İLDIRIM ƏKBƏROĞLU

“HƏ!” DEYƏSƏN, KAŞ Kİ, MƏNƏ BİR KƏLMƏ
(Nəğmə)
Qınamasın bu oba,bu el məni,
Gəl, ürəkdən, sən də, gülüm, duy məni.
Çox eşitdim dilindən xoş kəlməni,
Söylə mənə , bu sözü də çox bilmə,
“Hə!”deyəsən, kaş ki, mənə bir kəlmə.

Nurla yuyur düz-dünyanı- Ay oyaq,
Qəlbimizi biz də bu nurda yuyaq.
Ay ulduzla gəlib görüşən sayaq,
Gəl görüşək, bu gün yuxuma gəlmə,
“Hə!”deyəsən, kaş ki, mənə bir kəlmə.

Sevgi qəlbdə toxum salan gül-çiçək,
İnadını boşla getsin, gəl, əl çək!
Gözlərindən göz yaşını silən tək,
Saf eşqini ürəyinə yaz, silmə,
“Hə!”deyəsən, kaş ki, mənə bir kəlmə.

İldırım,sevgidən hər kəs halıdı,
Söz var ki, sözlərin qəndi, balıdı.
Həyat göz oxşayan gözəl xalıdı,
Sən də xoş sözünlə ona vur ilmə,
“Hə!”deyəsən kaş ki, mənə bir kəlmə.

Müəllif: İLDIRIM ƏKBƏROĞLU 

Allah rəhmət eləsin… Ruhu şad olsun… Bu şeir (sonetlər) “İldırım Əkbəroğli – 70” layihəsi çərçivəsində N :26 qeydi ilə yayımlanır. Eyni zamanda bu layihə çərçivəsində İldırım Əkbəroğlunun 70 illik yubileyi münasibəti “Yazarlar” jurnalının xüsusi buraxılışı formasında nəşr olunacaq “İldırım Əkbəroğli – 70” kitabına daxildir.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

CAHİLİN BƏXTİ OLMAZ

CAHİLİN BƏXTİ OLMAZ

(Ustacı)

Zalımın zülmü qalar,  məzlumun ahı keçər.

Ariflər bulağından, arif olan su içər.

Urvatsıza ha söylə, özü bildiyin seçər.

Rəşid olan üzərmi, incidərmi bir kəsi!?

*   *   *

Ustac nə söyləyirsə, yazın daşa, qayaya.

Sabahın övladları, möhtac olmasın  Aya.

Taleyindən küsənlər, bəxtsiz gəlib dünyaya!?

Allah faili-muxtar, yaradıbdı  hər  kəsi,

Cahilin bəxti olmaz, şans da gəzər ər kəsi!

13.01.2020. (15:54) Bakı ş.

<<<<XİDMƏTLƏR>>>>

Müəllif: Zaur Ustac

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru