İLDIRIM ƏKBƏROĞLU

KƏBİRLİM
(Doğma kəndim Kəbirliyə həsr edirəm)

Halal rüzun həyatımın mənası,
Gen süfrəndə nemətin bol , Kəbirlim!
Tarix yazdı, qızıldandır boyası,
At üstündə keçdiyin yol, Kəbirlim!

Zaman durmur, ötüb keçir vaxt üstə,
Alnın tərli, oturmadın baxt üstə,
Yorulanda uyumaram taxt üstə,
Elə yerdən yerimi sal , Kəbirlim!

Qıraq yerdə gününü xoş sanan da,
Xoş gün görər doğma eldə, son anda.
Kimsə dəyib, qəlbim qəmlə dolanda,
Ovut məni, könlümü al, Kəbirlim!

Mərdliyinə meydan olub dağ,aran,
Qarabağım yenə çəkir ağır an.
Pənah xandır atlanmağa çağıran,
Yurdun talan, qalx, hazır ol, Kəbirlim!

Ay İldırım, tarixləri ara, bax,
Gözəl günə, bəhrəyə bax,bara bax.
Gün olsun ki, azad olsun Qarabağ,
Bayram etsin bu oba, el, Kəbirlim!

Müəllif: İLDIRIM ƏKBƏROĞLU 

Allah rəhmət eləsin… Ruhu şad olsun… Bu şeir (sonetlər) “İldırım Əkbəroğli – 70” layihəsi çərçivəsində N :20 qeydi ilə yayımlanır. Eyni zamanda bu layihə çərçivəsində İldırım Əkbəroğlunun 70 illik yubileyi münasibəti “Yazarlar” jurnalının xüsusi buraxılışı formasında nəşr olunacaq “İldırım Əkbəroğli – 70” kitabına daxildir.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Eyüp Hikmet Kerküklü

AD GÜNÜNÜZ MÜBARƏK !!!

Bu gün ( 7 Yanvar 1953 ) İrak Edebiyatçılar Birliği üyesi ve İrak sanatkarlar Sandikası üyesi, dostumuz, Kərküklü şair qardaşımız Eyüp Hikmet Kerküklünün doğum günüdür. Bu gün münasibəti ilə onu təbrik edir, Uca Yaradandan can sağlığı, uzun ömür və bütün işlərində müvəffəqiyyətlər arzu edirik. Ad gününüz mübarək!!!

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru