Zaur Ustac – Şükranlıq

ŞÜKRANLIQ


Salam olsun Sənə, ey gözəl insan,
Min şükür Haqqa ki, haqqa çatmısan.
Hələ görünməyib, olsun belə hal,
Bir kitab oxuyan görə qeylü-qal.
Bütün ürfan əhli bu rəydə yekdil,
Kitab sayəsində zənginləşir dil.
Şükür Yaradana qılıbdır imkan,
Belə bir görüşü edib ərmağan.
Hər yeni fürsəti mənə verəndə,
İlkin şükrü-səna bitir dilimdə.
Əlində tutduğun bir yığın kağız,
Kitab olacaqdır dindikcə ağız.
Qutlu yaranışın əşrəfi insan,
Ali olduğunu xatırla hər an.
And gəldi qələmə, qələm tutana,
Qafillər oyana, bəlkə utana.
Oxumaq öyrətdi, yazmaq öyrətdi,
Quruca taxtadan bir dil ürətdi.
Kağızı müqəddəs bilmişik hər vaxt,
Üstündə canlı söz yaşayır həyat.
Şükür bu nemətə, şükür qismətə,
İstərəm bu paydan hamıya yetə.
Şükür Yaradana, neçəki sağam,
Onun sarayında Sizə qonağam.
Mən yazım, bulaqlar süzülsün gölə,
Mirvari kəlmələr düzülsün dilə.
Min şükür Haqqa ki, dil verib bizə,
Sizinlə görüşə yol verib bizə…
================================


شوکرانلیق


سلام اولسون سه نه ای گؤزه ل اینسان؛
مین شوکور حاققاکی؛حاققاچاتمیسان.
حه له گؤرونمه ییب؛اولسون بئله حال؛
بیر کیتاب اوخویان گؤره قئیل وقال.
بوتون عورفان اهلی بو رای ده یئک دیل؛
کیتاب سایه سینده؛زه ن گین له شیر دیل.
شوکور یارالدانا قیلیبدیر ایمکان؛
بئله بیر گؤروشو ائدیپ آرماغان.
هر یئنی فورصه تی مه نه وئره ن ده؛
ایلکین شوکرو ثنابیتیر دیلیمده.
لینده ن توتدوغون بیر ییغین کاغیذ؛
کیتاب اولاجاقدیر دیندیکجه آغیز.
قوتلو یارانیشین اشرفی اینسان؛
عالی اولدوغونو خاطیرلا هر آن.
آند گه ل دی قه له مه؛قه له م توتانا؛
قه فیل له ر اویانا بلکه اوتانا.
وخوماق اؤیره تدی ؛یازماق اؤیره تدی؛
قوروجا تاختادان بیر دیل اوره تدی.
کاغیذی موقه دده س بیلمیشیک هر واخت.
اوستونده جانلی سؤزیاشاییر حیات.
شوکور بو نعمه ته شوکورقیسمه ته.
ایسده ره م بوپایدان هامییا یئته.
شوکوریارالدانا نئچه کی ساغام؛
اونون ساراییندا سیزه قوناغام.
مه ن یازیم بولاقلارسوزولسون گؤله؛
میرواری کلمه له ر دوزولسون دیله.
مین شوکورحاققا کی دیل وئریب بیزه؛
سیزین له گؤروشه یول وئریب بیزه…

“Əliş və Anna” poemasından bir parça.

Müəllif: Zaur Ustac – زائـــور اوستاج

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

SƏTTAR BƏHLULZADƏ

Bu gün (15 dekabr 1909) dünya şöhrətli rəssam Səttar Bəhlulzadənin doğum günüdür. Ad günündə onu hörmətlə anır, Böyük Allahdan rəhmət diləyirik. Ruhu şad olsun. Amin. Amen.

SƏTTAR BƏHLULZADƏ HAQQINDA MƏLUMAT

Bəhlulzadə Səttar Bəhlul oğlu — Azərbaycan rəssamlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri, Azərbaycanın əməkdar incəsənət xadimi (1960), Azərbaycan xalq rəssamı (1963), Azərbaycan Dövlət mükafatı laureatı (1972).

Həyatı

Səttar Bəhlulzadə 15 dekabr 1909-cu ildə Bakının Əmircan kəndində dünyaya gəlib. 1927-ci ildə rəssamlıq məktəbinə, 1931-ci ildə Azərbaycan Rəssamlıq Məktəbinə, 1933-cü ildə isə Moskva Dövlət Rəssamlıq İnstitutuna daxil olub. 1941-ci ildə V. İ. Surikov adına Moskva Rəssamlıq İnstitutunu bitirib. V. A. Favorskinin və Q. M. Şaqalın tələbəsi olub. Yaradıcılığa “Kommunist” qəzetində Əzim Əzimzadənin rəhbərliyi ilə başlayıb. 1931-1933-cü illərdə müasir məzmunlu ilk karikaturaları çap edilib.

Səttar Bəhlulzadə bir sıra orden və medallarla təltif edilmiş, 2 Qırmızı Əmək Bayrağı ordeni və medallarla təltif olunmuşdur.

Əsərləri: R.Mustafayev ad. Azərbaycan Dövlət İncəsənət Muzeyində və Azərbaycan Dövlət Şəkil Qalereyasında, eləcə də Moskva və s. şəhərlərin muzeylərində saxlanılır.

Bəhlulzadə 14 oktyabr 1974-cü ildə Moskvada vəfat etmişdir. Əmircanda dəfn olunmuşdur, qəbiri üstündə ona abidə ucaldılmışdır.

Yaradıcılığı

Moskvadan qayıtdıqdan sonra Bəhlulzadənin yaradıcılığında tarixi mövzülar və tarixi şəxsiyyətlərin təsviri (“Babək üsyanı”, “Fətəli xan”, “Xəttat Mir Əli” və s. əsas yer tutmuşdu. Müharibədən sonrakı illərdə Bəhlulzadə Abşeronun neft mədənlərini, bağ və kəndlərini təsvir edən rəsmlər yaratmışdır. Bəhlulzadənin yaradıcılığında təbiət təsvirlərinə meyl getdikcə güclənmiş, o, mənzərə janrında daha bitkin əsərlər yaratmağa başlamışdır. 1946-47 -ci illərdə Respublika bədii sərgilərində Bəhlulzadənin Abşeron etüdləri (“Buzovna neft mədənləri”, “Əmircan” və s.) nümayiş etdirilmişdir.

Bəhlulzadənin gərgin yaradıcılıq axtarışlarının məhsulu olan “Xəzər üzərində axşam”, “Xəzər gözəli”, “Əbədi məşəllər”, “Kəpəzin göz yaşları”, “Vətənimin baharı”, “Azərbaycan nağılı”, “Suraxanı atəşgahı” , “Əfsanəvi torpaq”, “Şahnabat”, “Naxçıvan. Axşamçağı Ordubad bağlarında”, “Vətənimin baharı”, “Bakıda atəşfəşanlıq”, “Qudyalçay vadisi”, “Qızılbənövşəyə gedən yol”, “Suraxanı atəşgahı, “Şahnabat”, “Əmircan”, “Neft daşları”, “Şamaxı üzümlükləri” və s. əsərləri əsas yer tutur.

Onun mənzərə-peyzajlarında, intim-lirik natürmortlarında, incə xalça ornamentlərinin düzülüşünü əks etdirən ənənəvi xalq yaradıcılığı motivləri hiss edilir. Bəhlulzadənin fərdi sərgiləri Əlcəzair, Misir, Livan, Suriya Tunis, Norveç, ADR, Çexoslovakiya, Bolqarıstan, İraq, Kuba, Kanada, Belçika, Fransa, Yaponiya və dünyanın bir sıra başqa ölkələrində nümayiş etdirilmişdir. Dünyanın onlarla muzeylərində Səttar Bəhlulzadənin əsərləri daimi eksponatlar sırasındadır.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru