YAHYA AZƏROĞLU

TÜRK ƏDƏBİYYATINDAN NÜMUNƏLƏR – YAHYA AZƏROĞLU

Yahya bəy Iğdır bölgəsinin Aralık kəndində doğulub, Ağrı dağın sərin mehini sinəsinə çəkib, buz bulaqların suyunu içmişdir. Özü də dağ vüqarı yaşamış bir türk oğludur. Bu əsrarəngiz təbiət ona güclü ilham, vətən sevgisi bəxş etmişdir. Heç təsadüfi deyil ki, Yahya bəy öz şair ilhamına Ağrı dağın
ətəyində sahib olmuşdur.
Yahya Azəroğlu bir sıra kitab müəllifidir. O, Avrasya sanat kültür edebiyyat və bilim mərkəzində genel başkan yardımçısıdır. Turançılıq və türkçülük uğrunda böyük işlər yerinə yetirir. Savaş bəylə birlikdə TURAN birliyinə nail olmağa
mücadilə edir. Turançı şair qardaşımıza bu müqəddəs yolda uğurlar arzulayıram.
Yahya bəyin çox dəyərli bir Vətən şeiri ilə tanış edirəm.

Təqdim etdi: Eldar İsmayıl Böyüktürk
===========================================================
QARŞILIQSIZ SEVDİK BİZ BU VƏTƏNİ

Qarşıllıqsız sevdik biz bu vətənı,
Kimsenin şüphesi olmasın gardaş!
Unutmayaq yerdə şəhit yatanı,
Kimsenin şübhesi olmasın, gardaş!

Boş sözlərlə doldurdular ovurdu,
Lakin bu cumhuru Atatürk qurdu…
Ölərik, vermərik düşmana yurdu,
Kimsənin şübhəsi olmasın, gardaş!

Qurtuluş savaşı közümüz oldu,
Bizim yeni nəslə sözümüz oldu…
Cumhuriyət bizim özümüz oldu,
Kimsənin şübhəsi olmasın, gardaş!

Soruşarsız bundan sonra nolacaq?
Kəsinliklə haqq yerini bulacaq,,,
Gün gələcək dünya Türkün olacaq,
Kimsənin şübəesi olmasın, gardaş!

Azəroğlu, yene deşdim dərdimi,
Yıxmaq istəyirəm artıq bəndimi.
Mən Türklüyə bağlamışam kendimi,
Kimsənin şübhəsi olmasın, gardaş!

Müəllif: Yahya Azeroglu
15/08/2019

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Zaur Ustac – “Qələmdar”

Bu kitab dahi yazar Bayram Bayramovun  (1918 – 1994) anadan olmasının 100 illik yubiley tədbirləri çərçivəsində nəşr olunur. Kitabda layihənin təşəbbüsçüsü və rəhbəri şair-publisist Zaur Ustacın ayrı-ayrı vaxtlarda müxtəlif  KİV (EKİV) – də yayımlanmış gənc yazarlara tövsiyə xarakterli məqalələri toplanmışdır. Qismən metodiki tövsiyə xarakterli vəsait kimi də istifadə oluna biləcək toplunun böyük şəxsiyyət, görkəmli nasir, Azərbaycanın Xalq Yazıçısı, ictimai-siyasi xadim,  Bayram Bayramovun 100 illik yubileyinə  gözəl hədiyyə olacağını düşünürük.

“Yazarlar” jurnalının xüsusi buraxılışı. (QN : 2319)

 İkinci buraxılış – Yazarlar N: 02 (002) 17.08.2019.

E-KİTAB PDF FORMATDA BURADA:   qələmdar

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Arzu Göytürk dərs zamanı

ŞAİRƏ ARZU GÖYTÜRK DƏRS ZAMANI – SENTYABR -2019

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Balayar Sadiq – “Nəsimi-650”

 Balayar SadİQ TƏDBİRDƏ

Bu gün -24.09.2019- cu il tarıxdə Azərbaycan Yazıçılar Birliyinin “Natavan” klubunda “YURD” ədəbi bədii elmi-publisistik jurnalının növbəti buraxılışının 3 cü nömrəsinin və “NƏSİMİ-650” illik yubileyinə həsr etdiyi poemanın təqdimatı keçirildi. Təqdimatı “YURD” ədəbi bədii jurnalının baş redaktoru şair, AYB ın üzvü, prezident təqaüdçüsü Balayar Sadiq aparırdı.

Mənbə: PUSTE HUSEYNOVA

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MƏLUMAT – BİLDİRİŞ

BALAYAR SADİQ DƏVƏT EDİR:

Salam, əziz söz qədri bilib, söz işığına yığışmağı sevən dostlar sizi böyük məmuniyyətlə 24 sentyabr 2019- cu il tarixdə saat 14:00 da Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda Nəsiminin 650 illiyinə həsr etdiyim poemanın və ” YURD” ədəbi bədii jurnalında isıq üzü gormus əsərlərin müzakirəsinə həsr olunmuş tədbirə dəvət edirəm.

ÜNVAN: Sahil metrosu, Sahil bağı.

Hörmətlə: ” YURD” jurnalının baş redaktoru Balayar Sadiq

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Balayar Sadiq – Yeni poema

Tanınmış şair Balayar Sadiqin yeni poeması bilginlərin və oxucuların ümumi müzakirəsinə təqdim olunur: – rəylərinizi şərh bölməsinə yaza bilərsiz. – FİKİRLƏRİNİZ BİZİM ÜÇÜN ÇOX DƏYƏRLİDİR.

Hərflərin hərifi
(neo-poema)

İmadəddin Nəsiminin 650 illiyinə

1
Səslər uçub
qonurdu
hərflərin dodağına…

Titrəyirdi göy üzü
ilk öpüşdən
uçunan
bakirə yanaq kimi…

Bir sözün ətrindən
qapısı gülümsəyirdi
on səkkiz min aləmin…

Mələklərin alnından
öpürdü qələm.
Kəbənin üzündəki
qara xal nazlanırdı…

2

Yollar ləpələnirdi
sükut əlifbası tək…

Hərflərin həyasından
əcəl yaşmaq tuturdu
mərifət yollarında…

3

Bir eşq misalıydı
rəqəmlərin payızı…
Səhraların könlündə
bir dərviş üşüyürdü…

Əsirdi vəhdət küləyi
ayrılığın
yanağı allanırdı…

4

“Dörd” yerdən çatlamışdı
heyrət güzgüsü

“Beş”lərin işığında
“Altı” naxış gülürdü…

Hər naxışın
Otuz iki” ilməsi “
quş dili” öyrənirdi…

5

Cahanın
Nəsimi vaxtıydı…

Üzündə Həvva çiçəkləmişdi
Adəmin…

6

“Yeddi” rəng
danışırdı
“İyirmi səkkiz” ləçəkdə…

7

“Məqtə”dən
“mətlə”yəcən,
Pünhan-pünhan
yaddaş damcılayırdı gələcəkdən…

8

İndi
ümidləri mərmi qoxulu
Hələb şəhərinin
göz yaşlarını silir “Ağrımaz” qəzəli –
sən keçdiyin küçələr boyu…

9

Zamanın əlləri
mərmi-mərmi yarpaqlay
Hələb küçələrində…

“Ənəlhəqq” sözünün
yaddaşını
misra-misra soymaq
“pünhana xoşdur, yaxşıdır”.

10

Min Kəbə ziyarətidir
bir hərfin
könlünü almaq…

Bir “Xeybər”in fəthidir
min hərifi
könlünə almaq…

11

“Quran”ın ovcuna
dağılmış sözlər
hansı ziyarətdən
gəlir?!

Barmağını dişləyir
həqiqət…

12

Mərmilərin alnında
bayraq-bayraq
dalğalanır “Ənəlhəqq” sözü…

Sən o sözün
hansı hərfindəsən? – sorusur
bir doluxsunmuş dərviş…

13

“Qibləgah”dan
“Səcdəgah”a gedən yolun
ayağını qan aparırdı…

Qan bu yolu
heyran-heyran aparırdı… 14

Alınlardan
üçub gedən yazıların
arxasınca
əl edən hərflərin
göz yaşını
səndən başqa
oxuyan olmadı…

15

Ruhunda
rəqəmlərin təbəssümüdür
ölümün dadı.

16

Adamlardan
yıxılırdı Allah,
Allahdan
adam-adam
yıxılırdı rəqəmlər,
səslər, hərflər…

17

Hərflərdən yıxılırdı
əlifbalar, dövranlar
dərvişlər…

Hər dərvişin dilində
bakirə bir “Ənəlhəqq” sözü
üşüyürdü üzü qibləyə.

18

Sən o sözün içindən
keçib gedirdin
hər gün
könlündəki
göyərçinlərə
misra səpməyə…

19

Hələ də
bir quşun dimdiyində
bir misra çırpınır…

20

Hər gecə mələklər
uçub gəlir
o misranın qoxusuna…

Hərflər hər gecə
daş atır
o misranın içindəki
Sözün yuxusuna… 21

Beyt-beyt əsir
Sözün nəsimi
və sənin əynində
nimdaş xatirədir
rəqəmlərin köynəyi…

22

Hələb küçələri
sənin dodağında
intihar edən misraya
salavat çəkir hələ də…

23

650 ildir
Allahdan yıxılırsan,
Allaha yıxılırsan…

Qarışqalar qibləyə
daşıyır səsini…

24

Yuxusunu qarışdırıb rəqəmlər…
Eşqdə güzgülənir
bir dərviş…

Qapsını açıq qoyub
həqiqətin…

25

“Allahu-Əkbər” yollarının
yaxasına qonub
“Ənəlhəqq” nidası…

Gülümsəyir minarələr
bir dərviş dodağındakı
şehli həqiqətlərə…

26

Varaqlar üstə
səcdəyə
durub eşq…

Qələm
həyadan qaldırmır
başını…

27

Kərbəla çöllərini
qoltuğuna vurub
hardan gəlir,
bu dodağı qurumus
“Ənəlhəqq” sözü?

28

Allahın
kövrələn vaxtıdır…

Misralar utandığından
hərflərin üzündə
gizlədir
Allahın göz yaşını…

Hərflər susur…
sən danış…

bir misra təzələ
Sözün yaddaşını…

Müəllif: BALAYAR SADİQ

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Vəliyev İlham Əli oğlu

BİR  MÜƏLLİM  TANIYIRAM

Bu gün onların günü. Bu gün onların sınağa çəkildiyi, yoxlanıldığı gündür. Hər il bugünkü gündə onlar ya “Müəllim” adlı qala divarına bir qızıl kərpic qoyub bu adı bir basamaq da yüksəldir, ya da yazıq, günahsız uşaqların müəllimlərinə söydürürlər. Nədənsə “Müəllim” sözü eşidəndə ilk ağlıma gələn şəxs Üzeyir Hacıbəyov olur. Bu haqda söhbətə başlamazdan əvvəl öz dünyasını dəyişmiş müəllimlərimi rəhmətlə anmaq, sağ olanlara isə uzun ömür, can sağlığı diləmək istəyirəm. Allah Bayramov Əbdüləli, Qsımov Həsən (Ağdam rayon, Yusifcanlı kənd orta məktəbi), m-r Orucəliyev Malik (BABKM) kimi müəllimlərə qəni-qəni rəhmət eləsin. K-n Əmirəliyev Füzuli (BABKM), Süleymanov Rasim (BDU) kimi müəllimlərə uzun ömür, can sağlığı versin. Bir müəllim də var, hansı ki, bu yazımı ona həsr etmişəm və onun haqqında geniş söhbət açacam. Ancaq, onun haqqında danışmazdan əvvəl hal-hazırda müəllimlik fəaliyyəti ilə məşğul olub, hər gün 20-30 şagird və ya tələbənin olduğu sinif otaqlarına – auditoriyalara baş çəkən müəllimlərə xatırlatma olsun deyə qısa bir haşiyəyə çıxmaq istəyirəm.

HAŞİYƏ

Deməli, BABKM –da oxuyanda bir “müəllim” var idi, bizə zenit silahlarının istismarı fənnindən dərs deyirdi. Dərs vaxtı orda-burda avaralanar, dərsləri boş keçərdi. İmtahan vaxtı TKM-i çağırıb deyərdi ki, bütün qurupdan filan məbləğdən yığmalısan. Ya hamı, ya heç kim. Siyahıda nə qədər kursant var hamısı verməlidir. Mənim pul verməyəcəyimi bildikdə isə deyərdi: – “onda Mustafayev, uzağı ondan başqa da bir nəfər – Rüstəmov Elnuru nəzərdə tutardı – qiymət alacaq, qalanları kəsildi” Uşaqları salardı üstümə: – “sənə görə biz də kəsiləcəyik” – qəribə məntiq olsa da reallıq belə idi. Mən də onlara yeganə çıxış yolunu göstərərdim (nə yaxşı ki, uşaq vaxtı rəhmətlik Sükeydə nənəm mənə  “Cırtdanın nağılı”-nı çox danışıbmış): “Mənim üçün fərqi yoxdur, kəsilmək istəmirsinizsə, mənim də əvəzimə yığın” və onlar məcbur olub, bunu edirdilər. Bir neçə dəfə belə hal olub. 90 – cı illərdə BDU –nun tələbələri Qrabağda şəhid olanda, Bakıda bir torba alçaya, almaya qiymət yazan, hətta “üçlük”, mobil telefonlar çıxandan sonra  “kontur” ləqəbi qazanmış müəllimləri var idi. Şamaxı Humanitar Kollecində isə Tədris hissə müdiri vəzifəsindən sui-istifadə edərək, bəzən fənn müəllimlərinin razılığı və xəbəri olmadan biabırçı-yalançı imtahanlar düzənləyib, tələbələri “kəsər”, sonra düzəltmək üçün pul yığardı. Zənn edərdi ki, heç kim bunu anlamır… Biz orta məktəbdə oxuyanda belə söhbətlər yox idi. Əksinə müəllimlər dəftər-qələmi olmayana gələn dərs evdən gətirədi, ya da anındaca şkafdan çıxarıb verərdi… Ta indikilər kimi çığırıb-bağırmaz, kiminsə, nəyinsə xatirinə həkimlərdən öyrəndikləri metodlarla lazımlı-lazımsız əlavə vəsaitləri uşaqlara bəlkə də valideyinin sonuncu 5-6 manat çörək pulu, yol pulu  üçün saxladığı vəsaitə aldırıb, sonra ilboyu arasın açmadan bir küncdə yatırtmazdılar… Bunlar həqiqət olsa da, necə deyərlər, dünya təkcə bunlardan ibarət deyil. Sadəcə, sözüm bəzi müəllimlərə odur ki, diqqətli olsunlar. Allah bilir bu gün onların qarşısında oturan şagird və tələbələr sabah nələr danışıb, nələr yazacaqlar. Bu qədər geniş və təfsilatlı girişin yalnız bir məqsədi var dünya təkcə bu gündən ibarət deyil, bunun sabahı da var… Və həmişəki kimi bizim pislərlə işimiz yoxdur: – “pis elə pisdir” onlar həmişə olublar və olacaqlar. Sadəcə tək-tək fərdlər yaxşılardan nümunə götürüb yaxşı olsunlar deyə, bilməməzlikdən bu girdaba yuvarlanmasınlar deyə nümunəvi, nəsə öyrənilə biləcək şəxslərdən, nümunələrdən yazmaq, təbliğ etmək lazımdır. Bugünkü qəhrəmanım, haqqında söhbət açacağım şəxs Şamaxı Dövlət Regional Kollecinin direktoru İqtisad elmləri namizədi, dosent, İlham Vəliyevdir.

QISA ARAYIŞ

Vəliyev İlham Əli oğlu, 7 oktyabr 1959 –cu ildə Tovuzu rayonunun Əlibəyi  (yəqin ki, bu kəndi hamı tanıyır) kəndində müəllim ailəsində anadan olub. Azərbaycan Dövlət Pedoqoji Universitetinin Riyaziyyat fakültəsini bitirib. Müəllimliklə başladığı fəaliyyəti dövründə  indiyə qədər bir çox təhsil müəssisələrində müxtəlif  vəzifələrdə çalışıb. İqtisad elmləri namizədi, dosentdir. Hal-hazırda özündən söz etdirən Şamaxı Dövlət Regional Kollecinə rəhbərlik edir.

İlham müəllimi 2017 ci ildən – Şamaxı Dövlət Regional Kollecinə rəhbərlik etməyə başladığı ilk günlərdən tanıyıram. O vaxt diqqətimi çəkən onun kollecə rəhbərlik etməyə başladıqdan sonra təhsil müəssisəsində abu-havanın dəyişməsi və yerli camaatın  onun haqqında müsbət fikirləri olmuşdu. Və həmin vaxt İlham müəllimlə görüşüb ətraflı söhbət etmiş, nəticədə mətbuatda “STEREOTİPLƏRİ YOX EDƏN ADAM” adlı yazı ilə çıxış etmişdim. Bu yazı mənim 23 yazımdan 12-cisi olub, elm və təhsillə bağlı, eləcə də digər kütləvi elekton vasitələrdə yayımlanmaqla bərabər, “YARADANLA BAŞ-BAŞA” kitabıma on ikinci yazı kimi daxildir.  Bu il (2019) sentyabrın 9-u, ya 10 – u idi. Mobil telefonuma zəng gəldi – İlham müəllim idi. Salamlaşdıq, danışdıq, hal-əhval tutduq. İlham müəllim məni kollecdə 16 sentyabr Bilik Günü münasibəti ilə təşkil olunmuş tədbirdə bir məzun kimi çıxış etməyə dəvət edirdi. Məmuniyyətlə qəbul etdim, vədələşdik. Ayın 16 – sı səhər saat 9:00 –da Şamaxıda olmalı idim. Əvvəlcədən şair-publisist “Həftə içi” qəzetinin və “Hafta.az” sayıtının əməkdaşı Qələndər Xaçınçaylı da mənimlə getməyi planlaşdırsa da, son anda planlaşdırlmamış vacib iş çıxdığına görə gedə bilməyəcəyini bildirdi. Və mən ehtiyat əməkdaş, mənim  şəxsi fotoqrafım Tuncay bəylə gedəsi oldum. Vədə günü səhər saat 9-a 15 dəqiqə qalanda biz artıq hadisə yerində idik. Olduqca maraqlı tədbir keçdi. Mən də gənclərə, xüsusi ilə birinci kurs tələbələrinə bir məzun kimi tövsiyə xarakterli çıxışımı etdim. Eyni zamanda onlara iştirak edə biləcəkləri davam edən“Kərəmli – 700” layihəsi barədə məlumat verdim. Ustac.az və Yazarlar.az adından İlham müəllimə layiq görüldüyü digər məşhur bir müəllimin adına olan “Vintsas” Mükafatını təqdim etdim. Tuncay bəy də çəkdi. Sonra onun kabinetində bir-neçə il əvvəl qaldığımız yerdən söhbətimizə davam etdik. İlham müəllim böyük şövqlə bu il kollecin 35 məzunun imtahansız – subbakalavr diplomu ilə ali məktəblərə qəbul olunduğunu bildirdi. (Səmimiyyətimə inanın, İlham müəllim bu nəticəyə elə sevinirdi ki, elə bil öz doğmaca övladları ali məktəbə daxil olub. Halbuki, elə valideyinlər var, övladı ali məktəbə daxil olanda nəinki, sevinmir, hətta onlara maneə olmağa çalışır. Örnəyi ilə elə bu ilki qəbulda da rastlaşdıq…) Sonra ümumi mənimsəmədə ən aşağı nəticənin 53% – ə çatdırıldığını bu yöndə fəaliyyətin davam etdiyini bildirdi. Söhbət zamanı hiss edirdim ki, İlham müəllim məni boş-boşuna dəvət etməyib. Əvvəlki dövürlərdən xəbərdar olan və nə olur, olsun səmimi olacaq bir şəxs kimi mənim fikrimi bilmək istəyir ki, görsün nə qədər fərq, dəyişiklik var. İlham müəllim, buradan tam səmimi olaraq demək istəyirəm ki, çox fərq var. Bu fərq artıq Şamaxıya daxil olan kimi əhalinin, tələbələrin söhbətindən, kollecdəki abu-havadan, müəllimlərin və tələbələrin davranışından hiss olunur. Rəqəmlər və nəticələr də göz qabağında. Sağollaşıb çıxanda İlham müəllim yenə ilk görüşümüzün sonundakı kimi hələ nöqsanların olduğunu və onların səylə aradan qaldırmağa çalışdıqlarını bildirdi. Haqlı olaraq qeyd etdi ki, bu iş çox vaxt rəhbərlik və müəllimlərdən asılı olmur bəzi valideynlər, tələbələr dəfələrlə onlara “yalnız oturub oxumaq lazımdır” – deyilməsinə rəğmən yenə digər yollar axtarırlar və aldanırlar, səhv edirlər, əsassız söz-söhbətlərə səbəb olurlar. Bu yerdə lap indi dəbdə olan məktəblərdə sinif valideynlərinin “vatsap” qrupları yadıma düşdü. Təhsil naziri əmr verir, məktəb direktorları hər dəfə iclas edib az qala bir-bir hər valideyinə şəxsən çatdırır. Hər küncə-divara məlumat-bildiriş yapışdırır… Bir də görürsən bir valideyin düşdü ortaya, bəs ayıbdı “Müəllimlər günü” gəlir pul yığmaq lazımdır. Özü də nə az, nə çox filan qədər ha… Nəsə mətləbdən uzaqlaşmayaq. Necə deyərlər pislər qalsın, pis yerində…

Bəli sevinirəm ki, belə bir müəllim tanıyıram və bu gün onun da günüdür. Gününüz mübarək, İlham müəllim. Sizə uzun ömür, can sağlığı və başladığınız bütün işlərdə müvəffəqiyyətlər arzu edirik. Uğurlarınız bol olsun!!! Heç narahat olmayın, nəticələr əladır və kənardan olduqca gözəl görünür. Xüsusi ilə qeyd etmək istəyirəm ki, fərq çox böyükdür. Ümumi mənafeyi düşünən bütün vətənpərvər vətəndaşlarımız adından Sizə çox sağ olun deyirik. Başladığınız işdə Uca Yaradan yar və yardımçınız olsun. Var olun!!!

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2019. Bakı.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

İlham Vəliyev “Vintsas” Mükafatı ilə təltif olunub

Şamaxı Dövlət Regional Kollecinin direktoru, İqtisad elmləri namizədi, dosent, cənab İlham Vəliyev “Vintsas” Mükafatı ilə təltif olunub. Mükafat laureata 16 sentyabr 2019 – cu ildə Şamaxı şəhərində – Şamaxı Dövlət Regional Kollecində – Bilik Gününə həsr olunmuş tədbirdə “Yazarlar” jurnalının Baş redaktoru, şair-publisist cənab Zaur Ustac tərəfindən şəxsən təqdim olunmuşdur.

QISA ARAYIŞ

Vəliyev İlham Əli oğlu, 7 oktyabr 1959 –cu ildə Tovuzu rayonunun Əlibəyi  (yəqin ki, bu kəndi hamı tanıyır) kəndində müəllim ailəsində anadan olub. Azərbaycan Dövlət Pedoqoji Universitetinin Riyaziyyat fakültəsini bitirib. Müəllimliklə başladığı fəaliyyəti dövründə  indiyə qədər bir çox təhsil müəssisələrində müxtəlif  vəzifələrdə çalışıb. İqtisad elmləri namizədi, dosentdir. Hal-hazırda özündən söz etdirən Şamaxı Dövlət Regional Kollecinə rəhbərlik edir.

Həm yeni tədris ilinin başlanması, həm də bu mükafat münasibəti ilə İlham müəllimi təbrik edir, fəaliyyətində yeni-yeni uğurlar arzu edirik.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Vəliyev İlham Əli oğlu

Vəliyev İlham haqqında

Vəliyev İlham Əli oğlu, 7 oktyabr 1959 –cu ildə Tovuzu rayonunun Əlibəyi  (yəqin ki, bu kəndi hamı tanıyır) kəndində müəllim ailəsində anadan olub. Azərbaycan Dövlət Pedoqoji Universitetinin Riyaziyyat fakültəsini bitirib. Müəllimliklə başladığı fəaliyyəti dövründə  indiyə qədər bir çox təhsil müəssisələrində müxtəlif  vəzifələrdə çalışıb. İqtisad elmləri namizədi, dosentdir. Hal-hazırda özündən söz etdirən Şamaxı Dövlət Regional Kollecinə rəhbərlik edir.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Tuncay Mustafayevlə söhbət

Həqiqətən də istedad yaşın azlğına, çoxluğuna baxmır. Müdriklər demişkən, elə anadan doğulur. Elə götürək ölməz şairimiz Səməd Vurğunu, dramaturq-yazıçı Cəfər Cabbarlını. O cür dahilər 8-12 yaşlarında yazıb-yaratmağa başlayıblar. Bu gün də ölkəmizdə az da olsa istedadlar yetişir.

Biz istəsək də, istəməsək də o istedad zamanından, vaxtından asılı olmayaraq üzə çıxacaq. Onlardan biri də  Bakı şəhəri Arif Hüseynzadə adına 20 saylı tam orta məktəb-liseyin  V  sinif şagirdi Tuncay Mustafayevdir. Bu yaxınlarda Zaur Ustacın “Dağlar” adlı təzə çapdan çıxmış  “Almanax” kitabında bir qrup şairin şeiri verilmişdir.  O yazarların içərisində Tuncayın “Azərbaycan” şeiri mənə çox təsir bağışladı, ruhumu yerindən oynatdı. O, 10 yaşlı cocuq, sanki işğal altında olan ata-baba yurdu Ağdamda, Şuşada olub, Qarabağın səfalı yerlərini, ecazkar mənzərələrini görübmüş… Bir Vətən nisgilini, Vətən ağrılarını içinə çəkib poetik ifadələrlə 4 bəndlik şeirə çevirib.  Həmin şeirin bir bəndini xatırladıram:

Tuncayam, elim, Ağdam!

İnana bilmir adam.

Vətən edilib, edam…

Dörd yanda tikəmiz var!

Sözlər nə qədər düşündürücüdür. Məncə, şərhə ehtiyac yoxdur.  Şair dostum Zaur Ustacdan xahiş etdim ki, məni gələcəyin əsl yazarı Tuncayla görüşdür. Sağ olsun, sözümü yerə salmayıb onu Nərimanov parkına gətirdi. Onun baxışlarında, sanki bir qəribəlik vardı. Yaşca kiçik olmasına baxmayaraq, ahıl, müdrik adamlar kimi danışırdı. Verilən suala tez cavab verməzdi. Sözü qənaətlə işlədərdi, hər şeyi yerbəyerində deyərdi. Ağıllı cavabları və gözəl şeirləri ilə adamı heyrətə gətirirdi. Əsl söz adamı idi. İçindən qaynayıb-gələn istedadı, sanki dağların dərinliyindən çıxan, daşlardan-qayalardan süzüb-gələn bir bulağı xatırladırdı. Özü kimi şeirləri, hər bir kəlməsi də saf və təsirli idi.

Xatırladım ki, Tuncay 2009- cu ildə Bakı şəhərində anadan olub, hal-hazırda məktəblidir.

– Tuncay, necə oldu ki, şeir yazmağa başladınız?

Sualıma çox təmkinlə cavab verdi:

– Nağıllar həqiqətdir. Dünyanın çox açılmamış mözüələri, sirləri var. Onlardan biri də yuxudur. Hələ balaca uşaq idim. Təxminən, 4-5 yaşım olardı. O möcüzələr yuxularıma girərdi. Maraqlı, qəribə bir dünya görərdim… Ağsaçlı, ağ qiyafətdə yaşlı nurani bir qoca ilə söhbət edərdim.  Həmin müdrik qoca mənə gözəl nağıllar, şeirlər, Tanrının möcüzələrindən danışardı. Səhər ayılıb dururdum ki, o ağsaçlı qoca yoxdur. Onun hər kəlməsi məni narahat edirdi. İçimdə rahatlıq tapmırdım. İki il bundan öncə atamın noutbukunu açdım və başladım yazmağa.

– Bəs sənə komək edən, yolgösrətən olmadı?

– Xeyr, ancaq mən yuxuda gördüklərimi və bildiklərimi yazdım. Əmi, həyatda o qədər yazılası şey var. Öz gündəliyimdə qeyd edirəm. Hətta yuxuda gördüyüm ağgeyimli kişinin də sözlərini… Şeirlərim çoxdur. Əvvəlcə yazıram. Sonra da onu tənqidi gözlə nəzərdən keçirirəm. Xoşuma gəlməyəni cırıb atıram.

– Bədii əsərlər oxuyursanmı?

– Mən mütaliəni çox sevirəm. Ona görə də bədii əsərlər oxuyuram. Sağ olsun, atam mənə çoxlu kitab alıb gətirir. Əvvəlcə öz ədəbiyyatımızı, sonra da dünya ədəbiyyatını bilmək lazımdır. Diqqətinizə çatdırım ki, hər bir xalqın yazarlarını öz dillərində oxumaq adamda daha xoş təəssürat yaradır. Tarixi əsərlərə, müharibə ilə bağlı əsərlərə daha çox üstünlük verirəm. Hər bir kəs əvvəlcə öz olkəsinin tarixini və ədəbiyyarını gözəl bilməlidir. Sevimli yazıçımız Aqil Abbasın “Dolu” romanını düz, iki dəfə oxumuşam. Bu əsərdə yazıçı dili, yazıçı təxəyyülü daha yüksəkdir. Bu əsərdə ruhların işğal altında olan torpağa, ata yurdum Ağdama getməsi məni daha çox təsirləndirdi… Sizin “Güllə işığında” povestinizi də oxumuşam. Mən yaşlı, orta və yeni nəsli də oxuyuram. İllər dəyişir, əsrlər dəyişir, nəsillər dəyişir, amma şairin şeiri dəyişmir. Ədəbiyyat sözün üstündə qurulub. Əsl yazarın öz sözü olmalıdır.

– Bəs şeirdən başqa əlavə nə işlə məşğul olursan, nəyi xoşlayırsan?

– Uşaqlıqdan idmanı sevirəm. Şeir yazmaqdan çox əvvəl, daha dəqiq desək, 2013-cü ilin sentyabr ayından idmanın cüdo güləş növü ilə məşğul oluram. Söz düşmüşkən deyim ki, bu sahədə nailiyyətlərim çoxdur.  Bakıda və rayonlarda keçirilən cüdo üzrə açıq birinciliklərdə həmişə yer tuturam. Son yarışlarda, demək olar ki, ancaq birinci yer tutmuşam.

– Bəs ölkəmizdən kənarda necə, heç xaricə yarışa getmisənmi?

– Bəli, bu il 2019- cu ilin mart ayında qardaş Türkiyə Respublikasına getmişdik. Rizədə Çay festivalı ilə əlaqədar təşkil olunmuş Uluslararası Cüdo Turlamasında üçüncü yeri tutdum.

– Bunlar çox gözəl. Gələcək barədə hansı planların var?

– Elə bir planım yoxdur. Cüdo ilə məşğul oluram. Həftədə üç dəfə məşqə gedirəm. Şeir də gələndə yazıram. Dərslərimi yaxşı oxuyuram. Dərslər başlayandan sonra heç fikirləşməyə vaxt olmayacaq.

– Hansı fənləri xoşlayırsan?

– Fənlərə fərq qoymuram. Hamısını oxuyuram. İngilis dili və rus dili çox vaxtımı alır. Riyaziyyatla da çox məşğul olmağa çalışıram.

– Afərin, Tuncay! Bütün işlərində uğurlar arzu edirəm. Yolun açıq olsun!

Düşünürəm ki, Tuncay yaşından çox böyük yazır və danışır.  İnanırıq ki, o gələcəyin ən böyük idmançısı və söz adamı olacaq.

Söhbətləşdi: Qələndər Xaçınçaylı

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru