “Dəyişmirik” kitabı

Bu gün -noyabrın 14-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda tanınmış jurnalist, şair-publisist Qələndər Xaçınçaylının “Dəyişmirik” kitabının təqdimatı keçirildi. Filologiya üzrə elmlər doktoru, folklorşünas İslam Sadığın moderatorluğunda keçən möhtəşəm tədbirdə görkəmli alimimiz Qurban Bayramov, söz adamlarından Ramiz Məmmədzadə, Allahverdi Eminov, Musa Ələkbərli, Təranə Məmməd, Maşallah Məftun, Zaur Ustac, Sərvaz Hüseynoğlu, Gülnarə Cəmaləddin, Hikmət Xudiyev və başqaları Qələndər Xaçınçaylının yaradıcılığından söz açdılar, şeirlərinin özəl xüsusiyyətlərini qeyd etdilər.

Qələndər Xaçınçaylının “Dəyişmirik” kitabının təqdimatında Qurban Bayramovun çıxışı isə daha çox yadda qalan oldu. Çox şirin və munis söhbəti, qəlbə yatımlı nitqi ilə o Natəvan klubunda Qarabağ əhval-ruhiyyəsi yaratdı. Qurban müəllim Qələndər Xaçınçaylının yaradıcılığını təhlil etməklə yanaşı tariximizə, mənəvi dəyərlərimizə də toxunaraq yaxın-uzaq keçmişə qayıtdı, əzəzmətli və möhtəşəm məkanı – Ağdamı gözlərimizin önündə canlatdı. Şuşadan söhbət saldı, Xan əmini xatırladı. Sanki bir daha hansı yurdu erməni tapdağında qoyduğymuzu bizlərə bəyan etdi…

Sonda şair – publisist Zaur Ustac yazarlar adından Qələndər Xaçınçaylıya “Vintsas” Mükafatını təqdim etdi.

Olduqca maraqlı və digər anoloji tədbirlərdən xüsusi abu-havası ilə fərqlənən məclis (bütün çıxış və söhbətlər demək olar ki, Qarabağ, Vətən mövzusu üzərində qurulmuşdu) Qələndər Xaçınçaylının şeirlərindən nümunələr səsləndiriməsi ilə başa çatdı. Kitablar imzalandı. Xatirə şəkilləri çəkdirildi. Tədbirdən fotolar:

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

One thought on “Qələndər Xaçınçaylı “Dəyişmirik” kitabı”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir