MƏMMƏD ARAZ

AZƏRBAYCAN – DÜNYAM MƏNİM

( “Azərbaycan!” deyiləndə ayağa dur ki, … )

Azərbaycan – qayalarda

bitən bir çiçək,

Azərbaycan –

çiçəklərin içində qaya.

Mənim könlüm bu torpağı

vəsf eləyərək,

Azərbaycan dünyasından

baxar dünyaya.

Azərbaycan mayası nur,

qayəsi nur ki…

Hər daşından alov dilli

ox ola bilər.

“Azərbaycan!” deyiləndə

ayağa dur ki,

Füzulinin ürəyinə toxuna bilər.

Oğulları Kür gəzdirər biləklərində,

Oğulların göz atəşi gözəl əridir.

Azərbaycan səhərinin

bəbəklərində

Qütb ulduzu,

dan ulduzu gözəlləridir.

Tariximə qara xətli hicri, miladi

Qılıncların qan ağzıyla

yazılmadımı?

Babaların boz çöllərə bənzər

Muradı

Qızıl bayraq

dalğasından yaz almadımı?!

İllər olub-kürrələrdə

dəmir olmuşuq.

Sərhədlərdə dayanmışıq

küləkdən ayıq.

Od gölündə,

buz çölündə gəmi olmuşuq,

Biz Bakının ilk səadət carçılarıyıq.

Min illərlə zülmətlərə yollar açıqdı,

Dalğalandı Sabirlərin

ümman dünyası,

Azərbaycan qatarı da yollara çıxdı

Dağılanda Qoca şərqin

duman dünyası.

Azərbaycan mayası nur,

qayəsi nur ki…

Hər daşından alov dilli

ox ola bilər.

“Azərbaycan!” deyiləndə

ayağa dur ki,

Ana yurdun ürəyinə toxuna bilər.

Müəllif: Məmməd Araz (www.memmedaraz.az)

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

TOFİQ QƏBUL – SÖZ…

Tofiq QəbuLUN SÖZ DÜNYASI, ÖZ DÜNYASI

YALAN İLAN BAŞI

İçimdə acı var, dərd var, ələm var,
Barışa bilmirəm yalanlar ilə.
Yalan ayaq tutsa, xəyanət saçar.
Yalanlar sirdaşdır ilanlar ilə.

Yalan yıxan evlər bir də tikilməz,
Axı çox görmüşük ağ yalanları.
Dünyamız qayğılı, heç üzü gülməz,
Çiynində daşıyır dağ yalanları.

Yalan tikə-tikə udur yurdumu,
Dünyanın gözünü bağlıyanlar var.
Bu gün qara donlu düşmən qudurur,
Onu gecə-gündüz yallIyanlar var.

Şuşanın yolları duman, çən olub,
Xankəndim çökübdür dizləri üstə.
Qarabağ yurduma ağ kəfən olub,
Götürüb qoyuram gözlərim üstə.

İçimdə acı var, dərd var, ələm var,
Şuşamın işğalı düşür yadıma.
Xalqımı sındırmaz min-min yalanlar,
Göz yaşı yaraşır ancaq qadına.

Xalqım inadını bıçaq eləsə,
Yalanın ipləri kəsiləcəkdir
Bütövlük andını bayraq eləsə,
Yalan ilan başı, əziləcəkdir.

8.05.2008.

= = = =

HANSI HAQLI?

Könlüm deyən başqa şeydir, həyat deyən başqa şey,
Könlüm həyat ilə, vallah, uzlaşmır ki, uzlaşmır.
Könlüm deyən qayğı, istək, könlüm deyən sevgi hey
Həyat deyən bir cəngəllik, könlüm ilə yollaşmır.

Könlüm qucaq açır eşqə, ünsiyyətə, vəhdətə,
Həyat isə bir burulğan, min hiyləsi, toru var.
Könlüm yaddır qəzəb, kinə, könlüm yaddır nifrətə
Həyat isə yeniş- yoxuş, dolusu var, qarı var.

Könlüm haqlı, yoxsa həyat? Qoy ariflər söyləsin,
Könlüm batıb göz yaşına, inim-inim inləyir.
Həyat axır bildiyi tək, kim göynəyir, göynəsin.
Həyat baxır bu dünyaya, yalnız onu dinləyir.

3.08.2019.

Müəllif: TOFİQ QƏBUL

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Zaur Ustac – 6 – cı yazı

ALTINCI  YAZI

RUH VƏ YUXU  HAQQINDA

Yuxu və ruh bəşər övladı yaranandan onu düşündürməyə başlamışdır. Zaman-zaman bilicilər və elm adamları bu barədə müəyyən sözlər, fikirlər söyləsələr də əsas odur ki, günümüzə qədər ruhun nə, yuxunun nə olduğu barədə heç kim dəqiq fikir ortaya qoya bilməmişdir. Bir balaca da dinin təsiri və basqısı altında bu sahə sanki, toxunulmaz elan olunmuş sirli bir tabudur. Əsasən son üç əsr ərzində bir neçə dəfə başqa-başqa elm adamları tərəfindən ciddi cəhdlər olsa da fakt odur ki, günümüzədək konkret olaraq ruhla yuxunun əlaqəsi, onların ümumiyyətlə bir-biriilə yaxın yoxsa heç əlaqəsi olmayan anlayışlar olduğunu ortaya qoyan sistemli bir fikir yoxdur. Bu yerdə elan edirəm ki, ruh və yuxu heç də çoxlarının iddia edib, dəstəklədiyi kimi sirli  aləm deyil, tam əksinə 2+2=4 edir qəbul etdiyimiz hesab kimi aydın, net bir anlayışdır. Və beləliklə, RUH MADDİDİR, YUXUGÖRMƏ HADİSƏSİ BUNU SÜBÜT EDƏN ƏN BARİZ NÜMUNƏDİR.

 Ruh maddidir, bədən dediyimiz orqanizmə daxil olur və heç bir dəyişikliyə uğramadan oranı tərk edir. Ruhun bədənə istənilən vaxt daxil olub çox rahat şəkildə də tərk etdiyini qəbul etsək, eyni bir ruh  dəfələrlə  bizim üçün çox nisbi olan müxtəlif zaman və məkanlarda başqa-başqa bədənlədə ola bilməsi reallığı məntiqidir. Deməli, buradan belə nəticəyə gəlmək olar ki, RUH MADDİDİR, SABİTDİR VƏ MÜTƏHƏRRİKDİR.

Ruh maddidir – ruhun bədənə daxil olub və ya oranı tərk etməsi sübuta ehtiyacı olmayan hamının gözlə gördüyü,  görməyənlərin də görə biləcəyi real həyat hadisəsidir.

Ruh sabitdir- yəni ruh bir bədəndə olan zaman heçbir dəyişikliyə uğramır 9-yaşlı uşaqla, 90 – yaşlı ahılın ruhu arasında heç bir fərq yoxur. Bir ruh, bir bədəndə 100 il qalsa da qəti olaraq  heç bir dəyişikliyə uğramır!!!! Sadəcə çox nadir hallarda ola bilər ki, bir bədəndə başqa-başqa vaxtlarda ayrı-ayrı ruhlar mövcud olsun. Görünür bu ruhlar gəzintidən qayıdanda ünvanı səhv salırlar ya da bədəndə baş vermiş ciddi dəyişikliklər (yaxşıya və ya pisə doğru – insanın nə ilə qidalanması onun ruhuna birbaşa təsir edən amildir) əvvəlki ruhun daha həmin bədəndə yaşamasını məqbul etmir. Əksi də tam məntiqidir yeni bir ruh bu bədəndə yaşamaq istəyir.

Ruh mütəhərrikdir – onun sərbəstliyi ancaq bədən adlı evə təhkimçiliyi ilə məhdudlaşır ki, oranı da müəyyən zamanlarda tərk edib, qayıtmaq iqtidarındadır. Yuxu hadisəsi zamanı ruhlar tam sərbəst olurlar. (Onlar ya bədəndə, ya bədənin yaxınlığında və hətta ola bilir ki, zaman-məkan anlayışlarını aşaraq çox-çox uzaqlarda olurlar – bu prosesi yatdığımız zaman yuxunun dərinliyi sübut edir.)

RUHLAR İKİ ƏSAS QRUPA BÖLÜNÜR

Hamımızın dildən-dilə, ağızdan-ağıza eşitdiyimiz pis ruh anlayışı səbəbsiz deyil. Necə deyərlər, “od olmayan yerdən tüstü çıxmaz” . Pis olan yerdə bunun əksi olan yaxşı da mütləq olmalıdır. Əslində necədir? Bütün RUHLAR İKİ ƏSAS QRUPA BÖLÜNÜR. Bu qruplar da öz növbəsində yarımqruplara bölünür.

ƏSAS QRUPLAR:

  • Yaxşı (xoş) ruhlar,
  • Pis (bəd) ruhlar.

Yaxşı ruhlar da öz növbəsində iki yarımqrupa bölünür:

  • Çox  yaxşı ruhlar,
  • Nisbətən yaxşı ruhlar.

Pis ruhlar da öz növbəsində iki yarımqrupa bölünür:

  • Nisbətən pis ruhlar,
  • Çox pis ruhlar.

Ruhları necə tanıyırıq? Ruhlar bir-birini tanıyırlar. Biz hər hansı bir yerə birinci dəfə getdiyimizdə, yəni tanımadığımız adamların içinə düşdükdə, məclislərdə, növbələrdə, qəbullarda, nəqliyyatda, cürbəcür yad adamlar çox olan yerlərdə heç tanımadığımız, ilk dəfə lap uzaqdan gördüyümüz adamlar haqqında anındaca müəyyən qəti fikir formalaşır və biz sanradan fikrimizdə yanılmadığımızın şahidi oluruq. Bu real həyat hadisəsi ruhların bir-birini tanıdığını açıq-aşkar sübutudur. Sözsüz ki, bütün bu anlatdıqlarım nə vaxtsa bizim ata-babalarımıza da məlum olub. Məsələn, RUHUN NÖVLƏRƏ AYRILMASINI sübut edən dəlilin izləri bizim atalar sözündə  belə bir cümlədə – uazqdan görən kimi “quşum qondu” sənə. Bu nə deməkdir? Ruhun daşıyıcısı olan bədən lazımı nöqtəyə hələ çatmamış, bədəndə olan ruh öz mütəhərrikliyi, yaddaşı və əhatə arealı əsasında anıdaca bədəni məlumatlandırir. Təbii olaraq yuvasını, evini pislikdən, gələ biləcək zərərdən qorumaq və ya xeyirə, yaxşıya  yönəltmək üçün. Bizi yanında olanda özümüzü çox rahat hiss etdiyimiz adamlarla eyni növ ruhun daşıyıcısıyıq. (Əlbətdə yaxşı və pis anlayışlarının dəyişkən qütblərdə olan tam nisbiliyini qəbul etmək şərti ilə….)

YUXUGÖRMƏ HADİSƏSİ

Yuxu (röya)  ruhun gəzintisidir. Yuxular (röyalar) üç  qrupa bölünür:

  • Keçmişin izləri,
  • Indiki zaman,
  • Gələcəkdən xəbər.

Prinsip etibari ilə yuxugörmə hadisəsi ilə bağlı müəyyən fikirlər zaman –zaman söylənilib. Xüsusi ilə ilk iki qrup barəsində tutarlı mülahizələr mövcuddur. Mən burada ancaq Ziqmund Freydin adını çəkməklə kifayətlənəcəm. (Bunun bir əsas səbəbi var ki, ancaq əmin olduğum həqiqət barədə danışmağı xoşlayıram, fikir deyəndə istinad etməyi o qədər də xoşlamıram – çünki, mən özüm əmin olmayandan sonra kimin nə deməyinin elə də əhəmiyyəti yoxdur. Sitatı ancaq və ancaq atalar sözlərindən gətirirəm – bizim hər bir Ata sözümüz cilid-cilid kitablara sığmayacq dərəcədə əhəmiyyətli elmi məna kəsb etdiyi qənaətindətyəm.) Həqiqətən də Ziqmund Freydin –dahi almin bu sahədə xidmətləri böyukdür. O, əsasən birinci qrupa aid yuxugörmə hadisəsi barədə araşdırmalar aparmış və düzgün nəticəyə gəlmişdir. İkinci qrup yuxugörmə hadisəsinə səthi toxunmuş və üçüncü qrup yuxuların da mövcüdluğunu inkar etməmiş – elə yuxular da var ki, onların sadəcə izahı yoxdur deməklə kifayətlənmişdir. Bəs əslində necədir?

KEÇMİŞİN İZLƏRİ OLAN YUXULAR (RÖYALAR) – bu nə deməkdir? Yuxarıda da qeyd etdiyimiz kimi, dahi alim də bunu qeyd etmişdir ki, gündəlik yaşam tərzimiz, fikirlər, xəyallar beynimizdə izlər qoyur ki, bu hadisələr də müxtəlif şəkil dəyişmiş formalarda yuxugörmə zamanı təzahür edir. Adətən bu cür yuxuları (röyaları) yatandan xeyli vaxt keçdikdən sonra, dırin yuxuda olduğumuz vaxt görürük – bərk yatanda. Biz yuxuda bu tip yuxuları (röyaları) görən zaman yanımızda oyaq olan –yatmamış adam bizim yuxu (röya) gördüyümüzü hiss etməz. Bu zaman ruhumuz ya bənimizdədir, ya da  bədəndən çox da uzaqda deyil. Heç bir qonaq ruh yoxdur.  Belə yuxuları görməyimizdə ruhla bədənin payı demək olar ki, əlinin əliyədir. Və belə yuxular dahi alimin də qeyd etdiyi kimi heç bir məna, əhəmiyyət kəsb etməyən keçmişin izlərindən başqa bir şey deyil.

İNDİKİ ZAMAN YUXU GÖRMƏ HADİSƏSİ – bu zaman kəsinliklə ruh bədənimizdədir. Bu tip yuxugörmələrdə qonaq ruhlar da iştirak edə bilər. Və bu tip yuxuları biz çox səthi yatdığımız zaman görürük. Əgər yanımızda oyaq, yatmamış adam olsa o bizim yuxu (röya) gördüyümüzü hiss edə bilər. Burada onu qeyd edim ki, kişilərdə eyakulyasiya ilə müşayət olunan, qadınlarda isə özünəməxsus şəkildə təzahür edən yuxular (röyalar) da məhz ikinci qrupa aiddir. Bu tip yuxularda məsələn qolumuzun kəsilmək üzrə olduğunu görüb, oyananda onun pis vziyyətdə altımızda qaldığının şahidi ola bilərik. Yaxud yuxuda bizi kimsə çağırar oyanıb həqiqətən çağrıldığımızı görə bilərik. Və ya soyuqda, yağışda, qarda qaldığımızı görüb, oyananda həqiqətən üşüdüyümüzü görə bilərik. Bu tip yuxuların (röyaların) görülməsi zamanı da bədənlə ruhun payı yarıya-yarıdır. Bəzi məqamlarda bədənin payı çox ola bilər. Bədənin payı o hallarda çox olur ki, bu vaxt ya lazımlı-lazımsız qidalardan çox yeyirik, ya da ac qalırıq bu proses müəyyən mənada ruha əziyyət verir. Belə yuxular da real həyat hadisələri, bilavasitə orqanizmin tələbləri ilə əlaqəli olub, elə bir əhəmiyyət kəsb etmir. Bir daha vurğulayıram ki, belə yuxuları (röyaları) səthi yatdığımız zaman, adətən təzəcə yuxuya gedən (yatan) zaman görürük.

GƏLƏCƏKDƏN XƏBƏR VERƏN YUXULAR – hamının sirlı,  izahı olmayan yuxular (röyalar) adlandırıb, üstündən sükutla keçdiyi, ƏSLİNƏ İSƏ ƏN ƏHƏMİYYƏTLİ YUXULAR . Bəs niyə heç kim bu barədə danışmaq istəmir və çox hallarda izahıolmayan yuxular deyirlər. Yuxugörmə hadisəsi zamanı daha çox araşdırma aparmış və əsaslı dəlilər ortaya qoymuş Ziqmund Freyd də məhz bu tip yuxuları göstərmədən sadəcə belə İZAHI OLMAYAN YUXULAR (RÖYALAR) adlandırıb, üstündən keçmişdi. Çünki, biz bu yuxuları görən zaman heç bir anlam verə bilmir, iş-işdən keçəndən sonra yadımıza düşsə, xatırlasaq onda anlayırıq. Bu da çox gec olur. Burada onu qeyd edim ki, adətlərimzdən bzə məlum olduğu kimi pis (qarmaqarışıq) yuxu (röya) gördükdə onu axar suya danışmaqda fayda var. İnsan səhər və ya gecə hövlank oyananda instinktik olaraq yuxunun (röyanın) pis olduğunu anlayıir. Əlbətdə bunu ruhu bədəni ilə həmahəng olan insanlar hiss edə bilər. Axı nə baş verəcəyi ya qonaq getmiş yaxud da qonaq qəbul etmiş ruha artıq məlumdur. Bu tip yuxuları (röyaları) görəndə  ruh bədənimizdə olmur. Ya səfərdə qonaq olurlar (zaman – məkan tanımadan), ya da qonaq qəbul edirlər. Bu yuxularda qonaq rular adətən bizim dünyasını dəyişmiş yaxınlarımızın, doğmalarımızın ruhları olur. Ancaq tanımadığımız  (yəni ruhumuz sözsüz ki, o ruhu tanıyır sadəcə bizə məlum olmayan) ruhlar da qonaq gələ bilər və ya bizim ruhumuz tamam yad bir məclisdə (bəlkə də onlar bizim bizə məlum olmayan lap uzaq əcdadlarımızdır) iştirak edə bilərlər. Belə tip yuxularda bizə nəsə xəbər verirlər, məlumat çatdırırlar, iş tapşırırlar, kömək etmək istəyirlər…. Əlbətdə, əgər anlaya bilsək….

YUXUNUN (RÖYANIN)  MÜDDƏTİ – yuxunun müddəti yuxugörmənin aid olduğu qrupa görə ani və ya təxminən bir neçə dəqiqə ola bilər. (Əlbətdə bizim zaman anlayışımıza görə.)

ÇALIŞIN  ELƏ QİDALANIN Kİ, YUXUNUZU QARIŞDIRMAYASINIZ. YOXSA, BİR VAXT RUHUNUZ DA SİZİ TƏRK EDƏCƏK….

    16.10.1016. (12:51) Bakı.

QEYD:

Bu yazı müxtələf saytlarda yayımlanmaqla bərabər müəllifin “USUBCAN ƏFSANƏSİ” kitabında müstəqil məqalə kimi yer almışdır.

Bundan əlavə “HƏFTƏ İÇİ” qəzetinin 28 mart 2019 – cu il, N:54 (3102) sayında “YUXU və RUH…” (səh. 8) adı ilə dərc olunmuşdur.

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2019. Bakı.

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Zaur Ustac – 5 – ci yazı

BEŞİNCİ  YAZI

MÜTALİƏ  NIYƏ  VACİBDİR?

Salam çox dəyərli oxucum, bu yazını “beşikdən qəbrədək oxumaq lazımdır”, “oxumaq, oxumaq  yenə də oxumaq” və s.  çox məşhur olan buna bənzər digər  mütaliəyə, elm öyrənməyə  təşviqedici  kəlamların açıqlaması kimi də  qəbul etmək olar. Niyə görə elmdən, kitablardan bircə damla nəsə götürməyi bacarmış şəxslərin hamısı oxumağı, mütaliəni  belə ciddi-cəhdlə məsləhət görmüş, təbliğ və təşviq etmiş, hətta bəzi hallarda əmr kimi buyurmuşdur?  Bunun bircə səbəbi var. Necə ki, dövrümüzdə kimsə maraqlı, əyləncəli bir yerə səyahət edəndə və ya ucuz və sərfəli yerdə alış-veriş edəndə, yaxşı həkimə rast gələndə və s. bu siyahını ən xırda məişət problemlərimizi həll etdiyimiz  yerlərin, kəslərin təbliğinə qədər uzatmaq olar.  Bu barədə danışmağı, yaxın ətrafındakı dostu-tanışı, doğmaları məlumatlandırmağı, onlara xeyir verməyi, onlar üçün faydalı olmağı özünə borc bilir, oxumağın, mütailənin təbliği də eyni bu qəbildən olan həyati əhəmiyyətli bir hadisə olduğu üçün, bunun xeyrini, faydasını görmüş hər kəs onun təbliğ və təşviqini özünə borc bilmişdir. Bəs nədir mütaliənin faydaları? Bu kiçik yazıda mümkün qədər yığcam və sistemli  şəkildə bir neçə kəlmə də mütaliənin, bilgili, məlumatlı olmağın faydası barədə mən danışmaq istəyirəm. Əvvəlcədən qeyd edim ki, çalışacam  ancaq və ancaq praktik və həyati söhbət olsun. Sizi inandırım ki, bu ən ümdə, çox vacib məsələdir. Xüsusən də olduqca geniş imkan və resurslara malik müasir dövrümüzdə bu prosesdən kənarda qalmaq sadəcə olmaz! Bunu belə qəbul etmək lazımdır. Bir söz də əlavə etmək istəyirəm çoxumuzun tez-tez işlətdiyi “günahdır” kəlməsini…. Bəli, bəli kitab, jurnal, qəzetlərdən əlavə əlimizin əltında internet kimi çoxumuzun bəlkə də təsəvvür belə edə bilməyəcəyi informasiya zənginliyi dövründə oxumamaq, mütaliə etməmək, öyrənməmək, öz həyatını yüngülləşdirməmək sadəcə “günahdır”. Vəssalam! Keçək əsas məsələyə, nə verir mütaliə bizə? Birinci ən ümümi cavab, əlbətdə, məlumatlı olmaq ilk növbədə həyatımızı, gündəlik yaşam tərzimizi asanlaşdırır. Sizə deyərdim ki, əhəmiyyətli dərəcədə yüngülləşdirir. Bizi izafi xərclərdən qoruyur. Və başqa belə çoxlu həyati misallar gətirmək olar. İndi çalışacam  ki, bu barədə mümmkün qədər sistemli və yığcam danışım. Bir insan ömrünü mütaliə baxımından beş hissəyə asanlıqla ayırmaq olar:

  • Uşaqlıq,
  • Yeniyetməlik,
  • Gənclik,
  • Orta yaş dövrü,
  • Ahıllıq.

Keçək açıqlamalara, uşaq hələ məktəbə getməzdən əvvəl indiki müasir vasitələrin zənginliyindən də istifadə etməklə, sözləri olmasa belə şəkilli kitablarla tanış olması, oynaması onlara baxıb öz-özünə hekayələr uydurması, danışması çox vacibdir. Çünki, o məktəbə gedəndə, artıq ilk kollektivə düşəndə danışmağa nəsə sözü olmalıdır. Sizi inandırım ki, nə qədər laqeyid, dəcəl uşaq olsa da o, oyuncaqlarının içində, stolun üstündə, televizorun, kompüterin, planşetin yanında  hətta döşəmədə belə (qoy olsun onsuz da oyuncaqlar bütün günü əl-ayağa dolaşır) olsa şəkilli kitab görsə, (indi olduqca bahalı pultlu maşınların, helikopterlərin, gəlinciklərin və s. birinin qiymətinə 2-3 dənə yaxşı möhkəm materiallardan hazırlanmış, tez xarab olmayan şəkilli kitablar almaq olar) uşaq götürüb onunla da maraqlanacaq, baxacaq. 3-4 yaşlarında bütün normal uşaqlar (daha inkişaf etmiş, hazırlıqlı uşaqları çıxmaq şərti ilə, onlar artıq oxumağı bacarırlar) şəkilli kitablara baxıb hekayələr uydurmağı, ordakı oğlanın və ya qızın yerində olmağı bacarırlar, istəyirlər, sevirlər. Yetər ki, onlara bu abu-havanı yaradıb sərbəstlik verəsən. Bir müddət oynadıqdan sonra isə təbii olaraq uşaq yazmağa və oxumağa can atacaq. Məktəbi gözləmədən uşağın digər tələblərini ödədiyimiz kimi bu təlabatı mütləq qarşılamaq lazımdır. Bunun üçün sadəcə 4-5 ay planlı və məqsədyönlü  şəkildə, məşğul olmaq uşağın bir ömür boyu qarşıda dayanmış əsas problemini kökündən həll etmək lazımdır. İnanın 3-5 yaş arasındakı bütün normal uşaqlara ən şoxu 1 il əziyyət, xərc çəkib sadəcə onu kitablarla, intrnetdəki axtarış sistemləri ilə tanış etməklə, kitablardan istifadə etməyi (yazıb oxumağı), sadə hesablamanı öyrətməklə məktəbə hazır şəkildə göndərsək onun bütün gələcək problemlərini həll etmiş oluruq. Məktəbə ən azı yuxarıda qeyd olunan dərəcədə hazırlıqlı və ondan daha yaxşı qaydada hazırlanmış şəkildə gedən  (kitablardan istifadə etməyi, mütailəni bacaran),  sərbəst çalışmaqda heç bir çətinliyi olmayan uşaq sizi bütün gələcək təhsil boyu izafi xərclərdən, təhsildən  sonra  (maşın almaq, işə düzəltmək, ev almaq, toy etmək kimi) isə daha böyük və vacib külli miqdarda sərfiyyatdan  xilas edəcək. Burada söhbət qismən maiddiyyatdan gedir çünki, bizim mental alaraq öz dəyərlərimiz var. Ancaq, burda əsas məsələ odur ki, bu hazırlıqlı uşaq gələcəkdə özü ya bunları qəbul etmək istəməyəcək, ya da ona ehtiyacı olmayacaq. Birinci sinifə gedəndə tam hazırlıqlı olduğu üçün bütün məsələlər ona asan və adi gəldiyindən  bütün həyatı boyu belə davam edəcək. Bura da böyüyün öhdəçiliyi və vəzifəsi sadəcə nəzarət etməkdən ibarət olacaq. Bura qədər biz sadəcə uşaq vaxtı mütaliənin nə qədər vacib və önəmli olduğundan danışdıq. Bütün ibtidai siniflər boyu və ondan sonra da yeniyetməliyə qədər uşağı nəzarətsiz qoymaq olmaz! Bu dövrdə uşaqlar lüğətlərdən istfadə etməyi mütləq  bacarmalıdırlar. Uşaq vaxtı mütaliə etmək  hamıya vacibdir, gələcəyin ustasına da, müğənnisinə də, aşbazına da, hərbiçisinə də hamıya. Mütaliə nəticəsində uşaq istənilən mühit və kollektiv içərisində tam sərbəst şəkildə, kompleksiz öz yerini tapır, öz kiçik dünyasını qurur, ətrafını formalaşdırır. Məlumatlı uşaq yeni mühitə tez inteqrasiya edir, uyğunlaşır. Belə uşağın dostları çox olur. Bütün kollektivin sevimlisi olur. Bütün bunlar nəyin nəticəsidir? Əlbəttə, mütaliənin, oxumağın, araşdırmağın.

 Yeniyetməliklə uşaqlığın şərhəddinin harda bitib, harda başladığı dəqiq heç kimə məlum olmasa da uşaq böyüdükcə  təbii proseslərin nəticəsində orqanizmdə istər fiziki, istərsə də mənəvi cəhətdən bir çox dəyişikliklər baş verir ki, məlumatlı və məlumatsız yaxud da bu dəyişiklikləri gözləyənlə, gözləməyən uşaq-yeniyetmənin  hərəkətləri, özünü aparması, bu dəyişikliklərə reaksiyası da məntiqi olaraq müxtəlif olur. Elə bil  bilirsən ki, dostun qonaq gələcək hazırlıqlı olursan.  Ya da qəflətən qapı döyülür. Effekt təxminən eynidir. Məlumatlı yeniyetmə qeyri-adi heç nə yoxmuş kimi öz yaşam tərzini mütaliənin hesabına sakit şəkildə davam etdirir.

  Məlumatlı gənc (ancaq və ancaq davamlı mütaliə nəticəsində buna nail olmaq mümkündür) məktəbdən sonra ixtisas seçimində, təhsilin digər pillələrində,  hərbi xidmətdə, ilk iş yerində də demək olar ki, heç bir çətinliklə üzləşmir. Məlumatlı gənclərin ailə həyatı da qat-qat daha uğurlu olur. Onlar kənar müdaxilələr və təbiətin maneçiliyi olmasa. Demək olar ki, seçimlərində çox az-az hallarda yanılırlar. Deyərdim ki, bu şeçim –gələcək ömür-gün yoldaşını seçmək dünyaya yenidən gəlmk qədər əhəmiyyətli bir hadisədir. Bu məqamda səhv etmək, doğuşu qəbul edən mamaçanın səni əlindən yerə salmasına bərabərdir. Bəlkə də daha artıq. Deməli, mütaliə sayəsində gənc bu sınaqdan da mümkün qədər az risklə keçir. Mütaliə sayəsində 25-30 yaş arası hər bir gənc heç bir kömək olmadan öz işini tapmağa və ya qurmağa, özünü maşınla, evlə təmin etməyə qadirdir.

   Mütaliə heç vaxt bitmir. Ailə həyatı, məişət problemləri, qidalanma, yaşam tərzi, istirahət, ixtisas artırma, orta yaşlı hamının gündəlik qayğılarıdır. Mütaliə sayəsində  oxumuş, savadlı, bütün həyatını tam təmin etmiş şəxslər daha sağlam yaşayırlar. Belə şəxslərin ailə büdcəsi daha dayanıqlı, qidaları daha sağlam, istirahətləri daha keyfiyyətli olur. Mütaliə isə bitmir ki, bitmir…. İnsan daim axtarışdadır. O,  fasiləsiz olaraq, oxuyur, axtarır, araşdırır, hər şeyin ən yaxşisini, ən ucuzunu istəyir  və  mütaliə nəticəsində  buna nail olur.

   Mütaliənin bir mənfi cəhəti var ki, onu  da ahıllıqda hiss edirsən… Bir vaxt oyanırsan ki, məktəb yoldaşlarından, xidmətdə bir yerdə olduğun dostlardan, tələbə  vaxtından əlaqə saxladığın adamlardan demək olar ki, heç kim qalmayıb. Yada salmağa çalışırsan, çoxları qəfil ölümlə (gecə yatıb, səhər oyanmayıblar), qəzada, həbsdə,  müxtlif səbəblərdən dünyaların çoxdan dəyişiblər, ya da heç bir məlumat yoxdur. Sağ qalanları barmaqla sayırsan…. Bu şəxslərin demək olar ki, hamısı səinin həmsöhbətlərin, həmfikirlərin, həmişə kitab alıb-verdiyin, hansısa yeni bir məlumat-xəbər barədə həmişə mübahisə etiyin  yoldaşlardır…. Günlər keçir bir də görürsən daha zəng edən, statuslarına şərh yazan dost-tanışdan heç kim qalmayıb….  İstər-istəməz  nə vaxtsa dostlarla mübahisədə dediyin söz düşür yadına; – “mütailə orqanizmin kompleks müalicəsi və sağlam həyat deməkdir” –  üzünə  qeyri-ixtiyari təbəssüm qonduğunu hiss edirsən….. O vaxt dostlardan bir çoxu bunla razılaşmasa da izahat verəndən sonra ki, mütaliə yeganə vasitədir ki, həm ruhun hən də cismin bunla qidalanır, yekəqarın bankirdən başqa hamı bunla razılaşmışdı. Bankirin ki, isə sadəcə kor inad, həm də nankorluq idi.  O, artıq çoxdan unutmuşdu ki, say – hesabını itirdiyi var dövlətini özü ilə qonşudan alib geyərək oxumağa gəldiyi nimdaş pencəyin cibində gətirməmişdi…. Ani olaraq onun lap çoxdan olmuş yas mərasimi gözünün önünə gəlir, yaziq şəhərin mərkəzində tək qaldığı mənzilində qəflətən dünyasını dəyişmişdi. Ancaq işdə bir-neçə gün görsənməyəndən sonra mənzilində cansiz tapmışdılar. Yekə adam bir az da şişmişdi, evin qapısından çıxmadı. Zalım oğlu qapını da elə düzəltdirmişdi ki, sökmək  də mümkün olmadı. Həm də baxdılar ki, qapı sökülsə də oradan çıxmayacaq. Odur ki, pəncərələri söküb, kranla pəncərədən düşürdülər…. Təəssüf   hissi ilə başını bulayıb, düşünürsən yəqin ki, ən çox mütaliə edən elə mən olmuşam…..

15.10.2016. (13:15) Bakı.

QEYD:

Bu yazı müxtələf saytlarda yayımlanmaqla bərabər müəllifin “USUBCAN ƏFSANƏSİ” və “QƏLƏMDAR” adlı kitablarında müstəqil məqalə kimi yer almışdır.

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2019. Bakı.

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

RAFİQ HÜMMƏT

şairin şair haqqında şeiri və ya etiraf

ŞAİR ÖMRÜ

Şair ömrü dəm-dəsgaha uyğunlaşmır ki,
Şair olan öz dərdini özüylə bölür.
İşdir, ürək birdən dərdə tab gətirməsə,
Ay nurunda çiçəkləmiş sözüylə bölür.

Şair ömrü xana-şaha uyğunlaşmır ki,
Dövran var ki, qul şah olur, şah da didərgin.
Bir ömürdə neçə şaha vurulsun şair –
Şah var adil, şah var göyçək, şah da var çirkin.

Şair ömrü hər günaha uyğunlaşmır ki,
Hər günahın arxasında bir zalım durur.
Mən neyniyim, anam mənim, yalın əlimlə
Kimi çəkib qaldırıram, bir zalım vurur.

Şair ömrü hər gün aha uyğunlaşmır ki,
Ahdı, çəkir, çəkir, çəkir…
Ah ki, tükənmir.
Öz içində ölüm ilə vuruşur şair,
Deyirlər ki, bir balaca dərdi çəkəmmir.

Şair ömrü dəm-dəsgaha uyğunlaşmır ki,
Bizlər onsuz da çox uyduq dəsgaha, baba.
Cah-cəlalı sevən kəslər çox gözəl bilir:
Səsi heç vaxt çatmayacaq sabaha, baba…

Müəllif: RAFİQ HÜMMƏT

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Əmir Pəhləvanın ədəbi portreti

  
Müasir Azərbaycan ədəbiyyatının  və kino sənətinin görkəmli nümayəndələrindən olan Əmir Pəhləvanın (Hacılı Əmir Pəhlivan oğlu) yaradıcılığı və gerçəkliyə münasibəti həmişə diqqətçəkən olubdur. O, bir yazıçı, publisist və jurnalist kimi həmişə operativ  tərzdə işləyib, ötən əsrin 80-ci illərindən başlayaraq bu günlərimizə qədər, xüsusən də, müstəqillik illərində bir qləm sahibi kimi, necə deyərlər, ictimai-siyasi və ədəbi həyatın qaynar nöqtələrində olubdur…

  Əslən Naxçıvanlıdır… 1959-cu ildə Naxçıvan MR-in Şahbuz rayonunun Mahmudoba kəndində anadan olub. Elə həmin rayonun Cəlil Məmmədquluzadə adına orta məktəbini bitirib (1976). Bu məktəbin adının böyük və dahi bir ədibin – Mirzə Cəlilin daşıması, bəlkə də, ona ilk yaradıcılıq  impulsu verib, gənc Əmirin ürəyində yaradıcılıq işartıları oyadıb, istedadına təpər verib…

  Belə bir deyim və bilim var ki, insanın xarakteri, xasiyyəti öz doğulduğu məkandan qidalanaraq nəşvü-nüma tapır, bir sözlə, insan daha çox doğulduğu torpağa oxşayır. Əmir Pəhləvan da əsrarəngiz təbiəti, gözəlliyi, saflığı ilə fərqlənən Şahbuz bölgəsindən, onun müdrik, işgüzar, halallığa tapınan admlarından çox şey mənimsəyib, başqa sözlə, belə bir coğrafi və ictimai mühit ona ikinci bir həyat məktəbi olubdur…

 
  Belə olmasaydı o, jurnalist təkin çətin və istedad tələb edən bir peşəni seçməzdi… Əmir pərvanə oda şığıyan kimi əsgər həyatından sonra  – Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alır (1980-1985), yaradıcılıq fəallığı ilə diqqəti cəlb edir, mətbuatla sıx əlaqə qura bilir, eyni zamanda Azərbaycan radiosunun Cənub verilişləri redaksiyasında “Gəncliyin səsi” proqramının yaradıcısı kimi fəaliyyətə başlayır (1981), səsi və sözü ilə Təbriz küçələrində “Qara gilə” sorağında cövlan edir…

   1985-ci ildə Əmir Hacılı ali məktəbin sonuncu kursunu bitirməmiş “Bakı”, “Baku” axşam qəzetlərinə müxbir kimi işə götürülür, gənc jurnalistlərin müəllimi və ustadı olan Nəsir İmanquliyev məktəbini keçir (1985-1988). Sonra o, “Azərbaycan müəllimi” qəzetinə dəvət olunur, 1988-1990-cı illər arası burada müxbir işləyir. İlk, müstəqil mətbuatımızın cığırdaşı olan Azərbaycan Teatr Xadimləri İttifaqının orqanı  “İlham” mədəniyyət qəzetinin təsisçisi və baş redaktoru (1990) kimi tanınır, məşhurlaşır… Bu qəzet o dövrü əks etdirən çoxsaylı mətbu yazıları, sənət, teatr haqqında fikir, mülahizələri ilə mədəniyyət səlnaməsinə çevrilir… İnsaf xatirinə, deyək ki, o dövrdə Azərbaycan mühitində ilk demokratik xalqçı mətbu nəşri olan “İlham” qəzeti yeni dövr üçün cəmiyyətdə mədəniyyət və mədəniyyətdaşlığımızın çağdaş bünövrəsini qoyur. Həmin illərdə Azərbaycan mətbuatında təcrübəli publisist-jurnalist kimi tanınan Əmir Pəhləvanın “O Ay bir də doğmayacaq” adlı ilk kitabı da çapdan çıxır…


    Ölkəmizin ağır və çaxnaşmalarla dolu olan bu dövründə  Əmirin bütün yazılarında xalqın sərt və dönümsüz  tale yüklü problemləri  diqqət mərkəzinə çəkilir. Adamlar əziyyət və biganəlik içərisində çırpınaraq əsarətə boyun əyməkdən qaçırlar. O, bütün bunları, sadəcə, təsvir eləmir, çəkilən əzablara, iztirablara, məşəqqətlərə qoşulur, inanır ki, yerdən “yuxarı” ulu bir varlıq var! Və bu ulu varlığa, bir də qələminə sığınır…


  Belə bir əqidə və inam, zamanı duymaq qabliyyəti, istedadla təşkilatçılığı birləşdirə bilmək bacarığı publicist, yazıçı – şair Əmir Pəhləvanı həm zamanın axarı, həm də istedadı qiymətləndirən, istedadın qədrini bilən Nüsrət Kəsəmənli, kinorejissor Vaqif Mustafayev kimi insanların qayğısı və köməyi, hardasa təhriki ilə kinoya gətirir. Daha doğrusu, o, qəzetdə  “deyə bilmədiyi” Azərbaycan həqiqətlərini – Azərbaycanın ağrı-acılarını ekran vasitəsilə dünya ictimayyətinə çatdırmaq istəyi ilə kinoya gəlir və ekran dili ilə – görümlü və duyumlu bir dillə bunları imkan daxilində dünyaya çatdıra bilir…


   O, “Step LTD” kinoşirkətini təsis edir (1995), şirkətin xəttilə yaradılan “Fransız”, “Qarabağ şikəstəsi”, “Spasibo”, “Qız qalası” bədii filmlərinin, “Bakı nefti və Nobellər”, “Avtoritet”, “Göyçay yəhudiləri”, “Doqquzuncu oğuz uyğurları”, “Kurqanlar”, “Hunqoriya”, “Şəhriyar”, “Svilizasiya beşiyi – Çin”, “Tahirə” və başqa  15-dən çox sənədli ekran əsərlərinin müəllifi və rejissoru olur;  adlarından da, göründüyü kimi, bu filmlərində tariximizin, taleyimizin, türklüyümüzün, mənsub olduğumuz milli sivlizasiyamızın maraqlı səhifələrini canlandırmış, onlara ekran həyatı bəxş edərək dünya mədəniyyəti siferasına çıxarmışdır…


  Ekran canlıdır, görümlüdür, duyumludur və böyük missiyası var, ən ümdəsi sərhəd tanımır, ayaq tutub dünya arenasında addımlayır, tanıdır, tanıtdırır, çərəf və şöhrət gətirir…

 
  Bir mühüm faktı qeyd edək ki, Əmir Pəhləvan istedadlı bir sissenarist və bacarıqlı, yenilikçi bir rejissor kimi qərbləşməyə Paris dəbi kimi baxanların içində mədəni köləliyi “Fransız” adlı filmi ilə damğalayır. Bu filmin ideya-estetik qayəsini Mirzə Cəlilin dahiyanə şəkildə, milli yanarlıqla qələmə aldığı  “Anamın kitabı” ilə də müqayisə edirlər… Əslində bu filmə kino tənqidçilərinin bir cür, tamaşaçıların başqa bir cür baxışı var. Müəllif burda millətin ağrılı yerini göstərmək istəmişdir. Cəmiyyətdə yiyəsizlik, sahibsizlik, düşüncəsizlik, məsuliyyətsizlik və səviyyəsizlik baş alıb getdiyi bir məqamda bu reallığı göstərmək elə Mirzə Cəlil kimi milli heysiyyət və cəsarət istəyirdi… Əmir Pəhləvan bunu ekran dilində tragikomediya kimi sarkazm səviyyəsində təqdim edə bilibdir.  Əsərin qəhrəmanı ana dilində danışmaq istəmir. Bu nə deməkdir?! Anan səni dünyaya gətirəndə bağrına basıb ana dilində layla çalıb, əzizləyib. Sən ananın dilini necə unuda bilərsən?! Ana dilini unudursansa, vətəni, özünü, qan yaddaşını unudursan. Bu bizim xalqın taleində vaxtaşırı özünü biruzə verən milli faciəmizdir ki, Mirzə Cəlillər buna qarşı mübarizə aparıblar. O baxımdan Əmir Pəhləvanın ekran yozumunda “Fransız” filminin çox böyük tarixi əhəmiyyəti var…   Növbəti “Qarabağ şikəstəsi” filmi ilə o, Azərbaycanın acı taleyini, qismətinə qaçqınlıq düşmüş insanların vətən nisgilini sirayətedici incə bir yumorla ekrana gətirir. Bu filmlər yeniləşən Azərbaycanda sovet kino incəsənətinin standart stereotiplərini və şablonçuluğunu dağıdaraq  milli kinomuza, kino-dramaturgiyamıza yenilik gətirir…


    Onu da, xatırladım ki, Əmir Pəhləvan öz filmləri ilə beynəlxalq festivallara çıxmış və ölkənin kino sənətini ləyaqətlə təmsil etmişdir. Bunun özü də, kino tariximizin ilkinlərindən idi… 1998-ci ildə ABŞ-ın Kaliforniya ştatında milli və rəsmi dövlət atributlarımızdan olan Bayrağımıza həsr etdiyi “Spasibo” adlı bədii filmi Hollivud sənədli  filmlər festivalında mükafata layiq görülmüş və Los-Ancelesin  18 telekanalında yayımlanmışdır. “Bakı nefti və Nobellər” adlı üçhissəli sənədli filmi isə Fransanın Nant şəhərində keçirilən “Üç qitə” kinofestivalında 2 medala layiq görülmüşdür.  Bu film Almaniyada DVD diski formasında milyon tirajla yayımlanmışdır ki, bütün bunlar Azərbaycan mədəniyyətinin çox mühüm və dəyərli faktlarındandır…


   Belə ki, Əmir Pəhləvan Azərbaycan kinosunu  Qərb auditoriyasına çıxarmaq kimi olduqca  vacib və mühüm bir  işi həyata keçirmişdir. Bütün qısqanclıqlardan uzaq, onu da, deyim ki, bir çox Avropa xalqlarının, eləcə də possovet məkanındakı dilləri bilməyi – poliqot olmağı Əmir Pəhləvana imkan yaratmışdır ki,  Azərbaycan mədəniyyətinin Avropa ölkələrinə inteqrasiysında müstəsna xidmətlər göstərə bilsin və bu sahədə onun əməyi və zəhməti böyükdür…


  Əmir Pəhləvanın yaradıcılığı, ədəbi-mədəni və ictimai fəaliyyəti çoxcəhətlidir, rəngarəngdir, müxtəlif rakurslarda və istiqamətlərdə işləkdir, özü də yüksək dərəcədə səmərəlidir… Onun  yaradıcılıq uğurları beynəlxalq standartlara uyğun gəldiyindən həmişə təmkin və təminatla Avropa mədəniyyəti siferasına daxil olur və Azərbaycan ədəbiyyatını, mədəniyyətini bacarıqla təmsil edir…

   
Ədəbi-mədəni faktlara və bunların yayılma coğrafiyasına diqqət yetirək. İndiyədək Əmir Pəhləvanın Azərbaycanda və dünyanın müxtəlif ölkələrində 50-dən artıq kitabı çap edilib. 30 kitabı Azərbaycanda, 5 kitabı Ukraynada, 8 əsəri digər slavyan ölkələrində, xeyli kitabı keçmiş possovet respublikalarında, 15 kitabı isə Avropa ölkələrində və Amerikada, Türkiyədə çap olunub.

   
“Bakılı Nobel”, “Neft taleli Nobel”,“Ayrılıq”, “Səfir”  “İsa, Məryəm və Sona” sənədli romanları, “Bakı nefti və Nobellər” üç hissəli sənədli filmi DVD formasında Almaniyada işıq üzü görərək, yüksək tirajla dünya oxucularına və tamaşaçılarına təqdim edilib. Kursivlə qeyd edim ki, AMERIKADA NƏŞR OLUNAN ƏN NÜFUZLU ƏDƏBİ-BƏDİİ MƏTBUAT DƏRGİSİ – “DÜNYA ƏDƏBİYYATI BU GÜN” JURNALI POSTSOVET  MƏKANDAN 42 YAZIÇININ ƏSƏRLƏRİNI TƏBLİĞ VƏ TƏQDİR EDİR. ONLARDAN BİRİ DƏ MƏHZ, ƏMİR PƏHLƏVANDIR.


  Əmir Pəhləvan bir ziyalı kimi beynəlxalq arenada nüfuz qazanmışdır. O, xaricdə, xüsusən də Avropada Azərbaycan diasporunun beynəlxalq miqyaslı tədbirlərində yaxından iştirak edir. Əmir Pəhləvan Berlində 2006-cı ildən fəaliyyət göstərən və fəal mədəniyyət mərkəzi olan “Azərbaycan evi”nin əsas, nüfuzlu təşkilatçılarından biridir…


   Onun ən populyar, geniş oxucu arenasında yyılan – “O Ay bir də doğmayacaq”, “Qalxın, Cavid gəlir!”, “Əkilən başlardı, torpaq əkilmir”, “Turan türküləri”, “Səfir”, “Təbrizim, türk izim!”, “Kəngərlər”, “Türklüyün yol xəritəsi”,  “Yaşamağı bacarmaq lazımdır”, “Azərbaycan şərqiləri”,  “Vətən dahiləri” ( l – ll hissə ) kitablarının adlarını çəkə bilərik,  “İnsan və İblis” pyesi  isə Bakı Bələdiyyə Teatrında (1999), “İstədiyim yar idi…”  librettosu da Musiqili Komediya Teatrında (2009) səhnələşdirilib və maraqla qarşılanıbdır…

 
   İki monumental cilddən ibarət olan “Vətən dahiləri”  ensklopedik siqlətli kitabı Azərbaycan ədəbiyyatının nadir incilərindəndir. Birinci kitaba məzmunlu və əhatəli  “Ön söz”ü  Xalq şairi Sabir Rüstəmxanlı, ikinci kitaba isə ön sözü Xalq şairi Vahid Əziz yazıb. Kitablarda müxtəlif dövrlərdə yaşamış elm-sənət adamlarının, əfsanəvi və tarixi qəhrəmanların, tanınmış şəxsiyyətlərin həyat və yaradıcılıqları araşdırılıb və onların hər birinə şeirlər həsr olunub. Şeirlərin əksəriyyəti həsr olunduğu şəxsin kimliyinin və xidmətlərinin daha aydın və əhatəli dərk olunmasına yardım məqsədi daşıyır. Şeirlərdə əksəriyyəti müxtəlif talelər yaşamış bu tarixi şəxsiyyətlər haqqında müfəssəl duyğular lirik ricətlərlə verilir. Sanki, bu şeirlər bu şəxslər haqqında biblioqrafik məlumatların davamı kimi gəlir. Amma bu, ustalıqla mükəmməlcəsinə bədii boyalarla və bəlağətli oxşatmalarla həyata keçirilir. Kitabı oxuduqca bir daha əmin olursan ki, Azərbaycan türkləri ta qədimdən müəyyən intellektual və emosional keyfiyyətləri ilə fərqlənmişlər.

  
 Deyim ki, Əmir Pəhləvan ilhamla və yorulmadan böyük yaradıcılıq işi görmüş və sevib-seçdiyi şəxslərin yalnız ona məxsus bir tərzdə bitgin, canlı poetik portretlərini yaratmışdır…

  
  Nümunə üçün onun   böyük türk sərkərdələri Əmir Teymura və Nuru Paşaya həsr etdiyi ədəbi-bədii oçerki təqdim edirəm: “Dünyanın fateh sərkərdəsi Əmir Teymurun həmişə əziz olan parlaq xatirəsinə ithaf etdiyim bu yazıda öncə sərkərdənin uşaqlıq illərinə nəzər salaq. O, 1336-ci ilin 9 aprel tarixində, Mərkəzi Asiyada Keş şəhərinin yaxınlığındakı Hoca-İlqar kəndində dünyaya gəlib. Onun uşaqlıq və gənclik illəri Keş dağlarında keçib. Gənc olarkən Teymur ov etməyi, at yarışlarını, nizə tullamağı və ox atmağı çox sevirdi. O, hələ uşaq olarkən hərbi oyunlara böyük maraq göstərirdi. Tarağayın yanında qulluq edən atəbəylər 10 yaşından etibarən Teymurun tərbiyəsi ilə məşğul olmağa başlayıblar. Onlar Teymura idman oyunlarını və hərb sənətinin sirlərini dərindən öyrədiblər. Teymur çox cəsur və təmkinli insan olub. Ayıq mühakimə yürütmək keyfiyyətinə malik olan Teymur ən çətin anlarda ən düzgün qərarları qəbul etməyi bacarıb. Xasiyyətinin bu xüsusiyyətləri insanları ona cəlb edirdi. Teymur barədə mənbələrdə olan ilk məlumatlar 1361-ci ildən etibarən onun siyasi fəalliyyətə başlaması ilə meydana gəlib.
   Əmir Teymur 18 Fevral 1405 tarixində, Çinə səfərə gedərkən Otrar’da 69 yaşında öldü. Ölüm səbəbi qulunc idi. Dərhal, Səmərqəndə gətirilərək nəvəsi Xəlil Sultan tərəfindən, daha əvvəl ölmüş olan nəvəsi Məhəmməd Sultanın Ruh Abâd yaxınlarındakı mədrəsəsinə dəfn edildi. Teymur, nəvəsi Məhəmməd Sultanı taxtının varisi kimi görürdü. Ancaq Məhəmməd Sultanın 1404-ci ildə, gözlənilməz şəkildə gənc yaşında ölümünün ardından Teymur bu çox sevdiyi və ardılı olaraq gördüyü nəvəsi üçün Səmərqəndin seçmə bir təpəsində adına yaraşar bir böyük mozeleum inşasını əmr etmiş Məhəmməd Sultan bura dəfn edilmişdi. Mozeleum, abidə məzar, məscidi və mədrəsə strukturlarından meydana gəlirdi. Teymur da ölümünün ardından çox sevdiyi nəvəsinin yanına dəfn edildi. O zamandan sonra Gur Əmr, bütün Teymur xanədanın birlikdə yatdığı abidə məzar vəziyyətinə gətirildi. Teymurun ölümündən sonra oğlu Şahruh, digər oğlu Miranşah və nəvəsi Uluqbəy bura dəfn edildi. Gur Emir Mavzoleyi yeddi hissədən ibarət idi: Sağda müsəlmanların dua etdiyi hanaka, solda mədrəsə və mərkəzdə mosoleum, iki tərəfində abidəsi tamamlayan iki minarə. Mədrəsə və hanaka günümüzə çata bilməmişdir. Abidənin yüksək qübbəsinin altında üç sıra halında yan-yana yatan on qədər mərmər məzar daşı olmaqla birlikdə Yalnız Teymurun mezartaşı qara rəngdə nephritis daşıdır ancaq bura simvolik məzardır. Gerçək məzar bu salonun altındakı salonda var və ziyarətə açıq değildir.Teymurun bədəni, daş lahdinin içində yatmaqdadır. İslam ənənəsi ilə başı Məkkədəki Kəbəyə istiqamətlidir. Orta Asiya ənənəsində müqəddəs ölülərin məzarlarına qoyulan at quyruğunun burada da olduğu mozelenin təmiri əsnasında ortaya çıxarılmışdır.


Atabəylər ocağından od almısan,
Şəmsəddin tək Turanımda ucalmısan,
Tarix deyə bilməz sənə, qocalmısan,
Əmir Teymur, əbədiyyən gənc qalmısan,
Alqış olsun yürüşünə səfərinə,
Türk dünyamı yaşatdığın zəfərinə!


Ulu Əmir! Turan yolun, yolumuzdu,
Vuran qolun qolumuzdu,
Türk imanın İslam, Quran yolumuzdu.
Alqış olsun yürüşünə səfərinə,
Türk dünyamı yaşatdığın zəfərinə!


Sən Babəkin, Eldənizin davamçısı,
Sən Allahın şər üstündə öz qamçısı,
Sən İblisə qarşı türkün yardımçısı,
Alqış olsun yürüşünə səfərinə,
Türk dünyamı yaşatdığın zəfərinə!


Əbədidir bu açdığın yolun sənin,
Oğuz, səlcuq, karluk, qıpçaq qolun sənin,
Sevər səni Ata, Ana – dolun sənin,
Alqış olsun yürüşünə səfərinə,
Türk dünyamı yaşatdığın zəfərinə!”

   
 “Tarixi şəxsiyyət Nuru Paşa Qafqaz İslаm Оrdusunun kоmаndаnı vəzifəsinə 29 yаşında təyin оlunub. Gənc yaşında göstərdiyi qəhrəmanlıqlara görə, ona növbədənkənаr gеnеrаl-mаyоr rütbəsi vеrilib. O da təsadüfi deyil ki, Nuru Paşa 1918-ci ilin mаyındа Аzərbаycаnа gələrək Qafqaz İslаm Оrdusunun yаrаdılmаsındа və təşkilаtlаnmаsındа, Аzərbаycаnа türk qüvvələrinin vаxtındа gətirilməsində, nəhаyət, Аzərbаycаnın düşmənlərdən təmizlənməsində böyük rоl оynаyıb. Nuru Paşanın qоşunlаrı 1918-ci il iyunun 17-dən sеntyаbrın 14-dək bir-birinin аrdıncа uğurlu döyüş əməliyyаtlаrı аpаrаrаq Аzərbаycаn tоrpаqlаrını bоlşеvik-dаşnаk qüvvələrindən təmizlədi və həmin ilin 15 sеntyаbrındа Bakını аzаd еdib. Onun qəhrəmanlıqlarından bəhs edən bu şerimdə Nuru Paşanın şəxsiyyətinə olan hörməti tam səmimiyyətimlə dilə gətirməyə çalışmışam:


Paşam dirigözlü açar səhəri,
Döyüşlərdə kişnədər ağ kəhəri,
Boz qurd kimi ucalar hər zəfəri,
Sən qalib ordunun komutanısan!


Göy üzündə şimşək kimi çaxardı,
Yer üzünə alov töküb yağardı,
Yağıları süngüsünə taxardı,
Sən qalib ordunun komutanısan!


Bakımızın xilasgarı, Qacarı,
Çətin anda bura saldın güzarı,
Darvazası, həm kilidi, açarı,
Sən qalib ordunun komutanısan!


Saqqallı, yaraqlı xoxan gədalar,
Üz üstə uzanan, yatan gədalar,
Döyüş meydanından qaçan gədalar,
Sən qalib ordunun komutanısan!


Silaha sarıldın könüldən, candan,
Vartuşlar can verdi sənə bir yandan,
Beləcə qurtardın Bakını qandan,
Sən qalib ordunun komutanısan!


Qaranca danışır qara köpəklər,
Düşüblər tələyə, tora köpəklər,
Yambızı qaysaxlı yara köpəklər,
Sən qalib ordunun komutanısan!


Dillər əzbəridi sənin soyadın,
Külək nə aparar daşdan, qayadan,
Türk oğlu bəllidi süddən, mayadan,
Sən qalib ordunun komutanısan!


Turanı türklərsiz qalamaq olmaz,
Odsuz samavarı odlamaq olmaz,
Türkün taleyi ilə oynamaq olmaz,
Sən qalib ordunun komutanısan!


Yürüşün mübarək, adın mübarək,
Ocağın mübarək, odun mübarək,
Daddın qələbənin dadın, mübarək,
Sən qalib ordunun komutanısan!


   Əmir Pəhləvan belə bir böyük işin öhdəsindən məharətlə gəlib. Mahiyyət etibarilə poetik publisistik ensiklopediya məzmunu daşıyan əsər Dədə Qorqudla başlayıb, çağdaş şəxsiyyətlərlə qurtarır. İkinci kitab bütünlüklə yeni dövr Azərbaycan ədəbiyyatı və mədəniyyəti xadimlərini əhatə edir.

 
  Əmir Pəhləvanın müəllifi olduğu “Vətən dahiləri” kitabı tək Azərbaycanı deyil, həmçinin bütün Avrasiya coğrafiyasını əhatə etdiyindən bu gün üçün daha da aktualdır. Əlbəttə, bu insanların böyük əksəriyyəti həm Azərbaycan, həm də türk-slavyan dünyası ilə bağlıdırlar. Kitabda dahi rus mütəfəkkiri Lev Qmulyovun anası Anna Axmatovaya xüsusi yer ayrılması və ona ithaf edilən şeir olduqca dəyərlidir və mühüm əhəmiyyət daşıyır. Yaxud da, rus şərqşünaslıq elminin banilərindən biri Mirzə Kazım Bəyə ithaf edilən şeir bu və ya digər formada avrasiyaçılıq baxımından xüsusi əhəmiyyətə malikdir. O cümlədən, Nəsrəddin Tusi, Əmir Teymur, Nəimi, Nəsimi, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundov, Məmməd Araz, Bəxtiyar Vahabzadə, Şirməmməd Hüseynov, Faiq Bağırzadə və başqa şəxsiyyətlər Avrasiya coğrafiyasında böyük təsirə malik söz sahibləri kimi Azərbaycan oxucularına, bir daha, Əmir Pəhləvanın baxış bucağından təqdim edilir…

 
  Dahilər heç vaxt ölmür. Onların keçdiyi əzablı, məşəqqətli, keşməkeşli tarıx yol bizim qan yaddaşımızdır. Şərəf və qürur mənbəyi olan bu müqədəs YOL bizim həyat və tale yolumuzdur.  Əmir Pəhləvan özünəməxsu bir ədəbi formatda onların bizlərə və vətənə bəxş etdikləri böyük bir mənəvi irsi qan yaddaşımızda yenidən canlandırmağ nail olmuşdur… Fikrimizcə, Əmir Pəhləvanın “Vətən dahiləri” iki cildlik kitabı Azərbaycan tarixi, ədəbiyyatı və mədəniyyətinə yeni bir töhfədir!

 
   Əmir Pəhləvanın şəxsiyyəini və yaradıcılığını qədrşünaslıqla qiymətləndirən, dəyərləndirən böyük Azərbaycan şairləri Məmməd Arazın və Bəxtiyar Vahabzadənin fikirlərinə şərhsiz diqqət kəsilək:


Xalq şairi Məmməd Araz:


“Əmir Pəhləvan Buz bulaqlı-Batabatlı Şahbuzun şair oğludur. “Bir qəlbin səmimi duyğularla dolu lirika aləmidir. 


Mən də can verirəm – Şahbuzdan ötrü,
Babamın, atamın qəbri ordadır,
İlk səsim, ilk sözüm, ilk məhəbbətim,
Uşaqlıq dünyamın səbri ordadır.


   Bu misraları uca-uca dağların, qayaların doğurduğu əks-sədaların ekizi sayıram. Məncə, çoxlarının publisist, yazıçı-dramaturq, kinorejissor və ssenarist kimi tanıdığı Əmirdən onu bir təkcə bu şeiriyyət ayırır. Lirika dünyasında Əmir Pəhləvan Şahbuzun şairidir. …Mənə elə gəldi ki, qoynunda bu əzəli və əbədi şərqiləri oxuduğu Azərbaycanımız da elə Şahbuzdur. Bütün dünya başdan- başa Şahənşahlar yurdu Şahbuzun şahlıq taxtına dayanıb durub” – deyirdi: 


Bir əlçim Günəşəm, bir əlçim Alov,
Torpağın köksündə çağlayan qanam,
Şahbuz dağlarından üzü sabaha,
Yeriyən bir parça Azərbaycanam.


   Vətən sevgisi onun ən kiçik bir hissəsinə olan sevgi qədərdir. Əgər sən öz evini, küçəni, el-obanı sevmirsənsə, onda sənin dünya vətəndaşı, şəxsiyyət olmağın da imkan xaricindədir. Mən sevinirəm ki, Əmir Pəhləvanın şeir gülzarındakı çiçəklər Şahbuz ətirlidir, tuti dilli nəğmələr Şahbuz ahənglidir, xınalı qafiyələr Şahbuz gözəlləmələridir. Bunları oxucuya mən – Məmməd Araz deyirəm. Bu sözlərin ünvanı yalnız bu gün deyil, “Azərbaycan şərqiləri”ni zamanı aşan bir kitab sayıram. Olsun ki, 50 il, 100 il, beş əsr sonra da… Əmir Pəhləvanın bu qadir, əfsanəvi, nəğməli “Azərbaycan şərqiləri” həmişə doğma Şahbuzumuzun şirin dilində ötəcək.
Mən buna inanıram. Özümə, sözümə inandığım qədər.”


    Xalq şairi Bəxtiyar Vahabzadə. Onun Əmirə ünvanladığı məktubda oxuyuruq: 
“Sizi, ulu Məmmədəminin yaratdığı Universitetin məzunları sırasında barmaqla sayılan millətçi gənclərimizdən biri hesab edirəm. Bizim millətimizin bu günündə ürəyi böyük Turan – böyük Türkiyə – böyük Azərbaycan eşqi ilə yanan ziyalılarımıza çox ehtiyacımız var. Mən sizin yaratdığınız müstəqil milli mətbuata – “İLHAM” kültür qəzetinə, çəkdiyiniz fövqəlmilli və həm də satirik ifşaçı bədii filmlərə, şeirlərinizə, dramaturji yaradıcılığınıza, xüsusilə, Bakı Bələdiyyə Teatrında 1999-cu ildə böyük qalmaqalla səhnəyə qoyulmuş “İnsan və İblis” tarixi-fəlsəfi pyesinizə çox yaxından bələdəm.
Sizin kimi – millətimizin gözünün işığı olan bir ziyalıya qarşı baş verən haqsız təqiblərdən – terror və təhdidlərdən də xəbərim var. Nə edəsən ki, bizim cəmiyyət istədiklərini öncə özü öldürür, sonra da göylərə qaldırır. Bu mənhus ənənə Turan əşirətli xalqlara qarşı bu günəcən düşmənlərimizin gizli işləkləri nəticəsində sürüb gəlir və sonda Azərbaycan türkünün ayağına yazılır. Halbuki bu əxlaqsızlığı başımıza indiyəcən vurmuş və vurmaqda olan namərdlər, satqınlar və xainlər olmuşlar.
Oğlum Əmir, səni mənəvi övlad saymağımı sözgəlişi hesab etmə. Həqiqətən mənim “Gülüstan” poemamda qaladığım milli azadlıq ocağının bir közü də Əmir Pəhləvandır. Eşidəndə ki, “Fransız”, “Qarabağ şikəstəsi”, “Spasibo”, “Qız Qalası”, “Bakı nefti və Nobellər”, “Avtoritet” və s. filmlərin ssenari müəllifi və rejissoru Əmir Pəhləvan, həmçinin oxucuların görüşünə “Turan türküləri” adlanan yeni kitabında həm də öz şeirləri ilə gəlir, sevincim birə min oldu. Bu gözəl kitabdakı poeziya həqiqətən Turan ruhunun parlaq ifadəsidir. Ümidvaram ki, bu kitab son türkünüz olmayacaqdır, qədim Azərbaycanımızın, Ulu Tanrının müqəddəs poeziya qəsrinə “Xoş gəlmisən” deyirəm”.

 
  Onun “Sərkərdə ” (2013) və “Zemlya Velikix” (2014) poemalarında da türk dünyasının tarixi əks edilib. “Zemlya Velikix” kitabında qırğız xalqının şərəfli qəhrəmanlıq tarixi, qırğız türklərinin kişiliyi, qeyrəti vəsf edilib. Kitab Qırğızıstan prezidenti Almazbək Atambekova həsr olunub.  Qirğzistan Prezidenti möhtərəm Almazbek Atambekov başda olmaqla, Taktakul Satılqanov, Yusif Balasaqunlu, Çingiz Aytmatov və Manas eposu haqqında poetik düşüncələr və tarixi faktlar oxucuların marağına səbəb olub. Bu kitabda, əslində, Türklüyün Ruhu yad edilib, bu ruhun daşıyıcıları olan  dahi şəxsiyyətlərini türk dünyasına nümunə göstərilmiş, böyük turançılığın panturanizm olmadığı  söylənilmişdir.

    
 Qırğızıstan Respublikasının Prezidenti  Almazbek Atambekov 2014-cü ildə yazıçı – dramaturq Əmir Pəhləvanı “Türkün Yol xəritəsi” və “Sərkərdə ”, “Manas bayatıları”, “Dahilər yurdu” kitablarına görə ölkənin yüksək mükafatı sayılan -“Aykol Manas” və “Ak İlbirs” mükafatı ilə təltif edibdir. Kitablar Azərbaycan, Gürcüstan, Dağıstan və Şimali Qafqazda da yayılıb…

 
  Əmir Pəhləvan steorotiplərdən, şablonçuluqdan uzaq, orjinal  ədəbi, bədii və ictimai fəaliyyəti ilə Avropada və Rusiyada Azərbaycan diaspor təşkilatlarında və Türk dünyası ölkələrində tanınan ziyalılarımızdandır. Təsadüf hesab etmək olmaz ki, Əmir Pəhləvan  Qırğızıstan, Qazaxstan və Quzey Kibriz Türk Cümhuriyyətlərinin Dövlət mükafatları Laureatidır. Qırğızıstan Respublikasının “Manas” mükafatçısıdır. Həmçinin o,  “Humanatarian aword”-Amerika, “Qran Pri”- Almaniya, “Nant”medali-Fransa, “Üç qitə” medalı – Fransa,”Qızıl lent”- Azərbaycan, “Dünya səfiri” – Amerika-Yaponya, ” World Literature Today” jurnalının mükafatı – Amerika və başqa mükafatların sahibidir… Əlbəttə, Avropanın böyük dövlətləri tərəfindən verilən mükafatlar çox önəmlidir, gözəldir. Əmir Pəhləvan Los Angeles-də “İnsanlıq” mükafatını alıbdır. Deyilənə görə, bu mükafatı Əmir Pəhləvana qədər possovet məkanında heç kəs almayıbdır…


  Təkcə Əmir Pəhləvanın həyatında deyil, Azərbaycan ədəbiyyatı və mədəniyyəti üçün çox böyük, əzəmi hadisələrdən biri də budur ki, Qazaxıstan Respublikasının sabiq  Prezidenti, Türk dünyasının əvəzsiz lideri, Qazax xalqının əbədi atası elan edilmiş Nursultan Nazarbayev Abışoviç  yazıçı-publisist, kinorejissor Əmir Pəhləvanın 60 illik yubileyinə təbrik məktubu göndərib və onun şəxsiyyətini, yaradıcılığını yüksək qiymətləndiribdir…
   Qazaxıstan Respublikasının Prezident Aparatından Nursultan Nazarbayevin Əmir Pəhləvanın 60 illik yubileyinə təbrik məktubu barədə məlumatı Prezidentin köməkçisi Klara xanım Muxamova telefonla bildirib və bu əvəzsiz qiymətə malik rəsmi məktub faksimelisi ilə Azərbaycan mətbuatında dərc edilibdir…

  
Yeri gəlmişkən, o dövrdə mətbuatda dərc edilmiş rəsmi xronika və şəkillərdən əldə etdiyimiz dəyərli bir faktı da qeyd edim ki, Əmir Pəhləvan hər jurnalistə nəsib olmayan ilk Azərbaycanlı jurnalistidir ki, Türkiyənin Cumurbaşqanı Süleyman Dəmirəllə Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin sədri Heydər Əliyevin rəsmi görüşünün iştirakçısı olub və hər iki liderə kitabını avtoqrafla təqdim etmək kimi xoşbəxt anlar keçirmək səlahiyyəti əldə edibdir…


   Əmir Pəhləvan geniş yaradıcılıq diapozonuna , orjinal dəst xətdə, özünəməxsus üsluba, lakonik deyim tərzinə malik, yaradıcılığı ilə şəxsiyyəti vəhdət təşkil edən istedadlı, təpərli, işgüzar, yollardan yorulmayan, daim axtaran qələm əhlidir… Vətəninə, torpağına, müstəqil dövlətçiliyinə – müasir Azərbaycan birliyinə sıx bağlı vətənpərvər, vətəndaş ziyalılarımızdandır… O, bütün şüurlu ömrünü Azərbaycan mətbuatının, jurnalistikamızın, mədəniyyətimizin çiçəklənməsinə, inkişafına, təbliğinə — dünya miqyasında tanınmasına sərf edibdir… Harada yaşamaından asılı olmayaraq Azərbaycan və Azərbaycan dövlətçiliyi  onun üçün əvəzedilməz bir müqəddəslikdir. Özü belə deyir: “Mənə görə Qafqaz bütün dünya xalqlarının ana beşiyidir. Avropada bu gün onların sivil hesab etdiyi toplum məhz böyük və kiçik Qafqaz sıra dağları arasında ümumdünya etnoslar izdivacından törəyib. Odlar diyarı Azərbaycan Qafqazın göz  bəbəyidir, Günəşidir. Mənin üçün Azərbaycan bəşəriyyətin cənnət bir guşəsidir. Bakı mənim şah damarımdır. Bakı məni bir körpə kimi böyüdüb. Mavi Xəzər laylamı çalıb. Ali təhsilimi Bakıda almışam. “Bakı”-“Baku” qəzetlərində işləmişəm. Bakı şəhərinin “mətbuat yayımı” firmasının rəhbəri olmuşam. İki oğul payı verib Bakı mənə. Bakı bu gün mənim arxamdı, Bakını çox sevirəm, bakılılara sonsuz sevgilərim var…”


   Müsahibələrinin birində belə bir etirafda da, bulunubdur: “Oxucularımın və tamaşaçılarımın gözlərindən yayınaraq, nə artıq tərifə, nə də əskik tənqidə bürünə bilmərəm. 40 illik  jurnalist təcrübəsi olan bir insan kimi səmimi etiraf etmək istəyirəm ki, gözəl parıltılarda, qulaqları çığırtılarda olanların  xəstə dünyasında Ziqmund Freydə böyük ehtiyac var: “Mən sadə adamam, amma sadəlövh deyiləm. Öz daxili senzuram var. Bu, ləyaqət senzurasıdır.”

 
   Harada olur-olsun, millətinn və dövlətinin qarşısında həmişə alnıçıq olan Əmir Pəhləvan ilhamlı, məhsuldar bir yazıçı-publisist, araşdırıcı jurnalist, şair, kino-dramaturq, kino-rejissor kimi 60 illik ləyaqətli ömrünün dolaylarındadır və bu xatırlatdığımız faktlar şərəfli bir ziyalı ömrünün fəxr ediləcək həyat və fəaliyyətindən qəlpələrdir, hər qələm əhlinə nəsib olmayan ziyalı ömrünün akkordlarıdır…  Belə bir deyim də var: “İstedad sönməyən ulduzdur!” Əmir Pəhləvanən ömrünün elə çağıdır ki, ədəbiyyat camemizin üfüqlərində onun istedadının ulduzu daha parlaq görsənir…

 
Qələm dostları dediyi kimi, 60 yaşın ekvatorunu adlayan, 40 illik yaradıcılıq təcrübəsi olan  Əmir Pəhləvana uzun ömür, can sağlığı,  Azərbaycan mədəniyyətinin və ədəbiyyatının inkişafı naminə ağır, məsuliyyətli yaradıcılıq yollarında mətin addımlarla irəliləməyi, yeni-yeni uğurlar qazanmağı arzu edirik.

Müəllif: Qurban Bayramov

Tənqidçi-ədəbiyyatşünas, doktor-professor.

29.07.2019.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Vasif Zöhraboğlu

GEDİRƏM DARIXMAĞA…
Mən də belə adamam, qına məni, əzizim,
Bir bəhanə gəzirəm öz evimi yıxmağa.
Elə ki axşam düşür, çəkilirəm özümə,
Sənsizliyi götürüb gedirəm darıxmağa.

Ovuc-ovuc tökülür, çiliklənir ümidlər
Səkilərin üstündən daşlananda şüşəsi.
Göz işləmir küçənin sükutunu yarmağa,
Pəncərə gözlüklərin yaşlananda şüşəsi.

Sevinci nə olacaq quruyanda dodağı
Kəpənək qanadından külək uman çiçəyin?
Bir də baxıb görürsən, ömrün axırındasan,
Bir də baxıb görürsən, yiyəsizdi ürəyin.

Çəkilərsən çarmıxa bundan belə gizlicə,
Böyüyər göy üzünə Tanrı çəkən yolların.
Qopub düşər sükutlu baxışların altına,
Qopub düşər çarmıxdan xaçşəkilli qolların.

Çarmıxına daş atar gələn-gedən xəlvətcə,
Kiridərsən içində bu bədheybət qorxunu.
Uzanar göy üzünə yerə düşən qolların,
Diksinərsən, pozarsan çarmıxdakı yuxunu.

Mən də belə adamam, qına məni, əzizim,
Bir bəhanə gəzirəm öz evimi yıxmağa,
Elə ki axşam düşür, çəkilirəm özümə,
Sənsizliyi götürüb gedirəm darıxmağa.

Müəllif: Vasif Zöhraboğlu

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Vahid Əziz – Yeni şeir

Vahid əzizdən yeni şeirlər

YAZIQ OLAN…

Vətən–torpaq, daşdı, dağdı,
insanı–gora bağlıdı,
yazıq olanım Qarabağ,
yoxsa ki,Qarabağlıdı?

Bir dünyayam-bərbad olan,
mində-bir dəfə şad olan,
sevilməli–abad olan,
yoxsa ki, xarabalıqdı?

Hey çırpınar dara düşən,
sınar bəxti qara düşən,
Azərbaycan tora düşən
“Qara qızıllı” balıqdı!

Məddahlar öz azarında,
dərd-yoxsuld, kef-harında!
ucuzluq–vaxt bazarında,
qalan yerlər bahalıqdı.

Boşboğaz meydan suluyur,
nakişi quyruq buluyur,
boş vədlər qarın doyurur,
doyurmayan–halallıqdı.

Ağırmış vaxtın dabanı,
zaman bitirmir davanı,
durna tərk etdi yuvanı,
tərk etməzdi… havalqdı!

= = = =

SƏN–DAĞA,DAŞA OXŞAMA…

Məni sıxan dağlar deyil,
bu dağlarda olmayandı!
səndən başqa xəyalımda
özgləri qalmayandı.

Getdim-güllər əl elədi,
çinar-qışdan gileyləndi,
ömrümə hakim–əbədi,
məni yola salmayandı!

Qopar məni buralardan,
bu daşlardan,qayalardan!
gözümün nurunu alan,
gözü yaşla dolmayandı.

Zaman yetər,inanıram:
yenə mehmanın olaram,
ömür sönər,mən solaram;
sənə sevgim solmayandı.

Qorxuram ki,yana–yana,
alışam bu cüy yaşama;
sən–dağa,daşa oxşama,
onlar salam almayandı…
27.07.2019. Qalaaltı.

= = = =

ÇƏMƏNDƏ…

Baş aça bilmirəm şehli çəməndən;
külək bir-birinə rəngləri qatır,
yuxuda bir ətir duyuram hərdən,
amma ki,bilmirm–gül harda yatır?

Sevdiyi ceyrandı,yozsa-cüyürdü?
içimdə suallar şimşəktək çaxır,
başını qoyduğu yastıq nə cürdü–
gözləri-gözlərə,yollara baxır?

Bəlkə bir bəxtəvər saçını hörür,
boynuna dolayır hörüklərini,
oyaqmı,şıltaqmı,ya–yuxu görür?
dalağım sancardı görsəydi məni.

Nədən indiyədək rastıma çıxmır,
həyatda gəzdiyim fürsət,üryim?
gül məni eşilmir,üzümə baxmır,
qalır nəvazişə həsrət ürəyim…

= = = =

UNUDULMUŞ BİR ÇİÇƏK…

Düşüb payız yağışına,
için-için ağladı,
tale qoydu özbaşına–
Haqqa ümid bağladı,

Nə arılar yaxın gəldi,
nə bir heyran kəpənək,
son baharda qəribsədi
unudulmuş bir çiçək,

Bilsə–buymuş aqibəti,
bir dibçəkdə bitərdi,
ya kərənti aparardı,
ya-yolçuyla gedərdi,

Solub qopan ləçəklərdə
ürəyinin yanğısı,
unudulmuş çiçəklərin
eyni solur hamısı…
04.08.2019.

Müəllif: VAHİD AZİZ

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ABBAS İLHAM – SÖZ…

Abbas İlham “üç yarpaq”- da

AZAD ET

Oynadıb qəlbimi bir oyuncaqtək,
İndi ki, doymusan…kənara tulla…
Onsuz da əlimdən almısan mənim-
Bu canım əzabdan bəlkə qurtula…

Nə qədər səndədir, yaxşı bax ona,
Dəyərli, qiymətli bir əsərdi, O.
Dahi Yaradanım yaradıb onu,
Bəndənin əlində bir əsirdi, O.

Tapdasan günahdır – O əmanətdir,
O dahi varlıqa qayıtmalıdır…
Tanrım öz möhrünü vurubdur ona,
Yatsa da nə vaxtsa ayıtmalıdır…

Azad et, əfv eylə…Gör neçə ildir,
Eşqin zindanında məhbusdur qəlbim.
Nə sənə, nə mənə, nə də dünyaya –
O dahi varlığa məxsusdur qəlbim…

İyun, 2016
= = = =

YENƏ DƏ YANILIRAM…

Xəzər! Bir daha qoynuna alaydın bizi…
İlk dəfə o iki gənci alan kimi…
Utana-utana… ilk dəfə biri-birini
yarıcılpaq görən, 
Əl-ələ tutub, qaça-qaça, 
sənə qovuşmağa can atan,
Sevgisini sənlə bölmək üçün 
qoynuna atılan
o iki gənci deyirəm…
Yanar baxışlı, od nəfəsli,
şirin məhəbbətli, vüsal həvəsli…
biri-birinə dəlicəsinə vurulan
o iki dəlini deyirəm…

Al bizi yenə də qoynuna Xəzər,
Əsəbləş…lərzəyə gəl… 
Qoy, nə vaxtsa bizimlə oynayan dalğaların
əl-gol atsın…döysün bizi…
Nə vaxtsa başımız üstə fırlanan qağayıların
danlasın bizi…söysün bizi…
O ülvi sevgiyə kəm baxdığımız üçün,
bir eşqin tacını başımız üstə qaldırıb,
sonra da yerə çaxdığımız üçün…

Al bizi yenə də qoynuna Xəzər,
İstəsən, sahildən uzaqlara apar.
Apar bir dəfəlik…apar…
…Yenə də düşüncələrim azdırır məni.
Yenə də yanılıram…
Biz ancaq Xəyal dənizində üzə bilərik –
Axı hər ikimizin 
sahildə sevdiklərimiz var…

= = = =

YENƏ DƏ

Deyərdin, şəklini öpüb yatıram…
Gülüm, şəklimə də qısqanardım mən.
Deyərdin, yastığım sənin sinəndir…
Baş qoyub yastığı qucaqlardın sən.

Deyərdin, sənsizlik öldürər məni,
Bir anım, bir günüm sənsiz olmasın…
Deyərdin, bir güləm eşqin bağında,
Qoyma, xəzan dəysin…rəngim solmasın.

Yenə də o yastıq, gülüm sənlədir?..
Yenə də baş qoyub qucaqlayırsan?..
Yenə də “sinəmə” göz yaşı düşür –
Yenə də gecələr sən ağlayırsan?..
Ağlama…qəlbimi sən dağlayırsan…

Müəllif: ABBAS İLHAM

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

SEVDA İBRAHİMLİ

Torpaq həsrəti
Qarabağ, dustaqdır gözü yoldadır,
Ağlayan gözümün nuru torlanır.
Düşmən hiyləsiylə torpaq qoparıb,
Namusu qeyrəti söküb aparıb.

Ürək haray çəkir üsyan qoparır.
Torpaq deyə- deyə qocaldıq artıq,
Bu günun sabahı deməkdən doyduq,
Ruhumuz göylərə yol alır artıq.

Bulud oldum yağan yağışa döndüm,
Torpaq oldum bitən qamışa döndüm
Axan çaydım coşqun dənizə döndüm
Qarabağ torpağın ala bilmədim.

Yazır qələmimiz meydan oxuyur,
Vətən harayından xalça toxuyur
İlməsi, naxışı mərmi güllədi
Qırmızı rəng ilə qanla toxuyur .

Torpaq həsrətindən hasar çəkmişəm 
Nisgilin sinəmə nacar çəkmişəm.
Xarı bülbül yalandı könlüm oxuyur
Qarabağ naləsin çəkir oxuyur. 
25.07.2019.

Müəllif: Sevda İbrahimli

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru