Qafqaz Quruçaylı

Qafqaz QuruçaylININ SÖZ DÜNYASI

ANLAMADIN Kİ…

Kölgəntək arxanca hey qaçdım sənin,
Üz tutub adına əl açdım sənin.
O ülvi sevginə möhtacdım sənin,
Nələr çəkdiyimi anlamadın ki…

Verdiyin zülümdən doymadın belə,
Can nədi,sevgindən qıymadın belə.
Bir şair qəlbiylə oynadın belə,
Nələr çəkdiyimi anlamadın ki…

Mənə dəyərlisən incidən,gülüm,
Sevmədim mən səni incidəm,gülüm.
Ey mənim ruhumu incidən gülüm,
Nələr çəkdiyimi anlamadın ki…

Sevgini şairdən uzaq eylədin,
Nə bir,harayıma qulaq eylədin.
Gözümün yaşını bulaq eylədin,
Nələr çəkdiyimi anlamadın ki…

Saldın hər addımda məni çətinə,
Qürurla baxırdım məhəbbətinə.
Sığınmaq istədim mərhəmətinə,
Nələr çəkdiyimi anlamadın ki…

Gözüm sevdi,dilə tutdu gözünü,
Yaş oynadı,gilə tutdu gözünü.
Gözəlliyin,elə tutdu gözünü,
Nələr çəkdiyimi anlamadın ki…

<<<QAFQAZ QURUÇAYLININ SÖZ DÜNYASI>>>

DÜNYA…

Bir dəfə salmadın yadına məni,
Ac qoydun çox şeyin dadına məni.
Saldın atəşinə,oduna məni,
Sonra da qızındın közümə,dünya…

Sevinci gözümdə ana döndərdin,
Ömrümü,günümü qana döndərdin.
Həmişə üzünü yana döndərdin,
Bağladın qapını üzümə,dünya…

Gəzirsən həm zəhər,həm qənd əlində,
Hər keçid,hər oymaq,hər bənd əlində.
Məni axtarırsan kəmənd əlində,
Çoxdandır düşmüsən izimə,dünya…

Gördüyün əməllər başdan betərdi,
Qurun var,alışmır yaşdan betərdi.
Sürtülmüş sifətin daşdan betərdi,
Bəsdir,kül üfürmə gözümə,dünya…

Gecdir,tay oduna yanma yazığın,
Yediyin qan etdin,danma yazığın.
Yükünü çox çəkdim amma,yazığın,
Gəlmədi əyilən dizimə,dünya…

<<<QAFQAZ QURUÇAYLININ SÖZ DÜNYASI>>>

DƏRDİMİ…

Tanrı məhəbbətin hörüb qəlbimə,
Sevinc də,kədər də verib qəlbimə.
Bir gözəl istərəm,girib qəlbimə,
Ala sevgisiylə,ala dərdimi…

Sevərdim həyatı,gülsəydi üzüm,
Yox olur taqətim,tükənir dözüm.
Gücüm də çatmayır tək-tənha özüm,
Gətirə bilmirəm yola dərdimi…

Toxunub taleyim daşa,bilirəm,
Nədir bu gələnlər başa,bilirəm.
Nə keçib,nədə ki aşa bilirəm,
Qarşıma sədd çəkən,qala dərdimi…

Ağlayan ürəyə,nə gözə baxır,
Durub canavartək göz-gözə baxır.
Nə bir rəhmə gəlir,nə sözə baxır,
Anlıya bilmirəm bala,dərdimi…

Nə ölür,nədə ki batır içimdə,
Hələ də qol-qanad atır içimdə,
Qara günlərimdi,yatır içimdə,
Bənzədirəm qara xala dərdimi…

Günlər bir-birindən bəd gəldi,Allah
Ürəyim möhnətdən kövrəldi,Allah.
Tutub yaxasından bir əldi,Allah,
Hələ çəkir sağa,sola dərdimi…

<<<QAFQAZ QURUÇAYLININ SÖZ DÜNYASI>>>

OLMADIM..

Yaradan əyrini,düzü yaratdı,
Dağı,dərələri,düzü yaratdı.
Haqq, məni dünyaya özü yaratdı,
Var oldum dünyada, yalan olmadım.

Elə ki,boy atdım mən də göründüm,
Bu dünyanın əzabına büründüm.
İlan təki qabıq qoydum süründüm,
Ancaq ki zəhərli ilan olmadım.

Heç, bahar gəlmədi qışımın üstə,
Gəldi bəduğurlar işimin üstə.
Kəsdilər dilimi dişimin üstə,
Sınıb,dağılsam da,talan olmadım.

Qol atdım böyüdüm özüm kölgəli,
Özümə açdığım izim kölgəli.
Olmadı kimsədən gözüm kölgəli,
Nədə,söz altında qalan olmadım.

Qılıncın çıxaran indi qından çox,
Hər addım başında atam,bundan çox.
Dünyanın eşşəyi adamından çox,
Şükür ki kiməsə palan olmadım.

Sözlərimlə dilə gətdim lal daşı,
İnsan olmaz qayaların sal daşı.
Unutmayıb yaxşı dostu,yoldaşı,
Heç,vaxt nəzərimdən salan olmadım.

Qafqazam,çox çəkdim sənsiz ar, Vətən,
Qərib dünyam gəldi mənə dar ,Vətən.
Bilirəm ki bir günahım var, Vətən,
Mən,sənin layiqli balan olmadım.

Müəllif: QAFQAZ QURUÇAYLI

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Vahid Çəmənli

Vahid çəmənlinin söz dünyası

GÜNLƏRİN

Əlindən qum kimi süzülüb axdı,
Hesabı qum qədər olan günlərin…
Ağrısı, acısı canını yaxdı,
Vədəsiz açılıb solan günlərin.

Üzürsən, dəryanın qırağı gəlmir,
Ağaran saçların darağı gəlmir…
Hardadı dostların?
Sorağı gəlmir
Yağlı vədlər ilə dolan günlərin…

Ay Vahid, and içir saxta adamlar,
Üşüdür canını şaxta adamlar.
Macal vermirlər ki, taxta adamlar,
Kəsirlər ucundan qalan günlərin…

18.11.2019

<<<VAHİD ÇƏMƏNLİNİN SÖZ DÜNYASI>>>

KİŞİ

Yığıb bir qazana yığıntıları,
Nehrə çalxayırsan qatıqdan, kişi.
Ayranın üzünə çıxmayıb yağı,
Axır nehrəndəki yırtıqdan, kişi.

Dolaşıq, dolanbac yollar keçirsən,
Aranda əkirsən, dağda biçirsən…
Hər dəfə təm-təzə üzə köçürsən,
Çıxırsan kirli bir batıqdan, kişi.

Uzanır qeyrətə uzanan yolun,
Gah dizin ağrıyır, gah belin, qolun…
Hamıya deyirsən abırlı olun,
Özün oynayırsan çırtıqdan, kişi.

Çəkmədi adını Vahid bu dəfə,
Amma gələn dəfə… düşərsən səfə.
Hərdən yolunu sal insaf tərəfə,
Yetər, çıx girdiyin qoltuqdan, kişi…
18.11.2019

<<<VAHİD ÇƏMƏNLİNİN SÖZ DÜNYASI>>>

SEVGİDƏN YAZ

Sevgi sözdə qalsa idi,
Kim sevərdi boşananı?
Kim duyardı köç edəni,
Özgə yurda daşınanı?..

Sevgi Haqqa olur, dədə!
Hər gün Haqqın haqqın ödə…
Öz nəfsini güdə-güdə,
Sevib, seçmə aşınanı.

Sevgi ilə xoşdur avaz.
Könül olar sədəfli saz…
Vahid, sən də sevgidən yaz,
Çox qaşıma qaşınanı…
15.11.2019

<<<VAHİD ÇƏMƏNLİNİN SÖZ DÜNYASI>>>

BAYRAQ

Vətən göylərində yanan umudum,
Hünər meydanında sirdaşım Bayraq.
Öz eşqim, öz canım…
Canımda odum,
Atam, anam Bayraq, qardaşım Bayraq.

Rəngin üç olsa da, qan rəngindəsən,
Qaçqın, köçkün də sən, didərgin də sən…
Zəfər döyüşündə ürəimdəsən,
Sənsən cəsarətim, savaşım Bayraq.

Vahidəm, hər zaman dilimdə sənsən,
Yurdumda, yuvamda, elimdə sənsən.
Nə qədər mən sağam, əlimdə sənsən,
Öləndə, ol mənim başdaşım, Bayraq!

09.11.2019

Müəllif: VAHİD ÇƏMƏNLİ

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

SONA AMAL

YAŞARAM

(“Can”la “Ruh”un deyişməsi)

CAN
Bivəfasan, kimə ümid bağlayım?
Dönük bəxtə illərlə yas saxlayım?
Gecə-gündüz “ağı”- deyib, ağlayım?
Sən ki, yoxsan, axı, necə yaşaram?

RUH
Odum sönüb, ta külümdən nə fayda,
Sözüm bitib, səs-ünümdən nə fayda,
Sabahım yox, ta dünümdən nə fayda,
Hər kəlməndə, hər misranda yaşaram.

CAN
Ömrüm boyu sənsiz qalım dünyada?
Sənsizliktək əzab verməz, dərd, qada,
Yanar qəlbi bir də atma, gəl, oda,
Sən ki, yoxsan, axı, necə yaşaram?

RUH
Çəkilmədi, yol-izimdən duman, çən,
Sən var ikən xoşbəxt idim, onda mən,
Artıq qonub saçlarıma qırov, dən,
Hər kəlməndə, hər misranda yaşaram.

CAN
Büdrəyəndə güc alıram özümdən,
Yoğrulmuşam dəyanətdən, dözümdən,
Od alaram, öz odumdan, közümdən,
Sən ki, yoxsan, axı, necə yaşaram?

RUH
Söz tükənib, itib ağzımı dadı,
Kimə yetər, ürəyimin fəryadı?
Sənsizləşdim, qəm-kədərim dəyadı,
Hər kəlməndə, hər misranda yaşaram.

CAN
Kimsə bilməz, nə çəkirəm dünyada,
Yelkənsizəm, gəmim batıb dəryada,
Ürək qızmır, ta qohuma, nə yada,
Sən ki, yoxsan, axı, necə yaşaram?

RUH
Sənsiz, sənli səadəti gəzdim mən,
Anıları misralara düzdüm mən,
Sənsiz qaldım, sənsizliyə dözdüm mən,
Hər kəlməndə, hər misranda yaşaram.

CAN
Qəm yükümə dağ da dözməz, tez sınar,
Ah-vayımdan alışar, aləm yanar,
Kim qınayar, əhvalıma kim yanar?
Sən ki, yoxsan, axı, necə yaşaram?

RUH
Eşq mehiyəm, dodağına qonaram,
Göz yaşınam, yanağında donaram,
Sənsizləşsəm, səni sənsiz anaram,
Hər kəlməndə, hər misranda yaşaram.

CAN
Qəmə batıb, sevincimi uyutdum,
Hey alışdım, göz yaşımla soyutdum,
Sənsizliyi xatirənlə ovutdum,
Sən ki, yoxsan, axı, necə yaşaram?

RUH
İtirmişəm, sənsiz səbri, dözümü,
Tapammıram, dərd-sərimə çözümü,
Sən ki, yoxsan, qınayıram özümü,
Hər kəlməndə, hər misranda yaşaram.

CAN
Sındırmisan qanadımı, qolumu,
Hicran sarıb bənd-bərəmi, yolumu,
Ömrüm bitib, Amal gözlər ölümü,
Sən ki, yoxsan, axı necə yaşaram?

RUH
Xəzan gəlib, dağılıb gah-cəlalım,
Ömür bitib, səngimir qeylü-qalım,
Ruh kimiyəm, səndən sonra, Amalım,
Hər kəlməndə, hər misranda yaşaram.
21. 11. 2019-cu il.

Müəllif: SONA AMAL

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Püstə Sahibqızı – Söz

GÜNAHKAR DEYİLİK

İnanmıram biz yenə də göruşək
Sevgimizi dönə-dönə bölüşək
İnanmıram biz vüsala yetişək
Son görüşdə lal olmuşdu dilimiz
Söyləmə ki, günahkarıq ikimiz

Ayrılanda gözümdən öpdün sən
Gözdən öpmək ayrılıq oldu bizə
Nələr yazılıbmış bu bəxtimizə
Göz gözə baxıb lal olmuşdü dilimiz
Söyləmə ki,günahkarıq ikimiz

Cəkilmədi yolumuzdan çən duman
Daha görüşməyə qalmadı güman
Alışdı yollarda sevgimiz yaman
Bu tüstüdə bogulubdur sevgimiz
Söyləmə ki, günahkarıq ikimiz….
17.12.2018.

Müəllif: Püstə Sahibqızı

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru