İLDIRIM ƏKBƏROĞLU

QOYMAYIN DAŞI YUXARI

Salacaq birini dağdan dərəyə.
Qoymayın, qoymayın daşı yuxarı.
Qəlbində əyriyə yer yoxdur deyə.
Dağlar da dayanar başı yuxarı.

Qəlb dolu badədir sözlə siləmə.
Sındırma sən onu şan-şan eləmə.
Düşər səsi-küyü bütün aləmə.
Yollar aparanda boşu yuxarı.

Gözəllik su içər alın tərindən.
Min ümid göyərər bir zoğ yerindən.
Həyat eşqimizdir bağlar dərindən.
Bizi bu torpağa quşu yuxarı.

Qıraqdan parıldar şüşşə də zər də.
Ancaq seçən gərək onu dəyərdə..
Nahaqqın meydanı gen olan yerdə.
Qoymazlar qalxmağa başı yuxarı.

Deməyin bu dünya həmin-həmindi.
Ona sırıq çəkir ağlı kəm indi
Oğulsan yapışıb sən möhkəm indi.
Çiynində bu dərdi daşı yuxarı.

Müəllif: İLDIRIM ƏKBƏROĞLU 

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir