AD GÜNÜNÜZ MÜBARƏK!!!

Bu gün gözəl insan, dəyərli ziyalı, sevimli şairimiz Etibar Vəliyevin doğum günüdür. Ad gününüz mübarək, Etibar müəllim. Uca Yaradandan uzun ömür, can sağlığı və fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edirik!!! Uğurlarınız bol olsun, Etibar müəllim…

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AD GÜNÜNÜZ MÜBARƏK



Bu gün hamımızın sevimlisi, gözəl insan, elm-təhsil, mədəniyyət ümumilikdə götürdükdə xalqın, gəncliyin maariflənməsi yolunda yorulmaq bilmədən çalışan (…tam səmimi, hərdən öz-özümə düşünürəm, bu insan bir belə işə necə vaxt tapır…), hər addımda A. Bakıxanovun, M. F. Axundovun, H. Zərdabinin, yeri gəldikdə Mirzə Cəlilin müasir dövrümüzdə layiqli davamçısı təsiri bağışlayan, elmini əsirgəməyən alim, Aydın Xanın (Aydın Xan Əbilov) doğum günüdür. Ad gününüz mübarək, Aydın müəllim!!! Sizə uzun ömür, can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzu edirik!!! Uğurlarınız bol olsun!!!

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Aİİ-nun REKTORU CEYHUN MƏMMƏDOV MALAZİYADA


Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov Malaziyada işgüzar səfərdədir. Ceyhun müəllimin ilkin görüş təsüratlarını təqdim edirik: “Bu gün Malayziyanın Beynəlxalq İslam Universitetində çox səmərəli görüşlərimiz oldu. Niyyət protokolu imzaladıq. Siniflər kitabxana, yataqxana, məscid və idman zalları ilə tanış olduq. Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyəti haqqında broşür və bukletləri, Qarabağ həqiqətləri ilə bağlı kitabları kitabxanaya, Universitet rəhbərliyinə təqdim etdik. Zəngin təcrübələri var.”

İLKİN MƏNBƏ:

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AD GÜNÜNÜZ MÜBARƏK !!!

Bu gün Qulu Ağsəsin ad günüdür. Doğum günü münasibəti ilə Qulu müəllimi təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirik!!! Uğurlarınız bol olsun, Qulu müəllim!!! Var olun, gözəl insan !!!

QISA ARAYIŞ:

Qulu Ağsəs 20 aprel 1969-cu ildə Ağdamda doğulub. (mənbə: vikipediya)

1993-cü ildə mükafat almışdır. “Avropa” qəzetində işləmişdir. Dövlət radiosunda proqramı var. “Azərbaycan qadını” jurnalının da əməkdaşıdır. Prezident təqaüdçüsüdür.

27 mart 2014-cü ildə “Ulduz” jurnalının baş redaktoru təyin olunub. Qulu Ağsəs bu təyinata qədər jurnalın baş redaktor müavini olmuşdur.

ŞAİRİN DİLİNDƏN ŞEİRLƏR:

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ALLAH RƏHMƏT ELƏSİN

Müğənni Talıb Talenin atası – Dədə Ələsgərin nəvəsi – Ələsgər Ələsgərov vəfat edib. Bu münasibətlə mərhumun doğmalarına və yaxınlarına dərin hüzünlə baş sağlığı verir, uca Yaradandan səbr diləyirik. Allah rəhmət eləsin. Ruhu şad olsun… Amin…

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Kəmaləddin Qədim “Yolu ürəyimin üstdə gedirəm” adlı yeni kitabını təqdim etdi.

Bu gün Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” zalında tanınmış tənqidçi Əsəd Cahangirin moderatorluğunda öz sözü, öz üslubu ilə seçilən sevimli şairimiz Kəmaləddin Qədimin “Yolu ürəyimin üstdə gedirəm” adlı kitabının təqdimat mərasimi baş tutmuşdur. Tanınmış söz adamlarından Qəşəm Nəcəfzadə, İlqar Türkoğlu, Mehman Göytəpəli, Balayar Sadiq, Dayandur sevgin, Abdulla Qurbani, İltimas Səmimi və başqaları tədbirdə iştirak etmişlər. Yazarlar adından Zaur Ustac “Ziyadar” mükafatını Kəmaləddin Qədimə təqdim etmişdir.

Tədbirdən fotolar:

İLKİN MƏNBƏ: YAZARLAR.AZ BURADA

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

QƏRİB HƏSƏN YENİ KİTABINI TƏQDİM ETDİ

Bu gün – 14 dekabr 2018 – ci ildə AYB-in Natavan zalında Qərib Həsənin  “SƏNİ SEVMƏKDƏN DOYMARAM” adlı yeni şeirlər kitabının təqdimat mərasimi baş tutdu. Tədbir  ASKEF  Azərbaycan İdarə Heyyətinin təşkilatçılığı  və dəstəyi ilə cənab Sayman Aruzun moderatorluğunda çox maraqlı, adət etdiyimiz təqdimatlardan əsaslıl şəkildə fərqli məcrada davam etdi. Musiqiçilərin iştirakı məclisə xüsusi abu-hava qatmışdı. Tanınmış söz adamlarından Oqtay Rza, Sona Abbasəliqızı və digərlərinin iştirak etdiyi məclisdə saz odlandı, ud dilləndi, söz dinləndi… Olduqca maraqlı keçən tədbirdə Qərib Həsənə “SƏNİ SEVMƏKDƏN DOYMARAM” adlı yeni kitabının işıq üzü görməsi münasibəti ilə “YAZRLAR” adından “YAZARLAR”-IN  YAZARI   “ZİYADAR” Mükafatı təqdim olundu.

USTAC.AZ

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru 

========================================================