QA(E)QB -nin məlumatı

Qərbi Azərbaycana (Ermənistana) Qayıdış Birliyi Mətbuat xidmətinin məlumatı.

Bu gün QAQB-nin Tbilisi pr.76 ünvanındakı ofisinin konfrans zalında,QAQB və”Miskin Abdal Ocağı”ədəbi məclisinin təşkilatçılığı ilə,”Yaradıcı insanlar,aşıqlar,şair və yazarlarla görüş”adlı möhtəşəm tədbir keçirildi.Toplantıda QAQB üzvləri,tanınmış şairlər,yazıçılar, alimlər,incəsənət xadimləri,aşıqlar,ziyalılar iştirak etdilər.Toplantını giriş sözü ilə,QAQB sədri Rizvan Talıbov açaraq,toplantının məram və məqsədi barədə qısa məlumat verdi və sözü “Misgin Abdal Ocağı”ədəbi məclisinin təsisçisi,Azərbaycan Yazıçılar Birliyinin üzvü,çoxsaylı kitablar müəllifi,şair Niftalı Göyçəliyə verdi.Niftalı müəllim,toplantı iştirakçılarına övliya aşıq Misgin Abdal haqqında geniş,hərtərəfli məlumat verdi.Eyni zamanda tədbirin təşkilinə verdiyi dəstəyə görə hər kəsə və xüsusən QAQB sədrinə minnətdarlığını çatdırdı.QAQB sədri Rizvan Talıbovun dövlətçiliyimiz və Qərbi Azərbaycan yurdlarımız uğurunda uzun illər yorulmadan apardığı mübarizəni yüksək qiymətləndirdiyini bildirdi Rizvan Talıbovun növbəti parlament seçkilərində deputatlığa namizəd olması təklifini irəli sürdü və toplantı iştirakçılarından bu təklifinə dəstək olmalarını istədi.Toplantı iştirakçıları yekdilliklə natiqin bu təklifinə müsbət rəy bildirdilər.Toplantıda çıxış edənlər,QAQB Ali Məclisinin sədri Əli Vəliyev,şairlər Arif Nüvədili,Güləya Könül,Zöhrə Xəlili,İsfəndiyar Əhmədov,Naibə Qafanlı,Rəna Mərzili,Tahirə İsmayılova,Xaqani İsmayıl,Namiq Qursalı,Tamam Uluxanlı,Namiq Aslan,QAQB üzvü Hacı Qəhrəman və digərləri öz fikirlərini bildirdilər,yaradıcılıqları haqqında toplantı iştirakçılarını məlumatlandırıb,yurd həsrətli,vətənpərliyi tərənnüm edən şeirlərini səsləndirdilər və QAQB sədri Rizvan Talıbovun deputatlığa namizəd olması təklifinə dəstək verdiklərini bildirdilər.Tanınmış aşıqlar, Aşıqlar Birliyi sədrinin müavini, aşıq Bəhmən Göyçəli,Aidə Gülzar,İmran Göyçəli məlahətli ifaları və yurd həsrətli mahnıları ilə tədbirə ayrı bir füsunkarlıq,tədbir iştirakçılarına xüsusi bir zövq verdilər!Toplantıda QAQB İdarə Heyyəti üzvü Hacı Qəhrəmanda çızış edərək səslənən təkliflər haqqında öz fikirini bildirdi və bu cür tədbirlərin ayda bir dəfə keçirilməsini təklif etdi.Toplantının yekununda,QAQB sədri Rizvan Talıbov təklif etdi ki,”Miskin Abdal Ocağı”ədəbi məclisinin təsis olunsun və Niftalı Göyçəli “Miskin Abdal Ocağı”ədəbi məclisinin sədri seçilsin.Toplantı iştirakçıları yekdil səslə təklifi dəstəklədilər.Toplantı iştirakçılarının yekdil səsləri ilə,”Misgin Abdal Ocağı”ədəbi məclisi təsis olundu və tanınmış araşdırmaçı yazar,Yazıçılar Birliyinin üzvü, şair Niftalı Göyçəli ədəbi məclisin sədri seçildi.Üç saatdan artıq davam edən tədbir öz işinə,QAQB sədrinin yekun çıxışı və toplantı iştirakçılarına təşəkkür etməsi və “Miskin Abdal Ocağı”ədəbi məclisinə və məclisin yeni seçilmiş rəhbərinə uğurlar diləklərini çatdırması ilə öz işinə yekun vurdu!!!Dövlətimiz, Elimiz-obamız üçün uğurlu, xeyirli olsun!!!

QAQB sədri: Rizvan Talıbov.

Tədbirdən fotolar:

Mənbə: Əli Vəliyev

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Pərvanə Bayramqızı

MƏMMƏD ARAZ Bütövlükdə Azərbaycan…

Təsəvvür edək ki, hansısa kanalda süjetə baxırıq, məşhur mahnı səslənir: – “Vətən oğlu, çoban qara, yay sürünü yaylaqlara…” Aparıcı çıxışına başlayır: – Çoban nəğmələri şifahi xalq ədəbiyyatı nümunələrindən biridir. Uşaqkən necə həvəslə oxuyurduq: 
Göydәki göy buludlar
 Yorğanıdır çobanın.
 Yastı-yastı tәpәlәr
 Yastığıdır çobanın.
 Yumru-yumru qayalar.
 Yumruğudur çobanın…

Çoban adı çəkilincə Abdulla Şaiqin “Keçi” şeirini, “Kitabi-Dədə Qorqud”un Qaraca Çobanını, “Pəri ilə çoban” əfsanəsini, Nizami Gəncəvinin “Ağıllı çoban”ını və bu mövzuda yazılmış digər əsərləri xatırlayırıq. Biz də bu gün verilişimizi çoban peşəsinə həsr etmişik. Yaxınlaşırıq qəhrəmanımıza…
Verilişi izləyirik, sonra çoban haqqında oxumaq üçün kitablara üz tutur, Azərbaycan Milli Ensiklopediyasından belə bir məlumat öyrənirik:
“Bukolika, bukolik poeziya (yun. bukolikós – çoban) – Ellin və Roma dövrünün (e.ə.III əsr – eramızın V əsri ) çoban məişətini əks etdirən antik poeziya janrı. Bədii əsasını siciliyalı yarımmifik çoban Dafnis, onun məhəbbəti və ölümü haqqında mahnılar təşkil etmişdir. Yunan bukolikasının yaradıcısı və klassiki Feokrit, Roma bukolikasının banisi Vergili hesab olunur. Kiçikhəcmli, təhkiyə və ya dialoq formasında, hekzametrdə yazılan şeirlərdə təbiət gözəllikləri, kənd həyatının füsunkarlığı, çobanların sadə məişəti təsvir edilir. Bukolik şeirlər fərq qoymadan idilliya (hərfi mənada – lövhə), yaxud eqloqa (hərfi mənada – seçmə) adlanırdı; sonralar şərti olaraq hesab edilirdi ki, idilliya daha çox hiss, eqloqa isə fəaliyyət tələb edir. Yeni Avropa ədəbiyyatında XII-XIII əsrlər folkloru ilə qovuşan bukolika XIV-XVIII əsrlər pastoralının müxtəlif formalarını meydana gətirdi. Lonqun mənsur “Dafnis və Xloya” romanı da bukolik poeziyaya aid edilir”.

Üstəlik çobanla bağlı “Çobanın könlü olsa, tәkәdәn pendir tutar”, “Çobanı özündәn olanın qoyunu dişi doğar”, “Keçinin әcәli çatanda çobanın dәyәnәyinә sürtünәr” məsəllərini xatırlayırıq.
Roma ədəbiyyatının Vergili, Bokkaçosunun, yunan şairi Feokritin, rus şairi A.Sumarokov, V.Jukovski və A.Delviqin yaradıcılığını axtarmaqda, bukolika, pastoral, ekloqa terminlərini ələk-fələk eləməkdə məqsədim var – Məmməd Arazın bircə bəndindən yazmaq. Nizaminin ağıllı çoban obrazına işgəncəsinə görə haqq qazandıra bilmirəm. Maarifin təbliği üçün gözəl əsər hesab olunan Abdulla Şaiqin “Çoban”nına da fərd kimi yazığım gəlir. Ruhuma təkcə Məmməd Arazın “şairi”, “şeiri” olan çoban obrazı yaxındır. Kimi maarif, kimi ədalət, kimi də ibrət dərsi üçün yaradıb bu obrazı. Məmməd Arazsa onu adi insanlardan yüksəkdə görüb və ucaldıb.
Hər kəsin əzbər bildiyi “Əlvida, dağlar” şeirindən danışmağa əvvəlcə Nizami Muradoğlunun “Sözün Məmməd Araz zirvəsi” kitabındakı aşagıdakı hissə ilə tanışlıqdan başlayaq.
“Əlvida dağlar” qoşmasının özündə də dağlarla canlı olaraq vidalaşmaq arzusu əks olunmuşdur. Azərbaycan türklərinin az qala hamısının dilində əzbər olan bu şeirdə dağa sevgi ilə birlikdə ayrılığın gətirdiyi bir həsrət, nisgil də öz poetik ifadəsini tapmışdır. Dağ ilə, dərə ilə vidalaşarkən sanki buludlar ağlayır, onun ardınca göz yaşı-su səpirlər ki, nə vaxtsa şair yenidən bu yerlərə qayıtsın. Bu ayrılığa dözə bilməyən nərgizlər saralır, qartallar qıy vurub uçub gedir, qaragöz pəri də dərdli-dərdli yolları izləyir. Gələndə şairi dağların gülü-çiçəyi qarşılamışdı, gedəndə sanki güllər, çiçəklər solmuş, boz biçənəklər həsrətlə boylanaraq əllərini yelləyir, ayrılığın sədasını küləklər çaylara çatdırır, çaylar da öz növbəsində bulana-bulana ağrılı-acılı nəğmə oxuyur. Şeirdə olan ayrılıq notları oxucunun qəlbinə bir hüzn gətirsə də, sonluq nikbin ruh təlqin etməkdədir. Belə ki, dağların əbədi sirdaşı olan çoban həmişə dağların yanındadır. Çoban xalqın, millətin ümumiləşmiş obrazıdır. Zəhməti ilə halallıq anlayışını özündə birləşdirən çobanın simasında xalqın gücü, qüvvəti, sözü, söhbəti, varı, bərəkəti cəmləşmişdir”
İndi isə “Az sözlə çox şey demək və ya bukolikasız bukolika” başlığı verdiyim duyğularımdan ibarət sətirləri gözlərinizdən keçirin. Şeir haqqında bu fikrə əsasən də müəyyən qədər izah vermək olar. Bilmirdim nə vaxtsa bu şeir haqqında yazacam, amma bilirdim ki, misralar ruhumdan yoğrulub. Bütün bölgələrdə onu nəinki aşıqlar, həyət-bacasında odun yaran, yer şumlayan hər kəs oxuyur. Təkcə kənd həyatı ilə məhdudlaşdırmaq olmaz. Elə şəhərdən gedənlər də, evdəkilərə: – “Bəlkə, bu yerlərə bir də gəlmədim” söyləyir. Hara getmişəmsə bu misraları eşitmişəm. Adları çəkilən müəlliflərin ölkəsində bukolik əsərlər yazılıbsa deməli, bizimkini də lokal hesab etmək olmaz. İnsanların bir-birinə etinasız yanaşdığı bir vaxtda dumanı, dağı fərd kimi dəyərləndirmək, ondan ayrılmağın belə ağır olmağını təsvir etmək üçün böyük ürəyə sahib olmalısan. 
Aşıqların yanıqlı səsi qulaqlarımdan getmir. Şeir artıq Məmməd Arazın deyil, dağların, çobanların, Azərbaycanındır. Doğrudur, güclü bukolika yoxdur, amma bircə bəndlə hisslərimizə elə toxunur ki, təsəvvürümüzdə çoban həyatı canlanır: “Bu qoca dağların biri də sənsən, şairi də sənsən şeiri də sənsən” Misra Məmməd Arazın insanlara münasibətindən, sadəliyindən, sadə olduğu qədər də əzəmətindən xəbər verir. Mənə elə gəlir kimsə şeiri məndən qat-qat üstün təhlil edər, amma məni qədər ordakı ruhu duya bilməz. Bəlkə də, gədəbəyli olmağın – dağ-dərəni, el-obanı, sazı-sözü sevməyin təsirindəndir. Gərək elə təhlil edəsən ki, yazının dil açıb danışmağı bir yana, o, ayaq tutub yeriyə də bilə. Bunu dağ-daşla dərdləşən, belə şeirlərin “dilini” bilən kəs yaxşı bacarar. Mən hisslərə qapıldığımdan ədəbiyyatşünas kimi yaza bilmirəm.
Anam məni dərəyə-təpəyə, meşəyə buraxmırdı. İcazə versə belə gərək bir ay əvvəldən etibar etdiyi ağbirçəklər minnət edərdilər. Kəndin içində kənd həsrəti çəkirdim. Onda sevmişəm bu şeiri. Dağlara duman çökəndə qəribsəyirdim. Hardasa da aşıq oxuyurdu: – “Bəlkə, bu yerlərə bir də gəlmədim, duman, salamat qal…” Aman Allah, bu nə səsdir, necə misralardır! Erkən itirdiyim özümdən kiçik qardaşım da sevə-sevə oxuyurdu. O da o yerlərə bir də getmədi. Məmməd Arazın olmadı şeir, özü Məmməd Araz oldu, çoban oldu, leysan oldu, mən oldum. Bu şeir sizsiniz – yüzlərlə kənd sakini, minlərlə azərbaycanlı. Yetər ki duyasan. İfa edən aşıqların az qala ruhunu görmək olurdu. Başını saza qoyub yana-yana oxuyanda sanki kənd özü susub dinləyirdi. 

Bəlkə bu yerlərə bir də gəlmədim,
Duman, salamat qal, dağ, salamat qal.
Dalımca su səpir yoxsa buludlar? – 
Leysan, salamat qal, yağ, salamat qal!
Qıy vuran qartallar yox oldu çəndə,
Nərgizlər saraldı şehli çəməndə.
Ey qaragöz pəri, dalımca sən də
Boylan, salamat qal, bax, salamat qal!
Gəldim, qarşıladı güllər-çiçəklər,
Gedirəm, əl edir boz biçənəklər.
Nidamı çaylara dedi küləklər:
Bulan salamat qal, ax – salamat qal!
Dağların pələngi, şiri də sənsən,
Şairi də sənsən, şeri də sənsən.
Varı, bərəkəti, xeyri də sənsən – 
Çoban, salamat qal, sağ-salamat qal.

Bir bəndi bukolika, bir bəndi peyzaj. Bütövlükdə isə Azərbaycan, Məmməd Araz. 
Bu gün duman, dağ, leysan, qaragöz pəri, çaylar, çoban şairinə sağ-salamat qal söyləyir. Bu gün Məmməd Araz cismən son ünvanına yola salınır. Bu gün onun barmaqlarının istisinə çoxdan həsrət qalan qələm buza döndü. Əslində isə şairim bu yerlərdən getməyib. O, “qara torpaq üstündə üfüqə doğru gedən ağ yoldur”

İlkin mənbə: Bu yerlərdən getməyən Məmməd Araz

Müəllif: Pərvanə Bayramqızı 

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

İLDIRIM ƏKBƏROĞLU

QOYMAYIN DAŞI YUXARI

Salacaq birini dağdan dərəyə.
Qoymayın, qoymayın daşı yuxarı.
Qəlbində əyriyə yer yoxdur deyə.
Dağlar da dayanar başı yuxarı.

Qəlb dolu badədir sözlə siləmə.
Sındırma sən onu şan-şan eləmə.
Düşər səsi-küyü bütün aləmə.
Yollar aparanda boşu yuxarı.

Gözəllik su içər alın tərindən.
Min ümid göyərər bir zoğ yerindən.
Həyat eşqimizdir bağlar dərindən.
Bizi bu torpağa quşu yuxarı.

Qıraqdan parıldar şüşşə də zər də.
Ancaq seçən gərək onu dəyərdə..
Nahaqqın meydanı gen olan yerdə.
Qoymazlar qalxmağa başı yuxarı.

Deməyin bu dünya həmin-həmindi.
Ona sırıq çəkir ağlı kəm indi
Oğulsan yapışıb sən möhkəm indi.
Çiynində bu dərdi daşı yuxarı.

Müəllif: İLDIRIM ƏKBƏROĞLU 

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Leyla Koçak Oruç

KALDIM BAĞINDA

Canımın kapısı sırçadandı sır
Salınırken yedi iklim, yedi bağında
Can buldum, bilmiyorum ki mayasını sır
Şaraptandı dolusu, ninnice kaldım bağında

Beşiktendi serim,o an yüzünü gördüm
Gizli düşlerim pembelendi, ben gündüm
Canımı canına kardım, alevleri sen gördüm
Divanece düşteyken, ninnice kaldım bağında

Nefsim sevda suyunda, arındı paktı
Üzüm şerbeti vesileydi, içimdeki Hâk’tı
Özden, aldan, çoktum, sırrım yardan saklı
Aşkın deminde çarktım, ninnice kaldım bağında

Sahibim oldu bağban, kemendi gülden
İçeyim derken kevseri, leb-i gülden
Irmağımdan bade tattı,ben oldu künden
Bir vücuttan canken,ninnice kaldım bağında

Ay kızım, misafir oldum bağına
Hasretinden can,ışık oldum ocağına
Tülüm de yol oldu, düş otağına
Daim uyurken ben,ninnice kaldım bağında
19. 9. 2019

Müəllif: Leyla Koçak Oruç

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

NAİBƏ YUSUBLU

 AD GÜNÜNÜZ MÜBARƏK !!!

Bu gün (3 dekabr 1963) gözəl insan, sevimli müəllim, tanınmış şair  NAİBƏ YUSUBLU nun doğum günüdür. Ad günü münasibəri ilə  NAİBƏ xanımı təbrik edir, bütün işlərində ağurlar arzu edirik. Uğurlarınız bol olsun, NAİBƏ xanım !!!

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru