ƏFSANƏ RƏVAN

RƏVANIM

Qismətin əlindən qapıb aldığım,
Ömrümü qoruyan qalamsan mənim.
Hər şeydən əlimin üzülən vaxtı,
Həyata bağlayan balamsan mənim.

Sən gələn yollara qurban olum mən,
Gəlişin bəxtimi nura boyadı.
Məni yaşamağa bağlayan eşqin,
Nə yaxşı, nə yaxşı sən oldun adı.

Sənin varlığına, adına qurban,
Sən mənim ürəyim, nəfəsim canım.
Qolumun qüvvəti, gözümün nuru,
Mənim ilk sevincim, ilk həyəcanım.

Ən doğma kəsimi əvəz edənim,
Dərdimi, qəmimi atan Rəvanım.
Allahın ən gözəl neməti sənsən,
Ay mənim qardaşım, atam Rəvanım.

Müəllif: Əfsanə Rəvan

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

VİDADİ AĞDAMLI

KÖÇKÜN SÖZÜ ALNIMIZA YAZILDI

Qarabağda ermənilər kef edir,
Köçkün sözü alnımıza yazıldı…
Tənəli bu söz də,qəlbimi didir,
Köçkün sözü alnımıza yazıldı…

Ağdam qeyrət idi, Ağdamda getdi,
Yurdumda narkotik göyərdi,bitdi,
Ömrüm də beləcə mənasız keçdi,
Köçkün sözü alnımıza yazıldı…

Hey baxıram dumanlı o dağlara,
Xəyalım dolanır ötən çağlara,
Ürəyim ağrıyır bu insanlara,
Köçkün sözü alnımıza yazıldı…

Muğam oylağıydı torpağım,daşım,
İsladır üzümü dərdli göz yaşım,
İllər boyu nələr çəkmədi başım,
Köçkün sözü alnımıza yazıldı…

Əsirlikdə neçə övladım qaldı,
Qız-gəlini dığa əsir apardı,
Hamilə qadının qarnı yarıldı,
Köçkün sözü alnımıza yazıldı…
Çırpılar altında yandı əsgərim,
Neçə dəhşət gördü mənim gözlərim,
Hayların qurbanı oldu millətim,
Köçkün sözü alnımıza yazıldı…

Utanıram hər körpədən,ahıldan,
İmtahana çəkdi bizi Yaradan,
Bilirsiz?Düşmüşəm həyə,abırdan,
Köçkün sözü alnımıza yazıldı…

Niyə susub bu millətim?Bilmirəm,
Ana gözlərində nisgil görürəm,
Qarabağı yuxularda gəzirəm,
Köçkün sözü alnımıza yazıldı…

Bir doyüş əmrini vermir komandan,
Qurtarsın bu millət acı yaradan,
Köçkün sözü götürülsün aradan,
Köçkün sözü alnımıza yazıldı…

İstərəm bayrağı sancım Şuşaya,
Vətənimdi deyib çıxım qayaya,
Vidadi,qalxarmı elim haraya?
Köçkün sözü alnımıza yazıldı…

Bakı 14-11-2019

Müəllif: VİDADİ AĞDAMLI

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Rəmiş haqqında

Rafiq Hüseynov 14 noyabr 1944-cü ilə Ağdamın Gülablı kəndində doğulmuşdur.

Rəmiş Güllü Hüseynovayla evlidir. Rəmiş bu evlilikdən öncə, iki dəfə evlilik həyatı sürüb, iki qız atasıdır bir oğlu rəhmətə gedib, Rəmiş öz atasının Hüseyn adını ona vermişdi.

İlk musiqi təhsilini Üzeyir Hacıbəyov adına orta ixtisas musiqi məktəbində tar sinifində almışdır. Onun böyük istedadı qısa bir vaxta onu böyük sənətkara çevirdi. Əsasən Ağdamda toyları Rəmişsiz təsəvvür etmək olmazdı. Rəmiş böyük sənətkarlarla qastrol səfərlərində, konsertlərdə olmuşdur. (Xalq artisti) Qədir Rüstəmovu, (Xalq artisti) Rübabə Muradovanı,(Xalq artisti) Yaqub Məmmədovu, (Xalq artisti) Səxavət Məmmədovu müşayət etmişdir və başqa dahi şəxsiyyətlərlə bir sıra məclislərdə iştrak etmişdir. Onun özünəməxsus və əvəzsiz yolu və gitaranı yaşatması, onun qəmgin və yaddaşlardan çıxmayan çalğısı onu xalqa sevdirdi. O, muğamatımızı  əla bilir və onu özünəməxsus şəkildə yaşadır.

Rəmiş həm də tar, piano, qarmon, zərb, ud və s. azərbaycan xalq çalğı alətlərlərində peşəkar şəkildə ifa edə bilir.

Rəmiş 18 dekabr 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla “Xalq artisti” fəxri adına layiq görülmüşdür.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru