“Kitab Evi” təqdim etdi

“KİMLƏR KEÇDİ SƏNDƏN QILINCLI YOLU”

Bu gün “Kitab Evi” İctimai Birliyinin təşkilatçılığı ilə  Mirheydar Sadiqin (Abbasov) “KİMLƏR KEÇDİ SƏNDƏN QILINCLI YOLU” adlı şeirlər kitabının təqdimatı keçirilib.

Təqdimatı Birliyin rəhbəri,  filologiya üzrə fəlsəfə doktoru Adilə Nəzərova açıb və kitab haqqında fikirlərini qeyd edib.

Tədbirdə şair, publisist Alim Gülmalıyev və Şəmsəddin Canıyev şairin ümumi yaradıcılığı haqqında məruzə ediblər.

Tədbirdə tanınmış yazıçı Səfər Alışarlı, şairlərdən Ayaz Arabaçı, kitabın ön söz müəllifi şair Mehman Göytəpəli, Təvəkkül Yadigar, Lilpar Cəmşidqızı, Amaliya Murad, Aləm Kəngərli, Akif Hacıyev, Fatima Kamranzadə və b. cıxış ediblər. Çıxış edənlər Müasir Azərbaycan poeziyasının keçdiyi yoldan, bu yolda hər şairin özünəməxsus izindən və orada Mirheydar Sadiqin də vətənpərvər, sosial tələbatlara cavab verən şeirlərinin xüsusi yeri olduğunu vurğulayıblar.  

A.Nəzərova çıxışlararası şairin şeirlərini səsləndirib.

Mirheydar Sadiq öz növbəsində iştirakçıları salamlayıb, qarşıdan gələn yeni ildə illərdir üzünü duman, çən örtən Qarabağ torpağına Günəşin doğmasını arzulayıb, müəllif eyni zamanda gələn qonaqlara poetik nümunələrlə öz dərin təşəkkükürü bildirib. 

Tədbirin sonunda xatirə şəkilləri çəkilib:

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir