2019-UN İLK “ZİYADAR”-I

Bu gün, 10-u fevral, 2019-cu ildə “AZƏRKİTAB- KİTAB TƏBLİĞATI” mərkəzində Rəfiqə QASIMQIZI (Abbasova) yenicə işıq üzü görmüş “İLMƏLƏNƏN ARZULAR” və “UTANCAQ BƏNÖVŞƏLƏR” adlı kitablarını təqdim etdi. Artıq ədəbi mühitdə kifayət qədər tanınmış həkim – şair eyni zamanda onu sevənlər üçün imza günü də təşkil edib.

Qısa arayış:

Rəfiqə Abbasova 

   Rəfiqə Qasımqızı Abbasova ixtisasca həkimdir. 6 may 1954 –cü ildə Şəmkir rayonunun Çinarlı qəsəbəsində ziyalı ailəsində anadan olmuşdur. O, boya-başa çatdığı doğma yurdda Mikayıl Müşviq adına orta məktəbi fərqlənmə ilə bitirib. 1972- ci ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstituna daxil olub. 1978-ci ildə təhsilini yüksək qiymətlərlə başa vuraraq həkimlik ixtisasına yiyələnmişdir.

   Rəfiqə Qasımqızı hal-hazırda həkimlik fəaliyyətini davam etdirir. “ Yaşanan ömrümdə yeni ömürsən”, “Payız dodağında oxunan nəğməm”, “İlmələnən arzular” adlı şeir kitablarının müəllifidir. Yeni kitabı ilə müəllif şirin-şəkər balalarla görüşə gəlib.

   Ailəlidir. 3 övladı 6 nəvəsi var.

Təqdimat mərasimində Rəfiqə xanımın “UTANCAQ BƏNÖVŞƏLƏR” adlı uşaq şeirlərindən ibarət kitabına xeyir-dua vermiş, kitabın ön sözünün müəllifi, Əməkdar Mədəniyyət işçisi, AYB Uşaq Ədəbiyyatı Şöbəsinin müdiri Qəşəm NƏCƏFZADƏ başda olmaqla həkim-şairin qələm yoldaşları, məsləkdaşları, onu sevən oxucuları iştirak etdilər. Tanınmış şair – publisist Nəcibə İLKİNİN moderatorluğu ilə olduqca maraqlı və orijinal tərzdə keçən tədbirə əsl bayram abu-havası hakim idi.

TƏDBİRDƏN FOTOLAR:


Fotoqraf : – Fərrux Səfəroğlu – FS Press

Tədbirin gedişi zamanı Rəfiqə QASIMQIZINA “UTANCAQ BƏNÖVŞƏLƏR” adlı uşaq şeirlərindən ibarət yeni kitabının işıq üzü görməsi münasibəti ilə “ZİYADAR” Mükafatı təqdim olundu. Yazarlar adına mükafatı Rəfiqə xanıma Zaur USTAC təqdim etdi.

“USTAC.AZ” Yaradıcılıq və İnkişaf Portalı olaraq, Rəfiqə xanımı yuxarıda qeyd olunan bütün uğurları münasibəti ilə təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirik.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Söz hikmətdir…

Qələndər Xaçınçaylı

Söz hikmətdir, Tanrının yaratdığı gözə görünməyən bir varlıqdır. O varlığı hər adam görüb, onu dərk edə bilmir. Söz də Quran kimi müqəddəs, bayraq kimi ucadır. Sözün ucalığını söz sahibləri, sözdən qala tikənlər, çələng hörənlər bilər. Söz əsl yazarların, söz ustadlarının əlində mum kimi mütəhərrik bir şeydir.

Hansı yana, hansı mərrtəbəyə istəsə, onu o istəqamətə yönəldə bilər. Sözlə tarixi keçmişimizi, vətən-torpaq yolunda canlarından keçən igid oğuların əfsanəvi qəhrəmanlığını, eləcə də gözəl sənət adamlarını qələmə alır, sözlə tarixə çevirib onu yaşadır. Bədii obrazlarla onu nağıllaşdırır… Bu tarixi qəhrəmanlar, tarixi şəxsiyyətlər poetik dillə gəlıcək nəsilərə çatdırılır. Tanınmış şair və publisist Zaur Ustac da məhz söz qədrini bilən ziyalılarımızdan. Söz sahiblərindən biridir. Onu qısa vaxtlarda tanısam da, amma yaradıcılığına çöxdan bələdəm. Zaur Ustacın özünə məxsus poetik düşüncəsi, yaradıcılığı var. Nənələrimiz milli ənənəllərimizi ilmə-ilmə xalçalarda toxuduğu kimi, şairlərimiz də hər bir sözü ilmə edib öz gözəl əsərlərini yazıb ortaya qoyurlar. Zaurun bir şair kimi digərlərindən fərqləndirən cəhət onun sözə qənaətlə yanaşmasıdır. Vətənə, torpağa olan hədsiz məhəbbətini sözə, poetik obraza çevirib qələmə almasıdır. O ən çox tarixi hadisələrə müraciət edir. Onun 18 kitabı nəşr olunub. Əsərləri Qarabağ döyüşlərində qəhrəmanlıqla şəhid olan Mübariz İbrahimov kimi qəhrəman oğullarımızın keçdiyi döyüş yollarından və Qarabağ ağrılarından bəhs edir. Eləcə də Azərbaycanın tanınmış tarixi şəxsiyyətlərinin, incəsənət adamlarının və memarlarının keçdiyi həyat yolunu bədii obraza çevirib sadə dillə oxuculara çatdıra bilir.

Qeyd edim ki, təzəcə işıq üzü görmüş”Əliş və Anna” poeması da şairin 19-cu kitabıdır. Xatırladım ki, adıçəkilən kitab görkəmli memar Əliş bəy Sübhan oğlu Kərəmli-Şirvaninin anadan olmasının 700 illiyi münasibəti ilə qələmə alınıb. Kitab yubley tədbirləri çərçivəsində nəşr olunub. Qısa şəkildə desək, bu kitab memarın keçdiyi həyat yolundan, Moskvanın, Kremilin tikintisindən və eləcə də Əliş bəylə Annanın arasında mövcud olmuş nakam məhəbbətindən bəhs edir.9 fəsildən ibarət olan bu kitab iki dildə Azərbaycan və fars dilərində çap olunub. Bu əsər tamamilə klasik fikirlərə, Ulu Yaradanın böyüklüyünə, Insani dəyərlərə söykənir. Bir memarın əl işləri, yaratdığı Kreml kimi böyük bir sənət əsəri poemada geniş yer alır. Memar Əliş bəy bir Azərbaycanlı balasının böyük sənətkarlığından, yüksək memarlığından xəbər verir. Əsərdə Əliş bəylə Annanın saf məhəbbəti. onların nakam sevgiləri ustalıqla qələmə alınıb. Bu əsərdə sevginin böyüklüyü, heyrətəmizliyi, sevgi müqəddəsliyi Tanrı zirvəsinə qədər yüksəlir. Elə şairin yaradıcılığındakı üstün cəhət, böyüklük ondadır ki, dahi Nizaminin, Füzulinin, Xətainin yaradıcılığından bəhrələnməklə böyük bir sənət yolu keçməsidir, bir sözlə çağdaş ədəbiyyatımızın memarına çevrilməsidir. Bir müqqəddəs şəxsiyyət. söz adamı kimi onlara daim sitayiş edib, sözün böyüklüyü qarşısında baş əyir, ən əsası odur ki, müqəddəsliyi qoruyub saxlaya bilib. İnanıram ki, bu kitab neçə-neçə oxucunun qəlbinə yol tapacaq.

Yeri gəlmişkən qeyd edim ki, Zaur Ustac həm də xeyriyyəçiliklə məşğul olur. Ona görə də Zaur Ustac bu il Milli Qəhrəman Mübariz İbrahimovun 31 yaşı tamam olması ilə əlaqədar fevral ayında “Mübariz-31” anım-tanıtım xeyriyyə tədbirləri çərçivəsində biri cəbhə bölgəsində, biri rayon mərkəzlərinin birində, digəri isə paytaxtın tanınmış məktəblərinin birində olmaqla- 3 məktəbdə tədbirlər keçirəcək. Tədbirlər çərçivəsində Zaur Ustacın bizi Qarabağa səsləyən Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun keçdiyi döyüş yolundan yazdığı “Oriyentir ulduzu” kitabının 5-ci nəşrin əsasında təkrarən nəşr olunmuş kitabı şagirdlərə, tədbir iştirakçılarına və həmin məktəblərin kitabxanasına hədiyyə ediləcək.

Qeyd:
 #keremli700#Mubariz31 

Müəllif və İlkin mənbə: Qələndər Xaçınçaylı

USTAC.AZ
WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

=========================================================