MÜƏLLİMLƏRİN İŞƏ QƏBULUNDA BAŞ VERMİŞ YENİLİKLƏR

MÜƏLLİMLƏRİN İŞƏ QƏBULUNDA BAŞ VERMİŞ YENİLİKLƏR

2018-ci ildə İnsan Resursları Mərkəzi tərəfindən həyata keçirilmiş əsas yenilikləri diqqətinizə çatdırırıq:
1. Müddətli müqavilə ilə işləyən müəllimlərin müddətsiz müqavilə ilə işə götürülməsi müsabiqəsi. Bu müsabiqə ilk dəfə İnsan Resursları Mərkəzi tərəfindən proqram təminatı təminatı tətbiq olunmaqla mərkəzləşdirilmiş qaydada həyata keçirilmiş, müddətli müqavilə ilə işləyən 477 müəllimlə müddətsiz müqavilə bağlanılmışdır.
2. Müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi. Bu müsabiqə ilk dəfə İnsan Resursları proqram təminatı tətbiq olunmaqla mərkəzləşdirilmiş qaydada həyata keçirilmiş, 1294 müəllimin iş yeri dəyişdirilmişdir.
3. Ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu prosesi. Müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatdıqdan sonra İnsan Resursları Mərkəzi tərəfindən ümumi təhsil müəssisələrində boş qalan yerlərə ilk dəfə olaraq mərkəzləşdirilmiş qaydada və proqram təminatı tətbiq olunmaqla müəllimlərin müddətli müqavilə ilə işə qəbulu üzrə 4 yur həyata keçirilmişdir. Birinci turda 1178 nəfər, ikinci turda 489 nəfər, üçüncü turda 1583 nəfər, dördüncü turda isə 564 nəfər işə qəbul edilmişdir. Turlar başa çatdıqdan sonra İnsan Resursları Mərkəzi tərəfindən boş qalan vakant yerlərə yaşayış yeri, imtahan fənni, bölmə və imtahan nəticəsi nəzərə alınaraq namizədlərlə əlaqə saxlanılmış, 608 namizəd işə qəbul edilmişdir.

Qeyd:

Bütün bu dəyişikliklərdən müəllimlər və namizədlər çox razıdır. 2019-cu ildə bəzi xırda çatışmamazlıqların da aradan qalxacağına və qəbul prosesinin daha da təkmilləşəcəyinə inanırıq. Bu işdə İnsan Resursları Mərkəzinin rəhbərliyinə və bütün əməkdaşlarına uğurlar arzu edirik. Fotoda Respublikamızın tanınmış müəllimlərindən, İsmayıllı rayonunda çalışan, tarix müəllimi Təranə Məmmədovadır.

İLKİN MƏNBƏ: İNSAN RESURSLARI MƏRKƏZİ
#TəhsilNazirliyi #EduAz #EduAzIRM #Yeniil

USTAC.AZ

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

=========================================================

Vüsal Şabizadə yeni kitab barədə belə dedi:

Bu günlərdə çağdaş yazarlarımızın əksəriyyətinin qatıldığı yeni kitab – “Göyərçin əllər” adlı poetik toplu işıq üzü görüb. Bu haqqda kitabın tərtibçisi və redaktoru, filoloq, tənqidçi Vüsal Şabizadədən bir-neçə kəlmə.

Vüsal Şabizadə yeni kitab barədə belə dedi:
“Bu da intizarında olduğumuz “Göyərçin əllər” poetik toplusu. Kitab Mikayıl Müşfiqin 110 illik yubileyinə həsr olunub. Ön sözün müəllifi filologiya üzrə elmlər doktoru, professor, əməkdar jurnalist Avtandil Ağbaba, rəyçi filologiya üzrə elmlər doktoru, professor Nadir Məmmədlidir. Nəşri “Elm və təhsil” nəşriyyatına aiddir. Nəşriyyatın direktoru Nadir müəllimə və kollektivə təşəkkürümü bildirirəm… “

Biz də həm təbriklərə, həm də təşəkkürlərə qoşuluruq. Xeyirli-uğurlu olsun!!!

USTAC.AZ

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

=========================================================

OQTAY RZA

Oqtay Rza 1934-cü il noyabrın 2-də Azərbaycanın Salyan rayonunun Qalalı kəndində anadan olmuşdur. Arbatan kənd yeddiillik məktəbini bitirib Salyan şəhərindəki Nizami adına orta məktəbdə təhsilini davam etdirmişdir (1948-1951). Azərbaycan Sənaye İnstitutunun geoloji-kəşfıyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib geoloq ixtisası almışdır (1951-1956). Əmək fəaliyyətinə Bayıldakı Neft və Qazçıxarma İdarəsinin 5 saylı mədənində başlamışdır: operator, baş operator, neftçıxarma ustası olmuşdur (1956-1961). Elmi-tədqiqat işi müdafıə edib geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsi almışdır. Azərbaycan KP MK yanında ikiillik marksizm-leninizm universitetini fərqlənmə diplomu ilə bitirmişdir (1980). N.Tusi adına APİ-nin ümumi coğrafıya kafedrasında müəllim, baş müəllim (1966-1969), hazırda isə dosent işləyir (1971-cı ildən). Bakı Sovetinin deputatı seçilmişdir (1959-1960).

1961-ci ilin noyabr-dekabr aylarında Ümumdünya Həmkarlar İttifaqları Təşkilatının Moskvada keçirilən 5-ci konqresində sovet nümayəndə heyətinin tərkibində iştirak etmişdir.

“Bir may” adlı ilk şerini yeddiillik məktəbdə oxuyarkən yazıb “Sosializm yolu” rayon qəzetində dərc etdirmişdir. Həmin vaxtdan poetik yaradıcılıqla müntəzəm məşğul olur, bədii tərcümələr də edir. Dünya xalqlarının ədəbiyyatından tərcümələri dövri mətbuatda müntəzəm çap olunur.

Əsərləri xarici mətbuatda dərc edilmişdir. “Kamennıy Svetilnik” şerlər toplusu 1987-ci ildə Moskvada kütləvi tirajla buraxılmışdır.

USTAC.AZ

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

=========================================================