Həqiqət Həqiqi

GƏLƏN OLACAQ

Bizə doğma olan vətən,
Ağlama gələn olacaq!
Gözü yaşla dolan vətən,
Hüsnünə gülən olacaq!!!

Ruhu incik Ələsgərim,
Darda qalmaz Göçə gölüm.
Pələngə dön ay əsgərim,
Qorxutmasın səni ölüm!

Ta qədimdən paralandın,
Lənət bəxtin qarasına…
Ay ürəyim yaralandın,
Azərbaycan yarasına!

Sarı aşıq sazın çalır,
Ruhu ondan ilhamlanır.
Bax,ürəyim odla qalır…
Göyüm yanır,yerim yanır!

,,Bilirəm ki,zaman öz işini görəcək.Bir gün Cavanşirlər,Babəklər yatan torpaq oyanacaq! İnanıram ki,gün gələcək Zəngəzurun Sultan bəy kimi oğulları çıxacaq meydana.Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Göyçə gölünün gözləri günəş parlaqlığından yaşaracaq.Yeni günəş doğacaq Azərbaycan Günəşi!”

Müəllif: Həqiqət Həqiqi

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir