YARADICILIQ

ZAUR USTAC – BATABAT

GƏZDİM

Gəzdim, qarış-qarış Vətən torpağın,
Hər dağda, dərədə izim var mənim!
Hələ keçilməmiş, uca dağların,
Uca zirvəsində gözüm var mənim!
* * *
Gəzdim, yorulmadan aranı, dağı,
Seyr etdim, ən ucqar çəməni, bağı,
Heç vaxt qınamadım zamanı, çağı,
Çox bulaq başında üzüm var mənim!
* * *
Gəzdim, bu torpağı, mən oymaq-oymaq,
Ən adi daşa da olmuşam qonaq,
Hər otun, çiçəyin halın soraraq,
Sinəmə yığdığım, sözüm var mənim!!!

01.12.2000. Batabat.

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar

 

ZAUR USTAC – SÖZ

SÖZ MÜQƏDDƏSDİR

Dostum, kəmənd ilə tutmazlar sözü,

Cələ qur, dilinə qoy özü düşsün…

Oynama, qələmlə huydurma – ağac,

Elə tut, əlinə qoy izi düşsün…

*        *        *

Qələm müqəddəsdir, müqəddəsdi söz,

Onların nazın çək, möhnətlərə döz,

Gör, sənin ağzına baxır neçə göz,

Qələmlə uslu ol, qoy üzə düşsün…

*        *        *

Gəldin bu aləmə, ərkanı gözlə,

Yaxşı bax ətrafa, dövranı izlə,

Ustac əmanəti, aram ol sözlə,

Qələmlə elə yaz, qoy izi düşsün…

01.05.2017. Şamaxı.

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar

 

ZAUR USTAC – APREL

 

Qəlbin dolanmasın, ey Vətən oğlu….

(Aprel Şəhidlərinin ili günü Bakıda bərk yağış yağdı…)

 

Göylər də hönkürüb, ağladı bu gün,

Buludlar göz yaşın saxlaya bilmir….

Damından göz yaşı axıdan koma,

Kövrəlmiş ananı ovuda bilmir….

*        *        *

Hardasa, bir bala ata gözləyir,

Əlində bir Bayraq gələydi bu gün….

Müəllim istəyib stol üstünə,

Anası alaram, söyləyir hər gün….

*        *        *

Bir Ata istəyir oğlu bu gün də,

Həyətə tələsik girsin nə olar….

Arxaya baxmadan sürüb  maşını,

Bütün gül-çiçəyi əzsin nə olar….

*        *        *

Elə bilirsən ki, bitər siyahı

Dolabda islanıb bir cib dəsmalı….

Asılqan saxlamır çim su mundiri,

Havadan  asılıb bir ər sığalı….

*        *        *

Bir otaq küncündə bacı naləsi,

Birində qardaşın hıçqırtısı var…

Məhəllə uşağı, qrup yoldaşı,

Bu gün qəmgin durub meyvə satanlar….

*        *        *

Adi çörəkçi də xiffət eyləyir,

Çəkməçi çəkməsin görüb ağlayır….

Alışqan verdiyi bardakı qızın,

Bu yağış qəlbində tonqal qalayır….

*        *        *

Körpə uşaqlar da haçandır qəmgin,

Boylanır həyətə, ancaq görməyir….

Ana paltar ipin  kəsibdi çoxdan,

Fəxrlə sərdiyin, daha sərməyir….

*        *        *

Göylər yas saxlayır, Yer qəribsəyib,

Təşnədir mərdlərin yeni nəşinə….

Torpaq əkənindir, əkən də bizik,

Göylərdə gəzənin Yer nə işinə….

*        *        *

Göylər bizə qahmar, Yer bizə mənzil,

Qəlbin dolanmasın, ey Vətən oğlu….

Nəsimi, Bəhmənyar gör nə vaxt olub???

Vətən də unutmur haqq tapan oğlu….

02.04.2017.   Bakı.  (14. 30. 1 0’)

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar

SADİQ QARAYEV – FİZİKA, LİRİKA, İDRAK.

Bakı-Şamaxı-Dubna : Günəş, ulduzlar və neytronlara toxuna biləcək məsafə.

Qurani Kərimin “Zumər surəsi”nin 9-cu ayəsində İslam peyğəmbərinə bu cür deyilməsi əmr olunur: “De: “Heç bilənlərlə bilməyənlər (alimlə cahil) eyni ola bilərmi?”

Sinoplu Diogen: “Dünyada ən böyük xeyir elm, ən böyük şər nadanlıqdır”.

İsaak Nyuton: “Bilik real və yenilməz qüvvədir. Məhz bilik sərvət və kapitaldır. Böyük Yaradan biliyi seçmə adamlara verir”.

Tarix boyu bütün ağıllı insanlar, o cümlədən görkəmli dövlət xadimləri elmə və alimə böyük qiymət vermişlər

Azərbaycan Milli Elmlər Akedemiyasını “müqəddəs elm ocağı” kimi dəyərləndirən tarixi şəxsiyyət, Ümummilli liderimiz Heydər Əliyev demişdir : “XXI əsrdə yalnız yüksək elmi potensiala və elmi tutumlu texnologiyaya malik ölkələr öz xalqları üçün xoşbəxt və firavan həyat tərzi təmin etmək imkanına malik olacaq”.

Cənab prezident İlham Əliyevin AMEA-nın illik ümumi yığıncaqlarından birində dediyi- “Əgər inkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, həmin ölkələrin uğurlarının təməlində ideya, fikir, innovasiya, elmi-texniki tərəqqi dayanır” (25 aprel 20011) fikirlər Böyük Öndərin ideyaları ilə vəhdətdə olub, elmə, mətiqə və zəkaya əsaslanan uğurlu siyasətin bu gün də davam etdiyinin bariz göstəricisidir.

Dövlət siyasətini qlobal geopolitik vəziyyətin dinamikası ilə uzlaşdırmağı bacaran, müasir dövrün nadir ölkə başçılarından olan prezident İlham Əliyevin “Neft kapitalını insan kapitalına çevirmək” ideyasının gerçəkləşdirilməsində AMEA-ın müstəsna rolu vardır və olacaqdır.

Son dövürlər, xüsusilə Akademik Akif Əlizadənin Akedemiyaya rəhbərlik etdiyi vaxtdan aparılan elmi tədqiqat işlərinin bir neçə yeni müstəvidə və istiqamətdə inkifışafı zamanın tələbinə uyğundur, elmin inkişafını şərtləndirən mühümm islahatlardır.Məsələn:

Simbioz – yəni bir neçə elmin birləşdiyi, elmi tədqiqatlara üstünlük verilməsi,Elmi tədqiqatların mövzularını Respublikanın iqtisadiyyatının müxtəlif sahələrinin inkişafı üçün zəruri olan bilklər sistemi ilə, eləcə də beynəlxalq aləmdə prioritet elmi araşdırmalar istiqməti ilə uzlaşdırmaq,

Elm və iqdisadiyyatın vəhdətinin yaradılması, elmi naliyyətlərin praktikaya real tətbiqi,

Qlobal iqlim dəyişklərinin mənfi təsirlərini azaltmaq, ekolji tarazlığın və biomüxtəliflyin qorunub saxlanılması Innovasiya texolgiyalarının inkişafı isiqamətində aparılan tədqiqatlara üstünlük verilməsi

Bütün bu yeniliklər elmin kompleks inkişafını şərtləndirəcək, dünya elminin müsair səviyyəsi ilə ayaqlaşmağa imkan verəcəkdir.

Qeyd edildiyi kimi AMEA-da aparılan islahat istiqamətlərindən biri də simbioz elmi tədqiqatlardır. Bu qlobalaşan dünyada elmi-texniki tərəqqinin sürəti ilə ayaqlaşmaq üçün zamanın tələbidir. Çünki, hər hansı bir obyektin və ya hadisələrin həqiqi mahiyyətini üzə çıxarmaq üçün, müxtəlif elmlərin birgə-simbioz tətbiqi zəruridir və müasir elmin aktual məsələlərindən biridir.

Əldə edilən elmi nəticələrin daha aydın, obrazlı formada ifadə edilməsində isə ədəbiyyatın və incəsənətin rolu böyükdür. Fizika və lirika ideyasının əsas mahiyyəti, qarşıya qoyulan başlıca məqsədi aparılan tədqiqatlarda müxtəlif elm sahələrinin birgə tətbiqini genişləndirmək, simbioz elmlərin üzə çıxardığı elmi həqiqətlərin ədəbi və incəsənət müstəvilərində əks olunmasıdır.

Bu ideyanın müəllifi akademik İsa Həbibbəylidir. Doğrudur, fizika və lirika terminin tarixi daha əvvələrə gedir. Xüsusi ilə keçən əsrin ortalarında Avropda və Rusiyada bu termin daha çox işlənmişdir. Lakin, bu zaman fizika və lirika ideyası əsasən iki mahiyyət daşıyırdı: Dəqiq elmlərin yoxsa hümanitar elmlərin daha önəmli olduğunu isbat etmək üçün mübahisələr və fizika ilə ədəbiyyatın oxşar, üst-üstə düşən nöqtələrini tapmaq cəhdləri.
İşığın difraksiyasını, interferensiyasını əsas götürən bir qurup alim onun dalğa, metallardan sərbəst elktronları vurub çıxarmasını (fotoeffekt hadisəsi) isə əsas götürən digər alimlər isə onun zərrəcik olduğunu sübut etmək üçün mübahisə edirdilər.

Dahi alim Nils Bor əlavəlik prinsipi ilə bu mübahisəyə son qoydu: İşıq nə dalğa nə də zərrəcik deyil, üçüncü- əlavə bir şeydir. Digər misal, Mendeleyev elektroliz hadisəsini fiziki-kimyəvi, yəni birgə hadisə olduğunu söyləyib bu proses haqqqındakı ayırıcı mübahisələrə son qoymuşdur.

Eləcə də Akademik İsa Həbibbəyli fizika və lirika ideyası ətarafında gedən ayrıcı mübahisələrə son qoymuş, birləşdirici mahiyyət daşıyan, daha təkmil və məntiqli elementlər əlavə edərək, elmin, ədəbiyyatın və incəsənətın inteqrasiyasına, inkişafına zəmin yardacaq yeni prinsiplər müəyyənləşdirmişdir.

Vətənə, dövlətə qulluq, Azərbycanın elm və təhsilini inkişaf etdirməyi əsas fəaliyyət istiqaməti seçməsi, xarketerindəki iradə, dinamiklik və zəhmətsevərliyi sayəsində akademik İsa Həbibbəyli fizika və lirika ideyasını nəzəriyyədən praktiki müstəviyə keçirməyi bacarmışdır. İsa Həbibbəylinin təşəbbüsü ilə, “Fizika və lirika” konfransları bir ənənə halını aldı.

İlk dəfə 2014-cü ildə Bakı Elm Festivalı çərçivəsində “Fizika və lirika” konfransı keçirildi. İkinci dəfə AMEA Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında “Novruz təqvimi: lirikada və astrofizikada”, üçüncü dəfə AMEA-nın Dendrologiya İnstitutunda, dördüncü dəfə bu il iyulun 17-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutu və Mərkəzi Nəbatat Bağında “Qoşa qanad: Elmi idrakla bədii yaradıcılığın sintezi” mövzusunda “Fizika və lirika” konfransları keçirildi.

Beşinci Fizika və lirika konfransı artıq beynəlxalq səviyyədə keçirildi. Azərbaycan Milli Elmlər Akademiyasının, MDB-nin iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF) və Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) birgə təşkilatçılığı ilə “Fizika və lirika: dünya təcrübəsi və MDB ölkələrinin elm və ədəbiyyat reallıqları” mövzusunda keçirilən beynəlxalq konfrans noyabrın 16-da Bakıda AMEA-nın Mərkəzi Elmi Kitabxanasında öz işinə başladı. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 85 illik yubileyi münasibətilə müxtəlif ölkələrdən gəlmiş qonaqların da iştirak etməsi, bu konfransı daha da maraqlı, yaddaqalan və əhəmiyyətli etdi.

Beynəlxalq Fizika və lirika konfransı öz işini 17-18 noyabrda Şamaxı Astrofizika Rəsədxanasında davam etdirdi. Burada 50-yə qədər avropdan, Rusiyadan və digər MDB ölklərindən alimlər iştirak edirdi. Müxtəlif elm sahələrinə aid son dövrlər aparılan tədqiqatlar əsasında məruzələr edildi.

Sevindirici hal idi ki, azərbaycanlı alimlərin məruzələri nəinki həmakarlarının çıxışlarından geri qalmırdı, hətta bəzi hallarda daha üstün məziyyətlərə malik olurdu.

Beynəlxalq Fizika və lirika konfransı öz işini noyabrın 22-23-də Rusiyanın Dubna şəhərində Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda davam etdirdi. Konfransı Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun Alimlər Evində İnstitutun direktoru, akademik V.A.Matveyev açdı və 1956-cı ildən fəaliyyətə başlayan institun fəaliyyətinin əsas istiqamətləri, stüruktur qurluşu, son dövrlər aparılan tədqiqatların mahiyyəti və əldə olunan uğurlar bardə geniş məlumat verdi.

Sonra Azərbaycandan gedən nümayəndə heyətinin rəhbəri Akademik İ.Həbibbəyli “Fizika və lirika” ideyasının mahiyyəti, keçirilən konfransların məqsədi və əhəmiyyəti barəsində çıxış etdi.

Fizika və lirika- elmi idrakla bədii təfəkkürün vəhdəti
Beynəlxalq konfransda iştirak edən AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, Fizika İnstitutunun direktoru, Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda Azərbaycanın səlahiyyətli nümayəndəsi, akademik Nazim Məmmədov, Azərbaycanın Rusiyadakı Səfirliyinin əməkdaşı Aqşin Əliyev çıxış edərək tədbirin əhəmiyyəti barədə öz fikirlərini bildirdilər.

Azərbaycandan gedən nümayəndə heyətinin üzvlərindən Hamlet İsaxanlı “Riyaziyyat və poeziya”, Professor Ağacan Əbiyevin “musiqi əsərləri və təsviri sənət, onların insana təsiri”, AMEA-nın müxbir üzvü Tehran Mustafayev “Fizika-lirika problemlərinin ədəbi-nəzəri təhlili”, AYB katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid “Fizika-lirika və mətbuat”, AMEA-nın Mərkəzi Nəbatat Bağının aparıcı elmi işçisi, b.f.d, dosent., Sahilsiz Təzadlar və Sahibsiz Kölgələr romanlarının müəllifi Sadiq Qarayevin “Biosintez elmlərin nəticələri bədii obrazlarda: Orbitlər və universal mövcudluq nəzəriyyələri”, AMEA-nın Fizika İnstitutunun laboratoriya müdiri, fizika-riyaziyyat elmləri doktoru İmaməddin Əmiraslanovun “Kristallar və Türk xalqlarının mifologiyası”, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, professor Namiq Cəlilov “Azərbaycan ədəbiyyatında astronomiya motivləri” mövzularında məruzələrlə çıxış etdilər.
Fizika və lirika- elmi idrakla bədii təfəkkürün vəhdəti

Konfransda Moskvada yaşayan ziyalılar, yazıçı və alimlər də iştirak ediblər. Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin rəhbəri, filologiya elmləri doktoru Abuzər Bağırov, şair, tərcüməçi Sultan Mərzili (Məmmədov) və həkim, şair Afaq Şıxlının çıxışları da maraqla dinlənildi.

Mən bu tədbirlərin iştirakçısı kimi qürur duydum, sevindim və bütün çəkilən əziyyətlərin yekununu çox faydalı olduğu qənaətinə gəldim:

-Bakıda, Şamaxıda və Dubna şəhərində keçirilən konfransda Azərbycanlı alimlərin hər birinin çıxış və məruzləri maraqla qarşılanmaqla yanaşı, yüksək səviyyəsi, elmi nəticələrin dolğunluğu ilə fərqlənirdi. Bu Azərbaycan elminin səviyyəsi idi. Bizi, xüsusi ilə də Fizika və lirika ideyasının müəllifi, akademik İsa Həbibbəylini çox sevindirirdi;
-Dubna şəhərində bizim nümayəndə heyətinə göstərilən yüksək hörmət və qayğı Azərbycan dövlətinin və elminin beynəlxalq aləmdə nüfuz göstəricisi idi;

-Konfransın davam etdiyi müddətdə “Neyton fizikas”, “yüksək enerji” laboratoriyalarında olduq. Bu laboratoriyaları uzun illər idi ki, görmək istəyirdim. Hamımız yaddan çıxmyan təəsüratlar aldıq. Buna görə hörmətli İsa müəllimə xüsusi təşəkkür edirəm. Obrazlı şəkildə desək, O bizim əlimizin neytronlara toxuna biləcək məsafəyə gətirmişdir;
Fizika və lirika- elmi idrakla bədii təfəkkürün vəhdəti
– Azərbycandan gedən nüamyəndə heyətinin üzvlərinin, o cümlədən bütün Fiziki və lirika konfranslarının yükəsək səviyyədə keçirilməsində böyük təşkilatı əməyi olan AMEA Reyəsət Heyətinin elmi katibi, f.ü.f.d Ağahüseyin Şükürov, Ədəbiyyat institunun direktor müavini Rəşad Qasımıvun Dubnada əsil azərbaycançılıq məfkurəsini mənimsəmiş, yüksək mədəniyyətli, intelektual səviyyəli, davranışları və elmi diskusiyaları ilə xalqımız, dövlətimiz haqqında müsbət imic yaratmaları mənə xüsusi zövq verirdi. Bu heyət də akademik İsa Həbibbəylinin uğurlu seçimi idi.

Nəticə: İlk vaxtlar bir çoxunun tam qavramadığı Fizika və lirika ideyasına birləşdirici elementlər qatmaqla akademik İsa Həbibbəyli bu fikiri yeni təkamül müstəvisinə gətirmişdir. İdeya, iradə və zəhmət hesabına keçirilən konfranslar müxtəlif sahələrdə çalışan azərbaycanlı alimlərin birgə tədqiqatlar aparmasına stumul vermiş, bədii və incəsənət əsərlərində elmi təfəkkürün iştirakının zəruriliyini ortaya qoymuş, beynəlxalq elmi əlaqələrin güclənməsinə səbəb olmuş, Azərbaycan elminin səviyyəsinin ölkəmizdən xaricdə nümayiş edilməsində mühümm rol oynamışdır.

Sadıq Qarayev
AMEA Mərkəzi Nəbatat Bağının aparıcı elmi işçisi, b.ü.f.d., dosent, Azərbyacan Yazıçılar Birliyinin, Rusiya Yazıçılar İttifaqının və Türkiyə İLESAM-ın üzvü

BAKI-27.11.2018

WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – HESABAT

QƏLƏM   HAQQI  VƏ  YA  MÜRƏKKƏB  PULU

ON  DÖRDÜNCÜ  YAZI

(HESABAT)

Salam, dəyərli oxucum… Uca Yaradana  şükürlər olsun ki, Bizə qarşı çox səxavətlidir və hər dəfə Sizinlə  yeni görüşə gələndə bu şükrü-sənanı qeyd etməyi özümə borc bilirəm. Hər yaşadığımız an üçün şükürlər olsun… Min şükür…  Mətləbə keçməzdən əvvəl onu qeyd edim ki, nə qədər çalışsam da yenə  yazıma bir sözdən ibarət ad seçə bilmədim…  Söz addan düşmüşkən, artıq ad öz-özlüyündə oxucuya söhbətin nədən gedəcəyi barədə ipucu verir. Necə deyərlər əldə qələm 30 – a gəlib çatdıq.

2018 – ci ilin Mayın 24 –də  ilk yazımın  rəsmi şəkildə  mətbu orqanda işıq üzü görməsinin   30  ili tamam olur. 24 May 1988 – ci il  “Əməyə məhəbbət” adlı  məqaləm, Ağdamda nəşr olunan “Lenin yolu” (sonralar “Ağdam”) qəzetinin 62-ci (7194) sayında, 4-cü səhifəsində dərc edilib. (“OTUZ  İLDİR  ƏLDƏ  QƏLƏM”   adlı kitabın üz qabığına çıxarılmış  foto – cild “Ağdam” qəzetinin  Zaur  Ustacın şəxsi arxivində saxlanılan həmin bu nömrəsindən istifadə olunaraq hazırlanmışdır.) Və ilk qələm haqqımı deyim, mürəkkəb pulumu deyim  – qonorar  – aldığım vaxtdan 30 il keçir… Təfsilata  keçmədən sadəcə onu qeyd etməyi özümə borc bilirəm ki, həqiqətən də çox keşməkeşli bir həyat yaşamaq qismət oldu Bizlərə…

Sözüsüzki, yaradıcılığımız  həyatımızın  inkası olduğundan  – “qabda nə var çıxar üzə” (Z.U)- bu anlamda  mən  nəzmi deyil, məhz nəsri nəzərdə tuturam … Yaşadıqlarımız yazdıqlarımıza çox təsir edir. Hətta, yəqin ki, yaşadıqlarımız  yazdıqlarımızı yaradır… Yəni, belə uzun və keşməkeşli bir zamanın müqabilində Biz heç nə yazmamışıq…  Adları  qoyulmuş,  içəriyi də məlum sayı 10 –dan artıq kitab – roman, povest və hekayələr – yazılacağı günü gözləyir… Və gözləyə-gözləyə zənginləşir, dərinləşir, vacibləşir… Yəqin elə buna görədir ki, kəlmələr kağız üzərinə köçməyə tələsmir, hələ bir az da qələmə naz edirlər… Nəsə, yazılmamışları qoyaq bir kənara, keçək yazılmışlara… 30 il əvvəl  bir  məktəbli  məqaləsi ilə başlayan sərgüzəştlərim Uca Yaradanın izni ilə davam etməkdədir və inanıram ki, istədiklərimin hamısını yazıb Sizlərin ixtiyarına verməyə vaxtım olacaq. Bu günə qədər yazdıqlarımdan işıq üzü görən kitablarım aşağıdakılardır:

“GÜNAYDIN” (“AĞÇİÇƏYİM”) Bakı – 2010. (Bu günə qədər bir  dəfə nəşr olunub və elektron variantı var.) PDF: – ELEKTRON NƏŞR.: ZU — GAC

“İSTƏMƏZDİM  ŞAİR  OLUM  HƏLƏ  MƏN”  Bakı – 2010. (Bu günə qədər bir  dəfə nəşr olunub və elektron variantı var.) PDF: – ELEKTRON NƏŞR: ZU — İSOHM

“GÜLZAR” Bakı – 2011. (Bu günə qədər bir  dəfə nəşr olunub və elektron variantı var. ) PDF: – ELEKTRON NƏŞR:  ZU — G

“MUM KİMİ YUMŞALANDA” Bakı – 2011. (Bu günə qədər  iki  dəfə nəşr olunub və elektron variantı var.) PDF: – ELEKTRON NƏŞR: .ZU — MKY

“MƏHDUD  HƏYATIN  MƏCHUL  DÜŞÜNCƏLƏRİ” Bakı – 2011. (Bu günə qədər iki dəfə nəşr olunub və elektron variantı var.) PDF: – ELEKTRON NƏŞR:ZU — MHMD

“ŞEHÇİÇƏYİM” Bakı -2011. (Bu günə qədər bir  dəfə nəşr olunub və elektron variantı var.) PDF:  – ELEKTRON NƏŞR: – ZU — SC

“BALÇİÇƏYİM” Bakı – 2012. (Bu günə qədər bir  dəfə nəşr olunub və elektron variantı var. )  PDF:  – ELEKTRON NƏŞR: ZU — BC

“BƏRZƏXDƏ”  Bakı – 2014. (Bu günə qədər bir  dəfə nəşr olunub) PDF:  – ELEKTRON NƏŞR: ZU — B

“NİŞANGAH” Bakı – 2016. (Bu günə qədər  iki  dəfə nəşr olunub və elektron variantı var.) PDF:  – ELEKTRON NƏŞR: ZU — N

“ORİYENTİR  ULDUZU” Bkı -2011. (Bu günə qədər  beş dəfə nəşr olunub və elektron variantı var.) PDF:  – ELEKTRON NƏŞR:  ZU — OU

“GÜLÜNÜN  ŞEİRLƏRİ” Bakı – 2011. (Bu günə qədər  üç  dəfə nəşr olunub və elektron variantı var.) PDF:  – ELEKTRON NƏŞR: ZU — GS

“SEVİN Kİ, SEVİLƏSİZ” Bakı – 2014. (Bu günə qədər  bir  dəfə nəşr olunub və elektron variantı var.)  PDF:  – ELEKTRON NƏŞR: ZU — SKS

“BAYATILAR” –     بایاتیلار  ” زائـــور اوستاج ” – Bakı -2014. (Bu günə qədər  iki əlifba ilə üç dəfə nəşr olunub və elektron variantı var. Təbrizdə yayımlanıb.) PDF:  – ELEKTRON NƏŞR:   ZU — BAY

“QƏLBİMİN  AÇIQCASI”  Bakı – 2016. (Bu günə qədər  bir   dəfə nəşr olunub və elektron variantı var.) PDF:  – ELEKTRON NƏŞR:ZU — QA

“USTADNAMƏ” Bakı – 2016. (Bu günə qədər  bir  dəfə nəşr olunub və elektron variantı var.) PDF:  – ELEKTRON NƏŞR:  ZU — U(KHK)

“USUBCAN  ƏFSANƏSİ”   (MƏQALƏLƏR)  Bakı – 2017. (Bu günə qədər  bir  dəfə nəşr olunub və elektron variantı var.) PDF: – ƏNƏNƏVİ NƏŞR: ZU — USUB

“ÇƏHRAYI  KİTAB”  Bakı – 2017.  (Bu günə qədər  iki  dəfə nəşr olunub və elektron variantı var.)  PDF: – ƏNƏNƏVİ NƏŞR: ZU — CK

“OTUZ  İLDİR  ƏLDƏ  QƏLƏM”  Bakı – 2018.(Bu günə qədər  bir  dəfə nəşr olunub və elektron variantı var.) PDF: – ƏNƏNƏVİ  NƏŞR: ZU — OƏQ

 

YANDIRILMIŞ  (LƏĞV OLUNMUŞ) KİTABLAR:

“93 – ün yayı və ya bir qaşıq qatıq”,  Roman,  Bakı – 2011.  (Bərpa olunacaq.)

“2016”, Povest,  Bakı – 2011.  (Bərpa olunacaq.)

 

Yuxarıda  sadalanan  müəllifi olduğum kitablardan əlavə, dostların məsləhət bilib daxil etdikləri bir-neçə antologiya, toplularda da yer almışam ki, onlardan Mənə məlum olanları bunlardır:

“ZİRVƏ”  antologiyası.  Bakı – 2017. (Sona xanıma və Vüsal bəyə təşəkkürlər.)

“RUHUMUZUN TURAN ƏTRİ” “Dədə Qorqud”  kitabxanası seriyasından.  Bakı – 2017. (Balayar müəllimə, Sabir müəllimə, Mehman müəllimə təşəkkürlər.)

“MƏQAM”  Toplu.  Bakı – 2017. (Hacıxanım  Aidaya təşəkkürlər.) PDF: – ƏNƏNƏVİ NƏŞR:HXA – M

ASKEF-in  yayımladığı “KARABAĞD’AN, KERKÜK’DEN  ÇANAKKALE’YE”  (şiir  seçkisi)   antologiyası.  Türkiye– 2017. (Günel xanıma, Sayman Aruz bəyə, Sona xanıma və Savaş Ünal bəyə təşəkkürlər.)

Bu günə qədər ənənəvi qaydada nəşr olunmuş bütün kitablarımın elektron variantları var. Hamı üçün tam pulsuz və təhlükəsiz  əlçatanlığı  təmin  etmək  məqsədi ilə yaradıcılığın 30 iliyi yubley tədbirləri çərçivəsində  təkrar EK nəsrlər olacaq.  Son illər müntəzəm olaraq,  http://yazarlar.az/ ,  http://ustac.az/  , http://zaurustac.tr.gg/saytlarında,  “EV BAZARI” qəzeti (e-qəzet) yomoristik  e-qəzetdə, “MAKLER-VİP” jurnalı (e-jurnal) satirik e-jurnalda,   “MARALLAR”  satirik  bloqda  yazılarımı yayımlayıram. Bunlardan  əlavə   istər http://www.tezadlar.az/  saytı  olsun, istərsə də ənənəvi qaydada “TƏZADLAR” qəzeti  Bizim üçün Ağdamın bir parçasıdır,  “AĞDAM” qədər doğmadır. Onu qeyd etmək istəyirəm ki, istər ənənəvi qaydada qəzet və jurnallarda, istərsə də elektron variantda bütün təkliflərə isti yanaşıram. Heç bir müraciəti cavabsız qoymuram. Eyni zamanda özüm də vacib bildiyim mövzularda yazılarım olanda və şeirlərimi  hər iki qayda ilə mətbu orqanlara göndərirəm və yayımlanıram. Əlbətdə, vacib bildiyim mövzularda…. “YARADANLA  BAŞ-BAŞA”  kitabına  daxil  olan  “QƏLƏM   HAQQI  VƏ  YA  MÜRƏKKƏB  PULU”  (on dördüncü yazı) adlı,  hesabat xarakterli  bu  məqalə “OTUZ  İLDİR  ƏLDƏ  QƏLƏM”  kitabında  və  yubley tədbirləri  çərçivəsində  Elektron Kitab formatında  nəşr olunacaq bütün kitablarda yer alacaq. Ona görə məhz bu yazıda bir məlumatı  da  açıqlamaq  istəyirəm.

Çox düşündüm ki, bu yazılardan, kitablardan başqa nə edə bilərəm… Bilirsiz ki, 2007 – ci ildən  fəaliyyət  göstərən YAZARLAR.AZ – Yazarlar  jurnalının  yaranma  səbəbi, məqsədi, uşaq və gənclərə dəstək olmaq, ümumiyyətlə yaşından asılı olmayaraq  yayımlanmaq problemi olan hər kəsə yardım etmək olub. Odur ki, yenə həmin ampuladan çıxış edərək,  yaradıcılığın 30 illik yubleyi münasibəti ilə “USTAC”  Milli   Mükafatını  təsis  etdim.  Mükafat   diplomdan, nağd puldan  və laureatın  YAZARLAR.AZ–da yayımlanmış yazılarından ibarət,  “Yazarlar” jurnalının xüsusi buraxılışı şəklində, 100 ədəd tirajla – pulsuz, kitabının  nəşr olunmasından  ibarətdir.  Pul mükafatının məbləği bütün dövrlərdə  stabil və inflyasiyaya  davamlı olması üçün təqdim olunacağı ildə qüvvədə olan Azərbaycan Respublikası Müharibə Veteranın bir aylıq tam müavinəti  həcmində  nəzərdə  tutulur. Pul mükafatı bir  dəfə, tam  həcimdə  ödənilir  və  qanunamüvafiq  olaraq  bəxşiş – bağışlama,  hədiyyə  etmə  əsasında  olduğuna görə  vergidən  azaddır.

Mükafat ildə bir dəfə, yalnız  bir  nəfərə  28  May  Respublika  Günü  ərəfəsində – əvvəl, sonuncu Bazar günü – 2019 – cu ildən başlayaraq təqdim olunacaq. Kitab isə növbəti ilin təltifinə  qdər çap olunub, laureata  təhvil veriləcək.  Mükafat barədə ətraflı məlumat YAZARLAR.AZ da elan olunacaq.

Bu arada “AZAD  QƏLƏM”,  “HAQQIN  SƏDASI”, “ƏDƏBİYYAT” , “TƏZADLAR” qəzetlərinin, “YURD”, “ULDUZ”, “AZƏRBAYCAN”,  “KİRPİ”,  “MOLLA NƏSRƏDDİN   XXl   ƏSRDƏ”,  jurnallarının,  eləcə də

http://azpress.az/ , http://senet.az/  , http://zaman24.net/

http://www.yazar.in/ , http://take.az/ , http://siirvideo.com/https://10yazar.wordpress.com/ ,  https://yazyarat.com/ ,

http://www.tehsilproblemleri.com/http://ayb.az/

http://azeri.press/ ,  http://www.tezadlar.az/ ,

saytlarının bütün işçi heyyətlərinə  və  rəhbərbərlərinə,  ölkəmizdə  elektron  kitabçılığın və  kitabxanaçılığın əsasını qoymuş, günümüzdə olduqca zəngin, böyük  həcmli e-kitab bazasına malik http://www.kitabxana.net/ saytının qurucusu, bir çox vacib ictimai işlərdə daim öndə  fəallığı ilə seçilən,  gənclərə həmişə dəstək olan  Aydın Xan müəllimə  xüsusi  təşəkkürlər… Var olasız, Dostlar  və əlbətdə,  Bizim tanımadığımız  digər   Qəhrəmanlar … Kim cəhaləti ortadan qaldırmaq üçün bir kəlmə deyirsə, yazırsa çox xoşbəxt adamdır… Bu əməlin qəlbə verdiyi fərahlıq hissini ikinci bir iş bəxş edə bilməz…. Uğurlarımız bol olsun…  Amin… (Amen…)

Düzü, bilmirəm nəsə  unutdum ya yox…  Ancaq,  yazımı yekunlaşdırmaq istəyirəm.

Sağ olun! Var olun! Hamınıza xoş və əyləncəli günlər arzu edirəm! Arada kitab oxumağı da unutmayın!!!! “Mütailə orqanizmin kompleks müalicəsi, sağlam həyat deməkdir….” (Z.U)

 

Qeyd:

“Mütailə” edərkən mütalibinizi düzgün seçin… Hörmətlə: Zaur Ustac

02.04.2018. Bakı.

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar

 

ZAUR USTAC – DAĞLAR

(Ruhuna min rəhmət dədə Ələsgər…)

Nədəndi, ürəyim çırpınır  yenə,

Gördükcə hüsnündə məlalı, dağlar?!

Yağı cövlan edir, dağıdır yenə,

Qoynunda büsatı, cəlalı, dağlar!

* * *

De, çoxmu çəkərik zülüm-zilləti????

Mövcud hal -vəziyyət üzür milləti,

Onsuz da düşmənin puçdu niyyəti,

Ordumun beşiyi, vüsalı, dağlar!

* * *

Dünya belə qalmaz, dəyişər zaman,

Yenə dövran olar, həmənki dövran,

Bulaqlar başında məclislər quran,

Oğullar ərsəyə gələli, dağlar!

* * *

Ustac bulud kimi dolub, ağlamır,

Köksünün yarası qaysaq bağlamır,

Bir bilsən, ruhumu nələr çuğlamır,

Doğacaq nə zaman Hilalın, dağlar?!

07.05.1995. Marağa.

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar

 

 

 

ZAUR USTAC – MİN ŞÜKÜR

Bir yaqut gizlidi sədəf dalında,

Misli yox ölçülə sərraf dalında,

Min kəlmə şəlləyib əlif dalında,

Dildən  dilə  gəzdirənə min şükür…

*   *   *

Dədəm, babam nəğmə deyib, söz qoşub,

Kəsə gedib, doğru deyib, düz qoşub,

Məclis qurub, min  oxuyb, yüz qoşub,

Teldən telə gəzdirənə min şükür…

*   *   *

Ustac deyər, hardan gələr bilinməz,

Ha deyilə, yeri dolar bilinməz,

Gülər gözdən qəm süzülər bilinməz,

Eldən elə gəzdirənə min şükür…..

20.10.2016. 12:57 (16’) Bakı.

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar

 

 

“TOR” – YENİ KİTAB

 

 

   BİR KİTABA YÜKLƏNMİŞ MİN FİKİR

                                VƏ YA

     TƏRANƏ MƏMMƏDİN “TOR” – U

                      ON ALTINCI YAZI

 

Salam olsun, dəyərli oxucum. Uca Yaradana dünyadakı kəlmələrin sayı qədər şükürlər olsun ki, yenidən sizlərlə görüşmək nəsibimiz oldu. Sözün həqiqi mənasında nə xoş halımıza…

Öncə onu qeyd etmək istəyirəm ki, bu yazını sayca on beşinci olan “Yazarlar və yazılar” məqaləsinin əlavəsi və ya tamamlayıcı bir hissəsi kimi də qəbul etmək olar. Həmin yazıda ümumi şəkildə və daha qlobal səpkidə romançılıqdan söhbət getdiyindən oxucunun fikrini dolaşdırmamaq məqsədi ilə bu yolu seçdim. Onu da əlavə edim ki, bundan bir sonrakı, yəni “Hərb mövzulu yazılar” adlı on yeddinci yazı ilə bu məsələ tamamlanır. Ümumiyyətlə, bu yazılar nədən yaranır? Yazmaq bir ehtiyacdır, vəssalam. Mühit, məqam və ya hər hansı bir an yazını sifariş edir və yazar da acizanə şəkildə qələmi əlinə götürüb yazmağa başlayır. Tam səmimi olaraq bildirmək istəyirəm ki, belə bir mövzuda yazı yazmaq istəyi hələ ötən əsrin 90-cı illərindən rəhmətlik Ziya Bünyadovun, tanınmış yazarlarımız Elçinin, Anarın yazdığı əsərlərlə tanış olduğum vaxtlardan yaranamışdı. Çox sonralar İlahinin qisməti Əhmədbəy Ağaoğlu haqqında Ülviyyə Hüseynlinin mükəmməl bir yazısı ilə tanış oldum və bu fikrim bir az da qüvvətləndi. Hamımızın yaxşı tanıdığı Elxan Elatlının şeir kitabı düşdü əlimə (şəxsi kitabxanamda Elxan Elatlının üç şeir kitabı var), oxudum valeh oldum. Eyni zamanda, artıq nə vaxtsa belə bir yazını mütləq yazacağımı özüm üçün dəqiqləşdirdim. Texniki istiqamətdə təhsil almış daha iki tanınmış şairimizin adını çəkməklə bu sözə qüvvət məsələsini yekunlaşdırmaq istəyirəm. Onlardan biri dəyərli şairimiz Abdulla Cəfər, digəri isə doğum günü də bu günlərə təsadüf edən milyonların sevimlisi, nəğməkar şair Vahid Əzizdir. 23 noyabr Vahid müəllimin ad günüdür, bu gün münasibəti ilə sevimli şairimizi təbrik edir, Uca Yaradandan ona uzun ömür, cansağlığı arzu edirik. Var olun, yazın, yaradın, dəyərli insan…

Nəhayət, Təranə Məmmədin “Tor” kitabı, bu kitabdakı eyni adlı povesti və digər fərqli problemlərdən bəhs edən oxşar motivli hekayələri ilə tanış olduqdan sonra yazı yarandı. Sual ola bilər ki, yuxarıda sadalanan müxtəlif tanınmış və o qədər də tanınmayan imzaların söhbətə nə dəxli… Bu kiçik yazıda iki məsələ; mükəmməl (standat və ya standarta yaxın) nümunələr və ədəbiyyatçı olmayan yazarların yaradıcılığındakı fərqli məqamlar üzərindən fikir yürüdərək “Tor” haqqında söhbət açacaq, bir kitaba yüklənmiş min fikrin mində birinə aydınlıq gətirməyə çalışacağıq. Yuxarıda sadaladığım əsaslarla, müasirlərimiz olan, özlərini ədəbiyyat sahəsində görən, görmək istəyən gənclərə faydası ola bilər – düşüncəsi ilə bu sətirləri qələmə alıram.

“Yazarlar və yazılar” yazısındakı fikri davam və inkişaf etdirərək bildirmək istəyirəm ki, insan hansı sahədə çalışırsa çalışsın (müəllim, həkim, mühəndis və s.), təbiətin, yaranışın, həyatın bir parçası olduğunu unutmamalıdır. Yaratdıqları ətrafa zərər vermədən onun özünə, inkişafına, rifahına xidmət etməlidir. Konkret yazarların, ədəbiyyatın probleminə gəlincə, yazar adı yaradıcılıq olan işlə elə məşğul olmalıdır ki, sözün əsl mənasında izi qalsın. Öz izi. Başqasının etdiyinin surətini çıxartmasın, özü nəsə yaratsın… Yəni, yazılan yazı zaman ötdükdən sonra dəyərini itirməsin, əksinə, dəyər qazansın, daha da əhəmiyyətli olsun. Nəzərinizə çatdırmaq istəyirəm ki, müəllifin kimliyindən asılı olmayaraq qələmdən çıxan yazı artıq özü-özlüyündə müəyyən bir ədəbi hadisədir. Bu o deməkdir ki, indi yazılanları yüz il sonra oxuyanlar bizim indiki həyat tərzimizdən, başımıza gələnlərdən az-çox səhih məlumatlar ala bilsinlər. Bugünkü yazı o informasiyanı daşımırsa, onun bir adı var – cəfəngiyyat… Məni bağışlayın, ədəbiyyatdan çox uzaq cəfəngiyyat… “Yazarlar və yazılar” yazısındakı fikrimi bir daha qabardaraq, altını cızaraq, vurğulamaq istəyirəm ki, insanlığa, onun ikişaf tarixinə xidmət etməyən istənilən yazılı nümunə müəllifinin kimliyindən asılı olmayaraq sadəcə kağız yığınıdır, vəssalam. Bu işdə deyərdim ki, ixtisaca filoloq olmayanların bəxti daha çox gətirib. Bu, əslində təbii və məntiqi nəticədir. Çünki onlar ədəbiyyatçı olmadığına, qayda-qanunlara o qədər də dərindən bələd olmadıqlarına görə yaratdıqları istər-istəməz orijinal, özünəməxsus alınır. Filoloji təhsil alanların məntiqi olaraq quruluş-struktur baxımından demək olar ki, həmən-həmən bir-birlərini təkrarlamasının əksinə olaraq, dəqiq elimlər sahəsində təhsil alanlar və ya hansısa yüksək dəqiqlik tələb edən sahədə çalışanların yaratdığı yaradıcılıq nümunələri sistemliliyi, yığcamlılığı, əhatəliliyi, tamlığı, bitkinliyi və özünəməxsusluğu ilə seçilir. Bu qeydlər heç də bütün ədəbiyyatçı yazarların yaratıqlarına aid deyil, nisbi və ümumi xarakter daşıyır. Belə geniş bir girişdən sonra həyatda olan bütün mövcudatın nisbiliyini də nəzərə alaraq yazının məqsədini açıqlamaq istəyirəm. Xüsusi ilə sözüm əlində qələm olanlara aiddir. Bu məsələ məni həmişə narahat edir və şeirlərdə də ara-sıra, yeri gəldikcə toxunuram.

Məsələn, “Söz müqəddəsdir”, “Vurğuna”, “Olub” şeirləri ünvanlı şəkildə, sırf bu məqsədlə qələmə alınmışdır. Yazımızın məqsədi Təranə Məmməd və onun yazmış oduğu “Tor” kitabı timsalında belə bir nümunənin olduğunu xatırlatmaqdır. Bu təqdimat özü-özlüyündə əgər heç bir təsir və mənafe olmasa, müasir dövrümüzdə də həcmindən asılı olmayaraq mükəmməl sənət əsəri yaratmağın mümkünlüyünü ortaya qoyur və varlığını nəzərimizə çatdırır. Haqlı sual oluna bilər, niyə Təranə Məmməd? Nə üçün “Tor”? Cavabı isə hələ girişdə sadaladığım məqamlar və məlumatın son dərəcə yeni – çağdaş olmasıdır. Ən yeni nümunə üzərindən yazarlarımızın yazılarına bir baxış deyək adına…

Qəhrəmanımızın nümunəsinə keçməzdən əvvəl söhbətimizin daha anlaşıqlı olması, yəni mənim qeydlərimin əsası və sizin mətləbə daha yaxın olmanızı təmin edəcəyinə inandığım üçün kiçicik bir ümumi məlumatlandırmaya ehtiyac duydum.

Beləliklə, tanınmış yazar Təranə Məmməd haqqında QISA ARAYIŞ:

Təranə Məmməd (Əliyeva Təranə Məmməd qızı) 1 iyun 1956-cı ildə anadan olub. Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib. 1981-1990-cı illərdə Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən kurslarda və eyni zamanda Bakı Dövlət Universitetində ərəb dilini tədris edib. Bir müddət Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mətbuatda Dövlət Sirlərini Mühafizə Edən Baş İdarədə redaktor işləyib. Sonralar isə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində məsul vəzifədə çalışıb. Hal-hazırda ehtiyatda olan Polkovnik-leytenantdır. “Payızda bahar”, “Gözlərdən öpüb ayrılın”, “Etiraf, Priznanie” adlı şeir və nəsr kitablarının müəllifidir. Haqqında söz etdirən “Tor” kitabı müəllifin sayca dördüncü kitabıdır.

Müəllifin sayca dördüncü kitabı olan “Tor”a biz də məhz dörd tərəfdən yaxınlaşıb, fikrimizi dörd baxş bucağından gördüyümüz, dörd aspektdən əsaslandırmağa çalışacağıq. Həmin dörd meyar aşağıdakılardan ibarətdir:

– Kitabın dili,

– Struktur – quru luşu,

– Mövzu aktuallığı,

– Əhatəliliyi.

Yazının dili bütün dövürlərdə aktual problem olsa da, xüsusi ilə son zamanlar qloballaşma adı altında baş verənlər və eləcə də dövlət başçısı səviyyəsində ana dilimizə olan qayğının fonunda bir daha xüsusi əhəmiyyət kəsb edən qabarıq məsələ kimi ortaya çıxır. Bu məsələdə Təranə xanımın yazdıqları nümunə göstərə bilinəcək səviyyədə tam, bitkin əsərlərdir. Təranə Məmmədin əsərlərinin dilindən yazarkən, nədənsə, qeyri-iradi azyaşlı oğluna siqareti tərgitmək üçün onu əvvəlcədən müxtəlif bahalı siqaretlər alıb dolduraraq hazırladığı otağa həbs edib, – “di, nə qədər çəkirsən, çək” – deyən atanın misalı yadıma düşür. Təranə xanım dörd fərqli dildə eyni səviyyədə yaradıcılıq imkanlarına malik olmasına baxmayaraq, onun bir dildə, yazdığı digərinə qarışmır. Yazılarının dili ümumi qəbul olunmuş formada, məsələn, bütün dövürlərin dahi yazarı ünvanının tək daşıyıcısı L.Tolstoyun başqa dillərdəki frazalara əsərlərində yer ayırdığı şəkildə istifadə etməsini nəzərə almasaq, olduqca təmiz, səlis və aydındır.

Əsərlərin quruluşu, olduqca yığcam, sanki, gözəgörünməz bir struktur sxem üzərinə yığılmış ayrı-ayrı, biri digərinə vəhdət üçün mütləq möhtac olan pazl hissəcikləri toplusu kimidir. Qısa və konkretdir. Bu baxımdan, kitabdakı hekayələr hər biri özü-özlüyündə bir povestin, povest isə əslində həcmli bir romanın yüklülüyünü daşıyır. Təranə xanım adi görünən bir məişət problemi üzərinə qurulmuş təhkiyəni ani bir xatırlama və ya sualla illər öncə baş vermiş əhəmiyyətli hadisənin üzərinə yönəldib, bu mühüm məsələ barəsində bir-iki cümlə ilə oxucuya elə müfəssəl məlumat yüklü informasıya ötürür ki, bu sadəcə qibtə ediləcək hal, onun illərin gərgin əməyinə söykənən, hər ötən saniyənin olduqca qiymətli olduğu, sözün anında fiksasiya etmək bacarığının mühüm olub, həyati əhəmiyyət kəsb etdiyi fəaliyyətindən, iş təcrübəsindən qaynaqlanır. Uzun illər əmək fəaliyyəti nəticəsində qazandığı sistemlilik, yığcamlılıq, dəqiqlik, bütövlük kimi xarakter xüsusiyyətləri hər sözdən, hər cümlədən, hər bir fikirdən boylanır və görünür.

Yazdıqlarının demək olar ki, hamısı həmən-həmən aktual mövzuları əhatə edir. Söhbətin, hekayətin zaman və məkan olaraq hardan başlayıb, harada bitməsindən, məzmunundan asılı olmayaraq hal-hazırda bir vətəndaş kimi hər birimizi narahat edən Qarabağ problemi, qaçqın və köçkünlərimizin vəziyyəti, Xocalı faciəsi, Aprel döyüşləri, gənclərin və gənc ailələrin problemləri, ölkəmizdə baş verən dəyişikliklər, fasiləsiz inkişaf, quruculuq işləri və başqa digər mühüm əhəmiyyətli hadisələr onun yazdıqlarının əsasını, canını, ruhunu, şah damarını təşkil edir.
Elə yuxarıda sadaladıqlarımız keyfiyyətlər Təranə Məmməd yaradıcılığının zənginliyini, rəngarəngliyini, əhəmiyyətini gözlər önünə sərməyə kifayət edir. Ancaq bunlar hələ hamısı deyil… Həcmindən asılı olmayaraq, Təranə xanımın yazdıqları əhatəliliyi baxımından da çox seçilir. Hər bir bədii səhnənin təsviri, obrazın canlandırılması zamanı xüsusi bir musiqi duyumu, rəssam peşəkarlığı sezilir onun yaratdıqlarında… Özünəməxsus, orijinal bir təhkiyyə üslubuna malik olan Təranə Məmməd, məsələn, adi bir uşaq bağçasındakı tərbiyəçi ilə uşağın arasındakı dialoq zamanı ölkəmizin tarixində baş vermiş istənilən məsələni çox asanlıqla ortaya çıxarıb, əhatəli şəkildə oxucusuna təqdim etməyi bacarır və hekayət bitdikdən sonra oxucuda heç bir cavabsız sual, yarımçıq məsələ qalmır. Təranə xanımın yaratdığı obrazların prototipləri Şəhidlər Xiyabanında uyuyan şəhidlərimizdən tutmuş, hal-hazırda bizimlə birlikdə gündəlik yaşam mücadiləsi verən müxtəlif zümrələrə aid uşaqlar, yeniyetmələr, gənclər, yaşlılar, xəyalları yarım qalmış övladlar, dünyaları yıxılmış valideynlər, tələbələr, fəhlələr, iş adamları, qazilərimiz, torpaq-yurd həsrəti ilə yaşayan qaçqın-köçkünlərimiz kimi müasirlərimizdir.

“Yazarlar və yazılar” məqaləsindəki yazarların bütün dövrlərdə aktual olan iki sevimli mövzusu var, – “müharibə və məhəbbət” fikrinə qayıdaraq qeyd etmək istəyirəm ki, Təranə Məmməd bu iki mövzunu çox ustalıqla birləşdirib, söz israfçılığına yol vermədən hər güllənin həyati əhəmiyyət kəsb etdiyi xüsusi əməliyyatda olan kəşfiyyatçı əsgər dəqiqliyi ilə bütün məsələlərin öhdəsindən böyük məharətlə gələrək, misilsiz, xüsusi ilə gələcək nəsillər üçün, eyni zamanda müasirlərimiz olub, ancaq dünyadan xəbərsiz yaşayanlar üçün gözəl nümunələr yaradır. Bizə qalan onları əldə edib oxumaqdır.

Sonda bir haşiyəyə çıxmaq istəyirəm. Bu fikri sizə çatdırmazdan əvvəl yenə də bütün mövcudatın nisbiliyi məsələsini unutmadığımı və bunu xatırlayaraq, “Yazarlar və yazılar” məqaləsindəki fikirlərimin davamı olaraq, bildirmək istəyirəm ki, necə ki, müasir romançılar üçün müəllifi mübahisəli olsa da, əsl Azərbaycan Ədəbiyyatı incisi hesab etdiyim “Əli və Nino” bütün meyarlara cavab verən roman standartı ola bilər, eləcə də Təranə Məmmədin “Tor” povesti bu janrda özünü sınamaq istəyənlər üçün nümunə sayıla biləcək bir əsərdir. Daha bir misalla söhbətimi yekunlaşdırmaq istəyirəm, bu gün 20-25 yaşı olan gənclər çox hörmətli yazarımız Anar müəllimin “Beşmərtəbəli evin altıncı mərtəbəsi”, “Dantenin yubileyi” (bu əsərləri ona görə misal çəkirəm ki, əminəm, bu yazını oxuyanlar mütləq o əsərlərlə də tanışdır…) və digər ötən əsrin ortalarında, sonlarına doğru, yaratığı mükəmməl nümunələr vasitəsi ilə həmin dövrün olduqca müxtəlif, demək olar ki, həmin dövr cəmiyyətini təşkil edən bütün zümrələrin nümayəndələrini sosial və mədəni cəhətdən tanıyır, insanların düşüncə və həyat tərzin, yaşam səviyyəsin, öyrənir, ümumilikdə hadisələrin cərəyan etdiyi zaman kəsiyi və məkan haqqında vacib məlumatlar əldə edirsə, gələcək nəsillər də Təranə Məmmədin yazdıqları əsasında bizim indi yaşadıqlarımız barəsində mühüm olan informasiyaları əldə edə biləcəklər. Yazar üçün bundan böyük xoşbəxtlik, səadət ola bilərmi? Bütün yuxarıda sadaladıqlarıma istinadən bəyan edirəm ki, hər bir qələm sahibinin ümdə vəzifəsi, həyatda var olma səbəbi, onun heç bir sapmaya yol vermədən yerinə yetirməli olduğu missiya, məhz elə bundan ibarətdir. Təranə xanım bu vəzifənin öhdəsindən layiqincə gələn yazarlarımızdan biridir. Bu münasibətlə onu təbrik edir yeni-yeni yaradıcılıq uğurları arzu edirik. Xeyirli-uğurlu olsun, Təranə xanım. Yolunuz açıq olsun…

Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkürümü bildirir, Uca Yaradandan hamınıza uzun ömür, cansağlığı, ailə səadəti arzu edirəm. Yeni-yeni görüşlərədək. Var olasız. Uğurlarınız bol olsun.

21.11.2018 – Bakı.

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar

 

 

ZAUR USTAC – İNDİ

İNDİ

Səndən əvvəl nəyim vardı dünyada?
Dünya özü mənim üçün heç idi…
Söylə görüm qalıbmı heç yadında
Həmən günün nişanəsi üç idi…

* * *
Dil açanda ata-ana demişdim,
Ağzım üstə tərs şilləni yemişdim,
Bağ-baxçada nəyim vardı dərmişdim,
Sən gəlləndə gethagetdi, köç idi…

* * *
Dayan dedin tərəddüdsüz dayandım,
Oyan dedin hövlank qalxdım oyandım,
Nə gətirdin nə verdinsə həp aldım,
Bunlar mənə həyat verən bac idi…

* * *
Zaman ötüb özümə mat qalmışam,
Tay sayəndə zəngin adam olmuşam,
Bu halımdan inan tamam bihuşam,
Çox düşündüm bir yol olar gec idi…

* * *
Sən gələn gün vaxt sataşdı gözümə,
Zaman adlı yoldaş tapdım özümə,
Həmən gündən sərhəd yoxdu sözümə,
Səndən əvvəl kəlmələr də bic idi…

* * *
“Vav” yovuşub, yoldaş olub “zəbər”- lə,
Gecə mənim, gündüz mənim səhərlə,
Günəş mənim, ulduz mənim qəmərlə,
Tək olanım üzü qara sac idi….

* * *
Uzatdıqca uzanacaq siyahı,
Yer götürməz, Göy götürməz bu ahı,
Ustac sorar nədə olub günahı,
Günahsızı dustaq etmək suç idi…

27.07.2014. Bakı.

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar