KAMAL CAMALOVDAN TƏBRİK

Bildiyiniz kimi bu gün Zaur Ustacın doğum günüdür. Bu münasibətlə yazara ünvanlanan saysız-hesabsız təbrik məsajlarından birini sizlərə təqdim edirik. Bu çox dəyərli alim, respublikamızın Əməkdar müəllimi Kamal Camalovun Zaur Ustaca ünvanladığı təbrik məsajıdır (Məsaj öz əsas mahiyyətindən əlavə dövrümüzün reallıqlarını tam əks etdirdiyinə görə qiymətli mənbə əhəmiyyətini ehtiva etməkdədir):

ZAUR USTACA ÜNVANLANMIŞ TƏBRİK MƏSAJININ TAM MƏTNİ

“Mən Zaur Ustacı “facebook” səhifəsində işıqlandırılan şeirləri vasitəsilə tanıdım. Şeirlərindən aydın sezilirdi ki, Zaur Ustac poetik duyumlu, incə lirizmə məxsus bir şair və ziyalıdır. Şeir Zaur Ustacın mənəvi dünyasını zənginləşdirir, fiziki və zehni yorğunluğunu canından çıxarır. Doğrudan da şeir, ilahi möcüzədən yoğrulmuş behişt ətirli, ana südü kimi təmiz, əsrarəngiz göylər kimi hüdudsuzdur. Şeirlərindən də görünür ki, Zaur Ustac bu ali paklığı dərindən duyur, yorğun hisslərini, həyat ağrılarını şeirin şirin və dadlı məlhəmi kimi bir növ ovundurur. Zaur Ustacın yaşının üstünə yaş gəldikcə həyatının mənasını yazıb-yaratmada, Vətənə sədaqətli olmaqda, alicənab duyğularla, nəcib hisslərlə yaşamaqda görür.
Zaur Ustacı yaşının üstünə gələn 45 yaşı münasibətilə təbrik edək, ona şeirdən, sənətdən heç vaxt doymayacaq poetika ömrü arzulayaq. Ad günün mübarək!”

Hörmətlə: KAMAL CAMALOV

Pedaqogika üzrə fəlsəfə doktoru, dosent
Azərbaycan Respublikasının əməkdar müəllimi
Azərbaycan Yazıçılar birliyinin üzvü

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

İLDIRIM ƏKBƏROĞLU

ANA
(Dünya işığına həsrət qalan anama…)

Bir ana gözünə işıq nədir ki,
Aldı görməmiş tək, tamarzı təki.
Bəlkə həyat verən istəmədi ki,
Görəsən dünyanın nəsini, ana!

Sən də həyat verən,sən də bir sirsən,
Əllərin göylərdə, hey baş əyirsən.
Yenə də gözünü qurban deyirsən,
Eşitsən övladın səsini, ana!

Nə var göy üzündə, yeddinci qatda,
Behişt də, cənnət də ayağın altda.
Tanrı imtahana çəkər həyatda,
Deyirlər sevdiyi kəsini , ana!

İldırım, o verdi həyatı sənə,
Günəş, Ay nurunu tökdü üzünə.
Nur verə bilməyib nursuz gözünə,
Şad edə bilmədim mən səni, ana!

Müəllif: İLDIRIM ƏKBƏROĞLU 

Allah rəhmət eləsin… Ruhu şad olsun… Bu şeir (sonetlər) “İldırım Əkbəroğli – 70” layihəsi çərçivəsində N :21 qeydi ilə yayımlanır. Eyni zamanda bu layihə çərçivəsində İldırım Əkbəroğlunun 70 illik yubileyi münasibəti “Yazarlar” jurnalının xüsusi buraxılışı formasında nəşr olunacaq “İldırım Əkbəroğli – 70” kitabına daxildir.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

CEK LONDON HAQQINDA

CEK LONDON HAQQINDA

(1876-1916)

1897-ci ildə Kanadanın Yukon deyilən ərazisində, Klondayk çayında qızıl tapılması haqqında xəbər bütün Amerikaya yayıldı. Alyaskanın adam ayağı dəyməmiş geniş əraziləri minlərlə yoxsul adamı və xəyalpərvəri cəlb etdi. O vaxtlar yazıçı kimi qələmini yenicə sınamağa başlayan Cek London da onlardan biri idi. Amma qızılaxtaran olmazdan əvvəl o, çox işin qulpundan yapışmışdı. Ehtiyac təhsilini başa çatdırmasına imkan verməmişdi. Onun universiteti həyatın özü idi və o, əsərlərində keçdiyi həyat universitetindən danışırdı. Cek London Alyaskada varlanmadı, amma oxucularını Şimal ilə tanış edən çox qiymətli material topladı. Ağacdan tikilmiş, buz bağlamış yaşayış yerləri, qırx dərəcə şaxta, bitib qurtarmayan qütb gecələri, güclünün qalib gəldiyi münaqişələr, ölüm riski ilə müşayiət olunan həyat. Yazıçının “Şimal hekayələri”nin qəhrəmanları – ağdərili qızılaxtaranlar və yerli hindilər belə şəraitdə yaşayırdılar. Cek Londonun “Şimal hekayələri”nin başlıca mövzusu qızıl deyildi, insan uğrunda mübarizə idi. Bu, qəhrəmanlıq mövzusu idi.  

Sonra yazıçının hekayələri ərsəyə gəldi: “Canavar oğlu”, “Onun atalarının tanrısı”, “Şaxtanın uşaqları”, “İnsana inam”, “Ayüzlü”, “İtirilmiş sima”, habelə “Qarlar qızı” (1902), “Dəniz canavarı” (1904), “Martin İden” (1909). Romanları bu əsərlər yazıçıya böyük şöhrət gətirdi. Cek London məhsuldar yazıçı idi. O, gündə 15-17 saat işləyirdi və özünün heç də uzun olmayan yazıçı ömründə 40-dək kitab yazmışdı.  Cek Londonun ən məşhur hekayələrindən biri olan “Həyat eşqi”  insan ilə təbiətin qarşıdurmasından söz açır. Yazıçı hekayənin qəhrəmanının Alyaskanın ərazisindən keçib hündür və gövdəli ağacların bitdiyi və yeməyin bol olduğu Hudzon körfəzinə gedən yolunu təsvir edib. Amma bu yerlərə çatmaq üçün buzla örtülmüş səhradan keçib getmək lazımdır. Onun ayağı ağrıyır, paltarları yırtılıb, tüfəngini və astarının içərisinə kibrit gizlətdiyi papağını itirib. Oxucuya elə gəlir ki, bu insan ölümə məhkumdur. Amma insan ölümə tabe olmur və salamat qalır. Təbiətlə savaşda insan qalib gəlir. “Həyat eşqi” təkcə mərdlik və dözümlülük haqqında deyil, həm də satqınlığın nə böyük bəla olması haqqında hekayədir, çünki hekayədə insanın məşəqqətli yolu yoldaşı onu qoyub gedəndən sonra başlayır.  Cek Londonun “Ağ Diş” povesti də “Şimal hekayələri” ilə bağlıdır. Amma bu dəfə povestin qəhrəmanı Ağ Diş ləqəbli köpəkdir. C. London Ağ Dişin hekayəsini onun psixologiyasını həssaslıqla açaraq elə yazır ki, Ağ Dişin bütün hərəkətləri, mərhəmət və nəvaziş hissinin bütün canlı varlıqlar üçün necə böyük rol oynadığı oxucuya bəlli olur. Ağ Diş məhəbbətə məhəbbətlə cavab verməyi öyrənir, lazım gələndə isə həyatını qurban verir.  Cek Londonun ən şairanə və gözəl əsəri “Böyük evin kiçik sahibəsi” romanıdır. Bu əsər qeyri-adi dərəcədə gözəl, cəsarətli, zərif, təmiz qəlbli qadın barədədir. O, ömür-gün yoldaşına olan duyğularının ölməyə başladığını hiss edəndə,  bu məhəbbəti qoruyub saxlamaq üçün əlindən gələni edir. Bir gün malikanəyə ərinin ən yaxşı dostu gəlir. Qadın başa düşür ki, həyatına yeni ehtiras gəlib və o, nəyin bahasına olursa-olsun, hətta həyatı hesabına bu ehtirasa qalib gəlməyə hazırdır. 

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Zaur Ustacın ad günüdür

AD GÜNÜNÜZ MÜBARƏK !!!

Bu gün (08 yanvar 1975) tanınmış yazar Zaur Ustacın doğum günüdür. Yazarlar camiəsi adından ad günü münasibəti ilə Zaur müəllimi təbrik edir, Uca Yaradandan uzun ömür, can sağlığı və bütün işlərində müvəffəqiyyətlər arzu edirik!!! Var olun, Zaur müəllim!!! Allah Sizi qorusun!!! Uğurlarınız bol olsun!!!

ZAUR USTAC HAQQINDA MƏLUMAT

Zaur Ustac 8 yanvar, 1975-ci ildə Bakı şəhərində anadan olmuş, ilk təhsilini Ağdam rayonunun Yusifcanlı kənd orta məktəbində almış, ardıcıl olaraq Bakı Dövlət Universitetində, Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində, Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutunda və Şamaxı Humanitar Kollecində davam etdirmişdir. Birinci Qarabağ müharibəsinin iştirakçısı və halhazırda ehtiyatda olan zabitdir. Zaur Ustac 1988-ci ildən etibarən dövri mətbuatda çıxış edir. AJB-nin  üzvü  olan  Zaur Ustac  “QIZIL QƏLƏM” mükafatı laueratı, «Yazarlar» jurnalının təsisçisi və baş redaktorudur. Zaur Ustac «GÜNAYDIN“ («AĞÇİÇƏYİM”), “İSTƏMƏZDİM ŞAİR OLUM HƏLƏ MƏN”, “GÜLZAR”, “ŞEHÇİÇƏYİM”, “MƏHDUD HƏYDTIN MƏCHUL DÜŞÜNCƏLƏRİ”, “MUM KİMİ YUMŞALANDA”, “BAYATILAR”, “BALÇİÇƏYİM”, “BƏRZƏXDƏ”, “GÜLÜNÜN ŞEİRLƏRİ” “SEVİN Kİ, SEVİLƏSİZ…”, “QƏLBİMİN  AÇIQCASI”, “USTADNAMƏ”, “NİŞANGAH”, “ÇƏHRAYI  KİTAB” , yaradıcılığının “30” illiyi yubiley tədbirləri çərçivəsində nəşr olunmuş “OTUZ İLDİR, ƏLDƏ QƏLƏM”  kimi şeirlər kitablarının, “Əliş və Anna”  poemasının (Poema görkəmli memar Şamaxılı Əliş bəy Sübhan oğlu Kərəmli-Şirvaninin  anadan olmasının 700 illiyi münasibəti ilə qələmə alınmışdır.) “USUBCAN  ƏFSANƏSİ”, “YARADANLA BAŞ-BAŞA”, “QƏLƏMDAR”adlı  məqalə  toplularının və Azərbaycan Respublikasının Milli Qəhrəmanı Gizir Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunmuş “ ORİYENTİR ULDUZU” kitabının müəllifidir.

ZAUR  USTAC  HAQQINDA  OLAN  KİTABLAR:

1. Hacıxanım AİDA    “ÖMRÜN ANLARI ”  Bakı – 2018. PDF: HXA-OMURAN
2.Hacıxanım AİDA    “OTUZ ŞEİR, OTUZ FİKİR ”  Bakı – 2018. PDF: HXA-OTUZFİKİR

YAZARLAR.AZ  USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru