YARADICILIQ

AYDIN XAN – SEVİN…

Sevgililər gününün himni

(Ona poetik pıçıltılarım: özü bilir kimə…)

Qaranlıq gecələr, ay gecələr,
Kədərli ruhuma güc gələr!

Eşqimi əzən o böyük ayrılıq,
Yaralı ruhumu elə hey dələr.

Yayda könlümü oda qalayan,
Sevgimin gücünü Tanrı bilər!

Səsizlik sərsəri sevdamın fəryadı,
Ürəyim yanğıdan dəli-dəli gülər.

Doğulandan məhəbbətə əkiz ruhum,
Sonda bədənimdə təklikdən ölər…

Ruhum – göydə süzən yaralı quşa, 
Suda boğulan gümüşü balığa,
Çöldə ətirindən solan gülə dönər…

Bakı, 14 fevral 2019

Müəllif: AYDİN XAN EBİLOV

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

ZAUR USTAC – SEV…

SEV…

Sən sev, səni sevəni, seçibdi sevgi səni,
Sevməyəni sevənlər sevgisində suçludur….
Sevdiyini söyləyən seçibdi sevgisini,
Sevgisin sezdirməyən sevgisində suçludur….

Sevgi, sevib-sevilmək, sevənin sevincidir,
Sevgi, sonsuz səxavət, sevdanın sonucudur,
Sevgi, sona sərmayə, sabahın sulqucudur,
Sevgisin sevdirməyən sevgisində suçludur….

Sevdalının sevgisi,  sirli, sonsuz, sınırsız,
Sevib, sezdirməməyi sultanlıqmı sanırsız???
Sevməyəni sevməyi sədaqətmi sayırsız???
Sevdiyini, sevdirən sevgisində suçludur….

23.09.2015 / Bakı

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2019. Bakı.

WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

TƏRANƏ MƏMMƏD

VƏTƏN ÇİÇƏYİ…

Yenə qış yerini bahara verir ,
Ətrafa yayılır mavi bir sehir,
Bağrımı yandırır yazdığım şeir,
Yetişə bilmirəm Xarı bülbülə.

Elimdən, obamdan qaldım nigaran,
Həsrət nəğməsinə kökləndi kaman,
Hər bahar ürəyim darıxır yaman,
Yetişə bilmirəm Xarı bülbülə.

Yazın çiçək ətri gəlir çəməndən,
Elə bil ilk bahar inciyib məndən,
Ruhum ayrı düşüb yenə bədəndən,
Yetişə bilmirəm Xarı bülbülə.

Bağlıdır Şuşanın cənnət yolları,
Basıb cığırların həsrət kolları,
Uzalı qalıbdır göydə qollarım,
Yetişə bilmirəm Xarı bülbülə.

Bir yuxu görəydim bu gecə barı,
Həm bülbül görəydim, həm də ki xarı,
Keçib köhlən atla bağlı yolları,
Yetişə biləydim Xarı bülbülə.

Əyilib üzündən öpəydim onun,
Gözünün yaşını siləydim onun,
Fırlanıb başına dönəydim onun,
Yetişə biləydim Xarı bülbülə.

Tanrı, millətimlə nə hesabın var,
Nədən Qarabağım olur tarimar?
Sənin əlindədir bütün ixtiyar,
İzin ver, yetişim Xarı bülbülə!

Müəllif: TERANE MEMMED

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

O BİR MƏLƏKDİR…

13 FEVRAL ZƏHRANIN AD GÜNÜDÜR…

2017 – ci il iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndi minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutuldu. Təxribat nəticəsində kənd sakinləri – 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak oldular.

Bu gün Alxanlı faciəsində erməni vəhşiliyinin qurbanı olan Zəhra balanın ad günüdür. Yaşasaydı, 3 yaşı olacaqdı. Düşmənin “qəfil gülləsinə” diksindi o gün balaca Zəhra… Nə baş verdiyinin fərqinə varmadan, anlamadan perik düşdü uvasından, isti ana qucağından… Uçdu göylərə – o bir mələkdi – süzür bizi… Qınayır bizi… Ad günün mübarək, Zəhra… Bizi bağışlama, Zəhra… BİZİ BAĞIŞLAMA….

FOTODA ZƏHRA  NƏNƏSİ  İLƏ.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

ƏBÜLFƏZ ÜLVİ

BİR UZUN SÖZ QALIB

Dedin:-qısa danış, uzuna uyma,
Qısa söz gül açar çay tək çağlayar.
-Nə olar sözümü ağzımda qoyma,
Çaşıb dişləyərəm, canı ağrıyar.

Uzunun mənimlə nə ilgisi var,
Heç qısa sözə də çən verməmişəm.
Hər sözün özünün, öz ölçü var,
Sözlərə ölçünü mən verməmişəm.

Lap desən dilimi, bal eləyərəm,
Sözlərim çıxarmaz gözdən, göz şoru.
İstəsən dilimi lal eləyərəm,
Amma, çalış məni bu haldan qoru.

Məndə nə günah var, ay eşq sirdaşım,
Az sən günahları dilimə bağla. 
İstəsən az dinim, qısa danışım,
Qolunu kəmər et, belimə bağla.

Buyur, əllərini gəzdir telimdə,
Məni islahını alqışlayıram.
Bir uzun söz qalıb indi dilimdə,
Onu da ömrünə bağışlayıram.
09.02.2019.

Müəllif: EBULFEZ ELİEV

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

MAYIL DOSTU – AMANDIR…

A M A N D I R

Söz söyləmə, sözün yerin bilmədən,
Nəzmə çəkmə, sözün tozun silmədən,
Çələng düzəlt, gövhər çıxar kəlmədən,
Sözün sırasını pozma, amandır.
***
Yoldaş olma namərd kəsə, şeytana,
Tövbə elə, bir də dönmə xatana,
Yaxın olma, şər içində yatana,
Doğrunu nahaqqa yozma, amandır.
***
Ömrün yolu boran olar, qar olar,
Hərdən, dünya dik başına dar olar,
Nəslin, nəcabətin danan xar olar,
Yerini, yurdunu azma, amandır.
***
Şər danışma, diri – diri bişərsən,
Quzqun kimi leş cəmdəyi eşərsən,
Dərin qaz, dayaz qaz, özün düşərsən,
Özgəsinə quyu qazma, amandır.
***
Doğrudan varsansa, ay tale yazan,
Bəxtləri yaxşı yaz, bir savab qazan,
Ömrün baharına salma son xəzan,
Taleləri nakam yazma, amandır.

Müəllif: MAYİL DOSTU

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

TUNCAY MUSTAFAYEV – I YER

Bu gün, 10 fevral, 2019 – cu ildə Cüdo güləşi üzrə yeniyetmələr arasında keçirilən Bərgüşad İdman Klubunun açıq birinciliyində 21 kq çəki dərəcəsində Tuncay Mustafayev bütün rəqiblərini məğlub edərək, fəxri kürsünün ən yüksək mərtəbəsinə yüksəlmişdir. Bu Tuncayın indiyə qədərki turnirlərdə qazandığı ilk Birinci Yerdir. Qələbə münasibəti ilə balaca pəhləvanı təbrik edir, yeni-yeni qalibiyyətlər arzu edirik.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

“İLMƏLƏNƏN ARZULAR” və “UTANCAQ BƏNÖVŞƏLƏR”


Bu gün, 10-u fevral, 2019-cu ildə “AZƏRKİTAB- KİTAB TƏBLİĞATI” mərkəzində Rəfiqə QASIMQIZI (Abbasova) yenicə işıq üzü görmüş “İLMƏLƏNƏN ARZULAR” və “UTANCAQ BƏNÖVŞƏLƏR”adlı kitablarını təqdim təqdim edib, eyni zamanda onu sevənlər üçün imza günü keçirib.

TƏDBİRDƏN FOTOLAR:

Rəfiqə xanımı ürəkdən təbrik edirik.
Fotolar : – Fərrux Səfəroğlu – FS Press

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

2019-UN İLK “ZİYADAR”-I

Bu gün, 10-u fevral, 2019-cu ildə “AZƏRKİTAB- KİTAB TƏBLİĞATI” mərkəzində Rəfiqə QASIMQIZI (Abbasova) yenicə işıq üzü görmüş “İLMƏLƏNƏN ARZULAR” və “UTANCAQ BƏNÖVŞƏLƏR” adlı kitablarını təqdim etdi. Artıq ədəbi mühitdə kifayət qədər tanınmış həkim – şair eyni zamanda onu sevənlər üçün imza günü də təşkil edib.

Qısa arayış:

Rəfiqə Abbasova 

   Rəfiqə Qasımqızı Abbasova ixtisasca həkimdir. 6 may 1954 –cü ildə Şəmkir rayonunun Çinarlı qəsəbəsində ziyalı ailəsində anadan olmuşdur. O, boya-başa çatdığı doğma yurdda Mikayıl Müşviq adına orta məktəbi fərqlənmə ilə bitirib. 1972- ci ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstituna daxil olub. 1978-ci ildə təhsilini yüksək qiymətlərlə başa vuraraq həkimlik ixtisasına yiyələnmişdir.

   Rəfiqə Qasımqızı hal-hazırda həkimlik fəaliyyətini davam etdirir. “ Yaşanan ömrümdə yeni ömürsən”, “Payız dodağında oxunan nəğməm”, “İlmələnən arzular” adlı şeir kitablarının müəllifidir. Yeni kitabı ilə müəllif şirin-şəkər balalarla görüşə gəlib.

   Ailəlidir. 3 övladı 6 nəvəsi var.

Təqdimat mərasimində Rəfiqə xanımın “UTANCAQ BƏNÖVŞƏLƏR” adlı uşaq şeirlərindən ibarət kitabına xeyir-dua vermiş, kitabın ön sözünün müəllifi, Əməkdar Mədəniyyət işçisi, AYB Uşaq Ədəbiyyatı Şöbəsinin müdiri Qəşəm NƏCƏFZADƏ başda olmaqla həkim-şairin qələm yoldaşları, məsləkdaşları, onu sevən oxucuları iştirak etdilər. Tanınmış şair – publisist Nəcibə İLKİNİN moderatorluğu ilə olduqca maraqlı və orijinal tərzdə keçən tədbirə əsl bayram abu-havası hakim idi.

TƏDBİRDƏN FOTOLAR:


Fotoqraf : – Fərrux Səfəroğlu – FS Press

Tədbirin gedişi zamanı Rəfiqə QASIMQIZINA “UTANCAQ BƏNÖVŞƏLƏR” adlı uşaq şeirlərindən ibarət yeni kitabının işıq üzü görməsi münasibəti ilə “ZİYADAR” Mükafatı təqdim olundu. Yazarlar adına mükafatı Rəfiqə xanıma Zaur USTAC təqdim etdi.

“USTAC.AZ” Yaradıcılıq və İnkişaf Portalı olaraq, Rəfiqə xanımı yuxarıda qeyd olunan bütün uğurları münasibəti ilə təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirik.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

QEYDİYYAT BAŞA ÇATDI

İşə qəbul üzrə 2 923 nəfər qeydiyyatdan keçib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər, psixoloq, uşaq birliyi təşkilatı rəhbəri, kitabxana müdiri (kitabxanaçı) və laborant vəzifələrinə işə qəbul üzrə qeydiyyat başa çatıb.

Qeyd edilən vəzifələr üzrə işə qəbul olmaq istəyən 2 923 şəxsin müraciəti http://musabiqe.baku.edu.az/   portalı vasitəsilə qeydə alınıb.

Müvafiq qaydada qeydiyyatdan keçmiş şəxslər elektron ərizədəki məlumatlarının uyğunluğu yoxlanıldıqdan sonra müsabiqənin növbəti (test imtahanı) mərhələsinə dəvət ediləcək.

Qeyd edək ki, Təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən, müvafiq kadrların işə qəbulu və yerdəyişməsi tabelik üzrə təhsili idarəetmə orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.

İLKİN MƏNBƏ: Xəbərlər

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ