Əbülfət Mədətoğlu

DƏLİ BİR İSTƏK

(Saralmış dəftərdən….)

Sonuncu duayam – oxuyun yavaş…
Oxuyun, siz məni duyana kimi!..
Əliniz Tanrıdan üzülməsin kaş –
Siz məni oxuyub doyana kimi…

İstəyin, bilirəm , qurtulmaq məndən
Çəkdiyim saralıb – olubdu dən – dən…
Nə Ondan küsəcəm, nə də ki , səndən –
Yuata götürüb yuyana kimi!

Gör necə göynəyir bağrımın başı?
Buzlayır kirpikdə gözümün yaşı…
Tanrı əlindədi bil, məhəng daşı –
Çəkib atacaqdı o yana kimi?!

Bu necə yazıdı, bu nə cür xislət
Daş üstə göyərir seçdiyim qismət!
Sənə yar gülləsi dəysin Əbülfət,-
Mən birdən üçədək sayana kimi!

Müəllif: Əbülfət Mədətoğlu

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir