YAZARLAR YOLKA İLƏ

YAZARLAR 2019-2020 YOLKASI İLƏ

XANIM İSMAYILQIZ

BALAYAR SADİQ

LEYLA NAMAZOVA

SONA ABBASƏLİQIZI (YUSİF)

NATƏVAN MƏMMƏDOVA (HƏKİM)

RAFİQ GÖYÇƏLİ

SEVDA İBRAHİMLİ

Sağdan I- GÜLNAR ƏHMƏDOVA, II-X, III- AİDA ADIGÖZƏL, IV-X.

QEYD

2020-Cİ İL YANVARIN 13-Ə QƏDƏR GÖNDƏRİLƏN YOLKALI FOTOLAR ƏLAVƏ OLUNACAQ.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Müsənbər və Mahmud

Ustaclı Mahmud Məşədi Mustafa oğlu ( Məşədi Mustafa Qulu oğlu Göyçədən səbəbi məlum olmayan ixtilaf nəticəsində Ağdam rayonu, Yusifcanl – Sufcanlı, kəndinə köçərək kəndin düz mərkəzində ev yeri və kənd ərazisində bir-neçə yerdə bağ-biçənək yeri almışdır. O Yusifcanlıya yerləşəndən sonra qardaşı və ya qardaşı uşaqlarından biri də onun yanına köçüb gəlir və o həyətindən ev tikmək üçün ona yer verir. Həyat yoldaşının adı Sona olub. Deyilənlərə görə çox mərd qadın olub. Mustafa ilə Sonanın Mahmud adlı bircə oğlu olub- Göyçədə və Zəngəzudra qohumları, Qərbi Azərbaycan ərazisində sovet dönəmi Quliyev familiyalı qardaşı – qardaşı uşaqları olub. Atasının adı ….. qulu- Qulu – olub.) və həyat yoldaşı Şəhrili Müsənbər. Hamar, Gözəl, Göyçək adlı qızları, Müseyib, Şükür, (Qulu) Quluş adlı oğulları olub. Atası Məşədi Mustafanı ixtilaf səbəbindən çox erkən itirdiyinə görə tək uşaq olmuş və anası Sona xanımın himayəsində böyümüşdür. Sona xanım əri Məşədi Mustafa öldürüldükdən sonra ailə həyatı qurmur və ancaq təsərrüfat işləri və oğlu Mahmudun tərbiyəsi ilə məşğul olur. Mahmud böyüyüb atasının bağlarına sahib olur və onları bacarıqla idarə edərək varlanır və böyük ailə sahibi olur. Kənd camaatı onu atasının düşmənlərindən qorumaq üçün anasının adı ilə Sona oğlu Mahmud çağırıblar. Çox inadkar adam olub. Onun adı ilə bağlı çoxlu maraqlı, indiki dövrdə insan ağlının qavramaqda zorluq çəkdiyi hadisələr var. Ağdam rayonu, Yusifcanlı kəndi ərazisində iki yerdə Mahmudun bağı, bir yerdə Mahmudun kələsəri adlı biçənək yeri, iki yerdə də Mahmudun körpüsü adlı 5 məhur toponim olub. Kənddə Hajılardan (Hacılar) sonra ən böyük həyət və iki mərtəbəli daş ev ona məxsus olub. Həyəti kəndin lap mərkəzində yerləşib. Atasının əmisi və qardaşı uşaqları ilə bir həyətdə mehriban qonşuluq şəraitində yaşayıblar. Hirsli, höcət – inadkar, zəhimli kişi olsa da əliaçıq olub. II dünya Müharibəsi ərəfəsində və zamanında imkan daxilində müraciət edənlərin hamısına taxıl ilə kömək edib.

Mənbə: Zaur Ustac 

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC 2020-NİN İLK SEİRİ

EVCİK-EVCİK OYUNU

Qışın oğlan çağında bülbülər ötür, cik-cik,

İndi daha böyüklər oynayır evcik-evcik…

*    *    *

Yadımda, uşaq vaxtı evcik-evcik oynardıq,

Boyunbağı, gah təsbeh, hərdən muncuq olardıq,

Xəzəl pulla bazardan sucuq-mucuq alardıq,

Heç indiki uşaqlar oynamır evcik-evcik,

Qışın oğlan çağında bülbülər ötür, cik-cik,

İndi daha böyüklər oynayır evcik-evcik…

*    *    *

Ata, ana olardıq, heç kim uşaq olmazdı,

Taxıl biçib, yığardıq, yerdə başaq qalmazdı,

Milis-milis olanda kimsə  duşaq vurmazdı,

Baxıram uşaqlara, ruhları çilik-çilik,

Qışın oğlan çağında bülbülər ötür, cik-cik,

İndi daha böyüklər oynayır evcik-evcik…

*    *    *

Hakim-hakim olanda, dustaq olmurdu, heç kim,

“Məllim-məllim” olanda şagird olmurdu, heç kim,

Kıx-kıx vaxtı gələndə, düşmən olmurdu, heç kim,

Eyni səfi tutardıq, durardıq, muncuq-muncuq,

Qışın oğlan çağında bülbülər ötür, cik-cik,

İndi daha böyüklər oynayır evcik-evcik…

*    *    *

Arzular konsertinə hər gün bilet alardıq,

Nə vaxt, necə istəsək, vəzir, padşah olardıq,

Kimi hara istəsə vəzifəyə qoyardıq,

Səksənərdik yuxuda, dodaqlar uçuq-uçuq,

Qışın oğlan çağında bülbülər ötür, cik-cik,

İndi daha böyüklər oynayır evcik-evcik…

*    *    *

Uşaq oynamır deyə böyüklər girib bəhsə,

Biri çıxır dam üstə, biri girir qəfəsə,

Yazı, yayı, payızı hamı nəfəs-nəfəsə,

Boyunlar yoğunayıb, əllərsə sucuq-sucuq,

Qışın oğlan çağında bülbülər ötür, cik-cik,

İndi daha böyüklər oynayır evcik-evcik…

*    *    *

Padşah-padşah oyunu dəb düşüb indi yaman,

Yekələrin hamısı istəyir olsun  əyyan,

Sobaçı da olan var,  odunçuya yox güman,

Cin gəzirlər odunu daşısın qucaq-qucaq,

Qışın oğlan çağında bülbülər ötür, cik-cik,

İndi daha böyüklər oynayır evcik-evcik…

*    *    *

Yaxşı ki,  İvan dayı səsin çıxartmır hələ,

Həyətində  böyüklər  oynayırlar əl-ələ,

“Məhlədə” başqa qonşu onları sevmir belə,

Ustac da  od daşıyır onlara sıcaq-sıcaq,

Qışın oğlan çağında bülbülər ötür, cik-cik,

İndi daha böyüklər oynayır evcik-evcik…

01.01.2020 (03:23 – 14’) Ümid qəsəbəsi.

Müəllif: Zaur Ustac 

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ƏBÜLFƏT MƏDƏTOĞLU

 AD GÜNÜNÜZ MÜBARƏK!!!

Bu gün (01 yanvar 1959) gözəl insan, səmimi dost, sevimli şair – publisist  Əbülfət Mədətoğlu nun doğum günüdür. Ad gününüz mübarək,  Əbülfət müəllim!!! Uca Yaradandan Sizə can sağlığı, uzun ömür, bütün işlərinizdə müvəffəqiyyətlər arzu edirik!!! Uğurlarınız bol olsun!!!

 ƏBÜLFƏT MƏDƏTOĞLU HAQQINDA

Əbülfət Mədətoğlu (Əliyev Əbülfət Mədət oğlu ) 1959-cu il yanvarın 1-də Dağlıq Qarabağın Xocavənd rayonunun Tuğ kəndində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirdikdən sonra bir müddət fəhlə (1976-1980), “Təşviqatçı” jurnalında korrektor işləmişdir (1980-1981).Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil almışdır (1981-1986). Eyni zamanda jurnalist sənətkarlığı institutunu bitirmişdir (1982-1984).

“Araz” qəzetində şöbə müdiri (1986-1988), “Qarabağ” qəzetində (1988-1990) və “Azərbaycan ordusu” qəzetində (1990-1992) müxbir vəzifələrində işləmişdir. Hazırda “Ədalət” qəzetinin baş redaktor müavinidir (1992-ci ildən). Azərbaycan Respublikası Prezidentinin 21.07.2010-cu il tarixli Sərəncamı ilə Əliyev Əbülfət Mədət oğluna Azərbaycan milli mətbuatının inkişafındakı xidmətlərinə görə ”’“Əməkdar Jurnalist””’ fəxri adı verilmişdir. Bədii yaradıcılığa orta məktəb illərindən başlamışdır. İlk mətbu şeri “Kəndim” “Araz” Füzuli rayon qəzetində çap olunmuşdur. Bundan sonra “Azərbaycan”, “Ulduz”, “Təşviqatçı” jurnallarında, “Azərbaycan gəncləri”, “Bakı”, “Sovet kəndi”, “Azərbaycan pioneri” qəzetlərində vaxtaşırı çıxış etmişdir. “Səməni nəğməsi”, “Nilufər çiçəyi”, “Dərdini danışan adam”, “Nişanə”, “Ehtiyacın elçi daşı”, “Döymək istədiyim qapılar”, “Allah, məni unutma”, “Ürəyimdəki sənsən”, “Yanan məktub”,”Ağacların şarkısını yapraklar okuyor” “Hər görüş bir ümiddir”, “Sevgi pıçıltıları”, “Yanan məktublar”, “Mənim kimi sevə bilsən”, “Gözləyənim var”,  “Ürəyim sənlə danışır” şeir kitabları və “Qəhrəman İbad”, “Zəhmli polkovnik”, “Üfüqdə görünən adam” sənədli povestləri işıq üzü görüb. Yazdığı şeirlərə tanınmış bəstəkar Razim Paşayev musiqilər bəstələyib.

 KİTABLARI:

1.Səməni nəğməsi. Bakı: 1988, Gənclik, 61 səh.

2.Nilufər çiçəyi. Bakı: 1995, Səda, 61 səh.

3.Dərdini danışan adam. Bakı: 1999, Şirvannəşr, 100 səh.

Bir daha  Əbülfət müəllimi təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirik!!!

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“AYIN YAZARI”- DEKABR (2019)

DEKABR (2019) AYININ ƏN ÇOX OXUNAN YAZARI – “AYIN YAZARI” –SONA ABBASƏLİQIZI (YUSİF) OLDU. BU AD MÜNASİBƏTİ İLƏ ONU TƏBRİK EDİR, YENİ-YENİ UĞURLAR ARZU EDİRİK!!! UĞURLARINIZ BOL OLSUN!!!

YAZARLAR.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-500-63-36     E-mail: yazarlaraz@yandex.ru