Rahim Üçoğlanlı Rzayev

<<<<————–ŞEİRLƏR—————>>>>

CANIM

Məndən sənə bir əmanət,
Çox özünü sıxma, canım.
Kədər sənə əl eyləsə,
Dönüb geri baxma, canım.

Nadan yandan ötsə,görmə,
Salam alıb, salam vermə.
Geysə kətan, ipək, tirmə,
Hər gözəlçün axma, canım.

Bir axmaqla yoldaş olsan,
Suzsuz qalıb gül tək solsan.
Günlər ilə ac da qalsan,
Dadma onnan loxma,canım.

Dünya xaşıl tək qarışır,
İnsanlar cinnən yarışır.
Demə, şair səhv danışır,
Gəl,sözümdən çıxma, canım.
Ağdam-22.11.2019.

<<<<Rahim üçoğlanlı rzayev>>>>

SƏN MƏNİM İÇİMDƏ YANAN OCAQSAN

Mən, səndən uzaqda bir ocaq daşı,
Sən mənim içimdə yanan, ocaqsan.
Məni kədər sıxır, dərd qucaqlayır,
Sən sevinc tutursan yaman qoçaqsan..

Mən sənə gəldikcə gözdən itirsən,
Yeri tərk eyləyib göydə bitirsən.
Gülüm, elə gəlib elə gedirsən,
Üzün gömək olmur san ki qaçaqsan.

Bir qərib Bülbül tək dil-dil ötürəm,
Qəmdən minbər tikib təvab edirəm,
Məni, həsrət üzür, solub gedirəm,
Sən çiçək açırsan, saçaq-saçaqsan.!
Ağdam-20.11.2019.

<<<<RAHİM ÜÇOĞLANLI RZAYEV>>>>

ÇƏK GÖZÜNÜ ÇIXIM GEDİM

Məni yoldan eyləmə, Qız,
Çək gözünü çıxım, gedim.
Mən bir qərib ruh kimiyəm,
Çək gözünü çıxım gedim..

Gəl., bu hissi ağ, eyləmə,
Dərdlərimi dağ eyləmə.
Düyün vurub bağ eyləmə,
Çək gözünü, çıxım gedim.

Elə baxma., boşum dolar,
Qəlb hönkürüb saçın yolar.
Məni məndən alma, nolar.
Çək gözünü, çıxım gedim..

Rahim, daha eşqə yaddı,
Şairliyim quru addı..
Gecə düşdü,günəş, batdı.
Çək gözünü, çıxım gedim.!
Ağdam-18.11.2019.

<<<<RAHİM ÜÇOĞLANLI RZAYEV>>>>

GƏTİRMİŞƏM

Gülüm, görüşünə çiçək tapmadım,
Lalə tək qızaran üz, gətirmişəm.
Bükmüşəm qəlbimə, qoymaram sönə,
Dünyanı qızdıran köz, gətirmişəm.

Həsrət baxışlarla dəlib daş yaran,
Əksinə zillənib xoş xəyal quran.
Ötən Durnalardan yar deyib soran,
Bir cüt ağlar qalan göz, gətirmişəm.

Rahim, çox düşündü gecə yatmadı,
Sənli duyğulara haram qatmadı.
Bircə gül almağa pulum, çatmadı,
Sinəmdə bir çətən söz, gətirmişəm.!
Ağdam-17.11.2019.

<<<<RAHİM ÜÇOĞLANLI RZAYEV>>>>

ADAMI QOĞAL TƏK YEYİRLƏR ATAM

Qəsd edib, üstünə un çiləyirlər,
Ələkdən keçirib hey, ələyirlər.
Yoğurub xəmir tək kündələyirlər,
Adamı qoğal tək yeyirlər, Atam.

Nadanlar hər yerə dərdlər əkirlər,
Vurub gözəlliyi qırıb tökürlər.
İnsanlıq adına çəpər çəkirlər,
Adama özgə ad deyirlər, Atam..

Göz açıb eşq ilə baxırsan nəyə,
Alçaqlar hay salır mənimdir, deyə.
Çevirib ağ rəngin döndərib göyə,
Adamı tərsinə geyirlər, Atam.

Bir etsən, əvəzin min eyləyirlər,
Sevinci bizləyib kin eyləyirlər.
Şeytan eyləyirlər, Cin eyləyirlər,
Adamı qul edib əyirlər, Atam..

Rahimə qulaq ver, dinlə qardaşım,
Namərdlər içində ağarıb başım.
Hər adam görəndə çatılır, qaşım.
Elə bil alnımı düyürlər, Atam.!
Ağdam-16.11.2019.

Müəllif: RAHİM ÜÇOĞLANLI RZAYEV

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Məmməd Araz

İLHAMIM

(Xudu Məmmədova)

Yenə dağ döşündə dənələndi qar,
Yenə zirvələrin həsrətində qal.
Sel qopdu, dərəyə düşdü qalmaqal…
Bir ocaq başında bir isinməsək
Sən kimə gərəksən,
Mən kimə gərək?!

Şimşək yelkəninə qoşulu anlar,
Göy bizi yamanlar, yer bizi danlar.
Görüm ayılmaya gec ayılanlar…
Dolular qırımlı, daşlar döyənək…
Sən kimə gərəksən,
Mən kimə gərək?!

Bax, donqar dəvənin səbət yükünə,
Bənzəyir içi boş şöhrət yükünə.
Ömür karvanının sənət yükünə
Bir-iki qeyrətli söz yükləməsək
Sən kimə gərəksən,
Mən kimə gərək?!

Tarix qayalarda yazı qalırmı?
Çoxu çoxdan itib, azı qalırmı?
Dağ öz duruşundan razı qalırmı?
Yalan-yarğanlara nağıl söyləsək,
Sən kimə gərəksən,
Mən kimə gərək?!

Bu dağlar qardaşım, bu çaylar bacım,
Özündən gəlməyən özündən qaçır.
Zaman qapımızda əlində qayçı…
Hər adi ölçüyə, ülgüyə gəlsək,
Sən kimə gərəksən,
Mən kimə gərək?!

Keçək dərələrin boğanağından,
Keçək dolayların doğanağından,
Günəşin zirvədə doğan anından
Nur alıb, bu yurda səpələməsək
Sən kimə gərəksən,
Mən kimə gərək?!

Müəllif: Məmməd Araz

Mənbə:ETİBAR QERİB

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Fərdi inkişaf haqqında

CON VU – FƏRDİ İNKİŞAF HAQQINDA

Con Vu: “Əgər tələbə bu üç amilə yiyələnə bilsə uğur əldə edəcək”

Con Vu biotexnologiya, innovasiya və hesablama proqramı üzrə “Masters of Science” məktəbinin direktoru, Karnegi Mellon Universitetində (Carnegie Mellon University) kompyuter elmləri üzrə parlaq karyeraya sahibi, texniki işlər üzrə təqaüdçü əməkdaş və 777 kosmik gəmisi üçün proqram təminatının təkmilləşdirilməsinə rəhbərlik etdiyi “The Boeing Company”də baş mühəndisdir. O, genişmiqyaslı inteqrasiya proqramlarını idarə edib, bir çox uğurlu aerokosmik layihələrdə həlledici yer almaqla, proqram təminatı və sistem təkmilləşdirilməsi üzrə 35 ildən artıq təcrübəyə sahibdir. Ohayo Universitetindən məzun olub, Nevada və Carnegie Mellon universitetlərində isə magistr dərəcəsinə yiyələnib. Con Vunun ixtisas seçimi ilə bağlı maraqlı məqaləsini http://science-technology.vn/ təqdim edirik.

TƏHSİLİN NÖVLƏRİ

Hazırda təhsilin üç növü mövcuddur: ənənəvi təhsil, sənaye dövrü təhsili və informasiya dövrü təhsili. Ənənəvi təhsil sistemi min illərdir mövcud olub, əzbərləmə yaddaşının mühüm əhəmiyyət kəsb etdiyi və uğurun imtahanlardan keçmək olduğuna əsaslanan bir təsərrüfat cəmiyyəti üzərində köklənib. İndi əksər pedaqoqlar bu sistemin köhnəlmiş olduğunu düşünürlər.

Sənaye dövrü təhsil sisteminin təxminən 300 illik tarixi var və tələbələrin kütləvi istehsal proseslərini öyrəndikləri sənayenin tələblərinin qarşılanmasına əsaslanıb. Bu sistemlə tələbələr zəruri olanları öyrənir və məzun olduqda təhsil də başa çatır. Uğur isə hər hansı bir istehsal sənayesində işə başlamağa əsaslanır. Bu sistem də artıq indiki dövrdə uğurla ayaqlaşmadığından köhnəlmiş hesab edilir.
İnformasiya dövrünün təhsil sistemi nisbətən yeni olub, əsasən texniki biliklər və biznes məsələlərinin həlli üçün texnologiyanın tətbiqinə köklənib. Tələbələr əsas bilikləri tədris zamanı öyrənsələr də təhsil bununla bitmir, texnologiya daim dəyişdikcə davam edir. Uğur fərdin əldə etdiyi bilik və bacarıqlar, eləcə də üzləşdiyi hər bir situasiyanın öhdəsindən gələ bilməsinə əsaslanır. Bu sistemdə innovasiya və fərdi yaradıcılıq yüksək qiymətləndirilir.

Ənənəvi sistemlə təhsil alanlar sənaye dövrünün təhsil sisteminə uyğunlaşa bilmirlər, çünki akademik düşüncə ilə sənaye düşüncəsi kəskin şəkildə bir-birindən fərqlənir. “Əzbərləmə”dən yaxşı qiymətlər almış və imtahanlardan uğurla keçmiş “şagirdlər” bildiklərini sənaye sistemində tətbiq edə və öz işlərində uğur qazana bilmirlər. Bu hal hələ də ənənəvi təhsil sistemini davam etdirən bir çox ölkələrdə baş verir. Sənaye dövrünün təhsil sisteminin şagirdləri sonralar informasiya sahəsində işləyərək əlavə təlimlərdən yararlanmalı və vəziyyətə uyğunlaşmalı olacaqlar. Hazırda sənaye dövrünün təhsili ilə insanların informasiya dövründə rəqabətə davam gətirmələri üçün ehtiyacları olan biliklər arasında böyük bir boşluq mövcuddur və bu boşluq getdikcə daha da genişlənir. Təhsil sistemlərində hələ də dəyişikliklərin baş verdiyi bir çox ölkələrdə, əsasən Avropa və Amerikada bu tendensiya müşahidə edilir.

Hazırkı idarəetmə strukturu sənaye dövrünün məhsuludur. Standartlaşdırma və nəzarət sənaye dövrü cəmiyyətinin ideyalarıdır. Səlahiyyət qərarları qoyan rəhbərlərdə qalır, işçilərə isə əmrlərə itaət etmək öyrədilir. Təlimlər onların vəzifələrinə uyğun olan iş bacarıqlarının öyrədilməsi ilə məhdudlaşır. Həmin təlimlər sənaye ölkələrinin bazara nəzarət etdiyi bu dövrdə yaxşı nəticə verir, lakin qloballaşmış dünyada rəqabət mühitli bazar iqtisadiyyatı dövrü üçün effektiv olmaya bilər. İnformasiya dövründə dəyişikliklər sürətlə baş verir və həyatda qalmaq daim təkmilləşən məhsullar, xidmətlər və çevik reaksiya bacarığı tələb edir. Başqa sözlə işçinin yalnız görəcəyi işə dair bacarıqlara sahib olması ideyası artıq aktual deyil. İnsanlar daim yeniliklər öyrənsə də, texnologiya onların qavrama bacarıqlarından daha sürətlə dəyişir.

Gəlin Hindistanda proqram təminatı sənayesinin inkişafına nəzər salaq. 1985-ci ildə Hindistan 24 milyon dollar dəyərində proqram ixrac edib. 2000-ci ildə onlar 350 milyon dollarlıq ixrac etsələr də, 2009-cu ildə bu rəqəm 85 milyard dollar olub, bu il isə maliyyə böhranına baxmayaraq, Hindistanda proqram ixracatının ilin sonunadək xalis 100 milyard dollar olacağı ehtimal edilir. Bu sənayenin ixrac potensialının və onun “arxaik” təhsil sisteminin tanınması prosesi olduqca zəifdir. Hindistanın əksər proqram şirkətləri əhalinin inkişaf edən texnologiya ilə ayaqlaşmasını təmin etmək üçün təhsil proqramlarına külli miqdarda investisiyalar yatırıblar. Hindistanın böyük şirkətləri təlimlər üçün ABŞ və Avropadan qat-qat çox, illik gəlirlərinin 8%-i qədər məbləğ xərcləyirlər. Wall Street Jurnalı məlumat verir ki, Yaponiya və Avropa şirkətləri işçilərin maarifləndirilməsi istiqamətində büdcələrinin 4%-i həcmində vəsait sərf etdikləri halda, ABŞ şirkətləri bunun üçün yalnız 2.5% xərcləyir. Bunun sadə səbəbi odur ki, başqa ölkələr hələ də öz təhsil sistemlərini inkişaf etdirməyin yolları barədə müzakirələr apardıqları halda Hindistanda XXI əsrdə bilik və bacarıqların nə dərəcədə əhəmiyyətli olduğunu anlayırlar.

Sənaye sahəsində illərlə işləmiş bir pedaqoq kimi, mən inanıram ki, öyrənmək fərdin öz üzərinə düşən bir məsuliyyətdir, çünki biz artıq universitetdən məzun olmaqla qurtaran təhsilin bitdiyi bir dövrdə yaşayırıq. Əgər duya bilsək, texnologiyanın hazırkı dəyişiklikləri olduqca maraqlıdır. İnkişaf etməkdə olan ölkələrin bu fürsətdən yararlanaraq inkişaf etmiş ölkələrlə tez bir zamanda ayaqlaşması mümkündür və bu bizim öz seçimimizdir. Düşünürəm ki, növbəti 10 illikdə ən savadlı və ya yüksək qiymətlər alan şagirdlər, tələbələr ən uğurlu insanlar olmaya bilərlər. Çünki, onların indi əldə etdiyi biliyin həmin vaxt artıq köhnəlmiş olma ehtimalı yüksəkdir.
İnformasiya dövründə uğur öyrənməyi davam etdirmək bacarığı ilə ölçülür. Texnologiya böyük sürətlə inkişaf edəcək və həyatda qalmağı bacaranlar yalnız həyatı boyu öyrənən insanlar olacaqlar. Məhz bu səbəbdən mən hər zaman öz tələbələrimi bacardıqları qədər öyrənməyə sövq edirəm. Dəyişikliyin daimi olduğu bu dünyada ən zəruri biliklər düşünmə, analiz etmə və öyrənmə bacarıqlarıdır. Əldə etməli olduğumuz biliklər bu gün məktəbdə öyrəndiyimiz biliklər olmaya bilər, çünki rəqabətə açıq olan bu dünyada həyatı boyu öyrənənlər” ən uğurlu insanlardır.

Mən tez-tez tələbələrimdən həftə ərzində nə qədər məqalə oxuduqlarını soruşuram. Peşəkar inkişafları ilə bağlı oxuduqları ən son kitabın hansı olduğunu və s. Həyat boyu öyrənənlər məzun olduqdan sonra öyrənməyi dayandırmır, əksinə, əlavə təlimlərə getməklə öz bacarıqlarını inkişaf etdirirlər. Lakin öyrənmək şəxsin öz üzərinə düşsə də, yalnız fərdi şəkildə öyrənmək cəmiyyətin inkişafına yardım edə bilməz. Cəmiyyət olaraq rəqabətə davam gətirmək üçün daha çox oxumaq, təlimlər keçmək, texniki biliklərə yiyələnmək və daha çox öyrənmə imkanlarını təşviq edərək maariflənmənin tərəfində olmalıyıq. Bizim sürətlə inkişaf edən bu dünyada uğurumuz və xilasımız dəyişikliklərə uyğunlaşa bilmə bacarığımızdan asılı olacaq.

DƏYIŞƏN ZAMAN VƏ UĞUR

Bu gün əmək bazarında üzləşdiyimiz sürətli dəyişikliklər ötən əlli ildəkindən daha fərqli bilik və bacarıqlar tələb edir. Təlim metodlarının çoxu XIX əsrin sonlarında hazırlanıb, hazırda da istifadə olunan bir çox tədris metodları artıq indiki texnologiya əsaslı iqtisadiyyat üçün məqsədəuyğun deyil. Təkrar qeyd edim ki, ənənəvi “əzbər yaddaşı” modeli artıq sürətlə dəyişən ətraf mühit üçün aktual deyil. Bilik və bacarıqlar yerinə imtahan və dərəcələr üzərində köklənmiş köhnə bir ideyadır. Qabaqcıl texnoloji təhsilə malik ölkələr daha çox tərəqqi edir, güclü texnologiya, mühəndislik və riyaziyyat (STEM) biliklərinə sahib olmayan ölkələr isə işsizlik və iqtisadi çətinliklər yaşayırlar.

İndiki dəyişikliklər dövründə tələbələrin inkişafı üçün onların təhsili üç amil üzərində köklənməlidir: bilik, bacarıq və həyat boyu öyrənmə. Bilik amili STEM biliyi və qlobal rəqabət kimi texniki təhsilə əsaslanan karyeranın dərk edilməsindən başlayır. Gənclər nə etmək istədiklərini, hansı biliyə yiyələnməli olduqlarını və maraq dairələrinin nə olduğunu bilməlidirlər. Bunu etməyin yolu isə məqsədə uyğun fənlərin tədris olunduğu universitetlərə başlamazdan əvvəl karyera planının hazırlanmasıdır. Bacarıq amili tənqidi düşüncə, komanda işi, əməkdaşlıq və məsuliyyət kimi keyfiyyətlərin inkişafı ilə yanaşı, problemlərin həlli ilə bağlı öyrənilən bilik və bacarıqların tətbiqidir. Həyat boyu “tələbəlik” isə maariflənmə yollarının araşdırılması, biliyə həvəs, təşəbbüs, uyğunlaşma bacarığı, etik davranış və innovasiyadır. Əgər tələbələr bu üç amilə (bilik, bacarıq və həyat boyu öyrənmə) yiyələnə bilsələr, o zaman uğur əldə edəcəklər, çünki bunlar texnologiya əsaslı iqtisadiyyat və ya dördüncü sənaye inqilabı üçün uğurun açarıdır.

ƏN YAXŞI KARYERA

Gənclərdə dəqiq elmlər, texnologiya, mühəndislik və riyaziyyata (STEM) maraq azlığının əsas səbəblərindən biri karyera imkanları barədə məlumat qıtlığı, eləcə də STEM sahəsində hansı işlərin mövcud olduğundan xəbərsiz olan müəllim və valideynlərin yanlış tövsiyələridir. Bəziləri hələ də dəqiq elmlər və riyaziyyat öyrənənlərin müəllim, texnologiya öyrənənlərin isə kompüter və noutbukları təmir edən texnik olduqları barədə köhnəlmiş fikirlərə inanırlar. Bir çox valideyn üçün universitet təhsilinin əsas məqsədi övladın məzun olduqdan dərhal sonra iş tapması və işsizlikdən yaxa qurtarmasıdır. Onlar övladlarının doğru seçim olduğunu düşündükləri “etibarlı” bir sahədə təhsil almalarını istəyirlər. Lakin əksəriyyət gəncin nə ilə maraqlandığını və nəyə qadir olduğunu soruşmur. Beləliklə karyera planlaşdırılması şəxsin deyil, valideynin seçim və düşüncələrinə əsaslanır. Bəzən də əksəriyyət nə istədiyini, nəyə marağının olduğunu bilmir və valideyn seçiminə ümid edir, yaxud da dostların etdiyini təkrarlayır. Məhz buna görədir ki, insanlar məzun olduqdan sonra, etdikləri yanlış karyera seçimi ucbatından xoşagəlməz nəticələrlə üzləşirlər.

Bu gün biz texnologiyanın idarə etdiyi bir dünyada yaşayırıq və nəticə etibarilə yaxşı vəzifələrin əksəriyyətinin tələb etdiyi elm və texnologiya öndə gedən qüvvələr hesab olunur. Bir neçə il bundan əvvəl analitiklərdən biri “Wall Street” jurnalında yazırdı: “STEM bilikləri üzrə məzun olmayanlar əmək bazarında iş tapmaqda çətinlik çəkəcəklər. Əgər onlar məktəbə hazırlıqsız və heç bir karyera planı qurmadan getsələr, məhsuldar həyat sürə bilməyəcəklər. Öz təhsilinə texnologiya biliklərinə yiyələnmədən investisiya yatıran bütün məzunlar əmək bazarı üçün tam hazırlıqsız olacaqlar. Bu, fərdlər üçün pis, biznesin inkişafı üçün ondan da pis haldır”.
İllərdir bu fikri müdafiə edirəm ki, dəqiq elmlər və texnologiya bütün sənaye sektorlarında ən çox tələb olunan iki elm sahəsidir. Bir çox dillərə tərcümə edilmiş internet səhifəmdə bu mövzuya dair müxtəlif məqalələr yazmışam. Asiyada müəllimlik etdiyim müddətdə valideynlər tez-tez mənə deyirdilər övladlarımız üçün “ən etibarlı karyera” istəyirik, buna görə də çox diqqətli olmaq lazımdır. Mən isə onlara deyirdim ki, bu gün bütün biznes sahələri sürətli informasiya axınına əsaslanır. Öndə gedən şirkətlərin səmərəlilik, məhsuldarlıq və gəlir açarı texnologiyalardan istifadədir. Ona görə də İnformasiya Texnologiyaları (İT) sahəsində təhsil almaq ən etibarlı karyera olar. Bu sahənin məzunları istənilən sənaye sektorunda, hər növ işdə işləyə bilərlər.

Tədqiqatlara görə növbəti on il ərzində mobil cihazların ümumi sayı 1.2 milyarddan 4.5 milyarda kimi artacaq, məlumatın ötürülməsi isə ən az min dəfə sürətlənəcək və təbii ki, hazırkı şəbəkə buna davam gətirməyəcək. İndi üzərində işlənilən texnologiya yeni nəsil mobil şəbəkəsi və ya 5G adlanır və o, hər şeyi dəyişəcək. Bir çox müəssisələr daha yaxşı, çevik internet sürəti və imkanları tələb etdiklərindən bütün telekommunikasiya şirkətləri öz infrastruktur və şəbəkə arxitekturalarını tamamilə dəyişməli olacaqlar. Mobil telefonlar, tabletlər, internetə əsaslanan cihaz idarəetmə sistemləri və digər applikasiyalar kimi qoşulmuş cihazları optimallaşdırmaq məqsədilə 5G şəbəkəsinin bütün xüsusiyyətlərini dəstəkləmək üçün şirkətlərin daha çox texniki işçilərə ehtiyacı yaranacaq. Şəbəkə mühəndisliyi, bulud hesablamaları, mobil applikasiyaların yaradılması, proqram mühəndisliyi, məlumat analitikası, maşın öyrənməsi və s. bacarıqlara sahib universitet məzunlarına yüksək tələb yaranacaq.

Bu gün yüksək yexnologiya termini əsasən üç mühüm texnologiyanı bildirir: İnformasiya, Bio və Nano. Bu texnologiyalardan adətən yüksək dəyərə malik yeniliyin cəmiyyətə təqdim olunması zamanı istifadə olunur. Yüksək yexnologiyanın sürətli inkişafından yararlanmaq üçün biz gəncləri dəqiq elmlər, texnologiya, mühəndislik və riyaziyyat (STEM) üzrə maarifləndirməliyik ki, onlar texnoloji cəhətdən dəyişən dünya ilə asanlıqla ayaqlaşa bilsinlər. Bu isə o deməkdir ki, ibtidaidən aliyədək bütün təhsil proqramları STEM bilikləri üzrə tələbələr hazırlamalıdırlar. Son dövrlərdə əksər insanlar fərdi komputer və smartfonlarda (ağıllı telefon) informasiya texnologiyalarının təsirini görüblər, lakin bu hələ başlanğıcdır. Tədqiqat laboratoriyalarında hazırlanan, lakin hələ kommersiyalaşdırılmamış bir çox mükəmməl vasitələr mövcuddur.

Yüksək texnologiya sahələri STEM üzrə bacarıqlı işçilər tələb edir, odur ki, gələcək illərin tələbini qarşılamaq üçün bu bacarıqları inkişaf etdirmək vacibdir. Texnologiya dünyası xüsusi inkişaflar və tələblər yarada bilər. Bu karyera sahələri üzrə təhsil alan tələbələr ən yaxşı iş imkanları əldə edəcəklər. Əgər siz də həmin insanlar arasında olmaq istəyirsinizsə, öz təhsilinizi STEM əsasında qurmalısınız. Beləliklə, daim inkişaf edən çağırış və imkanlara hazır ola bilərsiniz.

SAHIBKARLIQ CIDDI BIR MƏSƏLƏDIR

Bir çox dünya liderləri STEM təhsilinin və sahibkarlığın iqtisadiyyatın inkişafı üçün əsas amillər olduğunu anlayırlar. Onlar bilirlər ki, sahibkarlıq bacarıqlarının və startap biznesin qabağa getməsində STEM təhsili əhəmiyyətli rol oynayır. Ötən bir neçə il ərzində startap biznesi kiçik biznesin qurulması ilə qarışdırılırdı. Həqiqət isə budur ki, sahibkarlıq texnologiya ilə əlaqələndirilir və əksər startaplar ənənəvi kiçik bizneslər deyil, sürətlə inkişaf edən, yüksək gəlirli iş təklif edən və yerli iqtisadiyyata töhfə verən texnologiya ilə bağlıdır.
Hətta bu gün də sahibkarlıq ciddi təhsil tələb edən bir sahə deyil, əsas təhsil sistemindən kənar, əlavə fəaliyyət sahəsi kimi öyrədilir. Mən isə bunun yanlış olduğunu düşünürəm. İqtisadiyyatın inkişafı üçün sahibkarlıq fizika, kimya və riyaziyyat kimi əsas bir fənn olaraq keçilməlidir.

Bu gün yaşadığımız dünya dünənkindən fərqlidir. Sabah isə bugünkündən əhəmiyyətli dərəcədə fərqlənəcək. Axı texnologiya bizim çoxumuzun düşünmə bacarığından daha böyük sürətlə təkamül edir. Texnoloji problemləri həll edə biləcək texniki sahələr üzrə ixtisaslaşmış kadrlar yetişdirmək üçün orta məktəbdən universitetə qədər təhsil sistemində təşəbbüskar düşünmə təşviq edilməlidir. Problemlərin həllinə yönəlmiş sahibkarlıq düşüncə və bacarıqlarının inkişafını təşviq edən yeni tədris üsulları tətbiq olunmalıdır. Zəngin olmaq üçün sahibkar olmaq anlayışı problemləri, xüsusilə də başqalarının edə bilməyəcəyi çətin məsələləri həll etmək qabiliyyəti ilə əvəzlənməlidir. Bu, təşəbbüskar düşüncə tərzinin əsas mahiyyətidir və gənclər məhz bunu öyrənməklə cəmiyyətdə fərqliliklər yarada biləcək yenilikçi insanlar kimi yetişəcəklər.

Şagird problemlərin qorxub şikayətlənməli bir amil deyil, potensial imkanlar olduğunu öyrənməlidir. Onlar özlərindən soruşmalıdırlar: “Mən bu məsələni necə həll edə bilərəm? Məndən başqa nə qədər insan bu problemlə üzləşir? Nə üçün həll edə bilmirlər? Məsələ nədədir? – Onlar doğru sualları verməklə analiz etməyi öyrənəcək, imkanları və seçimləri müəyyən edəcəklər. Bütün uğurlu sahibkarlar karyeralarına eyni sualla başlayırlar: “Həll etməli olduğum məsələ nədir?”.
Bir dəfə tələbələr mənə Stiv Cobs və ya Bill Qeyts olmaq istədiklərini dedilər, mən isə onlardan soruşdum: “Stiv Cobs Apple-ni yaratmadan öncə necə biri idi? Onun üç başı və ya altı qolu var idi? Xeyr, o, sizin kimi adi bir insan idi. Fərq onun məsələyə yanaşması və özünə “Mən bu məsələni necə həll edə bilərəm” sualını verməsi idi”. Məsələnin həllinə yönəlmiş hər şeylə maraqlanan beyni onu kiçik bir kompyuter yaratmağa vadar etdi və bunu bahalı Meynfreym EHM-lər almağa gücü çatmayan insanlar üçün həll yolu olaraq bir neçə min dollara satdı.

Texnologiya əsaslı bu dünyada iqtisadiyyatın inkişafı üçün ən yaxşı üsul yeni məhsullar yaradan, yeni bizneslər quran, yeni iş yerləri təklif edən, iqtisadiyyatı inkişaf etdirən və əhalinin yaşayış səviyyəsini qaldıran daha çox yenilikçi və sahibkarlara sahib olmaqdır. Bütün bunlar elm və texnologiyanın təməlinin möhkəm qoyulması istiqamətinə yönəlməklə insanların maariflənməsinə fərqli şəkildə yanaşmaqdan başlayır və problemlərin həlli üzərinə köklənir. Mən inanıram ki, sahibkarlar cəmiyyətin tərəqqisi üçün zəruri olan, gələcəyin müasir biliklərə sahib bir cəmiyyətini yaradan, yeni iqtisadiyyatın dəstəkverici qüvvələridir. Mənbə: https://www.muallim.edu.az/news.php?id=8283

#ProfJohnVu #CareerProfessor #tələbə #karyera #muallimeduaz #TexnologiyaUniversiteti #UTECA

İLKİN MƏNBƏ: Azərbaycan Texnologiya Universiteti UTECA

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Rüstəm Behrudinin Türküstan gəzisi uğurla davam edir

“UZUN, İNCƏ BİR YOLDAYIM”

Tanınmış şair, Türk dünyasını “Dar ağacı” ilə salamlayıb, sözün gücü ilə silkələyən ünlü türk-yazar Rüstəm Behrudi hal-hazırda böyük Türküstan gəzisindədir. Şair daim şeirlərində vəsf etdiyi ulu xaqan Əmir Teymuru, Tanrı dağın, Qoca ağacı, Səmərqəndi, Buxaranı və digər ümumtürk mədəniyyətində mühüm yeri olan gəzməli-görməli yerləri ziyarət etməyi qarşısına məqsəd qoysa da dəqiq səfər planı tutmayıb. Özünün qeyd etdiyi kimi:

“Yol gedirəm…
Səmərqənd,Buxara arxada qaldı!
Qarşıda Kokand, Xivə, Fərqanə, daha haralar…
İçimdə bir hüzün və hüzur var!
Bu cür böyük və möhtəşəm mədəniyyət yaratmış xalqın qabağında baş əyməyə
gəldim:

Yol gedirəm mən dəli,
Bu yol dəli, mən dəli;
Bu nə yoldu, əvvəli
Və sonrası içində…”

Şairin dünya turu çərçivəsində Türküstan Gəzisindən fotolar: (məlumatlandırma səfərboyu davam edəcək)

Səmərqənd.

Buxara.

Registan.

…yola davam…

Yolun uğurlu, atın yeyin, mənzilin yaxın, yuvan isti olsun, ozan… Tanrı yar və yardımçın olsun… Yolun açıq olsun… Tanrı Türkü qorusun… (səfər davam edir)

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru