Sona Abbasəliqızı – Söz


MƏNİ XATIRLA
Hər bir misrasında duyğular daşır,
Xəyal qanadlanır, sərhədlər aşır.
Şöhrəti dünyanı gəzir, dolaşır,
Gedib uzaqlarda meni xatirla.

Bu “fərman yolu”nu varmı getməyən,
Bircə ömür varmı sona yetməyən,
Sənət dünyasında heç vaxt bitməyən,
Sonsuz maraqlarda meni xatırla.

Baxmaz nə toxuna, nə də acına,
Burda çətin kimsə gözdən qaçına.
Türfə gözəllərin qara saçına,
Dəyən daraqlarda meni xatirla.

Əsən söz mehiylə, ürəyim, oyan,
Bəsirət gözüylə cahana boylan.
Məcnun misralardan könlü doymayan,
Leyli maraqlarda məni xatırla.

Sənətkar ömrüdür bu sönməz ocaq,
Hikməti göylərə açıbdır qucaq.
Sənət zirvəsində daim duracaq,
Uca bayraqlarda meni xatırla.

<<<< SONA YUSİF – ABBASƏLİQIZI >>>>

ÜRƏYİMİN SEVGI İŞIĞI
Fikrim yenilməyən uca qaladı,
Sözüm dağ döşündə bitən laladı.
Hər gün misra-misra ocaq qaladı,
Menim ureyimin sevgi işığı.

Hikmət diyarında qurubdu bir taxt,
Hər sözün üzünə gülümsəyir baxt.
Əyri mətləbləri qınadı hər vaxt,
Mənim urəyimin sevgi işığı.

Sözünün rənginə güllər boyandı,
Yaddaşın yaddaşı sözlə oyandı.
Sənət ocağında həvəslə yandı,
Menim ureyimin sevgi isigi.

Axıdır sinəmdən söz dürlü-dürlü,
Duyğusu mehriban, ruhu qürurlu.
Nura qərq eləyib getdiyim yolu,
Mənim ureyimin sevgi işığı.

Əzan hikməti var bir ovuc səsdə,
“İncil”, “Tövrat”, “Zəbur” eyni həvəsdə.
Haqqın dərgahına gedən yol üstə,
Menim urəyimin sevgi işığı.

Ömrü qarlı oldu, gah da yağışlı,
Hər sözü-söhbəti min bir naxışlı.
Könül ovsunlayan, ürkək baxışlı,
Mənim urəyimin sevgi işığı.

Yüz yol xəyalları aşdı bərəni.
Gəzdi könül-könül hər mənzərəni.
Sevgiylə oxşadı dağı, dərəni,
Mənim ürəyimin sevgi işığı.

<<<< SONA YUSİF – ABBASƏLİQIZI >>>>

KÖVRƏK MİSRALARIM

Hökmünə “mərhəba” ulu nəqqaşın,
Yaddaşı olmuşdu özü yaddaşın.
Xətrinə dəymədi payızın, qışın,
Kövrək misralarım,kövrək sözlərim.

Safdı ilhamımın ilki, əzəli,
Duyğum heç görmədi payız xəzəli.
Sevgiylə oxşadı min bir gözəli,
Kövrək misralarım,kövrək sözlərim.

Kövrək bir dünyadır şair ürəyi,
Bahar ətirlidir arzu, diləyi.
Daim əziz tutdu halal çörəyi,
Kövrək misralarım,kövrək sözlərim.

Üzü haqqa sarı ürəyim qaçır,
Könüllərin şahı müşküllər açir..
Qelbime,ruhuma nur, işıq saçır,
Kövrək misralarım,kövrək sözlərim.

<<<< SONA YUSİF – ABBASƏLİQIZI >>>>

QƏLƏMİM ALTDA
Haqq başım üstündən baxır göz kimi,
Ümid ürək açır şirin söz kimi.
Misralar içimdə yanır köz kimi,
Varaqlar od tutur qələmim altda.

Bezib bu dünyanın ab-havasından,
Atıram özümü söz qayasından.
Səsimin, sözümün əlifbasından,
Varaqlar od tutur qələmim altda

Ağrı çöllərini adlayıb keçir,
Möhnətin dizini qatlayıb keçir,
Əcəlin bağrını odlayıb keçir,
Varaqlar od tutur qələmim altda

Sona,sinəmdəki duyğular kövrək,,
Açır yaxasını söz çiçək-çiçək.
Şam kimi sinəmdə alışır ürək,
Varaqlar od tutur qelemim altda.

<<<< SONA YUSİF – ABBASƏLİQIZI >>>>

GÖRMÜŞƏM
Seyrinə varmışam mən bu cahanın
Bağça da görmüşəm, bağ da görmüşəm.
Var olub hər yana düşübdü yolum,
Aran da görmüşəm, dağ da görmüşəm.

Taleyim şox çəkib dərdi,möhnəti,
Daim uca bildim mən həqiqəti.
Oyub gözlərimi yurdun həsrəti,
Köksümə çəkilən dağ da görmüşəm.

Hərdən baharımda qış keçib mənim,
Sinəmin üstündən xış keçib mənim.
Demirəm günlərim xoş keçib mənim,
Qara da görmüşəm, ağ da görmüşəm.

Əyrini düz görüb düzü əyənlər,
Halaldan dəm vurub haram yeyənlər,
Heyatda hemise ” mənəm ” deyənlər,
Öləndə beş arşın ağda görmüşəm.

Görünməz namərddə mərd nişanları,
Çaqqala yaraşmaz qurd nişanları.
Boğazdan yuxarı danışanları,
Həmişə, hər yerdə saxta görmüşəm.

<<<< SONA YUSİF – ABBASƏLİQIZI >>>>

MƏNİ SORUŞUN
Söz hikmət nurutək dolaşır qanda,
Anlasın məclis də, məclis quran da.
Ellər bağçasında məclis quranda,
Mənalı çağlardan məni soruşun.

Hikmətli kəlməsi nur, işıq saçan,
Sənət eşqi ilə yaşadı bir can.
Hər vaxt gəlişinə qolunu açan,
Doğma qucaqlardan məni soruşun.

Sözün yamacına könlünü sərdi,
Səbriylə ovutdu kədəri,dərdi.
Hər çiçək üzündən bir misra dərdi,
Güllü yaylaqlardan meni sorusun.

Adını əzizlə,xətrini istə,
Ürək baş qoyubdu el qəmi üstə.
“Kərəmi”, “Dübeyti”, “Dilqəmi” üstə,
Gəzən barmaqlardan məni soruşun.

Sona ,söz yaratdım tər güllər kimi,
Yazdım varaqlara mən bu ərkimi,
Öpəndə misramı təbərrik kimi,
Şirin dodaqlardan məni soruşun.

Müəllif: SONA YUSİF – ABBASƏLİQIZI

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir