Zöhrə Qaraqızı – Söz

Zöhrə qaraqızının söz dünyası

ARZULAR

Yaxın gəl, qardaş, bacım,
Arzulardır əlacım.
Vətən mənim baş tacım,
Arzu- murada yetək.

Arzu ümid, diləkdir,
O döyünən ürəkdir.
Gələcəyə gərəkdir,
Arzu- murada yetək.

Qarabağ üzə ğülsün,
Xocalı dərdi silsin.
Şəhid qəbirlər bilsin,
Arzu- murada yetək.

Araz hey aşıb -daşsın,
Ümidlərə yol açsın.
Qəlblərə işıq saçsın,
Arzu- murada yetək.

Arzular qatar- qatar
Nə dincələr, nə yatar.
Səsi Göyçəyə çatar,
Arzu- murada yetək.

Sonalar göldə üzsün,
İgidlər eldə süzsün.
Zirvəyə bayraq düzsün,
Arzu- murada yetək.

Doğru yolu biz seçək,
Əhdimizə and içək.
Vətəncün candan keçək,
Arzu- murada yetək.

Arzular olub çin- çin,
Hər biri bir göyərçin.
Müqəddəs arzu seçin,
Arzu- murada yetək..
28.11.19.

<<<ZÖHRƏ QARAQIZININ SÖZ DÜNYASI>>>

EY İNSAN

Doğuldum, yaşadım, söyləyən insan,
Şərəfsiz yaşamaq yaşamaq deyil.
Qeyrətli adıyla tanınar insan,
Tək insan adını daşımaq deyil.

Ləyaqət insanın şöhrəti, şanı ,
Qürursuz yaşamaq ölümdən betər.
Qoru hörmətini, ucal, ey insan,
Şərəfli bir adın nəslinə yetər.

Əsli- nəcabəti olmayan kəslər,
Qeyrətin ayaqlar altına atar.
İnsanlıq gözləmə zatıqırıqdan,
Zatıqırıq olan mənliyin satar.

Alnıaçıq yaşa, başı uca gəz,
Öz təmiz adınla dolan hər zaman.
Varlığın qoy örnək olsun hər kəsə,
Yağiya, düşmənə vermə sən aman.

Sözündə bütöv ol, işində dürüst,
Namərdlə oturma, yaxınlıq etmə.
Hər yerdə özünün yerini tanı,
Dəyərsiz insanın yanında getmə.
25.11.19.

<<<ZÖHRƏ QARAQIZININ SÖZ DÜNYASI>>>

DƏNİZ

(” Xəzərin sahilində ” verlişinə
baxarkən yaranan təəssüratdan)

.
Nurunu günəşdən ,aydan alırsan,
Sən özün – özünə layla çalırsan.
Gələnlərin yoxdur, tənha qalırsan?
Həsrət nəğməsini oxuyan dəniz.

Gah şahə qalxırsan, gah lal olursan,
Bəzən qasırğayla yaman dolursan .
Qirçın ləpələrin saçın yolursan,
Ləpələrlə xalı toxuyan dəniz.

Yayda çox olardı sənin qonağın,
Elləri dolaşır, gəzir sorağın.
Gəlhagəlli olur , yanır çırağin
Öz dəniz ətriylə qoxuyan dəniz.
24.11.19.

Müəllif: ZÖHRƏ QARAQIZI

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Mayıl Dostu – NİYƏ BELƏYİK

NİYƏ BELƏYİK

“Yanıq Kərəmi”yə süzən soydaşım,
Rüşvətin içində üzən soydaşım,
Gerçəyi yalana düzən soydaşım,
Gerçəkdən daha çox yalan, kələyik,
Baş açmaq çətindi, niyə beləyik.

Milli dəyərlərə çəp — çəp baxırıq,
Özümüzçün canı oda yaxırıq
Vicdanın gözünə barmaq taxırıq,
Şəxsi istəklərə quluq, köləyik,
Baş açmaq çətindi, niyə beləyik.

Bomba səsləri də bizi oyatmır,
Dərd uzanır, qeyrətimiz boy atmır,
Ruhu oyaq dədələrin, ta yatmır.
Kim deyir ki, günahsızıq, mələyik,
Baş açmaq çətindi, niyə beləyik.

Toyumuz, yasımız oxşamır ona,
Çoxdan meyilliyik əcnəbi dona,
Bizdən üz dondərib qırqovul, sona.
Barmağa həsrətli paslı tətiyik,
Baş açmaq çətindi, niyə beləyik.

Torpaq gedir, mənlik itir, dinmirik,
Nahaqdan çəkinib, haqqa dönmürük,
Vətən param-parça, heç isinmirik.
Ağlımız oynayıb, bəlkə dəliyik,
Baş açmaq çətindi, niyə beləyik.

Qorxuram bu miskin, yazıq durumdan,
Sönmüş, külə oxşar soyuq qorumdan,
Birliyim yox, yarımıram xorumdan.
Zibili seçməyən xəlbir, ələyik,
Baş açmaq çətindi, niyə beləyik.

Müəllif: MAYIL DOSTU

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

RÖVŞƏN ABDULLAOĞLU

Rövşən Abdullaoğlu – dünya turu – argenrina

 Buenos Aires, Argentina – Şəhər barədə təəssüratlarım: çox geniş yolları, çox böyük parkları, gözəl havası, küçə musiqisi… Kef əhli insanları var, küçələrdə çox yerdə tanqo oynayırlar, kafelərdə toplaşıb böyüklü-kiçikli futbol oyunlarını izləyirlər. Ancaq öz dillərində danışırlar, ingilis dilini ən gediş-gəlişli turistik yerlərdə belə ya bilmirlər, ya da çox zəif bilirlər. Ən çox yeyilən yemək – pizza və steyk.

Expectamus Dominum — Buenos Aires, Argentina

Vizit kartı qəbiristanlıq olan şəhər

Bura Rekoleta məzarlığıdır – Buenos Ayres şəhərinin ən əsrarlı yerlərindən biri. Şəhərə gələn turistlər mütləq bir neçə yeri ziyarət edirlər, biri də məhz gördüyünüz bu məzarlıqdır. Yeddi minə yaxın sakini olan bu ölülər səltənətində Argentinanın ən məşhur insanları dəfn olunub. Burada adi qəbir daşlarına rast gəlməyiniz qeyri – mümkündür. Məzarüstü abidələr daha çox mavzoleyi xatırladır. Bir çoxu da tarixi abidə statusu alıb. Bu məzarlıqla bağlı geniş bir video çəkiliş etmişəm, səfərdən sonra bloqumda yayımlayacağam.

Mənbə: RÖVŞƏN ABDULLAOĞLU

Uğurl yollar arzu edirik. Sağ – salamat dönün.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru