Turan Tural namizəd oldu

Gənc yazar Turan Turalın deputatlığa namizədliyi təsdiq olunub:

“102 saylı Samux-Şəmkir Dairə Seçki Komissiyası namizədliyimiz təsdiqləndi.

500 imzadan 489-u etibarlı sayıldı. Vətənə-millətə xeyirli olsun, inşallah!” – deyə, namizəd bildirib.

Mənbə: Tural Turan

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MAYIL DOSTU – UMURAM

U M U R A M

Fəryad edir könül sazım,
Yurdda itim, orda azım,
Qızıl taxt nəyimə lazım?
Qızıl kimi baxt umuram.
***
O yollarda izim qalıb,
İməkləyən dizim qalıb,
Deyilməmiş sözüm qalıb,
Əzraildən vaxt umuram.
***
Nə qədər qaynayım, bişim?
Yurd gözləyir, yox gedişim,
Bər – bəzəklə yoxdur işim,
Yurd daşından taxt umuram.

Müəllif: MAYIL DOSTU

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

İLDIRIM ƏKBƏROĞLU

XAMI XAN EYLƏYƏN DAYI ÇOXALIB

Ovu yasaq ikən ceyran-cüyürün,
Qurd da yasaq oldu, axır ki , görün,
Fağırdan, ta, yetməz nə haray, nə ün,
Dünyada vəhşinin payı çoxalıb.

Yaxşılar içində dərd, umu-küsü,
Pislər artıb olub çaqqal sürüsü,
Bir yerə gəldimi biri-ikisi,
Qeybət dəllalının sayı çoxalıb.

Dərd çəkir ah çəkən, köksün ötürən,
Keçdi, itiyini tapmaz itirən,
İndi dəbdən düşüb rüşvət götürən,
Xamı xan eyləyən dayı çoxalıb.

Döşə yatıbsa da vəd sözdə qalıb,
Arzular, ümidlər ,ta gözdə qalıb,
Eldən gələn sözdür, düz düzdə qalıb,
Əyri tayın tapıb, sayı çoxalıb.

İndi ayaq üstə yatılır yuxu,
Çəkidə çox gəlir “hə”sindən “yox”u,
İndi gizlədirlər atılan oxu,
Boş yerə çəkilən yayı çoxalıb.

İldırım, fağırı busur bu dünya,
Şikəstdə axtarır qüsur bu dünya,
Qan içən yanında susur bu dünya,
Yalandan harayı, hayı çoxalıb.

Müəllif: İLDIRIM ƏKBƏROĞLU 

Allah rəhmət eləsin… Ruhu şad olsun… Bu şeir (sonetlər) “İldırım Əkbəroğli – 70” layihəsi çərçivəsində N : 13 qeydi ilə yayımlanır. Eyni zamanda bu layihə çərçivəsində İldırım Əkbəroğlunun 70 illik yubileyi münasibəti “Yazarlar” jurnalının xüsusi buraxılışı formasında nəşr olunacaq “İldırım Əkbəroğli – 70” kitabına daxildir.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Dalğa Xatınoğlu

AD GÜNÜNÜZ MÜBARƏK!!!

Bu gün (2 yanvar 1981) gözəl insan, səmimi dost, sevimli yazar Dalğa Xatınoğlunun doğum günüdür. Ad gününüz mübarək, Dalğa müəllim!!! Sizə həyatda uzun ömür, can sağlığı və bütün işlərinizdə müvəffəqiyyətlər arzu edirik!!! Uğurlarınız bol olsun!!!

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Elburus Qasımov – Zaur Ustaca

YENİ İL HƏDİYYƏSİ

( Zaur Ustaca )

Dahi Sənətkar, bu il uğurlu olsun sizə,

Sizin ömür pilləsi qalxsın doxsana, yüzə ,

Şair, əgər nə vaxtsa məna qatarkən sözə,

Sənət olsa hökümdar, layiq ona tac deyin!

Çəkinmədən hər zaman dahidi USTAC deyin!

Ən xoş arzularla: Elburus Qasımov

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru