AYIBDI, VALLAH AYIB…

MÜXTƏLİF MƏNBƏLƏRDƏN SİTAT VƏ MÜRACİƏTLƏR:

Aygün Sadiq

12 İyun, 22:35

“Məni danışdırmayın orda. Taladığınız 800 min haram olsun. İndi də ev dilənçiliyi sezonu? Qaraçılar.
Bu piyanlar Məndən çəkinirlər, üzv etməyə ürək eləmir o mafiyozlar. Qətiyyətlə inkar edirəm. Evsizliyə qalsa, üç ildir kirayədəyəm, kişi kimi halal ömür sürürəm, halbuki gözəlliyimi kullanıb bir günə əldə edərəm. Amma etmirəm. Bir gün evim də olacaq. Mafiyozları isə ətrafıma almıram. Hamısının qarşısında danışmağa dilim uzundur. Bunlar ancaq öz piyanlarını qonorarlı dərgilərə daxil edir. Mənim kimi ‘sərf eləməyən” və araq içməyən adamlara baxmırlar (aman çox lazım idi). ƏZİZİM AYB, MƏN MƏTBUAT VƏ OXUCU SARIDAN ÇOXXX ŞANSLI YAZIÇIYAM, RAHAT OL SƏN. Ömür boyu deyinmədim, dərc edilmək kasadlığı yaşamadım, yazı bitmədən mətbuat məndən istəyir, rahatam bu barədə, ağlayanları da anlamıram.

Bir dəfə dostların məsləhəti ilə Rəşad Məcidə çox nəzakətlə kasıblığımı anlatdım, üzvlüyə , təqaüdə ehtiyacım olduğunu yazdım, qəribə cavablar verdi, blok etdim. Arxadan danışmaq kişiyə yaraşmaz, ona görə uzatmıram.
Bilirsiniz niyə özümdən razıyam? Çünki bunların çörəyini yemirəm. Bunların yazılarını sətir-sətir təhlil edib qoyaram qarşılarına. Buna intellekt imkanım çatır. 
Sakın kimsə ağıl qoymağa qalxmasın. Həyatın hər oyunundan qalib çıxan yaşlı insanam mən. Borcum yoxdur o idarəyə (nəzakət göstərib əsl mahiyyətini demirəm və reklam etmirəm; yazsam, dostlar inciyir).

P.S. dillənməyə ürəyi olmayanlar yenə başlayacaq statusuma şikayət donu geyindirməyə. Görsəm, blok .”


Bir yazışma paylaşacam, darıxma.
MÜTLƏQ PİYAN MI GƏZƏK Kİ BİZƏ DƏ İMZA TOPLAYIB EV VERDİRƏSƏN??
PİYANLARIVA MAŞALLAH EV QOPARIRSAN !!!! CİNAYƏT AÇILAN ADAMLARA YİYƏ DURURSAN, HANSI İXTİYARLA ?

Saytlar, müsahibə vermək istəyirəm.

İmza : zibillərinizi ictimailəşdirən yazar Aygün Sadiq .

P.S. SƏNDƏN ASILI DEYİLƏM, ÇÖRƏYİMİ SƏNDƏN QAZANMIRAM, MƏNİ SƏHV SALMA, BİLDİNMİ? sənin borcun idi məni üzv etmək. Bil. Dövlətin pulunu yeyirsən, mənimsə təqaüdə ehtiyacım vardı. Bağlamaq lazımdır oranı. Gəncləri əyən, əzən, əyilməyəni çöldə qoyub pulunu krisa kimi gəmirən birlikdən lazimi yerə lazımi şikayəti verərəm. Yazıçıya sahib çıxmağa mı ayırıblar o 800 min manatı, ya krisa kimi gəmirməyə mi? Yazıçısına yiyə durmayan qurumu bağlamaq lazımdır, havayı pul gedir.

İLkin Mehdi və Elşad Barat :

17 İyun, 21:43 · 

” Elşad Baratın AYB-dən çıxarılmasını pisləyirəm. Düşünürəm ki, Çingiz Abdullayev və Rəşad Məcid kimi adamlar gəncləri intihara sürükləyir, məhvə aparır. Əgər bu adamlar ədalətli olsaydı bəlkə də indi Mövlud da sağ idi. Gənc yazarlara diqqət və qayğı yox səviyyəsindədir. Belə davam edə bilməz… “

Emin Sebuhi Aygün Sadiq və başqa 8 nəfər:

19 İyun, 23:18 · 

“Gənc ədib və gənc yazar olaraq (AYB)-də Azərbaycan Yazıçılar birliyində baş verən olaylara reaksiya bildirirəm. AYB e heç kəsin Ata mülki deyilki orada oturub kimə istəsəniz titul.kimə istəsəniz ad.Kimə istəsəniz Xalq şairi kimi də istəsəz AYB-nin üzvü edəsiz.ya da əksinə sizi yaradıcılıqınıza hansısa bir gənc yazar və ya bir gənc ədib haqlı irad tutanda dözümsüzlük sərgiləyəsiz.Elşad Barat Çingiz Abdullayev haqqında nə deyib nə tənqid edibsə bu öz məsələləridir.Mən yaratmaq istədiyim kompaniya bundan ibarətdir ki görünən budur ki AYB-də yetəri qədər araşdırmaya görə AYB də və ədəbi mühütdə çoxluq təşkil edən insanlar Rəşad Məciddən narazıdır.Balıq başdan iylənibsə o başı kəsib atmaq lazımdır.Ədəbiyyatı eyş-işrət məclislerində məzə edənləri bu mühütdən kənarlaşdırmaq gərək.Şəxsən mən də bir gənc qələm əhli olaraq Rəşad Məcidin AYB-dən uzaqlaşdırılmasını tələb edirəm.AYB-e kimi Ədəbiyyatımızı mədəniyyetimizi təmsil edən bir qurum.bie bina.bir ocaq hamımızın zaman zaman toplaşdıqımız bir mədəniyyət evidir.Mən təklif edərdim ki hal-hazırda AYB-də təmsil olunan vəzifəli şəxslər Madam ki gənclərin ürəyiycə deyilsə deyişdirilsin.Madam əksəriyyət qisim bu ocaqda yuxarı başda əyləşənlərdən narazıdır dəyişdirilsin.Bu dəyişiklik isə elə Gənc ədiblərin.Ədəbi mühütün.Gənc şairlərin və gənc yazarların zövqünə uyqun seçilsin ki heç olmasa poeziya aləminə yeni-yeni qədəm basmış genclərimiz illərdir Ədəbiyyatda gerilən bir topluma yeni nailliyyətlər bəxş edə bilsin.Sosial şəbəkədə bir səs vermə keçirilsin kim Rəşad Məcidin.Yazıçı Anarın vezifesinə kimi görmək istirsə azad şəkildə fikrini bildirsin.Kim fikrimlə razıdırsa reaksiya bildirsin.Təşəkkürlər.”

İLkin Mehdi

22 İyun, 09:52 · 

“Bu məsələyə ikinci dəfə münasibət bildirmək məcburiyyətindəyəm. Çünki məni narahat edən bir çox haqzıslıqlar var. Əvvəla Elşad Barat adi bir gənc yazar olsa da istedadı ilə, yazdığı şeir, hekayə kitabları ilə öz sözünü demiş adamdır. Xalq şairi Sabir Rüstəmxanlının sözü olmasın, Elşad cəmiyyətdə baş verən və onu narahat edən ən müxtəlif hadisələrə belə biganə qalmayan, öz baxış bucağı ilə, ədalət tərəzisi ilə ölçü-biçi aparmağı özünə borc bilən qələm adamıdır. Belə bir gəncin gözümüzün qarşısında əzilməsinə susmağımız bizim də ədalətsiz olmağımız anlamına gəlir. Elşadın AYB üzvlüyündən çıxarılması ədalətli dostlar tərəfindən tənqid olundu. Çünku Elşad sadəcə Çingiz Abdullayevin maşınının şəklini paylaşmışdı. AYB sədri Anarın “get Çingizdən üzr istə” deməsi də məni narahat etdi. Ortada vicdansız adlandırılan Elşad, AYB-dən çıxarılan Elşad, üzr də istəyən Elşad? Bu nə ədalətdir? 
Mənə elə gəlir ki, bütün bunların baş verməsində günahkar tərəf AYB mətbuat xidmətidir. Çünki o şöbə nə öz üzvlərini mətbuatda təmsil edə bilir, nə də AYB rəhbərliyini. Beləcə ortada anlaşılmazlıqlar, çaşqınlıqlar yaranır. Rəşad Məcid isə bu hadisələrdə katalizator rolu oynayır, hamıya “dırka” verir. Bəlkə də məqsədi Çingiz Abdullayevin yerinə keçməkdir, bilmirəm. Amma bu iki adam, Xəyal Rza və Rəşad Məcid “öz işlərində” mahirdilər. 
Biz həmişə Anar müəllimi ədalətli yazıçı kimi tanımışıq. Əsərləri ilə böyümüşük. Elə Çingiz müəllimin də həmişə xətrini istəmişik. Amma bu məsələdə onların kimlərinsə oyununa gəlməsi hiss olunur. Sanki ədalətin yox, haqqın, xeyirin yox, haqsızlığın, qara qüvvələrin tərəfində yer alıblar. Bəlkə də elə Anar müəllim də, Çingiz müəllim də həmin qara qüvvələrin yanında çox qara işlər görüblər deyə indi ağ tərəfdə dayana bimirlər, kim bilir? 
Hər tərəfini ölçüb- biçirəm və düşünürəm ki, Elşad Barata qarşı böyük haqsızlıq olub, bu gün ona olunan haqsızlıq sabah bizə oluna bilər. Buna görə də bu gündən etibarən dostlarımı AYB üzvlüyündən imtina etməyə çağırıram. Elşada olunan haqsızlıq müsbət tərəfə həllini tapmazsa, etirazlarım, iç məsələlərə münasibətlərim davam edəcək. Bütün qələm dostlarımızı da bu məsələdə ədalətli olmağa səsləyirəm…”

İLkin Şakiroğlu
Şair, jurnalist

Bu yuxarıda tanış olduğunuz olduqa müxtəlif fikirlər, aqressiv tələblər və nisbətən loyal müraciətlər yəqin ki, Sizdə də qəribə təsüratlar oyatdı. Fikir bildirməzdən əvvəl bir cümlə də Sizə xatırlatmaq istəyirəm. Bu cümləni keçən il (2018) təqaüdlər təyin olunduqdan dərhal sonra AYB üzvü olan gənc yazarlardan biri paylaşmışdı. Statusu olduğu kimi Sizə çatdıracam. Ancaq, bundan əvvəl həm bu, həm də yuxarıda dırnaq arasında mənbəyi məlim olan etika, leksika, qramatika baxımdan qüsuurlu cümlələrə görə üzr istəyirəm. O da var ki, burada nə imla, nə inşa yazmırıq bütün nöqsanlara rəğmən fikirlər maraqlı və həyatımızın bir parçasıdır. Cümlə belə idi: (dönə-dönə üzr istəyirəm) “AYB -də xanım şöbə müdiri də yoxdur ki, adam qucağında oturub təqaüd ala…” bu fikir nəzərinizdə qalsın sonra istinad edəcəyik. Ancaq, yenə açıqlamalara keçməzdən əvvəl xeyli əvvəllər müxtəlif mənbələrə olmuş müsahibələrin linglərini təqdim edəcəm. Maraqlı olanların bu müsahibələrlə də tanış olmaq imkanı olsun:

QEYD:

Onu qeyd etmək istəyirəm ki, yuxarıda narazı tərəf kimi göstərilən gənc yazarların heç biri ilə şəxsi tanışlığım yoxdur. Aygün xanımı qiyabi olaraq internet üzərindən çoxdan tanıyır və yaradıcılığını izləyirəm. Sözün əsl mənasında çalışır-vuruşur ki, nəsə etsin və hamımız bilirik ki, indiki zamanda bu nə qədər çətindir, hiss olunur ki, emosional olduğu qədər də səmimidir, həqiqətən də köməyə ehtiyacı var, bunu gizlətmir… Elşad Barat ı isə lap bu yaxınlarda təsadüfən Balayar Sadiq haqqında yazdığı bir yazını oxuyub tanımışdım. Və düzü bu yazıya görə ondan narazı qalıb, bir az da öz-özümə onu qınamışdım… Nəsə indi bunun mətləbə dəxli yoxdur… O ki, qaldı qarşı tərəfə onların hansı vəzifədə olub, olmamasından asılı olmayaraq Elçin müəllimə (məsələyə aidiyyatı olmasa da, Elçin müəllim də bu yazıçıların sırasındadır) , Anar müəllimə, Çingiz müəllimə (bu yaxınlarda Musiqi Akadümiyasında olan görüşə Tuncayla birlikdə getmişdik) bir yazar kimi hörmətim böyükdür və şəxsi zəmində heç bir narazıçılığım yoxdur.

DÜŞÜNƏK:

… ” halbuki gözəlliyimi kullanıb bir günə əldə edərəm. ” bir qadının, Azərbaycan qadınının, təhsilli Ananın, məktəbdə işləyən müəllimin fikri AYB üzvü deyil ciddi -cəhdlə can atır ki, bu ictimai birliyə üzv olsun, qeyd etdiyi kimi – öz arqumentləri var – buna ehtiyac hissi duyur və ya “AYB -də xanım şöbə müdiri də yoxdur ki, adam qucağında oturub təqaüd ala…” artıq bu qurumun sıralarında olan əks cinsin nümayəndəsi, Azərbaycan kişisi, gənci… Vallah, daha mənim sözüm yoxdur…

XATIRLATMA:

Məncə, müasir dövürdə insan hər hansı bir fəaliyyətlə bağlı fikrə düşəndə ilk növbədə Əmək məcəlləsi, Vergi məcəlləsi, İctimai Birliklər haqqında qanunlar və s. və i. vacib ədəbiyyatlarla ciddi tanış olub, sonra müəyyən qərarlar qəbul etməlidir…

HEÇ NƏYƏ BAXMAYARAQ:

Bütün bunlara baxmayaraq, Vallah ayıbdır, ayıb… Mən şəxsən belə yazıları görəndə xəcalət çəkirəm… Bilirəm ki, bu yazını hətta kiçik və orta yaşlı məktəblilər də oxuyur… Ən pis hal onların belə yazı və statusları oxuduqdan sonra ünvanladığı suallar qarşısında cavab tapıb deməkdir…

SON:

Ta mənim sözüm yoxdu… Mənim sözüm bitdi…

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2019. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

AYB – AYIB VƏ TƏKLİF

Adi üzvlük haqqından ötəri yazı yaza bilən hər kəsi birliyə üzv etmək bütün yazıçılara təhqirdir…

Sputnik: Rəsmi məlumata görə AYB-nin (Azərbaycan Yazıçılar Birliyinin) 1500-dən artıq üzvü var. Qeyri-rəsmi məlumata yox, müşahidəyə əsasən azacıq mübaliğə ilə deyə bilərəm ki, ölkədə qələm tutub yazı yaza bilən hər kəs Yazıçılar Birliyinin üzvüdür. Təkcə məhz sənət üçün, ədəbiyyat üçün yazı yazan yazıçılardan başqa yazı yazmağı bacaran kimi görüblərsə, bu birliyə üzv ediblər.

Azca araşdırma aparan hər kəs görə bilər ki, bu birliyin yüzlərlə üzvündən ən yaxşı halda yüz nəfəri sənətə, ədəbiyyata xidmət edir. Digərlərinin isə nəyə görə, hansı bacarığına, hansı əməyinə görə bu birliyə üzv olması barədə heç bir dəlil-sübut yoxdur. Əhali arasında sorğu da keçirilsə, ən yaxşı halda elə həmin yüz nəfəri tanıyarlar. Digərlərinin yazıçı olmasından heç birliyin sədri yazıçı Anarın da xəbəri yoxdur.

Bəs yazıçıların birliyi adı altında hərf tanıyan, cümlə qura bilən hər kəsi yazıçı adı ilə bu birliyə salmaqda məqsəd nədir? Birliyə üzv olan hər kəs üzvlük haqqı ödəyir. Üstəlik, üzvlərin sayı çoxaldıqca dövlət tərəfindən birliyə ayrılan məbləğ də çoxalır və bu da birliyin rəhbər vəzifəsində çalışanlara sərf edir.

84 ildir ki, fəaliyyət göstərən Azərbaycan Yazıçılar Birliyinin son otuz ildə yetirib xalqa təqdim elədiyi, tanıtdığı bir yazıçı belə, yoxdur. Hal-hazırda tanınan, oxunan və sevilən ədəbiyyat adamlarının əksəriyyəti də AYB-nin üzvü deyil. Onların bir qismi vaxtı ilə üzv olub, sonradan imtina ediblər, bir qismi də mənim kimi, əvvəlcədən birliyin yararsızlığını dərk edərək heç vaxt üzv olmayıblar.

Üstəlik, hal-hazırda Azərbaycan Yazıçılar Birliyində 84 illik tarixin əsl diktatura dönəmi yaşanır. Rəsul Rza 1 il, Mehdi Hüseyn 7 il, Süleyman Rəhimov 6 il (fasilələrlə), Səməd Vurğun 6 il (fasilələrlə), Mirzə İbrahimov 21 il (fasilələrlə), İsmayıl Şıxlı 1 il bu birliyin sədri vəzifəsini tutublar. Yazıçı Anar isə 31 ildir ki, (1987-ci ildən) fasiləsiz olaraq bu birliyin sədri vəzifəsində çalışır. Rəhbərliyində dəyişiklik olmayan birliyin fəaliyyətində hansı yenilikdən, nailiyyətdən söhbət gedə bilər ki?

Yaxşı olmazdımı Azərbaycan Yazıçılar Birliyində məhz nasirlər, şairlər, dramaturqlar, tənqidçilər, tərcüməçilər birləşsin? Onlar hər il, heç olmasa, bir müəllifin kitabını çap edib, onun təbliğatı ilə məşğul olsunlar və bu birlik həmin yazıçının məktəbinə çevrilsin.

Yaxşı olmazdımı, birliyin fərdi təqaüdlər verən fondu olsun? Bu fond hər il, heç olmasa, bir müəllifə təqaüd ayırsın. Bu təqaüd ilbəil neçə-neçə yazıçının maddi şəraitini yaxşılaşdırsın və bu müəlliflər yeni əsərlər yazmağa daha çox vaxt ayırsınlar.

Yaxşı olmazdımı, AYB dünya miqyaslı ədəbiyyat müsabiqələri təşkil etsin və məhz bu ölkənin bütün dünya ədəbiyyatına mükafat töhfəsi olsun? “Nobel” kimi, “Buker” kimi, “Pulitser” kimi bizdən də mükafat almağı arzulayan dünya ədibləri olsun.

Bütün bunlar bir yana. Gənc ədiblərin nəsrə, şeirə qaçdığı bir vaxtda, gənc dramaturqların az qala tapılmadığı zamanda AYB gənc dramaturqların yetişməsi üçün niyə heç bir addım atmır? Birlik dramaturgiya dərnəkləri, seminarları, festivalları təşkil etməli, teatrlarla əməkdaşlıq qurub ölkəyə və xalqa yeni dramaturqlar təqdim etməlidir.

Bütün bunlara nail olmaq üçün AYB kökündən dəyişilməlidir. İstedadı olmayan, ədəbiyyat adına fəaliyyət göstərməyən adamlar birlikdən kənarlaşdırılmalıdır. Bu yolda ilk addım birliyə qəbul üçün üzvlük haqqının ləğvi olmalıdır. Birlik, əsasən dövlət tərəfindən, qismən isə sənətin inkişafına dəstək olmaq istəyən şəxslər tərəfindən maliyələşməlidir.

Ən əsası isə, birlik həm də özünün gəlir yerini formalaşdırmalıdır. Kitab nəşrini, satışını, tərcüməsini, yerli müəlliflərin əsərlərinin xarici dillərə tərcümə olunmasını və xarici ökələrdə satışını həm sənətə xidmətə, həm də gəlir yerinə çevirə bilməlidir və beləcə ayaqda durmağı bacarmalıdır.

İndiki halda isə AYB-nin fəaliyyəti başdan ayağa ayıbdır. Adi üzvlük haqqından ötəri yazı yaza bilən hər kəsi birliyə üzv etmək bütün yazıçılara təhqirdir. İnsanların da bu birliyə üzvlük vəsiqəsi almağı bir uğur hesab etməsi, bunu bir titul kimi qəbul etməsi lap dəhşətdir.

Yazıçı boyunduruq quludursa, etiraz etməyi bacarmırsa, hakimiyyət eşqi ilə yaşayırsa, işğalçıdırsa, burda ədəbiyyatın adı keçə bilməz. Axı ədəbiyyat və ümumilikdə sənət həqiqətləri bədii dildə göstərmək üçün yaranıb. 31 il bir kürsüdə oturmaq və bu kürsünün 31 illik sahibinə mədhiyyələr yazmaq yazıçı əxlaqına sığışan iş deyil. Belə birlik AYB abreviaturası ilə yox, ən yaxşı halda ayıb sözü ilə tanına bilər.

Müəllif: Orxan BAHADIRSOY

Mənbə: https://sputnik.az/culture/20180510/415261010/ayb-nin-ayiblari.html

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MİRZƏ ƏLƏKBƏR SABİR

Əkinçi
Qoyma özünü tülkülüyə, adə, əkinçi!
Bir üzrlə hər gündə gəlib durma qapımda,
Yalvarma mənə, boynunu gəc vurma qapımda,
Gahi başına, gah döşünə vurma qapımda,
Ləğv olma, ədəb gözət bu məvadə, əkinçi!
Lal ol, a balam, başlama fəryadə, əkinçi!

Xoş keçmədi il çöllüyə, dehqanə, nə borcum?
Yağmadı yağış, bitmədi bir danə, nə borcum?
Əsdi qara yel çəltiyə, bostanə, nə borcum?
Getdi mənə nə fəhləliyin badə, əkinçi!
Lağ-lağ danışıb başlama fəryadə, əkinçi!

Aldı dolu eldən səru samanını, neylim?
Yainki çəyirtkə yedi bostanını, neylim?
Verdin keçən il borcuna yorğanını, neylim?
Ol indi palas satmağa amadə, əkinçi!
Lal ol, a balam, başlama fəryadə, əkinçi!

Söz açma mənə çox çalışıb, az yeməyindən,
Canın bəcəhənnəm ki, ölürsən, deməyindən!
Mən gözləmənəm, buğda çıxar, əvr bəbəyindən!
Çəltik də gətir, arpa da, buğda da, əkinçi!
Yoxsa soyaram lap dərini, adə, əkinçi!

Sən hey de “Yoxumdur” – çıxarib canını allam!
Vallahi ovub dideyi-giryanını, allam!
Şallağə tutub pərkəri-üryanını, allam!
Öz halını sal indi özün yadə, əkinçi!
Lağ-lağ danışıb başlama fəryadə, əkinçi!

Cütcü babasan, buğdanı ver, darı yeyərsən,
Su olmasa, qışda əridib qarı yeyərsən,
Daşdan yumuşaq zəhr nədir, marı yeyərsən,
Öyrəşməmisən ət-yağa dünyadə, əkinçi!
Heyvan kimi ömr eyləmisən sadə, əkinçi!

Lakin mənim insanlıq olub vəzi-mədarım,
Bəyzadəyəm, asayişədir cümlə qərarım,
Meysiz, məzəsiz, bitməz olur şamu nəharım;
İştə belədir haləti-bəyzadə, əkinçi!
Bəyzadələrin rəsmi budur, adə, əkinçi!

==================================================

Fələ, özünü sən də bir insanmı sanırsan?!
Fələ, özünü sən də bir insanmı sanırsan?!
Pulsuz kişi, insanlığı asanmı sanırsan?!

İnsan olanın cahü cəlalı gərək olsun,
İnsan olanın dövləti, malı gərək olsun,
Hümmət demirım, evləri ali gərək olsun;
Alçaq, ufacıq daxmanı samanmı sanırsan?!
Axmaq kişi, insanlığı asanmı sanırsan?!

Hər məclisi-alidə soxulma tez arayə,
Sən dur ayaq üstə, demə bir söz ümərayə,
Caiz deyil insanca danışmaq füqərayə,
Dövlətlilərin kəndini yeksanmı sanırsan?!
Axmaq kişi, insanlığı asanmı sanırsan?!

Fəqr ilə ğina əhlinə kim verdi müsavat?
Mənadə də, surətdə də var buna münafət,
Öz fəzlini pulsuz edəməz kimsə isbat,
Bu mümtənəi qabili-imkanmı sanırsan?!
Axmaq kişi, insanlığı asanmı sanırsan?!

Get vur çəkicin, işlə işin, çıxma zeyindən,
Məqsud müsavat isə ayrılma ceyindən,
Var nisbətin ərbabi-ğinayə nə şeyindən?
Bir abbasi gün mzdunu milyanmı sanırsan?!
Axmaq kişi, insanlığı asanmı sanırsan?!

Dövlətliyik, əlbəttə, şərafətdə bizimdir,
Əmlak biizmdirsə, əyalətdə bizimdir,
Divan bizim, ərbabi hökümətdə bizimdir,
Ölkə dərəbəylik deyə xan-xanmı sanırsan?!
Axmaq kişi, insanlığı asanmı sanırsan?!

Asudə dolanmaqda ikən dövlətimizdən,
Azğınlıq edirsiz hələdə nemətimizdən,
Böylə çıxacaqsınızmı bizim minnətimizdən?!
Ehsanımızın şükrünü küfranmı sanırsan?!
Axmaq kişi, insanlığı asanmı sanırsan?!

Heç bir utanırsan?!
Ya bir usanırsan?!
Əlminnətü-lillah,
Odlara yanırsan!

=============================================

Qoyma, gəldi!
Xan dostu, amandı, qoyma, gəldi!
Didarı yamandı qoyma gəldi!

Vay, vay! Deyəsən bəşər deyil bu!
Bir şəklə uyan təhər deyil bu!
Allahı sevirsən, ər deyil bu!
Ərdodu, qabandı, qoyma, gəldi!
Didarı yamandı, qoyma, gəldi!

Ol gən ki, adaxladız, utandım,
Olandı, dediz, ərin inandım,
Ər böylə olurmuş?! İndi qandım;
Xandostu amandı, qoyma, gəldi!
Kirdarı yamandı, qoyma, gəldi!

Qorxdum, ay aman, yarıldı bağrm,
Bir nazik ipə sarıldı bağrım,
Gup-gup döyünüb darıldı bağrım,
Canım oda yandı, qoyma, gəldi!
Kirdarı yamandı, qoyma, gəldi!

Dudkeş kimi bir papaq başında,
Ağ tükləri bəllidir qaşında,
Gərçi qocadır – babam yaşında,
Amma sodamandı, qoyma, gəldi!
Kirdarı yamandı, qoyma, gəldi!

İyrənmişəm ağzının suyundan,
Qətran qoxusu gəlir boyundan,
Lap doğrusu qorxmuşam xoyundan,
Bir əfi ilandı, qoyma gəldi
Kirdarı yamandır, qoyma, gəldi!

====================================================

Ürəfa marşı
İnteligentik, gəzərik naz ilə,
Ömr edərik nəşeyi dəmsaz ilə,
Həftədə bir dilbəri tənnaz ilə,
Həmdəm olub işləri sahmanlarıq
Ay bərəkallah, nə gözəl canlarıq!

Xoşlamırıq bir para nadanları,
Şiveyi nisvani müsəlmanları,
Neyləyirik Fatma, Tükəzbanları?
Annaları, Sonyaları yanlarıq
Ay bərəkallah, nə gözəl canlarıq!

Bir para biəqlü fərasət bizə,
Eyləyir isnadi qəbahət bizə,
İstəyir etsin də nəsihət bizə,
Bir bunu qanmır ki biz irfanlarıq!
Ay bərəkallah nə gözəl canlarıq!

Kimsəyə yox dəxli ki, biz işrəti,
Xoşlayırıq, boşlayırıq külfəti,
Guşeyi qəsdində olan ləzzəti,
Xaneyi viranda haçaq anlarıq?
Ay bərəkallah, nə gözəl canlarıq!

İnteligentik bu ki böhtan deyil,
Türki danışmaq bizə şayan deyil,
Türk dili qalibi irfan deyil,
Biz buna qail olan insanlarıq…
Ay bərəkallah, nə gözəl canlarıq!

Türk qəzeti versə də əqlə ziya,
Mən onu almam əlimə mütləqa,
Çünki müsəlmanca qonuşmaq mana,
Eybdir! Öz eybimizi anlarıq!
Ay bərəkallah, nə gözəl canlarıq!

Yox işimiz məcməi islam ilə,
Püxtə nasıl söhbət edər xam ilə,
Çünki klublarda sərəncam ilə,
Hər gecə bir mətləbi ünvanlarıq!
Ay bərəkallah, nə gözəl canlarıq!

Əfsus, səd əfsus sənə, ey gözəl islam!
Kimlər sənə gör indi tərəfdar olacaqdır!
Baş saçlı, ayaq çəkməli, mırt mırt danışanlar!
Din qədri bilib mömini dindar olacaqdır!

MİRZƏ ƏLƏKBƏR SABİRİN DİGƏR ŞEİRLƏRİ:

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Mirza Alakbar Sabir


Ploughman
Don’t wail, don’t cry, don’t pretend you’re unhappy, ploughman!
You old, sly fox, you won’t catch us napping, ploughman!
Under some pretext or other, daily you stand at my door;
Don’t beg, don’t ask me, don’t stretch out your hand at my door!
I’m sick of seeing the whole of your clan at my door!
Don’t get ideas, don’t wear out my patience, ploughman!
Be dumb and obey me while I am gracious, ploughman!
If the year brought you peasants no gain, what do I care?
If there was no rain and no crop of grain, what do I care?
If drought spoiled the rice and barley again, what do I care?
If last year your debt with your blanket you paid, what do I care?
Now carry your rug to the market to sell, ploughman!
Be dumb and obey, for assistance don’t yell, ploughman!
Don’t try to explain that from hunger you’re dying, wretch!
You’ll never persuade me, so no use trying, wretch!
Pay what you’re due—don’t tell me you can’t—lying wretch!
Bring me barley and wheat, and rice, ploughman,
Or I’ll take off your skin in a trice, ploughman!
Swear as much as you like that you can’t—I’ll have it!
By Allah almighty, I’ll get what I’m due—I’ll have it!
You’ll be whipped and flogged black and blue—I’ll have it!
Don’t forget yourself, pay your arrears, ploughman,
Don’t overreach yourself, don’t spill vain tears, ploughman!
Your job is to plough; eat millet yourself; give me wheat, ploughman!
As long as it’s softer than stone—any stuff you can eat, ploughman.
If you don’t have water, their’s plenty of snow to heat, ploughman!
You have never seen butter or cream or meat, ploughman,
You’re used to a simple life, like a beast, ploughman!
Haven’t I always declared that I want good relations?
All an aristocrat wants is leisure and relaxation,
Idling, gambling, drinking and eating without cessation.
Such is a gentleman’s life by tradition, ploughman;
It was Allah appointed to us such an earthly mission, ploughman!

===========================================================
To the Workers of Baku
The wheel of fortune’s turning in a new way
nowadays: The working men begin to think they’re human nowadays.
They poke their noses everywhere and always nowadays.
What are we coming to when working men breathe freer nowadays?
They fght for rights and disobey the overseer nowadays!
The wheel of fortune’s turning in a new way nowadays;
The working men begin to think they’re human nowadays.
Now tell me, why do you demand respect, a simple worker?
Why raise your voice, and what can you expect, a simple worker? !
All you should do is serve the rich, though they neglect a simple worker.
Well-paid or not, you must be gratefully subdued, you simple worker,
But the wheel of fortune’s turning in a new way nowadays;
The working men begin to think they’re human nowadays,
Don’t plunge yourself into distress, take care, beware, rich man;
If any worker speaks the truth, don’t give him ear, rich man!
Don’t let the poor breathe freely—don’t you dare, rich man!
Don’t yield, don’t budge an inch, don’t give in anywhere,
rich man! For the wheel of fortune’s turning in a new way
nowadays; The working men begin to think they’re human nowadays!
Don’t pay attention, even though they may complain, the poor.
They’ve no expensive clothes nor homes—they’ve got no brain, the poor.
No property, no riches do they ever gain, the poor.
All they possess are ragged coats, shoes torn, clothes
plain, the poor. But the wheel of fortune’s turning in a new way
nowadays; The working men begin to think they’re human nowadays.
If you intend to be both free and merry in this world,
Just think about yourself, don’t have a worry in this world.
If you would have no load of woe to carry in this world,
Forget that other people’s lots are sorry in this world!
Yet the wheel of fortune’s turning in a new way
nowadays; The working men begin to think they’re human nowadays.
To think about the plight of your poor nation? By no means!
To sooth poor orphans and to stop their lamentation? By no means!
To help the poor, to give them consolation? By no means!
Yet fortune’s wheel is turning in a new way nowadays;
The working men begin to think they’re human nowadays!

MİRZƏ ƏLƏKBƏR SABİRİN DİGƏR ŞEİRLƏRİ:

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

EH MARALLAR, MARALLAR…

“EV BAZARI” və “MAKLER – VİP” N- 001 (0001) 08.06.2019 – BAKI.

Qasım bəy Zakir – Əbdürrəhim bəy Haqverdiyev yanaşması, Seyid Əzim Şirvani – Cəlil Məmmədquluzadə fikri və tam fərqli Mirzə Ələkbər Sabir düşüncə tərzinə böyük hörmətlə “Ev bazarı” və ya “Makler -VİP” buraxılışlarında müasir sirli kölgələrə işıq salmağa çalışacağıq…

XATIRLATMA:

Dəqiq bilirəm ki, Əbdürrəhim bəy sağ olsaydı belə deyərd: – Eh marallar, marallar milyon illərin təkamülü sizdən yan keçir…

və ya

Rəhmətlik Mirzə Cəlil belə xitab edərdi: – Ey dirisi ilə rusca, ölüsü ilə ərəbcə danışmağa məhkum binəvalar, indi də qarnınız üçün ingiliscə danışmağa məcbursuz, vay o günə ki, firəngcə öyrənməyə möhtac olasız… Allah bizi o gündən saxlasın, Amin, Amen…

BİRİNCİ BURAXILIŞ – RƏHMƏTLƏ ANIRIQ…

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru