TEZER AĞAOĞLU – TAŞQIRAN

TEZER AĞAOĞLU – TAŞQIRAN HAQQINDA

Tezer Taşqıran, doğum adı: Təzəxanım Ağaoğlu Azərbaycan əsilli Türkiyə siyasətçisi, maarifçisi və yazıçısı. O, 1944-cü ildə Kastamonudan, 1946 və 1950-ci illərdə isə Qarsdan Türkiyə Böyük Millət Məclisinə deputat seçilib.

Yüzlərlə məqalənin və 12 kitabın müəllifi olan

 Tezer Taşqıran, Əhməd bəy Ağaoğlunun qızı, Səməd Ağaoğlunun və Sürəyya Ağaoğlunun bacısıdır.

QISA  ARAYIŞ:

Həyatı

Tezer Taşqıran 1907-ci ildə Bakıda doğulub. Əsl adı Təzəxanım (nənəsinin adı) olsa da, Türkiyəyə köçdükdən sonra Tezer olaraq rəsmiləşdirilib. Orta təhsilini İstanbulda Bezmi-i Alem liseyində (indiki İstanbul Qız Liseyi)” alıb. 1924-cü ildə isə İstanbul Darülfünunun ”(indiki İstanbul Universiteti)” fəlsəfə bölümündə ali təhsilini başa vurub.

Universiteti bitirdikdən sonra Tezer Ankara qız və oğlan liseylərində fəlsəfə müəllimi kimi fəaliyyət göstərir. O, oğlan məktəbində dərs deyən ilk qadın müəllim olur. Daha sonra Ankara Qız Liseyinin və İstanbul Qız Müəllimlər Məktəbinin müdiri vəzifələrində çalışır.

1931-ci ildə Tezer o dönəmin tanınmış həkimlərindən olan Nimet Taşqıranla ailə qurur və Vyanaya gedir. 1933-cü ildə Türkiyəyə qayıdır. Cütlüyün iki övladı olur. Qızları Suna arxeologiya, oğlanları Mete isə İsveçrədə siyasət üzrə təhsil alır.

Türkiyədə 1934-cü ildə qadınlara Türkiyə Böyük Millət Məclisi parlamentə seçilmək hüququ verilir. 1941-ci ildə Tezer Taşqıran Kastamonudan millət vəkili seçilir. Bu barədə Sürəyya Ağaoğlu xatirələrində yazır: ”1941-ci ildə qardaşım  Səməd Ağaoğlu Səmədi Daxiliyyə vəkili Rəcəb Peker çağıraraq “Bir çox gənci millət vəkili seçmək istəyirik, səni də istəyirik, müraciət elə” deyir. O vaxtlar tək partiyalı rejim olduğu üçün seçkilər təyinatdan o tərəfə getmirdi. Seçkinin axşamı radioda Səmədin adının oxunacağını gözləyərkən Tezerin adını eşitdik. O da millət vəkili namizədliyini radiodan öyrənmişdi. İsmət İnönü Tezeri Ankara Qız Liseyinin müdiri kimi, eyni zamanda da Maarif Şurasından tanıyırdı və çıxışlarını bəyənirdi. Tezer Kastamonu deputatı oldu. Təbii ki, ailəmiz üçün Tezerin və ya Səmədin başarısı arasında fərq yox idi. Çox sevindik”.

1946-cı ildə Tezer Taşqıran Qarsın ilk qadın millət vəkili kimi Türkiyə Böyük Millət Məclisi – parlamentə seçilir. 1950-ci ildə 10 kişi namizəd arasında ən çox səsi əldə edərək, Qarsdan növbəti dəfə deputat seçilir. Deyilənlərə görə, həmin dönəmdə Qarsda doğulan qız uşaqlarının əksəriyyətinə onun şərəfinə Tezer adı qoyulub.

Millət vəkilliyi dönəmində Tezer Taşqıran təhsil, qadın və uşaq hüquqları ilə bağlı çıxışlar edir, bu sahədə müxtəlif işlər görür. Məsələn, 11 iyun 1951-ci ildə Türkiyə Böyük Millət Məclisi parlamentdəki çıxışında Taşqıran təhsilsiz vətəndaşlar üçün xüsusi təhsil proqramlarının hazırlanmasını, onlar üçün xüsusi əlifbanın yazılması və gərəkli bilgilərin olduğu kitabların kəndlərə yayılmasını, radio vasitəsilə dərslərin verilməsini təklif etmişdi. Eləcə də, dilin sadələşdirilməsinin fəal tərəfdarlarından biri olur.

Tezer Taşqıran 4 may 1979-cu ildə İstanbulda vəfat edib. İstanbul ilinin Tuzla rayonunda 1987-ci ildən etibarən onun adını daşıyan məktəb fəaliyyət göstərir.

Kitabları

1928-ci ildə 24 yaşlı Tezer Taşqıran “Suri ve Tatbiki Mantık” adlı liseylər üçün məntiq kitabı yazır. Cümhuriyyətin ilk illərində dərslik kitablarının az olması Tezeri bildiyi fransız dilindən tərcümələr edərək, belə bir kitabı hazırlamağa məcbur etmişdi. Tezer kitabın bir nüsxəsini də baxması üçün, içərisinə “türk qadınlarının xilaskarı Atatürkə” yazaraq Mustafa Kamal Atatürkə  göndərir. Atatürk bir toyda Tezeri görərkən ətrafındakı izdihama rəğmən ona yaxınlaşır, kitaba görə təbrik edir və ətrafındakılara dönərək deyir: ”Görürsünüzmü, bu kiçik qız liseylər üçün məntiq kitabı yazıb, türk qızlarının bu sahədə yetişmələrinə sevinmək lazımdır”. Daha sonra Atatürk kitabda olan ağır terminlərin yeni, sadə sözlərlə ifadə edilməsinin gərəkliliyini bildirir. Bu kitaba görə Tezer Türkiyə Respublikası Milli Təhsil Nazirliyi tərəfindən mükafatlandırılır.

Tezer Taşqıran “Stüart Mill” (Con Stüart Mill filosofun həyat və yaradıcılığı haqqında), “Suçlu çocuklarımız” (qardaşı Səməd Ağaoğlu ilə birlikdə uşaq islah evində aparılan araşdırma), “Türk əxlaqının ilkələri”, “Qadın hüquqları”, “Vətəndaşın əl kitabı” və digər kitabların da müəllifidir.

Tezer Taşqıran Türkiyədə qadın hüquqlarını müdafiə edən və bu mövzuda əsərlər yazan şəxs kimi xatırlanır. Bu fəaliyyətinə görə, o, bacısı Sürəyya Ağaoğlu ilə birlikdə Amerika Birləşmiş Ştatlarında təşkil olunan Qadınlar Birliyi Konqresinə dəvət alır, lakin texniki problemlər səbəbindən orada iştirak edə bilmir. Sürəyya Ağaoğlu isə tədbirə qatılır.

Ailəsi

Nimet Taşqıran,  Suna Taşqıran, Tezer Taşqıran, Mete Taşqıran.

* Atası — Əhməd Ağaoğlu, publisist, maarifçi, yazıçı, pedaqoq, alim və ictimai xadim.

* Anası — Sitarə Ağaoğlu.

* Qardaşı — Əbdürrəhman Ağaoğlu, Qrönoblda ali mühəndislik təhsili almış, Türkiyənin çağdaş elektrik şəbəkələrinin qurulmasının pionerlərindən biri kimi tanınmışdı.

* Qardaşı — Səməd Ağaoğlu, Türkiyənin demokratikləşdirilməsində mühüm rolu olan Demokrat Partiyasının qurucularından idi. 1950-1960-cı illərdə Adnan Menderes hökumətində baş nazirin müavini, sənaye naziri və iqtisadiyyat naziri vəzifələrini tutmuşdu. Üç dəfə Türkiyə Böyük Millət Məclisi – TBMM-ə deputat seçilmişdir

* Bacısı — Sürəyya Ağaoğlu, Türkiyədəki bir sıra ictimai təşkilatların yaradıcısı, Beynəlxalq Qadın Hüquqşünaslar Assosiasiyasının vitse-prezidenti

İslam dünyasının ilk qadın vəkili

1960-cı ildə Qadın Hüquqçular Birliyinin BMT Cenevrə Təşkilatı təmsilçisi seçilmişdir

* Bacısı — Gültəkin Ağaoğlu, Türkiyənin tanınmış pediatorlarından biri

* Əri — Nimet Taşqıran, dönəmin tanınmış cərrahlarından biri

* Oğlu — Mete Taşqıran.

* Qızı — Suna Taşqıran, iki dəfə ailəli olub. İlk nikahından iki övladı var.

** Nəvəsi — Ayşə, İstanbuldakı Atatürk Mədəniyyət Mərkəzində timpani alətində ifa edir

** Nəvəsi — Əhməd Güvenç, “Kurtalan Ekspres” qrupunun gitara çalanı və yaradıcılarından biri

Uzun müddət Barış Manço ilə birlikdə işləyib. Mançonun ən məşhur mahnılarından biri olan ‘”Gülpembe”nin musiqisi ona aiddir.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

TEZER TAŞQIRAN – AĞAOĞLU

DANIŞAN FOTOLAR

TEZER TAŞQIRAN – AĞAOĞLUNUN AİLƏSİ – Soldan sağa: Nimet Taşqıran, Suna Taşqıran, Tezer Taşqıran – Ağaoğlu, Mete Taşqıran.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Əhməd bəy Ağaoğlunun ailəsi

DANIŞAN FOTOLAR

Əhməd bəy sürgündə ikən ailəsi. Birinci sırada soldan sağa doğru Sürəyya Ağaoğlu, həyat yoldaşı Sitarə xanım, qucağında Gültəkin Ağaoğlu və Səməd Ağaoğlu. İkinci sırada Əbdürrəhman Ağaoğlu və Tezer Ağaoğlu

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Sürəyya Ağaoğlu

Sürəyya Ağaoğlu haqqında

Türkiyənin öncül və başarılı qadınlarından danışılanda ilk adı çəkilən, fəxrlə anılan qadınlardan biri də Sürəyya Ağaoğludur. Sürəyya Ağaoğlunun adı Türkiyədə ilk qadın vəkil, qadın və uşaq hüquq müdafiəçisi kimi tarixə düşüb. O, İstanbul Universitetinin Hüquq fakultəsinə daxil olan ilk qız, Türkiyə tarixində ilk qadın vəkildir.

Sürəyya Ağaoğlu 1903-cü ildə hal-hazırda Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunan Azərbaycanın Şuşa şəhərində, Qarabağda anadan olub. Atası böyük fikir adamı, mütəfəkkir, yazıçı və siyasətçi  Azərbaycan Demokratik Cümhuriyyətin önəmli isimlərindən Əhməd Ağaoğludur.

Beş uşaqlı ailənin ən böyük üzvü  olan Sürəyya Ağaoğlu, fəlsəfə fakultəsinin məzunu- pedaqoq və millət vəkili Tezer Taşkıranın, mühəndis və iş adamı Abdurrahman Ağaoğlunun, siyasətçi, ədib və hüquqşünas olan Səməd Ağaoğlunun, tibb doktoru  Gültekin Ağaoğluların bacılarıdır.

Atası Əhməd Ağaoğlu Transqafqaziya seyminə keçirilən seçkilərdə müsəlman fraksiyasından üzv seçilir və bu müddətdəki fəaliyyəti ilə  1905-ci ildə etnik erməni-müsəlman qarşıdurmalarının qarşısının alınmasında böyük rol oynayır. Bir qədər sonra onun millətçi fikirlərindən və sosial inqilabi düşüncələrindən təşvişə düşən erməni daşnaklarının təhdidlərinə cavab olaraq türk-müsəlman xalqlarının hüququnu qorumaq üçün “Difai” adlı özünümüdafiə təşkilatı yaradır. Çar Rusiyasının erməni hakimiyyət nümayəndələri Qarabağda etnik təmizləmə işinə başladığı bir dövrdə “Difai” təşkilatı bu siyasətin qarşısını almaq vəzifəsini və Azərbaycan türklərinin milli təhlükəsizliyinin təmin olunmasını öz üzərinə götürür.  Lakin ruslar bunu qəbul etmir. Osmanılı İmperiyasında geniş vüsət almiş «Gənc Türk» inqilabi hərəkatından təşvişə düşmüş çar qüvvələri onun kitab və məqalələrinə “Pan-Türkist” adını verərək təqib etməyə başlayırlar. Aylarla dostlarının evində gizlin yaşayan Əhməd bəy təqib və mümkün həbslər səbəbindən 1908-ci ilin sonlarında Türkiyəyə, İstanbula mühacirət etməli olur. Türk Ocağı türk milli hərəkatının aparıcı siması olan Ağaoğlu bu hərəkatın keçirilmiş konqresinə rəhbər seçilir. 1910-cu ildə Sürəyya Ağaoğlu ailəsi ilə atasının yanına, Türkiyəyə köçür.

Atasının ideologiyası və vəzifələri səbəbi ilə uşaqlığı və gəncliyi “Türk  ocağı” ziyalıları, Mustafa Kamal Paşanın və dostlarının arasında keçir.

Yəqin ki, Sürəyya xanımın Əhməd bəy Ağaoğlunun qızı olması faktı da onun mükəmməl şəxsiyyət kimi formalaşmasında mühim rol oynayıb. Əhməd bəy əsərlərində milli qurtuluşa gedən yolun cəmiyyətin mədəni və təhsili inkişafından keçdiyini bildirirdi. Qadın azadlığı ideyalarını yayan və bunu azadlıq mücadiləsinin əsas faktoru kimi göstərən Ağaoğlu Azərbaycan ziyalıları arasında qadına bərabər hüquqların verilməsinə çağıran ilk ziyalılardan idi. Ağaoğlular ailəsindən Sürəyya xanım, Tezer xanım kimi parlaq qadın obrazlarının bu gün də maraqla öyrənilməsi başadüşüləndi.  (Bacısı Tezer Taşkıran İstanbul Univerisitetinin Fəlsəfə fakultəsini bitirib. O, 1927-ci ildə məktəblərdə tədris olunan “Məntiq” kitabını yazıb. Ailənin digər fərdləri kimi Tezer Taşkıran da dövrünün seçilən fikir adamlarından, pedaqoq olub.)

1920-ci ildə Qiz Liseyindən məzun olan Sürəyya Ağaoğlu, 1921-ci ildə İstanbul Universitetinin Hüquq fakultəsinə qəbul olmaq üçün müraciət edir. O günə qədər hüquq fakultəsinin heç qız tələbəsi olmaması səbəbindən vəkil olmaq istədiyini bildirən S.Ağaoğlunun bu istəyi xoş qarşılanmır.

Həmin dönəmdə hüquq fakültəsində qadın tələbə olmadığı üçün İstanbul Universiteti rektoru Haldun Taner ona kömək edə bilməyəcəyini bildirəndə, o, rektorun atası, dövlət adamı Səlahəttin bəyə müraciət etmək qərarına gəlir.

Türk qadınlarının çarşabda gəzdiyi bir vaxtda Sürayyə Ağaoğlunun stereotipləri dağıdaraq vəkil olmaq üçün hüquq fakültəsinə qəbul olmaq niyyəti ictimaiyyət tərəfindən qeyri-adi qarşılanır. Sürayyə xanım Səlahəttin bəyə hüquq fakültəsinə qəbul olmaq istədiyini dedikdə otaqda olan şəxslər(kişilər) bu təklifi qəhqəhəylə qarşılayırlar. Səlahəddin bəy ona deyir ki, “Get, bir neçə nəfər hüquq fakultəsində oxumaq istəyən qız gətir, kurs açaq”.  Sürəyyə xanımın təkidi ilə və özü kimi 2 nəfər vəkil olmaq üçün gətirdiyi rəfiqələri (Melda və Bedia) təqdim etdikdə onlar üçün ayrıca kurs açmaq məcburiyyətində qalırlar. Amma fakultədə günortaya qədər kişi tələbələrə, günortadan sonra isə qadın tələblərə dərs keçirdilər. Bir müddət belə davam etsə də, üç qız tələbəyə ayrıca təhsil verməyin imkansızlığını görən universitet rəhbərliyi  Sürəyya və iki rəfiqəsinin də oğlan tələbələrlə birlikdə təhsil almasına icazə verirlər.

1921-ci il iyulun 18-də erməni qatil Torlakyan İstanbulun «Pera-Palas» hotelinin önündə Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər naziri Behbud xan Cavanşiri üç güllə ilə qətlə yetirir və həbs olunur. Həmin vaxt İstanbul ingilis işğalı altında olduğundan cani cinayət hadisəsindən 20 gün sonra ingilis hərbi tribunalında mühakimə edilir..Sürəyya Ağaoğlu hüquqşunas tələbə kimi iştirak etdiyi bu tarixi məhkəmənin yekunu barədə «Bir ömür də belə keçdi» adlı memuarında yazır: «Nəhayət, məhkəmə bitdi. Prokuror qatil üçün ölüm cəzası istədi. Bu tələb hətta bizi çaşdırdı. Lakin prokuror 24 saat içərisində Türkiyədən uzaqlaşdırıldı. Yerinə gələn prokuror isə müttəhimə bəraət istədi və qatil Torlokyan gecə ikən qaçırıldı». Məhkəmədən illər sonra Sürəyya Ağaoğlu Londonda olarkən prokuror Rickatson Hatt ilə görüşür. Görüş zamanı həmin prokuror məlum məhkəmənin sədri ilə Çində görüşdüyünü və sədrin ona türklərin bu davada haqlı olduğunu söyləyir.

Sürəyya Ağaoğlunun Behbud xan Cavanşirin məhkəməsində iştirakı, bu barədə sonralar öz memuarlarında da yazması onun o dövrün siyasi və milli məsələlərinə laqeyd qalmadığını göstərir.

Sürəyya Ağaoğlu müvəffəqiyyətli təhsil dövrü sonrasında, 1925-ci ildə, o dövrdəki adı ilə Darülfünun hüquq fakültəsindən məzun olmuş, Amerikanın məşhur və ən zəngin iş adamlarından  olan Rockfeller ailəsinin qurmuş olduğu Rockfeller Foundation şirkəti tərəfindən Paris Beynəlxalq İnstitutunda 3 aylıq təqaüd imkanı qazanmışdı. Ancaq qanuni tənzimləmələr və dövlət tərəfindən gərəkli icazələri təmin edilə bilmədiyi üçün bu fürsəti qaçıraraq gedə bilməmişdi.

Sürəyya Ağaoğlu  fakültədən məzun olduqdan sonra atasının da dəstəyi ilə Ankarada Şuranın Dövlət Tənzimat Dairəsində iş həyatına başlayır. Sürəyya Ağaoğlu artıq rəsmi şəkildə Türkiyə Respublikasının ilk qadın vəkili olaraq vəkillik fəaliyyətinə başlayır. Orada iki il işlədikdən sonra Ankara Bürosuna müraciət edir (1927-ci ildə).

1936-cı ildə Ankara Bürosundaki qeydiyyatını İstanbul Bürosuna köçürür. Sürəyya Ağaoğlu Londonda olduğu müddətdə bir çox araşdırmalar edir və Qadın Hüquqları üzərində danışıqları və söhbətləri Columbiya Radiosunda səsləndirilir. İrəliləyən illərdə Amerika Qadın Hüquqşünaslar Birliyinə üzv olmuş, Türkiyədə yaşanan qadın hüquqları problemlərinə və bu problemlərin həllinə istiqamətli işlər görür.

Sürəyya Ağaoğlu Türkiyənin ilk qadın vəkili olaraq tarixə keçməsi ilə bərabər qadınların ictimai sahədə iştirakı üçün də mübarizə aparmış, qadınların eynilə kişilər kimi bir restoranda yemək yeyə bilmə haqqını qazanmaq məsələsinə Atatürkün xanımı Lətifə xanım ilə birlikdə liderlik etmişdir. Ankarada qadınların yemək yeyə bilmək imkanını Atatürkün köməyi ilə qazandığını Sürəyya xanım Atatürklə bağlı danışdığı xatirələrində dönə-dönə qeyd edir. “O zamana qədər Ankarada türk qadınları restoranda yemək yemək lüksünə sahib deyildiər. İstanbulda restorana gedirdilər, Ankarada yox”, -Sürəyya Ağaoğlu bir müsahibəsində deyir.

Bununla da Sürəyya Ağaoğlu daha bir ilkə imza atır.

Vəkil Ağaoğlu 1379 saylı İstanbul Bürosunda da qeydiyyatdan keçir. İstanbul Universiteti Hüquq fakültəsini bitirdikdən sonrakı dövrdən ölüm anına qədər vəkil olaraq çalışır. O, həmçinin qadın hüquqlarını müdafiəçisi kimi də tarixə düşür.

Sürəyya Ağaoğlu  “Azad Fikirləri Yayma Dərnəyi”, “Türk-Amerikan Universitetlər Dərnəyi” və “Sürəyya Ağaoğlu Uşaq Dostları Dərnəyi”nin qurucusu idi. O, 1948-ci ildə Berlin Beynəlxalq Hüquqşünaslar Komissiyasının da üzvü olur.

1960-cı ildönümündən sonra Ağaoğlu “Yassıada Məhkəməsi”ndə atası Əhməd Ağaoğlunun vəkili sifəti ilə prosesə qatılır.

Vəkil Ağaoğlu 1976-1978 illər arasında “Türk Hüquqşünas Qadınlar Assosiasiyası”na rəhbərlik edir, 1980-1982 dövründə isə dərnəyin əməkdaşlıq içində olduğu “Beynəlxalq Qadın Hüquqşunaslar Federasiyası”na rəhbər seçilir.

Ağaoğlu 1949-ci ildə Amerika səyahətinə gedib qayıtdıqdan sonra öz deyimiylə «Taksim parkındaki kimsəsiz uşaqlar üçün “Süreyya Ağaoğlu Uşaq Dostları Dərnəyi” ni qurur.

Ağaoğlu Londonda işlədiyi müddətdə gördükləri barədə xeyli  hüquqi məqalə yazır. Onun məqalələri “Londonda gördüklərim” və “Bir ömür belə keçdi” kitabında cəmlənir.

Sürəyya Ağaoğlu həyat boyu qadın hüquqları sahəsində fəaliyyət göstərir. O, 1989-cu il, dekabrın 29-da İstanbulda “Qadın Hüquqları və Modernizasiyası” mövzusunun müzakirə olunduğu paneldən ayrıldığı zaman beyninə qansızma səbəbi ilə həyatını itirir.

2003-cü ildə Türkiyədə Sürəyya Ağaoğlunun 100 illik yubileyinə həsr olunmuş gümüş xatirə sikkələri buraxıldı.

Müəllif: Könül Alı

Mənbə: Ayna.az

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Əhməd bəy Ağaoğlu

DANIŞAN FOTOLAR

Əhməd bəy Ağaoğlu və həyat yoldaşı Sitarə xanım. (1930-cu illər)

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

SƏMƏD AĞAOĞLU

Ağaoğlu Səməd Əhmədbəy oğlu (1909-1982) — yazıçı, publisist və Türkiyənin dövlət və siyasi xadimi olmuşdur. Üç dəfə Böyük Millət Məclisinə deputat seçilmiş, baş nazirin müavini, dövlət naziri olmuşdur.

QISA ARAYIŞ

Səməd Ağaoğlu 1909-cu ilin 23 aprelində Bakıda doğulub. Atasının Osmanlıya mühacirətə getməsi nəticəsində ilk təhsilini orada Beyazit Feyziyye məktəbində tamamlayır. 1926-cı ildə Ankara Liseyini, 1931-də Ankara Hüquq fakültəsini bitirir. Ardınca doktorluq müdafiəsi üçün Strasburqa yollanır. Sonralar orada yaşadığı günləri “Strasburq xatirələri” adlı kitabında yazır.


Səməd Ağaoğlu hekayəçi kimi böyük şöhrət qazanmasa da, tanınmış yazıçılar, siyasilər arasında keçən ömrü ona zəngin həyat yaşadır, yazmaq üçün olduqca geniş materiallar əldə edir. Bunlardan isə məharətlə yararlana bilir. Atasının yarımçıq qalmış xatirələrini və atasının dostları haqqında “Atamdan xatirələr”, “Atamın dostları”, hökumətində təmsil olunduğu Adnan Menderes haqqında “Dostum Menderes”, “Mərmərədə bir ada”, siyasi həyat barədə “Aşina üzlər”, “Siyasi günlük”, SSRİ-yə səfəri ilə bağlı “Sovet Rusiya imperatorluğu” kimi əsərlər yazır. Həmçinin “Zürriyyət”, “Böyük ailə”, “Qatırın ölümü”, “Müəllim Qafur” kimi hekayələr kitabını, “Həyat bir macəra – uşaqlıq və gənclik xatirələri” adlı memuarını nəşr etdirir.

Əsas kitabları siyasət ətrafında olsa da, ədəbiyyatı heç zaman unutmur. “İlk köşə-ədəbiyyat xatirələri” adlı kitabında yazıçılıq fəaliyyətinə başlamasından, dönəmin məşhur yazıçıları ilə olan dostluğundan, məsafələrindən yazır.

Siyasət ona ədəbiyyata geniş vaxt sərf etməsinə imkan verməsə də, özünün də yazdığı kimi, heç zaman sənətdən ayrılmır, sənət həyəcanı hər zaman davam edir. Həm də siyasətin topluma xidmət edən bir sənət nöqtəsi olduğuna inananlardan idi.

Ona hekayələrinin mövzularına görə, Dostoyevskinin təsirində olduğu deyiləndə belə cavab verir: “Dostoyevski məncə dünyanın ən böyük roman yazarıdır. Roman yazanların hamısı onun təsiri altında olub. Onun özü isə Balzakın təsiri altında idi”.

1980-ci ildə TRT 1-in “Yaşayan ədəbiyyatçılar” proqramının qonağı olan Səməd Ağaoğlu həyatı və ədəbi fəaliyyəti haqqında bu gün Türkiyənin ən tanınmış ədəbiyyat adamlarından biri olan Doğan Hızlana danışır.

Əhməd bəyin oğlu, Adnan Menderes hökumətində nazir vəzifəsində çalışmış, 1960-cı il hərbi çevrilişindən sonra həbs edilmiş Səməd Ağaoğlu haqqında bu nadir görüntülər TRT 1 arxivindən yayımlanıb.

VİDEO N: 1

VİDEO N: 2

Atasına layiqli oğul – Səməd Ağaoğlu

Görkəmli yazıçı, jurnalist, mədəniyyət xadimi Əhməd Ağaoğlunun övladı Səməd Ağaoğlunun (1909-1981) bu yaxınlarda Bakıda çapdan çıxmış ilk kitabı “Hekayələr, memuarlar” adlanır. Türkiyədə çağdaş memuar ədəbiyyatının və psixoloji nəsrin görkəmli nümayəndələrindən biri kimi tanınan Səməd Ağaoğlu 1909-cu il aprelin 23-də Bakıda anadan olmuş, bir neçə aylıq körpə olarkən Türkiyəyə köçmüşdür.

O, Türkiyədə daim Azərbaycan, ata yurdu Qarabağ ab-havası içində böyümüş, Azərbaycan türkü olduğunu heç bir zaman unutmamışdır. Ailənin dostları sırasında Azərbaycan əsilli insanlar üstünlük təşkil edirdilər. İstər Səmədin, istərsə də Ağaoğlu ailəsinin digər üzvlərinin fikri inkişafında türkçülüyün kölgədə qalan ideoloqlarından olan Əli bəy Hüseynzadə mühüm rol oynamışdı. Ə.Hüseynzadə Əhməd bəy Ağaoğlunun Malta sürgününə göndərildiyi 1919-1921-ci illərdə bu ailənin ən yaxın simsarı, mənəvi dayağı olmuş, öz ideya dostunun övladlarının təlim-tərbiyəsinə əlindən gələn yardımı göstərmişdi. İlk gənclik illərindən başlayaraq Səməd bəy atası vasitəsilə Türkiyə siyasi və ədəbi elitasının bir sıra parlaq simaları ilə ünsiyyət qurmaq imkanı qazanmış, məktəbli ikən Atatürkün əlini öpmək şərəfinə nail olmuşdu. Türkçülüyün banilərindən olan Ziya Gökalp, məşhur şair Mehmed Emin Yurdaqul, dövrün baş nazirlərindən Rəcəb Pekər və Fəthi Okyar, təhsil naziri Rəşid Qalib, “İctihad” dərgisinin sahibi Abdulla Cövdət, yazıçı və ictimai xadim Xalidə Ədib Adıvar, əski ittihadçılardan doktor Nazim bəy, professor-general Esad paşa, ədəbiyyatşünas və dövlət xadimi Fuad Köprülüzadə, yazıçı Həmdullah Sübhi və b. böyük həyata qədəm qoyduğu ərəfədə Səmədin istər siyasətdə, istərsə də ədəbiyyatda müəllimləri və yol göstərənləri olmuşlar.

O, ilk təhsilini İstanbulda, Fevziyyə məktəbində almışdı. Sonra ailənin ölkənin yeni paytaxtı elan olunmuş Ankaraya köçməsi nəticəsində Ankara liseyində oxumuşdu. Özünü ədəbiyyata, bədii yaradıcılığa həsr etmək qərarına gəlsə də, atasının təkidi ilə Ankara Universitetinin hüquq fakültəsinin tələbəsi olmuş (1926-1931) və ali təhsilini uğurla başa çatdırmışdı. “İstəyimin əksinə olaraq atam məni hüquq sahəsinə yönəldirdi… Mən də Konstitusiya hüququnun əsasları müəlliminin – “bu kəskin sözlü, tox gözlü, qəribə şivəli professorun” tələbələri sırasında yer aldım və həmin andan etibarən onun yeni bir zabitə və hakimiyyətinin dairəsinə düşdüm”, – deyə, Səməd Ağaoğlu sonralar xatırlayırdı.

Hüquq təhsili alsa da, ədəbiyyata, bədii yaradıcılığa məhəbbət onu heç zaman tərk etməmişdi. Hələ universitetin birinci kursunda ikən tələbə yoldaşları ilə birlikdə “Yalnız gənclik!” adlı bir dərgi buraxmağa başlamışdılar. Sonra gələcəyin görkəmli şairləri Behcet Kamal Çağlar, Əhməd Mühip Dranas və Hifzi Oğuz Bekata ilə birlikdə “Gənc türk ədəbiyyatı birliyi” adlı cəmiyyət qurmuşdular. Gənclərin xahişi ilə türk ədəbiyyatının canlı klassiki, “milli şair” Mehmed Əmin Yurdaqul böyük məmnunluq hissi ilə bu cəmiyyətin fəxri sədri vəzifəsini öz üzərinə götürmüş, birliyin toplantılarında iştirak edib gənclərə tövsiyələrini vermişdi. Səməd Ağaoğlu həyatının birinci mərhələsində daha çox publisist və tədqiqatçı kimi çıxış etmiş, “Türkiyədə kiçik sənət məsələləri” (1939), “Türkiyədə iş hüququ tarixi” (1939), “Türkiyənin iqtisadi təşkilatında iş odaları, ticarət odaları və ticarət borsaları” (1943), “Qüvveyi-milliyyə ruhu” (1944), “Türkiyədə suçlu cocuqlar” (1947), “İki partiya arasında siyasi fərqlər” (1947) kimi broşüra və kitablarını çap etdirmişdi.

S.Ağaoğlu Strasburq Universitetindəki on altı aylıq magistratura kursundan diplomsuz, lakin “Strasburq xatirələri” kitabının əlyazması ilə qayıtdı. Kitab ilk dəfə 1944-cü ildə çap olunsa da, orada hekayələrin qələmə alındığı ötən əsrin 30-cu illərinin ab-havası duyulmaqdadır. Bu illərdə Səməd mükəmməl bildiyi fransız dili vasitəsi ilə rus və Qərbi Avropa ədəbiyyatı klassiklərinin yaradıcılığı ilə yaxından tanış olmuşdu. S.Ağaoğlu böyük rus yazıçısı F.M.Dostoyevskiyə heyranlığını heç zaman gizlətməmişdi. Onun ömür yolunu, şəxsiyyətini, əsərlərini diqqətlə öyrənmiş, rus klassikinin üz tutduğu mövzuları və qəhrəmanları türk cəmiyyətində axtarıb tapmağa, eyni psixoloji gərginliklə, inandırıcılıqla təsvir etməyə çalışmışdı. İlk hekayələrindən yazıçı gördüyü hadisələri və tanıdığı əsərləri ədəbiyyata gətirməyə üstünlük verirdi. “Strasburq xatirələri”nin, eləcə də sonrakı illərdə çap edilən “Böyük ailə”, “Məhəlləyə dönüş”, “Öyrətmən Qafur”, “Hücrədəki adam”, “Onlardan bəziləri” və digər bədii əsərlərinin əksər qəhrəmanları müəllifin şəxsən tanıdığı, ünsiyyət qurduğu, gənclik həyatının kədərli və xoşbəxt anlarını birlikdə keçirdiyi tələbə dostlarıdır, məhəllə adamları, dustaq yoldaşları və başqalarıdır.

Tərtibçi – professor Vilayət Quliyev kitaba yazdığı ön sözdə yazıçının Türkiyə nəsrindəki rolu barədə yazır: “Ümumiyyətlə, çağdaş türk nəsrində ilk dəfə Səməd Ağaoğlu öz ədəbi istedadı və fitri müşahidəçilik qabiliyyəti sayəsində bədiiliklə memuar ədəbiyyatının ünsürlərini sintez etmiş, bir sıra orijinal, yaddaqalan nəsr nümunələri yaratmışdır. Onun müxtəlif illərdə qələmə aldığı “Atamdan xatirələr” (1940), “Atamın dostları” (1957), “Tanış üzlər” (1965), “Dostum Menderes” (1967), “Mərmərədə bir ada” (1972), “İlk mərhələ” (1978), “Həyat bir macəradır” (1981) kimi kitabları müasir Türkiyədə memuar janrının örnək əsərləri sayılır və bu gün də çox az kitab oxunan Türkiyədə diqqəti çəkirlər”.

“Atamın dostları” və “Tanış üzlər” kitablarında Səməd Ağaoğlu heç bir ad çəkmədən haqqında bəhs etdiyi şəxsiyyətlərin elə dəqiq, aydın portretini yaradır ki, Türkiyənin ədəbi və siyasi həyatına müəyyən qədər bələdliyi olan hər bir oxucu çox da çətinlik çəkmədən söhbətin kimdən getdiyini başa düşür. Təbii ki, bu da müəllifdən güclü müşahidə qabiliyyəti, ümumiləşdirmə bacarığı, dövrün hadisə və insanlarına dərin bələdlik tələb edir.

Fikrimizcə, bu il ədəbi ictimaiyyətimiz görkəmli yazıçı, ictimai-siyasi xadim Səməd Ağaoğlunun 100 illik yubileyini mütləq keçirməlidir.

Kitaba yazıçının “Strasburq xatirələri”, “Züryət”, “Öyrətmən Qafur”, “Böyük ailə”, “Hücrədəki adam”, “Atamın dostları”, “Qatırın ölümü”, “Həyat bir macəradır” kitablarından ayrı-ayrı hissələr daxil edilmişdir.

Kitabın redaktoru Asif Rüstəmlidir.

Xəzər.- 2009.- 7 fevral.- S. 17.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ƏHMƏD BƏY AĞAOĞLU

ƏHMƏD BƏY AĞAOĞLU HAQQINDA

Əhməd bəy Mirzə Həsən oğlu Ağayev (Ağaoğlu; 1869-1939) – jurnalist, yazıçı, publisist, alim.

Şuşada zadəgan ailəsində doğulmuş, İstanbulda vəfat etmişdir. Gənc yaşlarından ərəb, fars, rus, yunan, latın, ingilis, alman, fransız dillərini, ədəbiyyatı və mədəniyyətlərini mükəmməl öyrənmişdir.

Birinci Tiflis gimnaziyasını (1885), “Kollec de Frans” və Siyasi Biliklər Məktəbini (1885-94) bitirmiş, sonralar Sorbonna (Sorbon) universitetində təhsilini təkmilləşdirmişdir. Avropada islamşünas alim kimi tanınmış, London konqresində “Şiə məzhəbinin mənbələri” adlı məruzə ilə çıxış etmişdir. XIX əsrin 90-cı illərində Parisin “Nouvel revyu” (“Yeni xəbərlər”) mətbu orqanı Əhməd bəy Ağaoğlunun in məqalələrini dərc etmişdir.

1894-cü ildə İstanbulda Əli bəy Hüseynzadə ilə görüşmüş və dostlaşmışdır. Bakı qubernatorunun dəftərxanasında məmur işləmiş, Tiflisdə rusca nəşr olunan “Kavkaz” qəzetində yazılarını çap etdirmişdir.

1898-ci ildə xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin puluna “Kaspi” mətbəəsinin və eyni adlı qəzetin (Əlimərdan bəy Topçubaşovla birlikdə), 1905-ci ildə “Həyat” qəzetinin (Əli bəy Hüseynzadə ilə birlikdə), sonralar (1908-ci ilədək) “İrşad”, 1908-ci ilin iyulundan milyonçu Murtuza Muxtarovun vəsaiti ilə çıxmağa başlayan “Tərəqqi” qəzetinin redaktoru olmuşdur. (“Tərəqqi” 1909-cu ilin oktyabrında bağlanmışdır).

Rus çarizmi üsuli idarəsinin təzyiqlərinə dözməyərək 1909-cu ilin sonlarında İstambula getmiş, orada 1911-ci ildən “Türk yurdu” jurnalının əsasını qoymuş (başqaları ilə birlikdə), “Gənc türk” qəzetini redaktə etmişdir. Jurnalistlik fəaliyyəti ilə yanaşı, İstanbul universitetinin professoru kimi mühazirələr oxumuşdur. 1914-cü ildə Türkiyə Millət Məclisinin üzvü seçilmişdir.

Əhməd bəy Ağaoğlu Türkiyədə həmin dövrdə “Axın” qəzetini təsis etmiş və qəzetin baş redaktoru olmuşdur. Türkiyə milli hökumətinin çap-təbliğat siyasətinin başçısı kimi Mətbuat baş müdiri vəzifəsində çalışmış, Atatürkün tapşırığı ilə Anadolu Agentliyini yaratmış və agentliyin baş direktoru işləmişdir.

Əhməd bəy Ağaoğlu 1918-ci ilin sonlarında Azərbaycan parlamentinə üzv seçilmiş, parlament sədrinin müavini təyin olunmuş, 1919-cu ildə Versal sülh konfransında iştirak etmək üçün Parisə getmiş, lakin “gənc türklər” təşkilatının üzvü kimi yolda həbs olunub Malta adasına sürgün olunmuşdur.

Sürgündən qayıdan Əhməd bəy Ağaoğlunun Türkiyədə rəsmi vəzifələrdə çalışmış, Türkiyə Respublikasının parlamentinə üzv seçilmiş, “Hakimiyyəti-milliyyə”, “Cümhuriyyət”, “Millət” qəzetlərinin redaktoru olmuşdur.

Əhməd bəy Ağaoğlu 1939-cu ilədək eyni zamanda Ankara universitetinin professoru idi. Elmi-siyasi, ədəbi-bədii və tarixi əsərlərin müəllifidir.

Mənbə:

Şahverdiyev A.B. Azərbaycan mətbuatı tarixi. “Təhsil” nəşriyyatı, 2006, 248 səh.

* * *

Əhməd Ağaoğlu (Əhməd bəy Ağayev) 1869-cu ildə Azərbaycanın Şuşa şəhərində dünyaya gəlib. Atası Mirzə Həsən varlı pambıqçı fermer, anası Tazə xanım Şuşanın Sarıcı Əli nəslindən olub.

1888-ci ildə Parisə gedən Əhməd bəy burada məşhur fransız şərqşünasları Ernest Renan və professor Ceyms Darmestete ilə tanış olur. Əhməd bəy bu illərdə Sankt-Peterburq və Parisin məşhur Sorbonna universitetlərində təhsil alır. Beş dilə mükəmməl şəkildə yiyələnən Əhməd bəy o zaman həm yerli, həm də əcnəbi mətbuatda maraqlı məqalələrlə çıxış etməyə başlayır.

1894-cü ildə Qafqaza, fransız dilini tədris etmək məqsədilə qayıdan ədib tezliklə Bakıya köçür. Fransada təhsil aldığı dövrdə Avropa demokratik ideyalarından və fransız şərqşünas-alimlərinin əsərlərindən təsirlənən Əhməd bəy tezliklə Azərbaycan xalqının milli özünüdərketmə və türkçülük ideyalarının yayılması işinə başlayır.

Fəaliyyəti

Əhməd bəy əsərlərində milli qurtuluşa gedən yolun cəmiyyətin mədəni və təhsili inkişafından keçdiyini bildirirdi. Qadın azadlığı ideyalarını yayan və bunu azadlıq mücadilsənin əsas faktoru kimi göstərən Ağaoğlu Azərbaycan ziyalıları arasında qadına bərabər hüquqların verilməsinə çağıran ilk ziyalılardan idi.1901-ci ildı çapdan çıxan ” İslam dünyasında qadın” adlı kitabında “azad qadınsız milli inkişaf ola bilməz” fikrini sübuta yetirir. Əhməd bəy Ağaoğlunun bu arzu və ideyaları tezliklə reallığa çevriləcəkdir (1918-ci ildə qurulmuş Şərqdə ilk demokratik cümhuriyyət Azərbaycan Demokratik Cümhuriyyəti’ndə o dövr nəinki şərqin, hətta qərbin ABŞ və Böyük Britaniya kimi qabaqcıl dövlətlərinə nümunə olacaq bir hadisə-Azərbaycan qadınına seçkilərdə səsvermə hüquqlarının verilməsi ilə Əhməd bəyin ideyaları gerçəkləşir).

Ağaoğlu Transqafqaziya seyminə keçirilən seçkilərdə müsəlman fraksiyasından üzv seçilir və bu müddətdəki fəaliyyəti ilə 1905-ci ildə etnik erməni-müsəlman qarşıdurmalarının qarşısının alınmasında böyük rol oynamışdır. Bir qədər sonra onun millətçi fikirlərindən və sosial inqilabi düşüncələrindən təşvişə düşən erməni daşnaklarının təhdidlərinə cavab olaraq “Divahi” adlı özünümüdafiə təşkilatı yaradır.

1904-cü ildə «Bir xanım» imzası ilə «Şərqi-Rus»a göndərilən məktubda müəllif Qurandakı «ən-Nisa» surəsinin 31-ci ayəsinin məzmununu «nəfsi haramdan pak saxlayıb pis niyyətlərdən və murdar fikirlərdən uzaq və təmiz olmaq» kimi mülahizə edib, yazırdı: «Zahiri baxmaq, ya baxmamaq şərt deyil. Şərt batili təmiz saxlamaqdır… Allah taala dünyanı yaradıb, onu özünün gözəl və xoş məxluqatilə bəzəyib və zinətləndiribdir. Gözəl səhralar və çəmənlər, könül xoşlandıran güllər və çiçəklər, qəlbi şad edən mənzərələr, böyük meşələr, uca dağlar, əqli heyran edən dənizlər və sular, qisim-qisim heyvanlar və quşlar, göyün üzündə həddən ziyadə yıldızlar yaradıb. Heç bir məxluqatın üzərinə pərdə çəkməyibdir… həmçinin Adəm övladına Allah taala əmr etməyibdir ki, onun gözəl məxluquna baxmaqdan gözlərini yumsunlar…»

Müəllif, «Məsəla, yaxşı meyvə ağacı ola. Hər kəs onu görsə bitəbii mail olar. O meyvəyə tamaşa etməyə mümkün qədər səy edər. Əgər o bağın möhkəm hasarı olsa, heç kəs o meyvəni görməz, onu ələ keçirmək fikrində olmaz» – deyə hicabla bağlı belə bir müqayisə aparan Tiflisin şiəməzhəb qazısı Mövlazadə Məhəmmədhəsəni tənqid edərək, soruşurdu: «Bizim hasar və divar içində qalıb çürüməyimizdən kimə nə fayda ola bilər? Gözəl meyvə ağacını hasarda saxlamaq lazımdır, yoxsa vətən övladına tərbiyə verib halal ilə haramın fərqini bildirməkmi lazımdır?»

Osmanlı imperiyasında geniş vüs`ət almiş “Gənc Türk” inqilabi hərəkatından təşvişə düşmüş çar qüvvələri Ağaoğlunu təqib etməyə başlayırlar. Təqib və mümkün həbslər səbəbindən 1908-ci ilin sonlarında İstanbula köçməli olur. Qardaş Türkiyədə gedən sosial-ictimai proseslərə biganə qalmayan Əhməd bəy tezliklə bu proseslərə aktiv şəkildə qatılır. Türk Ocağı türk milli hərəkatının aparıcı siması olan Ağaoğlu bu hərəkatın keçirilmiş kongresinə prezident seçilir. 1909 cu ilin Oktyabrında Istanbul Darülfünununda müəllimliyə başlayır. Bu dövrdə Əhməd bəyin türkçülük ideyaları onun fəaliyyətinin əsas istiqamətinə çevrilir.

1915-ci ildə Osmanlı Məclisi Məbusanına (Millət Məclisi) Afyon nümayəndəsi olaraq daxil olan Əhməd bəy eyni zamanda İttihad ve Tərəqqi təşkilatının “Mərkəzi Ümumisinin” üzvü olmuşdur.

1918-ci il Azərbaycanda ilk müstəqil, demokratik cümhuriyyətin qurulması xəbərini sonsuz sevinclə qarşılayan Əhməd bəy elə həmin il vətənə qayıdır və yenicə qurulmuş, Şərqin ilk müsəlman demokratik dövlətinin möhkəmlənməsi naminə geniş fəaliyyətə başlayır. Milli Məclisə üzv seçilən Əhməd bəy Ağaoğlu 1919-cu ildə Paris Sülh Konfrasında Azərbaycan nümayəndə heyətinin tərkibində iştirak edir.

Azərbaycanda Şura hökuməti qurulduqdan sonra Əhməd bəy yenidən Türkiyəyə, bu dəfə Ankaraya köçməli olur. Türkiyədə jurnalist və siyasi fəaliyyətini davam etdirən Əhməd bəy mətbuat bürosunun direktoru, Türkiyənin “Hakimiyyəti-Milliyə” qəzetinin baş redaktoru və müasir Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün yaxın məsləhətçisi kimi geniş fəaliyyət dairəsində calişmişdır.

Birinci dünya müharibəsinin axırında ingilislər tərəfindən Maltaya sürgün edilmişdir. 1923-cü ildə Qars Vilayəti millətvəkili olaraq 2. dönəm TBMM-də (1923-1927) millət vəkili olur.

Azərbaycan xalqının böyük vətənpərvər oğlu Əhməd bəy Ağaoğlu 1939-cu ildə Türkiyədə vəfat etmişdir.

* * *

Əsərləri:

“İslam dinində və islam aləmində qadın” 1901-ci ildə « Kavkazski vestnik» jurnalının 3-cü sayında dərc olunmuşdur.

Üç mədəniyyət, 1920.

Hindistan və İngiltərə, 1927.

Sərbəst insanlar ölkəsində, 1931.

Dövlət və Fərd, 1933.

Mən nəyəm, 1939.

Türk Hüquq Tarixi, 1941.

Könülsüz olmaz, İhtilal mı, İnqılab mı, 1942.

Sərbəst Fırka Xatirələri, 1950.

Mənbə:

http://az.wikipedia.org/wiki/Əhməd_bəy_Ağaoğlu

* * *

Əhməd bəy Ağayevin türkçülük məfkurəsi və

“Sərbəst insanlar ölkəsi” haqqında düşüncələri

1908-ci ilin ikinci yarısında Əhmədbəy Ağayev Azərbaycanı tərk edib, Türkiyəyə üz tutdu. O, Rus hökümətinin qərarı ilə yalnız Zaqafqaziyada yaşamaq hüquqdan məhrum olmuşdu və Rusiyanın digər iri şəhərlərinə, gənclik illərində yaşadığı Fransaya və Şərqin istənilən ölkəsinə gedə bilərdi, oralarda o, artıq kifayət qədər tanınmış adam idi. Lakin Əhmədbəy Ağayev Türkiyəni seçdi. Fikrimizcə, bu təsadüfi deyildi.

Türkiyədə Sultan ikinci Əbdülhəmidə qarşı inqilabi hərəkat baş qaldırmışdı. İnqilabi hərəkata gənc türklər rəhbərlik edirdi. İnqilab nəticəsində Sultan 1876-cı il Konstitusiyasını bərpa etmək və Məclis çağırmaq barəsində fərman imzalamağa məcbur olmuşdu. İnqilabçıların siyasi təşkilatı olan “İttihad və Tərəqqi” həkimiyyətə gəlmiş, bu təşkilatın rəhbərləri arasında hələ Fransada yaşadığı illərdə tanış olduğu və dostlaşdığı Əhməd Riza bəy və başqa dostları var idi və həmin “bu doktor dostunun səyasində o “İttihad və Tərəqqi” partiyasında dərhal öz yerini tutdu Bu inqilab türklər yolunda çalışmaq istəyənlərin hamısını dünyanın müxtəlif yerlərindən Türkiyəyə gətirirdi və təbii ki, belə bir zamanda türkçülük hərəkatının ideoloqlarından olan Əhmədbəy Ağayev həmin mübarizədən kanarda qala bilməzdi.

Bəzi mənbələrdə Əhmədbəyin 1909-cu ildə Türkiyəyə getdiyi il kimi göstərilir. Məsələn, professor Vilayət Quliyev Əhmədbəy Ağayevin hətta özünün tərcümeyi halında yanlışlığa yol verdiyini göstərir. “O İstanbula 1908-ci ilin sonlarında deyil, 1909-cu ilin ortalarında gəlmişdi. Bunu əvvəllər redaktoru olduğu “Tərəqqi” qəzetə guman etdiyimiz kimi İstanbuodan 28 iyun 1909-cu il tarixli məktub da təstiq edir: “Bu gün İstanbula azim oldum. Səfərimin nə qədər çəkəcəyini indidən təyin edə bilmərəm. Fəqət qarelərdən və ümum o kəslərdən ki, idarə ilə əlaqədar bulunurlar və yəinki bulunmaq istəyirlər, təvəqqe edirəm ki, bəndə övdət edincəyə qədər əvəzimə müvəqqəti olaraq müdir təyin olunan Üzeyir bəy Hacıbəyov cənablarına müraciət etsinlər”.

Əhmədbəyin 1909-cu ildə deyil, məhz 1908-ci ildə Türkiyəyə getməsini, əvvəlla onun artıq 1908-ci ilin noyabr ayında Türkiyədən yazılarının “Vestnik Baku” qəzetində nəşr olunması, fikrimizcə, bir başa təstiq edir. Digər tərəfdən isə özünün də qeyd etdiyi kimi, “Vorontsov-Daşkov necə olursa-olsun, həbs etdirib sürgünə göndərməyi qərar” vermişdi və bu xəbəri alan kimi, o gizli, “dərhal qaçmağa qərar” verdi.

Bakıda nəşr olunan rusdilli “Vestnik Baku” və “Kaspi” qəzetlərinin səhifələrində “Türkiyədən məktublar” sərlöhvəsi altında geniş məqalələri, Türkiyənin dövlət adamları ilə müsahibələri və şərhləri arasında “Türkiyə parlamenti və Əhməd Riza bəy” məqaləsi xüsusi maraq doğurur. Həmin məqaləsində türk qəzetlərinə istinadən o bəzi maraqlı statistik məlumatlar göstərir, belə ki, məlum olur ki o illər Türk İmperiyasında 30 mln əhali var idi . Bunlardan 2 mln yunanlar, 1 mln- ermənilər, 1,5 mln slavyan millətlərinin nümayəndələri, qalanını isə müsəlman xalqları təşkil edirdi: türklər, ərəblər, kürdlər və s. Parlament seçkilərinə prinsip ondan ibarət idi ki, hər millətin 100 min nəfərindən birinə deputat seçilmək hüququ verilirdi. Beləliklə də, ermənilər parlamentdə 12 yer, yunanlar 20, slavyan millətləri 15, qalanlrı isə parlamentin 203 yerinə sahib çıxmışdılar. Seçkilərə “İttihad və Tərəqqi” komitəsi rəhbərlik edirdi. Parlamentə seçilmiş 250 deputatdan 120 nəfəri ali təhsilli, 60 – orta təhsilli, 70 nəfərin isə sadəcə az-çox savadı var idi.

“Türkiyə parlamenti və Əhməd Riza bəy” məqaləsində müəllif Bakıda olduğunda son məktubunu Əhməd Rizabəydən həmin ilin may ayında aldığını söyləyir və deyir ki, Əhməd Rza bəy məktubunda “İrşad” qəzetində dərc olunan və təsadüfən onun nəzərətindən yayınan Misirdəki gənc türklərin həyat tərzi və davranışından bəhs edilən bir felyetona münasibətini bildirirdi. Əlbəttə “meşə çaqqalsız olmaz” məsəlini gətirərək, o, “baxarsan” dedi, “yaxın zamanlarda biz hamını təəcübləndirəcəyik və hamıya bəlli olacaq ki, biz boş boşuna oturmamışıq”. Onun bu sözləri üzərində mən çox düşündüm və yalnız 11 iyul türk çevrilişindən sonra onun nə demək istədiyini anladım”.

Bu yazısında Ə.Ağayev Əhməd Riza bəyi Azərbaycan cəmiyyətinə daha yaxşı tanıtmaq üçün onun haqqında maraqlı faktlar aşkarlayır. O qeyd edir ki, Əhməd Riza bəy “ingilis” ləqəbi ilə tanınan məşhur Əli Paşanın oğludur. Onun anası milliyətcə ingilisdir, yüksək savada və hərtərəfli biliklərə malik olan bir xanımdır, 18-ci əsr Fransa tarixinin mahir bilicisidir, Can Cak Russonun pərəstişkarıdır. Bu mütəfəkkirin ideyaları əsasında övladlarını böyüdüb. Daha sonra Ə.Ağayev Əhməd Riza bəyin siyasi fəaliyyətindən söz açır, birdirir ki, o, Sultan Əbdülhəmidin recimini daim tənqid etdiyinə görə, 1881-ci ildə Türkiyədən Fransaya qaçmalı olmuşdu. Lakin Əbdülhəmid istibdadına qarşı mübarizəsini dayandırmamış, əksinə artırmışdı. Bunlardan ehtiyatlanan Sultan Əbdülhəmid onu müxtəlif yüksək fəzifələrlə Türkiyəyə dəfələrlə çağırıb, şirnikdirməyə cəhd göstərmişdi. Lakin butun cəhdlər puça çıxmışdı. O sultanın heç bir təklifini qəbul etməmişdi (5). Məhz, Əhməd Riza bəylə uzun illərdən bəri yaxın dostluğu Əhmədbəy Ağayevə Türkiyədə geniş fəaliyyət göstərməyə imkan yaratdı.

Az sonra Əhmədbəy Ağayev Türkiyədə həmişəlik qalmaq, buranın vətəndaşı olmaq qərarında qətiləşir. Ədibin qızı Sürəyyə xanım atasının bu qərarının Bakıda qalan anası tərəfindən necə qarşılandığını belə xatırlayır: “Sonra anama Türkiyədə qalmağa qərar verdiyini, məmləkətindən və ailəsindən ayrılmaq istəməzsə Azərbaycanda qala biləcəyini, amma Humay xalamla bizlərin əmimlə birlikdə İstanbula gəlməyimizi istədiyini yazmışdı. İllər keçdikdən sonra atamın yazılarına baxarkən anamın onun həmin məktubuna cavabını tapdım. Anam çox gözəl və qəti ifadə ilə “Sən harada olsan, mən də oradayam, uşaqları gətirirəm”,-yazmışdı”.

1910-cu ildə uzun sürən ayrılıqdan sonra Əhmədbəy ailəsinə qovuşdu və bu ildən onun və ailəsinin “Ağaoğlular” dövrü başladı. Hərçənd, vətənində türkçülük siyasətinə görə Rus höküməti tərəfindən təqib olunan, dünyanın harasında olursa olsun türklüyə xidmət edən Əhmədbəyə, vaxtaşırı, Türkiyənin özündə də, ayrı-ayrı adamların qəzəbinə gələndə, “Ağayov” olduğunu xatırlayacaqlar və hətta: “Sən unudursan ki, burada bizə boğaz ortağısan” deyəcəklər.

Əhmədbəy vaxtılə Fransada tanış olub dostlaşdığı inqilabçılarla və köhnə dostları Əlibəy Hüseynzadə, Ziya Göyalp, Yusif Akçura, Mehmet Əmin Yurdaqul və başqaları ilə Bakıda başladığı curnalistlik işini və ictimai-siyasi fəaliyyətini İstanbulda daha geniş vüsətdə davam etdirmək əzmindəydi.

Qızğın ictimai-siyasi fəaliyyətinin nəticəsi olaraq o, Azərbaycan əsilli türklərin yaşadığı Afyon-Qarahisardan Osmanlı parlamentinə deputat seçilir. Bu illər o eyni zamanda İstanbul universitetində rus dili və ədəbiyyatını tədris edir. Həmin illərin məhsulu olan, İstanbul Universitetində oxunmuş mühazirələrin əsasında 1917-ci ildə qələmə aldığı “Rus ədəbiyyatının ümumi səciyyələri” tədqiqatı xüsusi yer tutur. “Çox yığcam, şəkildə rus ədəbiyyatının inkişaf yolunu izləyən müəllif ədəbiyyat tarixinə, ədəbi hadisə və şəxsiyyətlərə, canlı ədəbi prosesə dərin, obyektiv qiymət vermiş, tədricən zəngin dünya hadisəsinə çevrilmiş bir ədəbiyyatın mənzərəsini yaratmışdır.

Bu tədqiqatında Əhmədbəy Ağayev rus ədəbiyyatı tarixini “Rus ədəbiyyatının ilk dövrləri”, “Karamzin dövrü”, “Puşkin dövrünün müqəddiməsi”, “Puşkin dövrü” və s. bu kimi mərhələlərə bölür, hər bir mərhələni rus ədəbiyyathünaslığı və tənqidinə məxsus mülahizələrlə yanaşı özünün oricinal, subyektiv görüşlərini də irəli sürür. Maraqlıdır ki, Rusiyanın özündə bu dövrdə ədəbiyatda belə bir bölgü demək olar ki, mövcud deyildi.

Bu arada Rusiyada baş verən 1917-ci ilin Oktyabr inqilabından sonra Azərbaycanda erməni-bolşevik qüvəlləri hücuma keçmişdi. Milli Ordusu qurulmayan gənc Azərbaycan höküməti xalqı fiziki məhvdən qurtarmaq üçün qardaş Türkiyəyə üz tutmuşdu. 1918-ci ildə Azərbaycana gəlmiş Türkiyə Qafqaz Ordusunun komandanı Nuri Paşanın müşaviri kimi məhz Əhmədbəy Ağayev idi. O, türk komandanlığı ilə Azərbaycan höküməti arasında meydana çıxan anlaşılmazlıqların aradan qaldırılmasında mühüm rol oynayırdı.

Nuri Paşa Azərbaycan hökümətiylə aparılan siyasi danışıqları Əhməd Ağaoğluya həvalə etmişdi (9, s.56). Əhmədbəyin Bakıya gayıdışı ilə əlaqədar qəzetlər yazırdı: “İki aydan çoxdur ki, Əhmədbəy türk komandanlığı ilə Gəncədir. O gecə-gündüz çalışır. Türk vətəndaşı olsada, o doğma Azərbaycanını unutmayıb, vətənin ağır günündə bizlərlədir və bizim xilaskarlarımız – türklərlədir. İndi də Bakıya gəlir. Biz onu səbirsizliklə gözləyirik”. Ertəsi gün isə qəzetlər artıq Əhmədbəylə Türkiyədə ki vəziyyət, Azərbaycan-Türkiyə münasibətləri, Qafqazın gələcəyi, Azərbaycan və Rusiya mövzularında geniş söhbətləri dərc edirlər. Curnalistin “burada qalmaq niyyətindədirmi?” verdiyi son suala Əhmədbəy Azərbaycanın harayına hər an hazır olduğunu bəyan etdi: “ siz bilirsiz ki, keçmiş recim məni Qafqazı tərk etməyə vadar etmişdi, mən Türkiyəyə köçdüm, orada curnalistika və pedaqoci fəaliyyətlə məşğul oldum. İki curnalda iştirak edirdim və öz qəzetimi nəşr etdirirdim. Türk xalqını Rusiya və rus ədəbiyyatı ilə tanış etməyə çalışırdım. 19-cu əsr rus ədəbbiyyatına dair bir sıra oçerklərim türk cəmiyyətində, xüsusəndə gənclər arasında böyük marağla qarşılanıb, artıq burada gənc yazıçılar arasında Dostoyevskiyə və Qorkiyə özünü bənzədənlər var. Artıq rus dili başqa xarici dillərlə yanaşı İstanbul universitetində tədris olunur. İndi isə vətənimiz Azərbaycanın oğullarının köməyinə ehtiyacı var . Ona görə də mən buradayam və bütün səy və bacarığımı doğma vətənimə verməyə hazıram”.

1918-ci ildə Əhmədbəy Ağaoğlu Azərbaycan Parlamentinə bitərəf deputat kimi üzv seçilir və konstruktiv təkliflərlə çıxış edir: “ Dünya miqyasında tanınmaqdan ötrü, birinci növbədə ölkə daxilində tanınmağa nail olmaq gərəkdir. Xalqa ölkənin möhkəm əllərdə olduğunu hiss etdirmək üçün, hökümət öz qüdrətini nümayiş etdirməlidir. Təəsüf ki, hələ belə deyil. Ölkə idarəçiliyinə ən istedadlı, ən sayıb-seçilmiş insanlar cəlb olunmalıdır. Müxtəlif sui-istifadələrə son qoyulmalıdır, əyalətdə hakimiyyət möhkəmləndirilməlidir”.

Əhmədbəy Ağayevin parlamentdəki çıxışları məhiyyət və məzmun baxımından bu gündə çox aktual səslənir: “Azərbaycanın daxili və xarici təhlükəsizliyini təmin edə biləçək güclü ordu təşkil olunmalıdır. Orduya cəmiyyətdə tutduğu sosial statusundan asılı olmayaraq, hamı cəlb olunmalıdır. Fərrariliyə qarşı ən sərt , hətta güllənmə kimi, tədbirlər görülməlidir”.

Ə.Ağayev suverenliyini əldə etmiş Azərbaycanın xarici siyasətinə dair mülahizələri irəli sürür: “müstəqilliyimizin tanınmasına nail olmaq üçün, özümüzü əvvəl tanıtmalıyıq. Çox təəsüf ki, biz indiyə qədər Avropaya bu missiyanı yerinə yetirəcək nümayəndə heyyətləri göndərməmişik. Bu bizim bir nömrəli vəzifəmiz olmalıdır”.

Əhmədbəy Ağayevin Türkiyəyə dönməsi orada hakimiyyətin “İhtilaf və Hürriyyət” partiyasının əlinə keçməsiylə üst-üstə düşdü və bu partiya keçmiş “İttihad və Tərəqqi”çilərə qarşı şiddətli təqiblərə başlamışdı. Siyasi rəqiblərinin hamısı, xüsusəndə bütün Türkiyə ziyalıları məhbəslərə salınıb. Belə getsə, bir amerikalı dövlət xadiminin dediyi kimi, əgər bu məhbəslərdə yanğın baş versə, Türkiyə gələcəkdə rəhbərlərsiz və liderlərsiz qalacaq”.

Bir neçə gündən sonra həbs olunan Əhmədbəy Parisə sülh konfransına yollanmaq əvəzi Maltaya keçmiş ittihadçılarla birlikdə sürğün olundu. Türkiyədə çıxan “İstanbul” qəzeti Əhmədbəyin həbsini şərh edərək, onu qatil adlandırırdı və Bakıda və Şuşada erməni qırğınlarında yaxından iştirak etməkdə günahlandırırdı. Bu barədə Bakıda çıxan “Azərbaycan” qəzeti də ətraflı yazırdı (Bax: 13, 19). Əhmədbəy mənfur yazarlara məhbəsdən göndərdiyi məktubla cavab verdi. “Əvəlla özünə hörmət eləyən qəzet söyüş söyməz. O ki qaldı mənim Bakıda erməni qırğınlarında iştirakıma, mən Nuri Paşadan iki ay sonra Bakıya gəldim və bu zaman artıq gərginlik sovuşmuşdu, Azərbaycan hökümətiylə danışıqlar aparılırdı. Şuşaya gəlincə, mən son 14 ildə Şuşada ümumiyyətlə olmamışam. Şuşada qırğın olubsada, bunlar ancaq general Andronik tərəfindən törədilib. Onu hətta rəsmi erməni höküməti vəhşi anlandırıb”.

Sürgün həyatın mənəvi əzabları, ailəsinə yardım əli uzada bilməməsindən doğan iztirabları, üstəlik “ingislərin verdiyi illərdən bəri iylənmiş konservləri” onu həm mənəvi , həm fiziki cəhətdən əzirdi. Lakin burada da Əhmədbəy özünə iş tapır, gənclik illərində az-çox bildiyi ingilis dilini mükəmməl öyrənir və Qərb fəlsəfəsi, Qərb mədəniyyəti haqqında fundamental əsərlər oxuyur. İki il yarım davam edən sürgün həyatı bir gün başa çatır. “Doğrusunu söyləsəm, bən indi də bilmiyorum ki, bəni niçin həbs etmişlərdi və indi nə səbəbə azad ediyorlar?” ,- Romadan Nəriman Nərimanova yazdığı məktubda Əhmədbəy etiraf edəcək. 1921-ci ilin mayında yazılan bu məktubda sürgündə olduğu illərdə hər şeyi götür-qoy edib, dünyanın fani olduğu, “istər Qərbdə, istər Şərqdə bütün ictimai üsul və ictimai quruluş yalan, qaba arzu, güclülərin gücsüzləri əzməkləri üzərində durmaqdadır; o şeyə ki, mədəniyyət, hürriyyət, musavat deniliyor, zəhərli bir yalan, alçaq bir riyakarlıqdır ki, onların səyasində yalnız qaba zülm və haqsızlıq səltənəti qurula bilər” qənaətinə gəlir.

Əhmədbəyin belə bir qənaətə gəldiyinin səbəblərini araşdıran Vilayət Quliyev haqlı olaraq qeyd edir ki,“ingilislərin əli ilə göndərildiyi məhrumiyyətli və ədalətsiz sürgün, Türkiyə və Azərbaycanda Avropa imperialistlərinin törətdikləri özbaşnalıqdan doğan sarsıntı bir zamanlar Qərbi tərəqqinin, mədəniyyətinin beşiyi sayan, Qərbdən öyrənməyə çağıran Əhməd Ağaoğlunun dünyagörüşündə ciddi təbəddulat yaratdı”. Lakin alimin fikrincə, bu müvəqqəti, “iki ildən çox sürgün həyatından sonra, kifayət qədər götür-qoy edilmədən və təhlil aparılmadan”, həmçinin “bolşevik şüarlarının zahiri cəlbediciliyinə aldanmış” bir fikirdir. Təsadüfi deyil ki, Malta sürgünündən sonra o, yaşamaq yeri vətəni Azərbaycanı deyil, çünki artıq bu Sovet Azərbaycanı idi, Türkiyəni seçir.

Əhmədbəy Ağayev başa düşürdü ki, “insanlıq üçün nicat yolunu” “təyini-müqəddərati-milli, millətlərin federasyonu və daxili işlərdə millətlərin ixtiyaratı prinsiplərini” bəyan edərək, bolşeviklər əməllərində deyil, sadəcə sözdə bu ideyalardan bəhrənəcəklər. Ağlı və zəkası ilə bunları dərk edən Əhmədbəy yol ayrıcında – Azərbaycan ya Türkiyə – düzgün qərar qəbul edərək, özünü və ailəsini bolşevik reciminin qurbanı olmaqdan xilas etdi. Lakin yüksək dərəcədə savadlı olmasına baxmayaraq, saf və sadəlövhliyi onu artıq Türkiyədə siyasi avantyuralardan qoruya bilmədi.

Türkiyəyə dönən kimi ona Mətbuat Baş Müdiri vəzifəsi təklif olundu və o bu fəzifəni qəbul etdi. Türk dünyasının fəxarəti Mustafa Kamal Atatürkü Əhmədbəy özünə həm ən yaxın dost, həm də özünün və ailəsinin xilaskarı kimi qəbul edirdi. Ona son dərəcə sədaqətli və etibarlı idi. Atatürk də ona ehtiram və etimadını bildirirdi. Elə tutduğu yüksək vəzifələr bunun bariz nümunəsidir. Lakin özünün etiraf etdiyi kimi, müvəffəqiyyətlərini gözü götürməyənlər də kifayət qədər idi. Bunlardan biri Türk siyasi arenasının mühüm siması İsmət İnönü idi. Əhmədbəy Ağayev və İsmət İnönü münasibətlərinin “soyumasına” Əhmədbəyin səmimiliyindən və dürüstlüyündən irəli gələn kiçicik bir ehtiyatsızlığı olmuşdu. 1926-cı ildə Əhmədbəy Ağayev Ankarada Mətbuatın baş müdiri, eyni zamanda Qars millət vəkili, habelə “Hakimiyyəti-milliyyə” qəzetinin baş redaktoru idi. Bununla əlavə Əhmədbəy bu illərdə “Anadolu” agentliyini yaradıb, onun baş redaktoru oldu. Qızı Sürəyyə Ağaoğlu xatırlayır ki, o illər “yetişmiş kadrlar az olduğu üçün ziyalılar eyni zamanda bir neçə işlə məşğul olmaq məcburiyyəti qarşısında qalırdılar. Bir gün atama Şəkər Şirkəti İdarə heyyətinin üzvlüyü vəzifəsi təklif olunanda o:

– Mənim şəkərlə olan bütün əlaqələrim sadəcə onu yeməkdən ibarətdir. Mən bu işdən heç nə anlamıram, demişdi”.

Lakin Əhmədbəyə üstü örtülü bildirilmişdi ki, vəzifəni götürsün. Bunu İnönü də “hər kəsin məsuliyyətlərdə iştirak etməsini istəyirik” deməyi ilə, açıq bildirmişdi. Amma “məsləhətlərə” qulaq asmayan Əhmədbəy bu barədə Atatürkə şikayət edərək, “bu bir növ başqatmaq siyasətidir, paşam” narazılığını söyləmişdir. İnönü ilə arasının pozulmasına səbəb olan bu hadisədən sonra Əhmədbəy Ağaoğlu millət vəkili seçilmədi.

Amma Əhmədbəyin yol verəcəyi ən böyük səhf 1930-cu ildə “Sərbəst Cumhuriyyət Firqəsi” xülyası olacaq. Atatürkün yaratdığı və başçılıq etdiyi “Cumhuriyyət Xalq Firqəsi”ndən çox da fərqlənməyəcək bu ikinci firqənin yaranmasını Əhmədbəy Ağaoğlu öz dünyagörüşünə uyğun izah edirdi , ona görə, Atatürk “tək firqənin doğurduğu qarşılıqsılıqdan bezib və həm məclisdə bir-birinə qarşı çıxacaq iki firqənin mövcudluğunu, həm də məmləkətdə bir az hürriyyət havasının əsməsini istəyir”. Bunun siyasi oyun, avantyura olduğunu Əhmədbəy ağlına belə gətirmirdi. İsmət İnönünün cızdığı plana əsasən firqə 1930-cu ilin avqust ayının 8-də yarandı, həmin ilin noyabrın 17-də darmadağın edilərək, məhv olundu. Məqsəd isə hakim partiyaya alternativ firqə yaradıb, ən etibarlı adamları oraya cəlb etmək, hətta Atatürkün bacıları da bu partiyaya üzv olmuşlar, və həmin adamları Atatürkün və xalqın gözündə alçaldaraq, “mənfur” hərəkətlərini üzə çıxarmaq və onları siyasi arenadan sıxışdırmaq idi. Buna nail olundu. “Həmin hadisə səbəbindən biz gözdən düşdük. Bu Atatürk zamanında demokratiyanın ikinci süqutu idi. Daha əvvəl Tərəqqipərvər Firqəsini quran Atatürkün keçmiş silah yoldaşları da gözdən salınmış və demokratiya ilk zərbəni almışdı”.

Ə.Ağayevin “Sərbəst firqə” avantürasına İnönü tərəfindən cəlb olunmasına, fikrimizcə, Atatürkə qisqanclıqdan qaynaqlanırdı. Yuxarıda göstərdiyimiz şəkər fabriki ilə bağlı olay sadəcə bir bəhanə idi. Qısqanclığın və gələcək avantüranın nöqtəsini qoyan isə belə güman etmək olar ki, Ə.Ağayevin 1930 ildə kitab şəklində, ondan əvvəl isə hissə-hissə “Cümhuriyyət” qəzetində nəşr etdirdiyi “Sərbəst insanlar ölkəsində” əsəri olmuşdu. Əsərdə demokratik prinsiplərə söykənən ölkə təsvir olunur. Həmin ölkə kimi ədib o illər Respublika idarə üsulunu seçmiş Türkiyəni, onun rəhbəri kimi isə “Türk Cümhuriyyətini quran dahi” Atatürkü göstərir. Atatürkün adını açıq çəkməsə də, “dahini” xarakterizə etdiyi cəhətlərdən kimliyi dərhal bəlli olur: “…aramızdan sarı saçlı, mərd üzlü, aslan baxışlı biri çıxdı”.

Əsərə ön sözündə müəllif etiraf edir ki, millətin bir fərdi kimi, demokratik dövlətdə “azad və sərbəst vətəndaşların necə olmaları haqqında fikirlərini” göstərməyə çalışıb, bu yolla gedilərsə “məmləkətimizin Azadlıq və Ləyaqət sayəsində necə inkişaf edərək gələcəkdə nur və mədəniyyət mənbəyi olacağını” təsvir etmək istəyib. Ə.Ağaoğlu belə bir ideyanın utopik olduğunu anlayaraq əsərini “naciz”(yəni əhəmiyyətsiz), “umacaqsız” adlandırır.

Demokratiya, demokratik dövlət və bu dövlətdə insanları səciyyələndirən xüsusiyyətlər haqqında düşüncələrini anlaşıqlı və çatımlı şəkildə ifadə etmək üçün ədib əsərində hekayət üslubunu seçib: istibdabdan, şəxsi hakimiyyətdən qurtulmuş bir fərdin, əslində özünün, azad və sərbəst ölkəyə düşməsi, bu ölkənin yaşayışı, düşüncələri, qanunlarıyla tanış olması və bunlara alışmasını göstərməyə çalışıb.

“Mən bir əsir idim, azad olmaq istədim” deyərək, Ə.Ağaoğlu azadlıq məvhumunu açmağa çalışır: “Azadlıq dəyərli bir vergidir. Azad olmaq üçün çox dəyərli olmalısan. Fikir təmizliyi, söz təmizliyi və əməl təmizliyi azadlığın əsaslarıdır. Tamahlarına yiyə durmayanlar azad ola bilməzlər. Söz sadəliyi və yaşayış sadəliyi azadlığın şərtləridir”.

Ə.Ağaoğlunun qəhrəmanı Sərbəst insanlar ölkəsinin qayda-qanunları, adət – ənənələri ilə tanış olur, bunları mənimsəməyə çalışır və sonda həmin ölkənin vətəndaşı olmaq istədiyini Pirlərə – ölkənin rəhbərlərinə bildirir: “İndən belə Sərbəst İnsanlar Ölkəsinin vətəndaşı sayılacaqdım. Duyduğum sevinci söyləməyə açizəm. Bütün həyatım boyu bu qədər dərin bir razılıq yaşamamışdım. Özümdə o vaxtadək duymadığım bir təzəlik, bir güc püskürtüsü hiss edirdim. Mənim gözlərimdə yer, göy , hər şey rəngini və mahiyyətini dəyişdirmişdi. Hər şeydə yeni bir gözəllik görürdüm. Hər şey məni yaşamağa səsləyirdi. Anladım ki, bütün varlığımla Azadlıq mələyinə vurulmuşam!!!”

Bu sətirlər 4 iyun 1930-cu ildə yazılıb. Ə.Ağaoğlu həqiqətəndə bütün varlığıyla Atatürkün rəhbərliyi ilə həyata keçirilən quruculuq işlərinə qatılmaq və fəal iştirak etmək fikrində və əzmindəydi. Daxilən saf insan olduğuna görə əvəzində xüsusi bir təmənna gözləmirdi. O, Türkiyəni vətəni Azərbaycan qədər sevir və Türk dünyasına xidmət etməyi özünə borc bilirdi. Lakin parlaq və eyni zamanda çılğın şəxsiyyət olduğu üçün daha ehtiyatlı siyasətçilər tərəfindən asanlıqla Atatürkdən uzaqlaşdırıldı. Sərbəst firqə avantürasından sonra Əhmədbəy Ağayev bir-birin ardınca bütün vəzifələrindən məhrum edildi. “Dünyanın heç yerində misli görünməmiş bu avantyura çox dolğun, çox dalğalı, çox görüb götürmüş, çox zərbələr yemiş, fəqət bircə dəqiqə də ümidsizliyə qapılmamış mənəviyyatım üçün ən ağır və çəkilməz bir acı sarsıntı oldu. Acılıq firqənin dağılmasından gəlmirdi. Xeyr! Bu firqə ətrafında gördüyüm və təmasda olduğum əxlaq düşgünlüyündən irəli gəlirdi”. O, hətta İstanbul universitetinin professoru vəzifəsindən belə azad olundu. Universitetin professoru olmaqla yanaşı, Əhmədbəy son qəzeti – “Axın” qəzetini çıxarırdı. Qəzet bəzi hökümət nümayəndələri tərəfindən müxalifətin səsi kimi qəbul olunurdu. Atatürkün Ə.Ağaoğlunun iqtidara müxalif mövqeli qəzet nəşr etməsinə münasibəti özünü çox gözləməli olmadı: “Həm Darülfünunda professorluq, həm də müxalifətdə olmaq bir araya sığışmaz”,- deyərək məsələdə son nöqtəni qoydu.

Lakin Ə.Ağayevə görə acı məqam bunda deyildi, baxmayaraq ki, sərbəst firqə avantürasındakı fəlakət dostu Fəthi Okraya “mənim üçün ən ağır və ən çəkilməz dərd həyatın xaricinə atılaraq məəttəl və seyrçi durmaqdır” yazırdı. Onun üçün ən dəhşətlisi Atatürkün ona “həm də sən unudursan ki, burada bizə boğaz ortağısan” deməsi olmuşdu. Həyatı boyu türkçülüyü təbliğ edən, bu səbəbdən Rus imperiyası tərəfindən təqib olunan Ə.Ağaoğluna xalis türklüyünün şübhə altına alınması ağır zərbə idi. Halbuki əvvəllər də ətrafındakıların ara-sıra qəzəbinə tuş gələndə ona “Ağayev” deyə xitab etmələri, beləliklə də onun rus əsilli olduğuna eyham vurmaları olurdu. Lakin ideya, məslək dostu tərəfindən deyilən bu sözlər onu böyük türkçülük ideyasından bir an da soyutmadı. Həyatının son günlərinə qədər o türkçülüyə xidmət etdi.

Müəllif: Lalə Hacıyeva

Mənbə: Əhməd bəy Ağaoğlu (1869-1939)

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru