YUSİF ƏLİYEV – SÖZ

Yusif ƏliyeVİN SÖZ DÜNYASI

Olmasaydı

Olmasaydı əgər eşqi-məhəbbət
Həyatda olmazdı bu qədər Xilqət
Eşqin də tərsi, həm uvandı*vardır
Uvandı sevgidir, tərsi nifrətdir
-‘-
Deyirlər flankəs, lap çox qısqancdır
Dalaşqandır, qəlbi yaman qaradır
Qısqanclıq yaranır ifrat şəhvətdən
Birdə ki, sevgidən, olan qeyrətdən
-‘-
Heyvanlarda da var, qısqanclıq hissi
Hər bir heyvanda var, şəhvət həvəsi
Bir donuz qısqanmır, birdə köstəbək
Şəhvət eşqi kordur, qeyrəti gödək
Uvandı*-düzü.

<<<<<<<YUSİF ƏLİYEV>>>>>>>

Axtarmirıq!

Göyə əl açırıq yük əyiləndə
Sədəqə veririk tərsə düşəndə
Tanrıdan küsürük iman itəndə
Heç zaman səbəbin biz axtarmırıq
-‘-
Millətin içində millət gəzirik
Fürsət tapanda da əlin kəsirik
Zəngin adamlara boyun əyirik
Heç zaman səbəbin biz axtarmırıq
-‘-
Milli varlığımız tarimar olur
Xalq bilmir nə udur, nəyi uduzur
Zülmün qılınc, qalxanını unudur
Heç zaman səbəbin biz axtarmırıq
-‘-
Haqqımız alınır, yada satılır
Çox körpələr zibilliyə atılır
Təhsilimiz, səhiyhəmiz korlanır
Heç zaman səbəbin biz axtarmırıq
-‘-
Nə birlik var, nə doğruluq, nə düzlük
Qismətimiz dərd-kədərdi, üzgünlük
Çox yerdə işləyir indi tülkülük
Heç zaman səbəbin biz axtarmırıq
-‘-
Çox adam itirib öz insanlığın
Dəyişib “paraya” gözəl varlığın
Qoyubdur hərraca vicdan qeyrətin
Heç zaman səbəbin biz axtarmırıq

<<<<<<<YUSİF ƏLİYEV>>>>>>>

Nə qədər vardı canın, canına sən xidmət elə
Dünyadan al payını, yarına sən xidmət elə

Qarışma özgələrin yaxşı, yaman işlərinə
Aldanma tamahkarın, riyakarın sözlərinə
Kişi ol, diqqət elə vicdanına, qeyrətinə
Nə qədər varsa canın, canına sən xidmət elə
Dünyadan al payını, yarına sən xidmət elə
-‘-
Birində yoxsa ləyaqət, yada qeyrət sənə nə
Aldadır məzlumu, ya kasıbı bundan sənə nə
Yığır yada dağıdır Xalqın sərvətini sənə nə
Nə qədər varsa canın, canına sən xidmət elə
Dünyadan al payını, yarına sən xidmət elə
-‘-
Hardadır səndə o,güc son qoyasan bunca şərə
Yada ki, canını qurban verəsən sən bəşərə
Gecənin hökmü ağırdır, ümüd et sən səhərə
Nə qədər varsa canın, canına sən xidmət elə
Dünyadan al payını, yarına sən xidmət elə

Müəllif: YUSİF ƏLİYEV

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Sona Yusif – Abbasəliqızı


HEYKƏL
(Hekayə)

Məmmədlə Rəfael universiteti bir ildə qurtardılar. Məmməd fılosof, Rəfael isə iqtisadçı idi. Hər ikisi böyük bir müəssisədə işə başladı. Onlar indi də iş yoldaşı oldular. İşə bir gəlir, işdən bir çıxır, kinoya, teatra belə bir gedirdilər. Məmmədin arzusu böyümək, yüksək vəzifə tutmaq, istək və arzusunu öz vəzifəsinin gücü ilə həyata keçirməkdən ibarət idisə, Rəfaeli isə öz ixtisası sahəsində ucalmaq, elmi nailiyyətlər əldə edib vətənə daha çox xeyir vermək düşündürürdü. Ara-sıra sözləri çəpləşir, bir-biri ilə uzun-uzadı mübahisə edir, bəzən küsmək dərəcəsinə qədər höcətləşirdilər. Sonra yenə aralarında heç nə olmamış kimi deyib-gülür, zarafatlaşırdılar.
Bir gün Məmməd kefsizləyib işə çıxmadı. Rəfael işdən sonra dostuna baş çəkmək üçün hazırlaşdı. Bağçaya düşüb özünün becərib ərsəyə yetirdiyi limon talvarına girdi. Payız fəsli idi. Bağ-bağça solmuş, təbiət öz donunu dəyişmiş, ağacların dibini xəzəl basmışdı. Amma Rəfaelin talvarında elə bil ilk bahar təzəcə canlanırdı. Bir-birinə söykənən barlı limon ağacları başlarını aşağı əymişdi. Bir ucdan saralan limonların yanındaca ilk payız pöhrəsı canlanıb gül tökürdü. Talvarın ətrı adamı məst edirdi. Rəfael bir cüt yerli növ limon dərib yola çıxdı.
O, Məmmədin qapısından içəri girdi. Məmməd dostunu çox soyuq qarşıladı. Rəfael bu soyuqluğu xəstəlik əlaməti hiss edib, limonları onun yastığının önünə qoyub dilləndi:
– Öz yetişdirdiyim limonlardandır. Talvara girdim, gözlərimə inanmadım. Ağaclar o qədər gül töküb ki, meyvəsini dərməklə yığıb-yığışdırmaq olmayacaq.
Məmmədin qırışı açılmadı. O, qaşlarını dartıb özünü eşitməməzliyə vurub cavab vermədi. Rəfael əlini onun alnına qoyub soruşdu:
– Qızdırman yoxdur. Bəs niyə kefsizsən?
– Soruşma! – deyə Məmməd yenə könülsüz cavab verdi.
Rəfael duruxdu.
İllərdən bəri tez-tez atışıb-barışmaqla dostluq eləmək, səbəbsiz naz-qəmzə çəkməyin elə bil sonu çatdı. O, öz-özünə sual verdi: Mən bıınun nəyinə görə qılçıqlı sözlərini udmalıyam? Nə vaxla qədər bu, adda-budda danışacaq, mən dözəcəyəm? Mənim bundan nəyim əskikdir və ya bundan nə asılılığım var? Tələbəlik illərindən dözdüm, dedim tələbəyik, böyüyər düzələr. İşdə susdum, dedim ayıb olar. Deyərlər ki, bir yerdə gəzib-dolaşırlar, tonlarla çörək kəsdilər, axırda ayaqladılar. Dönə-dönə evində mənə qabardı, işdə üstümə qışqırdı, uddum. İndi daha udmağın, dözməyin sonu çatıb, açım sandığı, töküm pambığı. Ya üzüm, ya dözüm! – deyə xeyli susandan sonra Rəfael dilləndi:
– Məmməd, de görüm özünü niyə belə aparırsan? Məni nəyin yerində qoyub belə üzümə qabarırsan?
– Sən paxılsan, paxıl, məni az istəyirsən, özünü çox. Hətta yuxuda da mənimlə düz dolanmırsan.
– Nə paxıllıq, nə yuxu, bu nə sözdür? De görüm, hansı elmi kəşfinin əleyhinə getmişəm? – deyə Rəfael Məmmədi sorğu-suala çəkdi.
– Demək istəmirdim. İndi ki, məcbur edirsən, deyim. – Məmməd pörtmüş halda sözə başladı: – Mənə nənəm vəsiyyət edib ki, nəslən biz yuxuya inanırıq, sən də həmişə inan. Bu gün mən xəstə deyiləın. Sən məni xəstələndirmisən, mən hirsimdən uzanmışam.
Rəfael bir papiros yandırıb təkidlə soruşdu:
– A kişi, oxu atıb, yayı gizlətmə. De görüm mən sənə yuxuda nə paxıllıq etmişəm?
– Etmisən, bəli etmisən! Yuxuda gördüm ki, məni qoyublar böyük qulluğa, lap böyük bir qulluğa!
– Bu sənin ilk arzundur, yuxudan əvvəl, lap ilk arzun.
– Qoy danışım, yoxsa danışmağa da paxıllığın tutur?
– Yaxşı, yaxşı danış, – deyə Rəfael mətləbini axıra saxlamaq qərarına gəldi.
– Hə, gördüm ki, elə bir vəzifədəyəm ki, kənd, rayon, şəhər, ölkə mənim ağzımla dolanır, dediyimlə durur, oturur. İri bir stolun başındayam. Birinci növbədə qardaşlarımı, əmim oğlanlarını irəli çəkib hərəsini qoydum yaxşı-yaxşı vəzifələrə. Hamının maşını, hamının idarəsi, gözəl qulluqçuları, bolluca qazancları…
– Sonra-sonra – deyə Rəfael əlindəki papirosu sümürüb tüstüsünü qəzəblə üfürdü.
– Sonrası bacanaqlarımı, həmkəndlilərimi, həmrayonlularımı orda-burda boş yerlərə, bəzən də boşaltdığım yerlərə qoydum. Bizim bu birgə işlədiyimiz idarəni də alt-üst etdim. Müdiri, onun müavinini, mestkomu, hətta şöbə müdürlərinin də hamısını öz səmtimə çevirdim…
– Bəs mənə bir qulluq vermədin? – deyə Rəfael hiddətlə bir atmaca atdı.
– Səbr elə, layiq olsaydın verərdim. Axırına çıx, əməlinə bax, payını götür, – deyə Məmməd davam etdi:
– Bəli, qohumlarımı, həmkəndlilərimi, həmrayonlularımı yerbəyer edəndən sonra qədim quberniya ərazi bölgüsünü yadıma saldım. Bizim zonakı var, – beş-altı rayoıı, başladım bu rayonlarda olan əli qələm, dili söz tutanları seçməyə. Bunları da hərəni özünə görə, aglım kəsən kimi növ-növ vəzifələrə yerləşdirdim. Bu əməyimə görə səsimə səs verən tapıldığından məni bir pillə də böyütdülər. İndi daha məndən cəmi iki-üç pillə yuxarıda oturanlar var idi.
– Sonra?
– Səbr elə, hamısını danışaram. Dilotu yeməmisən. Axırına çıx. Öz əməlini öz gözünlə gör, paxıllığını boynuna al, çıx get, daha bununla vəssalam! – deyə Məmməd Rəfaelin sanki ürəyindəki mətləbini bilirmiş kimi onu qabaqladı.
– Bəli, irəli çəkdiyim qohum-qəbilə cəm olub başıma mənim “rütbəmi” və “xidmətlərimi” əbədiləşdirmək üçün təklif etdilər ki, nə qədər sağsan özünə bir heykəl qoydur. Düşündüm ki, niyə razı olmayım. Bundan ötrü kim mənə gözün üstə qaşın var deyə bilər?! Nə qədər ki, imkan var, niyə eləməyim. Burdaca bir atalar sözü yadıma düşdü: “At ələ düşər, meydan ələ düşməz!” Razılıq verdim.
Mənə mərmərdən uca bir heykəl qurub doğma kəndimin ortasında qoydular. Adamlarım cəm oldular ki, bu heykəlin üstünün yazısını necə yazsınlar. Çox ölçüb-biçəndən sonra qət elədilər ki, yazsınlar: “Xalq yolunda canını fəda etmiş qəhrəman Məmməd!”
Məmməd danışdıqca Rəfael fıkirləşirdi ki, illər boyu gözümün önündə gəzib dolanan bu adamın nə dərəcədə iti iştahası olmasını mən nə üçün dərk edə bilməmişəm?!. O öz-özünü bir qədər daxilən məzəmmət etdisə, artıq gec idi. Məmməd onu fıkirdən ayırdı.
– Bax, hələ mətləbin sonuna varmamış yenə fıkrə getdin. Səbirli ol, axırına çıx! Gör paxılsan, ya yox. Səbirli ol, axırınacan döz, sonra qəhərlən.
Məmməd köks ötürüb kədərli bir vəziyyətdə davam etdi:
– Bəli, heykəlin üstünü yazdıqları yerdə, sən cin-şəyatin kimi hardansa orada tapıldın və dedin: “Mən təklif edirəm ki, bu heykəlin yazısı siz deyən kimi yox, mən deyən kimi yazılsın”. Sən təklif etdin ki, mənim heykəlimin üstünü belə yazsınlar: “Öz qohum və əqrəbası üçün canını fəda etmiş qəhrəman Məmməd!” Sənin sözünə mənim irəli çəkdiyim bir ordu adamdan bircə nəfərin hünəri çatmadı ki, dillənsin. Hamısı bir-birinin üzünə mat-mat baxıb susdular. Mən özüm də lal oldum. Elə bil ağzıma qıfıl vurdular. Mərmərdən düzəlmiş o nəhəng heykəl də mənim gözümdə mum kimi əridi, əridi, kiçildi, kiçildi, noxud boyda olub ayaqlar altında gözdən itdi. Nə qədər gəzdim səni də tapa bilmədim. Məyus halda gözlərimi açıb gördüm ki, mən yorğan-döşək içində, çarpayıdayam. Deməli, mən yuxu görmüşdüm. Bax görürsən, sən mənim yııxuda da böyüməyimin əleyhinəsən. Paxılsan, ya yox?!
Rəfael bir müddət dinmədi. Özlüyündə ölçüb-biçdi ki, ya Məmmədin başı xarab olub, ya da mən onunla dostluq etməkdə səhv eləmişəın. Bu gün bu söhbəti kəsmək vacib idi.
– Əgər sənə yuxuda deyil, həyatda belə bir heykəl qoysalar, mən onun əleyhinə olacağam. Xalq üçün yox, qohum-əqrəbaları üçün çalışanlara qoyulan dağ boyda heykəllər bir gün gec, bir gün tez, noxııd boyda olub adamların ayağı altında yox olacaq!
Rəfael ayağa qalxıb öz dönük dostunu həmişəlik tərk etdi…

Müəllif: SONA YUSİF – ABBASƏLİQIZI

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Doğum tarixi və həyatımız

Astroloqların apardığı araşdırmalara görə doğum tarixinin xarakteri müəyyən etməkdə böyük rolu olduğunu müəyyən edərək aşağıdakı kimi göstəriblər:

1-10 yanvarda doğulanlar: dava-dalaşdan xoşlanmayan, sevdiyi insanları düşünən, səbirli və əməksevər. Uğursuzluğa dözə bilməyən, başqasının payında gözü olmayan.

11-19 yanvarda doğulanlar: son dərəcə məntiqli, bacarıqlı, sözübütöv, təhsilə önəm verən, güclü yaddaşa və güclü analitik qabiliyyətə malik olurlar. 

20-29 yanvarda doğulanlar: açıq danışan, dostcanlı, lazım olan zaman duyğularını arxa planda tutub məntiqi ilə hərəkət edən, yüksək qavrama qabiliyyətinə malik, çətinliyə düşən zaman ağılla çıxış yolu tapa bilən.

30 yanvar-8 fevralda doğulanlar: sürətli düşünə bilən, təbiilikdən xoşlanan, xarici dil öyrənmə qabilliyəti yüksək olan, düşdüyü mühütə tez uyğunlaşan, mübahisəni sevən və inandırma qabiliyyəti yüksək.

9-18 fevralda doğulanlar: sərbəstliyi sevən, zövqlə geyinməyə əyləncəyə meyilli, cazibədarlığı ilə əks cinsi cəlb edə bilən.

1-29 fevralda doğulanlar: güclü təxəyyülə malik, dostcanlı, kömək etməyi sevən, olduqca romantik və həssas.

1-10 martda doğulanlar: mühafizəkar bəzən dəyişkən xarakterli, olduqca təvazökar, ailəsinə bağlı, pislik etməyi bacarmayan özünə edildikdə isə çox təsirlənən, güclü hissiyata malik.

11-20 martda doğulanlar: hər işdə müvəffəqiyyət əldə edə bilən, bəzən fitri istedada malik olan, başqalarına təsir edə bilən, güclü enerjiyə malik, sirr saxlaya bilən.

21-31 martda doğulanlar: həyatda hədəfini bilən, inadkar, əmir almağı xoşlamayan.

1-10 apreldə doğulanlar: rəngli, həyatsevər bir xarakterə malik, aktyorluq və idarəetmə qabiliyyəti güclü.

10-20 apreldə doğulanlar: yeniliklər axtaran, pul xərcləməyə meyilli,açıq fikirli, comərd və özünə inamlı.

20-30 apreldə doğulanlar: Gözəllik aşiqi, dəbdəbəli həyatı sevən, maddi və mənəvi dəyərlərə önəm verən, həssas və dostcanlı, ətrafı tərəfindən sevilən.

1-10 mayda doğulanlar: zehini qabiliyyətləri güclü, ağıllı, güclü natiqlik və yazı qabiliyytinə malik, nitqi ilə qarşısındakını ələ ala bilən.

11-20 mayda doğulanlar: sadiq, inanıla bilən, qarşısındakına və dostluğa dəyər verən, sadiqliyin qədrin bilən.

2 -31 mayda doğulanlar: oduqca məntiqli, daim öyrənməyə çalışan, ağlını və məntiqini idarə edə bilən, yeniliklərdən xoşlanan.

1-10 iyunda doğulanlar: rahatlığını düşünən, hər şeyi bəyənməyən, keyfiyyətə önəm verən, qarşısındakının nəbzini tez tuta bilən.

11-21 iyunda doğulanlar: müasir və obyektiv düşünən, qüvvətli iradəyə malik, fikirləri daim müsbət qarşılanan.

22 -30 iyunda doğulanlar: daim təhlükəsiz yaşamaq istəyən, sevdiklərinə önəm verən, təhlükə hiss etdikdə aqressivləşən.

1-11 iyulda doğulanlar :yoxlamadan inanmayan, hissiyatı güclü, güclü olmağı xoşlayan.

12-22 iyulda doğulanlar: güclü aktyorluq qabiliyyəti, incəsənətə meyilli, şəfqət duyğusu yüksək, idealist, yüksək təxəyyülə malik, sevgidə sadiq.

23 iyul- 1 avqustda doğulanlar: özündən əmin, liderlik gücünə malik, təşkilatçılıq qabiliyyəti, açıq sözlü, sadiq.

2-12 avqustda doğulanlar: xoşsöhbət, vicdanlı, qürurlu, gəzintini xoşlayan, sadiq dost, kiminsə əlini altında işləməyi sevməyən, sərbəstliyi sevən.

13-22 avqustda doğulanlar: döyüşkən, enerjili, istədiyini əldə edə bilən, cəsur, haqsızlığa dözməyən, gözləməyi xoşlamayan.

23 avqust-1 sentyabrda doğulanlar: ünsiyyətcil, məntiqli, cahil insanlardan uzaq olan, aristokrat yerləri xoşlayan, dəqiqliyi sevən.

2-12 sentyabrda doğulanlar: ciddi qərarlar verə bilən, işlərini ağıl və məntiqlə aparan, nizam-intizamı və yaşından böyük görünməyi sevən.

13-22 sentyabrda doğulanlar: yerində danışmağı sevən, iradəli, problemdən uzaq olmağa çalışan, tərəfsiz düşünən.

23 sentyabr-2 oktyabrda doğulanlar: lüks, dəbdəbə, gözəllik aludəsi, zövqləri uğrunda pul xərcləməkdən çəkinməyən, səyahət etməyi xoşlayan.

3-13 oktyabrda doğulanlar:  başqaları tərəfində maraqlı qəbul edilən, sərbəst, qanunlaralı yaşamağı sevməyən, qərarlarını özü veməyi xoşlayan.

14-13 oktyabrda doğulanlar: ağlı ilə problemlərin öhdəsindən gələ bilən, həddən artıq duyğulu, ətraflı ilə yaxşı yola gedən.

24 oktyabr -1 noyabrda doğulanlar: düzgün və kəskin danışan, yenilikləri xoşlayan, intizamlı, sirrlərini paylaşmağı sevməyən.

2-11 noyabrda doğulanlar: həddən artıq duyğulu və romantik, sevgisi üçün hər cür çətinliyə dözən, dostluqda sadiq, kömək etməyi sevən

12-22 noyabrda doğulanlar: haqsızlıqlara dözməyən, düzgünlüyü sevən, hissiyatı güclü, şanslı, ailəsinə bağlı.

23 noyabr-1 dekabrda doğulanlar: əxlaqa və təhsilə son dərəcə önəm verən, böyüklük etməyi yol göstərməyi xoşlayan.

2-11 dekabrda doğulanlar: cəsur, çətin inanan, heç kimin özü ilə hərəkət etməyən, aktiv, səbirsiz.

12-21 dekabrda doğulanlar: duyğularını idarə etməyi bacaran, səhv etməyi xoşlamayan, qürurlu.

22-31 dekabrda doğulanlar: məsuliyyətli, intizamlı, sadiq, bəzən bədbin olurlar.

İLKİN MƏNBƏ: atv.az

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

İLDIRIM ƏKBƏROĞLU

BİR PƏRİ YAŞAYIR BU YER ÜZÜNDƏ
(Lalə xanım Mikayılzadəyə həsr olunur)

Gözümü dünyaya açandan bəri,
Görmədim sevincdən pay verə biri.
Yayıb düz-dünyaya Lalə ətiri,
Tanrının şəfəqi,nuru üzündə,
Bir pəri yaşayır bu yer üzündə.

Kəlamı şirindir, çağır hay verər,
Sən ulduz istəsən o, lap Ay verər.
Qəlbi şadlandırar, sevinc pay verər,
Könlünü oxşayar adi sözun də,
Bir pəri yaşayar bu yer üzündə.

İldırım, saçları gur şəlalədi,
Üzü Günəş kimi nurdu, halədi.
Tərdi,gözəllikdə, elə, Lalədi,
Xoş arzu dilində, gülüş gözündə,
Bir pəri yaşayır bu yer üzündə.

Müəllif: İLDIRIM ƏKBƏROĞLU 

Allah rəhmət eləsin… Ruhu şad olsun… Bu şeir (sonetlər) “İldırım Əkbəroğli – 70” layihəsi çərçivəsində N : 16 qeydi ilə yayımlanır. Eyni zamanda bu layihə çərçivəsində İldırım Əkbəroğlunun 70 illik yubileyi münasibəti “Yazarlar” jurnalının xüsusi buraxılışı formasında nəşr olunacaq “İldırım Əkbəroğli – 70” kitabına daxildir.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru