نعمت متین – روحدان دوشموش خالق


کؤچورن: ائلیار پولاد

نه قدر تولئرانت(بی طرف- سربست) اؤلکه اولماغا چالیشسان دا، هر بیر خالق اؤز خالقی‌نین نماینده‌‌سینی ياد ائللی‌دن داها اوستون توتور. کوسموپولیت(جهانی‌لشمه) دوشونجه‌ده اولان انسانلاری آنلامیرام. سنی هئگئمون اؤلکه‌لرده ایکینجی، حتی اوچونجو نوع انسان تیپینه عاید ائدیرلرسه، هانسی کوسموپولیتیزمدن دانیشماق اولار؟ خارجی اؤلکه‌لره گئدیب گلمیش بیر چوخ انسانلاردان سوروشاندا معلوم اولور کی، هئچ ده هومانیزم دؤورو دئيیل. بیر آلمان بیر آذربایجانلینی اؤز آلمان انسانیندان چوخ ایسته‌میر. پراقادا ياشايان طلبه‌‌ اوغلان دئيیر کی، بیر خانیملا تانیش اولاندا ایتاليان اولدوغونو دئسن، همین گون سئوگیلی اولا بیلرسینیز. آمّا آذربایجانلی سؤزونو ایشلتسن ائوه سويو سوزوله-سوزوله گله‌جکسن. 
مقصدیم هئچ ده انسانلاری عیرقینه، دینینه، دولتینه گؤره آيیرماق دئيیل. ساده‌جه اولاراق اؤز وطنداشینی خارجی وطنداشدان اوستون توتمالیسان. دولت اؤز وطنداشینا داها چوخ معاش، راحتلیق، آزادلیق وئرمه‌لیدیر. بیر جیهازی چئرتيوژا(استحصال خریطه‌سی- مونتاژ کتابچاسی) باخیب يیغماق اوچون خارجی اؤلکه‌دن نماینده‌‌ گتیرمه‌يه احتیاج يوخدور. اونو 11-جی سینیف شاگردینه ده وئرسن يیغار. خئيلی پول خرجله‌يیب خارجیلری قوجاقدا گزدیرمک آيیبدیر. اؤز وطنداشینا حؤرمت ائتمه‌ين دولت محوه محکومدور. خالقین میللی روحونو، اینامینی قیرماق اولماز. بیر انگلیس يوکسک معاشلا آذربایجاندا ایشله‌ينده عینی ایشی گؤردويو آذربایجانلی‌نین قات-قات آز معاش آلماسینی چوخ ياخشی بیلیر. و همین ياد ائللی بیزه باخاندا گؤزلری‌نین اؤنونده قول جانلانیر. 
پولونا گؤره عربین استراحت ائده‌جه‌يی رستورانین آدینی ديَیشیب عرب سؤزو يازماق خالقین معنوی ضعیفلیی‌نین، روح دوشکونلويونون، اؤزونه و خالقینا حؤرمتسیزلیین نشانه‌سی‌دیر. اونیوئرسیتئتلرده خارجی طلبه‌‌لر امتحانی داها راحت کئچیرلر. آذربایجانلی طلبه‌‌ ایسه مین بیر اذیت گؤرور. بونون آدی نه قورخاقلیقدیر، نه ده يالتاقلیق. بو خالقین عمومی دوشونجه‌سی‌نین، اراده‌سی‌نین ضعیف اولماسینی گؤستریر. مندن گوجلو اولان دولتلر اؤز وطنداشینا هر شرایطی يارادیر و سونرا خارجی وطنداشی دوشونور. بیزده ایسه عکسینه‌دیر. 
عائله‌‌وی رستورانلارا ایدمان گئيیمینده گلن موشتریلر ایچری بوراخیلمیر. بونو محافظه‌‌ خدمتینده چالیشان هميئرلیمیزه دؤنه-دؤنه تاپشیریرلار. لاکین ایدمان گئيیمینده گلن عربلری «توریستدیر» دئيیب ایچری بوراخیرلار. محافظه‌‌ امکداشی‌نین سؤزونو يئره سالان دیرئکتور اؤز ملّتی‌نین بالاسینی مندن سیندیریر. پولا گؤره اؤز هميئرلیسینه آرخا چئویریر. همین محافظه‌‌ امکداشی روحدان دوشور. ایچینده نیفرت حسی اويانیر. هئچ کیمه اینانمیر و نهايت ایشدن چیخیر. بودور رئاللیق. آخی، هر شئيین پوللا اؤلچولمه‌سی ایيرنجلیکدیر. 
س. سوئيق «دونه‌نین دنیاسی« اثرینده یهودیلرین ياشايیش طرزینی، اوشاقلارلا داورانماق پروقرامینی، اؤز ملّتینه اولان حؤرمتینی اطرافلی گؤستریر. قوقول روس خالقینی گؤيلره قالدیریر. دوما، بالزاک، موپاسان، هوقو کیمی يازیچیلار فرانسیزلاری مندن گوجلو انسان توپلوسو شکلینده تصویر ائدیرلر. اؤزوموزو آشاغیلاماق، ضعیف نقطه‌‌لریمیزی عالمه جار چکمک آخماقلیقدیر. منسوب اولدوغون خالقین نماینده‌‌سینی بالاجا، قورخاق، گئریده قالمیش گؤستردیکجه، اونو داها دا ضعیفله‌دیرسن.
گوجلو خالقین هر بیر وطنداشی تانکین قارشیسیندا سینمادیغی کیمی، پولون دا قارشیسیندا سینمیر. اصل گوج نفسینه غالیب گلنده اوزه چیخیر. ساتیلمايان انسان يوخدور دئينلر، ان اوجوز قیمته ساتیلدیلار. ان خیردا مداللارا گؤره سوسدولار. 
خالق اولاراق تفکروموز اؤزوموزو آشاغیلاماغا کؤکله‌نیب. بونا مثال اولاراق رئژیسور س. توججی‌نین «سونونجو پورترئت» فیلمیندن آگاه اولماغینیزی ایسته‌يیرم. دئمه‌لی، تانینمیش رسّام آ. جاکومئتتی تنقیدچی، ژورنالیست ج. لورد ایله تانیش اولور. لوردون پورترئتی چکن رسّام هر زامان اؤزوندن ناراضی حالدا سؤيوش سؤيور، قیشقیریر، داها بیر نئچه گون ایشین اوزاندیغینی سؤيله‌يیر، ایچیر، چکیر… هر دفعه‌‌ پورترئت حاضر اولاندا بؤيوک فیرچا ایله لوردون اوزونو آغ رنگله اؤرتور. هفته‌لرله بو پروسئس داوام ائدیر. رسّام هئچ بیر حالدا اؤزوندن راضی قالمیر. حتی آوتوبیوقرافیک فیلمده سون درجه‌‌ درین بیر دیالوق کئچیر: 
– سیز همیشه بئله اولموسونوز؟ 
– نئجه؟ 
– اؤز باجاریقلارینا اینانمايان. 
– البته‌‌، هر ایل داها چوخ. 
– بس، آخی سیز هر ایل داها اوغورلوسونوز. 
– بس، اوغور شبهه اوچون ان بؤيوک نعمت دئيیل؟ 
بیر استعدادلی فرد اؤزونه اینانمايا بیلر. چونکی فرددیر. انکشاف اوچون اؤزونه عذاب وئرمه‌لیدیر. خالق، جمعیت، توپلوم ایسه اؤزونو آشاغیلايا بیلمز. بو دوزگون دئيیل. او ساری سیمی قیرماق اولماز. معنوی سارسینتی خالقین دوشمنی‌دیر.

Mənbə: Elyar Polad

Nemət Mətin – “Ruhdan düşmüş xalq”

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AYIBDI, VALLAH AYIB…

MÜXTƏLİF MƏNBƏLƏRDƏN SİTAT VƏ MÜRACİƏTLƏR:

Aygün Sadiq

12 İyun, 22:35

“Məni danışdırmayın orda. Taladığınız 800 min haram olsun. İndi də ev dilənçiliyi sezonu? Qaraçılar.
Bu piyanlar Məndən çəkinirlər, üzv etməyə ürək eləmir o mafiyozlar. Qətiyyətlə inkar edirəm. Evsizliyə qalsa, üç ildir kirayədəyəm, kişi kimi halal ömür sürürəm, halbuki gözəlliyimi kullanıb bir günə əldə edərəm. Amma etmirəm. Bir gün evim də olacaq. Mafiyozları isə ətrafıma almıram. Hamısının qarşısında danışmağa dilim uzundur. Bunlar ancaq öz piyanlarını qonorarlı dərgilərə daxil edir. Mənim kimi ‘sərf eləməyən” və araq içməyən adamlara baxmırlar (aman çox lazım idi). ƏZİZİM AYB, MƏN MƏTBUAT VƏ OXUCU SARIDAN ÇOXXX ŞANSLI YAZIÇIYAM, RAHAT OL SƏN. Ömür boyu deyinmədim, dərc edilmək kasadlığı yaşamadım, yazı bitmədən mətbuat məndən istəyir, rahatam bu barədə, ağlayanları da anlamıram.

Bir dəfə dostların məsləhəti ilə Rəşad Məcidə çox nəzakətlə kasıblığımı anlatdım, üzvlüyə , təqaüdə ehtiyacım olduğunu yazdım, qəribə cavablar verdi, blok etdim. Arxadan danışmaq kişiyə yaraşmaz, ona görə uzatmıram.
Bilirsiniz niyə özümdən razıyam? Çünki bunların çörəyini yemirəm. Bunların yazılarını sətir-sətir təhlil edib qoyaram qarşılarına. Buna intellekt imkanım çatır. 
Sakın kimsə ağıl qoymağa qalxmasın. Həyatın hər oyunundan qalib çıxan yaşlı insanam mən. Borcum yoxdur o idarəyə (nəzakət göstərib əsl mahiyyətini demirəm və reklam etmirəm; yazsam, dostlar inciyir).

P.S. dillənməyə ürəyi olmayanlar yenə başlayacaq statusuma şikayət donu geyindirməyə. Görsəm, blok .”


Bir yazışma paylaşacam, darıxma.
MÜTLƏQ PİYAN MI GƏZƏK Kİ BİZƏ DƏ İMZA TOPLAYIB EV VERDİRƏSƏN??
PİYANLARIVA MAŞALLAH EV QOPARIRSAN !!!! CİNAYƏT AÇILAN ADAMLARA YİYƏ DURURSAN, HANSI İXTİYARLA ?

Saytlar, müsahibə vermək istəyirəm.

İmza : zibillərinizi ictimailəşdirən yazar Aygün Sadiq .

P.S. SƏNDƏN ASILI DEYİLƏM, ÇÖRƏYİMİ SƏNDƏN QAZANMIRAM, MƏNİ SƏHV SALMA, BİLDİNMİ? sənin borcun idi məni üzv etmək. Bil. Dövlətin pulunu yeyirsən, mənimsə təqaüdə ehtiyacım vardı. Bağlamaq lazımdır oranı. Gəncləri əyən, əzən, əyilməyəni çöldə qoyub pulunu krisa kimi gəmirən birlikdən lazimi yerə lazımi şikayəti verərəm. Yazıçıya sahib çıxmağa mı ayırıblar o 800 min manatı, ya krisa kimi gəmirməyə mi? Yazıçısına yiyə durmayan qurumu bağlamaq lazımdır, havayı pul gedir.

İLkin Mehdi və Elşad Barat :

17 İyun, 21:43 · 

” Elşad Baratın AYB-dən çıxarılmasını pisləyirəm. Düşünürəm ki, Çingiz Abdullayev və Rəşad Məcid kimi adamlar gəncləri intihara sürükləyir, məhvə aparır. Əgər bu adamlar ədalətli olsaydı bəlkə də indi Mövlud da sağ idi. Gənc yazarlara diqqət və qayğı yox səviyyəsindədir. Belə davam edə bilməz… “

Emin Sebuhi Aygün Sadiq və başqa 8 nəfər:

19 İyun, 23:18 · 

“Gənc ədib və gənc yazar olaraq (AYB)-də Azərbaycan Yazıçılar birliyində baş verən olaylara reaksiya bildirirəm. AYB e heç kəsin Ata mülki deyilki orada oturub kimə istəsəniz titul.kimə istəsəniz ad.Kimə istəsəniz Xalq şairi kimi də istəsəz AYB-nin üzvü edəsiz.ya da əksinə sizi yaradıcılıqınıza hansısa bir gənc yazar və ya bir gənc ədib haqlı irad tutanda dözümsüzlük sərgiləyəsiz.Elşad Barat Çingiz Abdullayev haqqında nə deyib nə tənqid edibsə bu öz məsələləridir.Mən yaratmaq istədiyim kompaniya bundan ibarətdir ki görünən budur ki AYB-də yetəri qədər araşdırmaya görə AYB də və ədəbi mühütdə çoxluq təşkil edən insanlar Rəşad Məciddən narazıdır.Balıq başdan iylənibsə o başı kəsib atmaq lazımdır.Ədəbiyyatı eyş-işrət məclislerində məzə edənləri bu mühütdən kənarlaşdırmaq gərək.Şəxsən mən də bir gənc qələm əhli olaraq Rəşad Məcidin AYB-dən uzaqlaşdırılmasını tələb edirəm.AYB-e kimi Ədəbiyyatımızı mədəniyyetimizi təmsil edən bir qurum.bie bina.bir ocaq hamımızın zaman zaman toplaşdıqımız bir mədəniyyət evidir.Mən təklif edərdim ki hal-hazırda AYB-də təmsil olunan vəzifəli şəxslər Madam ki gənclərin ürəyiycə deyilsə deyişdirilsin.Madam əksəriyyət qisim bu ocaqda yuxarı başda əyləşənlərdən narazıdır dəyişdirilsin.Bu dəyişiklik isə elə Gənc ədiblərin.Ədəbi mühütün.Gənc şairlərin və gənc yazarların zövqünə uyqun seçilsin ki heç olmasa poeziya aləminə yeni-yeni qədəm basmış genclərimiz illərdir Ədəbiyyatda gerilən bir topluma yeni nailliyyətlər bəxş edə bilsin.Sosial şəbəkədə bir səs vermə keçirilsin kim Rəşad Məcidin.Yazıçı Anarın vezifesinə kimi görmək istirsə azad şəkildə fikrini bildirsin.Kim fikrimlə razıdırsa reaksiya bildirsin.Təşəkkürlər.”

İLkin Mehdi

22 İyun, 09:52 · 

“Bu məsələyə ikinci dəfə münasibət bildirmək məcburiyyətindəyəm. Çünki məni narahat edən bir çox haqzıslıqlar var. Əvvəla Elşad Barat adi bir gənc yazar olsa da istedadı ilə, yazdığı şeir, hekayə kitabları ilə öz sözünü demiş adamdır. Xalq şairi Sabir Rüstəmxanlının sözü olmasın, Elşad cəmiyyətdə baş verən və onu narahat edən ən müxtəlif hadisələrə belə biganə qalmayan, öz baxış bucağı ilə, ədalət tərəzisi ilə ölçü-biçi aparmağı özünə borc bilən qələm adamıdır. Belə bir gəncin gözümüzün qarşısında əzilməsinə susmağımız bizim də ədalətsiz olmağımız anlamına gəlir. Elşadın AYB üzvlüyündən çıxarılması ədalətli dostlar tərəfindən tənqid olundu. Çünku Elşad sadəcə Çingiz Abdullayevin maşınının şəklini paylaşmışdı. AYB sədri Anarın “get Çingizdən üzr istə” deməsi də məni narahat etdi. Ortada vicdansız adlandırılan Elşad, AYB-dən çıxarılan Elşad, üzr də istəyən Elşad? Bu nə ədalətdir? 
Mənə elə gəlir ki, bütün bunların baş verməsində günahkar tərəf AYB mətbuat xidmətidir. Çünki o şöbə nə öz üzvlərini mətbuatda təmsil edə bilir, nə də AYB rəhbərliyini. Beləcə ortada anlaşılmazlıqlar, çaşqınlıqlar yaranır. Rəşad Məcid isə bu hadisələrdə katalizator rolu oynayır, hamıya “dırka” verir. Bəlkə də məqsədi Çingiz Abdullayevin yerinə keçməkdir, bilmirəm. Amma bu iki adam, Xəyal Rza və Rəşad Məcid “öz işlərində” mahirdilər. 
Biz həmişə Anar müəllimi ədalətli yazıçı kimi tanımışıq. Əsərləri ilə böyümüşük. Elə Çingiz müəllimin də həmişə xətrini istəmişik. Amma bu məsələdə onların kimlərinsə oyununa gəlməsi hiss olunur. Sanki ədalətin yox, haqqın, xeyirin yox, haqsızlığın, qara qüvvələrin tərəfində yer alıblar. Bəlkə də elə Anar müəllim də, Çingiz müəllim də həmin qara qüvvələrin yanında çox qara işlər görüblər deyə indi ağ tərəfdə dayana bimirlər, kim bilir? 
Hər tərəfini ölçüb- biçirəm və düşünürəm ki, Elşad Barata qarşı böyük haqsızlıq olub, bu gün ona olunan haqsızlıq sabah bizə oluna bilər. Buna görə də bu gündən etibarən dostlarımı AYB üzvlüyündən imtina etməyə çağırıram. Elşada olunan haqsızlıq müsbət tərəfə həllini tapmazsa, etirazlarım, iç məsələlərə münasibətlərim davam edəcək. Bütün qələm dostlarımızı da bu məsələdə ədalətli olmağa səsləyirəm…”

İLkin Şakiroğlu
Şair, jurnalist

Bu yuxarıda tanış olduğunuz olduqa müxtəlif fikirlər, aqressiv tələblər və nisbətən loyal müraciətlər yəqin ki, Sizdə də qəribə təsüratlar oyatdı. Fikir bildirməzdən əvvəl bir cümlə də Sizə xatırlatmaq istəyirəm. Bu cümləni keçən il (2018) təqaüdlər təyin olunduqdan dərhal sonra AYB üzvü olan gənc yazarlardan biri paylaşmışdı. Statusu olduğu kimi Sizə çatdıracam. Ancaq, bundan əvvəl həm bu, həm də yuxarıda dırnaq arasında mənbəyi məlim olan etika, leksika, qramatika baxımdan qüsuurlu cümlələrə görə üzr istəyirəm. O da var ki, burada nə imla, nə inşa yazmırıq bütün nöqsanlara rəğmən fikirlər maraqlı və həyatımızın bir parçasıdır. Cümlə belə idi: (dönə-dönə üzr istəyirəm) “AYB -də xanım şöbə müdiri də yoxdur ki, adam qucağında oturub təqaüd ala…” bu fikir nəzərinizdə qalsın sonra istinad edəcəyik. Ancaq, yenə açıqlamalara keçməzdən əvvəl xeyli əvvəllər müxtəlif mənbələrə olmuş müsahibələrin linglərini təqdim edəcəm. Maraqlı olanların bu müsahibələrlə də tanış olmaq imkanı olsun:

QEYD:

Onu qeyd etmək istəyirəm ki, yuxarıda narazı tərəf kimi göstərilən gənc yazarların heç biri ilə şəxsi tanışlığım yoxdur. Aygün xanımı qiyabi olaraq internet üzərindən çoxdan tanıyır və yaradıcılığını izləyirəm. Sözün əsl mənasında çalışır-vuruşur ki, nəsə etsin və hamımız bilirik ki, indiki zamanda bu nə qədər çətindir, hiss olunur ki, emosional olduğu qədər də səmimidir, həqiqətən də köməyə ehtiyacı var, bunu gizlətmir… Elşad Barat ı isə lap bu yaxınlarda təsadüfən Balayar Sadiq haqqında yazdığı bir yazını oxuyub tanımışdım. Və düzü bu yazıya görə ondan narazı qalıb, bir az da öz-özümə onu qınamışdım… Nəsə indi bunun mətləbə dəxli yoxdur… O ki, qaldı qarşı tərəfə onların hansı vəzifədə olub, olmamasından asılı olmayaraq Elçin müəllimə (məsələyə aidiyyatı olmasa da, Elçin müəllim də bu yazıçıların sırasındadır) , Anar müəllimə, Çingiz müəllimə (bu yaxınlarda Musiqi Akadümiyasında olan görüşə Tuncayla birlikdə getmişdik) bir yazar kimi hörmətim böyükdür və şəxsi zəmində heç bir narazıçılığım yoxdur.

DÜŞÜNƏK:

… ” halbuki gözəlliyimi kullanıb bir günə əldə edərəm. ” bir qadının, Azərbaycan qadınının, təhsilli Ananın, məktəbdə işləyən müəllimin fikri AYB üzvü deyil ciddi -cəhdlə can atır ki, bu ictimai birliyə üzv olsun, qeyd etdiyi kimi – öz arqumentləri var – buna ehtiyac hissi duyur və ya “AYB -də xanım şöbə müdiri də yoxdur ki, adam qucağında oturub təqaüd ala…” artıq bu qurumun sıralarında olan əks cinsin nümayəndəsi, Azərbaycan kişisi, gənci… Vallah, daha mənim sözüm yoxdur…

XATIRLATMA:

Məncə, müasir dövürdə insan hər hansı bir fəaliyyətlə bağlı fikrə düşəndə ilk növbədə Əmək məcəlləsi, Vergi məcəlləsi, İctimai Birliklər haqqında qanunlar və s. və i. vacib ədəbiyyatlarla ciddi tanış olub, sonra müəyyən qərarlar qəbul etməlidir…

HEÇ NƏYƏ BAXMAYARAQ:

Bütün bunlara baxmayaraq, Vallah ayıbdır, ayıb… Mən şəxsən belə yazıları görəndə xəcalət çəkirəm… Bilirəm ki, bu yazını hətta kiçik və orta yaşlı məktəblilər də oxuyur… Ən pis hal onların belə yazı və statusları oxuduqdan sonra ünvanladığı suallar qarşısında cavab tapıb deməkdir…

SON:

Ta mənim sözüm yoxdu… Mənim sözüm bitdi…

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2019. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

TƏVƏKKÜL GORUSLU – SEVGİ…

SEVGİ ODASI

Divarı bir ayrı ətrə bürünmüş,
Pəncərə bir ayrı nəfəs qoxuyur!
Bura bir məhəbbət gizli sürünmüş,
Pünhan sevgi deyir, vüsal toxuyur!

Elə bil sükuta bürünmüş zaman,
Burda vaxt dayanmış, saat lal olmuş!
Qəlbləri bürümüş nəşəli duman,
Bu oda sevdayla, eşq ilə dolmuş!

Divarının rəngi sevgi rəngində,
Şəlaləyə bənzər pərdəsi, tülü.
Busə, nəvazişlə necə zəngin də,
Sevda adasıdı eşqlə örtülü!

Bir ayrı dünyadı dünya içində,
Sakini ikicə nəfərdi onun.
Qəlblər ki, döyünür bir eşq köçündə,
Səfəri bir ayrı səfərdi onun!

Ünvanı pünhandı, qapısı pünhan,
Sakitcə örtülər, asta bağlanar.
Sevgidən güc alar burda bir cahan,
Bu oda hamıdan gizli saxlanar!

Təvəkkül Goruslu. 21.06.2019.

Müəllif: TƏVƏKKÜL GORUSLU MƏMMƏDOV

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AYB – AYIB VƏ TƏKLİF

Adi üzvlük haqqından ötəri yazı yaza bilən hər kəsi birliyə üzv etmək bütün yazıçılara təhqirdir…

Sputnik: Rəsmi məlumata görə AYB-nin (Azərbaycan Yazıçılar Birliyinin) 1500-dən artıq üzvü var. Qeyri-rəsmi məlumata yox, müşahidəyə əsasən azacıq mübaliğə ilə deyə bilərəm ki, ölkədə qələm tutub yazı yaza bilən hər kəs Yazıçılar Birliyinin üzvüdür. Təkcə məhz sənət üçün, ədəbiyyat üçün yazı yazan yazıçılardan başqa yazı yazmağı bacaran kimi görüblərsə, bu birliyə üzv ediblər.

Azca araşdırma aparan hər kəs görə bilər ki, bu birliyin yüzlərlə üzvündən ən yaxşı halda yüz nəfəri sənətə, ədəbiyyata xidmət edir. Digərlərinin isə nəyə görə, hansı bacarığına, hansı əməyinə görə bu birliyə üzv olması barədə heç bir dəlil-sübut yoxdur. Əhali arasında sorğu da keçirilsə, ən yaxşı halda elə həmin yüz nəfəri tanıyarlar. Digərlərinin yazıçı olmasından heç birliyin sədri yazıçı Anarın da xəbəri yoxdur.

Bəs yazıçıların birliyi adı altında hərf tanıyan, cümlə qura bilən hər kəsi yazıçı adı ilə bu birliyə salmaqda məqsəd nədir? Birliyə üzv olan hər kəs üzvlük haqqı ödəyir. Üstəlik, üzvlərin sayı çoxaldıqca dövlət tərəfindən birliyə ayrılan məbləğ də çoxalır və bu da birliyin rəhbər vəzifəsində çalışanlara sərf edir.

84 ildir ki, fəaliyyət göstərən Azərbaycan Yazıçılar Birliyinin son otuz ildə yetirib xalqa təqdim elədiyi, tanıtdığı bir yazıçı belə, yoxdur. Hal-hazırda tanınan, oxunan və sevilən ədəbiyyat adamlarının əksəriyyəti də AYB-nin üzvü deyil. Onların bir qismi vaxtı ilə üzv olub, sonradan imtina ediblər, bir qismi də mənim kimi, əvvəlcədən birliyin yararsızlığını dərk edərək heç vaxt üzv olmayıblar.

Üstəlik, hal-hazırda Azərbaycan Yazıçılar Birliyində 84 illik tarixin əsl diktatura dönəmi yaşanır. Rəsul Rza 1 il, Mehdi Hüseyn 7 il, Süleyman Rəhimov 6 il (fasilələrlə), Səməd Vurğun 6 il (fasilələrlə), Mirzə İbrahimov 21 il (fasilələrlə), İsmayıl Şıxlı 1 il bu birliyin sədri vəzifəsini tutublar. Yazıçı Anar isə 31 ildir ki, (1987-ci ildən) fasiləsiz olaraq bu birliyin sədri vəzifəsində çalışır. Rəhbərliyində dəyişiklik olmayan birliyin fəaliyyətində hansı yenilikdən, nailiyyətdən söhbət gedə bilər ki?

Yaxşı olmazdımı Azərbaycan Yazıçılar Birliyində məhz nasirlər, şairlər, dramaturqlar, tənqidçilər, tərcüməçilər birləşsin? Onlar hər il, heç olmasa, bir müəllifin kitabını çap edib, onun təbliğatı ilə məşğul olsunlar və bu birlik həmin yazıçının məktəbinə çevrilsin.

Yaxşı olmazdımı, birliyin fərdi təqaüdlər verən fondu olsun? Bu fond hər il, heç olmasa, bir müəllifə təqaüd ayırsın. Bu təqaüd ilbəil neçə-neçə yazıçının maddi şəraitini yaxşılaşdırsın və bu müəlliflər yeni əsərlər yazmağa daha çox vaxt ayırsınlar.

Yaxşı olmazdımı, AYB dünya miqyaslı ədəbiyyat müsabiqələri təşkil etsin və məhz bu ölkənin bütün dünya ədəbiyyatına mükafat töhfəsi olsun? “Nobel” kimi, “Buker” kimi, “Pulitser” kimi bizdən də mükafat almağı arzulayan dünya ədibləri olsun.

Bütün bunlar bir yana. Gənc ədiblərin nəsrə, şeirə qaçdığı bir vaxtda, gənc dramaturqların az qala tapılmadığı zamanda AYB gənc dramaturqların yetişməsi üçün niyə heç bir addım atmır? Birlik dramaturgiya dərnəkləri, seminarları, festivalları təşkil etməli, teatrlarla əməkdaşlıq qurub ölkəyə və xalqa yeni dramaturqlar təqdim etməlidir.

Bütün bunlara nail olmaq üçün AYB kökündən dəyişilməlidir. İstedadı olmayan, ədəbiyyat adına fəaliyyət göstərməyən adamlar birlikdən kənarlaşdırılmalıdır. Bu yolda ilk addım birliyə qəbul üçün üzvlük haqqının ləğvi olmalıdır. Birlik, əsasən dövlət tərəfindən, qismən isə sənətin inkişafına dəstək olmaq istəyən şəxslər tərəfindən maliyələşməlidir.

Ən əsası isə, birlik həm də özünün gəlir yerini formalaşdırmalıdır. Kitab nəşrini, satışını, tərcüməsini, yerli müəlliflərin əsərlərinin xarici dillərə tərcümə olunmasını və xarici ökələrdə satışını həm sənətə xidmətə, həm də gəlir yerinə çevirə bilməlidir və beləcə ayaqda durmağı bacarmalıdır.

İndiki halda isə AYB-nin fəaliyyəti başdan ayağa ayıbdır. Adi üzvlük haqqından ötəri yazı yaza bilən hər kəsi birliyə üzv etmək bütün yazıçılara təhqirdir. İnsanların da bu birliyə üzvlük vəsiqəsi almağı bir uğur hesab etməsi, bunu bir titul kimi qəbul etməsi lap dəhşətdir.

Yazıçı boyunduruq quludursa, etiraz etməyi bacarmırsa, hakimiyyət eşqi ilə yaşayırsa, işğalçıdırsa, burda ədəbiyyatın adı keçə bilməz. Axı ədəbiyyat və ümumilikdə sənət həqiqətləri bədii dildə göstərmək üçün yaranıb. 31 il bir kürsüdə oturmaq və bu kürsünün 31 illik sahibinə mədhiyyələr yazmaq yazıçı əxlaqına sığışan iş deyil. Belə birlik AYB abreviaturası ilə yox, ən yaxşı halda ayıb sözü ilə tanına bilər.

Müəllif: Orxan BAHADIRSOY

Mənbə: https://sputnik.az/culture/20180510/415261010/ayb-nin-ayiblari.html

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AD GÜNÜNÜZ MÜBARƏK!!!

Bu gün hamımızın sevimlisi, Vətənin mərd, vətənpərvər, bayraqsevdalı şair oğlu Fərman Borçalının ( 24 İyun 1960 ) doğum günüdür. Ad gününüz mübarək, Fərman müəllim! Uca Yaradandan uzun və sağlıqlı bir ömür versin, yazın, yaradın… Uğurlarınız bol olsun!!!

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MİRZƏ ƏLƏKBƏR SABİR

Əkinçi
Qoyma özünü tülkülüyə, adə, əkinçi!
Bir üzrlə hər gündə gəlib durma qapımda,
Yalvarma mənə, boynunu gəc vurma qapımda,
Gahi başına, gah döşünə vurma qapımda,
Ləğv olma, ədəb gözət bu məvadə, əkinçi!
Lal ol, a balam, başlama fəryadə, əkinçi!

Xoş keçmədi il çöllüyə, dehqanə, nə borcum?
Yağmadı yağış, bitmədi bir danə, nə borcum?
Əsdi qara yel çəltiyə, bostanə, nə borcum?
Getdi mənə nə fəhləliyin badə, əkinçi!
Lağ-lağ danışıb başlama fəryadə, əkinçi!

Aldı dolu eldən səru samanını, neylim?
Yainki çəyirtkə yedi bostanını, neylim?
Verdin keçən il borcuna yorğanını, neylim?
Ol indi palas satmağa amadə, əkinçi!
Lal ol, a balam, başlama fəryadə, əkinçi!

Söz açma mənə çox çalışıb, az yeməyindən,
Canın bəcəhənnəm ki, ölürsən, deməyindən!
Mən gözləmənəm, buğda çıxar, əvr bəbəyindən!
Çəltik də gətir, arpa da, buğda da, əkinçi!
Yoxsa soyaram lap dərini, adə, əkinçi!

Sən hey de “Yoxumdur” – çıxarib canını allam!
Vallahi ovub dideyi-giryanını, allam!
Şallağə tutub pərkəri-üryanını, allam!
Öz halını sal indi özün yadə, əkinçi!
Lağ-lağ danışıb başlama fəryadə, əkinçi!

Cütcü babasan, buğdanı ver, darı yeyərsən,
Su olmasa, qışda əridib qarı yeyərsən,
Daşdan yumuşaq zəhr nədir, marı yeyərsən,
Öyrəşməmisən ət-yağa dünyadə, əkinçi!
Heyvan kimi ömr eyləmisən sadə, əkinçi!

Lakin mənim insanlıq olub vəzi-mədarım,
Bəyzadəyəm, asayişədir cümlə qərarım,
Meysiz, məzəsiz, bitməz olur şamu nəharım;
İştə belədir haləti-bəyzadə, əkinçi!
Bəyzadələrin rəsmi budur, adə, əkinçi!

==================================================

Fələ, özünü sən də bir insanmı sanırsan?!
Fələ, özünü sən də bir insanmı sanırsan?!
Pulsuz kişi, insanlığı asanmı sanırsan?!

İnsan olanın cahü cəlalı gərək olsun,
İnsan olanın dövləti, malı gərək olsun,
Hümmət demirım, evləri ali gərək olsun;
Alçaq, ufacıq daxmanı samanmı sanırsan?!
Axmaq kişi, insanlığı asanmı sanırsan?!

Hər məclisi-alidə soxulma tez arayə,
Sən dur ayaq üstə, demə bir söz ümərayə,
Caiz deyil insanca danışmaq füqərayə,
Dövlətlilərin kəndini yeksanmı sanırsan?!
Axmaq kişi, insanlığı asanmı sanırsan?!

Fəqr ilə ğina əhlinə kim verdi müsavat?
Mənadə də, surətdə də var buna münafət,
Öz fəzlini pulsuz edəməz kimsə isbat,
Bu mümtənəi qabili-imkanmı sanırsan?!
Axmaq kişi, insanlığı asanmı sanırsan?!

Get vur çəkicin, işlə işin, çıxma zeyindən,
Məqsud müsavat isə ayrılma ceyindən,
Var nisbətin ərbabi-ğinayə nə şeyindən?
Bir abbasi gün mzdunu milyanmı sanırsan?!
Axmaq kişi, insanlığı asanmı sanırsan?!

Dövlətliyik, əlbəttə, şərafətdə bizimdir,
Əmlak biizmdirsə, əyalətdə bizimdir,
Divan bizim, ərbabi hökümətdə bizimdir,
Ölkə dərəbəylik deyə xan-xanmı sanırsan?!
Axmaq kişi, insanlığı asanmı sanırsan?!

Asudə dolanmaqda ikən dövlətimizdən,
Azğınlıq edirsiz hələdə nemətimizdən,
Böylə çıxacaqsınızmı bizim minnətimizdən?!
Ehsanımızın şükrünü küfranmı sanırsan?!
Axmaq kişi, insanlığı asanmı sanırsan?!

Heç bir utanırsan?!
Ya bir usanırsan?!
Əlminnətü-lillah,
Odlara yanırsan!

=============================================

Qoyma, gəldi!
Xan dostu, amandı, qoyma, gəldi!
Didarı yamandı qoyma gəldi!

Vay, vay! Deyəsən bəşər deyil bu!
Bir şəklə uyan təhər deyil bu!
Allahı sevirsən, ər deyil bu!
Ərdodu, qabandı, qoyma, gəldi!
Didarı yamandı, qoyma, gəldi!

Ol gən ki, adaxladız, utandım,
Olandı, dediz, ərin inandım,
Ər böylə olurmuş?! İndi qandım;
Xandostu amandı, qoyma, gəldi!
Kirdarı yamandı, qoyma, gəldi!

Qorxdum, ay aman, yarıldı bağrm,
Bir nazik ipə sarıldı bağrım,
Gup-gup döyünüb darıldı bağrım,
Canım oda yandı, qoyma, gəldi!
Kirdarı yamandı, qoyma, gəldi!

Dudkeş kimi bir papaq başında,
Ağ tükləri bəllidir qaşında,
Gərçi qocadır – babam yaşında,
Amma sodamandı, qoyma, gəldi!
Kirdarı yamandı, qoyma, gəldi!

İyrənmişəm ağzının suyundan,
Qətran qoxusu gəlir boyundan,
Lap doğrusu qorxmuşam xoyundan,
Bir əfi ilandı, qoyma gəldi
Kirdarı yamandır, qoyma, gəldi!

====================================================

Ürəfa marşı
İnteligentik, gəzərik naz ilə,
Ömr edərik nəşeyi dəmsaz ilə,
Həftədə bir dilbəri tənnaz ilə,
Həmdəm olub işləri sahmanlarıq
Ay bərəkallah, nə gözəl canlarıq!

Xoşlamırıq bir para nadanları,
Şiveyi nisvani müsəlmanları,
Neyləyirik Fatma, Tükəzbanları?
Annaları, Sonyaları yanlarıq
Ay bərəkallah, nə gözəl canlarıq!

Bir para biəqlü fərasət bizə,
Eyləyir isnadi qəbahət bizə,
İstəyir etsin də nəsihət bizə,
Bir bunu qanmır ki biz irfanlarıq!
Ay bərəkallah nə gözəl canlarıq!

Kimsəyə yox dəxli ki, biz işrəti,
Xoşlayırıq, boşlayırıq külfəti,
Guşeyi qəsdində olan ləzzəti,
Xaneyi viranda haçaq anlarıq?
Ay bərəkallah, nə gözəl canlarıq!

İnteligentik bu ki böhtan deyil,
Türki danışmaq bizə şayan deyil,
Türk dili qalibi irfan deyil,
Biz buna qail olan insanlarıq…
Ay bərəkallah, nə gözəl canlarıq!

Türk qəzeti versə də əqlə ziya,
Mən onu almam əlimə mütləqa,
Çünki müsəlmanca qonuşmaq mana,
Eybdir! Öz eybimizi anlarıq!
Ay bərəkallah, nə gözəl canlarıq!

Yox işimiz məcməi islam ilə,
Püxtə nasıl söhbət edər xam ilə,
Çünki klublarda sərəncam ilə,
Hər gecə bir mətləbi ünvanlarıq!
Ay bərəkallah, nə gözəl canlarıq!

Əfsus, səd əfsus sənə, ey gözəl islam!
Kimlər sənə gör indi tərəfdar olacaqdır!
Baş saçlı, ayaq çəkməli, mırt mırt danışanlar!
Din qədri bilib mömini dindar olacaqdır!

MİRZƏ ƏLƏKBƏR SABİRİN DİGƏR ŞEİRLƏRİ:

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ƏZİZ MUSA – BU QIZ

BU QIZ

Şeh düşmüş qönçədi gül dodaqları,
Gözəllik bağında çiçəkdi, bu qız.
Qoşa qızıl güldü al yanaqları,
Ətirli, bir zərif ləçəkdi, bu qız.

Baxışı elə bil ulduzdu, aydı,
Tanrının xoş gündə verdiyi paydı,
Hüsnü gözəllikdə günəşə taydı,
Şirin bir arzudu, diləkdi, bu qız.

Yaradan çəkibdi qaşına gələm,
O gözlərə baxan bilməz qüssə, qəm,
Yerişi, duruşu aləmdi, aləm,!
Sevdalı dünyadı, ürəkdi bu qız.

Belə də bir gözəl olarmı Allah!
Ona vurulmamaq günahdı, günah,
Hürüdü, pəridi, mələkdi vallah,
Hamıdan gözəldi, qəşəngd,i bu qız.

Necə mehribandı,necə də əziz,
Sevgisi təmizdi, ürəyi təmiz,
Ceyran balasıdı, ürkək, aybəniz,
Könüllər bəzəyən çəfəqdi, bu qız.

Müəllif: EZİZ MUSA

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Tural Turan və Rüstəm Behrudi

Budəfəki həmsöhbətimiz heç bir təqdimata, tanıtıma ehtiyacı olmayan imzadır, Rüstəm Behrudidir. Onu dövrün gənc yazarları türk sözünə şaman möhrünü vuran, öz havası, havacatı olan bir şair kimi qiymətləndirir.

“Salam dar ağacı” ilə bütün türk dünyasını bir ağacın başına yığıb millətinin dərdini danışan şairlə söz süfrəsində oturduq. Rüstəm Behrudi hafta.az-a müsahibəsində yazarlarımızın dünya ədəbiyyatına düşə bilməməsinin səbəblərindən, fəxri adların ədəbiyyatdakı yerindən, mövcud ədəbi proseslərdən danışdı. Monitora yaxın əyləşin ki, söhbətimizə qulaq kəsilə biləsiniz.

-Rüstəm müəllim, yaradıcılıqda nə var, nə yox?

-İstənilən halda mən həmişə məşğul olduğum işimləyəm (gülür). Yazı yazıram. Əkrəm müəllimin gözəl bir sözü var. Deyirdi ki, ədəbiyyat mənim vətənimdir. Yazı yazmaq da mənim əzəli-əbədi işimdir. Mən elə yazı yazmaqdan ibarətəm. Başqa heç bir işim-gücüm yoxdur.

-Nizami Gəncəvi 60 yaşına “Yeddi gözəl”lə, Viktor Hüqo “Səfillər”lə, rəhmətlik Zəlimxan Yaqub “Peyğəmbər”lə gəlmişdi. Bəs Rüstəm Behrudi 60 yaşına nə ilə gəldi?

-Mənim nə ilə gəldiyimi siz deyə bilərsiniz. Oxucularım desə daha doğru səslənər. Yenə xatırlatmaq istəyirəm, 18 yaşında başladığım işi günbəgün davam etdirdim. İndi mən nə ilə gəldiyimi deyə bilmərəm. İllər keçəndən sonra onu daha dəqiq şəkildə oxucu deyə bilər. Bu gün atdığım addımlar 18 yaşımda atdığım ilk addımlardan gəlir. Həmin addımlarla səsləşir. Düşünürəm ki, mənim bütün yaradıcılığım 18 yaşından 60 yaşına atılan bir addımdan ibarətdir. Bircə addım…

Yəni ədəbiyyata bircə addımla gəlmisiniz?

-Bəli. Məndə hər şey birdən-birə olub. Birdən-birə şeir yazmışam. Azərbaycan oxucusu elə ilk şeirlərimdən məni tanıyıb. Bir kitab yazmışam, onunla artıq hər şey həll olunub. Bütün Azərbaycan məni şair kimi qəbul edib. Orxan Vəlinin bir şeirində dediyi kimi, hər şey birdən-birə oldu. Mən də də bu cür baş verdi…

-Keçmiş təhsil naziri, böyük araşdırmaçılarımızdan olan Firudin Cəlilov bu yaxınlarda yazmışdı ki, türk dünyası 20-ci əsrdən 21-ci əsrə cəmi bir şeirlə “Salam, dar ağacı” ilə daxil oldu. Siz necə düşünürsünüz?

– Oxumuşdum. Tanışam bu fikri ilə… Firudin mənim çox yaxın dostlarımdan biridir. Onunla ortaq düşüncələrimiz də çoxdur. Gələcəyə baxışlarımız, ümidlərimiz… Ortaqlıq çoxdur. Bu yaşımızda da düşünürük ki, türk xalqlarının taleyində gələcəkdə nələrsə olacaq. Sağ olsun, bu onun fikridir. Bəlkə də bu fikir bir çox şairləri qıcıqlandıra bilər. Əgər Frudin müəllim bu cür dəyərləndirirsə, çox şadam. Təşəkkür edirəm. Amma mən o fikirdə deyiləm. Əslində Azərbaycan ədəbiyyatının 20-ci əsrdən 21-ci əsrə keçirə bildiyi çox böyük şeirlər var. Məsələn, birini siz dediniz, “Salam, dar ağacı”. İkinci şeir isə Əhməd Cavadın “Çırpınırdı Qara dəniz, baxıb Türkün Bayrağına” şeiridir. Belə nümunələri çox çəkmək olar. Yəni, 20-ci əsrdən 21-ci yüzilə çox şeirlər keçib. Bəlkə də Fridun bəlkə də bunları dostluq xatirinə deyib. Dediyində də müəyyən qədər həqiqət var (xəfifcə gülümsəyir).

-2000-ci illərdən üzübəri ədəbiyyatımızda, daha dəqiq desək poeziyamızda sanki bir yolsuzluq dövrü başladı. Yol, iz, cığır yoxdur. Konkret bədii poetik lövhələr var. Milliyətçilik və ya hansısa məfkurə poeziyamızdan qopmuş vəziyyətdədir. Sanki cərəyan anlayışları poeziyamızdan silinmiş durumdadır. Sizcə bunlar nə ilə əlaqədardır?

-Müasir Azərbaycan şeirinin ən böyük faciəsi odur ki, heç bir şairin öz yolu yoxdur. Əslində heç kim öz yolunu yaratmayıb. Bəlkə də var, gələcəkdə püxtələşəcək və yol kimi görünəcək. Hətta mən iz, cığır belə görmürəm. Hamı kiməsə bənzəmək, kiməsə oxşamaq istəyir. Görkəmli dilçimiz Tofiq Hacıyevin gözəl bir məqaləsi vardı. O zaman yazmışdı ki, son 50 ildə bir Əli Kərim yolu var idi. Oradan bir Ramiz Rövşən çəhliminin ayrıldığını, axır vaxtlar isə yeni iz kimi Rüstəm Behrudinin öz cığırını açdığını vurğulayırdı. Tofiq Hacıyev məşhur bir alimdir. Sevdiyim, hörmət etdiyim bir adamdır. Yəni, indiki şairlərin özlərinin ortaya qoyduğu bir yol yoxdur. Hamı kiməsə oxşamağa çalışır. Bəlkə də gələcəkdə püxtələşəcəklər. Hərənin öz yolu olacaq. Amma hələ ki, mən ədəbiyyatda müstəqil bir yol görmürəm. Bu yol ancaq mənə məxsusdur, onu ancaq mən gedəcəm- deyən birinə rast gəlməmişəm. Bir şeirim var, orada deyirəm ki, mən səni gedəcəyəm ey yol, mənim taleyim, zalım dostlar arxamca gəlsə də, gəlməsə də… Bunu 30 il əvvəl yazmışam. Ağrılı və acılı olsa da heç kim öz yolunu getmək istəmir. Asan üsula əla atırlar. Başqalarının getdiyi yolla məşhurlaşmaq istəyirlər. Hər kəsin öz yolu olmalı, bir kimsəyə bənzəməməli…

-Yaşlı nəslin nümayəndələri pis-yaxşı özlərinə bir yol seçiblər. Onlar bundan sonra öz cığırlarını, yollarını dəyişəsi deyillər. Bəs gənclərdən kimləri oxuyursunuz? Kimlərdə işıq, yol işartıları görürsünüz?

– Feysbuk sosial şəbəkəsində qarşıma çıxan əksər gənc şairləri oxuyuram. İstedadlılar çoxdur. Tural Turan, Emil Rasimoğlu, İntiqam Yaşar, Ümid Nəccari, Fuad Cəfərli, Zakir Qurbanov… Aydan Ay da yaşına görə öz düşüncəsi, poetik dünya görüşü olan biridir. O balaca qızcığaz var ha, onu deyirəm. Bu yaxınlarda bir şair vardı, onun şeirini paylaşdım. Yazdım ki, bu əsl şairdir. Azərbaycanda yaşamır. İndi adını xatırlaya bilmirəm. Belə gənclər çoxdur. Şeirlərini bəyənirəm. Amma bütövlükdə şair kimi görünənlərin sayı çox azdır. Sadaladığım üç-dörd adam var. İndi hamı – bütün Azərbaycan şeir yazır (gülür). Ən dəhşətlisi, bəlkə də ən yazıq gəlinəsi odur ki, hamısı, daha doğrusu, böyük əksəriyyəti özünü dahi hesab edir. Hamı hamıya dərs keçir. Mən sizə deyim ki, Azərbaycanda sözün indiki qədər urvatdan düşdüyü zaman olmayıb. Söz bu qədər urvatdan, dəyərdən düşüb. Çox qəribədir, söz urvatdan düşdükcə kəndirbazlar, falabaxanlar, ədəbiyyata gəlir mənbəyi, şöhrət kimi baxanlar daha da çoxalır. Hansı məclisə gedirəmsə, görürəm ki, məndən başqa hamı şairdi, hamı şeir oxuyur, hətta onların arasında elələri var ki, 15-20 kitabı çıxıb.

– Rüstəm müəllim, gələk bu “Xalq şairləri məsələsi”nə. Bir müddət öncə bir neçə şair fəxri ada layiq görüldü. Kimlər haqqını aldı, kimlərə haqsız verildi?..

– Söyləsəm ki, ad məsələsi pis şeydir, deyəcəklər ki, Rüstəm Behrudiyə ad-zad verməyiblər. Ona görə belə danışır. Təbii ki, siz məni tanıyırsınız. Fəxri adlarla bağlı düşüncələrimi təxminən 20 il bundan əvvəl yazmışdım. Yəni, fəxri adlar ədəbiyyatın ölçüsü ola bilməz. Amma çox sevdiyim dostum Kamal Abdulla Xalq yazıçısı fəxri adı aldı. Onu təqdir edirəm. Dostum Ramiz Rövşən uzun illərdir ki, xalqın şairidir. İndi də Xalq şairi fəxri adı aldı. Azərbaycanın sevimli şairidir. Musa Yaqubla 40 ilə yaxın dostluğumuz var. O da artıq canlı klassikə çevrilmişdi. O da Xalq şairi fəxri adına layiq idi və aldı. Burada mənə çox qəribə gələn bir nüans da oldu. Mənim ilk şeirlərimi “Ulduz” jurnalında çap edən, onun da ilk kitabının adını qoyduğum, redaktoru olduğum Vaqif Cəbrayılzadəyə (Vaqif Bayatlı Odər – red.) münasibət məni çox narahat etdi. Ona Azərbaycanın İncəsənət xadimi adı veriblər. Vaqif isə ömrü boyu incəsənətin bir növü ilə məşğul olub. O da şeir yazmaqla. Mən belə düşünürəm ki, Xalq şairi fəxri adına ən layiqli adamlardan biri də elə Vaqif Cəbrayılzadə idi. Vaqif Cəbrayılzadəyə Xalq şairi adının verilməməsini haqsızlıq hesab edirəm. Çünki onun gördüyü yeganə iş şeir yazmaq idi. Onu da mükəmməl şəkildə bacaran adamdır. Əgər başqalarına verilirdisə, birinci növbədə ona verilməli idi. Ancaq ona Əməkdar İncəsənət xadimi adı verildi. Bu da ədəbiyyat adına düzgün bir yanaşma deyil. Amma ədəbiyyatımızda fəxri adlar məsələsindən danışanda başqa nümunələrə də rast gəlirik. Məsələn, Əkrəm Əylisli nümunəsi var. O, Azərbaycanda ən böyük mükafatları almışdı. Xalq yazıçısından tutmuş ən yüksək orden və medalları almışdı. Günlərin bir günü ona Xalq yazıçısı fəxri adını və həmin orden-medalları verənlər hamısını geri aldı. Deməli, fəxri adların geri alınma ehtimalları da çoxdur. Əgər bir seyi istənilən vaxt səndən geri ala bilərlərsə, onunla təltif olunmağa nə hacət?! İnsanın ən böyük dəyərlərindən biri də imtina etmək bacarığıdır. Lazım olduğu anda bir şeydən imtina edə biləsən. İnsan bununla – xarakteri, şəxsiyyəti, imtina etmək bacarığı ilə böyükdür. İnsan bu cür dəyərlərlə formalaşır. Mən demirəm ki, bu şeylər – fəxri adlar, titullar pis şeydir. Prezident düz edib Ramiz Rövşənə, Vaqif Cəbrayılzadəyə, Kamal Abdullaya fəxri adlar verib. Çünki Azərbaycanda yoldan keçən də Xalq artistidir, Xalq şairidir, Xalq yazıçısıdır. Onların içərisində bizim tanıyıb-tanımadığımız, qəbul edib-etmədiklərimiz də var… Azərbaycan dilində bir kəlmə danışa bilməyən adam da Xalq yazıçısıdır. Məsələn, Çingiz Abdullayev. O da Xalq yazıçısıdır. Xalq şairlərini də bilirsiniz. İndi adları yadıma düşmür. Çünki onlar mənim üçün şair deyillər. Ona görə də adları yadımda qalmır. Deməli, bu ölçülər düzgün ölçülər deyil. Ədəbiyyatda mükafatlar məsələsində Əkrəm Əylisli nümunəsi varsa, deməli bunların hamısı boş və cəfəngiyat bir şeydir. Yəni, sənə verilən şeyi nə vaxtsa səndən geri ala bilərlər. Əgər sənə veriləni səndən almaq mümkündürsə, ona layiq görülmək və ya buna can atmaq nəyə lazımdır?! İstənilən halda hamıya verilirsə, niyə Ramiz, Kamal, Vaqif, Musa almamalıdır?! Amma bu mükafatlara görə pul verilib-verilmədiyini mən bilmirəm. Çünki mən Yazıçılar Birliyinin üzvü deyiləm. Heç nizamnaməsini də oxumamışam. Bu mükafatlara görə pul verilib-verilməməsindən də xəbərim yoxdur. Varsa, bu da yaxşıdır. Ola bilsin ki, həmin adamların pula ehtiyacları var. Bu yaşdan sonra gedib harada işləyə bilərlər ki?! Bəlkə onlara maddi yardım da ediləcək. Məsələn, mənim buna ehtiyacım yoxdur. Mənim əlimin qabarına baxın (əllərinin içini açıb göstərir) bağımda nə varsa, özüm əkib-becərmişəm. Özüm əkib-biçirəm. Dolanıram. Azərbaycanda heç kim bilmir ki, mən nə işlə məşğulam. Nə ilə dolanıram…

-Sirr deyilsə, nə işlə məşğulsunuz?

-Kənardan baxan adam da deyir ki, Rüstəm Behrudi yaxşı yaşayır. Mən öz əlimin qabarına görə yaxşı yaşayıram. Zəhmət çəkirəm. Mənim heç kimə ehtiyacım yoxdur. Azərbaycanda bir adam deyə bilməz ki, mən Rüstəm Behrudi üçün nəsə eləmişəm. Çünki mən həmin adamlara bunu demək üçün haqq verməmişəm. Nə etmişəmsə, özüm etmişəm. Elə olub ki, ev təmir edərkən o fiziki işləri də özüm görmüşəm. Yaşımın bu çağında həmin fiziki işləri görə bilirəm. Ona görə də mənim hansısa mükafata, ondan gələn vəsaitə ehtiyacım yoxdur.

– Bu yaxınlarda ölkə başçısı Yazıçılar Birliyinə 800 min manat pul ayırdı. AYB – də ayrılan vəsaitdən tələm-tələsik bir mükafat fondu düzəltdi. Kamal Abdullaya, Sabir Rüstəmxanlıya, Elçin Əfəndiyevə pul ayırdı. Özü də 2000 manat. Buna adları çəkilən yazıçıların ehtiyacları var idimi? İmkansızlıqdan kitabını çap edə bilməyən nə qədər gənc yazarlarımız var…Həmin pul ehtiyacı olan istedadlı gənc yazarlara verilsə, daha yaxşı olmazdımı?

-Təbbi ki, doğrudur. Adlarını çəkdiyiniz adamların heç birinin həmin pula ehtiyacları yoxdur. Məşhur bir məsəl var, deyilir ki, insanı məhv etmək üçün ona çox etmək lazım deyil. Arzularını keçiltsəniz bəsdir. Bəlkə həmin yaşda onlar daha çox şey istəyir. Amma mən belə düşünmürəm. Nə Kamal Abdullanın, nə Sabir Rüstəmxanlının bu kimi şeylərə ehtiyacı yoxdur. Düz deyirsiniz, həmin pulları ehtiyacı olan cavan şairlərə, yazıçılara vermək lazım idi. Bu da həmin gənclərə öz yaradıcılıqları ilə məşğul olmaq imkanları verəcəkdi. Düşünürəm ki, bu məsələ də məqsədli şəkildə edilib. Yəni, Azərbaycandakı istedadlı adamlar “Moşu”ya, “Gülümsərov”a çevrilsin. Çünki cəmiyyətin ruhunu ifadə eləyə biləcək adamların fikirləri yuxarıdakıların düşüncəsindən fərqli olanda bu yuxarıdakılara sərf eləmir. Bəlkə də məhz buna görə gənc şair və yazıçılara verməyiblər. Çünki o adamların yolları bəllidir. Artıq onlar açılmış kartdır. Onlara nə etməli olduqlarını yaxşı bilirlər. Amma cavan nəsli bilmirlər. Onların nə işlə məşğul olacaqları, nələr yazacaqları bəlli deyil. Cavan nəsil yazarlar onlar üçün çox təhlükəlidir.

-Azərbaycanda fəth olunmayan şair və yazıçılar sırasında kimlərin adını çəkə bilərsiniz? Yəni, həmin şairlər bu və ya digər mənada ələ alınmadı, fəth edə bilmədilər…

– Baxın, 30 il Yazıçılar İttifaqının üzvü olmuşam. Heç kim deyə bilməz ki, 30 ildə mən oradan 1 manat pul almışam. Yaxud ev, maşın verilib. Heç kim deyə bilməz! Hətta kitablarımı belə onlar çap etməyib. Xətta xaricdə çap olunan kitablarımdan belə xəbərləri yoxdur. Həbsdə olanda oradan Yazıçılar İttifaqına məktub yazdım. Hətta həbsxanadan çıxandan sonra da məktubuma cavab vermədilər. Belə nümunələr var. Misal olaraq özümü çəkə bilərəm, Rüstəm Behrudi! Başqa kimi deyə bilərəm, siz mənə kömək edin…(ani susqunluq).

-Mükafat alana qədər Ramiz Rövşəni deyə bilərdik…

-Ramiz Rövşənin özü; o mükafat alsa belə bizim adamdır. Ramiz Rövşən Xalq şairi adını alanların əksəriyyətindən daha çox haqq etmişdi bu adı. Eləcə də Vaqif Cəbrayılzadə üçün hər hansı mükafatın fərqi yoxdur. Vaqif üçün də fərqi yoxdur, o mükafatı ona niyə, hansı məqsədlə veriblər. Düşünürəm ki, Ramiz Rövşən üçün də bunun fərqi yoxdur.

-Rüstəm müəllim, bəs bir gün sizin özünüzə fəxri adlar versələr… Onda necə olacaq, götürəcəksiniz ya yox?

-Desəm ki, almayacağam. Deyəcəklər ki, buna verməyiblər, ona görə də belə danışır. Yenə deyirəm, 20 il bundan əvvəl yazmışdım ki, fəxri adlar ədəbiyyatın göstəricisi ola bilməz. Ədəbiyyat təkbaşına adamların işidir. Mən təkbaşına öz missiyamı yerinə yetirirəm. Mən şeir yazarkən nə xalqın qarşısında öhdəlik götürmüşəm, nə də xalqın mənim qarşımda öhdəliyi var. Yəni, mən xalqa şeir yazacam, o da bunun qarşısında orden və medal verəcək. Heç vaxt bu cür düşünməmişəm. Xalqın mənim qabağımda belə bir öhdəliyi yoxdur. Heç hökumətin də belə bir öhdəliyi olmamalıdır. Məşhur bir Xalq şairi var idi, dostluq münasibətlərimiz vardı, o deyirdi ki, şairi xalq saxlamalıdır. Mən ona bildirirdim ki, xalq sənə get şeir yaz demir. Buna görə mən səni saxlayacam- cümləsini də söyləmir. Get daş yon, bina tik, yol çək… Özünə lazım olan azuqəni özün topla. Xalq səni saxlamaqla qarşı öhdəlik götürməyib. Sən şeir yazmaya da bilərsən. Xalqın sənin yazdıqlarına da ehtiyacı yoxdur. Əgər sən ondan nəsə umursansa… Məsələn, şair Əlisəmid Kür… hansı mükafatı alıb? Bəzən küçədən keçəndə bir çoxu onu tanımaya bilər. Amma Azərbaycanın 3-5 şairindən biridir. Doğrudan da Əlisəmid şairdir. Məsələn, Akif Səməd var idi. Bu il də 60 illiyidir. Çox yaxın dost olmuşuq. Bu adamın ömrü boyu təmənnası olmadı. Təmənna ummadan ancaq şeir yazmaqla məşğul idi. Akif Səmədin nə xalqdan, nə ölkədən heç bir təmənnası yox idi. Tanrının ona verdiyi işlə məşğul idi. Elə Ağamalı Sadiq Əfəndi olsun, o da təmanna uman adam deyildi.

Vahid Əzizin Xalq şairi fəxri adına layiq görüləcəyini gözləyirdinizmi?

-Yox, gözləmirdim.

-Əgər Azərbaycanda yaşayan bir şairə və bir şeirə heykəl qoyulsaydı o hansı şair və şeir olardı?

-Onu mən deyə bilmərəm. Desəm səmimiyyətdən çox uzaq olar.

-Rüstəm müəllim, tez-tez xarici səfərlərdə olursunuz. Gəzib dolaşırsınız. Xaricdən Azərbaycan, bizim ədəbiyyatımız necə görsənir? Oradan görünən boyu nə qədərdir?

-Bir dəfə Avropaya getmişdim. 10-15 gün qaldım. Yuxarı elitanın nümayəndələri ilə görüşmüşdüm. Bakıya qayıtdıqdan sonra televiziyaların birinə çağırmışdılar. O zaman da bu sualı vermişdilər. Mən cavab verdim ki, Avropadan Azərbaycan görsənmir. İndi də belədir. Çünki onlar təkcə Bakını tanıyırlar. Bir də ki, axır vaxtlar Avroviziya müsabiqəsi, Avroliqa futbol turniri və bunu kimi beynəlxalq yarışlar keçirilib. Ola bilsin ki, bir də həmin azarkeşlər tanısın. Biz Azərbaycan haqqında çox böyük iddia ilə danışırıq. Düşünmək azdır, həmin səviyyəyə qaldırmaq söhbəti var. Kubada olmuşam. Orada heç Azərbaycanın harada yerləşdiyini bilmirlər. Vyetnamda da tanımırlar. Olduğum ölkələrdən misal çəkirəm. Avropada tək-tük adamlar neftə görə Bakını tanıyırlar. Afrikada Nelson Mandelanın evinin inzibatçısı ilə dostlaşmışdım. Dedim ki, Azərbaycandan gəlmişəm. Bir saat xəritədə Azərbaycanı axtardı. Söylədi ki, belə bir ölkə tanımır. Azərbaycan nefti ilə yox, Nizamisi, Nəsimisi, Füzulisi ilə tanınmalı idi. Onları təbliğ etməliydik. Arif Məlikov kimi böyük bir istedad dünyasını dəyişdi. Azərbaycanda bir nəfərin tükü də tərpənmədi. Onun “Məhəbbət əfsanəsi” dünyanın bütün səhnələrində tamaşaya qoyuldu. Baxıldı. Təkcə Azərbaycandan başqa… bütün düya onu bu əsərlə tanıyır. Avropanın elitar təbəqəsi Azərbaycanı bu kimi şəxsiyyətləri ilə tanıyırlar.

-Azərbaycan yazıçı və şairlərinin dünyaya çıxa bilməməsinin səbəblərindən çoxları danışıb. Bizimkilər dünyanın dilini, nə istədiyini bilmədikləri üçün dünya ədəbiyyatına düşə bilmirlər, yoxsa başqa səbəblər də var?

-Burada məsələ başqadır. Dünyaya çıxmaq üçün istedaddan başqa heç nəyə ehtiyac yoxdur. Gözəl şeiri fransız da, ingilis də tapıb oxuyur. Mən bu qənaətdəyəm. Maddi dəstək, pul… bunlar boş şeylərdir. Avropada belədir, naşir baxıb görür ki, filankəs istedadlı adamdır. Götürüb çap edir. Burada tanışlıq keçmir ki?!. Xaricdə mənim də kitablarım çap edilib. Heç birindən də xəbərim olmayıb. Çapdan çıxandan sonra bilmişəm. Nümunələrini göndəriblər. Əgər oxucu hər hansı müəllifi istəmirsə və bu və ya digər müəllifin əsəri naşirə gəlir gətirməyəcəksə, onu çap etmir. Dünyaya çıxmağın bir yolu var – istedad! Artur Remboad adlı bir şair var. Çox sevirəm şeirlərini. Afrikaya gedib gəldikdən sonra gənc yaşında dünyasını dəyişdi. İndi bütün dünya onu tanıyır. Çünki istedadlı bir adam idi. Şeirlərini hamı axtarıb tapdı. Oxudu. Qiymətini də verdi. Çap etdilər. Sənət başqa şeydi. Məsələn Van Qoq. Şizofreniyaya yoluxmuş bir xəstə idi. Sağlığında dərman almağa pulu yox idi. Yemək almağa da pulu olmurdu. Amma indi onun əsərləri milyonlarla dollara satılır. Deməli əsəs olan ortaya sənət qoymaqdır. Qalan şeylər boşdur. Heç bir böyük ədəbiyyat, fikir adamı zamanında öz qiymətini almayıb. Hətta dünyanın ən böyük yazıçıları da… “Nobel” mükafatını almayan və ona layiq olanlar alanlardan daha çoxdur. Bu gün də, sabah da həmin adamların əsərləri oxunacaq. Çünki istedadlı olublar. Ədəbiyyatın istedaddan başqa göstəricisi yoxdur. 100 adam bir müəllif haqqında yazı yazsın, xeyri yoxdur. Oxucu müəllifi oxuduqdan sonra onun qiymətini verir. Hər hansı bir müəllifi oxucuya zorla pərçimləmək mümkün deyil. Xalq yazıçısı, şairi fəxri adlarını alan bəzi yazıçılar var. Onların təmtəraqlı yubleyləri keçirilir. Həmin tədbirlərdə onları ancaq tərifləyirlər. Heç nə oxumurlar. Əhməd Cavadı bu qədər möhtəşəmliyi ilə heç kim görmürdü. İllər keçəndən sonra bir şeiri ilə ədəbiyyat tarixinə düşdü. Bütün şairlər dünya ədəbiyyatında, yerli ədəbiyyatda cəmi bir şeirlə qalır. O birilər həmişə həmin şeirə yardımçı olur. Həmin şeirin işığına toplaşır.

Müsahibəni apardı: Tural Turan

Mənbə: “Nə xalqın, nə də hökumətin şairi dolandırmaq öhdəliyi var” 

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru


AAB VƏ NÖQSANLAR

MÜSAHİBİMİZ ALİM, ŞAİR-FİLOSOF HACI LOĞMAN BABACANDIR:

Azərbaycan şifahi xalq ədəbiyyatımızın bir qolu da aşıq yaradıcılığıdır. Hələ Sovetlər Birliyi dövründə bu sənəti qoruyub-saxlamaq, dünya ictimayiyyətinə çatdırmaq üçün Azərbaycanda Aşıqlar Birliyi adlı qurum yaradıldı. Sözügedən birliyə Xalq şairləri Hüseyn Arif və Zəlimxan Yaqub sədrlik edərək, bu sənəti daha da yüksək zirvələrə qaldırmışdılar.

Aşıq yaradıcılığı sənətinin inkişafında Azərbaycan Aşıqlar Birliyinin üzvü, ələsgərşünas alim, şair-filosof Hacı Loğman Babacanın adını çəkməmək olmur. Onun Aşıq Ələsgər haqqında yazdığı 570 səhifəlik elmi monoqrafiyası öz dəyəri ilə seçilir. 

Aşıqlar Birliyinin sabiq sədri, Xalq şairi Zəlimxan Yaqub Hacı Loğmanın Ələsgər haqqında yazdığı elmi tədqiqat əsərinə “Ön söz”də qeyd edib:
– Gövhər olar dəryalarda dərində,
Onu qəvvas çəkər Ay üzə tək-tək. 
Qəvvas gövhərini necə üzə çıxarırsa, alim də Aşıq Ələsgərin elmini, helmini elə üzə çıxarmalıdır. Bu mənada, şair-tədqiqatçı Hacı Loğmanın Ələsgər yaradıcılığına yeni baxışı, yeni münasibəti diqqət çəkir. Aşıq Ələsgəri Abdal, Mövlanə, Şeyx Sufi kimi təhlil etmək o qədər də asan iş deyil. Hacı Loğmanın qələmində ustadın qoşmaları, gəraylıları, təcnisləri, divaniləri, gözəlləmə, şikayətnamələri, ustadnamə və deyişmələri yüksək səviyyədə açılır, təhlil olunur. Demək olar ki, onun bütün şeirlərinə yeni münasibət bildirilir. “Dədə Qorqud”dan üzübəri elə bir aşıq və şair tanımıram ki, onun şeirləri Ələsgərin şeirləri qədər dillərdə əzbər olsun. Bəs bunun sirri, sehri, ovsunu, cazibəsi nədədir? Bu suala Hacı Loğman qələmi aydınlıq gətirir.
Budəfəki müsahibimiz ələsgərşünas alim, filosof-şair Hacı Loğmandır: 
– Hacı Loğman, bir ələsgərşünas alim, filosof-şair kimi sizi təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkəsində tanıyırlar. Hər gün mətbuatı, televiziya kanallarını izləyirik. Türk mədəniyyətinin başlıca elementi aşıq sənətinin təbliğində və öyrənlməsində bir tədqiqatçı alim kimi sizin zəhmətiniz az olmayıb. Amma həmin tədbirlərdə siz görünmürsünüz. Bu, nədən irəli gəlir? 
– Bir ziyalı kimi deyə bilərəm ki, hər birimizin qarşısında bu gün və sabahımız üçün böyük məsul vəzifələr durur. Bizə qədər min bir əzab-əziyyətlərlə qorunub-saxlanılmış bu ulu sənətin gələcək nəsillərə necə ötürülməsi məsələsi çox vacib olan günün ən aktrual problemlərindən biridir. Çünki bugünümüzə qədər Sovetlər dönəmində aparılan məqsədyönlü siyasətdə qeyri-xristian xalqlara qarşı proqramlaşdırılmış siyasət xalqları milli kökündən, mədəniyyətindən uzaqlaşdırmağa, tarixini və özünü unutmağa yönəltmişdir. Həmin sırada ən öndəgedən Azəri türklərinin dünyanın ən qədim sivil mədəniyyətə malik olması Qərb tərəfindən daim öyrənilmiş, tədqiq olunmuş və onun tarixini məhv etməyə yönəldilən siyasət aparılmışdır. Hətta mən bu barədə “Novruzum, Oğuzum” kitabında açıqlamalar vermişəm. Sözümün canı odur ki, hər bir ziyalı Azərbaycan mədəniyyətinə və tarixinə xidmət edən ən sadə bir yazını belə təbliğ etməli, alqışlamalıdır. Ancaq nədənsə, mənə qarşı olan münasibət tamamilə başqadır. Doğru deyirsiniz, üç ildən çoxdur, Aşıq Ələsgər haqqında televiziya kanallarında ardıcıl verilişlər gedir, respublikasəviyyəli tədbirlər keçirilir, amma onların heç birinə məni dəvət etməyiblər. Bu barədə Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlıya telefon açıb, iradımı bildirdim, mənə qarşı olan bu soyuqluğun səbəbini soruşdim. Əslində, bu mənə qarşı deyil, Azərbaycan mədəniyyətinə, sənətinə qarşı olan bir xəyanətdir. M. Qasımlı deyir ki, sənin yazdığın “Aşıq Ələsgər” kitabını qəbul etmədilər.
– Buna səbəb nə idi?
– Doğrusu, M. Qasımlının dedikləri gülünc bir haldır. Halbuki bu kitab haqqında 20-yə yaxın dünyanın məşhur alimlərinin məqalələri, elmi fikirləri dərc olunub. Amma M. Qasımlıdan bunun səbəbini soruşanda, belə cavan verdi ki, “Sən İran Aşıqlar Birliyinin sədri Səlzuq Şahbazi ilə dostluq edirsən. Hərçənd, o mənim düşmənimdir. Ona görə də biz səni yaxına qoymuruq”. 
Belə yerdə Məşədi İbad demişkən, heç hənanın yeridir? Xalqın mədəniyyətini, keçmişini şəxsi münasibətlərlə qarışdırmaq olarmı? Sadəcə, bu, bəhanədir, bu ancaq qısqanclıqdır, paxıllıqdır. Burada başqa bir səbəb də vardır. Açığını deyim, bu həqiqətləri təbliğ edib xalqa çatdırmaq, əslində, çox alimlərin mənasız elmi işlərinin ifşa olunması deməkdir. Onsuz da Aşıq Ələsgər haqqında yazdığım bu kitab dünyanın bir çox ölkəsinə yayılıb.
– Deyə bilərsinizmi, Aşıqlar Birliyinin Zəlimxan Yaqubdan sonrakı durumu nə yerdədir? 
– Zəlimxan Yaqub aşıq sənətini diriltdi, ayağa qaldırdı. Təsadüfi deyil ki, dünya mədəniyyətinin və sənətinin dahiyanə bilicisi, Müstəqil Azərbaycan Dövlətinin memarı və qurucusu olan ulu öndər Heydər Əliyev məhz Zəlimxan Yaqubu bu birliyə rəhbər təyin etmişdi. Çünki Z.Yaqub elmə, mədəniyyətimizə, milliliyimizə xidmət edən böyük şəxsiyyətlərdən biri idi. Z. Yaqubla Birliyin indiki rəhbərliyi arasında böyük fərq var. Yeri gəlmişkən deyim ki, Ələsgərlə bağlı kitabım çapdan çıxanda, onun ilk nüsxəsini aparıb evlərində Zəlimxan Yaquba verdim. Xəstə olmasına baxmayaraq, Z.Yaqub kitabı alıb vərəqlədi və mənə dedi ki, “10 dəqiqədən sonra bizə gələ bilərsənmi?”. …Martın əvvəlləri, soyuqlu bir hava idi. Dedim, gələrəm. On dəqiqə tamamında Z. Yaqubgilə getdim. Həyət evinin darvazasının çölündə məni gözlədiyini gördüm. Dedim, “Qağa, axı xəstə adamsan, sizə soyuq ola bilər”. Dedi, “Loğman, sən mənim qardaşımsan, bu sənin öz evindir. Mənim evimə sən yox, Ələsgər qonaq gəlib, onu qarşılamağa çıxmışam”. 
Ancaq bu kitabı Məhərrəm Qasımlıya verəndə təbrik etmək, oxumaq əvəzinə, nöqsan axtarmağa başladı. Ona görə də Aşıqlar Birliyində hərc-mərclik yaranıb. Mən haqlı olaraq onları bir neçə dəfə tənqid etmişəm. Kiçik bir misal; yalnız Tovuzdan olan aşıqlara “Əməkdar mədəniyyət işçisi” adı verilir. Məhəmmədəli Məşədiyev adlı bir sənət bilicisini özünə müavin təyin edib. Məhəmmədəlinin çox savadlı adam olduğunu görüb, onu Birlikdən uzaqlaşdırdı. Əgər belə davam etsə, bu aşıq sənəti tənəzzülə gedə bilər. Sənəti kamil bilən ustadlar və aşıqlar bu gün Aşıqlar Birliyindən kənarda qalıb. Təəssüflər olsun, aşıq sənətini də şou aləminə çeviriblər.

Müsahibəni apardı: Qələndər Xaçınçaylı

Mənbə: “Aşıq sənəti də şoulaşdırılıb…” 

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru