“DAĞLAR” və UDUŞLAR

“DAĞLAR – 200” LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ UDUŞLARIN

                            SİYAHISI

  1.  80 (səksən) AZN pul mükafatı- hədiyyə,
  2.  40 (qırx) AZN pul mükafatı- hədiyyə,
  3. 2020-ci il yanvarın 1-14 aralığında bir şənbə -bazar Quba -Şahdağ turu- Zaur Ustacla,
  4.  2020-ci il yanvarın 1-14 aralığında Bakı ş. Yasamal r-n, “DAŞ FIRIN” – da Zaur Ustacla yemək.(Xeyriyyəçi  və  Mütaliəçi diplomlarının sahiblərin də dəvət etmək şərti ilə),
  5.  5 (beş) azn –lik kontur-  istənilən operator,
  6.  “Tağıyev – Xeyriyyəçi” Diplomu,
  7.  “Napaleon – Mütaliəçi” Diplomu,
  8.  Siz Zaur Ustaca bir qonaqlıq borclusuz (özünüz istədiyiniz yerdə – rayonlar, ev də ola bilər),
  9. Növbəti “Ana şeirləri” layihəsindən 1 (bir) kitab hədiyyə.

Uduş komissiyasının sədri və uduş siyahısın elan edən şəxs: Mövlud Ağamməd – Quba – Zərdabi.

Təşkilkatçı – katib: Zaur Ustac – Bakı.

Uduş siyahısı iki nüsxədə tərtib olundu. Elan olunana qədər biri Qubada (Mövlud A.), digəri Bakıda (Zaur U.) saxlandı.

Yazıldı: 27 iyul 2019 – cu il Bakı ş.

Elan olundu: 16 avqust 2019 – cu il Quba r-n, Zərdabi q.

Yazarlar j.

QEYD:

Əvvəlcədən məlumat verildiyi kimi satışda olan 9 (doqquz) ədəd “DAĞLAR” kitabının 49 – cu səhifəsində “1”-dən “9”-a kimi rəqəmlər yazılb, “Yazarlar”- ın möhürü ilə təsdiqlənmişdi. Bu siyahıda həmin rəqəmlərə müvafiq uduşlar öz əksini tapmışdır. Məsələn: Kimin aldığı kitabın 49 – cu səhifəsində “Yazarlar’ – ın möhürü ilə təsdiqli “5” rəqəmi yazılıbsa, o şəxs 5 AZN istənilən operator üçün balans-kontur qazanır.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“Yazarlar”-ın ad günüdür

Bu gün “YAZARLAR” jurnalının ad günüdür. (Jurnal 16 avqust 2007 – ci ildə qeydiyyatdan keçmişdir: ƏN-QN: 2319 MƏNBƏ: AJB PDF ARXİV YAZARLAR PDF ARXİVİ ) O gündən bu günə hələ qeydiyyat üçün müraciətnamənin MƏQSƏD bölümündə yazılmış fikrə sadiq qalır, yaşından və statusundan asılı olmayaraq, etika normalaranı gözləmək şərti ilə limitsiz-redaktəsiz bütün ehtiyacı olanların yazılarını heç bir ayrı seçkilik olmadan yayımlayırıq. Eyni bir mətn paralel olaraq iki saytda WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ yayımlanır. Vaxtaşırı ənənəvi qaydada yayımlar təşkil olunur. Yayımlardan əlavə “YAZARLAR” jurnalı xüsusi həvəsləndirici tədbirlər də həyata keçirir. Bunlardan ən məşhuru yeni nəşrlərə görə təqdim olunan “ZİYADAR” MÜKAFATI – dır. “ZİYADAR” ölkəmizin sərhədlərini aşaraq, demək olar ki, beynəlxalq bir ödülə çevrilmişdir. “YAZARLAR’ təhsil müəssisələri ilə də sıx əlaqə saxlayır və mütəmadi olaraq fərqlənən müəllim və şagirdləri mükafatlandırır. Tez-tez əlamətdar günlər münasibəti ilə olduqca müxtəlif mövzulu layihələr və müsabiqələr təşkil olunur. Və əlbəttə gələcək üçün planlarımız daha çoxdur. Bu gün münasibəti ilə bütün “YAZARLAR” – IN YAZARLARINI VƏ DAİMİ OXUCULARIMIZI təbrik edir, yeni-yeni müvəffəqiyyətlər arzu edirik. Sağ olun… Var olun… Bizimlə olun… UĞURLARIMIZ BO OLSUN!!!

QEYD:

Bu gün münasibəti ilə axşam saatlarında “YAZARLAR” – ın xüsusi buraxılışı olan “DAĞLAR” almanaxının satışı ilə əlaqəli şəkildə təşkil olunmuş UDUŞ kompaniyasının nəticələri açıqlanacaq.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Nazim Yaquboğlu

AD GÜNÜNÜZ MÜBARƏK!!!

Bu gün ( 9 August 1980 ) tanınmış şair Nazim Yaquboğlunun doğum günüdür. Ad gününüz mübarək, Nazim müəllim!!! Sizə Uca Yaradandan uzun ömür, can sağlığı və bütün işlərinizdə müvəffəqiyyətlər arzu edirik!!! Uğurlarınız bol olsun!!!

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MƏQSƏD NUR

AD GÜNÜNÜZ MÜBARƏK !!!

Bu gün ( 8 August 1968 ) tanınmış yazar, gözəl insan, etibarlı dost Məqsəd Nurun doğum günüdür. Ad gününüz mübarək, Məqsəd müəllim!!! Uca Yaradandan Sizə can sağlı, uzun ömür və bütün işlərinizdə müvəffəqiyyətlər arzu edirik.!!! Uğurlarınız bol olsun!!!

QISA ARAYIŞ:

Məqsəd Nur 1968-ci ildə anadan olub. 1988-ci ildə “Mingəçevir işıqları” qəzetində peşə fəaliyyətinə başlayıb. Elə həmin il gənclərin həyatından yazdığı bir çox məqalə və reportajlara görə qəzetin illik mükafatını alıb.

1989-1993-cü illər arasında Azərbaycanın bir çox aparıcı qəzetlərində hərbi reportyor və fotoreportyor kimi çalışıb. Bu illərdə Qafqazda, Rusiyada və Azərbaycanda baş verən qaynar hadisələrin içindən hazırladığı reportajları, müsahibələri və fotoşəkilləri ilə tanınıb. 1993-1998-ci illər arasında həftəlik  “Press-fakt” qəzetinin baş redaktoru və qurucusu olub. Qəzet bu illərdə ədəbi-bədii, ictimai-siyasi, intellektual mühitdə ən öndə gedən və art-sektorun ən avanqard sahələrini təmsil edən tanınmış mətbu orqanlardan biri olub. Məqsəd Nurun ilk ədəbi yazıları da bu qəzetdə yaratdığı “Yarıqaranlıq” rubrikasında dərc edilib. Bu rubrika altında yazılmış ilk miniatür hekayələri o vaxtın ictimai əhvalının mahiyyətini açır, eyni zamanda yazı və düşüncə stereotiplərini dağıdırdı. “Yarıqaranlıq”da yazıçı dövrün qarmaqarışıqlarını əks etdirir, qəhramanlarının psixoloji sıxıntılarını, lokal konfliktlər məngənəsində əziyyət çəkən sadə insanların əzablarını qələmə alırdı.

1993-cü ildə Məqsəd Nur dostu, ədəbiyyatşünas Tehran Əlişanoğlu ilə “YeniSi” ədəbiyyat və mədəniyyət təzahürləri mərkəzini yaradır. Daha sonra, Məqsəd Nurun təşkilatçılığı ilə Azərbaycanda ilk anadilli ədəbiyyat saytı – www.yenisi.net və bu saytın içində ədəbi müzakirələr üçün forum – www.yenisi.net/forums yaradılır. Bu, Azərbaycanda çağdaş və avanqard ədəbiyyat yazarlarını birləşdirən ilk sayt və ədəbi müzəkirələri Azərbaycan dilində internet məkana çıxaran ilk ədəbiyyat forumu idi. Bu gün mərkəzin www.yenisi.net internet ünvanında yerləşən saytında otuzdan çox gənc müəllif birləşir. Sayt hər həftə yeniləşir və forumlarda ədəbi mübahisələr, müzakirələr aparılır.

Məqsəd Nurun əsərləri Azərbaycanın bir çox mətbu orqanlarında, ədəbi nəşrlərində, o cümlədən Özbəkistan (Caxon edebiyyatı), Rusiya (Proza.ru), Türkiyə (Yeddi iklim), Gürcüstanda (Alternativa) dərc edilib. Müəllifin əksər əsərlərinin rus dilinə tərcüməsi daha çox rusdilli internet oxucularının arasında populyarlaşıb: http://www.proza.ru/avtor/

Əsərləinin internet resursunda tanınmasına və oxucu kütləsi yığmasına görə Məqsəd Nur Rusiyanın məşhur Lib.ru saytının fəxri redaktoru seçilib. Sankt-Peterburqda yerləşən və dünyanın rusdilli internet şəbəkəsində çox tanınan və sayılan Litsovet.ru portalının 7000-dən çox müəllifi sıransında Məqsəd Nur saytın reytinq cədvəlinin 3-cü pilləsinədək irəliləyə bilib. 2006-cı ilin əvvəlində bu saytın “superonluq” adlı müsabiqəsində 7–ci yerə nail olub. Müəllifin ki əsəri –”Gəlmə” və “Vasili Daniloviçin Orkestri” hekayələri Litsovet.ru-nun kitabxanasına daxil edilib.

Məqsəd Nurun ümumi yazı stilistikası və yazı dilindəki musiqi onu bir müəllif kimi fərqləndirir. Bu, azad, sərbəst düşüncə tərzi, o cümlədən milli tərzə və milli köklərə, bağlı fərqli bir prozadır.

Məqsəd Nurun bütün yaradıcılığı beş əsas silsilədə birləşib:

  • 1.Küləkli şəhər
  • 2.Ero-gigiyenik
  • 3.Katastrofiklər
  • 4.Rütubət sevgiləri
  • 5.Sınaqlar

“Tərs kimi” hekayələr toplusunun (2005) və “Şəhər Meri” (2011) romanının müəllifidir.

“Şəhər Meri” (2011) romanı Milli Kitab Mukafatının (2011)qalibidir.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

RƏMZİ DÖNMƏZ

AD GÜNÜNÜZ mÜBARƏK !!!

Bu gün ( 5 August 1977 ) gözəl insan, əsl dost, sevimli şair və ən şərəfli müəllim adının daşıyıcısı Rəmzi müəllimin doğum günüdür. Ad gününüz mübarək, Rəmzi müəllim!!! Uca Yaradandan Sizə can sağlığı, uzun ömür bütün işlərinizdə müvəffəqiyyətlər arzu edirik!!! Uğurlarınız bol olsun!!!

QISA ARAYIŞ:

Rəmzi Dönməz (Səfərov Rəmzi İldırım oğlu) 5 August 1977 -ci ildə Qarabağın dilbər guşələrindən biri olan Ağdam rayonu, Yusifcanlı kəndində ziyalı ailəsində – uzun illər kəndin məktəbinə rəhbərlik etmiş İldırım müəllimin evində – ziya ocağında dünyaya göz açmışdır. İlk təhsilini doğma kənd məktəbində başlasa da, digər həmyaşıdları kimi məlum hadisələrlə əlaqədar orada tamamlaya bilmir… Orta təhsilini başa vuran Rəmzi Dönməz dəqiq elmlər üzrə təhsilini bir-neçə ali təhsil müəssisəsində uğurla davam etdirmiş və hal-hazırda pedoqoji fəaliyyətlə məşğuldur. respublikamızın tanınmış müəllimlərindən biridir. Şeir yazmağın isə bütün bunlara heç bir dəxli yoxdur. Çünki, o bir ehtiyacdır….

Bir daha təbriklər Rəmzi müəllim!!!

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR İLHAMOĞLU

AD GÜNÜNÜZ MÜBARƏK, ZAUR MÜƏLLİM!!!

Bu gün (3 August 1984 ) gözəl insan, tanınmış şair, sevimli müəllim Zaur İlhamoğlunun doğum günüdür. Bu gün münasibəti ilə Zaur müəllimi təbrik edir, can sağlığı, uzun ömür, bütün işlərində uğurlar arzu edirik. uğurlarınız bol olsun, Zaur müəllim!!!

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

İbrahim Rüstəmli

AD GÜNÜNÜZ MÜBARƏK !!!

Bu gün ( 1 August 1966 ) əsl dost, gözəl insan, hərbi jurnalistikanın əsasını qoyanlardan biri, eyni zamanda pedaqoq – müəllim kimi şərəfli bir adın daşıyıcısı, Azərbaycan Respublikasın Əməkdar Jurnalisti, neçə-neçə orden-medalların, mükafatların laueratı, bütün bu sadaladıqlarımın hamısından üstün gələn VƏTƏNİN VƏTƏNPƏRVƏR OĞLU, bir əldə silah, bir əldə qələm tutan yazarlarımızın ən öndə gələnlərindən, ən tanınmışlarından biri olan İbrahim Rüstəmlinin doğum günüdür. Ad gününüz mübarək, İbrahim müəllim. Uca Yaradandan Sizə uzun ömür, can sağlığı, bütün işlərinizdə müvəffəqiyyətlər arzulayırıq. Uğurlarınızbol olsun…

İbrahim müəllimin hərbçi həyatı – əsgər şərəfi haqqında əvvəllər də dəfələrlədərc olunmuş bir yazısını Sizlərə təqdim edirik:

İbrahim RüstəmliƏsgər Şərəfi


Hardan başlayıb, harda qurtaracağımı bilmədiyim yazılarımdandı bu, – taleyim, qismətim, alın yazımdı elə bil…

Uşaqlıq şəkillərimə baxıram. Ucqar əyalətdə, qayğısız kənd uşağının əsgəri salamı və bu «salamın» obyektivin yaddaşında əbədi ilişib qalan sehrli pıçıltısı, gizli həqiqətləri…

Yeniyetməliyimi, cavanlığımı təftişim bu həqiqətlərin ən solğun, ən xırda işartısını belə görmək, duymaq və anlamaq istəyimin təhdididi yəqin. Özümü oda-közə vururam. Ancaq nə faydası! Hər dəfə, hər cəhddən sonra 45 illik ömrümün bəlkə də ən böyük etirafı ilə üz-üzə, baş-başa qalıram: Mən heç vaxt zabit olmaq istəməmişəm!

Arzularımın ucsuz-bucaqsız sahillərində Füzulinin, Dostoyevskinin, Lorkanın, Markesin, Mirzə Cəlilin, Sabirin… qağayı fəryadına bələnmiş isti nəfəsini, mehriban baxışlarını duyuram. Onlar 25-30 il bundan qabaq əyalətdə tək-tənha qoyub gəldiyim qayğısız kənd uşağının ən yaxın havadarları, ən etibarlı dostlarıdı… Kutuzov, Napoleon, Suvorov… yaddı bu uşağa. Kutuzovun, Napoleonun, Suvorovun… bu uşağa heç uzaq «qohumluğu» da çatmır.

İndi bizi bir-birimizdən zaman adlı, dibi görünməyən dəhşətli bir uçurum ayırır. Uçurumun bu tayından o tayına, al-qanına bələnmiş o uşağa çatdırası çox həqiqətlərim, çox mətləblərim var. Əsgər olduğumu hamıdan və hər şeydən çox duyduğum məqam Səninlə üz-üzə, göz-gözə qaldığım məqamdır. Mən öz ömrümün ən ali həqiqətləri ilə yalnız bu məqamda yol yoldaşı, çiyindaş ola bilirəm. Səni illərin o tayında niyə tək-tənha qoyub-gəldiyimi anlayıram. Ömrümə damcı-damcı çırpılan günlərin «daş dələn» qüdrətində Allahın diktəsini hiss edirəm: Bizi bir-birimizdən torpaq ayırdı. Bu torpağın adı yurddu, Vətəndi. Qarabağdı bu torpağın adı.

Düşmən elimizin-obamızın üstünə yeriyəndə biz, bizi tanımayan bu qaynar şəhərə hələ təzəcə qədəm basmışdıq. Bu şəhər bizi udmamışdı hələ onda. İkimiz də bir yerdə bütöv idik, tam idik. Səni kövrək qanadlarınla həmişə, hər yerdə başımın üstündə vurnuxan, sevgi dolu arzularıma ayna tutan mələyə bənzədərdim onda. Paytaxtın səsli-küylü küçələrində dualarımın boğulduğunu – Allaha çatmadığını heç hiss etmədim. Yurda qahmar çıxan insanlara qoşuldum. Və bir də onda ayıldım ki, mən əsgərəm.

Torpağı yağmalanan bir yurdda əsgər olmaq şərəfdi.

Bir də əsgər şərəfi var. Bu şərəf əyninə geydiyin libasla, o libasla ürəyinin üstündə, çiynində, başında gəzdirdiyin rəmzlərlə bitib-tükənmir. Əlinə silah alanda da, döyüşəndə də, dost dediyin, qardaş dediyin adamın bir mərmi partlayışından tikə-tikə parçalandığını öz gözlərinlə görəndə də… gərək insan olduğunu unutmayasan.

Atatürkü xatırlayıram. İzmirdə yunan bayrağını ayağının altına xalı kimi sərmişdilər. Qılıncdan da iti baxışlarını ətrafındakılara zilləyəndə, o bayraq yerdən həmən götürüldü. Atatürk yunan bayrağını yerdən qaldırmadı ki; Atatürk türk əsgərinin adını qaldırdı, əslində. Tarixin yaddaşını təzələdi…

1992-ci ildə Milli Qəhrəman Şirin Mirzəyevlə bir yerdə Ağdam ərazisində döyüş postlarını gəzirdik. Fərrux dağında mövqe tutan artilleriyaçılarla da görüşdük. Şirin Mirzəyev artilleriya qurğularının mövqeləri və koordinatları ilə şəxsən maraqlandı. Bir qədər fikrə getdikdən sonra bölmə komandirini yanına çağırıb, ondan mövcud koordinatları dəyişməsini tələb etdi: silahları kilsəyə, dinc əhaliyə tuşlamaq olmaz. Siz torpaqlarımıza göz dikmiş erməni quldurları ilə döyüşürsünüz. Allahla-dinlə, dinc əhali ilə yox. Əslində bu, Şirin Mirzəyevin öz dininə-imanına və xalqına olan hörmətinin, ehtiramının ifadəsi idi. Başqalarına əsgər şərəfini tanıtmaqdan ötrü bundan gözəl məqam, bundan tutarlı ifadə tapmaq çox çətindi, məncə.

…Uşaqlığıma, yeniyetməliyimə qayıdıram. Bu qayıdış əslində yenə də Ağdam torpağında erməni snayperi tərəfindən öldürülən 9 yaşlı Farizlə bağlıdı. Erməni snayperi mənim uşaqlığımı öldürüb əslində. Hələ ağzından süd iyi gələn bir körpəyə silah tuşlamaq, onu hədəfə almaq və başından vurmaq… Dünyanın heç bir yerində, dünyanın ən sonuncu əsgəri belə həyət-bacada oynayan günahsız bir uşağa güllə atmazdı. Dünyanın ən sonuncu əsgəri belə günahsız uşağı öldürməyi öz şərəfinə sığışdırmazdı. Amma erməni əsgəri bunu elədi. Özü də harada – Azərbaycan torpağında. Bəli, o, Azərbaycan torpağında, öz həyət-bacasında oynayan uşağı öldürdü, – mənim uşaqlığımı öldürdü…

İndi mən o erməni snayperinə, erməni snayperinin optik cihazdan bərələn gözlərinə 9 yaşlı Farizin bulaq suyu kimi dumduru, donmuş gözləri ilə ayna tuturam. İndi mən Farizin saf baxışları ilə o erməni dığasını özünə tanıdıram: Sən bu iyrənc görkəminlə unudulacağına ümid bağlama! Həyatımın sonuna bir gün qalsa da, törətdiyin bu cinayətin, bu qətlin hesabını səndən soruşacam.

Məni bu sözləri yazmağa vadar edən mənim əsgər şərəfimdi. Bu şərəf on minlərlə Azərbaycan əsgərini bir səngərdə, bir cəbhədə birləşdirir. Bu məqamda hər şeyi zamanın öhdəsinə buraxmaq niyyətində də deyilik, əsla! Bunu da yadında saxla!

İndi sənin – bir körpə qatilinin 9 yaşlı uşağın gözlərində gördüklərin mənim üçün gün kimi aydındı: Qarşında bu gördüyün Azərbaycan əsgəridi! Onu yaşadan və cihada çağıran əsgər şərəfidi! Bu da sənsən – şərəfini itirmiş erməni əsgəri!
ƏVVƏLLƏR DƏRC OLUNUB: Lent.az/2011, araz.az/2018

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru