Ehtiram İlham – Vurğuna

SƏNDƏN BU TƏRƏFƏ

(Səməd Vurğunun doğma və əziz ruhuna)

Yenə nə müddətdir səni anıram,
Olmuşam sözünün heyranı yenə.
Səndən bu tərəfə,.. ha boylanıram….
Bir də istəyirəm gələm səcdənə.

Səndən bu tərəfə,..şeir qurtarır,
Səndən bu tərəfə,..yol səninkidir.
Zirvənin başını yenə qar alır,
Duman həminkidir, dağ həminkidir.

Səndən o tərəfdə Füzuli durub,
Abbas var, Vaqif var bir az bəridə.
Şeir köhlənini gör kimlər yorub,
Kimlər bu karvandan qalıb geridə.

Sənsiz ötüşməyib şeirin bir günü,
Yazmaq istəyənə sözmü qoyubsan?
Elə tutubsan ki, sənət mülkünü,
Şair olmağa bir üzmü qoyubsan?!

Yenə nə yaransa şeir adına
Hərlənib keçəcək sözündən, baba.
Keçən olmayacaq səndən o yana,
Səndən bu yanda da…Özünsən, baba!

Müəllif: Ehtiram İlham

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – USTACI – 1

HEÇ NƏ DƏYİŞƏN DEYİL

(Ustacı)

Zaman, zaman dediyin, ömürdür, axıb gedir.

Aman, aman dediyin, nöqsandır, gəlib, gedir.

Uyar, uyar dediyin, uymur, dolanıb, gedir.

Rahat yaşa özünçün , heç nə dəyişən deyil!

* * *

Uslu-uslu dünyanı, gərək arasın adam.

Sakit-sakit dövranı, gərək darasın adam.

Tələsməyib, gözləsin, gərək sonrasın adam.

Aradan çox az keçər, görərsən bu, o deyil,

Cəhd eləmə boş yerə, heç nə dəyişən deyil!

13.01.2020. Bakı ş. (16:16)

Müəllif: Zaur Ustac

USTAC.AZ

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

Cek Londonunun ad günüdür

Bu gün (12 yanvar 1876) dünya şöhrətli yazar Cek Londonun doğum günüdür. Ad günününüz mübarək, böyük sənətkar, ruhunuz qarşısında baş əyir, Uca Yaradandan günahlarınızı bağışlamasını diləyirik. Amin. Amen.

CEK LONDON HAQQINDA

(1876-1916)

1897-ci ildə Kanadanın Yukon deyilən ərazisində, Klondayk çayında qızıl tapılması haqqında xəbər bütün Amerikaya yayıldı. Alyaskanın adam ayağı dəyməmiş geniş əraziləri minlərlə yoxsul adamı və xəyalpərvəri cəlb etdi. O vaxtlar yazıçı kimi qələmini yenicə sınamağa başlayan Cek London da onlardan biri idi. Amma qızılaxtaran olmazdan əvvəl o, çox işin qulpundan yapışmışdı. Ehtiyac təhsilini başa çatdırmasına imkan verməmişdi. Onun universiteti həyatın özü idi və o, əsərlərində keçdiyi həyat universitetindən danışırdı. Cek London Alyaskada varlanmadı, amma oxucularını Şimal ilə tanış edən çox qiymətli material topladı. Ağacdan tikilmiş, buz bağlamış yaşayış yerləri, qırx dərəcə şaxta, bitib qurtarmayan qütb gecələri, güclünün qalib gəldiyi münaqişələr, ölüm riski ilə müşayiət olunan həyat. Yazıçının “Şimal hekayələri”nin qəhrəmanları – ağdərili qızılaxtaranlar və yerli hindilər belə şəraitdə yaşayırdılar. Cek Londonun “Şimal hekayələri”nin başlıca mövzusu qızıl deyildi, insan uğrunda mübarizə idi. Bu, qəhrəmanlıq mövzusu idi.  

Sonra yazıçının hekayələri ərsəyə gəldi: “Canavar oğlu”, “Onun atalarının tanrısı”, “Şaxtanın uşaqları”, “İnsana inam”, “Ayüzlü”, “İtirilmiş sima”, habelə “Qarlar qızı” (1902), “Dəniz canavarı” (1904), “Martin İden” (1909). Romanları bu əsərlər yazıçıya böyük şöhrət gətirdi. Cek London məhsuldar yazıçı idi. O, gündə 15-17 saat işləyirdi və özünün heç də uzun olmayan yazıçı ömründə 40-dək kitab yazmışdı.  Cek Londonun ən məşhur hekayələrindən biri olan “Həyat eşqi”  insan ilə təbiətin qarşıdurmasından söz açır. Yazıçı hekayənin qəhrəmanının Alyaskanın ərazisindən keçib hündür və gövdəli ağacların bitdiyi və yeməyin bol olduğu Hudzon körfəzinə gedən yolunu təsvir edib. Amma bu yerlərə çatmaq üçün buzla örtülmüş səhradan keçib getmək lazımdır. Onun ayağı ağrıyır, paltarları yırtılıb, tüfəngini və astarının içərisinə kibrit gizlətdiyi papağını itirib. Oxucuya elə gəlir ki, bu insan ölümə məhkumdur. Amma insan ölümə tabe olmur və salamat qalır. Təbiətlə savaşda insan qalib gəlir. “Həyat eşqi” təkcə mərdlik və dözümlülük haqqında deyil, həm də satqınlığın nə böyük bəla olması haqqında hekayədir, çünki hekayədə insanın məşəqqətli yolu yoldaşı onu qoyub gedəndən sonra başlayır.  Cek Londonun “Ağ Diş” povesti də “Şimal hekayələri” ilə bağlıdır. Amma bu dəfə povestin qəhrəmanı Ağ Diş ləqəbli köpəkdir. C. London Ağ Dişin hekayəsini onun psixologiyasını həssaslıqla açaraq elə yazır ki, Ağ Dişin bütün hərəkətləri, mərhəmət və nəvaziş hissinin bütün canlı varlıqlar üçün necə böyük rol oynadığı oxucuya bəlli olur. Ağ Diş məhəbbətə məhəbbətlə cavab verməyi öyrənir, lazım gələndə isə həyatını qurban verir.  Cek Londonun ən şairanə və gözəl əsəri “Böyük evin kiçik sahibəsi” romanıdır. Bu əsər qeyri-adi dərəcədə gözəl, cəsarətli, zərif, təmiz qəlbli qadın barədədir. O, ömür-gün yoldaşına olan duyğularının ölməyə başladığını hiss edəndə,  bu məhəbbəti qoruyub saxlamaq üçün əlindən gələni edir. Bir gün malikanəyə ərinin ən yaxşı dostu gəlir. Qadın başa düşür ki, həyatına yeni ehtiras gəlib və o, nəyin bahasına olursa-olsun, hətta həyatı hesabına bu ehtirasa qalib gəlməyə hazırdır. 

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

İLDIRIM ƏKBƏROĞLU

 DÜŞDÜ SAF MƏHƏBBƏT DUMANA BELƏ

Habil ,hardan bildin , duydun qəlbimi,
Tezcənək sirr verdin kamana belə.
Ürəyim həsrətdən odlanan dəmi,
O da haray saldı hər yana, belə.

Qəlbdən ötənləri yaradan bilər,
Bir də, əğyar olan aradan bilər.
Simlər necə duyar, haradan bilər,
Gəlməz nə ağıla, gümana belə.

Düşən parıltılar nə qızıl, nə ləl,
Sanki, sehirlənib həm kama, həm əl.
Sevənə get dedin, sevməyənə gəl,
Düşdü saf məhəbbət dumana belə.

Kaman həsrət adlı mey içib daha,
Qəlbi də hədəfə qəm seçib daha.
Leyli-Məcnun dövrü, ta, keçib, daha,
İndi dövran başqa, zamana belə.

İldırım,həsrət də dərdin ağırı,
İnlər kamanın da çağlayan bağrı.
Sevənin qəlbində çəkdiyi ağrı,
Sığmaz bu dövrana, zamana, belə.

Müəllif: İLDIRIM ƏKBƏROĞLU 

Allah rəhmət eləsin… Ruhu şad olsun… Bu şeir (sonetlər) “İldırım Əkbəroğli – 70” layihəsi çərçivəsində N :25 qeydi ilə yayımlanır. Eyni zamanda bu layihə çərçivəsində İldırım Əkbəroğlunun 70 illik yubileyi münasibəti “Yazarlar” jurnalının xüsusi buraxılışı formasında nəşr olunacaq “İldırım Əkbəroğli – 70” kitabına daxildir.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

İLQAR TÜRKOĞLU

AD GÜNÜNÜZ MÜBARƏK !!!

Bu gün (12 yanvar 1962) gözəl insan, səmimi dost, sevimli şair İLQAR TÜRKOĞLUnun doğum günüdür. Bu gün münasibəti ilə İLQAR müəllimi təbrik edir, Uca Yaradandan uzun ömür, can sağlığı və bütün işlərində müvəffəqiyyətlər arzu edirik!!! Uğurlarınız bol olsun,  İLQAR müəllim!!!

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru