YARADICILIQ

Boluslu Anar Əlioğlu – Qəm Olacaqdır…

Qəm Olacaqdır

Ha bəslə,əzizlə şirin canını,
Bir gün o qurd-quşa yem olacaqdır.
Həyatda dərd-qəmsiz ha xürrəm yaşa,
Şad günün çevrilib qəm olacaqdır.

Qulağı kar olan eşidərmi səs,
İnsan boş-boşuna yaranmır əbəs.
Kiminsə gözünü ağlar qoyan kəs,
Çox çəkməz,gözləri nəm olacaqdır.

Candan əskik olmaz “can”deməklə can,
Bir də saf olarmı ləkəli vicdan?
Zamanın hökmüdür,ağıllı insan,
Ağlın azalaraq,kəm olacaqdır.

Dünyada insan ki,tutmasa qərar,
Səhəri bilinməz,amma bu gün var.
Əcəlin vaxtını bilmirsən,Anar,
Bir gün öz başında cəm olacaqdır.

Müəllif: ANAR ƏLİYEV

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

=========================================================

ƏJDƏR ƏLİZADƏ – VƏTƏNİM MƏNİM…

VƏTƏNİM MƏNİM…
(Kamil bəhri)

Gözü yaşlıyam, başı daşlıyam, sinə dağlıyam, Vətənim mənim, 
Ürəyim mətin, yaşamaq çətin, saçım ağlıyam, Vətənim mənim.

Gələ bilmirəm, gülə bilmirəm, silə bilmirəm gözümün yaşın…
Demə küsmüsəm, əlim üzmüsəm.., sənə bağlıyam, vətənim mənim.

Vətənin satıb, dedilər qaçıb Qarabağlılar… Nəyi satmışam?
Düzə düşmüşəm, qəmə dözmüşəm, Qarabağlıyam, Vətənim mənim.

Topu atdılar, odu çatdılar, ara qatdılar, kama çatdılar,
Qacaqaç olub, bənizim solub, çöl otağlıyam, Vətənim mənim.

Üzə söz deyən, sözü düz deyən.., tükənən deyil sözü Əjdərin,
Belə qəm çəkəm, qəmi cəm şəkəm, nədən ağlıyam, Vətənim mənim.

15.12.2018 

Müəllif:ƏJDƏR ƏLİZADƏ

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

=========================================================

SONA AMAL – GÖZƏLDİR

GÖZƏLDİR

(Bir aşiqin dilindən)

Pəncərədən mənə boylanan gözəl,
Camalına qonan xal nə gözəldir?!
Baxışın dil açıb, söyləyir: “Gəl!Gəl!”,
Yanağına çökən al nə gözəldir?!

Sanıram, həyatda tapdım tənimi, 
Silərəm gözümdən kədər, qəmimi,
İzin ver, darayım ipək telini,
Başına saldığın şal nə gözəldir?!

Fərəhdən köksümə sığmayır könlüm,
Bilmirəm ağlayım, bilmirəm gülüm,
Dodağına qonan təbəssüm, gülüm,
Dilindən süzülən bal nə gözəldir?!

15. 12. 2018-ci il.

Müəllif: SONA TEYMURBEYLİ

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

=========================================================

ARZU GÖYTÜRK – DAŞ ADAM

DAŞ ADAM

Mən özüm sevmişdim o daş adamı,
O “Daş” əzir məni qınayammıram…
Mən “kədər qadınam” xoşbəxt olanda,
Güzgüdə özümü tanıyammıram…

Əynimə gen olur sevinc libası,
İztirab boyuma biçilib mənim.
Dünya yaratmışdım o “Daş adamdan”,
Dünya gözlərimdə kiçilib mənim…

Tanrıya bənzəyir sevgim…nə cismi,
Nə rəngi,nə də ki qoxusu yoxdur.
Gözümü dəyişdim başqa göz ilə,
İndiki gözümün yuxusu yoxdur…..

Müəllif: ARZU GÖYTÜRK

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

=========================================================

TƏVƏKKÜL GORUSLU – GÜLÜM

SƏNLİ DƏ ÖLÜRƏM, SƏNSİZ DƏ GÜLÜM!

Əhd etdik intizar, hicran olmasın,
Yad əldən sevgimiz viran olmasın,
Nə mənsiz, nə sənsiz bir an olmasın,
Sənli də ölürəm, sənsiz də gülüm!

Bu könlün, ürəyin oldun sənəmi,
O vaxtdan bir sevda yaxır sinəmi,
Qoyum yandıramı, ya ki, sönəmi,
Sənli də ölürəm, sənsiz də gülüm!

İndi də sən yoxsan, candan can gedir,
Elə bil eşq adlı bir cahan gedir,
Nə fərqi aşikar, ya pünhan gedir,
Sənli də ölürəm, sənsiz də gülüm!

Heç kim söyləməsin yazıb yayıbdı,
Goruslu özünü aşiq sayıbdı,
Bəlkə susmalıydı, bəlkə ayıbdı,
Sənli də ölürəm, sənsiz də gülüm!

 14.12.2018

Müəllif:TƏVƏKKÜL GORUSLU MƏMMƏDOV

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

=========================================================

MÖVLUD AĞAMMƏD – DEYİR…

Leysan olub göz yaşım,dolmuş o ümman deyir….

Leysan olub göz yaşım,dolmuş o ümman deyir.
Məcnun olub dərdi çək, qəmdən alış-yan, deyir.
***
Gər dilədim dərdinə dərman olum,olmadım
Bimar olub, dərdinin çarəsi loğman-deyir.
***
Vədə verib,əhd edib,əhdinə sadiq qalıb 
Sultan olub taxtıma bir gecə mehman deyir.
***
Onsuz ötür günlərim daima ah-zar ilən,
Zənni yerim hər zaman külbeyi-ehsan deyir
***
Meydən uzaq olmağım çox da güman etdilər,
Könlüm evim olmuşam, Mövluda, viran deyir.

12.12.2014. Zərdabi.

Müəllif: MÖVLUD AĞAMMƏD

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

=========================================================

XALİQ RƏHİMLİ – ATA ŞEİRİ

ATA

(Atamın ad gününə)

Mənə mübarizə öyrətdin xeyli 
Sənin öyüdündən doya bilmədim 
İndiki daşlardan daş asılıbmış
Mən daşı daş üstə qoya bilmədim

Yüz fikir bir borcu ödəməz, ata
Bu belə taledi, bu belə baxtdı
Getdi o yürüşüm, getdi o cəhdim
Yerimdə sayıram gör neçə vaxtdı

Necə oğul oldum sənə bilmirəm 
Mənnən öyünməyə dəyərmi ata?! 
Fələk də adamın ümidlərini 
Bu qədər baltalar, döyərmi ata?!..

Çoxalır qəlbində Tanrının nuru
Üzündə bir aylı gecə görünür 
Allah ömür versin bizə də, – görək
Doxsanda bu dünya necə görünür

İmkanlar, fürsətlər arxada qaldı 
Başımı qatmışam şeirə, sözə
Baxmayıb yaşımın bu çağına mən 
Sabah danlanmağa gələcəm sizə….

Müəllif: Xaliq Rehimli

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

=========================================================

QƏRİB HƏSƏN YENİ KİTABINI TƏQDİM ETDİ

Bu gün – 14 dekabr 2018 – ci ildə AYB-in Natavan zalında Qərib Həsənin  “SƏNİ SEVMƏKDƏN DOYMARAM” adlı yeni şeirlər kitabının təqdimat mərasimi baş tutdu. Tədbir  ASKEF  Azərbaycan İdarə Heyyətinin təşkilatçılığı  və dəstəyi ilə cənab Sayman Aruzun moderatorluğunda çox maraqlı, adət etdiyimiz təqdimatlardan əsaslıl şəkildə fərqli məcrada davam etdi. Musiqiçilərin iştirakı məclisə xüsusi abu-hava qatmışdı. Tanınmış söz adamlarından Oqtay Rza, Sona Abbasəliqızı və digərlərinin iştirak etdiyi məclisdə saz odlandı, ud dilləndi, söz dinləndi… Olduqca maraqlı keçən tədbirdə Qərib Həsənə “SƏNİ SEVMƏKDƏN DOYMARAM” adlı yeni kitabının işıq üzü görməsi münasibəti ilə “YAZRLAR” adından “YAZARLAR”-IN  YAZARI   “ZİYADAR” Mükafatı təqdim olundu.

USTAC.AZ

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru 

========================================================

ALLAH RƏHMƏT ELƏSİN

333 – cü qrupun ş/h-i adından Rəcəbov Şahinə anası gözəl insan, əsl pedaqoq Rəcəbova Pakizə Rəsul qızının  vəfatından kədərləndiyimizi bildirir, dərin hüznlə baş sağlığı veririk. Allah qəni-qəni rəhmət eləsin… Ruhu şad olsun… Amin…

USTAC.AZ

WWW.YAZARLAR.AZ
 və WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

===========================================================

BU GÜN RƏŞİD BEHBUDOVUN DOĞUM GÜNÜDÜR

Rəşid Behbudov 1915-ci il dekabrın 14-də Tiflisdə xanəndə Məcid Behbudov Behbudalı oğlunun ailəsində dünyaya gəlmişdir. Anası Firuzə Vəkilova isə Qazax rayonunun Yuxarı Salahlı kəndinin Vəkilovlar nəslinə mənsub idi.

Uşaq yaşlarından məktəb xorunda oxuyan Rəşid 1933-cü ildə Dəmiryolu Texnikumuna daxil olmuşdur.[ Təhsili dövründə tələbə özfəaliyyət orkestrində çalışmışdır.

Hərbi xidməti zamanı ordu ansamblının solisti olan Rəşid Behbudov, əsgəri xidmətdən sonra Tbilisi estrada qruplarından birində solistlik edir və tezliklə bəstəkar A.Eyvazyanın rəhbərlik etdiyi Ermənistan Dövlət Caz orkestrində solistliyə başlayır. 30-cu illərdə Ermənistan Dövlət Opera və Balet Teatrında klassik operaların xor səhnələrində solo oxuyur. 1939-cu ildə həmin teatrın truppası ilə birlikdə Moskvada Ermənistan incəsənəti günlərində iştirak edir. 1942-ci ildə kollektivlə birgə Krım cəbhəsinə yollanır. Həmin il Ermənistan dövlət caz orkestrinin tərkibində İranda qastrol səfərində olmuşdur.

1943-cü ilin sonunda Bakı kinostudiyasında Üzeyir Hacıbəyovun eyniadlı operettasının motivləri əsasında çəkilən “Arşın mal alan” filmində baş rola dəvət almışdır. 1944-cü ildə Azərbaycan Dövlət Filarmoniyasının yay salonunda konserti olmuşdur. 1945-ci ildə film efirə çıxır və çox tez bir zamanda nəinki Azərbaycanda, bütün Sovet İttifaqında böyük populyarlıq qazanır. 1946-cı ildə bu filmdəki Əsgər roluna görə Rəşid Behbudov “Stalin mükafatı” ilə təltif olunur.

1949-cu ildə Budapeştdə keçirilən Gənclərin və tələbələrin Ümumdünya festivalında çıxış edir.

19461956-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 19531960-cı illərdə fasilələrlə M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, 19571959-cu illərdə Azərbaycan Dövlət Konsert Ansamblının təşkilatçısı və rəhbəri olmuşdur.[2] 1966-cı ildən musiqi və estrada sənətinin caz, balet, pantomim kimi müxtəlif janrlarını üzvi surətdə birləşdirən Azərbaycan Dövlət Mahnı Teatrını təşkil etmiş və ömrünün sonunadək onun solisti və bədii rəhbəri olmuşdur.

Bütün Sovet respublikaları ilə yanaşı ArgentinaBolqarıstanBelçikaÇiliÇinEfiopiyaFinlandiyaHindistanİranİraqİtaliyaMisirTürkiyə və s. ölkələrdə geniş repertuarla çıxış edən Rәşid Behbudov, Azərbaycan xalq mahnılarının və Azərbaycan bəstəkarlarının vokal əsərlərinin xarici ölkələrdə populyarlaşmasında çox böyük rol oynamışdır. Rәşid Behbudov Hindistana səfəri haqqında “Uzaq Hindistanda” kitabını yazmışdır.

Dahi sənətkar 1989-cu il iyunun 9-da Moskva şəhərində vəfat etmişdir.

Fəxri Xiyabanda dəfn olunmuşdur. Ruhu şad olsun… Amin…

İLKİN MƏNBƏ: Rəşid Behbudov – Vikipediya