Aydın Xan öz ampulasında

AYDIN XAN ƏBİLOV yəqin ki, bu ad mənim qədər Sizə də tanışdır. Şəxsən mən onu “uca səslə” “çox danışan” adam kimi mavi ekranlardan tanımış, sonra yaradıcılığı gördüyü işlərlə tanış olmuşam. Tanıdıqdan sonra isə çox sevinmişəm ki, nə yaxşı hələ belə insanlar var… İndi şəxsən də tanışıq. Ara-sıra tədbirlərdə, küçədə-dayanacaqda, ictimai nəqliyyatda təsadüfən görüşürük. AYDIN XAN müstəqillik dövr Azərbaycan Ədəbiyyatı və Mədəniyyəti tatixində özünəməxsus yeri olan, unikal yaradıcı şəxslərdən biridir (onların sayı həqiqətən çox azdır – barmaqla sayılacaq qədər az). Mənim şəxsi fikrimə görə o yaradıcılıq sahəsində zamanın nəbzini tutmağı və hətta onu qabaqlamağı – fövqünə çıxmağı bacaran ədəbiyyat-mədəniyyət xadimidir. Mütərəqqi fikirli maarifpərvər ziyalıdır. O təkcə ideya irəli sürmür həm də cəsarətlə onları reallaşdırmağı bacarır. Həmişə gənclərə əlindən gələn köməkliyi edir. Lazım gəldikdə haqqın yanında yer alır. Yəni bu sadaladıqlarım bu şəxsin xarakterindədir. Siz onu ekranlarda necə canfəşanlıqla yana-yana danışdığın görürsünüzsə, həyatda da, yaradıcılıqda da, elmi fəaliyyətdə də eyni ampuladan çıxış edir. O heç bir haqsızlığa, yalana, biganə qala bilmir və əlində olan imkan və vasitələrlə mütləq münasibət bildirir. O bütün bunları bizi istədiyindən, vətəndaşlarına canı yandığından edir. Gələk mətləbin üstünə. Son vaxtlar adı cürbəcür vəziyyətlərdə hallanan Elçin Əlibəyli  məsələsin də laqeyd qala bilməyən XAN ın bu barədə fikirlərini təqdim edirik.

QEYD:

Mənə görə (əlbəttə subyektiv olaraq) XAN ın ən müsbət cəhəti hal-hazırda kütləyə geniş təsir rıçaq-mexanizmlərinə malik şounun, internet reallığınının imkanlarını düzgün qiymətləndirib ondan ədəbiyyat və mədəniyyətin lehinə məharətlə yararlanmaq bacarığı, üstəgəl bütün bunlardan kreativ-yaradıcı yanaşma ilə istifadə etməsidir.

AYDIN XAN ƏBİLOV YAZIR:

Hər görən sənin zirvənə daş atar!

Meyvə ağacına daş-kəssək atan meymunlara!

“Elçin Əlibəyli ilə bağlı son qarayaxma və şivəncəsinə alçaq hücumların arxasında hansı qüvvələrin durduğu artıq məlumdur: Prezident onun illərin sənətkarı olan valideyninə Azərbaycanın Xalq artisti fəxri adı verən kimi sanki çaqqallar-bayquşlar vürsət tapdılar!
Onlar zatən fürsət gözləyirdilər: qarayaxmalar, böhtanlar, şəratmalar: illərcə televiziya mədəniyyətinə və televiziyaşünaslıq elminə can qoymuş kreativ intellektual və peşəkar düşüncə adamı kimlərəsə sərf eləmir, sözsüz!
Kütləni ayıldan şəxsiyyətlər, zatən xalqa – heç kimə və heç vaxt lazım olmayıb: elə qolları-qıçları kəsilən, başı üzülən Babək, daxmasına sığışdırılan Nizami, dərisi soyulan Nəsimi, Məsciddə gizlənərək can verən Füzuli, 3 gün ortada saxlanılaraq nəşi çürüdülən Mirzə Fətəli, başı qapı arasında əzişdirilən Şirvani, qəbri hələ də tapılmayan Məhəmməd Hadi, gəbərdilən Sabir, Vətəndən didərgin salınan Rəsulzadə, sürgündə qəsd edilən Cavid əfəndi, gülələnən Müşfiq, diri-diri ölümə məhküm edilən Mirzə Cəlil, xaincəsinə qətlə yetirilən Rafiq Tağı kimi…
Sözün kəsəsi, cəmiyyətimiz hər zaman qoluzorluların pərəstişkarı olub, nəinki, Azərbaycan üçün yanaraq-ağlayaraq gözlərini kor edənlərə…

Elçin Əlibəyli də bu sıradandır, nə əvvəlki, nə də sonuncu, öz növbəsini gözləyə gözləyə ölkənin milli TV kanallarında neo-modern-postmodern maarifçiliklə, daha dəqiq ifadə etsəm, humanitar-ictimai düşüncəmizin vizual tarixini cızmaqla məşğul idi və bilməli idi ki, axırı belə faciəvi bitəcək…
Söz yox, o nə Zərdüşt peyğəmbər idi, nə də İsa Məsih: KÜTlənin gözündə yanlışlıqlarla bol həyatı-fəaliyyəti vardı. Amma heç kimi inkar edə bilməz ki, Azərbaycan dilində televiziya estetikası haqqında monoqrafiyalar, məqalələr, fəaliyyətlər sahibi kimi elmi yaradıcılığını qoyuram bir kənara, E.Əlibəylnin mədəniyyət, incəsənət, ədəbiyyat, kitab, elm və ictimai-humanitar fikri təbliği ilə bağlı etdiklərinin halalığını heç vaxt bu xalq ondan ala bilməz – hətta, Elçin özü o halalığı versə belə!!!

Mənə tarixdə ideal – kamil şəxsi göstərin əllərindən öpüm!

Mason protokollarının bəndlərini yada salmalıyıq: bir xalqı (oxu: özünə sayğısı və sevgisi olmayan bizim kimi cəmiyyətləri) məhv etmək üçün ziyalıları, düşüncə adamlarını – intellektualları geniş kütlələrin gözündən salın! İftira və böhtanlarla onları aşağılayın! Və s., i.a.
İndi Elçin Əlibəylinin taleyinə elə bir acı aqibət düşüb: söyün-vurun, çıxın axırına onun, öldürün zəmanəmizin Diogenini!

Amma indi qınında gizlənən düşüncə adamları heç vaxt unutmasınlar ki, yuxarıda acı aqibət – kədərli sonluqlarını sadaladığım uzun-uzadı siyahı hələ sona qədər qapanmayıb və mən də daxil olmaqla öz növbəmizi gözləyək!”

PS

Necə deyərlər: “Yalanların sonu gəlməz, doğrusu nə demədikcə” TRT 1

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

2 thoughts on “Aydın Xan öz ampulasında”

    1. Var olun, Aydın müəllim. Biz heç təvazökarlığınızdan yazmamışdıq, Siz həm də olduqca təvazökar və sadəsiz. Sizin bu gün etdiklərinizin çoxu sabahkı dünyanın insanları üçündür. Ümumimənafe adına çalışanların adından bir daha təşəkkürlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir