MÜKAFATLAR

“ZİYADAR” MÜKAFATI

Bu mükafat “YAZARLAR” jurnalı tərəfindən təsis olunub. Həvəsləndirmə və dəstək məqsədi ilə yeni nəşr olunan kitablara görə “YAZARLAR” – IN YAZARI “ZİYADAR” nominasiyasında yazarlara və hər hansı bir kitabın işıq üzü görməsində müstəsna əhəmiyyətli dərəcədə fəaliyyəti olmuş əlaqədar şəxslərə  təqdim olunur. Diplomdan ibarətdir. Eyni  müəllifə və ya əlaqədar şəxsə bir dəfə verilə bilər.

“ZİYADAR” MÜKAFATININ İLK LAUREATLARI:

  1. SAYMAN ARUZ                              N 001 – 04.05.2018 – BAKI.
  2. SONA ABBASƏLİQIZI                   N 002 – 04.05.2018 – BAKI.
  3. GÜNEL HÜSEYNLİ                        N 003 – 04.05.2018 – BAKI.
  4. MƏRZİYƏ SARVAN                        N 004 – 05.05.2018 – BAKI.
  5. ELÇİN ƏFƏNDİYEV                       N 005 – 01.06.2018 – BAKI.
  6. İNTİQAM YAŞAR                           N 006 – 09.06.2018 – BAKI.
  7. ADİL  CƏFAKEŞ                             N 007 – 15.06.2018 – BAKI.
  8. RİZVAN  FİKRƏTOĞLU                 N 008 -23 .06.2018 – BAKI.
  9. ETİBAR  HƏSƏNZADƏ                  N 009 -14.07.2018 – BAKI.

===========================================================

“VİNTSAS” MÜKAFATI

“VİNTSAS” MÜKAFATI XX əsr Litva ədəbiyyatının ən məşhur klassiklərindən biri olan eyni zamnda Azərbaycanda bizim üçün tarixin ən vacib, lazımlı dönəmində müəllimlik fəaliyyəti ilə məşğul olmuş indi fəxr və qürur hissi ilə bir çox ilklərin banisi hesab etiyimiz müəllimlərimizin, həkimlərimizin, mühəndislərimizin, iqtisadçılarımızın, yazıçılarımızın, ədib və mütəfəkkirlərimizin ilk müəllimi olmuş, azərbaycanlı şagirdlərin və tələbələrin mütərəqqi dünya görüşlərinin formalaşmasında, ədəbi-estetik və elmi-nəzəri baxışlarının düzgün istiqamətdə təşəkkül tapmasında böyük rol oynamış, Azərbaycan xalqının, onun mədəniyyətinin böyük və səmimi dostu Vintsas Kreve – Mitskəviçyus (Vincas Kreve-Mickevicius) -nin şərəfinə “Yazarlar” jurnalı və “Ustac.az” sayıtları tərəfindən təsis olunmuşdur. Bu mükafat şagird və tələbələrin seçiminə əsasən müəllimlərə verilir. Bir müəllimə yalnız bir dəfə verilə bilər.

VERİLMƏ QAYDASI:

İstənilən təhsil müəssisəsinin şagird və tələbələri öz sevimli müəllimlərini – Vintsas Krevenin davamçısını – bu mükafata layiq görə bilərlər. Belə bir hal olduqda şagird və tələbə qrupunun adından redaksiyalara – “Yazarlar” jurnalına və ya “Ustac.az” sayıtına – müraciət ünvanlanır. İşçi qrup yerində müəllimin fəaliyyəti ilə anonim – sorğu yolu ilə tanış olur. Müraciətdə əks olunanlar təsdiqini tapdıqda şagird və ya tələbə qrupu tərəfindən namizəd göstərilmiş müəllim mükafata layiq görülür. Mükafat diplomdan ibarət olub, hər iki orqanın möhürü ilə təsdiqlənir. Anonim-sorğunun nəticəsi faiz göstəricili arayış formasında laureatalara verilən diplom əlavəsində öz əksini tapır.

TƏQDİMAT:

“VİNTSAS” MÜKAFATI – DİPLOM – mütləq şəkildə sinif otağında və ya məktəbin akt zalında şagird və ya tələbə qruplarının özlərinin seçib təyin etdiyi şagird və ya tələbə tərəfindən sinif və ya qrupun adından xüsusi ehtiramla Vintsas Krevenin adını anmaq şərti ilə öz sevimli müəllimlərinə təqdim olunur.

QEYD:

“VİNTSAS” MÜKAFATI – DİPLOM – müəllimlərdən başqa xüsusi hallarda həm də yaradıcılığı – əsərləri – tərbiyəvi əhəmiyyət kəsb edən digər yaradıcı şəxslərə verilə bilər.

“VİNTSAS” MÜKAFATININ İLK LAUREATLARI:

  1. Həsən Qasımov (F) N 001 24.05.2018 Ağdam r. Yusifcanlı k.o.m.
  2. M-r Malik Orucəliyev (F) N 002 24.07.2018 BABKM.
  3. Afət Xəlilova N 003 28.12.2018 Bakı ş. 201 N-li məktəb.
  4. Leyla Abbasova N 004 15.03.2019 BDU. Kitabxanaçılıq.
  5. Hüseynbala Muradəliyev N 005 16.03.2019 Bakı ş. 20 N-li məktəb.

==========================================================

“BƏHMƏNYAR” MÜKAFATI

“BƏHMƏNYAR” MÜKAFATI – DİPLOM – “Yazarlar” jurnalı və “Ustac.az” sayıtları tərəfindən təsis olunmuşdur. Bu mükafat təhsildə fərqlənən şagird və tələbələrə verilir. Bir şəxsə yalnız bir dəfə verilə bilər.

QEYD:

Xüsusi hallarda şagird və tələbələr yaradıcılıq uğurlarına və digər mədəni – kütləvi tədbirlərdə fəal iştirak etdiyinə görə də bu mükafata layiq görülə bilərlər.

“BƏHMƏNYAR”  MÜKAFATININ  İLK  LAUREATLARI:

1.

=========================================================

“RÖVŞƏN HÜSEYNOV” MÜKAFATI


“RÖVŞƏN HÜSEYNOV” MÜKAFATI – DİPLOM – “Yazarlar” jurnalı və “Ustac.az” sayıtları tərəfindən təsis olunmuşdur. Bu mükafat idmanda və digər hərəkətli mədəni-kütləvi tədbirlərdə fərqlənən şagird və tələbələrə verilir. Bir şəxsə yalnız bir dəfə verilə bilər

“RÖVŞƏN HÜSEYNOV”  MÜKAFATININ  İLK  LAUREATLARI:

1.

=========================================================

“USTAC” MİLLİ MÜKAFATI

Zaur Ustac yaradıcılığının 30 illik yubileyi münasibəti ilə “USTAC” Milli Mükafatı təsis olunub. Mükafat diplomdan, nağd puldan və laureatın WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ    saytlarında yayımlanmış yazılarından ibarət, “Yazarlar” jurnalının xüsusi buraxılışı şəklində, 100 ədəd tirajla – pulsuz, kitabının nəşr olunmasından ibarətdir. Pul mükafatının məbləği bütün dövrlərdə stabil və inflyasiyaya davamlı olması üçün təqdim olunacağı ildə qüvvədə olan Azərbaycan Respublikası Müharibə Veteranın bir aylıq tam müavinəti həcmində nəzərdə tutulur. Pul mükafatı bir dəfə, tam həcimdə ödənilir və qanunamüvafiq olaraq bəxşiş – bağışlama, hədiyyə etmə əsasında olduğuna görə vergidən azaddır. Mükafat ildə bir dəfə, yalnız bir nəfərə 28 May Respublika Günü ərəfəsində – əvvəl, sonuncu Bazar günü – 2019 – cu ildən başlayaraq təqdim olunur.  Kitab isə növbəti ilin təltifinə qdər çap olunub, laureata təhvil verilir. Ətraflı məlumatlar   WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ  saytlarında  dərc olunur.

“USTAC” MİLLİ MÜKAFATININ İLK LAUREATLARI:

1.

“KİRKİD”  MÜKAFATI

“KİRKİD” Mükafatı “YAZARLAR” jurnalı tərəfindən gənc yazarlara – yaradıcılıqda ilk kövrək addımlarını atan məktəblilərə, tələbələrə həvəsləndirmə məqsədi ilə verilir. Diplomdan ibarətdir. Anlamı hələ “bu yolda səni uzun və keşməkeşli bir yol gözləyir” deməkdir.

“KİRKİD”  MÜKAFATININ  İLK  LAUREATLARI:

1.

=========================================================

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

                                                Əlaqə:

Tel: (+994) 70-390-39-93        E-mail:   zauryazar@mail.ru

 WWW.USTAC.AZ                                    © Zaur USTAC.