Azərbaycan Yazıçılar Birliyi

Azərbaycan Yazıçılar Birliyi haqqında

Azərbaycan Yazıçılar İttifaqı 1934-cü il iyunun 13-də Bakıda Azərbaycan yazıçılarının I qurultayında yaradılmışdır. O vaxta qədər Azərbaycan yazıçıları ayrı-ayrı ədəbi birləşmələrin tərkibində fəaliyyət göstərirdilər. 1923-cü ildə Azərbaycan yazıçılarını bir təşkilatda birləşdirmək zərurəti meydana çıxarkən bir neçə yazıçı çap etdirdikləri müraciətdə “Türk ədib və şairlər ittifaqı dərnəyi” təsis etdiklərini bildirdilər. Həmin ədəbi birlik “İldırım” adlanırdı. “Qızıl qələmlər” ədəbi cəmiyyəti də təxminən bu dövrlərdə formalaşmış, öz ətrafına gənc ədəbi qüvvələri toplamışdı. Bu cəmiyyət əsaslı və ədəbi təşkilat kimi 1925-ci il dekabrın 25-də Bakıda yaradıldı, ədəbi dərnəkləri öz ətrafında birləşdirdi. “Qızıl qələmlər” cəmiyyəti tez-tez müşavirələr, ədəbi gecələr, görüşlər, məruzələr təşkil edir, tədbirdər həyata keçirirdi. “Maarif və mədəniyyət” jurnalında, “Kommunist” və “Gənc işçi” qəzetlərində müntəzəm verilən ədəbi materiallar, “Qızıl qələmlər”, “Oktyabr alovları” almanaxları və ayrı-ayrı məcmuələr ədəbiyyatın təbliğinə, kütləvi surətdə yayılmasına xidmət edirdi. 1927-ci il iyul ayının əvvəllərində Azərbaycan yazıçılarının birinci ümumi yığıncağında bütün ədəbi qüvvələri bir təşkilat ətrafında birləşdirmək qərara alındı. Beləliklə, Azərbaycan Yazıçılar Cəmiyyətinin müvəqqəti idarə heyəti yarandı. Bakıda Ümumazərbaycan yazıçılarının birinci (13.01.1928) və ikinci qurultayı (20.X.1929) çağrıldı. 

ÜİK(b)P MK-nın ədəbi-bədii təşkilatların yenidən qurulması haqqında 1932-ci il 23 aprel tarixli qərarından sonra Azərbaycan Yazıçılar Cəmiyyətinin yenidən qurulması haqqında təşkilatı tədbirlər görüldü və Azərbaycan Yazıçılar İttifaqı yaradıldı
 

İDARƏ APARATI:

Anar – sədr – Azərbaycan Yazıçılar Birliyini təmsil edir, Birliyin işinə ümumi rəhbərlik edir, müqavilələr bağlayır. www.anar.az 
Fikrət Qoca – birinci katib – icra aparatına rəhbərlik edir, sədr vəzifələrini müvəqqəti icra etmədikdə onu əvəz edir. www.fikretqoca.az 
Çingiz Abdullayev -katib (təşkilat – təsərrüfat məsələləri üzrə) www.chingizabdullayev.ru 
İlgar Fəhmi – katib (yaradıcılıq məsələləri üzrə)
Rəşad Məcid – katib (gənclərlə iş üzrə)
Nazim İbrahimov – sədr müavini





Azərbaycan Yazıçılar Birliyinin Rəhbərləri:
 

Məmmədkazım Ələkbərli

(1905-1938) 
Ələkbərzadə Məmmədkazım — tənqidçi, 1934-cü ildən AYB-nın üzvü. 

1905-ci il yanvarın 24-də Dərbənd şəhərində anadan olmuşdur. Bakıda, APİ-nin dil və ədəbiyyat fakültəsində təhsil almışdır (1923-1927). Moskvada Qırmızı professorlar (1930-1934) institutunda təhsilini davam etdirmişdir. 

ADU-nun rektoru, müxtəlif illərdə AYİ idarə heyətinin sədri, Azərbaycan KP MK yanında «Kommunist» nəşriyyatının direktoru, «Ədəbiyyat qəzeti», «Bakinski raboçi». «Vışka» qəzetlərində baş redaktor olmuşdur. 

«İdealizm və materializm və yaxud yeni fəlsəfə» (1927), «Yeni əlifba və orfoqrafiya» (1929), «Azərbaycan ədəbiyyatı» (1935) kitablarının müəllifi olmuşdur. 

1938-ci ildə cəza təqdirləri dövründə güllələnmişdir.


 


Seyfulla Şamilov
1936


(1902-1974)

Şamilov Seyfulla Əli oğlu — nasir, publisist, tərcüməçi, 1937-ci ildən AYB-nın üzvü.

1902-ci il oktyabrın 10-da Azərbaycanın Qazax qəzasının Tatlı kəndində anadan olmuşdur.

Bakıda partiya məktəbini bitirmişdir (1921-1925). Azərbaycan Dövlət Pedaqoji İnstitutunda fəlsəfə kafedrasının dosenti (1931-1933), «Kommunist» qəzetində məsul redaktorun müavini, «Gənc işçi» qəzetinin məsul redaktoru, Azərbaycan Proletar Yazıçılar Birliyi təşkilat komitəsinin sədri (1932), Azərbaycan Yazıçılar İttifaqı idarəsinin sədri (1936), «İnqilab və mədəniyyət» jurnalının, «Əədəbiyyat qəzeti»nin məsul redaktoru (1936-1937), Uşaqgəncnəşrdə baş redaktor (1955-1962) vəzifələrində işləmişdir. «Şərəf nişanı» ordeni və Mədəniyyət Nazirliyinin «Əlaçı işçi» fəxri medalı ilə təltif olunmuşdur.

«Leninin pedaqoji üsulları» (1925), «Dördüncü il» (1929), «Laçın» (1932), «Seçilmiş əsərləri (1974), «Nigarın məcarası» (1977) kitablarının müəllifi olmuşdur.
 


Rəsul Rza
1938-1939


(1910-1981)

Rzayev Rəsul İbrahim oğlu – şair, dramaturq, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Sosialist Əməyi Qəhrəmanı (1980), Azərbaycanın Xalq şairi (1960), SSRİ Dövlət mükafatı laureatı (1951), Azərbaycan Ali Sovetinin deputatı, Azərbaycanın Əməkdar İncəsənət xadimi (1945). 

1910-cu il mayın 19-da Azərbaycanın Göyçay şəhərində maarifpərvər ailədə doğulmuşdur. Tbilisidə Zaqafqaziya Kommunist Universitetinin korperasiya şöbəsində təhsil almışdır (1926-1927). Azərbaycan Elmi-tədqiqat İnstitutunun aspiranturasında (1931-1933), Moskvada Kinematoqrafiya İnstitutunda təhsilini davam etdirmişdir (1934-1937). 

«Gənc işçi» qəzeti redaksiyasında tərjüməçi, Bakı kinostudiyasında ssenari şöbəsinin rəisi (1937-1938), Azərbaycan Dövlət Filarmoniyasının müdiri (1938), Azərbaycan Sovet Yazıçıları İttifaqının sədri (1938-1939), Bakı kinostudiyasının müdiri (1942-1944), kinematoqrafiya idarəsində rəis (1944-1946), Azərbaycan SSR kinematoqrafiya naziri (1946-1949), Azərbaycan Sovet Ensiklopediyasının baş redaksiyasının baş redaktoru, Ümumdünya Sülhü Müdafiə Komitəsi Rəyasət Heyətinin üzvü, Afrika və Asiya ölkələri Sovet Həmrəylik Komitəsi Rəyasət Heyətinin üzvü və respublika üzrə sədri, SSRİ Yazıçılar İttifaqı Rəyasət Heyətinin üzvü, «Novosti» Mətbuat Agentliyinin Azərbaycan şöbəsi idarəsinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin (VII çağırış) deputatı, Azərbaycan KP təftiş komissiyasının üzvü seçilmiş, Lenin və SSRİ dövlət mükafatları komitəsinin üzvü olmuşdur. Xidmətləri yüksək qiymətləndirilmiş, ona fəxri adlar verilmiş, üç dəfə Lenin ordeni və medallarla təltif edilmişdir. 

«Qanadlar» (1939), «Çinar» (1939), «Könül səsləri» (1954), «İllər və sətirlər» (1966), «Duyğular, düşünjələr» (1964), «Üzü küləyə» (1978), «Seçilmiş əsərləri» beş cilddə (2002) və başqa kitabların müəllifi olmuşdur. 

1981-ci ildə aprelin 1-də Bakıda vəfat etmişdir. 
 


Süleyman Rəhimov
(1900-1983)


(1900-1983)

Rəhimov Süleyman Hüseyn oğlu – nasir, 1938-ci ildən AYB-nın üzvü, Azərbaycanın xalq yazıçısı (1960), Sosialist Əməyi Qəhrəmanı (1975).

1900-cu il martın 22-də Yilezavetpol quberniyası Zəngəzur qəzasının Əyin kəndində anadan olmuşdur. ADU-nun tarix fakültəsində təhsil almışdır. Azərbaycanın Laçın, Samux, Şahbuz və Noraşen rayonlarında rəhbər partiya işlərində çalışmışdır (1934-1937). Azərbaycan Yazıçılar Birliyinin sədri (1939-1940), (1944-1945), Azərbaycan K(b)P Bakı şəhər komitəsində təbliğat üzrə katib (1940-1941), Azərbaycan K(b)P MK-da təbliğat və təşviqat şöbəsinin müdir müavini (1941-1944), Azərbaycan Nazirlər Soveti yanında Mədəni-Maarif İşləri Komitəsinin sədri (1945-1958) vəzifələrində işləmişdir.

Azərbaycan Jurnalistlər İttifaqının «Qızıl qələm» mükafatına (1972) layiq görülmüşdür. Üç dəfə Lenin orleni (1946, 1970, 1975), «Qırmızı Əmək Bayrağı» (1959), «Şərəf nişanı» (1942) ordenləri və medallarla təltif edilmişdir.

«Şamo» (I,II c. 1931, 1940), «Saçlı» (1944), «Ata və oğul» (1949), «Mehman» (1953), «Ana və abidəsi» (1967), «Mahtəvan» (1968), «Seçilmiş əsərləri» (üç cilddə, 1968-1981) və s. kitabların müəllifidir.

1983-cü il oktyabrın 11-də vəfat etmişdir.
 


Səməd Vurğun

(1906-1956)

Vəkilov Səməd Yusif oğlu – şair, dramaturq, tərcüməçi, tənqidçi, ədəbiyyatşünas, publisist, ictimai xadim, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, iki dəfə SSRİ Dövlət mükafatı laureatı (1941-1942), Azərbaycan EA həqiqi üzvü (1945), Azərbaycanın Əməkdar İncəsənət xadimi (1943), filologiya elmləri fəxri doktoru (1956), Azərbaycanın Xalq şairi (1956). 

1906-cı il martın 21-də Azərbaycanın Qazax qəzasının Yuxarı Salahlı kəndində anadan olmuşdur. Moskvada II Dövlət Universitetinin ədəbiyyat fakültəsində təhsil almışdır (1929-1931). APİ-ni bitirib elmi-tədqiqat institutunda, daha sonra APİ-nin dil və ədəbiyyat fakültəsində aspirant olmuşdur. 1934-cü il Azərbaycan Sovet yazıçılarının I qurultayında İttifaqın məsul katibi seçilmişdir. Ümumittifaq sovet yazıçılarının I qurultayında Yazıçılar Birliyi rəyasət heyətinin üzvü (1934), ZŞFSR Mərkəzi İcraiyyə Komitəsinin üzvü (1935) seçilmişdir. Uzun müddət Azərbaycan Sovet Yazıçıları İttifaqı rəyasət heyətinə rəhbərlik etmişdir. 1954-cü ildə Azərbaycan EA-nın Prezident müavini seçilmişdir. 

İki «Lenin» ordeni, iki «Qırmızı Əmək Bayrağı» ordeni, «Şərəf nişanı» ordeni və medallarla təltif edilmişdir. 

«Azad İlham» (1939), «İstiqbal təranəsi» (1947), «Dram əsərləri» (1955), «Komsomol poeması» (1958), «Seçilmiş dram əsərləri və poemaları» (1974), «Seçilmiş əsərləri (iki cilddə)» 1976 və s. kitabların müəllifidir. 

1956-cı il mayın 27-də Bakıda vəfat etmişdir


 


Mehdi Hüseyn
1958-1965


(1909-1965)

Hüseynov Mehdi Əli oğlu – nasir, dramaturq, tənqidçi, 1943-cü ildən AYB-nın üzvü, SSRİ Dövlət mükafatı laureatı (1950), Azərbaycanın xalq yazıçısı (1964).

1909-cu il martın 22-də Azərbaycanın Qazax mahalının II Şıxlı kəndində anadan olmuşdur. ADU-nun pedaqoji fakültəsinin tarix şöbəsində təhsil almışdır (1926-1931), Moskvada Dövlət Kinematoqrafiya İnstitutu yanında akademiya tipli kinossenariçilər kursunu bitirmişdir (1938). Azərbaycan Proletar Yazıçıları Cəmiyyətinin məsul katibi, Azərbaycan Yazıçılar İttifaqı Təşkilat Komitəsinin məsul katibi (1930-1934) Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin katibi (1954-1958), biricni katibi (1958-1965) vəzifələrində işləmişdir. 

«Qırmızı Əmək bayrağı» ordeni və medallarla təltif olunmuşdur. 

«Ölkəm» (1947), «Abşeron» (1949), «Səhər» (1953), «Seçilmiş əsərləri» (üç cilddə, 1954), «Qara daşlar» (1959), «Yeraltı çaylar dənizə axır» (1966) və s. kitabların müəllifi olmuşdur.

1965-ci il martın 10-da vəfat etmişdir.
 


Mirzə İbrahimov
AYB idarə Heyətinin sədri və SSRİ Yazıçılar İttifaqının katibi
1970-1986


(1911-1993)

İbrahimov Mirzə Əjdər oğlu – nasir, dramaturq, ədəbiyyatşünas, publisist, 1934-cü ildən AYB-nın üzvü, Azərbaycanın xalq yazıçısı (1961), Azərbaycan Elmlər Akademiyasının akademiki (1945), SSRİ Dövlət mükafatı laureatı (1950), Azərbaycan Dövlət mükafatı laureatı (1965), Beynəlxalq Nehru mükafatı laureatı (1979), Azərbaycanın Əməkdar İcnəsənət xadimi (1941), Sosialist Əməyi Qəhrəmanı (1981), SSRİ xalq deputatı (1989). 

1911-ci il oktyabrın 15-də (28-də) Cənubi Azərbaycanın Sərab şəhəri yaxınlığındakı Evə kəndində anadan olmuşdur. 1918-ci ildə Bakıya gəlmişdir. Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun ikillik hazırlıq şöbəsində, SSRİ Elmlər Akademiyasının Leninqraddakı Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil almışdır (1935-1937). Azərbaycan SSR xalq maarif komissarı (1942-1946), Azərbaycan Yazıçılar İttifaqı İdarə heyətinin sədri (1946-1954), biricni katibi (1965-1975), SSRİ Yazıçılar İttifaqı idarə heyətinin katibi (1965-1975), Azərbaycan Respublikası Nazirlər Soveti sədrinin müavini (1946-1950), Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin sədri (1954-1958), Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda XIX əsr Azərbaycan ədəbiyyatı tarixi şöbəsinin müdiri (1960-1970) vəzifələrində işləmişdir. Ömrünün axırınadək Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan Ədəbiyyatı Şöbəsinin müdiri olmuşdur. 

3 dəfə Lenin ordeni, Oktyabr İnqilabı ordeni və digər orden və medallarla təltif olunmuşdur. Həyat və ədəbiyyat» (1947), «Gələcək gün» (1954), «Böyük dayaq» (1957), «Pərvanə» (1971), «Əsərləri (on cilddə 1978-1981), «Niyəsiz, necəsiz bir yazısan sən» (1985) və s. kitabların müəllifi olmuşdur. 

1993-cü il dekabrın 17-də vəfat etmişdir.
 


İmran Qasımov
1975-1981


(1918-1981) 

Qasımov İmran Haşım oğlu – dramaturq və kinossenarist, (1939-cu ildən AYB-nın üzvü, Əməkdar İcnəsənət xadimi (1960), Azərbaycan Dövlət mükafatı laureatı (1986), Azərbaycanın xalq yazıçısı (1979).

1918-ci il noyabrın 25-də Bakıda anadan olmuşdur. ADU-nun filologiya fakültəsində, Moskvada kino-ssenaristlər şöbəsinin rəisi, Azərbaycan Nazirlər Soveti yanında Kinematoqrafiya nazirinin biricni müavini, Azərbaycan Yazıçılar İttifaqında dramaturgiya üzrə məsləhətçi (1953-1954), «Literaturnıy Azerbaydjan» jurnalının baş redaktoru (1954-1956), Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin biricni katibi (1975-1981) vəzifələrində çalışmışdır. 

Lenin ordeni, «Qırmızı əmək bayrağı», «Şərəf nişanı» ordenləri, SSRİ medalları və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltiıf edilmişdir. 

«Uzaq sahillərdə» (1954), «İllər keçir» (1968), «Fransız qobeleni (Yol qeydləri)» (1970), «İtaliya mozaikası» (1972) və s. kitabların müəllifi olmuşdur. 

1981-ci il aprelin 20-də vəfat etmişdir
 


İsmayıl Şıxlı
(1965-1968)
SSRİ Yazıçılar İttifaqının katibi
(1981-1987)


Şıxlinski İsmayıl Qəhrəman oğlu – nasir, ədəbiyyatşünas, publisist, Azərbayjan komsomolu mükafatı laureatı (1976), filologiya elmləri namizədi (1954), Azərbayjanın xalq yazıçısı (1984), Azərbayjan Respublikası Ali Sovetinin deputatı (1990), M.F.Axundov adına ədəbi mükafat laureatı (1991). 1919-ju il martın 22-də Azərbayjanın Qazax rayonunun II Şıxlı kəndində anadan olmuşdur. APİ-nin dil və ədəbiyyat fakültəsində təhsil almışdır (1937-1941).

APİ-nin filologiya fakültəsində aspirant (1946-1949), müəllim, baş müəllim olmuş, xariji ölkələr ədəbiyyatı kafedrasının müdiri, bir müddət Azərbayjan Yazıçılar İttifaqının katibi (1965-1968) kimi çalışmışdır. «Azərbayjan» curnalında baş redaktor (1976-1978), Azərbayjan Yazıçılar İttifaqının birinji katibi (1981-1987), SSRİ Yazıçılar İttifaqının katibi (1981-1987) olmuşdur. Azərbayjan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri seçilmişdir (1991). 

Xidmətlərinə görə «Qırmızı əmək bayrağı» (1979), II dərəjəli «İkinji Dünya müharibəsi» (1985) ordenləri və medallarla təltif edilmişdir. Azərbayjan SSR Ali Sovetinin Fəxri Fərmanını almışdır (1973).

«Ayrılan yollar» (1957), «Dəli Kür» (1968), «Xatirəyə dönmüş illər» (1980), «Məni itirməyin» (1984), «Daim axtarışda» (1988) və s. kitabların müəllifi olmuşdur. 
1995-ji il iyulun 26-da Bakıda vəfat etmişdir. 


 


Anar
1987 ildən bu vəzifəni icra edir
http://www.anar.az


Rzayev Anar Rəsul oğlu – nasir, dramaturq, kinodramaturq, 1964-cü ildən AYB-nın üzvü, Azərbaycanın Əməkdar İncəsənət xadimi (1976), respublika Dövlət mükafatı laureatı (1980), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1987), SSRİ Xalq deputatı (1989), Xalq yazıçısı (1998), Azərbaycan Respublikası Milli Məclisinin üzvü (1995, 2000). 

1938-ci il martın 14-də Bakı şəhərində anadan olmuşdur. Burada onillik musiqi məktəbini bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır (1955-1960). Moskvada Ali ssenari (1962-1964) və rejissor kurslarını (1970-1972) bitirmişdir. «Qobustan» incəsənət toplusunun baş redaktoru vəzifəsində işləmişdir (1968-1987). Hazırda Azərbaycan Yazıçılar Birliyinin sədridir. 

Asiya və Afrika ölkələri ilə respublika həmrəylik komitəsinin sədri (1983-cü ildən), Azərbaycan-Türkiyə dostluq cəmiyyətinin sədri (1992-cı ildən) seçilmişdir. Azərbaycan ədəbiyyatı və incəsənəti ensiklopediyasının baş redaktorudur (1992-cü ildən). Beynəlxalq Dialoq Avro-Asiya təşkilatının sədridir. Kinomatoqrafçılar İttifaqı idarə heyətinin üzvüdür. 

«Literaturnoe obozrenie» jurnalının mükafatını almışdır (1987). «Şərəf nişanı», «İstiqlal» (1998) ordenləri ilə təltif olunmuşdur. Türkiyənin üç mükafatına layiq görülmüşdür (2000, 2002, 2003). 

«Ağ liman» (1970), «Macal» (1973), «Beşmərtəbəli evin altıncı mərtəbəsi» (1981), «Sizi deyib gəlmişəm» (1984), «Dünya bir pəncərədir» (1986), «Sizsiz» (1992) və s kitabların müəllifidir. 
  
 

İlkin mənbə: Azərbaycan Yazıçılar Birliyi – AYB

USTAC.AZ

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

AYB-nin böyük misiyası

…böyük missiya

Bu gün çağdaş Azərbaycan ədəbiyyatının son iyirmiillik ümümi mənzərəsi heç də birmənalı qarşılanmır. Bir oxucu kimi mən də bu qənaətdəyəm. Narahatlıq doğuran  problemin həm obyektiv, həm də subyektiv səbəbləri var. Axı “tarixən müəyyən zaman kəsiyində mövcud olan ictimai-iqtisadi quruluş qəflətən dağılanda onun diktə etdiyi ideologiya çərçivəsində ( yaxşı, ya da pis—fərqi yoxdur) formalaşan cəmiyyətdə istər-istəməz   xaotik vəziyyət yaranır. Cəmiyyətin ayrı-ayrı fərdlərinin taleyi gözlənilmədən qopan tufanın, qəzəbli qasırğanın daşa –divara çirpdığı xəzəllərə bənzəyir və bu qəfil “zəlzələ” bütövlükdə cəmiyyətin mənəvi dünyasında  elə dərin bir “boşluq” yaradır ki,  həmin “boşluğu”  doldurmaq kimi ağır bir yük yazıçıların öhdəsinə düşür. Belə bir taleyi xalqımız da yaşadı. Təəssüf  ki, sovet dönəmindən sonra arada əmələ gələn müvəqqəti “ boşluğun” gətirdiyi sərbəstlik  “sərməstliyə” rəvac verdi. “Mən ədəbiyyat yaradıram” deyə-deyə dil boğaza qoymayanlar meydanı boş görüb “qələmə sarıldılar”…”(kursiv E.E) və nəticədə qəribə bir mənzərə yarandı. Lakin bədbin olmağa dəyməz , çünki gec-tez ZAMAN hər şeyi yerbəyer eləyir. Artıq ideya, məzmun, dil və bədii dəyər baxımından seçilən xeyli əsər meydana çıxıb, demək “bulanmış sular durulmaqdadır”. 

    Yazıçı olmaq böyük şərəfdir, yazıçılıq həm də çox böyük məsuliyyət yükünü daşımaq deməkdir. O, cəmiyyətin fövqündə dayanan, yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik, özündən əvvəlki tarixi,  yaxud yaşadığı dövrü bədii obrazlarla canlandırıb, oxucuya haqq-ədalət, insanlıq təlqin etməyi bacaran müdrik şəxsiyyətdir.  Lakin bu, həmişə belə olmur. Qələm adamlarımız  arasında özündənmüştəbehlik, “dahilik azarı”na tutulmaq, bir-birinin kölgəsini qılınclamaq, xal qazanmaq xatirinə    dediyi sözün məsuliyyətinin fərqinə varmadan sosial şəbəkələrdə, efirlərdə yerli-yersiz danışmaq, “öz gözündə tiri görməyib, özgəninkində tük axtarmaq, “təftişçilik” kimi zərərli meyllərin daşıyıcılarını görəndə təəssüflənməyə bilmirsən. Hərdən öz-özümə düşünürəm: “İlahi, bu azar hardan qaynaqlanır? Bəlkə günah elə genimizdədir?” Maraqlısı da odur ki, belə arzuolunmaz xüsusiyyətlər müstəqilliyimiz dövründə, yaradıcılıq üçün sərhədsiz meydan açılandan  sonra daha qabarıq şəkildə özünü büruzə verdi. Görünür, azadlığın da həddi-hüdudu olmalıymış–ifrat azadlıq isə mənəviyyatı cılız olanlar üçün özbaşınalığa aparan ən qısa yol imiş. (Son illər “Ulduz” jurnalı, “Kaspi”, “525-ci qəzet, “Bütöv Azərbaycan” qəzetləri və digər mətbu orqanlarında ədəbi-tənqidi yazılarımda, yeri gəldikcə, belə ürəkağrıdan problemlərə toxunmuşam və bir daha bəzi məqamları xatırlamaq istədim.) İş o yerə çatıb ki, hələ nöqtənin, vergülün yerini bilməyən, əli qələmə yatmamış, bütövlükdə Vətəninin tarixini demirəm, hətta Azərbaycan ədəbiyyatı tarixindən söz düşəndə gözünü döyən bir gənc də, hətta az qala yarı yaşını haqlamış bəzi “ağıllılar” da ömrünü –gününü yazmaq kimi əzablı bir peşəyə həsr etmiş, müxtəlif janrlarda dəyərli ədəbi nümünələr yaratmış ağsaqqal  yazıçıları ( Yazıda “yazıçı” sözü nasir, şair, dramaturq kimi ümümiləşdirilmiş mənada işlənir.) heç bir ədəb-ərkan çərçivəsinə sığmayan küçə jarqonuyla ittiham edir. Görəsən, bu yazıçılar hansı günahın sahibidirlər? Bəlkə onlar gözləməliydilər ki, XXI əsrin 90-cı illərində “dahilər” doğulacaqlar, böyüyəcəklər və “səhvən yaşanmış” bir tarix haqqında “monumental” əsərlər yaradacaqlar? Gülünc deyilmi?

    Məni ağrıdan odur ki, istər postsovet məkanı olsun, istər Avropa, Amerika , Asiya  ölkələri, ayrıca bütün türk dünyası ədəbiyyatlarında bizdəki kimi anormal münasibətə rast gəlmək mümkün deyil. Əlinə təzəcə qələm alan ən gənc rus şairindən heç vaxt  S. Yesenin, V. Mayakovski, M. Şoloxov, K. Simonov, S. Vasilyev, A. Prokofyev,  A. Tvardovski, P. Antokolski, Y.Smelyakov, R.Kazakova… bir sözlə, sovet dövründə yazıb-yaratmış, artıq dünyasını çoxdan dəyişmiş,  yaxud hazırda yaşayan ağsaçlı ədiblər haqqında bir kəlmə nalayiq söz eşitməzsən. (Yaddan çıxarmayaq ki, Rusiyanın M. Şoloxovu varsa, bizim də Süleyman Rəhimovumuz var.) Uzun illər aparılmış əks təbliğata, qadağalara baxmayaraq, Türkiyədə bügünkü gənc yazarlar  böyük türk şairi Nazim Hikmətin xatirəsini əziz tuturlar. Nazimin vaxtında da Türkiyədə kapitalizm idi, indi də. Qırğız yazıçıları böyükdən kiçiyə bir nəfər kimi Çingiz Aytmatovla fəxr edirlər. Orxan Pamuk deyərmi ki, Rəşad Nuru Güntəkin, Suat Dərviş, Orxan Kamal, Əziz Nesin və s. yazıçı deyil, cızmaqaraçıdır? Heç vaxt! Dağıstanda hansısa bir gənc, yaxud cavan  bir yazar Rəsul Həmzətov haqqında nalayiq söz danışarmı? Xeyr. Bəs biz niyə beləyik? Biz sovet dövrü deyilən bir zaman kəsiyində yaşamışıq, yaxşısını da görmüşük, pisini də. Bu , bizim bir xalq kimi taleyimizə düşən qismət idi. Belə  çıxır ki, yetmiş ilin üstündən qara bir xətt çəkməliyik. Bəs onda biz harada və necə yaşamışıq? Tariximizdəki ağ ləkələr bəs deyil, bəlkə yetmiş illik bir səhifə də əlavə edək? Ötən əsrdə ədəbiyyatımızı zənginləşdirən gözəl ədəbi nümunələr yaradılıb: “Araz”,  “Qilinc və qələm”, “Dumanlı Təbriz”, “Studentlər”, “Qızlar bulağı”, “Şamo”, “Saçlı”, “Mehman”,  “Ağbulaq dağlarında”, Turaclıya gedən yol”, “Budağın xatirələri”, “Komsomol poeması, “İnsan”, “Azadlıq dastanı”,  “Abşeron”, “Qaradaşlar”, “Yeraltı çaylar dənizə axır”, “Gələcək gün”, “Böyük dayaq”, “Pərvanə”, “Közərən ocaqlar”, “Müharibə”, “Dünya qopur”, “İnsan məskən salır”, “Cəbhədən cəbhəyə”, “Körpüsalanlar”,, “Üçatılan”, “Məhv olmuş gündəliklər”, “Sən həmişə mənimləsən”, “Qızılgül olmayaydı”, “Cənub nəğmələri”, “Karvan gedir”, “General”, “Ayrılan yollar”, “Dəli Kür”, “Yanar ürək”, İdeal”, “Tütək səsi”, “Qış gecəsi”, “Mənim nəğməkar bibim”, “Vicdan susanda”, “Beşmərtəbəli evin altıncı mərtəbəsi”, “Baladadaşın ilk məhəbbəti”, “Qarlı aşırım”, Qətl günü”, “Üç atlı”, “Şəbi-hicran”, “Etiraf”, “Qiymət”, “Dahilərin divanı”, “Dağlar dağımdır mənim”, “Kiçik təpə”, “Xatirə”, “Qərbi Berlin”, “Kimdir günahkar”, “Üç oğul anası”, “Atamın kitabı”… və s. və i. minlərlə irihəcmli əsərlərlə (romanlar, povestlər, pyeslər, poemalar) yanaşı, saysız –hesabsız forma və məzmun baxımından bir-birindən dəyərli şeirlər yazılmış, həmçinin dilimiz cilalanmış, büllurlaşmış, onun zənginliyi bənzərsiz  çalarlarıyla üzə çıxmışdır.  Butün bunlar qiymətsiz  bir xəzinə deyilmi? Bir məqamı da unutmaq insafsızlıq olardı ki,  bədii obrazlar vasitəsiylə ötüb-keçən yaşantılarımızın canlı mənzərəsini əks etdirən belə əsərlər senzuranın at oynatdığı bir dövrdə yaranıb. Görəsən, indi özünü qəhrəman sayanlar o vaxt yaşasaydılar belə mükəmməl əsərlər yarada bilərdilərmi? Çətin! Dünyanın bu düz vaxtında—senzura yox, nəşriyyatların qapıları taybatay açıq, yazdıqlarınızı mürəkkəbi qurumamış çap etdirmək imkanlarınız geniş. Daha nə istəyirsiniz? Buyurun, yazın, yaradın! Vaxtınıza heyfiniz gəlsin. Əgər daxilinizdə yazmaq yanğısı yoxdursa, bu məşəqqətli yola çıxmağa dəyməz. (İndiki gənclər xoşbəxtdirlər,çünki onlar o dövrün  nəşriyyatlarının pərdəarxası oyunlarını görməyiblər, şeir, nəsr  qovluqlarını rəflərdə toz basmayıb, tematik plana düşsə də ildən ilə ötürülüb və nəhayət,  bir çox istedadlı gənclərin əli qələmdən soyuyub, küsgünləşib və uzaqlaşıblar.)  Əgər kimsə sizin yazdığınız gözəl bir əsərə qərəzlə, nihilistcəsinə yanaşsa, narahat olmayın, həmişə olduğu kimi, ona cavab verəcək ədalətli bir qələm adamı tapılacaq.  Hələ ki, ortaya barmaqla sayılası ədəbi nümunələr çıxır. İstedadlılar üçün həmişə çətin olub, istedadsızlar isə həmişə vəziyyətdən çıxmağı bacarıblar, çünki belələri  sənəti olmayan, onun-bunun “bostanına daş atmaqla” gündəmdə qalmaq istəyən bəzi üzdəniraq müğənnilərə bənzəyirlər.

    Ədəbiyyatı şouya döndərmək günahdır. Artıq dünyasını dəyişmiş yazıçıların ruhunu incitmək kimə və nəyə lazımdır? Bu, bəlkə də ən böyük ədalətsilikdir. Onlar (son ana qədər öz saf əqidələrinə sadiq qalanlar) bir insan kimi də seçilmişlərdir–  bilərəkdən, yaxud bilmədən buraxdıqları səhvləri də yaşadıqları zəmanənin suçu kimi qəbul etmək daha ədalətli olardı. Hələ ki, qələmi əlindən yerə qoymayan, zamanın isti-soyuğunu görən,istedadına güvəndiyimiz, bu gün bizimlə nəfəs-nəfəsə yaşayan  qocaman yazıçıları  rəncidə etməklə nə qazanırıq? Onlar nə yazsalar, yaxşı yazacaqlar və bu, ümumən ədəbiyyatımızın xeyrinədir. 37-də kommunust rejiminin (sosializm nəzərdə tutulmur) qaymaqlarımızı fizki terrorla əlimizdən alması bəs deyil, indi də özümüz-özümüzə qənim kəsilib, mənəvi terrora məruz qoyuruq…  Bu gün xəstəliyin cəngində canıyla əlləşən, artıq ümidləri sozalan yazıçılarımız da var ki, bir kəlmə səmimi sözə, xoş münasibətə hava-su kimi ehtiyac duyurlar. Qocalıqla dilbir olan namərd xəstəliklə çarpışmağın nə qədər ağır bir dərd olduğunu unutmaq naşükürlükdür. İnsan fiziki mənada əbədi olmadığı kimi, heç kəs də qəfil xəstəlik deyilən bir bəladan sığortalanmayıb. Lakin bütün bunlar o demək deyil ki, yaşlı nəsil toxunulmazdır. Yalnız təhqir yolverilməzdir. ƏGƏR YAŞINDAN ASILI OLMAYARAQ, KİMSƏ BU XALQIN MİLLİ HEYSİYYATINA TOXUNAN, ONU AŞAĞILAYAN NƏSƏ YAZIBSA, O ZAMAN NƏİNKİ TƏNQİDÇİ, HEÇ SADƏ OXUCU DA SUSMAMALIDIR.

Qəribədir, elə bil “təftişçilik” azarı qanımızdadır. Bu gün ədəbiyyat tariximizdən xəbəri olan da , olmayan da  37-dən ağızdolusu, pafosla danışır. Filankəslər niyə Leninə, Stalinə şeirlər həsr eləyib? Filankəslər niyə repressiya olunmayıb? Filankəs niyə filankəsin üzünə durub? Əlbəttə, belə yersiz suallara cavab verməyə dəyməsə də,  dinməmək də olmur. ŞƏZSİYYƏTƏ YAŞADIĞI DÖVRÜN PRİZMASINDAN BAXIB QİYMƏT VERMƏK LAZIMDIR. Zəhmət çəkib 30-cu illərin “Kommunust” və “Ədəbiyyat” qəzetlərini vərəqləyin. Onda görərsiniz ki, yazıçılardan nələr tələb olunurdu. Bir kəlmə etiraz bəs idi ki, özünü DTK-nın məşum zirzəmilərində görəsən və ağılasığmaz işgəncələrə məruz qalasan, sonra da haqsız-sübütsuz güllələnəsən, ailən də Sibirə sürgün olunsun. S. Vurğun, R.Rza və S.Rüstəmdən tutmuş M.Araza qədər hamı partiyaya da, Leninə də, Stalinə də əsərlər həsr ediblər və hər bir əsər özlüyündə çox gözəl sənət nümunələri idi, çünki onları əsl sənətkarlar yazmışdılar. Lakin həmin əsərlər yazıçıların əlində bir qoruyucu bəlgə idi. Əgər belə olmasaydı, bu gün bizə yadigar qalan, milli dəyərlərimiz saydığımız əsərləri yaza bilməzdilər və itirən ədədbiyyatımız olardı. İndi danışmağa nə var ki! Qol-qabırğası qırılan, bir torba ətə,sümüyə çevrilən, ağlını itirən bir adam, nəinki şahidliyə, öz ölüm hökmünə də qol çəkər. Axı, dözümün də həddi var?! Yaxud sağ qalanları ittiham edirlər. Belə çıxır ki, hamı qırılmalı imiş. Belə özündənrazı adamların bircə barmağını qapı arasna qoyub sıxsan, Allah bilir hansı hökmələrə qol çəkərdilər. Hərdən çox sevdiyim, nakam şairimiz  Müşfiqi xatırlayanda, inanın, ürəkağrısıyala deyirəm ki, nə yaxşı bu söz sərrafı 50-60 il yaşamayıb, yoxsa bu gün ona da utanmadan bir əmma qoşardılar.

     Yerigəlmişkən etiraf edək ki, indi yeni çeşid “mədhiyyəçilər sürüsü” meydana çıxıb. Bəs nə əcəb hansısa məmura şit, bayağı, əttökən,  söz yığınından ibarət, təmmənalı  “şeirlər” həsr edən “şairlərə” gözün üstdə qaşın var deyən yoxdur? Heç kəs itihaf şeiri yazmağın əleyhinə deyil, məqsədli, həm də son dərəcə zəif yazmaqdan söhbət gedir. Tarixən klassiklərimiz də qəsidələr yazıblar. Ancaq yazanda da ürəkdən,  və yüksək sənətkarlıqla yazmaq lazımdır. Düşünməyə dəyməzmi?  

    Bəzi ədəbiyyatçıların tutduğu mövqe də təəccüb doğurur. Görəsən, XIX əsr ədəbiyyatını heçə sayan, onu “aqoniya” adlandıran ədəbiyyatçını belə düşünməyə nə vadar edir? Başqalarını demirəm, təkcə adını fəxrlə çəkdiyimiz M.F.Axundov kimi görkəmli filosofun, maarifpərvər bir yazıçının qoyub getdiyi qiymətli ədəbi-fəlsəfi irsin üstündən necə xətt çəkmək olar axı? Özgələr öz “qarışqasını” fil eləmək üçün dəridən-qabıqdan çıxdığı halda, biz öz nəhəngimizi kiçiltməyə çalışırıq. Səbəb nədir? Bəlkə bilən var?!  Digər bir məqam: yaxşı tanıdığım, istedadlı bir ədəbiyyatşünas  kimi rəğbət bəslədiyim, səlis nitqə malik bir alimin “Sabir dahi şairdir, mən nədənsə  satiranı sevmirəm” deməsi məni qəlbən incitdi. İlk baxışda bu cümlə nəzəri cəlb etməyə bilər, çünki hərənin öz zövqü var. Lakin bu fikri tanınmış bir alimin dilə gətirməsi heç də xoşagələn hal deyil. Əgər sabah-birigün Nizamini “təftiş” eləməyə başlasalar, təəccüblənmərəm—bizdən nə desən çıxar.

    Ən ağrılı, bəlkə də ən təhlükəli cəhət bəzilərinin eybəcər “hümanizmi”, çürük əqidəni yaradıcılıq amalına çevirməsidir. Biri “hümanist erməni” obrazını “yaradıb”, onu utanmadan anoloqu olmayan ədəbi kəşf kimi oxucuya sırıyır. Bu erməni o etnosun nümayəndəsidir ki, dünya işığını görməmiş körpəni ana bətnindən çıxarıb süngüyə taxır. Dünyada elə bir xalq yoxdur ki, belə vəhşilik törətmiş olsun. Digəri satqına, vətən xaininə, yaxud insanlığını itirmiş bir qatilə haqq qazandırır- o da sanki yeni  “bəşəri əxlaq norması”nı yaratmasıyla fəxr edir. Elə faciə də ondadır ki, belələri  pinti bir dillə yazılan bu cızmaqaraya “roman” yarlığı da yapışdırmaqdan belə çəkinmirlər. Adama qəribə gəlir ki, görəsən onlar bu səfsəsəni kimdən əxz eləyiblər. Yüyənsiz at kimi hara gəldi çapmağın axırı dibsiz uçuruma yuvarlanmaqdır. Belə ideyasız, məzmunsuz “əsərləri”in “bumu” gec də olsa  “Azərbaycan “jurnalında “Dəyirmi masa” ətrafında müzakirəyə səbəb oldu. Deyəsən, doğrudan da artıq “həyacan təbili” çalmağın vaxtıdır. 

     Sevindirici haldır ki, bu gün dünya ədəbiyyatı nümunələri dilimizə birbaşa tərcümə olunur.(Bədii tərcümənin keyfiyyətli, yaxud səviyyəsiz olması ayrı bir söhbətin mövzusudur və bu sahədə ciddi problermlər də az deyil.) Lakin məsələ ondadır ki, sovet dövründə tərcümə edilməmiş bəzi əcnəbi yazıçıların bu gün büt kimi qəbul olunması qəribə təəssürat yaradır. Guya vaxtilə kütləvi şəkildə (rus dilindən tərcümə olunan ) oxunan Balzak, Mopassan, Drayzer, C. London, Rollan…və s. kimi görkəmli yazıçıların yaratdıqları yüksək səviyyəli əsərlər deyilmiş. Bu gün Markes, Kamyu, Bulqakov, Zoşşenko, Pasternak, Soljenitsın … dəbdədir—oxuyanın da, bələd olmayanın da dilindən düşmür. Deyəsən, “QƏRBƏ  İNTEQRASİYA MARAFONUNDA” bizə çatan olmayacaq. Sən demə,  böyük ədədbiyyatı yalnız Qərb yazıçıları yaradırmış– xəbərimiz yoxmuş xəbərdən. Gör, nə günə qalmısan, başıbəlalı, qoca Şərq!

    Bəri başdan deyim ki, Kamyu da, Markes də nəhəng yazıçılardır. Onlardan da, digər böyük sənətkarlardan da nəsə öyrənməyə dəyər və lazımdır. Adlarını çəkdiyim yazıçılar—Balzakdan Markesə qədər hər birinin əsərlərində həyat həqiqətləri, o cümlədən “kiçik adamları”ın faciəsi mükəmməl obrazlar vasitəsilə, real bədii boyalarla və dinamik şəkildə canlı həyat səhnəsində təsvir olunur.( “Kiçik adamlar”ın taleyi hələ XIX əsrdə — rus ədəbiyyatının İntibah dövründə əsas mövzulardan biri idi.) Bulqakovla  Zoşşenkonun nəsrində və  Pasternakın poeziyasındakı  ideyalar  kommunist ideologiysına uyğun gəlmir, sosializm relizminin tələblərinə cavab vermirdi. Sosalizm realizminin (mən ona “kommunist realizmi” deyərdim.) tələblərinə görə insan xoşbəxt məxluqdur,çünki, hər şey onun özündən asılıdır, həmişə xeyir şərə qalib gəlir, sonda ədalət qələbə çalır. Əslində, real həyat qabaqcadan yazılmış düsturla qurulmur, həmçinin  “düz xətt” boyunca getmir. Həmin yazıçıların əsərləri qadağan olunmuşdu və oxucu kütləsi onlardan  xəbərsiz idi. İdeologiyanın təbliğat maşını isə öz işini görürdü. SSRİ yazıçılarının plenumunda, xüsusilə Jdanovun məruzəsində onlar “zərəli meylləri”i təbliğ edən, “sovet adamı” adına ləkə gətirən yazıçılar kimi çığdaş olunmuşdular. Əlahəzrət  ZAMAN isə əsl həqiqəti  öz halal yerinə qoydu. Öz sələflərinin yolunu davam etdirən Soljenitsın da böyük yazıçıdır, lakin onu da etalon kimi  göylərə qaldırmağa lüzum yoxdur, çünki Soljenitsın Bulqakov deyil!

    MİLLİ  OLMAYAN  HEÇ  NƏ  DÜNYƏVİ  OLA  BİLMƏZ!  Bu prinsip birbaşa ədəbiyyata, həmçinin icəsənətin bütün növlərinə aiddir. Lakin bu gün kimisə bütə döndərib, ona səcdə etməklə yaxşı nəsə yaratmaq məsələsinə inanmıram. Balzakdan Markesə qədər qeyd etdiyim yazıçıların yaşayıb yaratdıqları mühit kapitalizm mühiti olub.  Onların heç birinin əsərlərindəki obrazlar kənardan gəlməyib—hərə mövzunu öz xaqının həyatından götürüb, obrazlar da öz xalqının nümayəndələridir. Onların sənətkarlıq qüdrəti də ondadır ki, bəşəri problemləri, insanın mənəvi dünyasında acımasız mühitin yaratdığı təlatümləri   həmin çərçivədə məharətlə canlandıra biliblər. Bu da oxucunu inandırır və belə əsərlər sərhədləri maneəsiz keçib dünyəviləşir. Lakin dünyəvilik ( dünya miqyasında tanınmaq) baxımından çağdaş ədəbiyyatımızda mövcud anormal yanaşma tərzi məni səksəndirir. Belə getsə, deyəsən, özgəni bütləşdirənlər öz “əsərlərində” baş qəhrəmanın adını Dantes,  Fernando, Ernest , Vartan …və s. qoyacaqlar ki, bəlkə dünya onları yazıçı kimi tanısın. Neyləsinlər axı?! Əgər öz doğma yer-yurdlarından yazsalar, baş qəhrəman da sadəlövh Novruzəli, ya da saf ürəkli, Allah adamı  Həsənqulqu olsa, Nobel mükafatına yaxın düşə bilməzlər. Yəqin ki, sözümü qəribçiliyə salanlar da olacaq. Olsun!

     Çağdaş poeziyamızın ümümi mənzərəsi istənilən səviyyədə olmasa da  ümidsiz olmağa da əsas vermir, çünki ədəbiyyata yeni istedadlar, yeni nəfəslər gəlməkdədir. Təbii belə olmalıdır, əks halda çox şey itirmiş olarıq. Gələcək gəncliyindir və bu, aksiomadır. Lakin bu “təntənəli simfonoyanın” ümumi ahənginə xələl gətirən xaric səsələr də var ki, az qala adamın qulağını deşir. Mən kiminsə yazdıqlarını təhlil etmək fikrində deyiləm, yalnız ümumi müşahidələrimin yaratdığı təəssüratı bölüşmək istəyirəm. Uzun illər xəstə olduğum üçün yeganə təsəllim televizora baxmaqdır və aydın məsələdir ki, ədəbi verilişlər maraq dairəmdədir. Məni ağrıdan məsələ bəzi kanalların ədəbiyyata ciddi yanaşmamasıdır. Məncə, bu “ipucunu” da onlara özümüz öz əlimizlə vermişik. Şit, bayağı şou yaratmaq üçün mövzu istənilən qədərdir. Bəs niyə onlar bəzən bu şounun “qəhrəmanını” yazarların içindən seçirlər? Çünki onlar sosial şəbəkələri izləyirlər və ağzına gücü çatmayan birinin boş damarını tutub, dəvət edirlər ki, qalmaqal yaradıb reytinq qazansınlar. Özünü əməlli-başlı bir “ədəbiyyat adamı” sayan  yazar da efirdə görünmək xatirinə əlüstü razılaşır və aparıcının “drijor çubuğunun” cızdığı dairənin içərisində özünü gülünc günə qoyur. Sizcə,  tamaşaçıda hansı təəssürat yaranar? 

    Bu yaxınlarda bir şou -proqramda gördükələrim məni haldan-hala saldı. Başında panama, əynində dama-dama köynək, cins şalvar, ayağında idman ayaqqabısı, divana yayxanmış vəziyyətdə , bir əlində mikrofon, o biri qolu divanın “çiynində”, ayaqlarını bir-birindən bir metr aralı qoyan bir gənc şair əl-qol ata-ata  məhəbbət şeirlərini oxuyurdu. Lakin kənardan baxanda  oturuşu-duruşu, danışığı birbaşa küçədən tutulub efirə gətirilmişə bənzəyirdi. Axı, efir mədəniyyəti deyilən bir anlayış var! Axı, sən milyonların ağıl umduğu bir ziyalı təbəqəni təmsil edirsən! ? Daha bir nüans: utancaq, istedadlı şairələrimizlə yanaşı, şou-bizneslə əlaqədar dadsız-duzsuz verilişlərdə efirdən düşməyən bir neçə “uzunsaçlılarımız”da  var. (Hər halda aparıcılar onları “məşhur” və “son dərəcə istedadlı şairələr” kimi təqdim edirlər.)  Ancaq mən bilmirəm onlar aşıqdırlar, yoxsa şairə!

     Bəzən maraqla izlədiyimiz ciddi ədəbi proqramlara da  (Bütövlükdə bu verilişlər təqdirəlayiqdir) dəvət olunmuş, yaşı 50-60-ı haqlamış şairlərin şeirləri ilk məhəbbətdən təsirlənib şeir quraşdıran bir gəncin  ilk qələm təcrübələrini xatırladır. Qarşısındakı stolun üstündə də onun cild-cild kitabları nümayiş etdirilir. Düşünürsən ki,görəsən,  hansı məziyyətlərinə görə onu efirə çağırıblar? Yaxud sovet dövründə bir dəfə də olsun imzası görünməyən bu adam indiyədək harada imiş? Belələri anlamalıdırlar ki, efirdə görünməklə deyil, təqdim etdikləri əsərlərlə yadda qala bilərlər. “Şair və şeir bumunun” yaranmasında” divar qəzeti kimi iki ayda bir dəfə işıq üzü görən “qəzetlər” də az rol oynamır. Səhifə-səhifə maneəsiz “şeir” çap etdirən bəziləri elə zənn edirlər ki, nadir poeziya nümunələri yaradıblar. İş o yerə çatır ki, öz adını yazanda səhv buraxanlar, sözə dəxli olmayan müxtəlif peşə adamları pensiyaya çıxan kimi “şeir” yazmağa başlayırlar. Bir də görürsən kişinin qoltuğunda beş-altı cild nəfis tərtibatlı kitab Yazıçılar Birliyinin pilləkənlərini şəstlə qalxır. M.Araz demişkən indi “…Hamı deyən olub,  yazan olubdur. İlhama sarılmaq, qələm götürmək, papiros çəkməkdən asan olubdur”. Acınacaqlı bir problem də, artıq səslənməkdə–üzə çıxmaqdadır. “Qızdırmalı pulu” olanların (yazıçı kimi tanınsın deyə) başqasına bədii əsər yazdırması, kitab buraxdırması” kimi xəbərləri eşidəndə nitqim quruyur, hətta inanmağım gəlmir. Hələ sovet dövründə özünə diplom işi, namizədlik, doktorluq dissertasiyaları yazdıranlar barədə eşitmişdim. 70- ci illərdə Şamaxıda Şıxəli adında çox savadlı, lakin sadə olduğu qədər də sadəlövh bir aqronom var idi. Görünür, saf insan olduğuna görə  sovxozda da öz vəzifəsindən “barınmadığı” üçün üz-gözündən, üst-başından da kasıblıq tökülürdü. Deyirdilər ki,  o, Gəncədəki keçmiş Kənd Təssərüfatı İnstitutunun tələbələri üçün diplom işi yazır, əvəzində qəpik-quruş alır. Cəhənnəmə ki… Belə şeylər bir dəfə yazılır. Bədii yaradıcılıq isə ardıcıllıq tələb edir və hər yazıçının özünəməxsus üslubu olur.  İlahi, görəcəkli günlərimiz varmış!  Ona görə də “Əədəbiyyat təəssübu çəkən” bəzilərinə demək istəyirəm: ”Şəxsi münasibətlər  zəminindəmi, yaxud “ ilanı Seyid Əhməd əliylə tutmaq istəyən”, lakin  üzdə görünməyən birisinin təhrikiyləmi peşəkar bir qələm adamlnl  nüfuzdan salmaq, haqq-nahaqq  təhqir etmək əvəzinə, nə əcəb “qondarma yazıçıları” ifşa etmirsiniz? Digər bir xoşagəlməz məqam da nəyinsə xatirinə zəif əsərlərə, xüsusilə köçdən qalmamaq naminə yazılan mənzum parçalardan ibarət  kitablara tanınmış ədəbiyyatşünas alimlərin bəh-bəhlə “sözönü” yazmasıdır. Bu, isə onsuz da özünü şair sayan binəvanı bir daha bədbəxt eləmək deməkdir. Ədəbiyyatımız bir yana, heç olmasa, imzanıza hörmət edin, alim qardaşlar!  Kitabın titul vərəqində  görüntü xatirinə redaktor kimi adı yazılanlar məgər bilmirlərmi ki, redaktor həmin kitaba ən azı yazıçının özü qədər məsuliyyət daşıyır?! Bu da laqeydliyin təptəzə forması!…

    Tək-tük təsadüfi “qonaqları” nəzərə almasaq,  son illər ciddi ədəbi proqramlarda, həmçinin telemüsahibələrdə Anar, Elçin, Ç.Abdullayev, F.Qoca, F.Sadıq, N.Həsənzadə, S.Rüstəmxanlı, M.Yaqub, V. Səmədoğlu, Ə. Əhməd, Z.Yaqub, N. Hacızadə, V.Yusifli, V. Məmmədəliyev,  N.Cəfərov, E.Hüseynbəyli, R.Rövşən, Ç. Əlioğlu, V. Bəhmənli, B. Vəziroğlu, A. Cəmil, M.Ələkbərli, A.Həsənli, İ. Etibar, Ə.Əmirli, T. Taisoğlu, Ə. Ol, V.Aslan, S. Babullaoğlu, Ə. Qoşalı, Q. Nəcəfzadə, N.Gün, Şövkət, X. Rza, Fərqanə…və s. kimi yazıçılar, şairlər, ədəbiyyatşünas alim və  tənqidçilərin maraqlı söz-söhbətləri, şeirləri, oturuşu-duruşu   tamaşaçının ürəyindən olmaya bilərmi?  Bu da  gənclər üçün bariz nümunə!

    Poeziyamizin ən yaralı yeri aydın fikir, qayə, obrazlı dil problemidir. Bu problem hər dövrdə mübahisə mövzusu olub. Əllaməlik etmək, bilərəkdən, yaxud bilmədən “tapmaca” yazmaq, heç bir çərçivəyə sığmayan formalar icad etmək  kimə və nəyə lazımdır? Deyəsən,  çoxları “Ədəbiyyat nəzəriyyəsi” adlı kitabı vərəqləməyi özünə rəva görmür. Yəqin ki, onu da köhnəliyin qalığı sayırlar. Ona görə də belələri öz ədəbiyyat tarixini bilməyi də artıq bir şey  hesab edirlər. Bəs onda yazıçı nəyi bilməlidir?  Bir gənc şairin “Mən doqquz milyon üçün yox, 9 nəfər üçün yazıram” deməsi qəribə mühakimə deyilmi? Şeirdə əsas qayə aydın olmalı, obrazlı dil, forma ona xidmət etməlidir. “Obrazlı dil” “quş dili” deyil. Dünyada təxminən 2500 danışıq dili mövcuddur. Hələ ki,  elə bir dil yoxdur. Əfsanəyə görə, yalnız Süleyman peyğəmbər heyvanların, quşların dilini bilirmiş. Yoxsa peyğəmbərlik iddiasında olan da var? Bəlkə Azərbaycanımızın, geniş mənada Yerin dərd-səri qurtarıb,  kiminsə könlünə başqa  planetlərin “qara sevdası” düşüb, daha ona “küçə dar gəlir”? Yəqin “Azərbaycan şairi tituli işə  yaramır. Ay şairi, Mars şairi, Yupiter şairi yarlığı necə? Hər planetin də öz dili! Əcəb təntənəli səslənir!

    Yazarlar arasında mənim ən çox nifrət etdiyim regionçuluğun və müxtəlif qruplaşmaların olmasıdır. Bəlkə əvvəlcə  bir “ədəbi xəritə” tərtib edək. Bakı, Şəki, Şirvan, Qarabağ, Mil-Muğan, Talış… və s. kimi bölgələri, sonra da şəhərləri və kəndləri bir-birindən ayıraq, olaq filan bolgənin, şəhərin, yaxud kəndin “şairi.” Faciə deyilmi? Şahliqlara, xanlıqlara bölündük, qanımızı axıtdılar,  itirə-itirə gəldik, Dədəmiz Qorqud demişkən, şükür ki, qırılıb qurtarmadıq, nəhayət, yenə müstəqil bir dövlət qurmaq qismətimiz oldu. Görəsən, başımıza gətirilən bəlalardan niyə dərs almaq, nəticə çıxarmaq, ibrət götürmək istəmirik?  Əgər SÖZÜMÜZ bölünsə, bax, onda vay halımıza! Yazmaq üçün hökmən qruplaşma lazımdırmı? Nəyi və necə yazmağı kim kimə qadağan eləyir ki? Əruzda da, vəznli-vəznsizdə də, sərbəstdə də, nə bilim nöqtəsiz-vergülsüz də, ağ şeir də, mənsur şeir də, nəsr əsərləri də, bir sözlə, hansı janrda, hansı ölçüdə olur olsun, nə istəyirsinizsə yazın, təki əqidə təmiz, fikir aydın, dil səlis olsun. Təki min beş yüzillik tarixə malik Azərbaycan poeziyası müasir dünyada da ən qüdrətli poeziya kimi tanınsın.     

    Poeziynın yazılmamış, təkzibolunmaz bir qanunu var: şair öz ürəyinin səsini dinləsə, öz ürək çırpıntıları üstdə köklənsə, o zaman yaranan gözəl şeir özünə yaraşan “libasda” (formada) gələcək və başqalarını da ovsunlayacaq. Yerigəlmişkən,    müəyyən qədər təcrübə qazanmış cavan şairlərin poema kimi irihəcmli əsərlərə meyl göstərməməsi də problemin digər tərəfidir. Yalnız qanında-canında təvazökarlıq, əsərlərində səmimiyyət olan yazıçılar asanlıqla oxucu rəğbəti  qazanırlar.

    Ədəbi tənqid ədəbiyyatın istiqamətverici mayakıdır. Müəyyən zaman kəsiyində yaranan çaşqınılığı yalnız ədəbi tənqid aradan qaldıra bilər. Qınamalı deyil: tənqid deyəndə hamı səksənir, çünki sovet dövründə mövcud olan ideologiyanın “Domokl qılıncı” yada düşür. Artıq zaman o zaman deyil. Böyük tənqidçi Belinski məşhur  “Qoqola məktub”nu yazanda da, Dobrolyubov Turgenevin yaradıcılığı ilə əlaqədar “O gün nə vaxt gələcək” adlı məqaləsini qələmə alanda da Rusiyada kapitalizmin tüğyan eləyən vaxtı idi. Tənqid üçün həmişə meydan var, demək, quruluş və məkan anlayışı nisbi xarakter daşıyır.  

    Tənqidçi yaradıcılıq yolunda büdrəyən, dumana düşən adam kimi yolun səmtini itirən yazıçıya böyük ədəbiyyat naminə  kömək əlini uzadan xeyirxah xilaskar olmalıdır. Çox güman ki, belə də olacaq.  Bununla yanaşı, əvvəlki yazılarımın birində dediyim bir fikri təkrar etmək istəyirəm:” Tənqidimiz hələ ki “tərif dövrünü” yaşayır. Əgər bu “keçid dövrü” uzansa, həqiqətin yolu uçuruma dirənə bilər…”  

 Azərbaycan Yazışılar Birliyi 90-cı illərin əvvələri ilə müqayisədə indi nəhəng və  işlək bir quruma çevrilib, eyni zamanda  hər kəs də yaxşı bilir ki, Birlik Anarın şəxsi nüfuzu hesabına bu səviyyəyə çatıb.O da gizli deyil ki, ədəbi nəşrlər dövlət hesabına maliyyələşən kimi, bəzi sosial məsələlərin həlli gündəmə gələndə axın başlayıb. İndi bu qarşısıalınmaz axın öz məcrasına sığmır. Çay daşanda isə sel hər nə desən gətirir.    Belə getsə, doqquz milyonluq əhalinin yarısı rəsmi “şair statusu” alacaq və bu da həlli müşkül problemə çevriləcək. Lakin Birlik bəlkə də yeganə qurumdur ki, burada dəvənin ovsarı ulağın quyruğuna bağlanmayıb. Çox şükür. (Bu ifadəyə görə üzr istəyirəm.) Birincisi ona görə ki, Anar nəinki podsovet məkanında, hətta bütün türk dünyasında,  eləcə də bir sıra Qərb ölkələrində görkəmli  yazıçı və  ictimai xadim kimi tanınır. Biz  gəncliyimizdən üzü bəri (yaşıdlarımı nəzərdə tuturam) Anarın da, F. Qocanın da  əsərlərini sevə-sevə oxumuşuq. Onlar gözümüzün qabağında saç ağardıblar. Əgər bu gün Birlik dünya ölkələrinin ədəbi qurumları arasında sayılıb seçilirsə,  bu məsələdə də sədrin şəxsi nüfuzu çox böyük rol oynayıb deməsək, insafsızlıq olar, çünki bu, faktdır.

    İdarəçilik məsələsinə gəlincə: əgər AYB ən böyük missiyası haqq-ədalət olan  y a z ı ç ı l a r ı n  təşkilatıdırsa, orada ƏDALƏTSİZLİYƏ  yer olmamalıdır.  Vəssalam!

BAKI,  31.05– 4.06.  2014.                                                  

     SÖZARDI. Yazıda bəzilərinin qeyri-əxlaqi davranışları,  efirdən düşməyən istedadsızların sanki bilərəkdən  təbliğ olunması, ədəbiyyatdan xəbərsiz imkanlıların “yazıçılıq sevdası” və s. kimi məqamlarda  səsləndirdiyim fikirlər filologiya elmləri doktoru, görkəmli  tənqidçi  Vaqif Yusiflinin “Ədəbiyyat” qəzetinin 6. 06. 2014-cü il tarixli nömrəsində şair Sərvaz Hüseynoğluna verdiyi geniş müsahibəsində ürəyimdən xəbər verən mülahizələri ilə qismən də olsa üst-üstə düşür.  Demək, mən tək deyiləm. Göründüyü kimi, çağdaş ədəbi mühitimizdəki mövcud problemlər çoxlarını düşündürür.       

 6.  06.  2014.                

İLKİN MƏNBƏ:

Etibar Etibarlı – Ədəbiyyatı şouya döndərmək günahdır

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AD GÜNÜNÜZ MÜBARƏK!!!

Bu gün hamımızın sevimlisi, Vətənin mərd, vətənpərvər, bayraqsevdalı şair oğlu Fərman Borçalının ( 24 İyun 1960 ) doğum günüdür. Ad gününüz mübarək, Fərman müəllim! Uca Yaradandan uzun və sağlıqlı bir ömür versin, yazın, yaradın… Uğurlarınız bol olsun!!!

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Azərbaycan Aşıqlar Birliyi

Azərbaycan Aşıqlar Birliyi haqqında – AAB.

Azərbaycan Aşıqlar Birliyi Azərbaycan aşıqlarının yaradıcılıq təşkilatıdır və 1984-cü ildə yaradılmışdır. Birlik aşıqların ədəbi irsinin üzə şıxarılması, toplanması, nəşri, təbliği və tətbiqi sahəsində iş aparır,gənc istedadların yaradıcılıq qabiliyyətinin formalaşmasına kömək edir, müasir aşıq sənətinə dair konfranslar, seminarlar, məclislər, görüşlər təşkil edir, xeyriyyə tədbirləri keçirir. Naxçıvan, Gəncə, Şamaxı, Tovuz, Qazax və digər bölgələrdə, eləcə də Gürcüstan, Türkiyə və İranda birliyin şöbələri var.  2010-ci ildən birliyin “Ozan dünyası” adlı jurnalı nəşr olunur. 

ƏTRAFLI MƏLUMAT: AAB.AZ Ana səhifə

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİ – AYB – HAQQINDA

Azərbaycan Yazıçılar Birliyinin tarixi

Azərbaycan Yazıçılar İttifaqı 1934-cü il iyunun 13-də Bakıda Azərbaycan yazıçılarının I qurultayında yaradılmışdır. O vaxta qədər Azərbaycan yazıçıları ayrı-ayrı ədəbi birləşmələrin tərkibində fəaliyyət göstərirdilər. 1923-cü ildə Azərbaycan yazıçılarını bir təşkilatda birləşdirmək zərurəti meydana çıxarkən bir neçə yazıçı çap etdirdikləri müraciətdə “Türk ədib və şairlər ittifaqı dərnəyi” təsis etdiklərini bildirdilər. Həmin ədəbi birlik “İldırım” adlanırdı. “Qızıl qələmlər” ədəbi cəmiyyəti də təxminən bu dövrlərdə formalaşmış, öz ətrafına gənc ədəbi qüvvələri toplamışdı. Bu cəmiyyət əsaslı və ədəbi təşkilat kimi 1925-ci il dekabrın 25-də Bakıda yaradıldı, ədəbi dərnəkləri öz ətrafında birləşdirdi. “Qızıl qələmlər” cəmiyyəti tez-tez müşavirələr, ədəbi gecələr, görüşlər, məruzələr təşkil edir, tədbirdər həyata keçirirdi. “Maarif və mədəniyyət” jurnalında, “Kommunist” və “Gənc işçi” qəzetlərində müntəzəm verilən ədəbi materiallar, “Qızıl qələmlər”, “Oktyabr alovları” almanaxları və ayrı-ayrı məcmuələr ədəbiyyatın təbliğinə, kütləvi surətdə yayılmasına xidmət edirdi. 1927-ci il iyul ayının əvvəllərində Azərbaycan yazıçılarının birinci ümumi yığıncağında bütün ədəbi qüvvələri bir təşkilat ətrafında birləşdirmək qərara alındı. Beləliklə, Azərbaycan Yazıçılar Cəmiyyətinin müvəqqəti idarə heyəti yarandı. Bakıda Ümumazərbaycan yazıçılarının birinci (13.01.1928) və ikinci qurultayı (20.X.1929) çağrıldı. 

ÜİK(b)P MK-nın ədəbi-bədii təşkilatların yenidən qurulması haqqında 1932-ci il 23 aprel tarixli qərarından sonra Azərbaycan Yazıçılar Cəmiyyətinin yenidən qurulması haqqında təşkilatı tədbirlər görüldü və Azərbaycan Yazıçılar İttifaqı yaradıldı
 

İDARƏ APARATI:

Anar – sədr – Azərbaycan Yazıçılar Birliyini təmsil edir, Birliyin işinə ümumi rəhbərlik edir, müqavilələr bağlayır. www.anar.az 
Fikrət Qoca – birinci katib – icra aparatına rəhbərlik edir, sədr vəzifələrini müvəqqəti icra etmədikdə onu əvəz edir. www.fikretqoca.az 
Çingiz Abdullayev -katib (təşkilat – təsərrüfat məsələləri üzrə) www.chingizabdullayev.ru 
İlgar Fəhmi – katib (yaradıcılıq məsələləri üzrə)
Rəşad Məcid – katib (gənclərlə iş üzrə)
Nazim İbrahimov – sədr müavini





Azərbaycan Yazıçılar Birliyinin Rəhbərləri:
 

Məmmədkazım Ələkbərli

(1905-1938) 
Ələkbərzadə Məmmədkazım — tənqidçi, 1934-cü ildən AYB-nın üzvü. 

1905-ci il yanvarın 24-də Dərbənd şəhərində anadan olmuşdur. Bakıda, APİ-nin dil və ədəbiyyat fakültəsində təhsil almışdır (1923-1927). Moskvada Qırmızı professorlar (1930-1934) institutunda təhsilini davam etdirmişdir. 

ADU-nun rektoru, müxtəlif illərdə AYİ idarə heyətinin sədri, Azərbaycan KP MK yanında «Kommunist» nəşriyyatının direktoru, «Ədəbiyyat qəzeti», «Bakinski raboçi». «Vışka» qəzetlərində baş redaktor olmuşdur. 

«İdealizm və materializm və yaxud yeni fəlsəfə» (1927), «Yeni əlifba və orfoqrafiya» (1929), «Azərbaycan ədəbiyyatı» (1935) kitablarının müəllifi olmuşdur. 

1938-ci ildə cəza təqdirləri dövründə güllələnmişdir.


 


Seyfulla Şamilov
1936


(1902-1974)

Şamilov Seyfulla Əli oğlu — nasir, publisist, tərcüməçi, 1937-ci ildən AYB-nın üzvü.

1902-ci il oktyabrın 10-da Azərbaycanın Qazax qəzasının Tatlı kəndində anadan olmuşdur.

Bakıda partiya məktəbini bitirmişdir (1921-1925). Azərbaycan Dövlət Pedaqoji İnstitutunda fəlsəfə kafedrasının dosenti (1931-1933), «Kommunist» qəzetində məsul redaktorun müavini, «Gənc işçi» qəzetinin məsul redaktoru, Azərbaycan Proletar Yazıçılar Birliyi təşkilat komitəsinin sədri (1932), Azərbaycan Yazıçılar İttifaqı idarəsinin sədri (1936), «İnqilab və mədəniyyət» jurnalının, «Əədəbiyyat qəzeti»nin məsul redaktoru (1936-1937), Uşaqgəncnəşrdə baş redaktor (1955-1962) vəzifələrində işləmişdir. «Şərəf nişanı» ordeni və Mədəniyyət Nazirliyinin «Əlaçı işçi» fəxri medalı ilə təltif olunmuşdur.

«Leninin pedaqoji üsulları» (1925), «Dördüncü il» (1929), «Laçın» (1932), «Seçilmiş əsərləri (1974), «Nigarın məcarası» (1977) kitablarının müəllifi olmuşdur.
 


Rəsul Rza
1938-1939


(1910-1981)

Rzayev Rəsul İbrahim oğlu – şair, dramaturq, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Sosialist Əməyi Qəhrəmanı (1980), Azərbaycanın Xalq şairi (1960), SSRİ Dövlət mükafatı laureatı (1951), Azərbaycan Ali Sovetinin deputatı, Azərbaycanın Əməkdar İncəsənət xadimi (1945). 

1910-cu il mayın 19-da Azərbaycanın Göyçay şəhərində maarifpərvər ailədə doğulmuşdur. Tbilisidə Zaqafqaziya Kommunist Universitetinin korperasiya şöbəsində təhsil almışdır (1926-1927). Azərbaycan Elmi-tədqiqat İnstitutunun aspiranturasında (1931-1933), Moskvada Kinematoqrafiya İnstitutunda təhsilini davam etdirmişdir (1934-1937). 

«Gənc işçi» qəzeti redaksiyasında tərjüməçi, Bakı kinostudiyasında ssenari şöbəsinin rəisi (1937-1938), Azərbaycan Dövlət Filarmoniyasının müdiri (1938), Azərbaycan Sovet Yazıçıları İttifaqının sədri (1938-1939), Bakı kinostudiyasının müdiri (1942-1944), kinematoqrafiya idarəsində rəis (1944-1946), Azərbaycan SSR kinematoqrafiya naziri (1946-1949), Azərbaycan Sovet Ensiklopediyasının baş redaksiyasının baş redaktoru, Ümumdünya Sülhü Müdafiə Komitəsi Rəyasət Heyətinin üzvü, Afrika və Asiya ölkələri Sovet Həmrəylik Komitəsi Rəyasət Heyətinin üzvü və respublika üzrə sədri, SSRİ Yazıçılar İttifaqı Rəyasət Heyətinin üzvü, «Novosti» Mətbuat Agentliyinin Azərbaycan şöbəsi idarəsinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin (VII çağırış) deputatı, Azərbaycan KP təftiş komissiyasının üzvü seçilmiş, Lenin və SSRİ dövlət mükafatları komitəsinin üzvü olmuşdur. Xidmətləri yüksək qiymətləndirilmiş, ona fəxri adlar verilmiş, üç dəfə Lenin ordeni və medallarla təltif edilmişdir. 

«Qanadlar» (1939), «Çinar» (1939), «Könül səsləri» (1954), «İllər və sətirlər» (1966), «Duyğular, düşünjələr» (1964), «Üzü küləyə» (1978), «Seçilmiş əsərləri» beş cilddə (2002) və başqa kitabların müəllifi olmuşdur. 

1981-ci ildə aprelin 1-də Bakıda vəfat etmişdir. 
 


Süleyman Rəhimov
(1900-1983)


(1900-1983)

Rəhimov Süleyman Hüseyn oğlu – nasir, 1938-ci ildən AYB-nın üzvü, Azərbaycanın xalq yazıçısı (1960), Sosialist Əməyi Qəhrəmanı (1975).

1900-cu il martın 22-də Yilezavetpol quberniyası Zəngəzur qəzasının Əyin kəndində anadan olmuşdur. ADU-nun tarix fakültəsində təhsil almışdır. Azərbaycanın Laçın, Samux, Şahbuz və Noraşen rayonlarında rəhbər partiya işlərində çalışmışdır (1934-1937). Azərbaycan Yazıçılar Birliyinin sədri (1939-1940), (1944-1945), Azərbaycan K(b)P Bakı şəhər komitəsində təbliğat üzrə katib (1940-1941), Azərbaycan K(b)P MK-da təbliğat və təşviqat şöbəsinin müdir müavini (1941-1944), Azərbaycan Nazirlər Soveti yanında Mədəni-Maarif İşləri Komitəsinin sədri (1945-1958) vəzifələrində işləmişdir.

Azərbaycan Jurnalistlər İttifaqının «Qızıl qələm» mükafatına (1972) layiq görülmüşdür. Üç dəfə Lenin orleni (1946, 1970, 1975), «Qırmızı Əmək Bayrağı» (1959), «Şərəf nişanı» (1942) ordenləri və medallarla təltif edilmişdir.

«Şamo» (I,II c. 1931, 1940), «Saçlı» (1944), «Ata və oğul» (1949), «Mehman» (1953), «Ana və abidəsi» (1967), «Mahtəvan» (1968), «Seçilmiş əsərləri» (üç cilddə, 1968-1981) və s. kitabların müəllifidir.

1983-cü il oktyabrın 11-də vəfat etmişdir.
 


Səməd Vurğun

(1906-1956)

Vəkilov Səməd Yusif oğlu – şair, dramaturq, tərcüməçi, tənqidçi, ədəbiyyatşünas, publisist, ictimai xadim, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, iki dəfə SSRİ Dövlət mükafatı laureatı (1941-1942), Azərbaycan EA həqiqi üzvü (1945), Azərbaycanın Əməkdar İncəsənət xadimi (1943), filologiya elmləri fəxri doktoru (1956), Azərbaycanın Xalq şairi (1956). 

1906-cı il martın 21-də Azərbaycanın Qazax qəzasının Yuxarı Salahlı kəndində anadan olmuşdur. Moskvada II Dövlət Universitetinin ədəbiyyat fakültəsində təhsil almışdır (1929-1931). APİ-ni bitirib elmi-tədqiqat institutunda, daha sonra APİ-nin dil və ədəbiyyat fakültəsində aspirant olmuşdur. 1934-cü il Azərbaycan Sovet yazıçılarının I qurultayında İttifaqın məsul katibi seçilmişdir. Ümumittifaq sovet yazıçılarının I qurultayında Yazıçılar Birliyi rəyasət heyətinin üzvü (1934), ZŞFSR Mərkəzi İcraiyyə Komitəsinin üzvü (1935) seçilmişdir. Uzun müddət Azərbaycan Sovet Yazıçıları İttifaqı rəyasət heyətinə rəhbərlik etmişdir. 1954-cü ildə Azərbaycan EA-nın Prezident müavini seçilmişdir. 

İki «Lenin» ordeni, iki «Qırmızı Əmək Bayrağı» ordeni, «Şərəf nişanı» ordeni və medallarla təltif edilmişdir. 

«Azad İlham» (1939), «İstiqbal təranəsi» (1947), «Dram əsərləri» (1955), «Komsomol poeması» (1958), «Seçilmiş dram əsərləri və poemaları» (1974), «Seçilmiş əsərləri (iki cilddə)» 1976 və s. kitabların müəllifidir. 

1956-cı il mayın 27-də Bakıda vəfat etmişdir


 


Mehdi Hüseyn
1958-1965


(1909-1965)

Hüseynov Mehdi Əli oğlu – nasir, dramaturq, tənqidçi, 1943-cü ildən AYB-nın üzvü, SSRİ Dövlət mükafatı laureatı (1950), Azərbaycanın xalq yazıçısı (1964).

1909-cu il martın 22-də Azərbaycanın Qazax mahalının II Şıxlı kəndində anadan olmuşdur. ADU-nun pedaqoji fakültəsinin tarix şöbəsində təhsil almışdır (1926-1931), Moskvada Dövlət Kinematoqrafiya İnstitutu yanında akademiya tipli kinossenariçilər kursunu bitirmişdir (1938). Azərbaycan Proletar Yazıçıları Cəmiyyətinin məsul katibi, Azərbaycan Yazıçılar İttifaqı Təşkilat Komitəsinin məsul katibi (1930-1934) Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin katibi (1954-1958), biricni katibi (1958-1965) vəzifələrində işləmişdir. 

«Qırmızı Əmək bayrağı» ordeni və medallarla təltif olunmuşdur. 

«Ölkəm» (1947), «Abşeron» (1949), «Səhər» (1953), «Seçilmiş əsərləri» (üç cilddə, 1954), «Qara daşlar» (1959), «Yeraltı çaylar dənizə axır» (1966) və s. kitabların müəllifi olmuşdur.

1965-ci il martın 10-da vəfat etmişdir.
 


Mirzə İbrahimov
AYB idarə Heyətinin sədri və SSRİ Yazıçılar İttifaqının katibi
1970-1986


(1911-1993)

İbrahimov Mirzə Əjdər oğlu – nasir, dramaturq, ədəbiyyatşünas, publisist, 1934-cü ildən AYB-nın üzvü, Azərbaycanın xalq yazıçısı (1961), Azərbaycan Elmlər Akademiyasının akademiki (1945), SSRİ Dövlət mükafatı laureatı (1950), Azərbaycan Dövlət mükafatı laureatı (1965), Beynəlxalq Nehru mükafatı laureatı (1979), Azərbaycanın Əməkdar İcnəsənət xadimi (1941), Sosialist Əməyi Qəhrəmanı (1981), SSRİ xalq deputatı (1989). 

1911-ci il oktyabrın 15-də (28-də) Cənubi Azərbaycanın Sərab şəhəri yaxınlığındakı Evə kəndində anadan olmuşdur. 1918-ci ildə Bakıya gəlmişdir. Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun ikillik hazırlıq şöbəsində, SSRİ Elmlər Akademiyasının Leninqraddakı Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil almışdır (1935-1937). Azərbaycan SSR xalq maarif komissarı (1942-1946), Azərbaycan Yazıçılar İttifaqı İdarə heyətinin sədri (1946-1954), biricni katibi (1965-1975), SSRİ Yazıçılar İttifaqı idarə heyətinin katibi (1965-1975), Azərbaycan Respublikası Nazirlər Soveti sədrinin müavini (1946-1950), Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin sədri (1954-1958), Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda XIX əsr Azərbaycan ədəbiyyatı tarixi şöbəsinin müdiri (1960-1970) vəzifələrində işləmişdir. Ömrünün axırınadək Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan Ədəbiyyatı Şöbəsinin müdiri olmuşdur. 

3 dəfə Lenin ordeni, Oktyabr İnqilabı ordeni və digər orden və medallarla təltif olunmuşdur. Həyat və ədəbiyyat» (1947), «Gələcək gün» (1954), «Böyük dayaq» (1957), «Pərvanə» (1971), «Əsərləri (on cilddə 1978-1981), «Niyəsiz, necəsiz bir yazısan sən» (1985) və s. kitabların müəllifi olmuşdur. 

1993-cü il dekabrın 17-də vəfat etmişdir.
 


İmran Qasımov
1975-1981


(1918-1981) 

Qasımov İmran Haşım oğlu – dramaturq və kinossenarist, (1939-cu ildən AYB-nın üzvü, Əməkdar İcnəsənət xadimi (1960), Azərbaycan Dövlət mükafatı laureatı (1986), Azərbaycanın xalq yazıçısı (1979).

1918-ci il noyabrın 25-də Bakıda anadan olmuşdur. ADU-nun filologiya fakültəsində, Moskvada kino-ssenaristlər şöbəsinin rəisi, Azərbaycan Nazirlər Soveti yanında Kinematoqrafiya nazirinin biricni müavini, Azərbaycan Yazıçılar İttifaqında dramaturgiya üzrə məsləhətçi (1953-1954), «Literaturnıy Azerbaydjan» jurnalının baş redaktoru (1954-1956), Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin biricni katibi (1975-1981) vəzifələrində çalışmışdır. 

Lenin ordeni, «Qırmızı əmək bayrağı», «Şərəf nişanı» ordenləri, SSRİ medalları və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltiıf edilmişdir. 

«Uzaq sahillərdə» (1954), «İllər keçir» (1968), «Fransız qobeleni (Yol qeydləri)» (1970), «İtaliya mozaikası» (1972) və s. kitabların müəllifi olmuşdur. 

1981-ci il aprelin 20-də vəfat etmişdir
 


İsmayıl Şıxlı
(1965-1968)
SSRİ Yazıçılar İttifaqının katibi
(1981-1987)


Şıxlinski İsmayıl Qəhrəman oğlu – nasir, ədəbiyyatşünas, publisist, Azərbayjan komsomolu mükafatı laureatı (1976), filologiya elmləri namizədi (1954), Azərbayjanın xalq yazıçısı (1984), Azərbayjan Respublikası Ali Sovetinin deputatı (1990), M.F.Axundov adına ədəbi mükafat laureatı (1991). 1919-ju il martın 22-də Azərbayjanın Qazax rayonunun II Şıxlı kəndində anadan olmuşdur. APİ-nin dil və ədəbiyyat fakültəsində təhsil almışdır (1937-1941).

APİ-nin filologiya fakültəsində aspirant (1946-1949), müəllim, baş müəllim olmuş, xariji ölkələr ədəbiyyatı kafedrasının müdiri, bir müddət Azərbayjan Yazıçılar İttifaqının katibi (1965-1968) kimi çalışmışdır. «Azərbayjan» curnalında baş redaktor (1976-1978), Azərbayjan Yazıçılar İttifaqının birinji katibi (1981-1987), SSRİ Yazıçılar İttifaqının katibi (1981-1987) olmuşdur. Azərbayjan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri seçilmişdir (1991). 

Xidmətlərinə görə «Qırmızı əmək bayrağı» (1979), II dərəjəli «İkinji Dünya müharibəsi» (1985) ordenləri və medallarla təltif edilmişdir. Azərbayjan SSR Ali Sovetinin Fəxri Fərmanını almışdır (1973).

«Ayrılan yollar» (1957), «Dəli Kür» (1968), «Xatirəyə dönmüş illər» (1980), «Məni itirməyin» (1984), «Daim axtarışda» (1988) və s. kitabların müəllifi olmuşdur. 
1995-ji il iyulun 26-da Bakıda vəfat etmişdir. 


 


Anar
1987 ildən bu vəzifəni icra edir
www.anar.az


Rzayev Anar Rəsul oğlu – nasir, dramaturq, kinodramaturq, 1964-cü ildən AYB-nın üzvü, Azərbaycanın Əməkdar İncəsənət xadimi (1976), respublika Dövlət mükafatı laureatı (1980), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1987), SSRİ Xalq deputatı (1989), Xalq yazıçısı (1998), Azərbaycan Respublikası Milli Məclisinin üzvü (1995, 2000). 

1938-ci il martın 14-də Bakı şəhərində anadan olmuşdur. Burada onillik musiqi məktəbini bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır (1955-1960). Moskvada Ali ssenari (1962-1964) və rejissor kurslarını (1970-1972) bitirmişdir. «Qobustan» incəsənət toplusunun baş redaktoru vəzifəsində işləmişdir (1968-1987). Hazırda Azərbaycan Yazıçılar Birliyinin sədridir. 

Asiya və Afrika ölkələri ilə respublika həmrəylik komitəsinin sədri (1983-cü ildən), Azərbaycan-Türkiyə dostluq cəmiyyətinin sədri (1992-cı ildən) seçilmişdir. Azərbaycan ədəbiyyatı və incəsənəti ensiklopediyasının baş redaktorudur (1992-cü ildən). Beynəlxalq Dialoq Avro-Asiya təşkilatının sədridir. Kinomatoqrafçılar İttifaqı idarə heyətinin üzvüdür. 

«Literaturnoe obozrenie» jurnalının mükafatını almışdır (1987). «Şərəf nişanı», «İstiqlal» (1998) ordenləri ilə təltif olunmuşdur. Türkiyənin üç mükafatına layiq görülmüşdür (2000, 2002, 2003). 

«Ağ liman» (1970), «Macal» (1973), «Beşmərtəbəli evin altıncı mərtəbəsi» (1981), «Sizi deyib gəlmişəm» (1984), «Dünya bir pəncərədir» (1986), «Sizsiz» (1992) və s kitabların müəllifidir. 
 
 

İlkin mənbə: Azərbaycan Yazıçılar Birliyi – AYB

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

FƏXRİMİZ – HACI ƏLİYEV

“Yarışlarda çempion olduqda yaşadığımız o hiss və yaxud himn oxunur və sən zala daxil olanda 10-20 min insanın ayağa qalxıb səni qarşılaması, sənin zəfərini öz zəfərləri kimi görməsi, səninlə qürur duyması sənin üçün əvzolunmaz bir vüqardır, qürurdur.”

Haci Aliyev

“MƏN KİMƏM” RUBRİKASININ İLK MÜSAHİBİ HAMIMIZIN SEVİMLİSİ, FƏXRİMİZ HACI ƏLİYEVDİR. QƏHRƏMANIMIZI TANIYAQ:

-” Mən Hacı Əliyev Azər oğlu (Haci Aliyev) 21 aprel 1991-ci ildə Naxçıvan şəhərində anadan olmuşam. 8-9 yaşımdan idmanla məşğul oluram. Atam əvvəllər sərbəst güləş üzrə məşqci olub. Orta təhsilimi Naxçıvan şəhərində başa vurduqdan sonra ilk bakalavr təhsilimi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında almışam. Hal-hazırda isə Bakı Dövlət Universitetində Hüquq fakültəsinin 2-ci kurs tələbəsiyəm. Bundan əlavə, Sərhəd Qoşunlarında zabit vəzifəsini icra edirəm. 2014-ci ildə ailə həyatı qurmuşam və 3 yaşlı bir qızım var. Məncə, gənc idmançılarımız nə qədər tez ailə həyatı qursalar bu onlar üçün bir o qədər faydalıdır. Onlar yarışlara hazırlaşdıqları zamanlarda da ailələri onların yanında olur və onları dəstəkləyirlər. Ailən olduğu zaman ilk növbədə məsuliyyətli olursan. Uşaqlıq illərim Naxçıvanda keçib, 2000-ci ildə isə Bakıya köçdük və o vaxtdan Bakıda yaşayırıq. 2013-cü ilədək kirayədə qalmışıq və maddi durumumuz elə də yaxşı olmayıb. 2001-2002 ci illərdə artıq yarışlar başlayırdı və yarışlara çıxmağa belə imkan edə bilmirdim. Hətta atam yarışda iştirak etməyim üçün Naxçıvan şəhərindəki evimizi satdı. Artıq yarışlara çıxdıqdan sonra nailiyyətlərim də artmağa başladı. Düzdür, əvvəllər çox çətinliklər yaşayırdıq. Ən əsası da yarışlarda məğlub olmaqdan qorxurduq. Qorxurduq ki, valideynlərimizin və məşqçimizin reaksiyası pis ola bilər. Buna görə də, hər məşqdə daha çox çalışırdım. Hər zaman məşqlərə həvəslə gəlirdim. Məğlubiyyət nə qədər üzücü olsa da, əsəbləşsəm də, lakin mənə motivasiya verirdi, üzərimdə daha çox işləməli olduğumu anlayırdım. Bütün bu zəhmətimin qarşılığında 2014-ci ildə mən Avropa çempionu oldum və prezident mənə ev hədiyyə etdi. Bundan sonra nailiyyətlərim artmağa başladı. Dəfələrlə qalib oldum. Uşaqlıqdan dünya çempionu olmaq arzum idi, amma heç bir zaman düşünməzdim ki, nə vaxtsa arzum gerçəkləşəcək, düşünməzdim ki, Azərbaycanda Sərbəst güləş üzrə ilk dünya çempionu adını mən qazanacam. Prezident tərəfindən dəfələrə mükafatlandırılmışam: 2015-ci ildə Tərəqqi medalı, 2016-cı ildə fəxri diplom, 2017-ci ildə Azərbaycan Respublikasının fərdi təqaüdü və 3 ay sona isə Olimpiya təqaüdünə layiq görüldüm. 2015-ci ildə Bakıda keçirilən Avropa Oyunları demək olar ki, bu günə kimi mənim iştirak etdiyim yarışların ən çətini və məsuliyyəti daha çox olan bir yarış idi. Bu yarışda ilk görüşdə erməni güləşcisi ilə qarşılaşdım. Təsəvvür edin ki, mən bunu eşitdikdən sonra çox düşündüm. Bu yarışda məğlub ola bilməzdim, çünki mən bu yarışa dünya çempionu olaraq qatılırdım. Bu yarışda məni ən çox sevindirən o oldu ki, mən 7:0 hesabı ilə erməni güləşcisini məğlub etdim. Ən böyük hədəflərimdən biri Olimpiya çempionu olmaqdır. Mən Olimpiya oyunlarında bürünc medal əldə etsəmdə mənim ən böyük məqsədim, hədəfim qızıl medal qazanmaqdır. Hal-hazırda əsas hədəfim Tokyo Olimpiadasına lisenziya qazanmaqdır. Bunu əldə etmək üçün isə ilk altılığa düşməyim gərəkdir. Karyeramı 30 yaşımda sonlandırmağı düşünürəm niyə desəniz, çünki hal-hazırda 18-20 yaşlarında gənc idmançılar ortaya çıxır onlar bizlərə nisbətən daha enerjili və həvəsli olurlar. Mənim fikrimcə, 30 yaşdan sonra qalan və yarışlara davam edən idmançılar nələrisə əldə etmək üçün davam edir və mübarizə aparırlar. Karyeramı bitirdikdən sonra Milli Komandanın baş məşqçisi olaraq çalışmaq istəyərəm. Öz adıma sərbəst güləş məktəbi açmaq planlarımda var. Digər ölkələrin çempionlarının öz adlarına güləş məktəbləri mövcuddur. Məqsədim isə ora gənc idmançıları cəlb etmək və gələcəyin Avropa, Olimpiya, Dünya çempionlarını formalaşdırmaqdır. Düşünürəm ki, indiki gənclərin bir çoxu mənasız işlər, əməllərlə məşğul olur və öz gələcəklərinin məhvini formalaşdırırlar. Bunun əksi olaraq, hal-hazırda bir çox gənclərimiz istər idman, istərsə də digər sahələrdə işləyir, təcrübələr əldə edir və öz gələcəklərinin çırağını yandırırlar. Gənclərə məsləhətim odur ki, onlar vaxtlarını əyləncəyə deyil, gələcəkləri üçün müsbət təsir edəcək vərdişlərə yönləndirsinlər. Bizim bayrağımız dünyanın ən gözəl bayraqlarından biridir. Yarışlarda çempion olduqda yaşadığımız o hiss və yaxud himn oxunur və sən zala daxil olanda 10-20 min insanın ayağa qalxıb səni qarşılaması, sənin zəfərini öz zəfərləri kimi görməsi, səninlə qürur duyması sənin üçün əvəzolunmaz bir vüqardır, qürurdur. Yarışlardan sonra ölkəyə qayıtdığın zaman səni qarşılamağa gələn insanların sevinci insana həqiqətən də ifadə edilməsi çətin olan duyğular yaşadır.”

UĞURLARIN BOL OLSUN, HACI!!! BÜTÜN XƏYALLARIN GERÇƏK OLSUN!!! O BAYRAQ BAŞIMIZIN ÜSTÜNDƏN ƏSKİK OLMASIN…

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AD GÜNÜNÜZ MÜBARƏK!!!

Bu gün Bayramov Qurban Fərman oğlunun  ((1946) — Azərbaycan Yazıçılar Birliyinin üzvü (1985), Respublika Qarabağ Ağsaqqallar Şurasının üzvü (2001), Azərbaycan Ziyalılar Hərəkatı Ali Şurasının üzvü (2003), filologiya üzrə fəlsəfə doktoru (1979), Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi. ) ad günüdür. Bu münasibətlə hamımızın fəxri, sevimlisi, hörmətli alimimiz Qurban müəllimi təbrik edir. Uca yaradandan uzun və sağlıqlı ömür, işlərində uğurlar arzu edirik.

Qısa arayış:

Qurban Bayramov 1946-cı il mayın 30-da Azərbaycanın Ağdam rayonunun Əlimədədli kəndində anadan olmuşdur. Orta təhsilini burada almış, indki N.Tusi adına ADPU-nin filologiya fakültəsini (1963-1967) bitirmişdir. Orta məktəbdə müəllim, tədris işləri üzrə direkor müavini vəzifələrində çalışmışdır (1967-1971). Hərbi xidmətdə olmuş (1967-1968), aspirantura təhsili almışdır (1970-1974). 1972-ci ildən Ədəbiyyat İnstitutunda baş laborant, elmi işçi, baş elmi işci olmuşdur. Hazırda həmin institutda aparıcı elmi işçi vəzifəsində fəaliyyət göstərir.

1979-cu ildə “Səməd Vurğun poeziyasında lirik qəhrəman problemi” mövzusunda dissertasiya müdafiə etmişdir. Dövri və elmi mətbuatda 300-dən çox məğalə dərc etdirmiş, “Vurğun poeziyası”, “Lirik qəhrəman və zaman”, “Yaşar Qarayev: Milli yaddaş təlimi – Azərbaycançılıq” elmi-nəzəri, “Yaralı Vətənin yaralı övladları” bədii-publisist kitabları var. Onun “Müasir Azərbaycan poeziyasında üslubi meyillər”, “Azərbaycan ədəbiyyatında tarixilik və müasirlik”, “M.Ə.Sabir ənənələri və Azərbaycan ədəbiyyatı”, “Səməd Vurğun dünən, bu gün və sabah”, “M.H.Şəhriyar poetik üslubu”, “Qarabağ ədəbi mühiti – uzaq keçmişdən bu günümüzə qədər” təkin maraqlı tədqiqat işləri vardır.

Azərbaycan ədəbiyyatının əksər nümayəndələri barəsində məqalə yazmış, fikir söyləmiş, elmi və bədii kitabların redaktoru olmuş, onların bir çoxuna ön söz yazmış, xüsusən, “Azərbaycan poeziyası”na həsr etdiyi ədəbi icmalları maraq doğurmuşdur.

Uzun illər “Gənclik” nəşriyyatında rəsmi rəyçi, Azərbaycan Dövlət Televiziyasında “Ədəbiyyatşünaslıq və zaman”, “Ədəbiyyat” (1982-1992) elmi-kütləvi, tədris televiziya verilişlərinin müəllif-aparıcısı, Ədəbiyyat İnstitutu Elmi Şurasının, Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü olmuşdur.

Azərbaycan MEA-nın, Azərbaycan Respublikası Həmkarlar Konfederasiyasının Fəxri fərmanlarına, “Tanınmış Vurğunşünas alim”, “Fədakar alim”, “Elm fədaisi” fəxri diplomlarına, “Səməd Vurğun mükafatı”na, “Avropa Nəşr Mətbu Evi”nin “Qızıl medal”ına, AMEA-nın Azad Həmkarlar İttifaqının “Fəxri fərmanı”na (2016) layiq görülmüşdür.

Allah can sağlığı versin! Eldən əksik olmayın, Qurban müəllim!

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AD GÜNÜNÜZ MÜBARƏK !!!

Bu gün Qulu Ağsəsin ad günüdür. Doğum günü münasibəti ilə Qulu müəllimi təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirik!!! Uğurlarınız bol olsun, Qulu müəllim!!! Var olun, gözəl insan !!!

QISA ARAYIŞ:

Qulu Ağsəs  20 aprel 1969-cu ildə Ağdamda doğulub.

1993-cü ildə mükafat almışdır. “Avropa” qəzetində işləmişdir. Dövlət radiosunda proqramı var. “Azərbaycan qadını” jurnalının da əməkdaşıdır. Prezident təqaüdçüsüdür.

27 mart 2014-cü ildə “Ulduz” jurnalının baş redaktoru təyin olunub. Qulu Ağsəs bu təyinata qədər jurnalın baş redaktor müavini olmuşdur.

ŞAİRİN DİLİNDƏN ŞEİRLƏR:

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AD GÜNÜNÜZ MÜBARƏK !!!

Onu bir yazar kimi 1987 – ci ilin yayından sonra “Karvan yolu” romanı ilə tanımışam. Allah hər ikisinə rəhmət eləsin, atam – Mustafa Müseyiboğlu – həmin günü üç kitab alıb gətirmişdi şəhərdən – Ağdamdan (Püstənin kitab mağazasından). Biri “İnsaf nənə”, biri “Dədə palıd”, bir də “Karvan yolu”. İndiki kimi yadımdadı, üçünü də tez varaqladım. Nəsə birinci “Karvan yolu”-nu oxumağa qərar verdim… Bəlkə yer-yurd adlarının tanışlığından, bəlkə nəsə başqa bir doğmalıq hissi məni buna sövq etdi bilmirəm. Ancaq, dəqiq belə oldu… Aydın məsələdir ki, sonra digər kitabları da dəfələrlə oxudum (adətən belə olurdu, yeni kitablar alınana qədər ən son alınanlar təkrar-təkrar oxunurdu). Hər ikisi çox təsirli kitab idi… Bəlkə də o vaxt “Dədə palıd” mənə daha təsirli görünmüşdü, nəinki “Karvan yolu” … Fəqət, sonralar onun digər kitablarını oxuduqca istənilən mövzuda olan yazılarında yer-yurd adları, müxtəlif məkanlar barədə, insanların hissləri, hətta üz cizgiləri barədə ən xırda detalları belə təsvir zamanı nəzərdən qaçırmaması, böyük ustalıqla təqdim etmək bacarığı məni heyran edirdi…

Bu gün – 11 dekabr 2018 – ci il tarixdə 100 yaşın tamam olur, ey böyük insan… … bu “yüz illik” nədir ki… Siz min illikləri qeyd olunmalı çox az saylı şəxsiyyətlərdən birisiniz və neçə belə “yüz illik” – lər ötsə də, belə olaraq qalacaqsınız… …sözün bayram etdiyi Bayram sözündə yaşayacaqsınız… …baxmayaraq ki, bütün el-oba kimi bu sözlər də bir az qəribçilik çəkir, ancaq, inanın ki, bütün bunlar tarix üçün heç bir anlam kəsb etməyən, çox qısa bir zaman kəsiyidir… “NƏTƏR Kİ” bu xalq Sizin sözlərinizdə yaşayan el-obasından ötrü darıxır, həsrətin çəkir, xiffətini edir, eləcə də bu və digər məsələlər…. Əslində bəlkə də bu təbii haldır və heç bir mübaliğədən və şişirtmədən söhbət gedə bilməz. Çünki, bu millət o yerləri bir yuxusunda görür, bir də Sizin yaratdığınız bədii lövhələrdə tapır, xatırlayır… Ad gününüz mübarək, Bayram müəllim… Ruhunuz bilirəm ki, heç cür şad ola bilməz özümüz və sözümüz qəribçilikdə olduqca… Uca Yaradan özü bizə kömək olsun… Amin… Amen…

QISA ARAYIŞ:

Bayram Bayramov 1918-ci il dekabrın 11-də  YELİZAVETPOL QUBERNİYASI-nın (indiki Ağdam rayonunun) Şixavənd kəndində əkinçi ailəsində anadan olmuşdur. Yeddiillik kənd məktəbini bitirib Ağdam Pedaqoji Texnikumunda təhsilini davam etdirmişdir (1934-1938). Tərtər rayonundakı Qusanlı kənd natamam orta məktəbində müəllim (1938-1940), Müsəlmanlar kəndində natamam orta məktəbin tədris hissə müdiri (1940-1941), Xoruzlu kənd yeddiillik məktəbində məktəb müdiri (1941-1942) işləmişdir. Böyük Vətən müharibəsində Mozdok uğrunda döyüşlərdə iştirak etmiş, ağır yaralanmışdır (1942). Hərbi xəstəxanada sağaldıqdan sonra altı ay Yevlax rayonunun Qoyunbinəsi kənd yeddiillik məktəbində müdirlik etmişdir. 1943-cü ilin aprelində yenidən Sovet Ordusu sıralarında qulluq etmişdir. Tərxis olunub doğma kəndlərinə qayıdarkən burada pedaqoji fəaliyyətini davam etdirmişdir: yeddiillik məktəbin müəllimi (1944-1945) işləmişdir. 1945-1950-ci illərdə ADU-nun fılologiya fakültəsində təhsil almışdır. Sonra N.K.Krupskaya adına kitabxanaçılıq texnikumunda müəllim (1948-1955), radionun ədəbi dram verilişləri redaksiyasında məsul redaktor (1956-1958), “Azərbaycan” jurnalı redaksiyasında ədəbi işçi (1958-1960), Azərbaycan Yazıçılar İttifaqında nəsr üzrə məsləhətçi (1960-1963) işləmişdir. Bir müddət yenə bütün qüvvəsi ilə yaradıcılıqla məşğul olmuşdur. Dövlətnəşrkomda sədr müavini kimi çalışmışdır (1966-1971). Qarabağa Xalq Yardımı Komitəsinin sədri vəzifəsində işləmişdir (1989-cu ildən). Azərbaycan Yazıçılar Birliyi Şurasının üzvü seçilmişdir (1991).

Bədii yaradıcılığa 1950-ci ildə “Azərbaycan gəncləri” qəzetində çıxan “Körpü” adlı ilk hekayəsi ilə başlamışdır. Həmin vaxtdan dövri mətbuatda müntəzəm çıxış edib. Fəal ictimaiyyətçi, Azərbaycan KP 26 Bakı komissarı rayon Partiya Komitəsinin büro üzvü (1960), Bakı şəhər Sovetinin (1961, 8-ci çağırış) deputatı və rayon Sovetinin (1959, 7-ci çağırış), Müstəqil Azərbaycan Respukliası Milli Məclisinin deputatı olmuşdur. “Şərəf nişanı” ordeni (1968), “Xalqlar dostluğu” ordeni (1978), “Böyük Vətən müharibəsi” ordeni (1985), “Qırmızı əmək bayrağı” ordeni (1988), Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı (1967) və medallarla təltif edilmişdir. Əsərləri SSRİ-də, eyni zamanda xarici ölkələrdə tərcümə və nəşr olunmuşdur.

1994-cü il noyabrın 9-da Bakıda vəfat etmiş, II Fəxri Xiyabanda dəfn olunmuşdur.

Qeyd:

YELİZAVETPOL QUBERNİYASI bu adı bilərəkdən belə seçilən yazmışam, yuxarıdakı tarix barədə sözümə qüvvət üçün indi hanı o ad… və digərləri… Xatırladığımız, Vaqifdir, Natəvandır…

LAYİHƏ:

Görkəmli söz adamı Bayram Bayramovun anadan olmasının 100 illiyi ilə əlaqədar olaraq, “BAYRAM BAYRAMOV – 100” layihəsi çərçivəsində gənc yazarlara kömək məqsədi ilə metodiki tövsiyə xarakterli yeddi yazıdan ibarət “Söz bayramı və ya Bayram sözü” adlı məqalələr toplusundan ibarət e-kitab hazırlanıb fəaliyyətdə olan bütün elektron kitabxana bazalarına yerləşdiriləcək. (bu kitabın gələcəkdə “Yazarlar” jurnalının xüsusi buraxılışı formasında ənənəvi qaydada nəşri də nəzərdə tutulur) Layihə və onun gedişatı barədə təfsilat saytın “LAYİHƏLƏRİMİZ” bölümündə var. Layihənin müddəti 11 dekabr 2018-ci ildən, 11 dekab 2019-cu ilədək olan dövrü əhatə edəcək və dayanıqlı məlumatlandırmanı təmin etmək məqsədi ilə sosial şəbəkələrdə #bayram_bayramov_100 haştağından istifadə olunacaq.

USTAC.AZ


WWW.YAZARLAR.AZ
 və WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

===========================================================

BİZİM DÜNYA

 

 

“Dünya bildiyinizdən artıq bizim ola bilməz.”

Xudu  MƏMMƏDOV.

 

SÖZLƏR  VƏ  HƏRFLƏR

 

Salam, çox dəyərli və hörmətli oxucum. Sizinlə yeni görüşə fürsət verdiyinə görə Uca Yaradana dəfələrcə şükürlər olsun. Böyük alim, dahi söz sahibi Xudu müəllimdən sitat gətirməyim heç də təsadüfi deyil. Xudu Məmmədov ən yaxın keçmişimizdə, demək olar ki, gözümüz önündə öyrənməyin, araşdırmağın, tətbiq etməyin, təqdim etməyin,  nəticə əldə etməyin, öyrətməyin, cəsarətin və bir çox  başqa mühüm, bütün yetkin insanlar  üçün vacib olan keyfiyyətlərin  tək bir şəxsdə  cəmləşdiyi  çox az saylı  ziyalılarımızdandır. Xudu müəllimin minlərcə  qiymətli kəlamlarından niyə məhz bu iki cümləni seçdim? O, deyirdi:- “Dünya bildikdə bizim olur. Dünya bildiyinizdən artıq bizim ola bilməz” – bəli, bu birmənalı olaraq belədir. Əlbətdə, bizim dünya bizə məlum olanlardan ibarətdir. Təsəvvür edək ki, yanında iti, qolunda gözüaçıq şahini  olan atlı bir çoban qayanın başında dayanıb. Atın qaşının üstündə də bir milçək oturub. Bu canlıların hamısı eyni yerdə dayanıb, eyni səmtə baxsa da hərə ancaq özünə lazım olanı və ya görə, qavraya, qəbul edə biləcəyini görür. Bu çox sadə və primitiv bir misaldır. Biz bütün digər canlıları bir kənara qoyub, yaradılmışların əşrəfi insanın üzərində, insan oğluna verilmiş ən vacib, ən gözəl nemət olan dilin, danışmağın, fikrin, düşüncənin, sözün üzərində dayanacağıq. Bəli, dünya bildiklərimizdən ibarətdir, həm də bizim dünya öz düşüncəmizin, xəyallarımızın məhsuludur. Dünyamız beynimizdə qurulur. Aydın məsələdir ki, bilmək öyrənməkdən, öyrənmək oxumaqdan, oxumaq sözlərdən, sözlərsə hərflərdən keçir… Söhbətimizə başlamazdan əvvəl onu qeyd edim ki, Azərbaycan adlı məmləkəti bizə Vətən, danışdığımız elastik, şirin, axıcı və eyni zamanda olduqca zəngin bir dili,  Ana dilimiz kimi bəxş etdiyinə görə Uca Yaradana  minnətdar olmalıyıq. Sahibi olduğumuz məmləkətin və dilin başı həmişə qalda olsa da, şükürlər olsun ki, bütün dövrlərdə  doğru seçim etməyi bacaran, düzgün qərarlar qəbul edən  cəsarətli  ziyalılarımız  olub.  Belə şəxslərin, deyərdim ki, sözün əsl mənasında olduqca uzaqgörən, cəsarətli böyük insanların  gərgin əməyi və fasiləsiz səyləri nəticəsində  bu gün dilimiz  aid olduğu dillər qrupunun ən zəngini, bütün parametrlərdə  qabaqcılıdır.  Bu mənim subyektiv fikrimdir, kimlərsə  razılaşmaya bilər, necə deyərlər dünya fikir dünyası, söz dünyasıdır. Hamının fikrinə böyük hörmətlə yanaşıram.  Açıqlamaya keçməzdən  əvvəl  kiçik  bir  haşiyəyə çıxıb, təxminən yüz il əvvəlki  canlı dilimizi özündə əks etdirən,  Salman  Mümtaz kimi  dahi söz bilicisinin qələmindən çıxmış bir materialı diqqətinizə çatdırmağı özümə borc bildim.

S.Mümtaz yazır: “… Sabiri öz nömrəmə gətirdim və qalmağı təklif  etdim. Sabir razı oldu. Əlahiddə krovat qoymaq mümkün olmadığından krovatımı ona verərək özüm kuşetkanın üstündə uzandım. Sabir yarım saatdan çox o böyrü və bu böyrü üstündə çevrildi. Səbəbini soruşduqda krovatdan şikayət edərək “məni atıb-tutur”, -dedi. Yerimizi dəyişdik. Kuşetkanın üstündə uzanan kimi “ox, buna nə demişəm, mən prujinli krovatı harda görmüşəm” – deyərək yatdı… Gecə gec yatmağımıza görə səhər bir az gec durmalı idik. Lakin konkaların zənginin səsi vəbazar əhlinin hay-küyü buna mane oldu və o gün Sabirlə aşağıdakı müsahibəmiz oldu”.  Bu kəlmələr, ifadə tərzi  1910-cu ilin iyun ayına aiddir.

Mirzə Ələkbər Sabirin Salman Mümtaza verdiyi ilk və son müsahibəsini professor Şirməmməd Hüseynov 2002-ci il aprelin 20-də “Günay” qəzetində (№ 16) dərc edib. Əlavə olaraq bu müsahibə bəzi qeyidlərlə tam olaraq araşdırmaçı-yazar  Rəşad Sahilin təqdimatında müxtəlif  elektron kütləvi informasiya vasitələrində də yayımlanmışdır.

Həmin müsahibədən indi təqdim edəcəyim bəzi məqamlar və eyni zamanda yuxarıdakı qeydlərin dili, oradakı söz və ifadələr çox maraqlı olub, bugünkü söhbətimiz üçün böyük əhəmiyyət kəsb edir. Bu məlum müsahibədən böyük şairimiz  M.Ə. Sabirin şair və şeir haqqında dedikləri aşağıdakılardan ibarətdir:

Şair haqqında:” Böyük şairləri də, ustadları da ancaq bilik və xalq yetirə bilər. Şair elin, xalqın hökmranı və gözünün işığı olmalıdır ki, o nə desə xalq ona baxsın və nə yazsa el oxusun. Bu hökmranlıq da yalnız elin ruhunu bilməklə və tələblərini ödəməklə olar.”

Şeir haqqında: Şeir odur ki, mövzusu həyatdan götürülüb,özü də açıq və aydın yazılsın, həm də xalqın ruhuna uyğun yazılsın. Beş gün,üç gün ömür eyləyib yaşayan şeirlərə şeir deyilməz. Xalqın oxumadığı, əzbərləmədiyi şeir, şeir deyildir. Çünki onların əsası və bünövrəsi yoxdur,onlar hübab (yağış yağanda su üzünə çıxan qabarcıq, köpük) gəmisi kimi tez çıxıb, tez də batırlar. Elin ruhundan,ürəyindən qopmayan şeirlər xalqın ruhunda heç bir zaman həyacan əmələ gətirə bilməz.

Bir adamı rahat oturduğu yerdə yerindən durquzub oynatmaq üçün ona onun könlü istədiyi və sümüyünə düşdüyü hava çalınmalıdır. Belə olmasa o, qollarını açıb süzə bilməyəcəkdir.”

Bir neçə nümunə də ustad şairimiz Məhəmədhüseyn Şəhriyardan gətirmək istəyirəm. Hərçənd ki, onun şeirinin şipşirin dili hamımıza məlumdur. Ustadın “Türkün dili” şeirindən:

Türkün dilitək sevgili, istəkli dil olmaz,
Ayrı dilə qatsan bu əsil dil əsil olmaz.

Öz ləfzini farsa, ərəbə qatmasa şair,
Şerin oxuyanlar, eşidənlər kəsil olmaz,

 

Şerin gərək ehsas ilə riqqətlə qanşsın,
Kənd əhli bilirlər ki, doşabsız xəşil olmaz.

Yenə həmin şeirdən:

Şair ola bilməzsən, anan doğmasa şair,
Missən, a balam, hər sarıköynək qızıl olmaz.

Çox da ki, Sərabın suyu var, yağ, balı vardır,
Başı ərşə də çatdırsa, Sərab Ərdəbil olmaz.

“Yalan dünya” şeirindən başqa bir nümunə:

Atı əzəl dağa saldıq,
Yorulduqca dalı qaldıq.
Atı satdıq, ulaq aldıq,
Yəhər oldu palan, dünya
.

 

 

“Heydərbabaya salam” – dan bir bənd:

Bu tovlədə sarı inək doğardı,
Xanım nənəm inəkləri sağardı,
Ana iysi dam-divardan yağardı,
Mən buzovu qucaqlardım qaşmasın,
Deyərdi: – Bax, bayda dolsun daşmasın.

Bu adlarını çəkib, sözlərindən istifadə etdiyimiz şəxslərin ədəbiyyatımız, mətbuatımız, jurnalistikamız ümumiyyətlə söz yaradıcılığımız  tarixində  xidmətləri danılmaz, əməkləri misilsizdir. Bunlardan əlavə lap qədimlərdən, bir Ananın övladı doğulduğu gündən  üzübəri günümüzədək yaradılan olduqca müxtəlif istər şifahi, istərsə də yazılı  ədəbiyyatın  dili, canlı dilimiz, təxminən yarım əsr əvvəl qeydə alınmış lent yazılarını  dinləmək, oradakı sözləri eşitmək imkanlarımızı da üstünə gəlsək dil, söz haqqında özümüzdə müəyyən fikir formalaşdıra bilərik. Bütün bu yuxarıda qeyd etdiklərimə əsaslanaraq, bəzi düşüncələrimi sizinlə bölüşmək istərdim.  Xüsusilə də hamının bir-birinə irad tutmağa, keçmişdəkilərin dəyərli heç nə yazmadığını, müasirlərin heç nə yaza bilmədiyini  böyük canfəşanlıqla  vurğulamağa can atdığı bir vaxtda məncə, bu məsələyə toxunmaq yerinə düşərdi. Beləliklə keçək əsas məsələyə. Əvvəlcədən onu qeyd edim ki, qaldıracağım məsələlərdə  öz üzərimdən, yəni ya birbaşa ya da  dolayısı ilə mənim yazdıqlarıma da aid olanlardan  çıxış edib ümumi məsələyə toxunmağa çalışacam. Mən bütün yazılarımda əgər sonradan başqa bir yerdə, kiminsə süzgəcindən başqa cür çıxmırsa, “Günəş”, “Gün”, “Ay”, “Yer”, “Göy”, “Ata”, “Ana”,  “Mən”, “Sən”   və başqa bu qəbildən olan sözləri  necə deyərlər, kiçik hərflə yazmağa əlim gəlmir və həmişə böyük hərflərlə yazıram. İstər şeirlər olsun, istərsə də  başqa növ yazılar  hamısı   musiqi, rəngkarlıq, boyakarlıq, heykəltaraşlıq və digər tətbiqi sənət əsərləri kimi yaradıclıq məhsullarıdır. Yaradıcılığın isə heç bir sahəsində xəyalında olanı hər hansı bir şablona uyğunlaşdırmaq olmaz. Əgər bu uyğunlaşma yolu seçilirsə mütləq yarımçıq bir məhsul ortaya çıxır. Odur ki, əgər, kimsə dərslik və ya əlavə  dərs  vəsaiti yazırsa bəlkə də onun hal-hazırda qüvvədə olan qramatik qaydalara – demək olar ki, hər gün gözümüzün önündə dəyişməsinə baxmayaraq  – əməl etməsi vacibdir. Ancaq, digər növ yazıların xüsusilə də bədii ədəbiyyatın hər gün təyin olunan yeni bir qaydaya uyğunlaşdırılması ən azı ədalətsizlik olardı. Çünki, bədii ədaəbiyyat şablonlardan uzaq, yaradıcı şəxsin öz hiss və emosiyalarını ora qatdığı və bunu hiss etdiyi kimi çatdırmağa  çalışdığı zaman istifadə etdiyi bütün yol və vasitələr məqbul sayılmalıdır. Dil canlı olduğu üçün o, daim inkişafdadır və zənginləşir. Bu lap, əvvəldə qeyd etdiyim misallardan da aydın görünür. Mən indi, yəni son beş –on ildə dilimizə daxil olan informasiya və texnologiya  ilə bağlı yeni sözləri bir kənara qoyub, artıq əsrlərdir dilimizdə işlənən bəzi sözlərdən misal gətirmək istəyirəm.  İlk əvvəl qeyd etmək istəyirəm ki, dilimizin günümüzədək belə axıcı, şirin, zəngin gəlib çxmasına görə uzun müddət Ərəb əlfbası əsasında mövcud olmuş Əski əlifbamıza və sonralar  istər ilk dəfə Latın qrafikalı əlifbaya, istərsə də Krilə  keçəndə  dilimizə məxsus spesfik hərflərin xüsusilə  [Ə] səsinə uyğun  “Ə” hərfinin ayrıca işarə kimi qəbul edilib saxlanmasına  çox borcluyuq. Düşünürəm ki, dilimizdə  “Ə” və “Y” həriflərinin xüsusi yeri var. Hətta, müasir mahnı ifaçılığı, xanəndəlik sənətində bizim sənətkarların öz digər həmkarlarından olduqca mütəhərrik səsilə, xüsusi boğazlar və uzun zəngulələrilə seçilməsində də bioloji faktorlarla yanaşı,  [Ə] səsinə uyğun “Ə” hərfinin özünəməxsus rolu olduğunu böyük əminliklə söyləmək olar.  Uzun müddət müxtəlif qramatik qaydalar mövcud olmasına baxmayaraq günümüzdə də “Y”-nın hansı sözlərdə qoşa, harda tək yazılması məsələsi açıq olaraq qalır. “Y” ilə bağlı bir-iki misal çəkəndən sonra, “Ə”-yə  aid  öz başıma gələn, iştirakçısı olduğum maraqlı bir əhvalat danışacam. Deməli belə məsələn,  götürək “tövsiyə” sözünü hal-hazırda mövcud olan qramatik qaydalara uyğun olaraq yuxarıda göstərildiyi şəkildə bir “y” ilə yazılmalıdır. Olsun. İndi bu sözün kökünə baxaq “tövsiyə” Ərəb mənşəli “tovsiyə” sözündəndir. Göründüyü kimi kökdə də bir “y” ilə yazılıb. Ancaq burada iki fərqli məqam var. Birinci “tovsiyə” Ərəb hərflı sözdə “iy”  ardıcıl gələn bu iki hərf eyni işarə ilə yazılır. İkinci isə orada “ö” deyil, “o” olduğuna görə biz  dilimizə uyğun “ö” yazıb, [ö] tələffüz etdikdə müəyyən məqamlarda [ö] daha incə, yumşaq səs olduğuna görə sanki bir “y” azlıq edir.  Məncə, qərar verəndə bu iki səbəb nəzərə alınmalıdır. Konkret olaraq, “tövsiyyə edirəm”, “tövsiyyə olunur”, “tövsiyyə məktubu”, “tövsiyyə”,  kimi hallarda zənnimcə qoşa “y” yazlması daha məqsədə uyğun olardı.  Hal-hazırda istər ənənəvi, istərsə də elektron formalı mediada hər iki qaydadan  geniş istifadə olunur. İkinci bir söz “mütaliə” . Bu söz də Ərəb mənşəlidir. Mövcud qaydalara görə “mütaliə” formasında “y”-sız yazılmalıdır. Ancaq bu nə dərəcədə uyğundur bu maraqlı sualdır. Çünki, “mütaliə” və “ailə” sözlərinə ayrı-ayrılıqda baxdıqda, “ailə” –sözünün nisbətən “y”-sız yazılması qanunauyğun görünsə də, bu fikri “mütaliə” sözünə heç cür aid etmək olmur. Hərçənd ki, “mütaliə”,  “ailə” bu sözlərin ikisi də “y” ilə yazılsa daha yaxşı olar. Mən adətən “mütaliə”-ni “mütaliyə”- kimi yazıram. Daha bir söz, “seyid”- bu söz də Ərəb mənşəlidir. İlkin variantında, yəni kökdə – Ərəb dilində, “seyyid” – dilin öz qrafikasına uyğun olaraq  təşdidli “y”-ilə qoşa yazılır.  Ancaq, qaydalara uyğun olaraq dilimizdə  “seyid” şəklində bir “y”-ilə yazılır. Bu sözü mən hələlik iki dəfə işlətmişəm. Birinci dəfə  Milli Qəhrəmanımız  Mübariz İbrahimova  həsr olunmuş  “Oriyentir Ulduzu ” povestində, xüsusi isim kimi qəhrəmanın adı olaraq  “Seyid” formasında bir “y”-ilə.  Bəlkə də burada ad olduğuna görə sözün bir “y”-ilə olması ya hiss olunmur, ya da başqa bir səbəbdən heç bir çatışmamazlıq hiss olunmur. Ancaq, ikinci dəfə çox sonralar, yəni bu son vaxtlarda bir şeirdə dahi Nəsimiyə xitabən “ya Seyyid  Əli” dedikdə  bir “y” heç yerinə düşmür. Adı çəkilən şeir indiyə qədər hələ çap olunayıb. Yəqin ki, bu kitabda ilk dəfə gedəcək. İki “y”-ilə. İndi sual oluna bilər, bir  “y”-ilə getsə olmaz??? Sizi inandırıram ki, “y”-nın birin silən kimi elə bil, şeirin bütün ruhu ölür… Belə-belə işlər dəyərli oxucum, deyəsən sizi çox yordum. Ancaq inanın ki, çox xırda görünən bu məsələlər bəzən böyük problemlərə yol açır. Bunları yazmaqla ən azı düşüncələrimi  sizinlə bölüşdüm, əslində çox yüngüllük, könül rahatlığı tapdım. İndi gələk əlifbaızın incisi, çox qiymətli hərfimiz  “Ə”-nin əhvalatına. Əhvalata  keçməzdən  əvvəl onu qeyd edim ki, Biz Qarabağlıların “Ə”-yə xüsusi hüsni-rəğbəti var. Məsələn, “əynə dur, ə”,  “əyağımı əzdin, ə” və s. Bir də “j”- ya. Ancaq, “j” lokal xarakterli olduğuna görə onun üzərində dayanmırıq. Deməli, bu hərflər, sözlər bir ara məni o qədər muşğul etmişdi ki, Türk dili kursuna yazıldım və Türkyə Respublikasından gələn qardaşlarımızla canlı söhbətlər zamanı yaranan bir çox suallara peşəkar Türk dili hocalarının  iştirakı və köməkliyi ilə cavab tapmağa çalışdım. Onu  qeyd edim ki, çox az fərqlə “yorum” da daxil olmaqla qramatik qaydalarımız həmən-həmən eynidir. Orda da bu “Ə” hərfinə görə xeyli faydalı mübahisələrimiz  olurdu. Məsələ ondadır ki, onlar Ərəb qrafikalı hərfdən, Latına keçəndə  [Ə] səsinə uyğun ayrıca işarə nəzərdə tutmadıqlarına görə hal-hazırda tarix üçün çox az vaxt keçməsinə  rəğmən böyük dəyişikliklər baş verib ki, bu səbəbdən bəzi fərqlər  yaranıb. İş o yerə çatıb ki, hətta bu  işlə məşgul olan pedaqoqlar belə çox hallarda [Ə] səsi gündəlik danışıqlarında kifayət qədər çox işləndiyi halda yazıda faktiki olaraq inkar edirlər.  Belə mübahisələrin  birində müəllim ümumiyyətlə “Ə”-nin olmadığını iddia etdi. Onda mən sual etdim ki, hocam bəs  əlifba dəyişməzdən əvvəl biz və eyni zamanda siz hansı əlifbadan  istifadə edirdik? Əlbətdə, müəllim heç düşünmədən cavab verdi ki, uzun illər böyük bir coğrafiyada Ərəb əlifbası hökran olub və biz də ondan istifadə etmişik. Bu cavabı gözləyirmiş  kimi,  müəllimin heç gözləmədiyi  halada lövhəyə çıxıb  uzun illər  [Ə] səsini bizim üçün qoruyub saxlamış Ərəb əlifbasından “əyn” hərfini yazdım və bir az da diskusiya etdik. Müəllim də razılaşdı  ki, onlarda da dəyişiklik zamanı bu işarənin uğurlu əvəzedicisi tapılsaydı daha yaxşı olardı və indi ki kimi [Ə] ilə səslənən sözləri “A” və ya “E” ilə yazmaq məcburiyyətində qalmazdılar.  İndi müasir dövrümüzdə bu məsələ xüsusilə  aktual olaraq qalır. Müxtəlif təkliflər səslənir, texnalogiya səbəb gətrilərək dəyişikliklərin, bəzi hərflərdən imtinanın vaxtı çatdığı sübut olunmağa çalışılır. Hal-hazırda Türk dünyasının ortaq əlifba, dil məsələsi gündəmdə qalmaqda davam edir. Bu məsələ uzun müddət davam etməsinə baxmayaraq, təbii olaraq ortaq məxrəcə gəlmək mümkün olmur, çünki hamının  bizim “Ə”, “Ğ”,  “G”, “Ç” kimi öz vazkeçilməzi var. O yaxşıdır ki, bu məsələ üzərində iş gedir. İstər yaşlı nəslə mənsub alimlərimiz, istərsə də gənc nəslin nümayəndələri çalışır, araşdırır öz fikirlərini ortaya qoyurlar. Bu yaxınlarda filologiya üzrə fəlsəfə  doktoru  Cəmilə  Babayevanın “TÜRK DÖVLƏT VƏ CƏMİYYƏTLƏRİNİN  DOSTLUQ, QARDAŞLIQ VƏ ƏMƏKDAŞLIQ QURULTAYLARINDA DİL MƏSƏLƏLƏRİ” adlı  monoqrafiyası ilə tanış olmaq mənə nəsib oldu. Çox aktual mövzuda olduqca dəyərli bir yazıdır. Müəllif konkret olaraq problemlərin həlli yollarını  göstərməsə  də vacib məsələlər qaldırır, mövcud real vəziyyəti açıb göstərir. İstər bu tip yazılarda, istər gündəlik müzkirələrdə, televizya-radio verlişlərində, mətbuatda, artıq həyatımızın ayrılmaz bir hissəsinə çevrilmiş sosial şəbəkələrdə ortaq dil, əlifba məsələsi  həmişə gündəmdədir. Ancaq bu elə incə bir məsələdir ki, tələsmədən  hamının maraqlarına xidmət edən yetkin qərar qəbul olunmalıdır. Elə etmək lazımdır ki, necə deyərlər, – “nə şiş yansın, nə kabab”. Bir daha qeyd edirəm ki, bu gün mövcud olan  hər hansı – əlbətdə, tarix üçün bu olduqca qısa və keçici bir səbəbdir – səbəb üzündən min illər boyu əcdadlarımızdan miras qalmış, müxtəlif qrafikalı əlifbalar qəlibinə düşsə də özünəməxsusluğunu  qoruyub saxlamış  səs və  hərflərimizi  güzəştə getməməli, qoruyb gələcək nəsillərə ötürməliyik. Xüsusilə ORFOQRAFİYA, ORFOEPİYA, QRAMMATİKA  LÜĞƏTLƏRİ, DƏRSLİKLƏR VƏ ƏLAVƏ DƏRS VƏSAİTLƏRİ  hazırlayan  şəxslərə üzümü  tutub deyirəm ki, yazılış qaydalarını mümkün qədər tələffüzə uyğun şəkildə tərtib etsək daha yaxşı olar. Bu yazıb – oxumağı yeni öyrənən uşaqlarla yanaşı dilimizi öyrənmək istəyən əcnəbilər üçün də rahatlıq gətirər. Bir məsələ var ki, ona da toxunmağı vacib bildim. Mənim də xüsusilə şeirlərdə  ara-sıra işlətdiyim “tüm”, “qut” və “həp” sözləri bəzən müzakirə mövzusu olur. Yəqin ki, bu kəlməni nə vaxtsa çoxumuz eşitmişik; – “bir loxma ye ürəyində qut olsun”.  Əgər, bu sözləri bizdən əvvəlkilər işlədiblərsə,  indi də yeri gəldikdə işlənən  zaman  anlaşılırsa nəyə görə bu sözləri işlətməyək?  Məncə bu sözlər yəqin  birhecalı  və daha yığcam olduğna görə çəkici gəlir. Bir də əgər dilimizin müxtəlif  təbəqə və qatlarında işlənirsə ədəbiyyatda da öz əksini tapmalıdır. Əziz və çox dəyərli oxucum,  şeirlər toplusu olan bir kitabın giriş sözündə sizi bu qədər yormaq istəməzdim. Ancaq  nə etəmk olar? Qısa bir-iki kəlmə söz demək istəyirdim, fəqət  söhbət uzandıqca, uzandı. Bu yazının sonunda onu qeyd etmək istəyirəm ki, bütün qaydalar keçici və dəyişkəndir. Həm də belə bir söz var; –  “qaydalar elə onları pozmaq üçündür”.  Odur ki, cəsarətli olun, mənim çox hörmətli müəllimlərindən biri olan Loğman müəllim demişkən, əndazəni gözləmək şərti ilə qaydaları pozun. Nəyin düz, nəyin səhv olduğunu zaman göstərəcək. Əslində başqa cür mümkün də deyil.  Həyatımız şablonlardan ibarət olsa, onda yeni heç nə yaranmaz. Yaradıcılıq bəs nə deməkdir? Bir işin adı yaratmaq ola, orda mütləq cəsarətli olub, ən azı fikirləri bölüşmək lazımdır. Mənimlə həmfikir və ya müxalif olmağınızdan asılı olmayaraq, hal-hazırda bu sətirləri oxuduğunuza görə sizə sonsuz təşəkkürlərimi bildirir, gündəlik fəaliyyətinizdə uğurlarınızın daha da bol olmasını arzu edirəm!!!

Şeirlərə gəlincə onu deyə bilərəm ki, naxışların, gedişlərin, düzülüşlərin, ilmələrin bilicisi böyük alim Xudu Məmmədovun  əziz xatirəsinə həsr olunmuş, eyni zamanda əlifbamızın əvəzsiz inciləri olan “Ç”, “Ə”, “H”, “Y”, “I” və ecaskar “R”, öndər “A”   hərflərin şərəfinə “ÇƏHRAYI  KİTAB” adlandırılmış bu kitabda əvvəlki kitablardan fərqli olaraq  natamam şeir yoxdur. Artıq hamısı tamamlanmış,  tamı-tamına  “çəhrayı”, bitkin  şeirlərdir. Şübhəsiz ki, son sözü siz deyəcəksiz. Necə deyərlər, yazmaq bizdən,  yozmaq  sizdən….

0 2 .  0 2 . 2 017 .      Bakı.

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar