Qələndər Xaçınçaylı

QARABAĞ
Çirkin oynlardan çıxa bilmirsən,
Övladın qoynundan düşübdür pərəm.
Hardadır Koroğlu, o igid ərən,
Girovda qalmısan anam, Qarabağ!

Edilən zülmətə, əsarətə bax,
Dağılmış yurduna, xəsarətə bax,
Kimdir içimizdə o satqın, alçaq?
Yoxdur cəzasını alan, Qarabağ!

Bəsirət gözlərim kor olub mənim,
Yad eldə, obada gör olub mənim,
Torpağı qan qoxur ana vətənin,
Bu qədər şəhidi olan, Qarabağ!

Həqiqət qoynunda yalan gizlənir,
Şeytan yuvasında ilan gizlənir,
Papağın altında iman gizlənir,
Sabaha açılır yalan, Qarabağ.

Sağalmaz yaran var, yaramın üstə,
Başından çəkilmir duman da, his də,
Nə olar, millətdən sən qeyrət istə,
Dağ çəkən, dağlanan, yanan, Qarabağ.

Hanı cəsarətin, hanı hünərin?
Bil, gözü sən idin bütün bəşərin,
Ey mənim əlçatmaz gözəl dilbərim,
İlbəil saralıb, solan, Qarabağ.

Bizləri imana, sən dinə gətir,
Qəlbimizdə vətən sevgisi bitir,
O çöllər, o torpaq ah, nalə çəkir,
Bu cür sən yaşama, talan, Qarabağ!.

Analar göz yaşın quruda bilmir,
Bu dərdi, bu səri unuda bilmir,
Artıq yalanları uda da bilmir,
Sinəmdə sağalmaz yaram, Qarabağ.

Müəllif: Qələndər Xaçınçaylı

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

İLDIRIM ƏKBƏROĞLU

SƏNDƏN VƏFALIYMIŞ MƏNƏ XƏYALLAR

Könlüm təbdən-təbə min hala düşüb,
Uçub uzaqlara, yenə, xəyallar.
Məni unutsan da, o unutmayıb,
Səndən vəfalıymış mənə xəyallar.

Dərdini çəkmişəm olub-keçənin,
Yazdığı pozulmaz tale seçənin.
Xöşbəxtdir nə əksə özü biçənin,
Kaç ki,dinə bilə, dinə xəyallar.

Arzum sussuz qalan çiçəyə dönüb,
Ümidim, son qalan ləçəyə dönüb.
Sənsiz nurlu günüm gecəyə dönüb,
Övlad mən olnuşam, ana xəyallar.

Tale,bəxt öyməsin özünü, çox da,
Seçdiyi dəyişik,tutduğu saxta.
Sevdinmi, ayrılıq yazacaq baxta,
Dost,yoldaş olacaq sənə xəyallar.

Nələri itirdim,tapdım nələri,
Könlümdə isitdim keçən günləri.
Duyub gəncliyimdən gələn ünləri,
Döndərdi qəlbimi qana xəyallar.

İldırım,onunla verib əl-ələ,
Gəzdin Qarabağı, Təbrizi belə.
Sizladım körpə tək, o tutdu dilə,
Yolumda çox gərdi sinə xəyallar.

Müəllif: İLDIRIM ƏKBƏROĞLU 

Allah rəhmət eləsin… Ruhu şad olsun… Bu şeir (sonetlər) “İldırım Əkbəroğli – 70” layihəsi çərçivəsində N :22 qeydi ilə yayımlanır. Eyni zamanda bu layihə çərçivəsində İldırım Əkbəroğlunun 70 illik yubileyi münasibəti “Yazarlar” jurnalının xüsusi buraxılışı formasında nəşr olunacaq “İldırım Əkbəroğli – 70” kitabına daxildir.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru