Solmaz Qəribel

İLİŞİB QALIB

Sənsiz yaddaşımda ilışib qalıb,
Sənli günlərimin, baş hərfləri
Kədərlə, həsrətlə hörülüb qalıb,
Qaldıra bilmirəm daş hərfləri

Solğun xatirəmin nizamı itib,
Təbibi ,loğmanı, ozanı itib.
Bəxtin qarasının pozanı itib,
Poza bilməyirəm boş hərfləri

Xəzana döndərdin qərib sevgimi,
Sovurdun yellərə sərib sevgimi.
Ağlayan ürəkdə yarıb sevgimi,
Poza bilməyirəm yaş hərfləri….

25.12.2019.

Müəllif: SOLMAZ QƏRİBEL

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir