Əfsanə Rəvan

Tənhalığın musiqisi

İnanmırsan mənə sən,
Amma deyim biləsən-
Mənsizlik deyilən hiss,
Damarına yeriyib,
axacaqdır, qanında.
Sənə qalib gələcək,
Lap olsada hər zaman
özgə biri yanında.
Başını qatsalarda,
qoynunda yatsalarda,
İpək saçları hərdən
sinənə sərsələrdə,
Unutmayacan məni,
Dərdindən ölsələrdə.
Beyninə işləyəcək,
Yoxluğum əsəb kimi.
Yanından düz ötməyim
sənə yer eləyəcək,
yeganə səbəb kimi.
Mənsiz alınmayacaq,
Dərtdən öləcən adam.
Dünyanı gəzsən belə,
mənə dönəcən adam.
Pərişan halını görüb,
hərə bir “can” deyəcək,
Məndən xəbər tutmamaq,
iç-içini yeyəcək.
Bax beləcə şam kimi,
əriyib, sönəcəksən.
Hər baxdığın qadında,
əksimi görəcəksən.
Deyəcən “nə zülümmüş,
yoxluğuna alışmaq.”
Öyrəşdiyin qoxumu,
unutmağa çalışmaq…

Müəllif: Əfsanə Rəvan

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir