“ÇƏRPƏLƏNG UÇURAN” KİTABI

“GƏL KİTABIMIZI DƏYİŞƏK”


Salam, dostlar və əziz ziyarətçilər… Bu əlimdə gördüyünüz kitab Xalid Hüseynin “ÇƏRPƏLƏNG UÇURAN” romanıdır kitabxanamda özünəməxsus yeri olmasına baxmayaraq məhz onunla “GƏL KİTABIMIZI DƏYİŞƏK” kampaniyasına start verirəm. Kim istəsə öz kitabxanasından istənilən kitabla dəyişə bilərəm. İstəyən bir çayımı içib qonaq olar, istəməyən də Metro İnşaatçıların yanında “AĞ ÇİÇƏYİM” restoranının qarşısında sadəcə kitabları dəyişə bilərik. Beləliklə ilboyu fasiləsiz olaraq davam edəcək Zaur Ustacın kitabxanasından “GƏL KİTABIMIZI DƏYİŞƏK”  #gəlkitabımızıdəyişək  #gəldəyişəkoxuyaq kampaniyasına başladıq. Xeyirli-uğurlu olsun…a

Mənbə: ZAUR USTAC

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“SƏNİN DƏ KİTABIN OLSUN”

ASKEF BAŞkANI Savaş ÜnaL BƏYDƏN DUYURU:

Değerli şair ve yazar dostlarımız; Avrasya Sanat Kültür Edebiyat ve Bilim Federasyonu olarak, sizler için çok güzel bir proje hazırladık.
“SENİN DE KİTABIN OLSUN”
kampanyası ile herkes kitabını çıkarabilecek.
Afişimiz de tüm detayları bulabilirsiniz.
Kampanyamız tüm ülkelerde geçerlidir.
********************************************
KATILIM İÇİN BAŞVURANLAR 1.Grup
1-Sona İsmayılova-Azerbaycan
2-Ali Küçük -Antalya
3-Vahdettin Işıldak-Bursa
4-İdris Kasap-İsveç
5-Zamin Rüstemov-Nahçıvan
6-Rüstem Aziz- Bulgaristan.
7-Süleyman Güzel-Antalya
8-Cumali Durmaz-Şanlıurfa
9-Ceyhun İpteş-Adana.
10-Ayhan Haceroğlu-Kerkük.
11-Yahya Azeroğlu-Iğdır
12-Aydın Tazegül-Almanya

Mənbə: SAVAŞ ÜNAL

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Azərbaycan yerli üzüm sortları

Hər biri Axərbaycan xalqının linqivistik və əkinçilik mədəniyyətinin, o cümlədən qədim toponimlərinin, etnoqrafiyasının elementlərini özündə əks etdirən yerli ənənəvi üzüm sortlarının bəlkə də bir qisminin bir-birinin sinonimləri, variasiyaları, klon və biotipləri olmasına baxmayaraq, onların hər biri təbiətin bir incisidir.

AZƏRBAYCANIN ABORİGEN ÜZÜM SORTLARI:

  1. Abşeron gəlinbarmağı .
  2. Abşeron xatını
  3. Abşeron keçiəmcəyi
  4. Abşeron qızıl üzümü
  5. Abşeron mərəndisi
  6. Ağ Aldərə
  7. Ağ anqur
  8. Ağ Beyləqani
  9. Ağ dəvə gözü
  10. Ağ gavra
  11. Ağ göybəndəm
  12. Ağ gülabi
  13. Ağ Hüseyni
  14. Ağ Xəlili
  15. Ağ xərci
  16. Ağ kalambir
  17. Ağ kürdaş
  18. Ağ lkeni
  19. Ağ mələyi
  20. Ağ mərəndi
  21. Ağ mövücü
  22. Ağ nabitnoy
  23. Ağ oval kişmiş
  24. Ağ sateni
  25. Ağ səabi
  26. Ağ şanı
  27. Ağ şiray
  28. Ağ şireyi
  29. Ağ şirşira
  30. Ağ tayfı
  31. Ağ tezyetişən üzüm                                                                       
  32. Ağ üzüm
  33. Ağ yay üzümü
  34. Ağa görməz
  35. Ağdam Xəzərisi
  36. Ağdam keçiəmcəyi
  37. Ağdam qızıl üzümü
  38. Ağrı
  39. Al anqur
  40. Ala göz
  41. Ala şanı
  42. Alıxanlı bəy üzümü       
  43. Alıxanlı keçiməməsi
  44. Alıxanlı qara göz
  45. Alıxanlı qara üzümü
  46. Ambəri
  47. Arayatlı qara üzümü
  48. Arazbarı
  49. Arı mərəndi
  50. Arna-qrna
  51. At xərci
  52. At üzümü
  53. Ay boğan     
  54. Aynuri        
  55. Azəri
  56. Bayanşirə
  57. Beyləqani
  58. Bəhrəli
  59. Bələdi
  60. Bəndi
  61. Bərci
  62. Boyaxanı
  63. Boz mərəndi      
  64. Calal üzümü
  65. Cəlali
  66. Çaqqal boğan
  67. Çəhrayı kişmiş
  68. Çəhrayı sahibi
  69. Çəhrayı səabi
  70. Çərəz
  71. Çil üzüm
  72. Çilar
  73. Dağ xəlili     
  74. Dana burnu
  75. Dana gözü
  76. Danqur
  77. Daş kişmiş
  78. Daş qara
  79. Daş mərəndi
  80. Daş üzüm
  81. Debe gülabi
  82. Dəvə gözü
  83. Dəvəçi ağ çiləyisi
  84. Dəvəçi həlimleyisi           
  85. Dəvəçi qara üzümü
  86. Dəvəçi qızıl üzümü
  87. Dik xərci
  88. Dikar
  89. Dostluq
  90. Duğşayi
  91. Duzalı
  92. Dürzəl
  93. Eşeni
  94. Əfəndi
  95. Əhmədbəyli ağ şireyisi
  96. Əhmədbəyli qızıl üzümü    
  97. Əli Məmməd
  98. Əmiri
  99. Əsgəri
  100. Ət xərci
  101. Ət mərəndi
  102. Ətirli
  103. Əziz
  104. Əzizi
  105. Faraşi
  106. Fatmayi
  107. Fikrəti         
  108. Fokeltrayben
  109. Füzuli keçiməməsi
  110. Füzuli qara keçiməməsi
  111. Gavangir
  112. Gəlşən
  113. Gəncə keçiməməsi
  114. Gəncə qızıl üzümü
  115. Gəncəvi
  116. Gilami
  117. Gilan üzümü
  118. Gomuşiməmə     
  119. Göz üzüm
  120. Gözəl üzüm
  121. Gül mərəndi
  122. Gülabi
  123. Güney
  124. Hacı Abbas
  125. Haçabaş
  126. Həxi-bağı
  127. Həməşərə        
  128. Həzixan
  129. Hüseyni
  130. Xalac
  131. Xalbasar
  132. Xam xəlili
  133. Xan üzüm
  134. Xanımı
  135. Xart-xart
  136. Xatın xərci
  137. Xatını
  138. Xəmri
  139. Xəzani
  140. Xəzəri
  141. Xəzri
  142. Xımbi
  143. Xindoqnı
  144. Xırça kişmiş
  145. Xnuşinaq
  146. Xorxoru
  147. Xungi
  148. Xurdaş
  149. İkicinsli ağ şanı   
  150. İkicinsli çırağı
  151. İnəkəmcəyi
  152. İri Həxi-bağı
  153. İri salxım
  154. Kal üzüm
  155. Kanançeni
  156. Kanançkeni krsoviy
  157. Kaniçeli
  158. Katveni
  159. Kəpəz
  160. Kərçəvani
  161. Kərimqəndi
  162. Kırt-kırt
  163. Kolyaska
  164. Kök kişmiş
  165. Krmırkeni yerqar gileni
  166. Kürd üzümü
  167. Kürdəxanı qara şanısı
  168. Kürdəşi
  169. Qala kişmiş
  170. Qara Alaxura
  171. Qara Aldərə
  172. Qara Arna-qrna
  173. Qara dəli
  174. Qara Dərbəndi
  175. Qara Dirənək
  176. Qara göybəndam
  177. Qara göz
  178. Qara gülabi
  179. Qara haçabaş
  180. Qara xatuni
  181. Qara Xəlili
  182. Qara xəzani
  183. Qara kişmişi
  184. Qara kürdaş
  185. Qara qənd üzümü
  186. Qara quş ürəyi
  187. Qara lkeni
  188. Qara mərəndi
  189. Qara mövcü
  190. Qara öküz gözü
  191. Qara pişras
  192. Qara Salyan üzümü
  193. Qara sateni
  194. Qara səbzə
  195. Qara sərmə
  196. Qara sirkeyi
  197. Qara şabranı
  198. Qara şanı
  199. Qara Şiradzuli
  200. Qara şireyi
  201. Qara şirəli üzüm
  202. Qara şirin
  203. Qara urza
  204. Qara varteni
  205. Qarabağ kərimrenisi
  206. Qarabağ qırmızı üzümü
  207. Qaraçı
  208. Qarağat
  209. Qarağat (Гарагат, Garagat)
  210. Qarğa dili
  211. Qazxanı
  212. Qevanqur
  213. Qələmi
  214. Qırmızı burun
  215. Qırmızı Hüseyni
  216. Qırmızı xərci
  217. Qırmızı mərəndi
  218. Qırmızı üzüm
  219. Qızılı gecyetişən
  220. Qlbalayı
  221. Qoç üzümü
  222. Qonur Astarxanbazar üzümü
  223. Qoyun gözü
  224. Qrqri
  225. Quş ürəyi
  226. Leyli
  227. Mahmuddavi
  228. Mahmudu
  229. Maloplodniy
  230. Maştaga xatınısı
  231. Mehri qara
  232. Mehri tezyetişən
  233. Mədrəsə
  234. Məmmədova
  235. Mərəndi
  236. Mərəndil
  237. Mərməri
  238. Mərməri kişmiş
  239. Məşədi Əli
  240. Milaq
  241. Mingəçevir
  242. Misqalı
  243. Molla üzümü
  244. Mövlu
  245. Muxtarı
  246. Nadirqulu
  247. Naxçıvan çəhrayı kişmişi
  248. Naxçıvan gülabisi
  249. Naxçıvan xatınısı
  250. Naxçıvan inəkəmcəyi
  251. Naxçıvan qara şanısı
  252. Naxçıvan qızıl üzümü
  253. Naxçıvan səabisi
  254. Nar kolu üzümü
  255. Nardaran Dərbəndisi
  256. Naz-nazı
  257. Nəbi üzümü
  258. Nəğşəbi
  259. Nənəm üzümü
  260. Novrast
  261. Nübarlıq üzüm
  262. Oruc baba
  263. Pişik gözü
  264. Prodolqovatıy
  265. Razbrod
  266. Sabir
  267. Sahibi
  268. Saqi
  269. Salyan
  270. Salyan sahibisi
  271. Sapda durmaz
  272. Sara
  273. Sarı Aldərə
  274. Sarı kirak
  275. Sarı kişmiş
  276. Sarıgilə gecyetişən
  277. Sarıgilə ortayetişən
  278. Sarıgilə tezyetişən
  279. Sarmayi
  280. Sev krçovi
  281. Sev vartkeni
  282. Seyid Əmiri
  283. Səbzə
  284. Səkinə xanım
  285. Sərçə ürəyi
  286. Sibi Abbas
  287. Sıx
  288. Sıx salxım
  289. Sısak
  290. Siyəzən şirəyisi
  291. Slava Miçurina
  292. Spitakeni
  293. Su üzümü
  294. Sultan şirə
  295. Şabranı
  296. Şahangül
  297. Şahani
  298. Şah-şahı
  299. Şaxtaxtı
  300. Şal üzüm
  301. Şamaxı Mərəndisi
  302. Şəfeyi
  303. Şəkərbari
  304. Şəkərbura
  305. Şəkəri
  306. Şərabi
  307. Şıxverdi
  308. Şiray
  309. Şireyi
  310. Şirəkəni
  311. Şirəli
  312. Şirəskəbi
  313. Şirvanşahı
  314. Talibi
  315. Tatlı
  316. Tezyetişən qara üzüm
  317. Təbərzə
  318. Təbrizi
  319. Təmbeyi şireyi
  320. Tozlanmayan çırağı
  321. Tula gözü
  322. Turabi
  323. Tülküquyruğu
  324. Vedi qara üzümü
  325. Vəznə
  326. Yabı
  327. Yaqubi
  328. Yaquböğlu
  329. Yalançı gülabi
  330. Yalançı şanı
  331. Yay üzümü
  332. Zalxa
  333. Zeynəbi

“Vətənimizin ən ucqar meşəsində artıq çoxdan qurumuş ən qoca ağacın qabığının altında özünə məskən seçmiş ən xırda həşaratın müqəvvası da bizim üçün dəyərlidir… Belə bir gözəl, zəngin məmləkəti bizə Vətən kimi seçdiyinə görə Uca Yaradana nə qədər şükür etsək azdır… Min şükür…” Zaur Ustac 

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Zaur Ustac – Gərək şeiri

GƏRƏK
Gədadan bəy olmaz, geysə zərxara,
Nəcabət adamın kökündə gərək.
Soysuzda ar olmaz, qanmazda həya,
Əzəmət insanın görkündə gərək.
* * *
Arif olan ağzı yelə dolanmaz,
Çeşmə suyu ha lillənə bulanmaz,
“Suzuz quyu su tökməklə sulanmaz”,
Kəramət quyunun təkində gərək.
* * *
Ustac önəm verər söhbətdə süsə,
Düşməsin bir kimsə qəflətdə sisə,
Heç zaman söyməyin əbcəddə nəsə,
Məharət hesabın təkində gərək…

Müəllif: Zaur Ustac – زائـــور اوستاج
© Zaur USTAC,2019. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

Bakıda ilk “Kitab dayanacağı”

Ötən günlərdə (14.10.2019) şəhərimizdə mühüm bir mədəniyyət hadisəsi baş verib. Belə ki, analoji çörək və digər zəruri ərzaq, geyim – paltar köşkləri (kiosk) olsa da, bu gün şəhərimizdə bəlkə də yuxarıda sadalananlardan daha zəruri bir ehtiyacı qarşılamaq üçün bir ilkə imza atılıb. ASAN xidmət ofislərində və digər ayr-ayrı qapalı müəəssisələrdə nəzarət altında olan belə köşklər artıq uzun zamandır fəaliyyət göstərsə də açıq şəraitdə, nəzarətsiz – xüsusi bir mədəniyyət formasının formalaşdırılmasına xidmət edəcək – şəhər sakinlərinin və qonaqların pulsuz istifadə edə biləcəyi ilk “Kitab daianacağı” istifadəyə verilib. Açılış mərasimində bir çox tanınmış simalar iştirak edib. Xalq yazıçısı Çingiz Abdullayev fikirlərini belə ifadə edib (orijinal) :

“Сегодня открывал новый киоск в городе где выставлены бесплатные книги для чтения. На Ага Нейматулла 105. Некоторые писатели не понимают как можно выставлять бесплатные книги. Но это как раз помогает воспитывать Ваших читателей. Во многих странах мира уже есть такая практика. В нашей Центральной Библиотеке тоже. Чем больше будет читателей, тем лучше. Для всех!”

TƏDBİRDƏN FOTOLAR:

Bu tədbiri alqışlayır, başda Çingiz müəllim olmaqla bütün əməyi keçən insanlara – xüsusi dəstəyə görə – Bəhram Bağırzadəyə təşəkkürlərimizi bildiririk. Belə köşklərin daha mərkəzi və eyni zamanda ucqar, – insanların dayanacaqlarda daha çox dayanıb gözlədiyi – ehtiyac olan hər yerdə sayının artırılmasını arzu edirik. Necə deyərlər artıq nümunə var. Qalır davam etdirmək. Kimin nə düşünməyindən asılı olmayaraq biz insanlar daha çox kopyalayıcıyıq. Bir daha təbriklər. Mübarəkdir…

Mənbə:Çingiz Abdullayev

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Pərvanə Bayramqızı

  “Lazım
Qapının yavaş-yavaş aralandığını görüb eynəyini çıxarıb içəri kimin girəcəyini gözlədi. Amma heç kəs görünmürdü. Nəsə baş verəcəyini hiss edirdi. Gözləməyə hövsələsi çatmadı, durub qapıya tərəf getdi. Yalnız indi cəftəni tutan əli gördü. İrəli gedib əyilib kimin olduğunu yoxlamaq üçün başını dəhlizə tərəf uzatdı. Qarşısında arıq, çəlimsiz bir şəxs gördü. Təəccüblə -Sizə kim lazımdır? – deyə soruşdu. Adam boynunu büküb çiyinlərini çəkib -mənə Siz lazımsınız- dedi.
-Mən?
-Hə, Siz.
Bir anlıq özünü itirdi, həyəcandan tərlədi. Dəsmalını çıxarıb alnını o ki var sürtdü. Elə bil çirkli döşəmə silirdi. Udqundu. İstədi təzim etsin amma ağlına gəldi ki, yox bunun iri gövdəsi, gövdəsinin yarısını “təşkil edən” yekə qarnı, qoltuğunda qovluğu yoxdur. Görünür yuxarılardan gəlməyib. Sakitləşdi. Dərindən nəfəs alıb qayıdıb yerində oturdu. Yenə boyun-boğazını sildi. Adama əli ilə gəl işarəsi verdi. Bayaqdan yazıq-yazıq dayanıb onun qərarını gözləyən adam gəlib stolun qabağında durub fağır görkəmini dəyişmədən onun üzünə baxdı. Bu baxışlardan şad olmadı. Belə görkəmdə olanlar ondan yalnız iş istəyirdilər. Könülsüzcə -adınızı deyin- deyib qələmi əlinə aldı, stolun üstündəki kağıza nəsə qeyd etmək üçün adamın cavabını gözlədi. Adamsa özünü itirdiyindən dinə bilmirdi. Adının soruşulduğu ona yuxu kimi görünürdü. Müraciət etdiyi müəssisələrin qapısından həmişə ümidsiz qayıtmışdı. -Rəis iclasa gedib- deyib yanından saymazyana keçmişdilər. Bu dəfə isə rəis hesab etdiyi səlahiyyətli şəxs onu özü danışdırırdı. “Rəis” sualı yenə verməsəydi elə biləcəkdi yenə xəyallardadır.
-Lazım.-deyib susdu.
Cavabdan heç nə başa düşməyən rəis gözlərini bərəldib
-Nə lazım? – deyə soruşdu.
Utana-utana- adımı soruşdunuz -dedi. Adım Lazımdır.
-Əlbəttə adınız lazımdır, ona görə soruşuram.
-Mən Lazımam, rəis.
Ağzından rəis sözü necə çıxdığını bilmədi. Onun aləmində kabineti, stolu, eynəyi olan hər kəs rəis idi, rəislərə ancaq bunlar lazımdır.
-Nə? -“rəisin” gözləri az qala hədəqəsindən çıxsın. Elə bil kimsə ikiəllə onu boğmağa başladı. Nəfəsi təngidi. Yerindən sıçrayıb -Ay adamlar, Lazım gəlib çıxdı- deyə qışqıra-qışqıra dəhlizə qaçdı. Bir-bir bütün qapıları açıb işçiləri səslədi. Kimi onun arxasınca bayıra qaçır, kimi də yerində dayanıb mat-məətttəl baxırdı. Onun hərəkətindən heç nə anlamayan bayaqdan dirək kimi otağın ortasında dayanan fağır adam qəfil yerindən götürülüb rəisin dalınca qaçdı. İndi o da qışqırırdı. Amma rəisdən fərqli olaraq onun səsində yalvarış duyulurdu.
-Rəis, vallah mən özümdən başqa heç kəsə lazım deyiləm. Qayıdın. Qorxmayın çıxıb gedirəm. Təki siz yerinizdə rahat oturun. Qayıdın, rəis.
Rəis isə onu eşitmirdi.

Müəllif: Pərvanə Bayramqızı 

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Aşıq Ədalət – sonuncu ifa

Aşıq Ədalətin sonuncu ifası – “Yanıq kərəm”, “Ay qaçaq Nəbi” və s.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ELAN VER

Подать объявление

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

İLİN ƏN ÇOX OXUNAN KİTABI

İllər dəyişdikcə nəticə də dəyişir. Ötən illərdə həftəlik ortalama nəticələr artıq sutkalıq nəticəyə çevrilmişdir. Beləki, “Gülünün şeirləri” kitabına və ayrı-ayrı şeirlərə müraciət nəticəsində ortalama sutkalıq müraciət sayı 550 – 650 arasında dəyişir. Demək olar ki, oktyabr ayından may ayına kimi digər yazı və yazarlar top doqquzluğa çox nadir hallarda düşə bilirlər (məhz bu səbəbdən biz ikinci bir “yazarlar” – yeni 2019-cu ilin iyun ayından – istifadəyə verməyə məcbur olduq və artıq orada da eyni nəticələr təkrar olunmağa başlayır). Bu heç də onların zəif olması anlamına gəlməməlidir. Sadəcə olaraq, hərflərə aid şeirlər müraciət edənlərin sayı daha çox və fəaliyyət və istəkləri daha intensivdir. Ümumi nəticədə 2011 – ci ildən tam açıq və pulsuz olaraq internet üzərindən oxycuların istifadəsinə verilmiş “Gülünün şeirləri” kitabı 2015-cildən bu yana müntəzəm olaraq, hər il təxmini iki qat artan müraciət sayı ilə ilin ən çox oxunan kitabı olur.

YENI YAZARLAR – 04.10.2019

Qeyd:

04.10.2019 – cu il tarixə ən çox nəticənin qeydə alındığı saytın İP ünvanı üzrə daimi izləyicisi 95. 617  -ə bərabərdir.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Vəliyev İlham Əli oğlu

BİR  MÜƏLLİM  TANIYIRAM

Bu gün onların günü. Bu gün onların sınağa çəkildiyi, yoxlanıldığı gündür. Hər il bugünkü gündə onlar ya “Müəllim” adlı qala divarına bir qızıl kərpic qoyub bu adı bir basamaq da yüksəldir, ya da yazıq, günahsız uşaqların müəllimlərinə söydürürlər. Nədənsə “Müəllim” sözü eşidəndə ilk ağlıma gələn şəxs Üzeyir Hacıbəyov olur. Bu haqda söhbətə başlamazdan əvvəl öz dünyasını dəyişmiş müəllimlərimi rəhmətlə anmaq, sağ olanlara isə uzun ömür, can sağlığı diləmək istəyirəm. Allah Bayramov Əbdüləli, Qsımov Həsən (Ağdam rayon, Yusifcanlı kənd orta məktəbi), m-r Orucəliyev Malik (BABKM) kimi müəllimlərə qəni-qəni rəhmət eləsin. K-n Əmirəliyev Füzuli (BABKM), Süleymanov Rasim (BDU) kimi müəllimlərə uzun ömür, can sağlığı versin. Bir müəllim də var, hansı ki, bu yazımı ona həsr etmişəm və onun haqqında geniş söhbət açacam. Ancaq, onun haqqında danışmazdan əvvəl hal-hazırda müəllimlik fəaliyyəti ilə məşğul olub, hər gün 20-30 şagird və ya tələbənin olduğu sinif otaqlarına – auditoriyalara baş çəkən müəllimlərə xatırlatma olsun deyə qısa bir haşiyəyə çıxmaq istəyirəm.

HAŞİYƏ

Deməli, BABKM –da oxuyanda bir “müəllim” var idi, bizə zenit silahlarının istismarı fənnindən dərs deyirdi. Dərs vaxtı orda-burda avaralanar, dərsləri boş keçərdi. İmtahan vaxtı TKM-i çağırıb deyərdi ki, bütün qurupdan filan məbləğdən yığmalısan. Ya hamı, ya heç kim. Siyahıda nə qədər kursant var hamısı verməlidir. Mənim pul verməyəcəyimi bildikdə isə deyərdi: – “onda Mustafayev, uzağı ondan başqa da bir nəfər – Rüstəmov Elnuru nəzərdə tutardı – qiymət alacaq, qalanları kəsildi” Uşaqları salardı üstümə: – “sənə görə biz də kəsiləcəyik” – qəribə məntiq olsa da reallıq belə idi. Mən də onlara yeganə çıxış yolunu göstərərdim (nə yaxşı ki, uşaq vaxtı rəhmətlik Sükeydə nənəm mənə  “Cırtdanın nağılı”-nı çox danışıbmış): “Mənim üçün fərqi yoxdur, kəsilmək istəmirsinizsə, mənim də əvəzimə yığın” və onlar məcbur olub, bunu edirdilər. Bir neçə dəfə belə hal olub. 90 – cı illərdə BDU –nun tələbələri Qrabağda şəhid olanda, Bakıda bir torba alçaya, almaya qiymət yazan, hətta “üçlük”, mobil telefonlar çıxandan sonra  “kontur” ləqəbi qazanmış müəllimləri var idi. Şamaxı Humanitar Kollecində isə Tədris hissə müdiri vəzifəsindən sui-istifadə edərək, bəzən fənn müəllimlərinin razılığı və xəbəri olmadan biabırçı-yalançı imtahanlar düzənləyib, tələbələri “kəsər”, sonra düzəltmək üçün pul yığardı. Zənn edərdi ki, heç kim bunu anlamır… Biz orta məktəbdə oxuyanda belə söhbətlər yox idi. Əksinə müəllimlər dəftər-qələmi olmayana gələn dərs evdən gətirədi, ya da anındaca şkafdan çıxarıb verərdi… Ta indikilər kimi çığırıb-bağırmaz, kiminsə, nəyinsə xatirinə həkimlərdən öyrəndikləri metodlarla lazımlı-lazımsız əlavə vəsaitləri uşaqlara bəlkə də valideyinin sonuncu 5-6 manat çörək pulu, yol pulu  üçün saxladığı vəsaitə aldırıb, sonra ilboyu arasın açmadan bir küncdə yatırtmazdılar… Bunlar həqiqət olsa da, necə deyərlər, dünya təkcə bunlardan ibarət deyil. Sadəcə, sözüm bəzi müəllimlərə odur ki, diqqətli olsunlar. Allah bilir bu gün onların qarşısında oturan şagird və tələbələr sabah nələr danışıb, nələr yazacaqlar. Bu qədər geniş və təfsilatlı girişin yalnız bir məqsədi var dünya təkcə bu gündən ibarət deyil, bunun sabahı da var… Və həmişəki kimi bizim pislərlə işimiz yoxdur: – “pis elə pisdir” onlar həmişə olublar və olacaqlar. Sadəcə tək-tək fərdlər yaxşılardan nümunə götürüb yaxşı olsunlar deyə, bilməməzlikdən bu girdaba yuvarlanmasınlar deyə nümunəvi, nəsə öyrənilə biləcək şəxslərdən, nümunələrdən yazmaq, təbliğ etmək lazımdır. Bugünkü qəhrəmanım, haqqında söhbət açacağım şəxs Şamaxı Dövlət Regional Kollecinin direktoru İqtisad elmləri namizədi, dosent, İlham Vəliyevdir.

QISA ARAYIŞ

Vəliyev İlham Əli oğlu, 7 oktyabr 1959 –cu ildə Tovuzu rayonunun Əlibəyi  (yəqin ki, bu kəndi hamı tanıyır) kəndində müəllim ailəsində anadan olub. Azərbaycan Dövlət Pedoqoji Universitetinin Riyaziyyat fakültəsini bitirib. Müəllimliklə başladığı fəaliyyəti dövründə  indiyə qədər bir çox təhsil müəssisələrində müxtəlif  vəzifələrdə çalışıb. İqtisad elmləri namizədi, dosentdir. Hal-hazırda özündən söz etdirən Şamaxı Dövlət Regional Kollecinə rəhbərlik edir.

İlham müəllimi 2017 ci ildən – Şamaxı Dövlət Regional Kollecinə rəhbərlik etməyə başladığı ilk günlərdən tanıyıram. O vaxt diqqətimi çəkən onun kollecə rəhbərlik etməyə başladıqdan sonra təhsil müəssisəsində abu-havanın dəyişməsi və yerli camaatın  onun haqqında müsbət fikirləri olmuşdu. Və həmin vaxt İlham müəllimlə görüşüb ətraflı söhbət etmiş, nəticədə mətbuatda “STEREOTİPLƏRİ YOX EDƏN ADAM” adlı yazı ilə çıxış etmişdim. Bu yazı mənim 23 yazımdan 12-cisi olub, elm və təhsillə bağlı, eləcə də digər kütləvi elekton vasitələrdə yayımlanmaqla bərabər, “YARADANLA BAŞ-BAŞA” kitabıma on ikinci yazı kimi daxildir.  Bu il (2019) sentyabrın 9-u, ya 10 – u idi. Mobil telefonuma zəng gəldi – İlham müəllim idi. Salamlaşdıq, danışdıq, hal-əhval tutduq. İlham müəllim məni kollecdə 16 sentyabr Bilik Günü münasibəti ilə təşkil olunmuş tədbirdə bir məzun kimi çıxış etməyə dəvət edirdi. Məmuniyyətlə qəbul etdim, vədələşdik. Ayın 16 – sı səhər saat 9:00 –da Şamaxıda olmalı idim. Əvvəlcədən şair-publisist “Həftə içi” qəzetinin və “Hafta.az” sayıtının əməkdaşı Qələndər Xaçınçaylı da mənimlə getməyi planlaşdırsa da, son anda planlaşdırlmamış vacib iş çıxdığına görə gedə bilməyəcəyini bildirdi. Və mən ehtiyat əməkdaş, mənim  şəxsi fotoqrafım Tuncay bəylə gedəsi oldum. Vədə günü səhər saat 9-a 15 dəqiqə qalanda biz artıq hadisə yerində idik. Olduqca maraqlı tədbir keçdi. Mən də gənclərə, xüsusi ilə birinci kurs tələbələrinə bir məzun kimi tövsiyə xarakterli çıxışımı etdim. Eyni zamanda onlara iştirak edə biləcəkləri davam edən“Kərəmli – 700” layihəsi barədə məlumat verdim. Ustac.az və Yazarlar.az adından İlham müəllimə layiq görüldüyü digər məşhur bir müəllimin adına olan “Vintsas” Mükafatını təqdim etdim. Tuncay bəy də çəkdi. Sonra onun kabinetində bir-neçə il əvvəl qaldığımız yerdən söhbətimizə davam etdik. İlham müəllim böyük şövqlə bu il kollecin 35 məzunun imtahansız – subbakalavr diplomu ilə ali məktəblərə qəbul olunduğunu bildirdi. (Səmimiyyətimə inanın, İlham müəllim bu nəticəyə elə sevinirdi ki, elə bil öz doğmaca övladları ali məktəbə daxil olub. Halbuki, elə valideyinlər var, övladı ali məktəbə daxil olanda nəinki, sevinmir, hətta onlara maneə olmağa çalışır. Örnəyi ilə elə bu ilki qəbulda da rastlaşdıq…) Sonra ümumi mənimsəmədə ən aşağı nəticənin 53% – ə çatdırıldığını bu yöndə fəaliyyətin davam etdiyini bildirdi. Söhbət zamanı hiss edirdim ki, İlham müəllim məni boş-boşuna dəvət etməyib. Əvvəlki dövürlərdən xəbərdar olan və nə olur, olsun səmimi olacaq bir şəxs kimi mənim fikrimi bilmək istəyir ki, görsün nə qədər fərq, dəyişiklik var. İlham müəllim, buradan tam səmimi olaraq demək istəyirəm ki, çox fərq var. Bu fərq artıq Şamaxıya daxil olan kimi əhalinin, tələbələrin söhbətindən, kollecdəki abu-havadan, müəllimlərin və tələbələrin davranışından hiss olunur. Rəqəmlər və nəticələr də göz qabağında. Sağollaşıb çıxanda İlham müəllim yenə ilk görüşümüzün sonundakı kimi hələ nöqsanların olduğunu və onların səylə aradan qaldırmağa çalışdıqlarını bildirdi. Haqlı olaraq qeyd etdi ki, bu iş çox vaxt rəhbərlik və müəllimlərdən asılı olmur bəzi valideynlər, tələbələr dəfələrlə onlara “yalnız oturub oxumaq lazımdır” – deyilməsinə rəğmən yenə digər yollar axtarırlar və aldanırlar, səhv edirlər, əsassız söz-söhbətlərə səbəb olurlar. Bu yerdə lap indi dəbdə olan məktəblərdə sinif valideynlərinin “vatsap” qrupları yadıma düşdü. Təhsil naziri əmr verir, məktəb direktorları hər dəfə iclas edib az qala bir-bir hər valideyinə şəxsən çatdırır. Hər küncə-divara məlumat-bildiriş yapışdırır… Bir də görürsən bir valideyin düşdü ortaya, bəs ayıbdı “Müəllimlər günü” gəlir pul yığmaq lazımdır. Özü də nə az, nə çox filan qədər ha… Nəsə mətləbdən uzaqlaşmayaq. Necə deyərlər pislər qalsın, pis yerində…

Bəli sevinirəm ki, belə bir müəllim tanıyıram və bu gün onun da günüdür. Gününüz mübarək, İlham müəllim. Sizə uzun ömür, can sağlığı və başladığınız bütün işlərdə müvəffəqiyyətlər arzu edirik. Uğurlarınız bol olsun!!! Heç narahat olmayın, nəticələr əladır və kənardan olduqca gözəl görünür. Xüsusi ilə qeyd etmək istəyirəm ki, fərq çox böyükdür. Ümumi mənafeyi düşünən bütün vətənpərvər vətəndaşlarımız adından Sizə çox sağ olun deyirik. Başladığınız işdə Uca Yaradan yar və yardımçınız olsun. Var olun!!!

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2019. Bakı.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru