İlahi eşqin qatları (M.Abdullahın “Saçlarından asılan qız” kitabı haqqında)
Hər dəfə şeir kitabları haqqında yazanda fikirlərimdə daha
sərbəst oluram.Çünki poeziya ruhuma daha yaxın olur.Ürəyimin sirlərini
oxucularımla paylaşanda da şeirlər köməyimə çatır….
Ancaq ədəbiyyat təkcə şeirdən ibarət deyil axı.Bu düşüncələrlə özümlə söhbət
edə-edə yazıçı Meyxoş Abdullah gözlərimin önünə gəlir.Onu da qeyd edim
ki,Meyxoş müəllim mənə məsafə və məkan baxımından daha yaxın ədəbi mühitdə
yazıb-yaradır.Mərkəzdən bir qədər aralıda yaşasa da,son iyirmi ilin ədəb
dünyasında imzası görünməkdə,Cənub ədəbi mühitini yazdığı əsərləri ilə
ləyaqətlə təmsil etməkdədir.Onun əsərlərindəki incəlik,dərin lirizm,poetik
fiqurlar,dilindəki səmimilik oxucu qəlbini ehtizaza gətirir.
Qeyd etdiyim kimi,yazıçı əsərləri ilə özünə geniş auditoriya qazanmışdır.Oxucu
auditoriyası yazıçının bir-birindən fərqli,sanballı əsərləri ilə tanışdır…
Bu yazıda yazıçı Meyxoş Abdullahın “Saçlarından asılan qız” hekayəsi
ilə oxucular arasında ədəbi körpü yaratmaq fikrindəyəm.Əsər yaxın vaxtlarda tərcüməçi-publisist
Giya Paçxataşvilinin
ön sözü və tərcüməsi ilə Azərbaycan və rus dillərində çap olunmuşdur.
“Saçlarından asılan qız” sevgi əsəri olmaqla həyata inamın,bağlılığın
bədii ifadəsi,təcəssümüdür…
Sevgi insan qəlbində mübhəm duyğu olduğu qədər saf münasibətlərin ocaq
yeridir.Həmin ocaq insan övladını isindirir,isti yapıncısına
bürüyür,soyuqlardan,tufanlardan,nifrətlərdən qoruyur.Çünki o,İlahi
duyğudu,amaldı.Çünki Tanrısal sevgi dünyanı da hər bəladan qurtarmağa
qadirdir.Eşq bəşəri duyğudur.Onun anlamı dünya xalqlarının hamısı üçün
eynidir.İrqindən asılı olmayaraq,sevginin dili,dini birdir.Əsl sevgi nə var,nə
şöhrət tanıyır…
Meyxoş Abdullahın “Saçlarından asılan qız” əsəri də məhz bu motivlər
üzərində qurulmuş sevgi əsəridir “Saçlarından asılan qız” uzaq
illərin İlahi sevgisini yaxına gətirən sənət əsəridir. Onun səhifələrində 12
yaşlı qızın ürək çırpıntılarını eşidir,sevginin insanla yaşıd olduğuna
inanır,insanla bir doğulduğunu görmək olur.
Nağılvarı girişlə başlanan hekayədə hadisə davam etdikcə əsərin qəhrəmanı
Xatirənin taleyi oxucuda hadisəni sona qədər izləməyə maraq yaradır.Yazıçı
burada yuxu pryomundan məharətlə istifadə edir.Burada Ağ divin insanlaşan
obrazı yaradılır.Belə hissələr hekayəni daha da maraqlı edir.
Hekayədə maraqlı məqamlardan biri də Ağ divin paslı mıxı ürəyinə sancıb
Xatirəni saçlarından həmin mıxdan asması,qolları ilə belini quçaqlayıb sinəsinə
sıxmasıdır.Buradan görünür ki,aşiq qəlbindəki yaranı həmin silahla öldürüb yeni
həyata başlamaq istəyir.O,sevdiyi qadını ürəyinə pərçimləməklə sevgiyə yeni
həyat gətirir.
Hekayə maraqlı sonluqla bitir.
Anası yanağından süzülən göz yaşlarını silə-silə:
-Sənin taleyin yuxun kimi olacaq,qızım…Sən yuxunda gələcək taleyini
görmüsən…
-Bəs o ağ div..? O hardan gələcək qismətimə?
-Sən böyü,qızım,o ağ div özü gəlib səni tapacaq…
Hekayədə hadisələrin yuxuda görüldüyü təsvir edilsə də,kökü reallığa söykənir “Saçlarından asılan qız” iki aşiqin sevgi dayanacağı və xoşbəxtliyinin sevinclə başlanan yoludur… Bu yolu sevgi ilə qələmə alan Meyxoş müəllimə uğurlar diləyi ilə söhbətin sonuna çatıram…
Ədəbiyyata ötən əsrin 80-ci illərində gələn, bu günə kimi yerli və mərkəzi mətbuatda ədəbi almanaxlarda maraqlı şeirləri ilə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin üzvü Tofiq Qəbulun 3 şeirlər və hekayələr kitabı oxuculara yaxşı məlumdur.”Döndün qövsi-qüzehə” [2005 ”Məktəb” nəşriyyatı], ”Nuhçıxan Naxçıvan” [2006 ”Əcəm”i nəşriyyatı], ”Köksüm altda söz döyünür” [2008. ”Əcəm”i nəşriyyatı”] kitablarında olduğu kimi, şairin ”Qarabağdır Azərbaycan” adlanan bu yeni kitabında da Vətən və vətənpərvərlik mövzusunda yazdığı şeirlər üstünlük təşkil edir. İyirmi ildən artıqdır ki, xalqımız Qarabağ dərdi ilə, torpaq itkisi ilə üz-üzə dayanıb.Hər bir şairin şeirlərində yağı tapdağında qalan torpaqlarımızın sızıltısı, göynərtisi yaşayır.Bu ağrı-acını, nisgili Tofiq Qəbul da bir şair kimi iç dünyasından keçirir. Şairin ”Qarabağdır Azərbaycan” şeirində ”Şəfəqlərdən cilvələnən, Şərqə örnək Azərbaycan” ona dikilən ac gözlərə ox kimi sancılır; Bu da dünya xəritəsi-Odlar yurdum, mavi Xəzər Dünyamızın sinəsində pöhrələnən gülə bənzər. Bakı çıraq, dikilibdir bu çırağa min-min gözlər. Sərvətimin arxasınca hey sürünür qarı düşman, Acgözlərin gözlərinə ox-bıçaqdır Azərbaycan !
Canım Şuşa bir tamaşa, səcdəgahdır imanıma, Yollar gedir Xankəndimə, Xocalıma, Ağdamıma, Bütövlükdür inandığım, kölgə düşməz inamıma. Həm Dərbənddir, həm Zəngəzr, həm Təbrizdir, həm Naxçıvan , Qarabağdır, Qarabağdır, Qarabağdır Azərbaycan !!
Şairin” Bakı-dünya şəhəri”, ”Naxçıvanım”, ”Köhnə qala”, ”Nuh peyğəmbərin türbəsi” şeirlərində Vətən sevgisi önə çəkilir. Xalqın tarixi keçmişinə işıq salan bu şeirlərin mayası yurda, torpağa məhəbbətdən yoğrulub.Vətənin dar, çətin günlərində ona arxa -dayaq olan ulu öndərimiz Heydər Əliyevə həsr etdiyi ”Azərbaycanın baş tacı” şeirində şair yazır;
Bahar yağışı tək nur saçdı Heydər, Sırsıra buzlardan əsər qalmadı. Milləti topladı bayraq altına, Düşmən qılıncında kəsər qalmadı.
Şair tarixi abidələrdən söz açarkənNaxçıvanın sinəsində yenicə ucalan Nuh türbəsi barəsində yazır;
Atabəylər türbəsinin Qardaşıdır Nuh türbəsi. Yurdun aşiq övladları Olub onun pərvanəsi. [”Naxçıvanım”] Tofiq Qəbul hisslərini, duyğularını, könül çırpıntılarını misralara çevirəndə onu poetik deməyə çalışır.İnsan hisslərinin tüğyan etdiyi, ipə-sapa yatmadığı anlarda belə hiss və düşüncələrini oxucuya pıçıldayır.Bu pıçıltılarda səmimiyyət var, oxucuya hörmət var, məhəbbət var;
Bircə hisslərimə hirslənə bilsəm… Bircə dərdlərimə səslənə bilsəm… Bircə öz şeirimdən gizlənə bilsəm… Şeirim haray salı sirr saxlamır ki. [”Şeirim sirr saxlamır ki”]. Əziz dost, şeirindən gizlənmək arzusu inanıram ki, heç vaxt baş tutmayacaq.Çünki hər bir şair M.Araz demişkən ”Anadan, bacıdan gizlətdiyini qələmdən, kağızdan gizlədə bilmir”. Tofiq Qəbulun ”Ey Simruq quşum” adlı maraqlı bir şeiri də var.Bu səpgili şeirlərə bir sıra şairlərin[ Məmməd İsmayıl, Adil Qasımov, Səhlab Məmmədov] şeirlərində rast gəlmişəm.Ancaq Tofiq Qəbul öz ağrı-acılarını özünəməxsus tərzdə Simruq quşuna ünvanlayıb, onu nağıl dünyasının dərinliyindən bu günümüzə səsləyib
Qıyya çək, qoy sussun qara qarğalar, Qıyya çək, düşmənin ödü partlasın. Qıyya çək, qəzəbin şimşəyə dönsün, Ulu əcdadımın goru çatlasın. Gəl ki bütövlükdür varlşüşm, eçqım. Hardasan, hardasan, ey Sımruq quşum?!
Gəl, ey alovlardan mərdanə çıxan, Məni zəfərlərə göndər ər kimi. Odlu qanadını gərib üstümə Apar döyüşlərə müzəffər kimi. Qarabağ eşqiylə yanım, tutuşum. Hardasan, hardasan, ey Simruq quşum?!
Şairin məqsədi, amalı, niyyəti aydındır.Qəlbini parçalayan, sinəsini göynədən Qarabağ ağrılarından silkinib çıxmaq üçün o, əfsanəvi Simruq quşunu köməyə çağırır. Nahaq qanlar, günahsız insanların göyə bülənd olan ahı, fəryadı, insanlığı fəlakətə sürükləyən qanlı, dəhşətli müharibələr, insan faciələri və bir də çox təəssüf ki,bu faciələrə laqeyid baxan dünyamız… Millətlər çarpışır biri-biriylə, Dünyamız ayırmır haqla nahaqqı. Günahsız tökülən qanlar bitməyir, Dünyamız yad kimi bu qana baxır. [”Dünyamız”] Lakin Tofiq Qəbul başqa bir şeirində-”Cənnət dünyadı” şeirində kədərli notlardan uzaqdır.Şeir dünyaya sevgi notları üzərində köklənib; Ürəyin atışı hey həyat deyir, Qah-qah çəkən bulaq toy-büsat deyir, Yer deyir, göy deyir, kainat deyir; -”Qoruyaq dünyanı, cənnət dünyadı !” Şairin səmimi duyğuların tərənnümünə həsr olunan məhəbbət şeirləri kitabın” Lirika dəftərindən” bölməsində toplanıb.Bu şeirlər səmimiliyi, axıcılığı, şair duyğularının bulaq qədər saflığı ilə seçilir.Əzab və iztirablar sevginin nəşəsi və həsrəti, insan ürəyinin həzin pıçıltıları bu şeirlərin sətirlərindən boy göstərir;.
Gedirsən, qürürüm qaya kimidir, Kədərim göyərən mamır olsa da. Gedirsən, yaxşı yol, bu yol, bu da sən. Əlvida ,əzizim, daha əlvida ! [”Bu yol, bu da sən”] Mənim məqsədim Tofiq Qəbulun bütün şeirləri barədə söz açmaq deyil, sadəcə oxucuya bələdçilik etməkdir.Ona görə də şairlə oxucunu tək qoymaq istəyi ilə şairin yeni kitabı ilə bağlı fikrimə, sözlərimə nöqtə qoyuram.Əsl söz oxucunundur. ASİM YADİGAR şair,Naxçıvan M.R.Yazıçılar Birliyinin sədri. Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi. 2010-cu il.
Zaur Ustacın “ƏLİŞ və ANNA” poemasında ƏXLAQİ-MƏNƏVİdəyərlər “Əliş və Anna” poeması Zaur Ustacın yaradıcılıq pasportudur
Zaur Ustac “Günaydın” (“Ağçiçəyim”), “İstəməzdim şair olum hələ mən”, “Gülzar”, “Şehçiçəyim”, “Məhdud həyatın məchul düşüncələri”, “Mum kimi yumşalanda”, “Bayatılar”, “Balçiçəyim”, “Bərzəxdə”, “Gülünün şeirləri”, “Sevin ki, seviləsiz”, “Qəlbimin açıqcası”, “Ustadnamə”, “Nişangah”, “Çəhrayı kitab”, “Otuz ildir əldə qələm” şeir kitablarının müəllifi, “Qızıl qələm” mükafatı laueratıdır.
Zaman keçdikcə nəsillər bir-birini əvəz edir, dünyaya gələn hər yeni nəsil öz keçmişinə, tarixi yaddaşına nəzər salır. Zaur Ustac da keçmişə, tarixi yaddaşa nəzər salaraq “Əliş və Anna” poemasını görkəmli memar Şamaxılı Əliş bəy Sübhan oğlu Kərəmli-Şirvaninin anadan olmasının 700 illiyi münasibətilə qələmə alıb (Bakı: Ustacaz.nəşr, 2018, 67 səh.). Öncə qeyd edək ki, poemada mənəvi-əxlaqi kamilliyə, insani davranışa çağırış və əxlaqi keyfiyyətlərin təbliği ilə bağlı mövqe müəyyənləşdirilib. “Əliş və Anna” poeması öz bədii-emosional və əxlaqi-estetik məziyyətləri ilə seçilir. Həmçinin, əsərin dili təbii, aydın və səlisdir.
Poemanı oxuyan zaman Zaur Ustacı dini və dünyəvi elmlərə dərindən bələd olan bir şair kimi tanıyırıq. Belə ki, poemada Dədə Qorqudun, Şah İsmayıl Xətainin, İmadəddin Nəsiminin, ümumilikdə, əcdadların adının çəkildiyini görürük.
Doqquz fəsildən ibarət olan əsərdə ciddi fəlsəfi mülahizələrə, sirlərlə dolu olan göy haqqında dərin təsvir və müqayisələrə rast gəlirik. Göstərilir ki, Günəşin donu ağ ipəkdən, gündüzdən ibarətdirsə, Ayın donu isə qaranlıq gecədəndir. Tanrı gecəni, gündüzü elə bir hüsnlə yaratmışdır ki, ona bənzər ikinci bir yaradılış olmayıb və olmayacaq da. Gövhəri sapa necə düzürlərsə, Ulu Tanrı göyə ulduzları eləcə düzmüş, gecənin qara saçlarına sığal çəkərək, yoxluq tozunu silmiş, varlığı yaratmışdır.
Günəşin saatı, ayın saatı,
Çox dəqiq döndərir tüm kainatı.
Elə qurulub ki, nizam məhvəri,
Gecəylə gündüzün səhv düşməz yeri.
Zərrədən ən böyük ulduza qədər,
Bir “ol”a
bağlısa, onda nə kədər…
Həmd olsun
Allaha, tanırıq onu,
Hər kəlmə
başında anırıq onu (səh.4).
Şair oxucuların varlığın gizli sirləri ilə tanış olmasını istəyir. İstəyir
ki, hər insan nə üçün yarandığını, niyə yaşadığını başa düşsün, yaşam mahiyyətini
anlasın.
Adil Allahın mərəhəmətindən
bəhs edən şair yazır ki, Allah nadir dürdanəsi hesab etdiyi insana bütün
canlılardan üstün olaraq ağıl verib. Bütün başqa varlıqlardan fərqli olaraq bizə
düşünmək və dünya bilməcələrini qavramaq, anlamaq istedadı verib. Hər bir pay
sahibi də öz qismətindən razı qalır.
Şükür Yaradanın ədalətinə,
O Adil Allahın mərhəmətinə.
Elə bölüşdürüb,
elə paylayıb,
Hamı qismətindən
çox razı qalıb.
Ağlı elə bölüb,
verib Yaradan,
Heç kim öz
ağlından deyil bədgüman (səh.5).
«Nübuvvət» (Peyğəmbərlik)
adlandırılan bölmədə cəhalət qaranlığından dünyaya öz mərifət günəşi ilə işıq
saçan və kainatın son əfəndisi Məhəmməd peyğəmbəri salamlayan şair peyğəmbəri
dünya üzüyünün qaşı sayır. Bildiyimiz kimi, Ulu Tanrı Məhəmməd peyğəmbərə gələn
vəhyi (gizli səs və ya gizli danışığı) «Qurani-Kərim» adı ilə təxminən 23 il
müddətində tamamlamışdır. Şair qeyri-adi zəka qüdrətinə malik peyğəmbəri
haqlı şəkildə haqq sayır, eləcə də ona sonsuz sevgi və minnətdarlığını belə
bildirir.
Salam olsun Sənə,
ey “Haqqın səsi”,
Cəlal sahibinin
seçkin bəndəsi.
Məhəmməd Mustafa
(s.ə.v.), Haqqın nəbisi,
Bütün kainatın
son əfəndisi.
“Qurani-Kərim”i bizə gətirən,
Haqqın kəlamını
bizə yetirən,
Xatəmül-Ənbiya
hökm edibdi Haqq,
Höküm sahibinə məxsus
hökm, haqq (səh.5).
«İmamət»
(imamlıq edən, məzhəb işlərinə rəhbərlik edən) bölməsində isə Həzrəti Əlini
nübüvvətdən (peyğəmbərdən) nur alan işıq kimi mədh edir. Şair belə təsvir edir
ki, Həzrəti Əli (ə.) Peyğəmbər əfəndimizin eşsiz tərbiyəsi altında böyümüş və
onun inanc və davranışlarından dərs almışdır. Məhəmməd Peyğəmbər (s.ə.s.) Adəm
peyğəmbərin elmini, Nuh peyğəmbərin hikmətini və İbrahim peyğəmbərin həlimliyinin
Həzrəti Əlidə (ə.) cəm olduğunu qeyd edərək buyurur: “Kim istəsə ki, Adəmə (s)
– elminə görə, Nuha (s.) – hikmətinə görə, İbrahimə (s.) – hilminə görə nəzər
salsın, o şəxs Əliyyibni Əbu-Talibə baxsın”. Şair elm və hikmət, şücaət və
ülviyyət sahibi olan Həzrəti Əlini (ə.) Məhəmməd Peyğəmbərin sözlərinə əsaslanaraq
(s.ə.s.) elmin qapısı adlandırır. Rəsuli-Əkrəmin elm haqqında dürüst düsturu
belədir: “Mən elmin şəhəriyəm, Əli də o şəhərin qapısıdır. Şəhərə girmək istəyən
o qapıdan girsin”. Şair isə Həzrəti Əlinin (ə.) təlimini bəşəri mahiyyət
daşıyan təlim adlandırıraq yazır:
Nübuvvət odundan
nur alan işıq,
Atadan, babadan
belə duymuşuq.
Rəsulun dizinin
dibindən çıxan,
Çeşmədir, heç
kimə gəlməyib ziyan.
Nümunə olubdur
cümlə cahana,
Əlbəttə, aiddir
arif olana.
Elmin şəhərinin
təkdir qapısı,
Bu işin belədir
təməl, yapısı…
Salam olsun Sənə
ey Əhli-beyt,
Allahım bu yolu
daha rəvan et (səh.6).
«Məad» (qayıdış
yeri), «Namaz», «Oruc», «Zəkat», «Xüms», «Həcc», «Cihad», «Əmr-bə-məruf», «Nəhy-əz-münkər»,
«Təvəlli», «Təbərri», «Münacat», «Üsuli-iltimas» kimi bölmələrdə Zaur Ustac
haqlı olaraq elm və əxlaqa bir-birini bağlayan motivlər kimi baxır. Şair yaxşılıq,
düzlük, pislik, yalançılıq, ikiüzlülük və s. kimi mənfi və müsbət əxlaqi
keyfiyyətlər haqqında da geniş, qiymətli fikirlər söyləmiş və əxlaq tərbiyəsinin
böyük bir sistemini yaratmışdır. Z.Ustac bu təsvirlərlə hər şeyi gözəl görmək
istəyir və bunların da bərqərar olması üçün elmə, biliyə üstünlük verir.
Hamını savadlı, bilikli, xalq üçün gözəllik yaradan görmək istəyir. Buna görə də
müəllif maarifpərvər şair kimi gözəlliyin əmələ gəlməsini elmə, biliyə yiyələnməkdə
və ağılda görür.
Həqiqi elmdən
bir damla dadan,
Heç zaman dönməyib
bu doğru yoldan (səh.7).
Yaxud:
Çevrəndə
dostların dinsə elmdən,
Hər dəm dürr
tökülsə əgər dilindən,
Nə xoş halımıza,
bəxtəvərik biz,
Allahın
dostların dost seçərik biz… (səh.11).
Dini-fəlsəfi
baxışlarını real nəzərlərlə tərənnüm edən Z.Ustac qorxmazlıq, cəsurluq, iradə
sahibi olmaq, səxavətlilik, düzgünlük, “Mərifət kəsb et”mək, “Özünü bilməz
insanlardan uzaq ol”maq, “kamal sahibləri ilə dost olmaq”, dostluq, sədaqətlilik,
etibarlılıq, yoldaşlıq, “zülmə boyun əyməmək” və s. kimi əxlaqi keyfiyyətlərdən
geniş bəhs edir və tərbiyənin məqsədini “ağıllı, müdrik, kamil və əxlaqlı
insan” yetişdirməkdə görür.
Cəlal sahibinə şərik
qoşanlar,
Onun dostlarına
pis yanaşanlar,
Əndazəni pozub,
həddin aşanlar,
Yersiz körüklənib, coşub-daşanlar,
Belə adamlardan
uzaq dolan, gəz,
Hədsizdən kimsəyə
bir xeyir gəlməz… (səh.12).
Tərbiyə carçısı
Zaur Ustac oxucusuna qızıla, vara arxalanmamağı, şahlar kimi dünya malına, cəvahirata
uymamağı məsləhət görür və insana öz əməyi ilə şöhrətlənməyi tövsiyə edir. Tərbiyəçi-şair
şöhrət üçün dostbazlıq edənləri tənqid edir, çörək üçün, aş üçün əldən getmələrini,
dar gündə uzaq qaçdıqlarını, tez dost olub, tez doyduqlarını, varın olarsa dost
olduqlarını, yeyib qurtardıqdan sonra atıb getdiklərini, dostun puluna göz
tikdiklərini, yemək verəndə dostluq edənləri, verməyəndə isə düşmənçilik bəsləyənləri
və s. birbəbir təhlil, şərh edərək üzünü yaradana tutur:
Səndən istəmirəm
nə şöhrət, nə şan,
Səndən istəmirəm
beş günlük ad-san.
Var-dövlət,
saraylar deyil şakərim,
Öz əlim, ayağım
olsun nökərim…
Niyətim bəllidir,
istəyim dəqiq,
Ustac heç istəməz
nə altun, əqiq…
Mustafa oğlunun
istəyi təkdir,
Zaurun arzusu dəqiqdir,
yekdir…
Elmin qapıların
üzümüzə aç,
O güllü
bağçandan bir az ətir saç.
Ruhumuz məst
olsun, olsa da anlıq,
Dili tərk etməsin
bir an şükranlıq… (səh.14).
Z.Ustacın Dədə
Qorquda üz tutaraq ondan mədəd ummasını xüsusi qeyd etmək istərdik. Şairin
yaradıcılığında Dədə Qorqudun əxlaqi dəyərlərə yanaşması, xalqımızın milli xüsusiyyətlərini
öyməsi, vətənin – ananın müqəddəsliyi, ailəyə və dosta sədaqət, namus və ismətin
toxunulmazlığı, qopuza, saza yüksək ehtiram və s. öz əksini tapır. Görürük
ki, şairin yaradıcılığında bəşəri dəyərlər, əxlaqi keyfiyyətlər hər şeydən
öndə gəlir.
Sinəmdə Qopuzum
yoxdu, neyləyim,
Simlərə toxunub
mədət umardım…
Dədəm Qorqud
ruhu, kömək ol mənə,
Qopuzun namına,
sazın xətrinə…
Ərlərə ad verib,
san saylamısan,
Boylara yol
verib, boy boylamısan…
Kamanın xətrinə,
oxun xətrinə,
Əslində var olan
yoxun xətrinə (səh.15).
Şair Zaur Ustac
Xətaini görkəmli şəxsiyyətlərin mütərəqqi ənənələrinin nəticəsi kimi qiymətləndirirsə,
İmadəddin Nəsimini də xalqının dini etiqadlarını yaşadan ulu insan kimi tərənnüm
edir. Sanki Şamaxının hər döngəsində, tinində Nəsiminin ayaq izləri və ruhu
yaşamaqdadır. Şair, həmçinin, Şamaxını şairlər eli, təbiblər yurdu kimi tərənnüm
edir. Poetik dillə deyir ki, Əfzələddin Xaqani, İmadəddin Nəsimi, Seyid
Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Məhəmməd Hadi kimi görkəmli
şair və maarifçilər təkcə Azərbaycanın deyil, bütün Yaxın və uzaq Şərqin mütəfəkkirləri
olmuşlar.
Şairlər şəhəri,
təbiblər eli,
Yurda çıraq
tutan ülama əli…
Nə qədər alimi,
sənətkarı var,
Şamaxı həmişə
olub ziyadar…
Əfzələddin
Xaqanisi bir düha,
İmadəddin Nəsimidən
yox daha,
Seyid Əzim
Şirvanidir tək ancaq,
Kim nə bilir,
bir də Sabir olacaq?
Abbas Səhət, ya
da Hadi bu yerdə,
Könüllərin
fatehidir zirvədə… (səh.16).
Şair bəhs edilən
subyektin (Əlişin) mənəvi təmizlik, əxlaqi saflıq kimi keyfiyyətlərini ön
planda göstərir, digər müsbət cəhətləri də bu prizmadan oxucusuna göstərməyə
çalışır. Poemanın I fəslində oxuyuruq ki, bahar bayramından bir ay keçmişdi ki,
Sübhan kişinin ocağına böyük şadlıq üz verir. Oğul atası olan Sübhan kişinin
sevincinin həddi-hüdudu yoxdur. Körpəni görənlərin hamısı bir ağızdan “Əli (ə.)
köməyi olsun” deyərək öz xeyir-dualarını verir. Atası da uşağa Əliş adını
verir. Şair burada həm də Sübhan kişini mahir tərbiyəçi və səxavətli biri kimi
təqdim edir. Göstərilir ki, Əliş sanki anbaan, saatbasaat, günbəgün böyüyür, “pərvaz”
edir. Əliş məntiqi, hesabı və digər fənləri mükəmməl öyrənsə də, elmini,
biliyini daha da təkmilləşdirmək istəyir. Bu minvalla Təbrizə, İraqa, Dəməşqə,
Bağdada gedir. Çünki Əliş memar olmaq istəyir.
Onu düşündürən
bircə amaldı,
Qurub yaratmaqdı
əzmi, amalı.
Məqsədi bir idi
– memar olmalı.
Qəlbində niyyəti,
dilində Allah,
Amalı yolunda
etdi Bismillah (səh.18).
Poemanın bir
gözəlliyi də ondadır ki, müəllif təsvir etdiyi hadisələrə, söylədiyi fikirlərə
öz daxili hisslərini hopdurmağı bacarır. Göstərir ki, Əliş artıq 44 yaşına çatıb.
İstedadının şöhrəti Moskva Knyazına qədər gedib çatmışdır. Knyaz ilk olaraq
daşdan imarət qurdurmaq üçün elçilərini Şirvanşah Şeyx İbrahimin üstünə
göndərib ondan izin istəyir. Şirvanşah Şeyx İbrahimin tərəddüd içində
qaldığını görən Kərəmli Şeyx İbrahim Əliş təklifi dəyərləndirməyi xahiş edir və
sonda Əlişin getməsinə razılıq verilir. İmarətin (“Kərəmli Qalası”nın və ya
Kremlin) tikilərək başa çatması müqaviləsini dörd ilə imzalasalar da, üç il üzərində
tamamlanmasına çalışan Əlişin qalacağı mənzil Annanın evi olacaqdı. Əlişin
zil qara saçları, şəvə bığ-saqqalı, boy-buxunu, xoşhal, gülərüz sifəti Annanı
sanki məst edir.
Zil qara
saçları, şəvə bığ-saqqal,
Boy-buxun yerində, sifəti xoşhal.
Zirəklik, çeviklik işdə məharət,
Annanı büsbütün
eyləmişdi məst…
Aşkarda, gizlində
olmuşdu kölgə,
Zirəklik,
çeviklik işdə məharət (səh.25).
Artıq memar Əliş
imarəti tamamlamışdır. Ancaq Knyazın içinə şübhələr toxumu səpilmişdir. Ona
görə ki, Əliş belə bir bənzəri olmayan imarətdən bir başqasını da tikə bilər.
Son qərara gəlir ki, Əlişin başı bədənindən ayrılmalıdır.
Şübhə toxumları
düşdü qəlbinə,
Qorxdu tay tikilə
onun “Kreml”inə…
Düşünüb, daşınıb
verdi qərarı,
Dedi: – “Sabah
yola salaq memarı”.
Tapşırdı bir gözəl
məclis qurulsun,
Sonunda memarın
boynu vurulsun… (səh.26).
Z.Ustac Memar
Əlişin faciə dolu ölümünü və Annanın dəlilik dərəcəsinə çatdığını və sonda ölümünü
çox mahir qələm fırçasıyla gözəl təsvir edir. Faciə dolu mənzərini belə mənalandırır:
Anna saçın yolub
verdi yellərə,
Getdi ibadətə
qürbət ellərə…
Məzarı başına gələrək
hərdən,
Hədiyyə gətirdi
güldən, çiçəkdən…
Uzun zaman oldu
çəkdilər həsrət,
Bir-birin
duymayıb etdilər söhbət…
Vüsal da var
imiş demə qismətdə,
Bir gün
anlaşdılar qəfil söhbətdə…
Hər dəfə Annaya
yazıq deyənlər,
Cansız bədənini
yolda gördülər… (səh.29).
Zaur Ustacın
yaradıcılıq uğurlarından biri də Əliş və Annanı ölümsüzləşdirməsidir. Yəni
başqa bir aləmin varlığına çevirməsidir.
Əlişin başına gələn faciələr və Annanın uzun müddət çəkən iztirabları,
nəhayət, sona çatır, onların ruhları azad-sərbəst olduqdan sonra qovuşurlar. Bu
axirət səadətini – həyatın davam etməsini şair özünəməxsus bir poetik dillə
oxucusuna çatdırır. Qəmli hekayəni nikbin və ya optimist sonluqla bitirir. Qəhrəmanlar
sadəcə sözün əsl mənasında dünyalarını dəyişirlər, həyat isə davam edir:
İndi həmin yerdə
hər il qumrular,
İyunda, iyulda nəğmə
oxurlar… (səh.29).
Kövrək bir əhvalat
haqqında Zaur Ustacın hekayəsi oxucuya dərin təsir bağışlayır. Bu real hadisədə
həyat qanununa çevrilən məhəbbətin, eşqin aydın təcəssümü verilmişdir. Yaxşı əməl,
xeyirxahlıq, mənəvi saflıq, hikmət dolu sözlər və s. yüksək sosial-əxlaqi məzmunlu
məsələlərin də poemaya daxil edilməsi məqsədəmüvafiqdir.
Z.Ustac “Əliş və
Anna” adlı tarixi poemasında qeyd etdiyimiz kimi, ümumiləşdirmələri ruh yüksəkliyilə
aparmışdır. Çünki keçmişə baxaraq tariximizi öyrənmək hər bir vətəndaşın borcudur.
Sürücü irəliyə hərəkət etmək üçün avtomobilin yan güzgüsüdən arxaya baxmalı
olduğu kimi, millət də inkişaf etmək, bəşər mədəniyyətinə töhfələr vermək,
imzasını imzalar içində görmək üçün öz keçmişini, soykökünü öyrənmək, tarixini
bilmək məcburiyyətindədir. Bunsuz təşəkkül, inkişaf və tərəqqi yoxdur. Zaur
Ustac da bu tarixi əsəri yazmaqla öz keçmişinə, soykökünə sadiqliyini bir
daha sübut etmişdir.
Ümumiyyətlə,
Zaur Ustacın elm, ürfan, təlim, əql, idrak, zəka, kamillik, gözəlliyi qiymətləndirməyi
bacarmaq kimi fikirləri də vardır ki, bunların ciddi elmi-tədqiqata ehtiyacı
var.
Kamal CAMALOV,
Pedaqogika üzrə fəlsəfə doktoru,
dosent, Azərbaycan Respublikasının Əməkdar müəllimi,
В дни, предшествующие
юбилею корифея азербайджанской поэзии Имадеддина Насими, невольно задумываешься:чем же дорог и близок
нам сегодня, спустя столетия, поет, почему мы с гордостыю и любовыю произносим
его имя в ряду самых достойных и славных?
Он был широко образован, многосторонне
развит, владел арабиским и фарсидским языками,знал философию, логику, матаматику.
С юных лет вращаясь в кругу городских
ремесленнков, он мыслил демократически,органически был близок трудовым народом,и поэтому несчастья и беды
простых людей подвергавшихся ужасам междоусобных войн, иноземных нашествий,были
и личным горем поэта, вызывали в нем чувства боли и гнева. Весь свой
поэтический дар, всю любовь страдающего сердца, убежденность правдолюбца отдал
Насими борьбе с насилием. Исключительный стоицизм Насими в смертельной схватке
с поработителями, его страстное, гуманистическое наследие послужили высоким примером для многих поколений соотечественников
в их борьбе за справедливость и свободу.
Насими оставил обширное наследие. Его
философская лирика, отличающаяся многообразием тематики, глубокими
прогрессивными мыслями, устремленная в будущее, составляет одну из самых
величавых вершин азербайджанской литературной классики. Главной исторической
заслугой Насими перед родной литературой является введение азербайджанского
языка в круг письменных литературных языков. Его великолепный «Диван»,
прозвучавший на родном языке в пору,
когда поэзия Востока говорила по-арабски и фарсидски, блистательно доказал, что прекрасную письменную поэзию
можно создавать и на азербайджанском языке.
Следует, однако, признать, и это особенно
очевидно в преддверии юбилея, что наследие
Насими изучено еще недостаточно, что оно еще ждет новых исследований.
Это особенно ощущаетя сейчас, накануне юбилея,
Философская поэзия Насими, созданная в
далекие времена и не вполне свободная от религиозно-мистических воззрений, иной раз бывает непонятной
современному читателю. Ведь поэт в своем творчество был вынужден прибегать к
маскировке, обращаться к намекам, чтобы избежать обвинений в ереси.
В дни праздника Насими его стихи в переводах
многих известных русских поэтов найдут дорогу к многонациональному советскому
читателю. Великий поэт, отдаленный от нас веками, станет еще ближе!
Шесть веков, отделяющих нас
от времени, в котором жил и творил Имадеддин Насими, оказались не властными над
поэзией этого титана. Имя великого азербайджанского поэта, чье творчество вошло
в сокровищницу мировой литературы, и сегодня горит на ее небосклоне звездой
первой величины, озаряя нас своим ярким светом.
Как всякий подлинно великий сын своего народа, Насими в равной мере
принадлежит всем народам.Творчество корифея поэзии Востока оказало большое
влияние на развитие литератур всех народов СССР, в особенности Средней Азии. Широко
популярна поэзия великого азербайджанца в Турции и Иране, ее знают в Индии и
Пакистане, и этот список славы поэта можно продолжить. Вот почему 600-летие со
дня рождения Насими, которое наряду с нашей страной по решению ЮНЕСКО будет отмечаться и за рубежом, явится крупным
событием мировой культурной жизни.
Подготовка к юбилею Насими активизировала исследования ученых, изучаюших
творческое наследие поэта, его эпоху. Многое в этом направлении сделали
азербайджанские литературоведы и востоковеды. Творчество Насими исследуется в
Туркмении, Грузии, Армении. Определенная работа в этом направлении проводится и в нашем институте.
Все это поможет нам лучше узнать, глубже познать творения и личность Насими – поэта
своего времени и всех времен.
nergiz.ismayilova@hotmail.com HÜSEYN CAVİDİN “İBLİS” VƏ JOZE SARAMAQONUN “İSANIN İNCİLİ” ƏSƏRLƏRİNDƏ “İBLİS” SURƏTLƏRİ
Məqalədə dahi Azərbaycan dramaturqu Hüseyn Cavidin “İblis” və Nobel mükafatına layiq görülən Portuqaliyalı yazıçı Joze Saramaqonun “İsanın incili” əsərlərindəki iblis surətlərindən söhbət açılır, həmçinin onların bənzər və fərqli xüsusiyyətləri haqqında mülahizələr irəli sürülür. Açar sözlər: İblis surəti , Hüseyn Cavid, Joze Saramaqo, xeyir və şər konsepsiyası Nobel mükafatı laureatı Joze Saramaqo 16 Noyabr 1922-ci ildə Lissabon yaxınlığındakı Azinaqa qəsəbəsində kasıb kəndli ailəsində dünyaya gəlmişdir. İlk təhsilini Lissabonda alan sənətkar sonra texniki rəssamlıqdan redaktorluğa və tərcüməçiliyə qədər bir çox işdə işləmiş, “Diario” qəzetində mədəniyyət redaktoru olmuşdur (5; 6). O, siyasi şərhlər yazmış, bu şərhlər bəzən alqışlanmış, bəzən isə tənqidi reaksiyalara səbəb olmuşdur. Portuqaliya Yazıçılar Birliyinin idarə heyətində çalışan sənətkar 1976-cı ildən sonra özünü tamamilə kitablarına həsr etmişdir. Onun ilk əsəri olan “Günah diyarı” (Terra do Pecado ) 1947-ci ildə nəşr olunmuşdur. Portuqaliya oxucusu Per Lagerkvist, Kollet, Mopassan, Andre Bonnard, Tolstoy, Şarl Bodler, Hegel, Raymond Bayer və bir çox görkəmli söz ustalarının əsərlərilə məhz onun tərcümə fəaliyyəti nəticəsində tanış olmuşdur (4, s. 6). Müxtəlif illərdə onun “Mümkün şeirlər” (1966), “Bəlkə də, bu sevincdir” (1970), “Bu və o dünyadan” (1971) şeir topluları nəşr edilir. Bir müddətdən sonra onun “Gecə”, “Torpaqdan ucalanlar”, “Baltazar və Blimunda”, ” Lissabon mühasirəsinin tarixi”, “İsanın incili”, “İn Nomine Dei”, “Təxirə salınmış ölüm” və s. kimi əsərləri işıq üzü görür. Saramaqo heç gözləmədiyi bir vaxtda 1998-ci ildə Nobel mükafatına layiq görülür. Onun “İsanın incili” romanı son vaxtların ən qalmaqallı əsərlərindəndir. Əsərdə yer alan ironik fikirlər çoxlarının mənfi reaksiyasına səbəb olmuşdur. O, yazılarında, durğu işarəsi olaraq sadəcə nöqtə və vergüldən istifadə etmişdir. Sənətkarın dili olduqca sadədir, bu da oxucunu ona bağlayan əsas səbəblərdən biridir. Saramaqo 87 yaşında vəfat etmişdir. Onun “İsanın incili” romanı mənəvi baxımdan dərin düşüncələri əks etdirən nadir sənət nümunəsidir. Romanda uzun əsrlər boyu davam edən dini müzakirələr, gizli tarixə fərqli baxış ədəbi boyalarla bir rəssam ustalığı ilə təsvir edilmişdir. Kimiləri əsəri alqışlamış, kimiləri isə ona kölgə salacaq fikirlərlə çıxış etmişdir. Saramaqo insanların fərqli fikirləri atəşinə hədəf olmuş, öz ölkəsində belə çətinliklərlə qarşılaşmışdır. Amma bu çətinliklərə baxmayaraq sənətkar illər sonra olsa belə layiq olduğu dəyəri və etibarı qazanmışdır. “İsanın incili” əsəri bədii xüsusiyyətləri və orjinal üslubu ilə diqqət çəkməyi bacarmışdır. Hətta bu roman illər sonra belə bəzi sirləri ortaya çıxardacaq gücdə olan bir əsərdir. Saramaqo bu əsərdə xristian dinini özünə xas ədəbi üslubla təsvir etmişdir. Bilindiyi kimi, İsa və onun nəsli barəsində həm din adamları, həm tarixiçilər, həm də ədəbiyyatçılar müxtəlif fikirlərlə çıxış etmişlər. Bəziləri İsanın insani tərəflərini müdafiə etmiş (J.Saramaqo, Den Broun), kimiləri isə onu tanrılaşdırmağa səy göstərmişlər (Kilsələr). İsanın obrazının yaradıldığı əsərlərdə İsa, Məryəm, Kilsə, İsanın həvariləri ilə birlikdə Allah və şeytan (İblis) kimi surətlərə də yer verilmişdir. Tədqiqatımıza kömək edən əsərlərə diqqət etdikdə görürük ki, onlar həm bədii, həm dini, həm də tarixi baxımdan reallıqlarla zəngindir. Bu həqiqətlər oxucuya cazibədar gəlir və həmin dövrü anlamaq baxımından onlarda maraq oyadır. Tarixin bütün dövrlərində dini-fantastik, fanatik düşüncə tərzini əks etdirən romanlar və tədqiqatlar olmuşdur. Bilindiyi kimi, bəzi cahil insanlar tərəfindən qəbul olunan fanatiklik və elmi rədd səyləri çox pis nəticələr doğurmuşdur. “İsanın İncilin”də Saramaqo bu düşüncələrlə birlikdə onlara aydınlıq gətirmək üçün yollar axtarmışdır. Bu əsərdə İsa tanrılıqdan uzaqlaşdırılıb bütün gerçəkliyi ilə təsvir edilmişdir. Əsərdə Allah və İsa arasında gedən dialoqlarda Tanrı anlayışına fərqli şəkildə yanaşılmışdır. J.Saramaqonun bu əsərində İblis daha müdrik və yaxşı təsvir edilmişdir. İblisin mənfi tərəflərinə işıq tutan bəzi hissələr xaric, bu surət oxucuda nifrət hissi yaratmır. Digər İblis obrazı yaradan müəlliflərdən fərqli olaraq məşhur Azərbaycan dramaturqu Hüseyn Cavidin yaratdığı İblis surəti də J. Saramaqo İblisinə bənzəyir. Hər iki İblis surəti sonda qismən də olsa yumşaldılır. Bunu etməkdə sənətkarların məqsədi insanların diqqətini öz nəfslərinin köləsi olmaq məsələsinə yönəltməkdir. H.Cavid klassik Azərbaycan ədəbiyyatının ənənələrini davam etdirən və bu ənənələrə öz orijinal qələmi ilə naxış vuran böyük ədəbi simadır. XX əsr Azərbaycan romantizmi onun adı ilə bağlıdır. Cavid Azərbaycan dramının mövzu sərhədlərini genişləndirmiş, tragik xarakterin, romantik qəhrəmanın və dramın yeni tiplərini yaratmışdı. 1912-1918-ci illərdə iki böyük faciə yaradan sənətkar insanlığı faciəyə, uçuruma sürükləyən mühitin rəsmini söz vasitəsilə təsvir etmişdir. Cavid kimi yaratdığı qəhrəmanlar da həqiqət axtarışındadırlar. H.Cavidin 1918-ci ildə qələmə aldığı “İblis” faciəsi ən gözəl və diqqət çəkən əsərlərindəndir. Bu əsər bir çox tədqiqatçı tərəfindən araşdırılmışdır. Az sözlə fikrin təməlini oxucuya çatdırmağı bacaran H.Cavid bəşəri sevgini, bəşəri yaxşılığı ustalıqla izah etmişdir. Əsərin qəhrəmanları özünə xas düşüncələri ilə oxucuda dərin təsir buraxır. Bu əsərdə Cavid müharibənin əsl səbəbləri ilə birlikdə, insanların nəfslərinin köləsi olmaları nəticəsində başlarına gələcək fəlakətləri də qələmə almışdır. Cavidin “İblis” faciəsi bəşəri, qlobal bir problemə diqqət çəkmək məqsədi ilə yazılsa da, o bu əsərdə fərqli düşüncələrə də yer vermişdir. Biz eyni fikirlərə J.Saramaqonun “İsanın incili” əsərində də rast gəlirik. H.Cavidin orijinallığı odur ki, onun, hələ 1918-ci ildə yazdığı, təsvir etdiyi gerçəkləri J.Saramaqo və digər sənətkarlar sonralar qələmə almışlar. Bu, Cavidin böyüklüyünün sübutudur, 1918-ci ildə Cavid qələmi ilə təsvir olunan mövzu illər keçməsinə baxmayaraq öz dəyərini və müasirliyini qoruya bilmişdir. Həmişə ədəbiyyatsevərlərin diqqətini cəlb edən H.Cavidin əsərləri öz mistik təbiəti, dinə müasir yanaşması və bununla birlikdə keçmişə hörməti baxımından özünəməxsusluğu ilə seçilmişdir. Onun yaratdığı “İblis” əsəri bunun ən bariz nümunəsidir. H.Cavidin “İblis” əsərində iblisin insanlara görünmək üçün müxtəlif yolları mövcuddur: Xilqətdəki hər məsələ, hər nöqteyi-mövhum,Hər fəlsəfə, hər məzhəbü məslək mənə məlum, Bəzən olaram bir çoban, azadə bir insan,Bəzən olaram zülmü fəsad aşiqi sultan (2, s. 82). Bu parçada izah edildiyi kimi, İblis insanlara çatmaq üçün müxtəlif yollar axtarır, bəzən çoban, bəzən sadə insan, bəzən isə fəsadlıqlar aşiqi olan bir sultan qiyafəsinə bürünür.J.Saramaqonun “İsanın incili” əsərində də iblis H.Cavidin “İblis” əsərində İblisin özünü mədh edərkən söylədiyi kimi “çoban” qiyafəsində təsvir edilmişdir. Çobanlıq İblisin insanlara yaxınlaşmaq üçün büründüyü kimliklərdən biri olaraq göstərilmişdir.-“Öz əllərimlə xəmir yoğurdum, ancaq yerin dərinliyində yanan ocaqda bişirdim çörəyi və onu sənə gətirdim”.-Məryəm o dəqiqə anladı ki, həmin çoban kimdir (4, s. 5). J.Saramaqonun “İsanın incili” əsərində İsanın anası Məryəm əvvəl İblisi mələk sanmışdı. Lakin törətdiyi əməllərdən çıxardığı nəticələrə diqqət etdikdən sonra Məryəm onun İblis olduğunu anladı. İblis ilk əvvəl dilənçi qılığında İsanın anasının (İsanın) ziyarətinə gəlmişdi. İsanın doğumu gerçəkləşdikdən sonra isə İblis təkrar mağaraya onları ziyarətə gəlmişdi (4, s. 34-35). Bu dəfə də iblis Çoban qiyafəsində görünmüşdü İsanın anasına. İsa böyüyüb evi tərk etdiyi zaman o yenə həmin çobana rast gəlmiş (İsa bu vaxt Çoban barəsində heç nə bilmirdi) və onun yanında işə başlamışdı. Bir gün Tanrıya dua etmədiyi üçün İsa Çobandan uzaqlaşmağa qərar verir, bu zaman onlar arasında belə bir söhbət gerçəkləşir: İsa : Mən gedirəm, Tanrıya təşəkkür və dua etməyən biriylə daha yaşaya bilmərəm. Çoban: Mən yəhudi deyiləm, başqa dinin ayinlərini icra edə bilmərəm. İsa: Tanrı təkdir! (4, s. 244-245 )Çoban: Ah bəli, əgər tanrı varsa, bəlkə də təkdir. Amma iki dənə olsa, daha yaxşı olardı. Biri canavar, digəri quzu üçün, biri öldürən, digəri ölənlər üçün, biri məhkum üçün, digəri cəllad üçün.J.Saramaqonun “İsanın incili” əsərindən alınmış bu dialoqda iki fərqli düşüncə mövcuddur. H.Caviddə də İblisin Elxanın düşüncələrinə qarşılıq olaraq verdiyi cavabda bu cür bənzərliklər mövcuddur.Elxanİstəməz artıq həyəcan,Yerdə qoymaz qanı ədalətli Yaradan.İblis( lağlağı bir qəhqəhəylə )Bəli, əzsən də, əzilsən də, bəli,Yenə adildir o müdhiş qüvvət! (2, s. 88-89)”Mifologiyaya uyğun olaraq allahın ədalət pərdəsi altında etdiklərində ədalətsizlik, zülm, zülmət görən iblis yer üzünü səyyah kimi qarış-qarış dolaşır, qadir qüvvənin qoyduğu qayda-qanunu uyğunsuz, biçimsiz görür” (3, s. 116).Hər iki əsərdə sənətkar İblis obrazından istifadə edərək insanlığın cavablaya bilmədiyi bəzi sualları və problemləri ortaya atır. Bu problemləri xeyirin (tanrı, mələk) və şərin (İblis) dili ilə müzakirə edir. Xeyir və Şər anlayışı ədəbiyyatda və dində ən çox müraciət olunan mövzular arasındadır. Zərdüştün “Avesta”, Nitşenin “Zərdüşt belə buyurdu” və. s kimi əsərlərdə də şər ruhlar, insanı pislik etməyə yönləndirən ünsürlərdən müxtəlif adlarla bəhs olunmuşdur. Hüseyn Cavid özünün “İblis” əsərində Zərdüştün adını çəkməklə onun xeyir və şər konsepsiyasına diqqət çəkmək istəyir. İblis Ariflə söhbətlərinin birində deyir:Zərdüştü düşün, fəlsəfəsi, fikri, dəhasıHəp atəşə tapdırmaq idi zümreyi-nası. Yalnız bunu dərk etdi o əllameyi-məşhur, Yalnız o böyük baş şu kəşflə məğrur… (2, s. 13). Saramaqonun da yaratdığı obrazlar H.Caviddə olduğu kimi dərin psixoloji vəziyyətlər yaşayarkən, məntiqli olmağa çalışmaqla birlikdə nəfsləriylə mübarizə aparırlar. Saramaqodan fərqli olaraq Cavid Tanrını deyil, nəfslərinin köləsi olmuş insanları ittiham edir.İblis(bir guşədə ağsaqqal abid qiyafətində görünür, yarımqəhqəhə ilə)İnsandakı nəfsi-şumə daimİblis olur, ancaq olsa hakim ( 2, s. 58). Hər iki əsər fantastik surətlərlə zəngin olsa da, H.Cavid “İblis” əsərində bəşəri problemləri daha real təsvir etmişdir. Saramaqonun əsərində diqqətimizi çəkən hekayələrdə insanlar fanatikcəsinə inanclarının köləsi halına düşürsə, Cavidin “İblis”ində insanlar bu köləliyə son vermənin bir yolunu tapır. Saramaqo “İsanın İncili” əsərində müxtəlif fanatiklikləri ironik bir dillə tənqid etsə də, onlara aydınlıq gətirə bilmir. Dövrləri müqayisə etsək görərik ki, Cavidin təhlilləri daha orijinal, çıxardığı nəticələr isə daha qətidir. Saramaqo İsanın kilsə tərəfindən müqəddəsləşdirilməsinə sözün gücüylə gülmüşdür. Əsərdə qeyd edildiyi kimi, İsa insan olaraq doğulsa da, heç kim İsanı insan olaraq qəbul etmək istəmir və onun insan olaraq yaşayışı ilə maraqlanmır. Maqdalalı Məryəm (Mariya Maqdalina) İsanın dünyəvi hisslərinin olmasının, İsanın Tanrının oğlu olmadığının bir sübutu olaraq çox güclü bir dəlildir. Bu sübut haqqında Den Broun özünün “Da Vinçi Şifrəsi” əsərində də danışmış və buna öz münasibətini bildirmişdir: “Konstantin Məsihi rəsmi olaraq Tanrının oğlu olaraq qəbul etməklə onu insan dünyası xaricində var olan bir ilahi gücə, ilahi bir varlığa çevirdi” (1, s. 150). “İsanın incili” əsərində daxili inanclar və sarsılmaz kilsə gerçəklərinə ciddi zərbə vurulur. Cavid də eyni üsuldan istifadə etmiş, qəbul olunmuş bəzi fikirlərin iç üzünü açmaqdan çəkinməmiş, sözlər ilə təhlükəli oyun oynamışdır. Saramaqo hadisələri və həqiqətləri müdhiş ironik bir şəkildə şərh edir, hər paraqrafda qarşılaşdığımız ironik şərhlər ilə insanı gülümsədir. O “İsanın İncili” əsəri ilə dörd rəsmi versiyası olan bir din kitabının (İncil – Matta, Mark, Luka, Yəhya) qeyri-rəsmi və qəbul edilməyən bir şərhini ortaya qoymuş sənətkar olmaqla bərabər, bu şərhlərini real həyatla çox gözəl sintez şəklində izah və isbat edə bilmişdir. Saramaqo fanatik düşüncələrə məntiq qatan bir sənətkardır. Onun bu romanında da İsanın doğumuna, çoban qılığına girən şeytan ilə qarşılaşdığı hissəyə qədər, həyəcanlı hadisələr baş vermir. Anasının ona hamilə ikən yaşadığı hadisələrdə yaşlılar şurası məntiq axtarmaqdadır. Cavidin “İblis” əsərində də eyni vəziyyət yaşanmaqdadır. İblisin ortaya çıxması ilə hadisələr canlılıq qazanır. Həyəcan, təəssüf, məğlubiyyət və zəfərlər bir-birini əvəz edir. Cavidin bu əsərində xeyir və şər daima yarış içindədirlər, bəzən xeyir qiyafəsinə bürünmüş şər yanılma və məğlubiyyətlərə səbəb olur. Saramaqonun yaratdığı İblis surətinin ağıllı söz oyunlarını, daha əvvəllər yaradan dahi dramaturq H.Cavidin “İblis” faciəsi bu tərzdə əsərlər yaradan sənətkarların əsərlərindən heç də geridə qalmır. H.Cavidin “İblis” əsərində bəzi yerlərdə, məsələn; İblisin Arif və Arifin sevdiyi qadın Rənanı qurtarmaq bəhanəsiylə onları daha pis bir sona hazırlamaq məqsədi ilə oynadığı oyuna, yaxşılıq bəzəyi verdiyi səhnədə Şeytanın az qala yaxşılıq mələyinə çevrildiyini görürük:Arif( İblisin ayaqlarına bağlanar və son dərəcə həyəcanlı )Bir Xıdırmı, ya mələkmisin?Yalnız bunu bilmək istəyirəm mən (2, s. 64).Eyni vəziyyətlər və eyni yanılmalar Gete, Bulqakov, Lermantov və Saramaqo kimi məşhurların əsərlərində də görülməkdədir. Bu sənətkarların hamısında qəhrəmanlar əvvəl şər ruhları pisləsələr də, bir müddət sonra nəfslərinin toruna düşərək xeyirlə, şəri ayırd edə bilmirlər. Bu səhnələrdə əsər qəhrəmanlarının psixoloji məğlubiyyəti müşahidə edilir. Yuxarıdakı misralardan göründüyü kimi, Cavid qəhrəmanı Arifin də bəzən ağlını qarışdıran İblis, öz məqsədi üçün hər şeyi edir. Faust dünyəvi nemətlərə yenidən alışmağa başlarkən Mefistofel sevinir, Lermontovun Demonu zəfərini qeyd edir, Bulqakovun Volandı Margaritanı onun qanlı mərasiminə ev sahibliyi etməyə məcbur edir, Saramaqonun İblisi öz rolunu çox gözəl oynayır, Cavid İblisi isə həqiqəti anlayıb onu lənətləyən insana: İblis nədir?-Cümlə xəyanətlərə bais …Ya hər kəsə xain olan insan nədir?- İblis! …söyləyərək qəhqəhələrlə yer altına çəkilir (2, s, 104).Nəticə olaraq qeyd edə bilərik ki, müxtəlif dünya sənətkarlarından və onların yaradıcılığından heç də geri qalmayan H.Cavidin yaradıcılığı, sənətkarlığı təqdirəlayiqdir. O həm dünyanın, həm də Vətəninin ən ağır günlərində sözün gücü ilə şərlə mübarizə aparmış və bu mübarizədən qalib çıxmışdır. Onun əsərləri dünya miqyasında tanınmağa layiqdir.
ƏDƏBİYYAT
1. Dan Brown. Da Vinçi Şifresi. İstanbul: Altın Kitaplar Yayın evi, 2003, 295 s.
2. Hüseyn Cavid. Əsərləri. Beş cilddə, III cild. Bakı: Lider, 2005, 304 s.
3. İsmayılov Ə. Dünya romantizm ənənələri və Hüseyn Cavid. Bakı: Yazıçı, 1983, 220 s.
4. Joze Saramaqo. Seçilmiş əsərləri. Bakı: Şərq-Qərb, 2010, 800 s.
Статья посвящена к исследованию драма «Иблис»-Демон видного Азербайджанского драматурга Гусейна Джавида и «Библия (Инджил) Иса» лауреата Нобелской премии Жозе Сарамагона писатель Португалии. Автор статьи, исследуя образы Демона в этих произведениях, сопоставляет их различие и отличительные, сходные черты на Восточном и Западном ареале.Эти произведения, являясь плодами разных времен, отличаются своим мастерством, и привлекает вниманию читателей. Ключевые слова: образ Демона, Г. Джавида, Жозе Сарамагона, добра и зла. (Məqalə filologiya elmləri doktoru F.Y.Xəlilov tərəfindən təqdim edilir).
Nargiz IsmayilovaDEVIL IMAGES IN HUSEYN JAVID`S “IBLIS” (“DEVIL”) WORK AND JOSE SARMAQON`S “ISANIN INJILI” (“JESUS`S BIBLE”) WORK In the article the author speaks about the devil images in geniuses Azerbaijan craftsman Huseyn Javid`s “Iblis” (“Devil”) work and Portugal writer Jose Sarmaqon`s “Isanin injili” (“Jesus`s Bible”) work who deserved to the Nobel Prize. The same time the author investigates the similar and dissimilar features of Devil images in both work. Though both these works belong to different period but both of them involve the attention for their handicraft features. In the investigation the author touches the goodness and evil conception which have a long history.
В истории мировой культуры есть вехи, по которым ориентируются все последующие поколения.Именно такой вехой на пути движения всемирной литературы вперед,к прогрессу был и остается Имадеддин Насими-поэт-гуманист, величие которого сегодня осознаешь в полной мере.
Такова уж диалектика, что жемчужины народной
мудрости, извлекаемые из гущи жизни, становятся предметом искусства, а
искусство, в свою очередь, возвращается в жизнь, воздействуя на нее. В
творчестве Насими в неразрывном единстве сплелись высота поетичности и глубина
народной мудрости. Он был и поетом и мудрецом. Черпая из окружающего его мира
все лучщее, он сторицею отдавал ему свои творения.
Мировая культура создавалась не на голом
месте.Чем глубже ее корни, тем пышнее сегодння крона этого могучего древа,
которое питает и поезия Насими. И не случайно народы, как в нашей стране, так и
далеко за ее рубежами, воздают дань уважения великому азербайджанскому поету.
Вот почему Насими – поет далекого прошлого – становится нашим современиком.
Tanınmış tənqidçi Əsəd cahangir birinci dərəcəli yazarların sırasında rayonda yaşayıb-yaradan gənc şair Allahşükür Ağanın da adını çəkib, onu dahi filosoflarla müqayisə edib. Gənc filosof-şair haqqında maraqlı fikirlər söyləyib. Görkəmli söz adamı, ictimai-siyasi xadim, sevimli yazarımız Aqi Abbasın “Çadırda Üzeyir Hacıbəyov doğula bilməz” romanından geniş söhbət açıb. Daha kimlərdən danışıb, nələr deyib? Bütün bunlardan xəbərdar olmaq istəyənlər üçün:
Bəli,
məhz belə adlandırmaq olar İldırım Əkbəroğlunun “Ta, qanlı
savaşlar milləti yordu,“misrası ilə Zaur Ustaca xitabən başlayıb, “Qeyrət təcəssümü
kişi ağrıyar…”misrası ilə
özünə təskinliklə bitirdiyi bu yığcam şeirlər toplusunu… Əslində “yığcam” ifadəsini
bu kitaba sadəcə həcm baxımından şamil etmək doğru olardı. Çünki, İldırım Əkbəroğlunun
qaldırdığı məsələlər o qədər vacib və əhəmiyyətlidir ki, hətta belə
bir formatda da, bədii zənginlik və ictimai
dəyər özünü qabarıq göstərir.
Kim bilir çəkdiyim
dərdi, ağrını,
Vura bilərdimi
bayquş qırğını?
Tək adın bəs
idi, yara bağrını,
Düşmən tor
qurubmuş, biz olmuşuq xam
Torpağı
tapdaqda qalmısan , Ağdam…
İldırım Əkbəroğlunun Ağdama xitabən deyilmiş təkcə bu bəndi ümumilikdə bütün Vətən torpaqlarının acı həyat hekayəsini gözlər önünə sərir. İlk sözdən son nöqtələrə qədər BİTMƏYƏN bir HƏSRƏT-i
tərənnüm edir İldırım Əkbəroğlu. Şairin
yaradıcılığı ilə şəxsiyyəti Ağdam, Qarabağ,
Vətən, Ordu obrazlarında ümumiləşir, bütünləşir, vəhdət təşkil edir. O, özündən yazırsa, Vətəni, Vətəndən yazdıqda isə özünü təqdim edir… Onu sözündən ayrı təsəvvür etmək mümmkün
deyil.
Bu gün -24.09.2019- cu il tarıxdə Azərbaycan Yazıçılar Birliyinin “Natavan” klubunda “YURD” ədəbi bədii elmi-publisistik jurnalının növbəti buraxılışının 3 cü nömrəsinin və “NƏSİMİ-650” illik yubileyinə həsr etdiyi poemanın təqdimatı keçirildi. Təqdimatı “YURD” ədəbi bədii jurnalının baş redaktoru şair, AYB ın üzvü, prezident təqaüdçüsü Balayar Sadiq aparırdı.